Məhkəmə qərarları › İş №2-1(103)-1647/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1647/2025

21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1647/2025 21.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Üçüncü şəxs Kapital Bank ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsinin (əvvəlki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi) Cavabdehnə qarşı “qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3724/2024 nömrəli, 09 dekabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehin xx/xx/2022-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 21000 manat və xx/xx/2023-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 100 manat məbləğində görə fərqləndirici əlaməti qiyməti 3000 manat məbləğində 2007-ci il buraxılış olan "Azsamand LX" markalı (qızılı rəngli, 73214988 kuzov nömrəli) **-ES-*** dövlət qeydiyyat nişanlı, qiyməti 3000 manat məbləğində 2007-ci il buraxılış olan "Azsamand LX" markalı (açıq boz rəngli, 73214972 kuzov nömrəli) **-TE-*** dövlət qeydiyyat nişanlı, qiyməti 3000 manat məbləğində 2007-ci il buraxılış olan "Azsamand LX" markalı (qızılı rəngli. 73214984 kuzov nömrəli) **-TE-*** dövlət qeydiyyat nişanlı, qiyməti 3000 manat məbləğində 2007-ci il buraxılış olan "Azsamand LX"markalı (qızılı rəngli, 73214957 kuzov nömrəli) **-TE-*** dövlət qeydiyyat nişanlı, qiyməti 3000 manat məbləğində 2007-ci il buraxılış olan "Azsamand LX"markalı (qızılı rəngli. 73215000 kuzov nömrəli) 10-TE- 556 dövlət qeydiyyat nişanlı, qiyməti 3000 manat məbləğində 2007-ci il buraxılış olan "Azsamand LX" markalı (qızılı rəngli, 73214849 kuzov nömrəli) **-TE-*** dövlət qeydiyyat nişanlı, qiyməti 3000 manat məbləğində 2007-ci il buraxılış olan "Azsamand LX" markalı (qara rəngli, 73214963 kuzov nömrəli) İ0-TE-560 dövlət qeydiyyat nişanlı, qiyməti 3000 manat məbləğində 2007-ci il buraxılış olan "Azsamand LX" markalı (açıq boz rəngli, 73214878 kuzov nömrəli) **-TE-*** dövlət qeydiyyat nişanlı, qiyməti 3000 manat məbləğində 2007-ci il buraxılış olan "Azsamand LX" markalı (açıq boz rəngli, 73215105 kuzov nömrəli) **-TE-*** dövlət qeydiyyat nişanlı, qiyməti 3000 manat məbləğində 2007-ci il buraxılış olan "Azsamand LX" (açıq boz rəngli, 73214960 kuzov nömrəli) **-TE-*** dövlət qeydiyyat nişanlı, 3000 manat məbləğində 2007-ci il buraxılış olan "Azsamand LX" markalı (tünd boz rəngli, 73214228 kuzov nömrəli) **-TE-*** dövlət qeydiyyat nişanlı, 3000 manat məbləğində 2007-ci il buraxılış olan "Azsamand LX" markalı (qızılı rəngli, 73214889 kuzov nömrəli) **-TE-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələri olmaqla, ümumilikdə 36000 manat məbləğində siyahıya alınmş əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan iddiaçı Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna və dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində Dövlət Sosial Müdafiə Fonduna və dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildirişlər verilmişdir. Həmçinin, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə, baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1- ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx/xx/2022-ci il tarixli və xx/xx/2023-cü il tarixli Qərar çıxarmışdır. Qərarlar əsasında vergi ödəyicisinin xx/xx/2022-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna 84583,38 manat və xx/xx/2023-cü il tarixə dövlət büdcəsinə 100 manat məbləğində borcuna görə fərqləndirici əlaməti qiyməti 3000 manat məbləğində 2007-ci il buraxılış olan "Azsamand LX" markalı (qızılı rəngli, 73214988 kuzov nömrəli) **-ES-*** dövlət qeydiyyat nişanlı, qiyməti 3000 manat məbləğində 2007-ci il buraxılış olan "Azsamand LX" markalı (açıq boz rəngli, 73214972 kuzov nömrəli) **-TE-*** dövlət qeydiyyat nişanlı, qiyməti 3000 manat məbləğində 2007-ci il buraxılış olan "Azsamand LX" markalı (qızılı rəngli, 73214984 kuzov nömrəli) **-TE-*** dövlət qeydiyyat nişanlı, qiyməti 3000 manat məbləğində 2007-ci il buraxılış olan "Azsamand LX" markalı (qızılı rəngli, 73214957 kuzov nömrəli) **-TE-*** dövlət qeydiyyat nişanlı, qiyməti 3000 manat məbləğində 2007-ci il buraxılış olan "Azsamand LX" markalı (qızılı rəngli, 73215000 kuzov nömrəli) **-TE-*** dövlət qeydiyyat nişanlı, qiyməti 3000 manat məbləğində 2007-ci il buraxılış olan "Azsamand LX" markalı (qızılı rəngli, 73214849 kuzov nömrəli) **-TE-*** dövlət qeydiyyat nişanlı, qiyməti 3000 manat məbləğində 2007-ci il buraxılış olan "Azsamand LX" markalı (qara rəngli, 73214963 kuzov nömrəli) **-TE-*** dövlət qeydiyyat nişanlı, qiyməti 3000 manat məbləğində 2007-ci il buraxılış olan "Azsamand LX" markalı (açıq boz rəngli, 73214878 kuzov nömrəli) **-TE- *** dövlət qeydiyyat nişanlı, qiyməti 3000 manat məbləğində 2007ci il buraxılış olan "Azsamand LX" markalı (açıq boz rəngli, 73215105 kuzov nömrəli) 10TE-564 dövlət qeydiyyat nişanlı, qiyməti 3000 manat məbləğində 2007-ci il buraxılış olan "Azsamand LX" markalı (açıq boz rəngli, 73214960 kuzov nömrəli) **-TE-*** dövlət qeydiyyat nişanlı, 3000 manat məbləğində 2007-ci il buraxılış olan "Azsamand LX" markalı (tünd boz rəngli, 73214228 kuzov nömrəli) **-TE-*** dövlət qeydiyyat nişanlı, 3000 manat məbləğində 2007-ci il buraxılış olan "Azsamand LX" markalı (qızılı rəngli, 73214889 kuzov nömrəli) **- TE-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələri olmaqla, ümumilikdə 36000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx/xx/2023cü il tarixli **********6 və **********1 saylı Protokollar tərtib edilmişdir. Protokollar siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafiq fondlara ödənilmədiyi halda siyahıya alınmış əmlakın qanunamüvafıq satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx/xx/2022-ci il tarixə yuxanda qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 21000 manat və xx/xx/2023-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 100 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3724/2024 nömrəli, 09 dekabr 2024-cü il tarixli qərarı (hakim O.Həsənov) ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi 2- 1(112)-3724/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarında Baş İdarənin iddia tələbinin təmin edilməməsini DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubuna istinad etməklə xx.xx.2008-ci il tarixdən Cavabdeh adında qeydiyyatda olan “AZSAMAND LX” markalı **-TE-***, **-TE-***, **-TE-***1, **-TE-***, **-TE-***, **-TE- ***, **-TE-***, **-TE-***, **-TE-***, **-TE-***, **-TE-*** və **-TE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin girovda olması ilə əsaslandırmağa çalışmışdır. Birinci instansiya məhkəməsi qərarında sübut qismində Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2iq(82)-1285/2011 saylı qərardadı əlavə edilmişdir. Həmin qərardada əsasən iddiaçı "xxxx" ASC Cavabdehnə qarşı kredit borcunun tutulması, tutmanın girov qoyulmuş əmlaka yönəldilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2iq(82)-1285/2011 saylı qərardadı ilə iddia tələbi qismən təmin edilmişdir. Qərardadda Cavabdehnə məxsus ümumilikdə 46 ədəd o cümlədən, “AZSAMAND LX” markalı **-TE-*** və **-TE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri istisna olmaqla, qalan digər nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmuşdur. Lakin birinci instansiya məhkəməsi tərəfindən Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2iq(82)-1285/2011 saylı qərardadına istinad etməklə vergi orqanının iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən inzibati işin tam, hərtərəfli və obyektiv araşdırılması aparılmadan səthi yanaşılmaqla əsassız qərardad qəbul edilmişdir. Çünki ki, həmin qərardadda qeyd olunan “AZSAMAND LX” markalı **-TE-*** və **-TE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbsin qoyulması istisna edilmişdir. Yəni həbs qoyulmamışdır. İddia tələbi üzrə borc məbləğinin təmin edilməsi məqsədi ilə vergi orqanı tərəfindən cavabdehin aktiv bank hesabına – Dövlət Sosial Müdafiə Fonduna 21000 manat 12 mart 2019-cu il tarixli və dövlət büdcəsinə 100 manat borcunun alınmasına dair 19 iyun 2020-ci il tarixli Sərəncamlar göndərilmişdir. Lakin qeyd olunan hesablaşma hesablarında pul vəsaitinin olmaması ilə əlaqədar alınmalı sərəncamların icrası təmin edilmədiyi üçün həmin sərəncamlar hələ də öz qüvvəsini saxlamaqdadır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1647/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Kapital Bank ASC adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati işə cəlb edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş iddiaçı və cavabdeh məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və cavabdehin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Tərəflər arasında yaranmış münasibət publik xarakterli olduğuna, iddiaçının inzibati orqan olaraq İnzibati icraat haqqında Qanunun tələblərindən çıxış edərək inzibati icraat aparması nəzərə alınaraq hazıki işə inzibati məhkəmə icraatında baxılmalıdır. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. -16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. -23.1-ci və 23.1.6-cı maddələrinə uyğun olaraq, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. -89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. -89.2-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. -89.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Təxirəsalınmaz hallar istisna olunmaqla, gecə vaxtı (axşam saat 20.00-dan səhər saat 8.00-qədər) əmlakın siyahıya alınmasına yol verilmir. -89.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. -89.5-ci maddəsinə əsasən yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. -89.6-cı maddəsinə əsasən əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: -nağd pul vəsaitləri; -bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); -hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; -istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; -inventarizasiya aparılmaqla digər əmlak. -89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. -89.12-ci maddəsinə əsasən əmlakın siyahıya alınması haqqında qərar qanunla müəyyən edilmiş qaydada ləğv edildiyi andan, yaxud vergi öhdəliyinin yerinə yetirildiyi andan öz qüvvəsini itirir. -90.1-ci maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Yuxarıda qeyd edilən qanunvericilik normalarından görünür ki, əmlakın siyahıya alınması - vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Vergi orqanının vergi ödəyicisinin əmlakının siyahıya alınması hüququ o zaman yaranır ki, vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə məyyən edilmiş müddətdə yerinə yetirməmiş olsun ki, belə olan halda vergi ödəyicisinin yaranmış vergi borclarını, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi əmlakın siyahıya alınması üsulundan istifadə oluna bilər. Nəzərə alınmalıdır ki, VM-nin məqsədləri üçün yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə heablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün vergi ödəyicisi üçün əhəmiyyət baxımından onun əmlakının siyahıya alınmasının VM ilə müəyyən edilmiş növbəlik əsasında həyata keçirilir. Göründüyü kimi, əmlakın siyahıya alınması, vergi ödəyicisinin vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının ödənilməsini təmin etmək üsuludur, yəni vergi ödəyicisinin vergi borcları yarandığı və Vergi Məcəlləsində müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi halda, vergi orqanı əmlakın siyahıya alınması üsulunu tətbiq etməyə haqlıdır. Lakin, işin araşdırılmış hallarından görünür ki, iş üzrə siyahıya alınmış avtonəqliyyat vasitəsiləri girov predmetidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəl İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən görünür ki, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş 11 dekabr 2023-cü il tarixli sorğuya cavab məktubuna əsasən xx.xx.2008-ci il tarixdən Cavabdeh adında qeydiyyatda olan "AZSAMAND LX" markalı **-TE-***, **-TE-***, **-TE-***, 10-TE556, **-TE-***, **-TE-***, **-TE-***, **-TE-***, **-TE-***, **-TE-***, **-TE-*** və **-TE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri girovdadır. Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş 25 oktyabr 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən sorğu etdiyiniz "AZSAMAND LX" markalı **-TE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2008-ci il tarixdən Cavabdeh adında qeydiyyatda olmaqla, girov müqaviləsi əsasında "xxxx" ASC-nin 1 saylı Yasamal filialında girovdadır. Məhkəmə kollegiyası qeyd edir ki, mövcud iş üzrə siyahıya alınmış əmlakların girov predmeti olması səbəbilə onların vergi orqanının iddiası üzrə satışının həyata keçirilməsi və ya hər hansı formada özgəninkiləşdirilməsi qanunvericiliyin tələblərinə əsasən yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 270.2. Bu Məcəllənin müqaviləyə əsasən əmələ gələn girov və ipoteka haqqında qaydaları müvafiq surətdə digər əsaslara görə əmələ gələn girova və ipotekaya da tətbiq edilir.

273. Girov saxlayana və ya ipoteka saxlayana girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanı mənimsəmək hüququ verən hər cür razılaşma etibarsızdır. 284.1. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov qoyan girov predmetindən onun təyinatına uyğun istifadə edə bilər, o cümlədən ondan bəhər və gəlir götürə bilər. 284.2. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov qoyan yalnız girov saxlayanın razılığı ilə girov predmetini özgəninkiləşdirə bilər, başqa şəxsin icarəsinə və ya əvəzsiz istifadəsinə verə bilər və ya ona dair digər sərəncamlar verə bilər. Girov qoyanın girov qoyulmuş əmlakı vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Göründüyü kimi, girov predmeti yalnız girov saxlayanın yazılı razılığı ilə özgəninkiləşdirilə bilər. İş materiallarında iddiaçı tərəfindən aparılmış inzibati icraat zamanı belə bir razılığın alındığı müəyyən edilmir. Həmçinin apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi girov predmetinin satışa çıxarılmasına razılıqlarının olmadığını bildirərək qeyd etmişdir ki, məhkəmə aktı ilə Cavabdeh banka olan kredit borcunun ödənilməsi məqsədilə borcun girovla yüklü edilmiş 10 TE-456-dan ** TE ***-dək olan dövlət qeydiyyat nişanlı avtomaşınlara yönəldilməsi qət edilmişdir. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin 2-1(112)- 3724/2024 nömrəli, 09 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3724/2024 nömrəli, 09 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: İkram Şirinov Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar