Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1649/2025 20.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Eldarzadə Şirazı Elxan oğlunun katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın qismən ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2855/2024 nömrəli, 15 noyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vergi orqanlarının əməkdaşı kimi yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasına dair qəbul edilmiş qərarın ləğv edilməsi, artıq ödənilmiş pensiyanın tutulmasına yönəlmiş hərəkətlərin qanunsuz hesab edilməklə həmin borc məbləğinin silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondu tərəfindən vergi orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyası təyin edilən zaman son 24 ay üzrə aldığı dövlət məvacibinin orta aylıq məbləği üzrə pensiya hesablanmışdır. xx.xx.2023-cü il tarixli, 3-17-1/2-İ- 183100/2023 nömrəli məktubla əmək pensiyasının yenidən hesablanmasında mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala dəvət haqqında məktub göndərilmişdir. Həmin məktub əsasında xx.xx.2023-cü il tarixdə Mərkəzi Filiala getmiş, inzibati icraat qaydasında ona aparılmış araşdırma barədə məlumat verilmiş və bildirilmişdir ki, ona pensiya təyin edilərkən pensiyasının müəyyən edilməsi üçün son 24 ay üzrə orta aylıq əmək haqqının düzgün hesablanmadığı müəyyən edilmişdir. Bu əsasla iddiaçıya pensiyasının yenidən hesablanacağı və artıq ödənilmiş pensiya məbləğinin ondan tutulması üçün müvafiq tədbirlərin görüləcəyi barədə məlumat verilmişdir. Aparılmış inzibati icraat zamanı iddiaçının pensiyasının azalmasına yönəlmiş hərəkətlər əsaslı olmamışdır. Belə ki, iddiaçı tərəfindən ilkin pensiya təyinatı zamanı tələb olunan sənədlər Dövlət Sosial Müdafiə Fondu orqanına təqdim edilmiş və həmin sənədlər onun işlədiyi Vergilər Nazirliyi tərəfindən tərtib və təsdiq olunmuşdur. Həmin sənəddə İddiaçı pensiya təyin olunan vaxta qədər olan son 24 ayı üzrə aldığı dövlət məvacibinin tam məbləği aydın şəkildə əks olunmuşdur. İlkin təyinat aparılan zaman həmin sənədlər əsasında pensiyanın məbləği müəyyən edilmişdir. Yəni əgər hər hansı bir anlaşılmazlıq və ya düzgün olmayan məlumat təqdim edilsə idi, bu zaman təyinat düzgün şəkildə həyata keçirilə bilməzdi. Göründüyü kimi, onun pensiyasının azaldılmasında ifadə olunan hərəkətlər əsassızdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2855/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın qismən ləğv edilməsi” barədə iddiası mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2330/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2855/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7- 13548/2023 nömrəli "Əmək pensiyasının yenidən hesablanması haqqinda" qərarının qismən — ötən dövrlər üzrə alınmamış pensiya məbləğləri haqqında məlumat" və “qeyd” qrafalarının ləğv edilməsi tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi «Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/3-7- 13548/2023 nömrəli qərarının qismən — "ötən dövrlər üzrə alınmamış pensiya məbləğləri haqqında məlumat" və "qeyd" qrafalarının ləğv edilməsinə dair qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh tərəfindən iddia tələbinə etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı pensiya işinə aid sənədlərdə ona Fondun Nərimanov rayon şöbəsi tərəfindən 10 may 2017-ci il tarixindən vergi orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin olunduğu qeyd edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Yuxarıda qeyd edilən Qanunun 39.1ci maddəsinin tələbləri nəzərə alınmaqla İddiaçı pensiya işi araşdırılaraq aylıq ödənişi yenidən hesablanıb. Nəticədə məlum olmuşdur ki, 10 may 2017-ci il tarixində İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı 1.822,66 manat təşkil edib. Bununla əlaqədar adıçəkilən şəxsin əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 22 il 2 ay 12 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqısının (1822,66 manat) 80 faizi-1.458,13 manat məbləğində hesablanıb. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olan redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar adıçəkilən şəxsin 22 il 2 ay 12 gün qulluq illərinə görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 71,50 faiz təşkil edir. Vergi orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018- ci il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 347,00 manat, qulluq illərinə görə əlavəsi 39,00 manat, rütbəyə görə əlavəsi 36,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 1.373,22 manat, digər növ əlavəsi 198,08 manat olmaqla orta aylıq əmək haqqı 1.993,30 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək adıçəkilən şəxsin vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1.822,66 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (1.993,30 manat) arasındakı fərq məbləğinin (170,64 manat) 71,50 faizi-122,01 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (1458,13 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 1.580,14 manat məbləğində hesablanıb. Vergi orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 525,00 manat, qulluq illərinə görə əlavəsi 39,00 manat, rütbəyə görə əlavəsi 36,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 2077,64 manat, digər növ əlavəsi 198,08 manat olmaqla orta aylıq əmək haqqı 2875,72 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək adıçəkilən şəxsin vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1993,30 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (2875,72 manat) arasındakı fərq məbləğinin (882,42 manat) 71,50 faizi-630,93 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (1580,14 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 2211,07 manat məbləğində hesablanıb. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 73-cü maddəsinin 1 yanvar 2020-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 525,00 manat, qulluq illərinə görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 157,50 manat, rütbəyə görə əlavəsi 36,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 2077,64 manat, digər növ əlavəsi 198,08 manat olmaqla orta aylıq əmək haqqı 2.994,22 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 yanvar 2020-ci il tarixinədək adıçəkilən şəxsin vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (2.875,72 manat) ilə 1 yanvar 2020-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (2.994,22 manat) arasındakı fərq məbləğinin (118,50 manat) 71,50 faizi-84,72 manat 1 yanvar 2020-ci il tarixinədək hesablanmış pensiyasının (2.211,07 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 2.295,79 manat məbləğində hesablanmalı olduğu halda, 2.877,52 manat müəyyən edilməklə xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə İddiaçı 16.870,17 manat məbləğində artıq pul vəsaiti ödənilib. Eyni zamanda, maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən İddiaçı əmək pensiyası 2896,60 manat məbləğində hesablanmalı olduğu halda, 3.630,57 manat müəyyən edilməklə xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə İddiaçı 5.137,79 manat məbləğində artıq pul vəsaiti ödənilib. Qeyd olunanları nəzərə alaraq, son üç il üzrə adıçəkilən şəxsə ümumilikdə 22.007,96 (16.870,17+5.137,79) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. İddiaçı Mərkəzi Filiala 25 avqust 2023-cü il tarixində daxil olmuş müraciətinə əsasən onun əmək pensiyası təyin edildikdən sonra işləyən əmək pensiyaçısı kimi topladığı pensiya sığorta kapitalına görə əmək pensiyası yenidən hesablanaraq 25 avqust 2023-cü il tarixindən 3.016,59 manat məbləğində müəyyən edilib, həmçinin cari ilin avqust ayı üzrə (7 gün üçün) İddiaçı ödənilməli olan 27,09 manat fərq məbləği hesablanıb. Həmin 27,09 manat ödənilməli olan pul vəsaiti ona artıq ödənilmiş 22.007,96 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilib. Eyni zamanda, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya vaxtilə təyin edilmiş dövlət qulluqçusu kimi əmək pensiyasının qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Buna görə də “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, iddiaçının pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrin dinlənilməsi üçün 29 avqust 2023-cü il tarixinədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə dəvət edilmiş və ona pensiyanın azalmasına səbəb olmuş hallar izah edilmişdir. Bundan sonra “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl olunmuş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2855/2024 nömrəli, 15 noyabr 2024-cü il tarixli qərarı ilə (hakim A.Almazova) iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı barəsində “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-13548/2023 nömrəli qərarının "ötən dövrlər üzrə alınmamış pensiya məbləğləri haqqında məlumat" və "qeyd" hissələrinin ləğv edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətində qeyd olunmuşdur ki, son üç il üzrə iddiaçıya ümumilikdə 22007,96 (16870,17+5137,79) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, iddiaçının pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrin dinlənilməsi üçün 29 avqust 2023- cü il tarixinədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə dəvət edilmiş və ona pensiyanın azalmasına səbəb olmuş hallar izah edilmişdir. Bundan sonra “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Göründüyü kimi, tərəflərindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl olunmuş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının və cavabdehin nümayəndəsinin sonuncu məhkəmə iclasında iştirakı təmin edilməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinin əmək pensiyasını təyin edən komissiyasının xx.xx.2017-ci il tarixli, 430 nömrəli qərarına əsasən İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq dövlət qulluqçusu kimi xx.xx.2017-ci il tarixdən ömürlük 1.852,55 manat məbləğində pensiya təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 3-17-1/2-İ-183100/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, “Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən 1 sentyabr 2005-ci il tarixindən vergi orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinə əsasən şəxsin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən hesablanır. Araşdırma zamanı Sizə vaxtilə əmək pensiyası təyin edilərkən pensiyanızın müəyyən edilməsi üçün son 24 ay üzrə orta aylıq əmək haqqınızın düzgün hesablanmadığı müəyyən edilib. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Qeyd olunanları nəzərə alaraq, vaxtilə təyin edilmiş dövlət qulluqçusu kimi əmək pensiyasının qanuna uyğun qaydada yenidən hesablanması məsələsinə baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Buna görə də, “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, pensiyanızın yenidən hesablanmasına baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilməsi üçün 29 avqust 2023-cü il tarixinədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə gəlməyiniz xahiş olunur”. Cavabdeh tərəfindən iddiaçının vəkili və nümayəndəsinə ünvanlanmış məktubda bildirilmişdir ki, “etibarnamə üzrə nümayəndəsi olduğunuz İddiaçı pensiya işinə aid sənədlərdə ona Fondun Nərimanov rayon şöbəsi tərəfindən 10 may 2017-ci il tarixindən vergi orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin olunduğu qeyd edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd edilən Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla İddiaçı pensiya işi araşdırılaraq aylıq ödənişi yenidən hesablanıb. Nəticədə məlum olmuşdur ki, 10 may 2017-ci il tarixində İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı 1822,66 manat təşkil edib. Bununla əlaqədar adıçəkilən şəxsin əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 22 il 2 ay 12 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqısının (1822,66 manat) 80 faizi-1458,13 manat məbləğində hesablanıb. "Əmək pensiyaları haqqında" Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olan redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınır. Eyni zamanda, maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqədar 1 yanvar 2023cü il tarixindən İddiaçı əmək pensiyası 2896,60 manat məbləğində hesablanmalı olduğu halda, 3630,57 manat müəyyən edilməklə xx.xx.2023- xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə İddiaçı 5137,79 manat məbləğində artıq pul vəsaiti ödənilib. Son üç il üzrə adıçəkilən şəxsə ümumilikdə 22007,96 (16870,17+5137,79) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. İddiaçı Mərkəzi Filiala 25 avqust 2023-cü il tarixində daxil olmuş müraciətinə əsasən onun əmək pensiyası təyin edildikdən sonra işləyən əmək pensiyaçısı kimi topladığı pensiya sığorta kapitalına görə əmək pensiyası yenidən hesablanaraq 25 avqust 2023-cü il tarixindən 3016,59 manat məbləğində müəyyən edilib, həmçinin cari ilin avqust ayı üzrə (7 gün üçün) İddiaçı ödənilməli olan 27,09 manat fərq məbləği hesablanıb. Həmin 27,09 manat ödənilməli olan pul vəsaiti ona artıq ödənilmiş 22007,96 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilib. Qalan 21980,87 (22007,96-27,09) manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə onun əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunur. Eyni zamanda, “İnzibat icraat haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilməsi üçün İddiaçı Mərkəzi Filiala dəvət edilib. Qəbul zamanı qeyd olunanlarla bağlı ona ətraflı məlumat verilib və bu barədə akt tərtib edilib. Maddi yardım üzrə 2022-ci il üçün İddiaçı ümumilikdə 698,07 manat maddi yardım ödənilib”. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli aktından görünür ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən vətəndaş İddiaçı (bundan sonra-maraqlı şəxs) vaxtilə təyin edilmiş yaşa görə əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraata başlanılmışdır. Həmin Qanunun 21.2-ci maddəsinin tələblərinə uyğun qaydada maraqlı şəxs xx.xx.2023-cü il tarixli 3-17- 1/2-1-183100/2023 nömrəli məktubla Mərkəzi Filiala dəvət olunmuşdur. Maraqlı şəxs xx.xx.2023-cü il tarixində Mərkəzi Filiala gəlmiş və aşağıda imza edən vəzifəli şəxslər tərəfindən qəbul edilmişdir. Maraqlı şəxsə araşdırma zamanı, vaxtilə əmək pensiyası təyin edilərkən pensiyasının müəyyən edilməsi üçün son 24 ay üzrə orta aylıq əmək haqqının düzgün hesablanmadığı barədə ətraflı məlumat verilmişdir. Daha sonra maraqlı şəxsin yuxarıda qeyd olunanlarla bağlı mülahizələri dinlənilmişdir. Əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraatın gedişində maraqlı şəxsin mülahizəsinin dinlənilməsi inzibati icraatın aparılmasına dair qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilmişdir. Bu barədə 2 nüsxədə akt tərtib edilmiş, aktın bir nüsxəsi Mərkəzi Filialda saxlanılmış, ikinci nüsxəsi isə haqqında inzibati icraat aparılan maraqlı şəxsə təqdim olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/3-7- 17742/2023 nömrəli qərarına əsasən İddiaçı 2295,79 manat əmək pensiyası hesablanmışdır, əvvəlki pensiya məbləği 2896,60 manat qeyd edilmişdir.. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/3-7- 13548/2023 nömrəli qərarına əsasən İddiaçı xx.xx.2017-ci il tarixdə təyin edilmiş əmək pensiyası yenidən hesablanmış, onun əmək pensiyasının məbləği 3630.57 manatdan 2994.22 manata azaldılmışdır. Qərarın "Ötən dövrlər üzrə alınmamış pensiya məbləğləri haqqında məlumat" bəndində “ötən dövrü – başlanğıc dövr xx.xx.2020-son dövr xx.xx.2023-məbləğ 22007,96 manat (artıq), "Qeyd" bəndində - “xx.xx.2022xx.xx.2022=698,08 m/y (2 ay tutulma ver 698.08/2=394,04 manat tut), əvz. yox.” kimi qeyd aparılmışdır. Göründüyü kimi, iddiaçıya 10 may 2017-ci il tarixindən vergi orqanlarının sabiq əməkdaşı kimi güzəştli şərtlərlə pensiya təyin edilmiş və xx.xx.2023-cü ilədək ödənilmişdir. İddiaçının cavabdehə 25 avqust 2023-cü il tarixində daxil olmuş müraciətinə əsasən onun əmək pensiyası təyin edildikdən sonra işləyən əmək pensiyaçısı kimi topladığı pensiya sığorta kapitalına görə əmək pensiyası yenidən hesablanaraq 25 avqust 2023-cü il tarixindən 3016,59 manat məbləğində müəyyən edilib. Son üç il üzrə iddiaçıya ümumilikdə 22007,96 (16870,17+5137,79) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. İddiaçıya avqust ayı üzrə (7 gün üçün) ödənilməli olan 27,09 manat fərq məbləği hesablanıb. Həmin 27,09 manat ödənilməli olan pul vəsaiti ona artıq ödənilmiş 22007,96 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilib. İddiaçı hazırkı iddiasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-13548/2023 nömrəli qərarının "Ötən dövrlər üzrə alınmamış pensiya məbləğləri haqqında məlumat" bəndində “ötən dövrü – başlanğıc dövr xx.xx.2020-son dövr xx.xx.2023-məbləğ 22007,96 manat (artıq), "Qeyd" bəndində - “xx.xx.2022xx.xx.2022=698,08 m/y (2 ay tutulma ver 698.08/2=394,04 manat tut), əvz. yox.” kimi qeyd edilmiş hissələrinin ləğv edilməsini xahiş etmişdir. Cavabdehin apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, son üç il üzrə iddiaçıya ümumilikdə 22007,96 (16870,17+5137,79) manat artıq pul vəsaiti ödənilmişdir. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilməsi qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinin əmək pensiyasını təyin edən komissiyasının xx.xx.2017-ci il tarixli, 430 nömrəli qərarına əsasən iddiaçıya xx.xx.2017-ci il tarixdən ömürlük 1.852,55 manat məbləğində pensiya təyin edilmişdir. xx.xx.2023-cü il tarixli 3-17-1/3-7- 13548/2023 nömrəli qərarına əsasən İddiaçı xx.xx.2017-ci il tarixdə təyin edilmiş əmək pensiyası yenidən hesablanmış, onun əmək pensiyasının məbləği 3630.57 manatdan 2994.22 manata azaldılmışdır. Qərarın "Ötən dövrlər üzrə alınmamış pensiya məbləğləri haqqında məlumat" bəndində “ötən dövrü – başlanğıc dövr xx.xx.2020-son dövr xx.xx.2023-məbləğ 22007,96 manat (artıq), "Qeyd" bəndində - “xx.xx.2022-xx.xx.2022=698,08 m/y (2 ay tutulma ver 698.08/2=394,04 manat tut), əvz. yox.” kimi qeyd aparılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunundan: -1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; -2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; -2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; -13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 39.2-ci maddəsinə görə bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. Qanunun qeyd edilən müddəalarından görünür ki, artıq ödənilmiş əmək pensiyası və ya əmək pensiyasına əlavə əmək pensiyaçısına hər ay ödənilən əmək pensiyası məbləğindən tutula bilər. Bunun üçün Qanun iki mühüm şərti müəyyən etmişdir:
1. Tutulmanı həyata keçirən orqan əmək pensiyaçısına müraciət etməli, onun razılığını almalıdır. Razılığını aldığı təqdirdə inzibati orqan vəsaitin geri qaytarılması barədə qərar qəbul etməlidir;
2. Əmək pensiyaçısı tutulma barədə razılıq vermədiyi təqdirdə inzibati orqan tutulmanın həyata keçirilməsi üçün məhkəməyə müraciət etməlidir. “Əmək pensiyaları haqqında” Qanun 39-cu maddəsi inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən edir. Qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsi zəruridir. İşin hallarına görə, əmək pensiyaçısı olan iddiaçının cavabdehin hesab etdiyi artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması iş materialları ilə müəyyən edilmir. Belə olan halda, artıq ödənilmiş pensiya məbləği qanunun tələbinə görə yalnız məhkəmə qərarı əsasında tutula bilərdi. Lakin bu barədə də iş materiallarında heç bir sübut yoxdur və cavabdeh tərəfindən bu barədə heç bir dəlil təqdim edilməmişdir. Cavabdeh iddiaçıya əmək pensiyasının məbləğinin səhv hesablanmasını qeyd etsə də, bununla bağlı iddiaçının hər hansı təqsirinin olması barədə məhkəməyə sübutlar təqdim etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs- inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən inzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunun 28.1.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsasdır. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, əlverişli inzibati aktın ləğvi və ya dəyişdirilməsi ilə bağlı mübahisənin mahiyyəti üzrə qərar qəbul edərkən, o cümlədən də artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin cavabdehdən geri tələb olunması ilə bağlı hallarda, “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin, xüsusən 67.5-67.13-ci maddələrinin tələblərinin, şəxsin həmin qanunda təsbit edilmiş etimad hüququnun inzibati orqan tərəfindən nəzərə alınıb-alınmadığını müəyyən etməli və ona qiymət verməlidir. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, 67.5-ci maddənin tələbinə görə, şəxsin özünün əlverişli hüquqi mövqeyinə olan etimadı qanunla qorunur. Həmçinin nəzərə almaq lazımdır ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibati icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Birinci instansiya məhkəməsi yuxarıda sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Apellyasiya şikayəti iddiaya etirazın dəlilləri ilə oxşar məzmunda tərtib edildiyindən qərarın əsaslandırıcı hissəsində göstərilənlərə görə əsassızdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin imtinasının iddiaçının qanunla qorunan hüquqlarını pozması barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2855/2024 nömrəli, 15 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov