Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1647/2023 27.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X5 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X2 iştirak ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4051/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********7895 saylı, 14 iyul 2021-ci il tarixli qərarının ləğv edilməsini tələb etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır: “...Cavabdehin 14 iyul 2021-ci il tarixli **********7895 saylı Qərarına əsasən, iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 28 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə” görə 56000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmiş və Məcəlləsinin 58.10-cu maddəsinə əsasən bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio- video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən 14 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə 28000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmiş, xx.xx.2021 tarixədək 84000 manat məbləğin büdcəyə ödənilməsi təmin edilməsi qərara alınmışdır. İddiaçı həmin qərardan Dövlət Vergi Xidmətinə şikayətlə müraciət etmi, lakin şikayəti Xidmətin İnzibati Şikayətlərə Baxılması Baş İdarəsində baxılaraq xx.xx.2021-ci il tarixdə “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərar qəbul edilmişdir. İddiaçının həmin qərardan Apellyasiya Şurasına verdi şikayəti də Şuranın xx.xx.2021-ci il tarixli iclasında müzakirə olunaraq qəbul etdiyi qəraı ilə təmin olunmamışdır. İddiaçı hesab edir ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında”14 iyul 2021-ci il tarixli **********7895 saylı Qərarı vergi qanunvericiliyinin və digər qanunvericilik aktlarının tələblərinə zidd olmaqla tamamilə əsassızdır. Belə ki, “Xəmsə” Şadlıq Sarayında fəaliyyət göstərmək üçün icarə müqaviləsi əsasında müəyyən bir sahəni istifadəyə götürmüşdür. Vergi Məcəlləsinə əsasən icarəyə götürülmüş sahəyə obyekt kod alınmalı və qanunla müəyyən edilmiş digər prosedurlar həyata keçirildikdən sonra fəaliyyət göstərməli idi. carə müqaviləsi əsasında tam qanuni əsaslarla istifadəyə götürdüyü obyektin qeydiyyata qoyulmasında qanuni əsası olmayan problemlərlə üzləşmiş və hər dəfə rədd cavabları almışdır. Belə ki, vergi orqanından daxil olan xx.xx.2021ci il və xx.xx.2021- ci il tarixli məktublarında obyektdə boş sahənin olmaması əsas gətirilərək icarə müqaviləsi əsasında istifadəyə götürdüyü obyektin qeydiyyatından imtina edilmişdir. Toylar üçün sifarişlərin qəbul edildiyi halda obyektin qeydiyyata alınmaması səbəbindən xx.xx.2021-ci ilədək işçi heyətlə müqavilə bağlanaraq işçi heyət barədə, obyekt barədə və digər məlumatların portala daxil edilməsi mümkün olmamışdır. Lakin, xx.xx.2021-ci il tarixə toy şənliyi üçün sifariş götürüldüyündən şənliyin keçirilməsi üçün heyət dəvət edilmiş, şəxsiyyət vəsiqələri toplanılaraq mühasibatlığa təqdim edilmiş və obyekt qeydiyyata alman kimi müvafiq sənədləşmə ilə bağlı prosedurlara başlamaq tapşırığı vermişdir. Belə ki, paralel olaraq vergi orqanı ilə obyektin qeydiyyata alınmaması səbəbləri araşdırılırdı. Vergi orqanı ilə aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, obyektin əvvəlki icarədarı X1 (VÖEN: **********) məxsus **********-16001 kodlu obyektdə yalnız bir nəzarət kassa aparatı olduğu və onun ləğv edilməsi ilə bağlı müvafiq öhdəliklərin yerinə yetirilməsinə baxmayaraq, ona məxsus 4613-XXX tipli İBM Pos-terminalı markalı, ******* zavod nömrəli NKA vergi orqanında 2 dəfə qeydiyyata alınmış, vergi orqanının bu səhvi nəticəsində obyekt əvvəlki icarədarın adından çıxarılmamış, ona obyektin qeydiyyatı ilə bağlı boş sahənin olmaması barədə cavab yazılaraq qanunsuz olaraq obyektin adına qeydiyyata salınaraq kod verilməsi təmin edilməmişdir. Vergi orqanına bütün dəlil və sübutlar barədə məlumat verildikdən sonra, nəhayət ki, xx.xx.2021-ci il, saat 17:10:37-də **********786400 məktubla obyektin adına qeydiyyata salınması barədə məktub imzalanmışdır. Eyni gündə, yəni xx.xx.2021-ci il tarixdə ona operativ vergi nəzarəti yoxlaması təyin edilmiş və saat 17:30-da "Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən 28 nəfər fiziki şəxslərin işlərin yerinə yetirilməsinə cəlb olunmasına görə (m.220.10), 14 nəfərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sığorta haqqının ödənilməsi haqqında qəbz” ldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyinə görə, cəmi 42 nəfərə münasibətdə cavabdehin qərarı ilə ona 82.000,00 manat məbləğində əsasıız olaraq maliyyə sanksiyası tətbiq edilmişdir” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz oaşağıdakılarla əsaslandırılmışdır: “...Operativ vergi nəzarətinin nəticələri aktla rəsmiləşdirilmiş, aktın vergi ödəyicisi tərəfindən imzalandığı və bir nüsxəsinin qəbul edildiyi, iddiaçının və 42 nəfər fiziki şəxsin operativ vergi nəzarəti tədbiri zamanı izahat verərək əmək müqaviləsi və ya xidmət müqaviləsi bağlanmadan, eləcə də, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiklərini etiraf etdikləri müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********7895 nömrəli qərar qəbul edilərək, vergi ödəyicisinə 84.000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə Baş idarənin xx.xx.2021-ci il tarixli, **********405400 nömrəli məktubu ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana göndərilmiş, məktub poçtdan geri qayıtmamış və elektron qutuda xx.xx.2021-ci il tarixdə oxunmuşdur. Bundan başqa aktda adları qeyd olunmuş 42 nəfər şəxs izahat verərək əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə (xidmətlərin göstərilməsinə) cəlb edildiklərini etiraf etdikləri, iddiaçının operativ vergi nəzarəti tədbirindən sonra 41 nəfər şəxsin (X3 başqa) əmək müqaviləsi bildirişlərini qeydiyyata aldığı, eləcə də nəzarət tədbiri keçirilən gün aktda adları qeyd olunan şəxslərin digər vergi ödəyicilərin də əmək müqaviləsi bildirişlərinin qeydiyyatdan keçməmişdir. Həmçinin, iddiaçı sahibkarlıq göstərdiyi “Xəmsə” şadlıq evinin xx.xx.2021-ci il tarixdə vergi orqanı tərəfindən qeydiyyata alınması obyektdə işçilərlə əmək müqavilələrinin bağlanmasına heç bir məhdudiyyət yaratmamış və operativ vergi nəzarəti tədbiri zamanı həmin şəxslər əmək müqaviləsi hüquqi qüvvəyə minmədən və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Eyni zamanda xx.xx.2021-ci il tarixli DVX seriyalı 004733 nömrəli akt iddiaçı tərəfindən imzalanaraq doğruluğu təsdiqləndiyindən, aktın bir nüsxəsi əlavələrlə birlikdə qəbul olunduğundan, aktla və ya onun hər hansı bir hissəsi ilə razılaşmaması barədə aktda qeyd aparılmadığından iddiaçının Vergi Məcəlləsinin 39.5-ci maddəsində nəzərdə tutulmuş 30 gün müddətində akta dair yazılı etiraz bildirmək hüququ olmamışdır.” Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4051/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətləri İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun olaraq, eyni zamanda, Vergi Məcəlləsinin 77.3, 53.3,54.0.2, 36.2 və 49.2-cii maddələrinə istinadən aşağıdakılarla əsaslandırılmışdır: “Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Lakin, onun üçün əlverişli olan heç bir hal araşdırılmamış, bu barədə sənədlər tələb edilməmişdir. Məqsəd, yalnız nöqsan aşkar etmək olmuşdur. Əlavə olaraq, operativ vergi nəzarəti tədbiri zamanı "Sənədlərin və nümunə kimi əşyaların götürülmsi haqqında xx.xx.2021-ci il tarixli 002900 saylı Protokolda sənədlərin götürülməsinə başlanılması və qurtarma vaxtları qeyd edilməmiş və bununla da Vergi Məcəlləsinin 48.2.3-cü maddəsinin tələbləri pozulmuşdur. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Lakin, qeyd etdiyi kimi, xx.xx.2021-ci il tarixli 004733 nömrəli Akta öz yazılı izahatımı (etirazımı) xx.xx.2021-ci il tarixli **********975300 nömrəli məktubla bildirməyimə baxmayaraq vergi orqanı müəyyən olunmuş müddəti gözləmədən "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2021-ci il tarixli **********7895 saylı Qərar qəbul etmiş, Qərarın qəbul edilməsində iştirakım təmin edilməmiş, vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, özümün müdafiəsi üçün gətirdiyim dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri Qərarda qeyd edilməmişdir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir.” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, cavabdehin nümayəndəsi M.Əfəndiyev isə onunla razılaşmmış, etirazda göstərilənlərə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin olunmadan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İşin hallarından göründüyü kimi, iddiaçı mübahisələndirmə haqqında iddia vasitəsilə cavabdehin operativ vergi nəzarətinin nəticələrinə dair qəbul etdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********7895 saylı, 14 iyul 2021-ci qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək hüququ vardır. Həmin Məcəllənin 24.0.1-24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə borcludur. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 50.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi operativ vergi nəzarəti zamanı həyata keçirilir. İş materiallarından görünür ki, cavabdeh vergi orqanının “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 14 iyul 2021-ci il tarixli nömrəli qərarına əsasən iddiaçının icarəyə götürüb fəaliyyət göstərdiyi təsərrüfat subyektində -“Xəmsə” şadlıq evində xx.xx.2021-ci il tarixdə operativ vergi nəzarəti tədbiri keçirilmiş, aşkar olunmuş faktlar tərtib olunmuş aktla rəsmişəldirilmiş, həmin akt vergi ödəyicisi tərəfindən imzalanmış və bir nüsxəsi ona təqdim olunmuşdur. İşə əlavə olunmuş, xx.xx.2021-ci il tarixli həmin aktdan görünür ki, iddiaçıını fəaliyyət göstərdiyi obyektdə keçirilən operativ vergi nəzarəti zamanv, 28 nəfərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi , 14 nəfərin (aşbaz) isə Vergi Məcəlləsinin 220.10-cu maddəsinin tələblərinə müvafiq “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildikləri aşkar olunmuş, həmin şəxslərin şəxsiyyətləri müəyyən olunaraq onlardan izahatlar alınmış və onlar həmin izahtarında əmək və xidmət müqaviləsi bağlanılmadan işəgötürən, yəni iddiaçı tərəfindən onların işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olduqlarını etiraf etmişlər. Belə olan halda, qeyd olunan qanun pozuntularına görə cavabdeh orqan tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” mü **********7895 saylı, 14 iyul 2021-ci il tarixli qərarı ilə 42 (28+14) nəfərə münasibətdə iddiaçıya 84.000,00 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi əsaslıdır. Belə ki, Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İddiaçı, iddia ərizəsində və apellyasiya şikayətində operativ vergi nəzarəti zamanı aşkar olunan həmin halların baş verdiyini təkzib etmir, lakin mübahisələndirir ki, icarəyə götürdüyü obyektin qeydiyyatı ilə bağlı vergi orqanına müraciəti üzrə obyektin qeydiyyatı vaxtında aparılmamış, obyektdə əlavə boş sahə olmaması ilə bağlı problemlər üzündən qeydiyyatdan imtina olunmuş, nəhayət ki, xx.xx.2021-ci il tarixində obyekt onun adına qeydiyyata salınmımış və həmin gün də o, toy sifarişləri aldığından fəaliyyətə başlamış, lakin işçi heyətlə müqavilə bağlayaraq obyekt barədə və digər məlumatların portala daxil etmək mümkün olmamış, sifariş götürüldüyündən toy şənliyinin keçirilməsi məqsədilə heyət dəvət edilmiş, şəxsiyyət vəsiqələri toplanılaraq mühasibatlığa təqdim edilmiş və müvafiq sənədləşmə ilə bağlı prosedurlara başlamaq tapşırığı vermişdir. Göründüyü kimi, əslində, burada, iddiaçı qanunvriciliyin tələbələrinə uyğun rəsmiləşdirmə aparımadan qeyd edilən 42 nəfərin işə cəlb etdiyini etiraf etsə də, vergi orqanı tərəfindən ona vergi qanunvericiliyin tələblərindən irəli gələn vəzifələrini yerinə ytirmədiyini və müvafiq şərait yaradılmadığını əsas tutaraq, həmin şəxsləri əmək müqaviləsi hüquqi qüvvəyə minmədən və və sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz olmadan, işlərin görülməsinə cəlb edərək əməyindən istfadə etməsinə bəraət qazandırmağa çalışmışdır. Halbuki, Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq;həmin Məcəllənin 16.1.7-2-ci maddəsinə əsasən vergi orqanında uçotda olan sifarişçi tərəfindən bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq fərdi qaydada fəaliyyət göstərən şəxslərin həmin dövr üzrə vergi öhdəliyinin yerinə yetirilməsini təsdiq edən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” təqdim etməklə işlərə cəlb edilməsini təmin etmək vergi ödəiycisi olaraq onun vəzifəsidir. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçı, qeyd edilən 42 nəfər fiziki şəxsin qanunvericiliyə uyğun qeydiyyatı təmin edilmədən işlərin və xidmətlərin yerinə yetirilməsinə cəb etməklə, Vergi Məcəlləsinin 58.10-cu maddəsinin dispozisiyasında nəzərdə tutulan əməli törətmişdir ki, məhz buna görə də cavabdeh tərəfindən əsaslı olaraq ona hər birinə 2000 manatdan olmaqla, 84.000,00 manatməbləğində maliyyə sanksiysı tətbiq olunmuşdur. Beləliklə də iddiaçının apellyasiya şikayətinin cavabdehin qərarı ilə onun Vergi Məcəlləsinin 58.10-cu maddəsi ilə vergi məsuliyyətinə cəlb olunmasının qanunsuz olduğunu mübahisələndirən dəlillərinin əsassız olduğu sübuta yeirilir. Belə olan halda, həmin qərar onun hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 70.1-ci maddəsi isə nəzərdə tutur ki, məhkəmə o halda inzibati aktın qəbul edilməsi barədə qərar qəbul edir ki, inzibati akt qanuna zidd və bunun nəticəsində iddiaçının hüquqları pozulmuş olsun. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə tərəfindən işdə olan sübutlarla müəyyən edilən hallara və maddi və prosessual hüquq normalarına uyğun olan, iddianın rədd olunması barədə nəticəyə gəlinmişdir. Ona görə də göstərilənləri nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilmədiyini mübahisələndirən dəlilləri ilə raızlaşmır yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4051/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 70, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4051/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1647/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1647/2023
27.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver