Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1645/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, İddiaçı, İddiaçının vəkili Vəkil1, Cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırda Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3559/2020 saylı 11 iyun 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3559/2020 saylı 11 iyun 2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya 52 yaşı tamam olduğu tarixdən, yəni 07.10.2008-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır (hakim Ş.Həsənova). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İK-nın 2-1(103)-1482/2020 saylı, 28.10.2020-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3559/2020 saylı 11 iyun 2020-ci il tarixli qərarı ləğv edilərək, iddia tələbi rədd edilmişdir (sədrlik edən və məruzəçi X.Cəmilova, hakimlər Ş.Məhərrəmova və N.Cəfərov). Həmin qərardan narazı qalan iddiaçı və onun vəkili tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İK-nın 31.03.2021-ci il tarixli 2-1(102)- 415/2021 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin İK-nın 2-1(103)-1482/2020 saylı, 28.10.2020-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün məhkəməyə göndərilmişdir (sədrlik edən və məruzəçi İ.Şəfiyev, hakimlər Z.Quliyev və R.Nəbizadə). İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 52 yaşı tamam olduğu tarixdən, yəni 07.10.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 52 yaşı tamam olduğu tarixdən, yəni 07.10.2008-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı ildə Tovuz rayonunda doğulmuşdur. 26.12.1975-ci ildən 03.05.1976-cı ilə qədər 1 №-li Tikinti İdarəsində fəhlə vəzifəsində işləmiş, 11.05.1976-cı ildən 15.06.1978-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra 03.07.1978-ci ildən 12.08.1980- cı ilə qədər Rusiya SFSR-nin Murmansk vilayətinin Monçeqorsk şəhərində yerləşən «Koltikinti» Trestində rəngsaz-ştukaturçu, 13.08.1980-cı ildən 08.12.1980-cı ilə qədər Rusiya SFSR-nin Murmansk vilayətinin Monçeqorsk şəhərində yerləşən «Koltikinti» Trestinin Avtonəqliyyat kontorunda sürücü, 09.12.1980-cı ildən 03.07.1981-ci ilə qədər Rusiya SFSR-nin Murmansk vilayətinin Monçeqorsk şəhərində yerləşən «Koltikinti» Trestinin «Sənayetikinti-2» Xüsusiləşdirilmiş Təmir idarəsində ştukaturçu, 01.09.1981-ci ildən 17.11.1989-cu ilə qədər «Severonikel» kooperativinin Mis əritmə zavodunda əritmə şöbəsində çevirici, isti sahədə kərpicçi, əritmə şöbəsində metal tökücü, 11.01.1990-cı ildən 01.02.1990-cı ilə qədər «Abşeron» sanatoriyasında dülgər, 01.02.1990-cı ildən 01.06.1991-ci ilə qədər Bakı şəhəri Əzizbəyov rayonu (hazırki Xəzər rayonu) 25 №-li MKİS-də dülgər, 03.06.1991-ci ildən 20.12.2002-ci ilə qədər Bakı şəhəri Əzizbəyov rayonu Vergilər İdarəsində, 27.01.2003-cü ildən 01.06.2017-ci ilə qədər Bakı şəhər Vergilər Departamentinə müxtəlif vəzifələrdə işləmişdir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olan əmək pensiyası qanunvericiliyinə əsasən kişilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 1 №-li Siyahı üzrə 52 yaşdan pensiyaya çıxmaq hüququna malikdirlər. Bu əsasdan 01.01.2006-cı il tarixə qədər 20 il ümumi və 10 il zərərli iş stajını tamamladığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ mövcuddur. Belə ki, 01.01.2006-cı il tarixə qədər təhsil və hərbi xidmət müddətləri də daxil olmaqla 29 il 6 ay 6 gün ümumi iş stajı, 12 il 1 ay 07 gün zərərli iş stajını tamamlamışdır. Nəhayət ona 52 yaşı tamam olan tarixdən, yəni 07.10.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Lakin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi 10.12.2019-cu il tarixli **********5 №-li imtina məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İmtinanın səbəbi kimi, 01.01.2006-cı il tarixə qədər zərərli iş stajının 12 il 6 aydan az olması göstərilmişdir. O, uzun müddət SSRİ-nin Uzaq Şimal rayonlarında əmək fəaliyyəti ilə məşğul olmuşdur. Həmin dövrlər keçmiş SSRİ Nazirlər Sovetinin 10.02.1960-cı il tarixli 148 №-li Qərarının 3-cü bəndinə əsasən həmin rayonlarda işlədiyi hər 1 il 1 il 6 aya bərabər tutulmuşdur. O, 01.05.1983-cü ildən 17.11.1989-cu ilə qədər «Severonikel» kooperativinin Mis əritmə zavodunda əritmə şöbəsində isti sahədə kərpicçi, əritmə şöbəsində metal tökücü işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 №-li 21.06.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahının «Metallurgiya istehsalatı (əlvan metallar)» adlanan Vİİ Bölməsinin 18.1-ci yarımbölməsinin 1072101a-12176 – metal tökücüləri və 1072101a13790 – isti işlərdə məşğul olan odadavamlı materiallarla işləyənlər peşələrinə uyğundur. Həmin dövrlər təqvim ili ilə 8 il 1 ay 10 gün təşkil edir. Lakin, həmin dövrlər keçmiş SSRİ Nazirlər Sovetinin 10.02.1960-cı il tarixli 148 №-li Qərarının 3-cü bəndinə əsasən 12 il 1 ay 7 gün təşkil edir. Bundan başqa, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında Saziş bağlanmış və həmin Saziş 03.04.2001-ci il tarixli Qanunla təsdiq olunmuşdur. Adıçəkilən Sazişdə qeyd olunmuşdur ki, Rusiya Federasiyasının ərazisində qüvvədə olan qanunvericiliyə görə vətəndaşların iş stajları həm güzəştli həm də xidmət illərinə görə pensiya növləri də daxil olmaqla hər iki ölkə ərazisində tanınır (Maddə 6.2). Bundan əlavə, hazırki mübahisə predmetinə oxşar məhkəmə qərarı Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmişdir. Bu əsasdan hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. İş üzrə Bakı İnzibat Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, çıxışında bildirmişdir ki, məhkəmənin qərarı əsassızdır. Belə ki, iddiaçının 52 yaşı 01.10.2008-ci il tarixdə tamam olmuşdur. İddiaçıya 52 yaşdan pensiya təyin edilə bilməsi üçün qanunvericilik yalnız bir istisna müəyyən edirdi: keçmiş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13- cü maddəsinin “a” bəninə uyğun olaraq 01.01.2006-cı il tarixinədək 20 il ümumi və 10 il güzəştli iş stajına malik olması tələb olunurdu. Məhkəmə isə hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında" Qanunu və ondan öncə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununu deyil, SSRİ Nazirlər Sovetinin 10.02.1960-cı il tarixli Qərarını əsas götürərək hesab etmişdir ki, iddiaçının Uzaq Şimal rayonlarında işlədiyi hər 1 ili 1 il 6 aya bərabər tutulmalıdır. Məhkəmə tərəfindən hansı səbəbdən 1960-cı ilin Qərarının tələblərinin rəhbər tutulması əsaslandırmamışdır. Məlumdur ki, Azərbaycan Respublikasının ərazisində “Əmək pensiyaları haqqında” Qanun 01.01.2006-cı ildən etibarən qüvvədədir və məcburidir. Həmin Qanunun 24-cü maddəsində (həmçinin, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsində) sığorta stajı hesablanarkən hansı dövrlərin güzəştli şərtlərlə daxil edildiyi açıq-aydın qeyd olunmuş və orada Uzaq Şimal rayonlarında işləməklə bağlı hər hansı məsələyə toxunulmamışdır. Pensiya qanunvericiliyi SSRİ Nazirlər Sovetinin 10.02.1960-cı il tarixli Qərarının tətbiqi ilə bağlı hər hansı istisna müəyyənləşdirmir. Beləliklə, həmin Qərarın hazırki münasibətlərə şamil edilməsinin heç bir hüquqi əsası yoxdur. Bundan əlavə, məhkəmə iddiaçının 01.05.1983-17.11.1989-cu ilə qədər “Severonikel” kooperativinin Mis əritmə zavodunda əritmə zavodunda işlədiyi dövrü 8 il 1 ay 10 gün olaraq hesablamış və o illərin də hər birini 1 il 6 ay kimi götürməklə 12 il 1 ay 7 gün müəyyən etmişdir. Belə ki, məhkəmənin hesablaması qeyri-müəyyəndir. 01.05.1983- 17.11.1989 tarixləri arasındakı dövr 6 il 06 ay 16 gün edir. Həmin müddəti 1 il 6 ay kimi hesabladıqda isə 06 ay 16 gün edir. Hətta Məhkəmənin dediyi kimi, SSRİ Nazirlər Sovetinin 10.02.1960-cı il tarixli Qərarı tətbiq edilsə belə, iddiaçının güzəştli iş stajı 10 ilə çatmır. Bundan əlavə, məhkəmə iddiaçının peşələrini Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş siyahıdakı 1072101a—12176 və 1072101a—13790 kodlarına uyğunlaşdırmışdır. Halbuki, həmin kodlara uyğun gələ bilməsi üçün iddiaçı Metallurgiya istehsalatı (əlvan metallar) sahəsində, əlvan və qiymətli metalların emalı və təkrar emalında əritmə istehsalını həyata keçirən metal tökücüləri və ya isti işlərdə məşğul olan odadavamlı materiallarla işləyənlər sırasına daxil olmalı idi ki, iddiaçının qeyd olunan tələblərə cavab verməsi heç bir iş materialı ilə sübut edilmir. Vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qıərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili Vəkil1 və İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxnılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, iş materiallarında olan: -Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı ildə Tovuz rayonu Çeşməli kəndində doğulmuşdur. - İddiaçı məxsus BB 231788 №-li hərbi biletin surətindən görünür ki, iddiaçı 11.05.1976-cı ildən 15.06.1978-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - İddiaçı məxsus əmək kitabçasının notarial qaydada təsdiq edilmiş və azərbaycan dilinə tərcümə edilmiş surətindən görünür ki, iddiaçı 26.12.1975-ci ildən 03.05.1976-cı ilə qədər “Zelenstroy” 1 №-li Tikinti İdarəsi, Nərimanov rayonuna 1-ci dərəcəli bağ fəhləsi (bağban) vəzifəsində işləmiş, 11.05.1976-cı ildən 15.06.1978-ci ilə qədər Sovet Ordusunda xidmət etmiş, 03.07.1978-ci ildən 12.08.1980-cı ilə qədər Murmansk vilayətinin Monçeqorsk şəhəri, «Kolstroy» Sənaye Tikinti Trestində 3-cü dərəcəli suvaqçı, 13.08.1980-cı ildən 08.12.1980-cı ilə qədər Murmansk vilayətinin Monçeqorsk şəhəri, «Kolstroy» Sənaye Tikinti Trestinin Avtonəqliyyat kontorunda sürücü, 09.12.1980-cı ildən 03.07.1981-ci ilə qədər Murmansk vilayətinin Monçeqorsk şəhəri, «Kolstroy» Sənaye Tikinti Trestinin “Promstroy-2” TQİ-də 4-cü dərəcəli suvaqçı, 01.09.1981-ci ildən 07.10.1981-cu ilə qədər Mis əritmə sexi, Əritmə sexində 4-cü dərəcəli konvertorçu, 07.10.1981-cu ildən 01.05.1983-cü ilə qədər Mis əritmə sexi- qaynar sahədə 4-cü dərəcəli sobaçı bənna, 01.05.1983-cü ildən 01.06.1988-ci ilə qədər Mis əritmə sexi4-cü dərəcəli metaltökən fəhlə, 5-ci dərəcəli metaltökən fəhlə, 01.06.1988-ci ildən 17.11.1989-cu ilə qədər Mis əritmə sexinin 2 nömrəli əritmə bölməsinə 4-cü dərəcəli rəngli metaltökən fəhlə, 11.01.1990-01.02.1990-cı ildə “Abşeron” mədə-bağırsaq sanatoriyası dülgər vəzifəsində, 01.02.1990-01.06.1991-ci ilə qədər Əzizbəyov rayonu 25 saylı MİS dülgər vəzifəsində, 03.06.1991-ci ildən 20.12.2002-ci ilə qədər Bakı şəhəri Əzizbəyov rayonu Vergilər İdarəsində, 27.01.2003-cü ildən 01.06.2017-ci ilə qədər Bakı şəhər Vergilər Departamentinə müxtəlif vəzifələrdə işləmişdir. - İddiaçı ilə Rusiya SFSR-nin Murmansk vilayətinin Monçeqorsk şəhərində yerləşən V.İ.Lenin adına “Severonikel” Kombinatı arasında bağlanmış 27.10.1983-cü il tarixli və 27 oktyabr 1988-ci il tarixli əmək müqavilələrinin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, əmək müqavilələrinin 5-ci paraqrafının “Q” bəndinə əsasən Uzaq Şimal rayonlarında işlədiyi hər 1 il iş stajı 1 il 6 aya bərabər tutulur, yaşa və əlilliyə görə pensiya təyinatı zamanı hüquqi əhəmiyyətə malikdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin iddiaçının 14.11.2019cu il tarixli ərizəsinə cavab olaraq verdiyi 10.12.2019-cu il tarixli, **********5 №-li məktubdan görünür ki, iddiaçının 01.01.2006-cı il tarixə qədər güzəştli iş stajının 12 il 6 aydan az olması səbəbindən ona pensiya təyin olunmasından imtina edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakı hüquqi əsaslara görə hesab etmişdir ki, iddia tələbi təmin olunmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. 01.01.2006-cı il tarixdək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşa çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:
1. İddiaçının 01.01.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması;
2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. Tədqiq olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçının 01.01.2006-cı ilə qədər hərbi xidmət dövrü də daxil olmaqla 29 il 6 ay 6 gün ümumi və təqvim ili olaraq 8 il 1 ay 10 gün güzəştli iş stajı mövcuddur. Yuxarıda sadalanan hallardan göründüyü kimi, iddiaçı uzun müddət SSRİ-nin Uzaq Şimal rayonlarında əmək fəaliyyəti ilə məşğul olmuşdur. Keçmiş SSRİ Nazirlər Sovetinin 10.02.1960-cı il tarixli, 148 №-li Qərarının 3-cü bəndinə əsasən Uzaq Şimal rayonlarında 01.03.1960-cı il tarixə kimi işləyənlərin hər 1 ili 2 ilə, 01.03.1960-cı il tarixdən sonra işləyənlərin hər 1 ili 1 il 6 aya bərabər tutulmaqla yaşa və əlilliyə görə pensiya təyinatı zamanı staj olaraq nəzərə alınmalıdır. İddiaçının 01.05.1983-cü ildən 17.11.1989-cu ilə qədər «Severonikel» kooperativinin Mis əritmə zavodunda əritmə şöbəsində isti sahədə kərpicçi, əritmə şöbəsində metal tökücü işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 №-li 21.06.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahının «Metallurgiya istehsalatı (əlvan metallar)» adlanan Vİİ Bölməsinin 18.1-ci yarımbölməsinin 1072101a-12176 – metal tökücüləri və 1072101a-13790 – isti işlərdə məşğul olan odadavamlı materiallarla işləyənlər peşələrinə uyğundur. Həmin dövrlər təqvim ili ilə 8 il 1 ay 10 gün təşkil etsə də keçmiş SSRİ Nazirlər Sovetinin 10.02.1960-cı il tarixli 148 №-li Qərarının 3-cü bəndinə əsasən 12 il 1 ay 7 gün təşkil edir. Bundan başqa, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında Saziş bağlanmış və həmin Saziş 03.04.2001-ci il tarixli Qanunla təsdiq olunmuşdur. Adıçəkilən Sazişdə qeyd olunmuşdur ki, Rusiya Federasiyasının ərazisində qüvvədə olan qanunvericiliyə görə vətəndaşların iş stajları həm güzəştli həm də xidmət illərinə görə pensiya növləri də daxil olmaqla hər iki ölkə ərazisində tanınır (Maddə 6.2). Göründüyü kimi iddiaçının Uzaq Şimal rayonlarında işlədiyi vəzifələrin özü zərərli peşələrə aid olmaqla yanaşı həmin dövrlər Rusiya Federasiyası qanunvericiliyinə əsasən 1 il üçün 1 il 6 ay olaraq götürülmüşdür. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının zərərli peşələrdə işlədiyi müəssisələr ölkə xaricində yerləşdiyindən həmin peşələrin güzəştli olmasına dair müvafiq arayışın əldə edilməsi şərtinin iddiaçıya münasibətdə tətbiq edilməsi ədalətsiz olardı. Göründüyü kimi, hər iki hal iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 52 yaşı tamam olduğu tarixdən, yəni 07.10.2008-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Kassasiya şikayətinə əlavə edilmiş Nornikel Kolskaya QMK M.B Qarayevə ünvanlandığı 31.12.2020-ci il tarixli, 15653-205 saylı sığorta pensiyasının vaxtından əvvəl təyin edilməsi üçün xüsusi əmək şəraitini dəqiqləşdirən Arayışda aşağıdakılar qeyd edilir : xx.xx.1956-cı il təvəllüdlü İddiaçı 01.09.1981-ci ildən (28.08.1981 tarixli 137 saylı əmr) 17.11.1989-cu ilədək (17.11.1989 tarixli 180 nömrəli əmr) “Severonikel” kombinatında, o cümlədən: 01.09.1981-ci il tarixdən 06.10.1981-ci il tarixinədək daimi tam iş günü ərzində misəritmə sexinin əritmə şöbəsində konvertorçu (əritmə aparatında işləyən), 01.05.1983 taixindən 31.05.1988 tarixinədək daimi tam iş günü ərzində misəritmə sexinin əritmə şöbəsində metal tökücüsü, 01.06.1988 tarixindən 17.11.1989 tarixinədək daimi tam iş günü ərzində misəritmə sexinin əritmə şöbəsində rəngli metal və xəlitələr tökən işçi, SSRİ Nazirlər Sovetinin 22.08.1956 tarixli 1173 saylı qərarı ilə təsdiq edilmiş 1 saylı Siyahının Vİİ bölməsinin 5-ci yarımbölməsinin "a" bəndi ilə nəzərdə tutulmuş güzəştli pensiya təminatı hüququ verən işlərdə və əmək şəraitində; 07.10.1981 tarixindən 30.04.1983 tarixinədək daimi tam iş günü ərzində misəritmə sexinin əritmə şöbəsində qaynar işlərdə işləyən, sənaye peçləri üzrə kərpicçi-peç ustası, SSRİ Nazirlər Sovetinin Əmək və əmək haqqı məsələləri üzrə Dövlət Komitəsinin və X1 Mərkəzi Soveti Katibliyinin 02 aprel 1976-cı il tarixli 5/8 saylı izahına əsasən qaynar işlərdə odadavamlı materiallarla işləyən kərpicçi-peç ustası kimi SSRİ Nazirlər Sovetinin 22.08.1956 tarixli 1173 saylı qərarı ilə təsdiq edilmiş 1 saylı Siyahının Vİİ bölməsinin 5-ci yarımbölməsinin "a" bəndi ilə nəzərdə tutulmuş güzəştli pensiya təminatı hüququ verən işlərdə və əmək şəraitində işləmişdir. İş daim Murmansk vilayəti Monçeqorsk şəhərində Uzaq Şimal rayonunda olmuşdur. İstisna təşkil edir: - əmək haqqı saxlanılmaqla təhsil məzuniyyətləri: 30.05.1984 tarixindən 06.06.1984 tarixinədək, 04.04.1988 tarixindən 11.08.1988 tarixinədək, 03.04.1989 tarixindən 12.05.1989 tarixinədək. - əmək haqqı saxlanılmadan müvəqqəti əmək qabiliyyətinin olmaması dövrü 22.09.1984 tarixindən 04.10.1984 tarixinədək; əmək haqqı saxlanılmadan 21.05.1987 tarixindən 07.06.1987 tarixinədək təhsil məzuniyyəti. Digər işdən yayınma halları yoxdur. "xxxx" Açıq səhmdar cəmiyyəti Müəssisənin nizamnaməsinə əsasən Lenin Ordenli dövlət müəssisəsi V.İ.Lenin adına "Severonikel" kombinatının hüquqi varisidir və Murmansk vilayəti Monçeqorsk şəhərində Uzaq Şimal rayonunda yerləşir. Dövlət əmlakının idarə edilməsi üzrə Rusiya Federasiyası Dövlət Komitəsinin 727-p saylı 06.04.1994 tarixli Sərəncamının icrası üçün "Norilski nikel" Rusiya səhmdar cəmiyyətinin 16 saylı 13.12.1994 tarixli sərəncamına uyğun olaraq Lenin ordenli dövlət müəssisəsi V.İ.Lenin adına "Severonikel" kombinatının adı "xxxx" Açıq tipli səhmdar cəmiyyətinə dəyişmişdir ("xxxx" ATSC) və Monçeqorsk şəhər Hökümətinin 421 saylı 29.12.1994 tarixli Qərarı əsasında qeydiyyata alınmışdır (Müəssisənin dövlət qeydiyyatı haqqında şəhadətnamə seriya AOOT 401 saylı 20.01.1995 tarixli). “Norilsk nikel”xxxx-nin “xxxx” Səhmdar cəmiyyətininn qeydiyyatı haqqında” 18 saylı 24.01.1995 tarixli əmrinə uyğun olaraq “xxxx” qeydiyyat anındann “xxxx” Səhmdar cəmiyyətinə dəyişmişdir (“xxxx” ıhmdar cəmiyyəti). Monçeqorsk şəhər Hökümətinin 421 saylı, 29.12.1994 tarixli, 78 saylı, 19.02.1997 tarixli Narlarına uyğun olaraq “xxxx” Açıq səhmdar cəmiyyəti qeydiyyata tamışdır (müəssisənin dövlət qeydiyyatı haqqında AO seriyalı 584 saylı 02.09.1998 tarixli şəhadətnamə). “xxxx” Açıq səhmdar cəmiyyəti “xxxx” MMC-nin jsisçisi - “Norilsk nikel”xxxx” ASC - “xxxx” Açıq səhmdar cəmiyyətinin eganə səhmdarının 03 saylı 06.11.2013 tarixli qərarı əsasında “xxxx” Məhdud nəsuliyyətli cəmiyyətinə dəyişilməklə yenidən təşkil olunmuşdur. Yenidən təşkil olunma prosesində yaradılmış “xxxx” MMC 07 aprel 2014-cü ildə Federal vergi xidmətinin Monçeqorsk şəhəri üzrə Müfəttişliyi tərəfindən qeydiyyata alınmışdır, VÖEN / QSK **********/510701001 verilmiş, əsas dövlət qeydiyyat nömrəsi **********092. “xxxx” MMC müəssisənin Nizamnaməsinə əsasən “xxxx” Açıq səhmdar cəmiyyətinin hüquqi varisidir və Murmansk vilayəti Monçeqorsk şəhərində Uzaq Şimal rayonuunda yerləşir. “xxxx” MMC “xxxx” MMC-yə birləşmə yolu yenidən təşkil olunması ilə əlaqədar özünün fəaliyyətinə 09 aprel 2015-ci ildə xitam vermişdir. Bu barədə hüquqi şəxslərin vahid dövlət reyestrinə müvafiq qeyd daxil edilmişdir (DQN **********389). “xxxx” MMC-nin Nizamnaməsi (redaksiya N 9) əsasında fəaliyyət göstərən “xxxx” MMC “xxxx” MMC-nin bütün hüquqları və öhdəikləri üzrə 09 aprel 2015-ci ildən “xxxx” MMC-nin hüquqi varisidir. “xxxx” MMC ilə “Kolskaya QMK” SC və “Murmansk vilayəti dövlət arxivi” Dövlət vilayət büdcə müəssisəsi arasında bağlanmış, sənədlərin qorunmasının təmin edilməsi barədə 1384-46-14/001-46-4/44 saylı, 01.12.2014 tarixli razılaşmaya uyğun olaraq arxiv sənədlərinin saxlanması, həmçinin şəxsi heyət üzrə sənədlərdə olan məlumatlar əsasında sosial-hüquqi xarakterli sorğulara məlumatların təqdim edilməsini, “xxxx” MMC adından imza hüququ ilə “Kolskaya QMK” SC həyata keçirir (ƏDQN **********906, VÖEN **********). “Sığorta pensiyaları haqqında” 28.12.2013 tarixli 400-d>3 saylı Federal Qanunun 28ci maddəsinə əsasən əmək pensiyası ödənişinin müəyyən edilməsi üçün təqdim olunan sənədlərdə olan məlumatların düzgünlüyüm görə məsuliyyəti işə götürən daşıyır. Əsas: 1981-1989-cu illər üçün şəxsi heyət üzrə əmrlər, işçinin şəxsi kartı, 1981-1989cu illər üçün əmək haqqı üzrə şəxsi hesablar, nikelin əridilmə üsulu ilə istehsal texnologiyası, 1981-1989-cu illər üzrə növbəli ştat. Arayışdan göründüyü kimi, kərpicçı peç ustasının vəzifəsinin xüsusiyyətləri ətraflı qeyd edilmişdir, yəni kərpicçi peç ustası çöldə istənilən bir hava şəraitində bina tikməklə məşğul olan kərpiç bənna vəzifəsinə uyğundur. Həmçinin, Arayışdan görünür ki, iddiaçının işlədiyi peşələr uzaq şimal rayonlara aiddir. Uzaq şimal rayonlarında iddiaçının təqvim ili üzrə zərərli iş stajı 08 il 01 ay 10 gün təşkil edir. SSRİ Nazirlər Sovetinin 10.02.1960-cı il tarixli,148 nömrəli qərarının 3-cü bəndinə əsasən uzaq şimal rayonlarında işləyən şəxslərin hər bir ili 01 il 06 ay olmaqla hesablanır.Bu hal işdə olan iddiaçı ilə Nornikel arasında bağlanmış əmək müqaviləsində öz əksini tapmışdır. “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinin “a” bəndi və “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsində işçinin iş stajınının sırf təqvim ili hesablanması öz əksinin tapmamışdır. Bu əsasdan məhkəmə kollegiyası hesab edir ki, bu hüquqi bir məsələ olduğundan və iddiaçı ilə bağlanmış əmək müqaviləsində bu hal öz əksini tapdığından SSRİ Nazirlər Sovetinin 10.02.1060-cı il tarixli, 148 nömrəli qərarının 3-cü bəndinə əsasən iddiaçının 01.09.1981-ci oildən 17.11.1989-cu ilə qədər işlədiyi dövrlər həmin həmin qərara uyğun olaraq 12 il 01 ay 07 gün təşkil etdiyindən onun minimal zərərli iş stajı olan 10 ildə artığını tamamlayır və bu əsasdan ona güzəştli şərtlərlə pensiya təyin olunmalıdır. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək düzgün nəticəyə gəlmişdir, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3559/2020 saylı 11 iyun 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Aida Hüseyn Səadət Bəktaşi