Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1646/2020 07.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-N(NN2)- 424/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-N(NN2)-424/2020 saylıqərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır (hakim M.Qarayeva). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.N969-cu il təvəllüdlü İddiaçı N992-ci ildə Zəngilan rayon hərbi komissarlığının çağırışına əsasən Qarabağ müharibəsində iştirak üçün döyüş bölgəsinə göndərilmiş, Zəngilan rayonun müdafiəsində iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxiv idarəsinə sorğu ilə müraciət edərək, xx.xx.20N7-ci il tarixli 9/2-N5008 nömrəli arxiv arayışını əldə etmişdir. Həmin arayışda qeyd edilir ki, iddiaçı N nömrəli hərbi hissənin komandirinin xx xxxxxx N992-ci il tarixli 26 nömrəli əmri ilə N-ci taborun şəxsi heyətinin siyahısına bütün növ təminatlara salınaraq pulemyotçu vəzifəsinə təyin edilmişdir. Arayışda, həmçinin, göstərilir ki, N nömrəli hərbi hissə komandirinin sentyabr-oktyabr N-cü il tarixli nizami hissə üzrə əmrlərində onun hərbi hissəsinin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat aşkar olunmamışdır. Bundan əlavə olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivin xx.xx.20N9-cu il tarixli, 9/2-NN343 nömrəli arxiv arayışına əsəsən iddiaçının N nömrəli hərbi hissənin komandirinin xx xxxxxx N992-ci il tarixli 26 nömrəli əmri ilə N-ci taborun şəxsi heyətinin siyahısına bütün növ təminatlara salınaraq pulemyotçu vəzifəsinə təyin edilmiş və N nömrəli hərbi hissənin xx.xx.N-xx.xx.Ncü il tarixli pul paylama cədvəlləri qovluğunda avqust ayında N-cü il tarixində pul təminatı ilə təmin olunmağı barədə məlumat aşkar olunmuşdur. Bildirilir ki, N-cü ilin sentyabr, oktyabr, noyabr aylarıında da pul paylama cədvəlində qeyd olunmuş, lakin müharibə vəziyyəti şərtləndiyinə görə həmin tarixlərdə iddiaçının öz imzasını atmağı mümkün olmamışdır. Bundan əlavə olaraq qeyd edilir ki, Füzuli Hərbi Prokurorluğun xx.xx.20N7-ci il tarixli N7/6N25 nömrəli Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayon bölməsinə ünvanladığı məktubdan görünür ki, Füzüli hərbi prokurorluğunda hərbi qulluqçuların N nömrəli hərbi hissədən kütləvi fərarilik etməsi faktı ilə bağlı 37733 nömrəli cinayət işi üzrə istintaq aparılmışdır və iddiaçının adı həmin iş üzrə N nömrəli hərbi hissədən təqdim olunmuş şəxsi heyətinin siyahısında göstərilsə də, onun barəsində Füzuli Hərbi prokurorluğunda araşdırma aparılmamış və cinayət işi istintaq olunmamışdır. Bu məktubdan görünür ki, həqiqətən də, iddiaçı N nömrəli hərbi hissədə şəxsi heyətinin siyahısına alınmış və barəsində heç vaxt fərariliklə bağlı araşdırma aparılmamışdır. Çünki o, heç vaxt müharibə zonalarını özbaşına tərk etməmişdir. Bundan əlavə olaraq H354N2274 nömrəli hərbi biletində olan qeydlərdən aşkar olunur ki, həqiqətən də, o, Qarabağ müharibəsində iştirak etmişdir. Yuxarıda qeyd olunanlara əsasən hesab edilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.20N9-cu il tarixli l/M-N3776 nömrəli qərarı tamamilə qanunsuz və əsasızdır. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatı: İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivin xx.xx.20N9-cu il tarixli, 9/2- NN343 nömrəli arxiv arayışına əsəsən, o, həqiqətəndə N nömrəli hərbi hissənin komandirin xx xxxxxx N992-ci il tarixli 26 nömrəli əmri ilə N-ci taburun şəxsi heyətinin siyahısına bütün növ təminatlara salınaraq pulemyotçu vəzifəsinə təyin edilmiş və N nömrəli hərbi hissənin xx.xx.N-xx.xx.N- cü il tarixli pul paylama cədvəlləri qovluğunda avqust ayında N-cü il tarixində pul təminatı ilə təmin olunduğ barədə məlumat aşkar olunmuşdur. İddiaçı bildirdi ki, N-cü ilin sentyabr, oktyabr, noyabr ayındada pul paylama cədvəlində qeyd olunmuş, lakin müharibə vəziyyəti şərtləşdiyinə görə həmən tarixlərdə öz imza atmağı mümkün olmamışdır. Bundan əlavə iddiaçı qeyd etdi ki, Füzuli Hərbi Prokurorluğun xx.xx.20N7-ci il tarixli N7/6N25 nömrəli Füzuli Hərbi Prokurorluğun, Ədliyyə Polkovniki cənab X3 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayon bölməsin rəisinə ünvanladığı məktubdan görünür ki, Füzüli hərbi prokurorluğunda hərbi qulluqçuların N nömrəli hərbi hissədən kütləvi fərarilik etməsi faktı ilə bağlı 37733 nömrəli cinayət işi üzrə istintaq aparılmışdır və qeyd olunur ki, İddiaçı adı həmin iş üzrə N nömrəli hərbi hissədən təqdim olunmuş şəxsi heyətinin siyahısında göstərilsə də onun barəsində Füzuli Hərbi prokurorluğunda araşdırma aparılmamış və cinayət işi istintaq olunmamışdır. Bu məktubdan görünür ki, həqiqətən iddiaçı N nömrəli hərbi hissədə şəxsi heyətinin siyahısına alınmışdı və onun barəsində heç vaxt fərariliklə bağlı araşdırma aparılmamışdır çünki o, heç vaxt müharibə zonalarından qaçmamışdır. Bundan əlavə olaraq H3 ******* nömrəli hərbi biletində olan qeydlərdən aşkar olunur ki, həqiqətən iddiaçı Qarabağ müharibəsində iştirak etmişdir. Faktiki olaraq iddiaçının Qarabağ müharibəsində, Azərbaycan Respublikasının bütövlüyü uğurunda aparılan döyüşlərdə N nömrəli hərbi hissəndə pulemyotçu vəzifəsinə təyin edilərək iştirak etməyi AR Müdafiə Nazirliyinə və Bakı İnzibati Məhkəməsinə təqdim edilən sənədlərlə təsdiq olunur. İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxnılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlaını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti MKTB-nin N4 saylı MKİS tərəfindən verilmiş 429 saylı, xx.xx.20N9-cu il tarixli aryışından aydın olur ki, İddiaçı A.Səhhət küçəsi, 5N saylı mənzildə qeydiyyatdadır, Zəngilan rayonundan məcburi köçkündür; - DİN BƏSİİ-dən daxil olmuş xx.xx.2020-ci il tarixli 0N2-4394-N220 saylı məktubda göstərilmişdir ki, xx.xx.N969-cu ildə Zəngilan rayonunda doğulmuş İddiaçı cinayət təqibi və məhkumluğu barədə DİN-in müvafiq uçotlarında məlumat yoxdur; - Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan daxil olmuş xx.xx.2020-ci il tarixli məktubdan müəyyən edilir ki, İddiaçı barəsində Respublikası Hərbi Prokurorluğunda hər hansı bir cinayət işi və ya təqsirləndirici materialın olması müəyyən edilməmişdir; - Füzuli rayon hərbi prokurorluğunun xx.xx.20N7-ci il tarixli N7/6N25 saylı məktubunda göstərilmişdir ki, Füzuli hərbi prokurorluğunda hərbi qulluqçuların N №-li hərbi hissədən kütləvi fərarilik etməsi faktı ilə tağlı 37733 №-li cinayət işi üzrə istintaq aparılmışdır. İddiaçı adı həmin iş üzrə N nömrəli hərbi hissədən təqdim edilmiş şəxsi heyətin siyahısında göstərilsə də, onun barəsində Füzuli hərbi prokurorluğunda araşdırma aparılmamış və cinayət işi istintaq olunmamışdır; - Zəngilan rayon hərbi komissarı tərəfindən verilmiş xx.xx.N996-cı il tarixli 5N6 saylı arayışın notarial qaydada təsdiq edilmiş surətindən aydın olur ki, İddiaçı ailə vəziyyətinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə xidmətə çağırılmamışdır; - Müdafiə Nazirliyinin İşlər X2 xx.xx.20N9-cu il tarixli 9/2- NN343 saylı arayışında aşağıdakılar göstərilmişdir: “həqiqi hərbi xidmətə çağırılmış İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 26 №-li əmrilə (əsas: səh.-48, §N3, sıra-2) N-ci taborun şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilərək, pulemyotçu vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissənin xx.xx.N-xx.xx.N-cü il tarixli pul paylama cədvəlləri qovluğunda (əsas: iş №-4, səh.-N72, sıra-27; qeyd: məlumatda atasının adı yazılmamışdır) N969-cu il təvəllüdlü, İ taborun İİ bölüyünün qumbaraatanı, sıravi İddiaçı avqust N- cü il tarixdə pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N №-li hərbi hissənin xx xxxxxx N-cü il tarixli pul paylama cədvəlləri qovluğunda (əsas: iş №-5, səh.- N28, sıra-27; qeyd: məlumatda atasının adı yazılmamışdır) N969-cu il təvəllüdlü, İ taborun İİ bölüyünün qumbaraatanı, sıravi İddiaçı sentyabr N-cü il tarixdə adı qeyd olunmuş, lakin məvacib alması barədə imza qoyulmamışdır. N №-li hərbi hissənin xx xxxxxx N-cü il tarixli pul paylama cədvəlləri qovluğunda (əsas: iş №-5, səh.-N2N, sıra-27; qeyd: məlumatda atasının adı yazılmamışdır) N969-cu il təvəllüdlü, İ taborun İİ bölüyünün qumbaraatanı, sıravi İddiaçı oktyabr N-cü il tarixdə adı qeyd olunmuş, lakin məvacib alması barədə imza qoyulmamışdır. N №-li hərbi hissənin xx xxxxxx N-cü il tarixli pul paylama cədvəlləri qovluğunda (əsas: iş №-5, səh.-N26, sıra-27; qeyd: məlumatda atasının adı yazılmamışdır) N969-cu il təvəllüdlü, İ taborun İİ bölüyünün qumbaraatanı, sıravi İddiaçı noyabr N-cü il tarixdə adı qeyd olunmuş, lakin məvacib alması barədə imza qoyulmamışdır. Qeyd edilir ki, N №-li hərbi hissə komandirinin dekabr N-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır”; - Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.20N7-ci il tarixli 9/2- N5008 saylı arxiv arayışından məlum olur ki, hərbi komissarlıqdan göndərişlə gəlmiş İddiaçı N №-li hərbi hissə komandirinin xx xxxxxx N992-ci il tarixli 26 №-li əmrilə (əsas: §- N3, səh-48, sıra-2) N-ci taborun şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq pulemyotçu vəzifəsinə təyin edilmişdir. Qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin sentyabr - oktyabr N-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat aşkar olunmamışdır. - İddiaçıya məxsus HЗ seriyalı, ******* saylı hərbi biletin Azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq edilmiş surətindən aydın olur ki, xx.xx.N969- cu il təvəllüdlü İddiaçı Azərbaycan SSR Zəngilan RHK-nın çağırış komissiyası tərəfindən nizami hərbi xidmətə yararlı hesab edilərək, həqiqi hərbi xidmətə çağırılmışdır və xx.xx.N987-ci ildə hərbi hissəyə göndərilmiş, xx.xx.N987-ci ildə N saylı hərbi hissədə hərbi and içmişdir. SSRİ MN-nin xx.xx.N989-cu il tarixli NN7 saylı əmrinə əsasən ehtiyata buraxılmış və Azərbaycan SSR Zəngilan RHK-na göndərilib. xx.xx.N987-ci il tarixli N35 saylı əmrlə N saylı hərbi hissənin siyahısına daxil edilmiş, xx.xx.N987-ci ildə N27 saylı əmrə əsasən həmin hərbi hissənin siyahısından çıxarılmış, N4.07. N98N-ci il tarixli N28 nömrəli əmrə əsasən 633N4 saylı hərbi hissənin siyahısına daxil edilmiş, N50 saylı xx.xx.N987-ci il tarixli həmin hərbi hissənin siyahısından çıxarılmış, xx.xx.N987-ci il tarixli N62 saylı əmrə əsasən N saylı hərbi hissənin siyahısına daxil edilmiş, xx.xx.N989-cu il tarixli N26 nömrəli əmrlə həmin hərbi hissənin siyahısından çıxarılmışdır. N saylı hərbi hissənin komandirinin xx.xx.N987-ci il tarixli N27 saylı əmrinə əsasən ona “sıravi” hərbi rütbəsi verilmişdir. - Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanlanmış xx.xx.20N9cu il N/M-N3776 saylı məktubdan müəyyən edilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizəyə cavab olaraq bildirilmişdir ki, ona “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.20N9-cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin xx.xx.20N9-cu il tarixli 9/2-NN343 nömrəli arayışına əsasən sentyabr N-cü il tarixdən sonrakı xidməti barədə məlumat olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir; - Müdafiə Nazirliyinin İşlər İdarəsinin iddiaçıya ünvanlanmış 9/2-26NN saylı, xx.xx.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, onun N №-li hərbi hissə komandirinin sentyabr - oktyabr N-ci il tarixli nizami hissə üzrə əmrlərində hərbi hissənin şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat aşkar olunmamışdır. Birinci instansiya məhkəməsi cavabdehin imtinasını əsaslı hesab etmişdir. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin ikinci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci bəndinin 8-ci yarımbəndinə əsasən müharibə veteranı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamədə göstərilmişdir ki, bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “XN şikayətinə əsasən xx xxxxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2007-ci il tarixli qərarına görə, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Birinci instansiya məhkəməsi araşdırılması müəyyən edilmişdir ki, həqiqi hərbi xidmətə çağırılmış İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 26 №-li əmrilə N-ci taborun şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilərək, pulemyotçu vəzifəsinə təyin olunması işin mübahisələndirilməyən halıdır. Lakin iddiaçının həmin hərbi hissədən qanuni əsaslarla tərxis edilməsi barədə məlumat aşkar edilməmiş, bununla bağlı nizami hissə üzrə əmr və arxiv arayışı, habelə ona müharibə veteranı statusunun verilməsi üçün qanunvericiliklə tələb edilən digər sübutlardan hər hansı təqdim edilməmişdir. Əsasnamənin yuxarıda qeyd edilən müvafiq maddəsi imperativ qaydada müəyyən edir ki, müharibə veteranı statusu və vəsiqəsi əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq komissiyalar tərəfindən verilir. Lakin iş materiallarında iddiaçının sonuncu xidmət keçdiyi və ya qulluq etdiyi yerdən ehtiyata buraxılması barədə məlumat aşkar edilmir. Məhkəmənin qənaətinə görə iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar öz təsdiqini tapmamlşdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, apelyasiya şikayətinin dəlillərini qəbul etmir və hesab edir ki qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-N(NN2)-424/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi N4, NN93-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1646/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1646/2020
07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver