Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1645/2023 10.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı oğunun Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hakimiyyət səlahiyyətinin yerinə yetirilməsinə görə əmək pensiyasının yenidən hesablanması və ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X5 və X4 ibarət tərkibdə, X8-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı oğunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hakimiyyət səlahiyyətinin yerinə yetirilməsinə görə əmək pensiyasının yenidən hesablanması və ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2273/2022 saylı 02 mart 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 10 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı oğu 1948-ci il təvəllüdlüdür. İddiaçıya məxsus xx.xx.1968-ci il tarixli əmək kitabçasından görünür ki, o, xx.xx.2000-ci ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan Beyləqan rayon Dövlət X3 rəisi vəzifəsinə təyin edilmiş və xx.xx.2015-ci ildə dövlət qulluğunda olma müddətinin başa çatması ilə əlaqədar əmək müqaviləsinə xitam verilmiş və 1 yanvar 2016-cı il tarixdən ona sabiq dövlət qulluqçusu kimi yaşa görə pensiya təyin edilmişdir. Əmək pensiyasının yenidən hesablanması haqqında 006877 saylı xx.xx.2021-ci il tarixli qərardan görünür ki, iddiaçıya pensiyasi hesablanarkən hakimiyyət səlahiyyətinin icrasına görə əlavə məvacib nəzərə alınmamış və aylıq pensiya məbləği 538.43 manat təşkil etmişdir. İddiaçı ona təyin olunmuş əmək pensiyasının məbləği ilə razılaşmayaraq pensiyanın yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********9 saylı 05 iyul 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, ona Dövlət Sosial Müdafiə Fondunun Beyləqan rayon şöbəsi tərəfindən 01 yanvar 2016-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. 01 dekabr 2013-cü il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 280 manat, qulluq stajına görə əlavə 68,82 manat, ixtisas dərəcəsinə görə 55,0 manat, mükafatlarla müavinətin cəminə görə əlavə 81,67 manat olmaqla orta aylıq əmək haqqı 485,49 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci l tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 15 il 11 ay 9 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (485,49 manat) 80 faiz – 388,39 manat məbləğində müəyyən edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşınız 310,00 manat qulluq stajına görə əlavə 76,20 manat, ixtisas dərəcəsinə görə əlavə 55.00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 90,42 manat olmaqla orta aylıq əmək haqqı 531,62 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqını (531,62 manat) arasındakı fərq məbləğinin (46,13 manat) 52,75 faizi- 24,33 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanın (388,39 manat) üzərinə əlavə olunmaqla əmək pensiyanın məbləği 412,72 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən xx.xx.2018- xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 7016,24 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 6571,84 manat ödənilmişdir. Bu səbəbdən də İddiaçı yuxarıda qeyd olunan dövr ərzində 444,40 manat əskik pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq kecdiyi vəzifə üzrə vəzifə maaşı 465,00 manat, qulluq stajına görə əlavə 114,30 manat, ixtisas dərəcəsinə görə əlavə 55,00 manat mükafatlarla müavinətlərin cəminə görə əlavə 135,63 manat olmaqla orta aylıq əmək haqqı 769,93 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əmək haqqını (531,62 manat)ilə 1 sentyabr 2019 –cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümmilikdə orta aylıq əmək haqqı (769,93 manat) arasındakı fərq məbləğinin (238,31 manat) 52,75 faizi- 125,71 manat 1 sentyabr 2019-cu il tarixindək hesablanmış pensiyanın (412,72 manat) üzərinə əlavə olunmaqla əmək pensiyanın məbləği 538,43 manat müəyyən edilmişdir. Lakin xx.xx.2019- xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində hər ay 536,00 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində 46,17 manat əskik pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən əmək pensiyanı üzrə keçmiş müddət üçün hesablanmış 490,57 manat fərq məbləği cari ilin aprel ayında pensiyanın üzərinə əlavə olunmaqla (538,43 + 490,57= 1029,00 manat) müvafiq kart hesabına köçürülmüşdür. Həmin imtinadan narazı qalan İddiaçı oğu cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “dövlət qulluqçularına qulluq stajına görə əmək pensiyasına əlavələr nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ona xx.xx.2016-ci il tarixdən DSMF Beyləqan rayon şöbəsi tərəfindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunmuşdur. Lakin yaşa görə əmək pensiyası təyin olunarkən dövlət qulluqçusu kimi iş stajı və stajına əlavə olunan əlavələr nəzərə alınmadan hesablama aparılaraq təyin olunmuşdur. İddiaçı ona təyin edilmiş pensiyasının yenidən hesablanması üçün ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli cavab məktubunda yaşa görə əmək pensiyasının yenidən hesablanmasından imtina etmişdir. İddiaçı göstərilənlərə əsasən imtina ilə razılaşmadığından iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2273/2022 saylı 2 mart 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçının dövlət qulluğunda stajı 15 il 11 ay 9 gün təşkil edir. Yuxarıda qeyd edilən Qaydaya uyğun olaraq dövlət qulluğuna görə əmək pensiyasının hesablanması üçün vaxtilə iddiaçının qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə (50 faiz + 2,75 faiz) 52,75 faiz tətbiq edilməlidir. Belə olan halda Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada iddiaçının pensiyası cavabdeh tərəfindən yenidən hesablanaraq 01 sentyabr 2019-cu il tarixinədək hesablanmış əmək haqqı(531,62 manat) ilə 01 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (769,93 manat) arasındakı fərq məbləğinin (238,31 manat) 52,75 faiz, yəni 125,71 manat 01 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanın üzərinə əlavə olunmaqla 538,43 manat müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçının əmək pensiyasını yenidən hesablanması zamanı qanunvericiliyin tələblərini nəzərə almış və düzgün tətbiq edərək pensiya məbləğini müəyyən etmişdir. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırlmışdır ki, məhkəmənin gəldiyi nəticə səhvdir və iddia tələbinin təmin edilməməsi tam qanunsuz və əsassızdır. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1953/2022 saylı 22 avqust 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2273/2022 saylı 2 mart 2022-ci il tarixli qərarın ləğv edilməsi və iddianın təmin edilərək İddiaçı hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi məbləğində ödənilən əlavə haqqı nəzərə alınmaqla 01 yanvar 2016-cı il tarixdən pensiyasının yenidən hesablanması və həmin tarixdən hal-hazıradək yaranacaq məbləğ fərqinin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, sözügedən 15% əlavə haqqın alınmasına dair hüquqmüəyyənedici akt Azərbaycan Respublikası Prezidentinin 776 nömrəli, 20 iyun 2008-ci il tarixli Fərmanıdır. Belə olan halda yəni, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Beyləqan Rayon Dövlət X6 5-ci kateqoriya dövlət orqanı olduğu üçün həmin orqanın rəisi vəzifəsini tutan iddiaçı hakimiyyət səlahiyyətləri verilən dövlət qulluqçusu hesab edildiyindən, hakimiyyət səlahiyyətlərinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq pensiya təyinatı zamanı nəzərə alınmalı idi. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-66/2023 saylı 12 yanvar 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1953/2022 saylı 22 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: İddiaçı oğli iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək, onların məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materiallarından müəyyən olunmur. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı oğunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “dövlət qulluqçularına qulluq stajına görə əmək pensiyasına əlavələr nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” ilə bağlıdır. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); https://e-qanun.az/framework/11566 Həmin Qanunun 20.11-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11- 1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə əsasən ixtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Həmin Qanunun 22.7-1-ci maddəsinə əsasən dövlət qulluqçusunun bu Qanunun 2.3- cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 25 iyun 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 1.1-ci maddəsinə əsasən bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017-ci il iyulun 1-dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi – bundan sonra əməkhaqqı) artırıldıqda yenidən hesablanır. Həmin Qaydanın 2.3-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Qanununun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə – orta aylıq əməkhaqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Hazırki işdən görünür ki, iddiaçı 2000-ci ildən 2016-cı ilə kimi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan Beyləqan rayon X3 rəisi vəzifəsində işləmişdir. 2016-cı il tarixdən sabiq dövlət qulluqçusu kimi ona yaşa görə əmək pensiyası təyin olunmuşdur. Belə ki, işə əvvəl baxmış məhkəmə tərəfindən X12 iddiaçının işlədiyi müddətdə hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşına əlavə haqq nəzərdə tutulubtutulmadığı barədə məlumatın təqdim edilməsinə dair sorğu verilmiş, məhkəməyə ünvanlanan xx.xx.2022-ci il tarixli məktubdan göründüyü kimi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan Beyləqan rayon X6 5-ci kateqoriya dövlət orqanı olduğu üçün həmin orqanın rəisi vəzifəsini tutan dövlət qulluqçusu hakimiyyət səlahiyyətləri verilən dövlət qulluqçusu hesab edilir və həmin dövlət qulluqçusuna hakimiyyət səlahiyyətlərinin icrasına görə aylıq vəzifə maaşının 15 %-i məbləğində əlavə haqq təyin edilir. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdu ki, cavabdeh tərəfindən iddiaçıya yaşa (dövlət qulluğuna) görə pensiya təyin edilərkən ixtisas dərəcəsinə və qulluq stajına görə əlavələr nəzərə alınaraq hesablansa da, hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15% məbləğində əlavə haqq nəzərə alınmamışdır. Belə ki, işin birinci apellyasiya baxışı zamanı müəyyən olunmuşdu ki, sözügedən 15% əlavə haqqın alınmasına dair hüquqmüəyyənedici akt Azərbaycan Respublikası Prezidentinin 776 nömrəli xx.xx.2008-ci il tarixli Fərmanıdır. Həmin mövqe ilə razılaşmayan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-66/2023 saylı 12 yanvar 2023-cü il tarixli qərarında göstərilmişdir ki, “apellyasiya insyansiyası məhkəməsi tərəfindən iddiaçının işlədiyi dövrdə hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavənin alınıb-alınmaması, ondan sosial sığorta haqqının tutulub-tutulmaması ilə bağlı Konstitusiya Məhkəməsinin 15 may 2020-ci il tarixli qərarının tələblərinə uyğun araşdırılma aparılmamışdır.” Bununla bağlı hazırki işin təkrar apellyasiya baxışı zamanı İddiaçı 2000-ci ildən 2016-cı ilə qədər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan Beyləqan rayon Dövlət X3 baş məsləhətçisi-rəisi vəzifəsində işlədiyi dövrün son iki ilində ona hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavənin ödənilib-ödənilmədiyi, ödənildiyi təqdirdə həmin əlavələrdən sosial sığorta haqlarının tutulub-tutulmadığı barədə məhkəməyə məlumat verilməsi ilə bağlı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyindən məhkəməyə daxil olmuş məktubda qeyd edilmişdir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki X2 rayonu üzrə Dövlət X3 baş məsləhətçisi-rəisi vəzifəsində çalışmış İddiaçı 2014-2016-cı illər üzrə ştat cədvəllərində qeyd olunan vəzifə üzrə hakimiyyət səlahiyyətlərinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə nəzərdə tutulmadığı üçün həmin illərdə müvafiq əlavə ona ödənilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, işin hallarına Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 may 2020-ci il tarixli qərarındakı hüquqi mövqedən yanaşılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarında göstərilmişdir ki, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqını ödəmiş olsun. Göründüyü kimi, Qanunda şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı əmək haqqı və dövlət məvacibinə münasibətdə sosial sığorta haqqı ödənildiyi halda həmin vəsaitlərin nəzərə alınması məcburi şərt kimi nəzərdə tutulmuşdur. Hazırki işdə isə iddiaçıya 2014-2016-cı illər üzrə (pensiyaya çıxanda götürülən son iki ildə) hakimiyyət səlahiyyətlərinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavənin ödənilmədiyi müəyyən olunur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının hakimiyyət səlahiyyətinin yerinə yetirilməsinə görə əmək pensiyasının yenidən hesablanması və ödənilməsi ilə bağlı tələbinin təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Buna görə də məhkəmənin bu barədə gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğundan qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırki vəziyyətdə iddiaçı onun istədiyi inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etdiyindən və bu dəlillərə qərarın əsaslandırıcı hissəsində qiymət verildiyindən bu barədə əlavə apellyasiya araşdırılmasına zərurət yoxdur. Odur ki, məhkəmə kollegiyası iddia tələbinin təmin olunmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2273/2022 saylı 02 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2273/2022 saylı 02 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X15 Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2-1(103)-1645/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1645/2023
10.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver