Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1645/2025 06.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X2 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, cavavdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6532/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 3-17-1/2-P304392/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xidməti araşdırma zamanı yaşa görə əmək pensiyanızın məbləğində xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək artıqödəmə aşkar edilmişdir. Belə ki, sosial sığorta göstəricilərində heç bir dəyişiklik olmadığı halda, pensiya məbləğiniz xx.xx.2018-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə əsassız şəkildə artırılmışdır. Bu səbəbdən əmək pensiyanızın məbləğində xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək artıq ödənilmiş məbləğ 10180,57 (on min yüz səksən manat 57 qəpik) manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda isə məhkəmə qaydasında tutulur. Bu baxımdan 10180,57 manat məbləğində təşkil edən artıq ödənilmiş vəsaitin qanunvericiliyə uyğun olaraq razılığı ilə əmək pensiyasından hər ay tutularaq bərpa olunması üçün Fondun müvafiq regional filialına və ya “DOST” Mərkəzlərinə yaxınlaşaraq ərizə ilə müraciət etmək və yaxud həmin vəsaiti aşağıdakı rekvizitlərlə Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının hesabına bərpa etmək xahiş edilmişdir. Artıq ödənilmiş vəsaitin geri qaytarılması tərəfindən təmin edilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin ediləcəkdir.
2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 3-17-1/2-P281025/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Pensiya işində olan sənədlərin surətlərinə əsasən xx.xx.2006-cı il tarixinədək 40 il 3 ay 6 gün sığorta stajı və işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməyinizlə əlaqədar xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 20261,15 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanmış və xx.xx.2020-ci il tarixindən (artıq ödəmənin müəyyən edildiyi tarixdən 3 il əvvələ) 590,37 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2021-ci il tarixindən 657,67 manata, xx.xx.2022-ci il tarixindən 680,03 manata çatdırılmışdır. Qanuna 01.01,2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunanları nəzərə alaraq əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 696,69 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq 799,10 manata çatdırılmışdır. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Xidməti araşdırma zamanı məlum olmuşdur ki, sosial sığorta göstəricilərində heç bir dəyişiklik olmadığı halda, pensiyanın məbləği xx.xx.2018-ci il tarixində və xx.xx.2020-ci il tarixində əsassız şəkildə artırılmışdır. Bu səbəbdən əmək pensiyası üzrə Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınaraq xx.xx.2020-ci il tarixindən (artıq ödəmənin müəyyən edildiyi tarixdən 3 il əvvələ) xx.xx.2023-cü il tarixinədək artıqödəmə müəyyən edilmişdir. Müraciətdə qeyd edilən digər məsələ (artıq ödənilmiş əmək pensiyasının məbləği barədə məlumat verilməsi) Mərkəzi Filialın səlahiyyətləri xaricində olduğundan müraciəti xx.xx.2023-cü il tarixində 3-17-1/3-1- 101131/2023 nömrəli məktubla aidiyyəti üzrə Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına göndərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ var.
3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 3-17-1/2-P262367/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023- cü il tarixli müraciətin araşdırılması zamanı təyin olunmuş yaşa görə əmək pensiyasının məbləğində artıq ödəmə aşkar edilmişdir. Belə ki, sosial sığorta göstəricilərində heç bir dəyişiklik olmadığı halda, pensiya məbləği xx.xx.2018-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə əsassız şəkildə artırılmışdır. Bu səbəbdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsi tətbiq edilməklə yaşa görə əmək pensiyasının məbləğində xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək artıq ödənilmiş məbləğ 10180,57 (on min yüz səksən manat 57 qəpik) manat müəyyən olunmuşdur. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda isə məhkəmə qaydasında tutulur. Bu baxımdan 10180,57 (on min yüz səksən manat 57 qəpik) manat məbləğində təşkil edən artıq ödənilmiş vəsaitin qanunvericiliyə uyğun olaraq razılığı ilə əmək pensiyasından hər ay tutularaq bərpa olunması üçün Fondun müvafiq regional filialına və ya “DOST” Mərkəzlərinə yaxınlaşaraq ərizə ilə müraciət etmək və yaxud həmin vəsaiti aşağıdakı rekvizitlərlə Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının hesabına bərpa edilməsi xahiş edilmişdir. Artıq ödənilmiş vəsaitin geri qaytarılması tərəfindən təmin edilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin ediləcəkdir.
4. İddiaçı dair xx.xx.1965-ci il tarixli əmək kitabçası təqdim edilmişdir.
5. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Yasamal rayon şöbəsinin pensiya və müavinət təyin edən komissiyanın 12/690 saylı xx.xx.2006-cı il tarixli qərarına əsasən İddiaçı xx.xx.2005-ci il tarixdən ömürlük pensiya təyin edilmişdir.
6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xidməti məktubunda bildirilmişdir ki, İddiaçı yaşa görə əmək pensiyasının məbləğində xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək artıqödəmə aşkar edilmişdir. Belə ki, sosial sığorta göstəricilərində heç bir dəyişiklik olmadığı halda İddiaçı pensiya məbləği xx.xx.2018-ci il tarixdən və xx.xx.2020-ci il tarixdə əsassız şəkildə artırılmışdır.
7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/1-P-239994/2023 №-li qərarına əsasən İddiaçı 799,10 manat əmək pensiyası hesablanmışdır. Yenidən hesablama səbəbi inventarizasiya, hesablamadan əvvəlki pensiya məbləği 1123,69 manat qeyd edilmişdir.
8. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı 799,10 manat əmək pensiyası hesablanmışdır. Yenidən hesablama səbəbi qeyd edilməmişdir.
9. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi tərəfindən İddiaçı ünvanlanmış 3-17- 1/2-P-194375/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı DOST Mərkəzindən daxil olmuş ərizəyə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə uyğun olaraq xx.xx.1997-ci il tarixində yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2006-cı il tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsi tətbiq edilməklə əmək pensiyasının ödənişi davam etdirilir. xx.xx.2006-cı il tarixinədək 40 il 3 ay 6 gün sığorta stajı və işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməyi ilə əlaqədar xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 19746,72 manat pensiya kapitalı əsasında pensiyanın məbləği yenidən hesablanmış və xx.xx.2020-ci il tarixindən 590,37 manat müəyyən edilmişdir. pensiyanın məbləği indeksləşdirilərək xx.xx.2021-ci il tarixindən 657,67 manata, xx.xx.2022-ci il tarixindən 680,03 manata çatdırılmışdır. Qanuna xx.xx.2023cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunanları nəzərə alaraq əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən Qanunun 26.4-cü maddəsinə əsasən 696,69 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq 799,10 manata çatdırılmışdır. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Xidməti araşdırma zamanı məlum olmuşdur ki, sosial sığorta göstəricilərində heç bir dəyişiklik olmadığı halda xx.xx.2018-ci il tarixindən əsassız şəkildə pensiya məbləği artırılmışdır. Bu səbəbdən əmək pensiyası üzrə xx.xx.2020-ci il tarixindən (artıqödəmə haqqında qərarın qəbul edilməsindən 3 il əvvəl) xx.xx.2023-cü il tarixinədək artıqödəmə müəyyən edilmişdir. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1- ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya ) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.
10. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-17-1/2- 135795/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, İddiaçı əmək pensiyasının yenidən hesablanması haqqında Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli qərarı ilə ona təyin edilmiş əmək pensiyasında artıqvermə məbləği aşkar edilmişdir. Aşkar edilmiş artıqvermə məbləği ilə bağlı İddiaçı əmək pensiyasından hər hansı tutulma aparılmamışdır.
11. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-17-1/2- 183619/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə uyğun olaraq İddiaçı xx.xx.1997-ci il tarixində yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2006-cı il tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsi tətbiq edilməklə əmək pensiyasının ödənişi davam etdirilir. İddiaçının təqdim etdiyi sənədlərin surətinə əsasən xx.xx.1964-cü il tarixindən xx.xx.1964-cü il tarixinədək, xx.xx.1964-cü il tarixindən xx.xx.1966-cı il tarixinədək, xx.xx.1967-ci il tarixindən xx.xx.1973-cü il tarixinədək, xx.xx.1973-cü il tarixindən xx.xx.1973-cü il tarixinədək, xx.xx.1973-cü il tarixindən xx.xx.1974-cü il tarixinədək, xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1975-ci il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1975-ci il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1975-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək, xx.xx.1976-cı il arixindən xx.xx.1976-cı il tarixinədək, xx.xx.1976-cı il tarixindən xx.xx.1977-ci il tarixinədək, xx.xx.1977-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək, xx.xx.1980-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla sığorta stajı 40 il 3 ay 6 gün təşkil edir.
a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən onun barəsində artıqödəmə haqqında qəbul edilmiş qərarın ləğv edilməsi və yaşa görə əmək pensiyası məbləğinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1946-cı il təvəllüdlü İddiaçı Bakı şəhərində doğulub. Əmək fəaliyyətinə xx.xx.1964-cü il tarixdən başlamış və xx.xx.2018-ci il tarixədək davam etdirmişdir. İddiaçı yaşa görə əmək pensiyasında azalma olduğunu gördükdə həmin azalmanın hansı səbəbdən və hansı miqdaradək azaldılması barədə izah verilməsi üçün Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı “DOST” Mərkəzinə ərizə ilə müraciə etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli “Müraciətin cavablandırılması haqqında” məktubu ilə pensiyanın təyin olunma tarixi, hansı əsaslarla, templərlə və tarixlərdə artırılması ətraflı qeyd olunmuşdur. Lakin iddiaçının pensiyasının hansı əsasla azaldılması barədə məktubda cavab verilməmişdir. Həmin məktubda iddiaçının əsas sualına cavab olaraq bildirilib ki, xidməti araşdırma zamanı məlum olmuşdur ki, sosial sığorta göstəricilərində heç bir dəyişiklik olmadığı halda pensiya məbləği xx.xx.2018-ci il tarixində və xx.xx.2020-ci il tarixində əsassız şəkildə artırılmışdır, bu səbəbdən əmək pensiyası üzrə Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınaraq xx.xx.2020-ci il tarixindən (artıqödəmə haqqında qərarın qəbul edilməsindən 3 il əvvəl) xx.xx.2023-cü il tarixinədək artıqödəmə müəyyən edilmişdir. Lakin həmin məktubda nə artıqödəmənin, nə də iddiaçının alacağı pensiyanın məbləği barədə ətraflı məlumat verilməmişdir. Həmin suallara ətraflı cavab verilməsi üçün, onun pensiyasının hansı əsasla və hansı miqdaradək azaldılması barədə məlumat verilməsinə və onun barəsində artıqödəmə haqqında qəbul edilmiş qərarın ona təqdim edilməsinə dair iddiaçı yenidən cavabdehə xx.xx.2023- cü il tarixdə poçt vasitəsilə ərizə göndərsə də, cavabdeh həmin məktubu xx.xx.2023-cü il tarixdə alsa da, indiyədək həmin ərizəyə cavab verməmişdir. Bundan əlavə xüsusilə qeyd etməliyəm ki, artıqödəmə haqqında qəbul edilmiş qərar indiyədək iddiaçıya rəsmi olaraq təqdim edilməmişdir. Adı çəkilən qərar iddiaçının maraqlarına toxunursa və ələxsus onun maraqlarının əksinədirsə o ona mütləq təqdim edilməli idi. İddiaçı xx.xx.1946-cı ildə Bakı şəhərində doğulmuş, xx.xx.1964-cü il tarixdən əmək fəaliyyətinə başlamış, xx.xx.2018-ci il tarixədək davam etdirmiş, 72 yaşına qədər əmək fəaliyyəti ilə məşğul olmuşdur və bütün bu məlumatlar onun əmək kitabçasında öz əksini tapmışdır. Cavabdeh tərəfindən iddiaçının yaşa görə əmək pensiyasının azalmasına səbəb olmuş araşdırma zamanı səhvə yol verilmiş və onun pensiyası bərpa olunmalıdır.
14. Məhkəmənin xx.xx.2024-cü il tarixli protokol qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir.
15. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, İddiaçı xx.xx.2006-ci il tarixədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə uyğun olaraq xx.xx.1997-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmiş və xx.xx.2006-ci il tarixdən qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsi tətbiq edilməklə əmək pensiyasının ödənişi davam etdirilir. İddiaçı pensiya işində olan sənədlərin surətlərinə əsasən xx.xx.2006-ci il tarixədək 40 il 03 ay 06 gün sığorta stajı ve işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməyi il əlaqədar xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 10.651,41 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanmış ve xx.xx.2020-ci il tarixdən (artıqödəmə haqqında qərarın qəbul edilməsindən 3 il əvvəl) 590,37 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı pensiyasinin məbləği indeksləşdirilərək xx.xx.2021-ci il tarixdən 657,67 manata, 01.01,2022-ci il tarixdən 680,03 manata çatdırılmışdir. Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanin (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarinın tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunanlar nəzərə alaraq İddiaçı əmək pensiyasının məbləği 01.01,2023-cü il tarixdən 696,69 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq 799,10 manata çatdırılmışdır. 01.01,2024-cü il tarixdən 888,60 manata çatdırılmışdır. Xidməti araşdirma zamanı məlum olmuşdur ki, sosial siğorta göstəricilərində heç bir dəyişiklik olmadiğı halda, İddiaçı pensiya məbləği xx.xx.2018-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə əsassiz şəkildə artırılmışdır. Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli qərarı ilə əmək pensiyası yenidən hesablanmış, İddiaçı əmək pensiyası 799.10 manat müəyyən edilmişdir. Qanunun 39.1-ci maddəsinə əsasan əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Yuxarıda qeyd olunan qərarla İddiaçı (xx.xx.2020-xx.xx.2023) 10180,57 manat artıqödəmə aşkarlanmışdır.
16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6532/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli İNVENTAR №-li və xx.xx.2023-cü il tarixli 3-17-1/1-P-239994/2023 №-li “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərarların ləğv edilməi barədə qərar qəbul edilmişdir.
17. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ b) Apellyasiya şikayətinin dəlilləri
18. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmışdır.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
20. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsinin məhkəmədən xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
21. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
22. “Əmək pensiyaları haqqında” Qanununun: 4.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası.
23.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. 39.3.Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. 39.4.Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır.
24.“İnzibati icraat haqqında” Azərbaycan Respublika Qanununun: 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
27. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28.Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) 29.İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 21-25-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
30. Belə ki, hazırki işin hallarından göründüyü kimi, Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 14-cü maddəsinə əsasən xx.xx.1997-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir.
31. İşin mübahisələndirilən halları ondan ibarətdir ki, sosial sığorta göstəricilərində heç bir dəyişiklik olmadığı halda, pensiya məbləği xx.xx.2018-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə əsassız şəkildə artırılmışdır. Bu səbəbdən əmək pensiyası məbləğində xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək artıq ödənilmiş məbləğ 10180,57 manat təşkil edir. Həmin 10180,57 manat məbləğində təşkil edən artıq ödənilmiş vəsaitin qanunvericiliyə uyğun olaraq razılığı ilə əmək pensiyasından hər ay tutularaq bərpa olunması üçün Fondun müvafiq regional filialına və ya “DOST” Mərkəzlərinə yaxınlaşaraq ərizə ilə müraciət etmək və yaxud həmin vəsaiti aşağıdakı rekvizitlərlə Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının hesabına bərpa etmək xahiş edilmişdir.
32. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehin qeyd olunan əvəzləşdirmə ilə bağlı hərəkətlərinə qanunvericiliyin nəzərdə tutduğu imperativ normaları baxımından qiymət verildikdə, müəyyən olunur ki, tamamilə əsassız və qanunsuzdur.
33. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin tələbinə görə əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
34. Qanunun qeyd olunan tələbindən birmənalı olaraq göründüyü kimi, cavabdeh orqan artıq ödənilmiş hesab etdiyi mübahisələndirilən məbləği son üç ilə görə iki əsasla pensiyadan tutmaq hüququna malikdir: 1. Pensiyaçının razılığına aldıqda qəbul etdiyi müvafiq qərarı əsasında; 2.Əgər belə razılıq yoxdursa yalnız məhkəmə qərarı əsasında. Cavabdeh orqan isə Qanunun qeyd olunan imperativ tələblərinə riayət etməyi özünə rəva bilməmiş, özbaşınalıq nümayiş etdirməyi üstün tutmuşdur.
35. İş materiallarına əsasən iddiaçının müvafiq razılığının alındığına dair sənəd-sübut mövcud deyil. Ən azından, əmək pensiyasında baş verən azalmalardan narazı qalan iddiaçı cavabdehə müraciət edərək, azalmanın səbəbləri, artıqödəmə və iddiaçının alacağı pensiya məbləği barədə ətraflı məlumat verilməsini tələb etsə də, cavabdeh orqan tərəfindən heç bir cavab verilməmişdir. Bütün bunlar onun Qanunun qeyd olunan 39.1-ci maddəsində nəzərədə tutulan razılığının mövcud olmadığını sübuta yetirir.
36. Digər tərəfdən, “Əmək pensiyaları haqqında” Qanunun 67.5-ci maddəsinin tələbinə görə maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.
37. Ən azından, qeyd olunan Qanunun 67.6-cı maddəsi nəzərdə tutur ki, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.
38. İddiaçı tərəfindən sadalanan hallardan hər hansı birinə yol verilməmiş və bu barədə cavabdehin apellyasiya şikayətində heç bir əsaslandırma da mövcud deyildir. Ümumiyyətlə, cavabdehin də bununla bağlı heç bir mötəbər dəlil-sübutu məhkəməyə təqdim olunmamışdır.
39. Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli əmək pensiyasının yenidən hesablannası haqqında qərar qanunsuz olduğundan həmin qərarın əsasında iddiaçıya hesablanmış 10180.57 manat məbləğində artıqödəməni məhkəmə əsassız hesab edir.
40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 41.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 42.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6532/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. 43.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6532/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.