Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1643/2021 26.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Təhsildə X1rşı cavabdehin imtinasının əsassız sayılması və diplom üzrə ixtisasın tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 2-1(82)-2939/2018 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 2-1(82)- 2939/2018 saylı qərarı ilə iddia tələbi təmin edilərək, cavabdehin imtinası qanunsuz sayılmış, İddiaçı Ukrayna Respublikası Kiyev Milli İnşaat və Memarlıq Universiteti tərəfindən verilmiş 29.06.2015-ci il tarixli, Дİ 004712 nömrəli magistr diplomu üzrə ixtisasın tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 04.11.2020-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 2- 1(82)-2939/2018 saylı qərarı ləğv edilərək iş üzrə yeni qərar qəbul edilmiş və İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı cavabdehin imtinasının əsassız sayılması və diplom üzrə ixtisasın tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 31.03.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilmiş və iş yenidən baxılması üşün həmin məhkəməyə göndərilmişdir. Təkrar apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi izahat verərək hazırda iddiaçının mübahisələndirdiyi tələbin cavabdeh tərəfindən təmin oldunduğunu bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 24.04.2019-cu il tarixli qərardadı ilə İddiaçı “diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” barədə ərizəsinə (müraciətinə) Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq komissiyasında baxılması və müvafiq inzibati aktın qəbul edilməsi üçün iki aylıq müddət təyin edilmişdir. Azərbaycan RespublikasıTəhsil Nazirlyinin qeyd edilən qərardadın icrası ilə bağlı məhkəməyə ünvanladığı 15.09.2020-ci il tarixli məktubunda bildirmişdir ki, iddiaçı ekspert komissiyası tərəfindən dəfələrlə müsahibəyə dəvət edilməsinə baxmayaraq, o müsahibəyə gəlməmiş və gəlməməsinin səbəbi barədə idarəyə heç bir məlumat verməmişdir. İş təkrar apelyasiya baxışında olarkən məhkəmənin qərarı ilə cavabdeh Təhsil Nazirliyi əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 24.04.2019-cu il tarixli qərardadı yenidən icra edilməsi üçün cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə göndərilmişdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması barədə” 25.11.2021-ci il tarixli, F-781 nömrəli əmrin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Qeyd edilən əmrin məzmunundan görünür ki, 107 ərizəçinin ixtisasları Azərbaycan Respublikası ərazisində tanınmış və onların ekvivalentliyi müəyyən edilmişdir. Əmr ilə bilikdə təqdim edilmiş əlavədən görünür ki, hazırkı iş üzrə İddiaçı adı da bu əlavədə qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi-diplom üzrə ixtisasın tanınması tələbi cavabdeh tərəfindən təmin olunduğundan, bununla da hazırki iş üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Təhsildə X1rşı cavabdehin imtinasının əsassız sayılması və diplom üzrə ixtisasın tanınması tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Xəyalə Cəmilova Hakim: Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1643/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1643/2021
26.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver