Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1649/2020 30.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Nuriyeva Afaq Bayram qızı, hakimlər Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinə qarşı yaşa görə pensiyasının təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-563/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-563/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, cavabdehin iddiaçıya əmək pensiyasının təyin olunmasından imtinası qanunsuz hesab edilərək xx.xx.1996-cı ildən xx.xx.2004-cü il tarixə qədər “xxxx” Şirkətində iş stajının sosial sığorta stajı kimi nəzərə alınmaqla iddiaçıya əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır (hakim M.Hacıbəyova). Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinə (Bakı şəhər Yasamal rayon şöbəsinə) qarşı cavabdehin iddiaçıya əmək pensiyasının təyin olunmasından imtinasının qanunsuz hesab edilməsi və xx.xx.1996-cı ildən xx.xx.2004-cü il tarixə qədər “xxxx” Şirkətində iş stajının sosial sığorta stajı kimi nəzərə alınmaqla iddiaçıya əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki,o, xx.xx.1955-ci ildə doğulmuşdur, pensiya yaşına çatdığı üçün cavabdehə pensiya təyin edilməsi barədə müraciət etmiş, lakin ona pensiya təyin edilməsindən imtina edilmişdir, imtina onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.1996-cı ildən xx.xx.2004-cü ilə qədər “xxxx” şirkətində işlədiyi dövrün yoxlanılması üçün Milli Arxiv İdarəsinə sorğu göndərildikdə cavab alınmışdır ki, “xxxx” Şirkətinin Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Halbuki iddiaçı həqiqətən də xx.xx.1994-cü ildən xx.xx.1996-cı ilə qədər X5 sürücü-mexanik işləmiş, xx.xx.1996-cı ildən xx.xx.2004-cü ilə qədər isə “xxxx” Şirkətində sürücü-mexanik işləmişdir və bu barədə iddiaçının əmək kitabçasında müvafiq qeydlər edilmişdir. İş üzrə birinci instansiya məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, İddiaçı işlədiyi “xxxx” şirkətinin arxiv sənədəri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilmədiyindən pensiya təyin edilməsi üçün tələb olunan sığorta stajı yaranmadığından ərizəni təmin etmək mümkün olmamışdır.İddiaçı xx xxxxxx 1994-cü ildən xx xxxx 1996-cı ilədək X5 sürücü mexanik vəzifəsində, daha sonra xx xxxxx 1996-cı il tarixdən xx xxxxxxx 2004-cü ilədək “xxxx” şirkətində sürücü mexanik vəzifəsində işlədiyini və hər iki idarənin özəl olduğunu qeyd etmişdir.İddiaçının sığorta stajının 1996- 2004-cü illərə münasibətdə cavabdeh tərəfindən mübahisələndirilmiş, nəticədə, iddiaçının xx.xx.1996-cı ildən xx.xx.2004-cü ilədək "xxxx" şirkətində işlədiyi iş illəri sosial sığorta stajı kimi nəzərə alınaraq əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmaqla yuxarıda göstərilən qərar qəbul olunmuşdur. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçıapellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsi nəticəsinə gəlir. İş materiallarına əlavə edilmiş: İddiaçının əmək kitabçasına əsasən iddiaçı xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilə qədər Təmir-Tikinti İdarəsində fəhlə, xx.xx.1976-cı ildən xx.xx.1976-cı ilə qədər Əli Bayramlı DRES-də avtonəqliyyat sexinin sürücüsü, xx.xx.1976-cı ildən xx.xx.1993-cü ilə qədər “Azərbaştəchizatidarəsi”ndə avtonəqliyyat kontorunda sürücü, xx.xx.1994-cü ildən xx.xx.1996-cı ilə qədər X2 sürücü-mexanik, xx.xx.1996-cı ildən xx.xx.2004-cü ilə qədər “xxxx” Şirkətində sürücü-mexanik işləmişdir. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı xx.xx.1955-ci ildə doğulmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyi yanında DSMF-nin Bakı şəhəri Yasamal rayon şöbəsinin xx.xx.2019-cu il tarixli “Əmək pensiyasının təyin edilməsi barədə bildirişi”nə əsasən iddiaçıya bildirilmişdir ki, “xxxx” Şirkətinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilmədiyindən pensiya təyin edilməsi üçün tələb olunan sığorta stajı yaranmadığından ərizəsinin təmin edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2020-ci il tarixli, **********143600 nömrəli məktubuna əsasən məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, “xxxx” Şirkəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.1996-cı il tarixində dövlət qeydiyyatına, xx.xx.2005-ci il tarixdə isə vergi uçotuna alınmışdır. Birinci instansiya məhkəməsi cavabdehin mövqeyi ilə razılaşmamışdır və hesab etmişdir ki, əmək kitabçasına əsasən iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb edilən sığorta stajının (30 ildən artıq) olması müəyyən olunur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti; 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 xxxxbr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən də əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. . Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının işlədiyi “xxxx” şirkətinin dövlət qeydiyyatına alınmış müəssisə olması və vergi ödəyicisi kimi uçotda olması Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin iş materiallarında olan məktubu ilə təsdiqlənir. Həmin müəssisənin sənədlərinin arxiv idarəsinə təhvil verilməməsinə görə isə iddiaçı məsuliyyət daşımadığı halda ona cavabdehin imtina məktubunda göstərilən əsasla əmək pensiyasının təyin edilməsindən imtina edilməsi qanunauyğun deyildir. Cavabdeh inzibati orqan Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Yasamal rayon şöbəsi iddiaçının təqdim etdiyi əmək kitabçasındakı məlumatların saxta olduğunu sübuta yetirmədiyi üçün birinci instansiya məhkəməsi həmin məlumatları mötəbər hesab edir. Məhkəmə kollegiyası iddiaçının əmək kitabçasındakı olan xx.xx.1996-xx.xx.2004-cü illərdə işləməsi barədə olan məlumatları barədə aşağıdakıları qeyd edir. Belə ki, əmək kitabçasının 18-19 səhifələrində iddiaçının xx.xx.1996-cı ildə sürücümexanik vəzifəsinə təyin edilməsi; xx.xx.2004-cü ildə öz xahişinə əsasən işdən azad edilməsi qeyd edilmişdir. Lakin hansı müəssisəyə işə təyin edilməsi və işdən azad olunması barədə məlumat yoxdur və həmin səhifələrdə iki müəssisənin - "X7"nun və "xxxx" şirkətinin dairəvi möhürləri əks olunmuşdur . İddiaçı "xxxx" şirkətində fəaliyyətini və əmək stajını təsdiq edən digər mötəbər sübüt məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək kitabçasında mübahisələndirilən fəaliyyət müddəti onun sığorta stajına daxil edilə bilməz. Belə ki, iddiaçının əmək kitabçası ilə xx.xx.1996-xx.xx.2004-cü illər istisna olmaqla, xx.xx.1972-xx.xx.1973-cü illərdə (09 ay 14 gün) işlədiyi; xx.xx.1973-xx.xx.1975-ci illərdə (02 il 21 gün) hərbi xidmətdə olduğu; xx.xx.1976-xx.xx.1976-cı illərdə (07 ay 28 gün); xx.xx.1976-xx.xx.1993-cü illərdə (17 il 03 ay 03 gün); xx.xx.1994-xx.xx.1996-cı illərdə (02 il 02 ay 27 gün); cəmi 23 il 03 gün işlədiyi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının sığorta stajı tamam olmadığına görə yaşa görə əmək pensiyası hüququ yoxdur. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-563/2020 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94, 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-563/2020 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. Cavabdehin iddiaçıya əmək pensiyasının təyin olunmasından imtinasının qanunsuz hesab edilməsi və xx.xx.1996-cı ildən xx.xx.2004-cü il tarixə qədər “xxxx” Şirkətində iş stajının sosial sığorta stajı kimi nəzərə alınmaqla iddiaçıya əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1649/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1649/2020
30.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver