Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-165/2020 22.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Mayılov Ülvi Arif oğlu və Abiyeva Kəmalə Nəbi qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçının vəkili X2, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik X1rşı “vergi ödəyicisi kimi qeydiyyata alınmanın qanunsuz hesab edilməsi, cavabdehin üzərinə iddiaçının vergi ödəyicisi kimi uçotdan çıxarılması və VÖEN şəhadətnaməsinin ləğv edilməsi tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-646/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdehin verdiyi apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən еtdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçını vergi ödəyicisi kimi qeydiyyata almasının qanunsuz hesab edilməsi, cavabdehin üzərinə iddiaçının vergi ödəyicisi kimi uçotdan çıxarılması və ********** №-li VÖEN şəhadətnaməsinin ləğv edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək, cavabdehin iddiaçını vergi ödəyicisi kimi qeydiyyata alması qanunsuz hesab edilmiş, iddiaçının vergi ödəyicisi kimi uçotdan çıxarılması və ********** N-li VÖEN şəhadətnaməsinin ləğv edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, hüququn tədbiq edilməsində səhv buraxaraq, tədbiq edilməli olan qanunu düzgün tədbiq etməmişdir. Həmçinin, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini və iş üçün əhəmiyyətli olan bütün faktiki halları araşdırmamış, iddia tələbi üzrə mübahisə olunan məsələlərə tam araşdırma aparmadan və müəyyən məsələləri ümumiyyətlə tədqiq etmədən hüquqi qiymət verməklə düzgün nəticəyə gəlməmiş və iş üzrə əsassız və qanunsuz qərar qəbul etmişdir.Məhkəmə qərarında qeyd edilmişdir ki, vergi orqanı vergi qanunvericiliyində nəzərədə tutulmamış qayda və üsullardan istifadə etmiş və əsassız olaraq iddiaçını məcburi qaydada, vergi ödəyicisi kimi uçota almışdır. Məhkəmə iddiaçının həqiqətən də qanunsuz sahibkarlıqla məşğul olub-olmaması faktının araşdırılmasını zəruri hesab etməmişdir. İddiaçı efirdə el şənliklərindən (toylardan) əldə etdiyi qonorarın miqdarını bildirməsi və “X7” istirahət mərkəzində xx.xx.2017-ci ildə konsert proqramı ilə çıxış etməsi faktlarını cavabdeh Departament tərəfindən məhkəməyə sübut qismində təqdim etmişdir. Lakin məhkəmə təqdim edilmiş sübutlara qiymət verməmişdir. Yuxarıda qeyd olunanlara əsasən vergi orqanı tərəfindən iddiaçıya onun vergi ödəyicisi kimi uçota durması barədə müvafiq bildiriş göndərilmişdir, lakin iddiaçı yenə də uçota durmaqdan imtina etmişdir. Vergi ödəyicisi İddiaçı heç bir əlavə vergi hesablanmamışdır. Yalnız o, vergi ödəyicisi kimi uçota qoyularaq qeydiyyata alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1190/2019 saylı, xx xxx 2019-cu il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin olunmamışdır. Qərardan iddiaçı kassasiya şikayəti vermiş, AR Ali Məhkəməsinin İİK-nın 2-1(102)- 2536/19 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1190/2019 saylı, xx xxx 2019-cu il tarixli qərarı ləğv edilərək iş təkrar apelyasiya baxışına göndərilmişdir. Təkrar apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçının vəkili apelyasiya şikayətinin dəlilləri ilə razılaşmadığını bildirərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasıını xahiş etdi. Məhkəmə kоllеgiyаsı iş mаtеriаllаrını yохlаyаrаq, tərəflərin izahatlarını dinləyib, аpеlyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq, aşağıdakı nəticəyə gəlir. Аzərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materiallarından görünür ki, vət.F.M.Ələkbərli Vergilər Nazirliyinə elektron qaydada müraciət edərək, iddiaçının bahalı maşından istifadə etdiyini, bahalı əməliyyatlar həyata keçirdiyini, son dərəcədə zəngin və dəbdəbəli həyat yaşamasının əhalidə haqlı olaraq dövlət orqanları və məmurların iş qabiliyyəti barədə mənfi rəy yaratdığını qeyd etmişdir. Buna görə də müvafiq araşdırılma aparılmasını xahiş etmiş, həmin müraciət əsasında aparılmış araşdırma zamanı iddiaçının sahibkarlıqla məşğul olması faktının müəyyən edilməsi əsas gətirilərək, cavabdeh tərəfindən iddiaçıya 5 gün ərzində vergi ödəyicisi kimi qeydiyyatdan keçməsi barədə məktub ünvanlanmışdır İddiaçı tərəfindən ərizə ilə cavabdehə müraciət edilərək, fərdi sahibkar F.M.Ələkbərlinin onun barəsində müraciətinin və ona əlavə olunan sənədlərin sürəti və ona VÖEN açılması üçün əsas olmuş mənbəyi bəlli olan məlumatların surətlərinin təqdim olunması xahiş edilmişdir. Cavabdeh tərəfindən həmin ərizə əsasında iddiaçıya mənbəyi bəlli olan məlumatlar təqdim edilmiş və eyni zamanda cavabdehin xx.xx.2018-ci il tarixli məktubunda qeyd olunan müddət ərzində vergi ödəyicisi kimi qeydiyyata alınmadığından iddiaçının xx.xx.2018-ci il tarixdə ********** N-li VÖEN ilə məcburi qaydada vergi orqanında qeydiyyata alınmasının təmin edildiyi qeyd olunmuşdur. Daha sonra iddiaçı ərizə ilə cavabdehə müraciət edərək onun vergi ödəyicisi kimi qeydiyyatının və onun adına açılmış VÖEN şəhadətnamənin ləğv edilməsini xahiş etmiş, cavabdeh tərəfindən iddiaçının ərizəsinə baxılmış və müraciəti təmin edilməmişdir. Cavabdehin qeyd olunan imtinasından sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı hesab edir ki, vergi qanunvericiliyinə görə fiziki şəxsin məcburi qaydada vergi ödəyicisi kimi vergi orqanında qeydə alınması nəzərdə tutulmamışdır. Cavabdehin mövqeyinə görə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs xəbərdarlıq edildikdən sonra 5 gün müddətində vergi ödəyicisi kimi vergi orqanında qeydiyyata durmadığı halda, o, vergi orqanında qeydiyyata alına bilər. Birinci instansiya məhkəməsi şəxsin məcburi qaydada vergi orqanı tərəfindən vergi ödəyicisi kimi uçota alınması və ona VÖEN verilməsi nəzərdə tutulmadığını və iddiaçının qanunsuz sahibkarlıqla məşğul olması başqa hüquqi nəticələr yaratdığını əsas tutaraq iddia tələbini təmin etmişdir. Kassasiya məhkəməsi cavabdehin apelyasiya şikayətini təmin edən apelyasiya məhkəməsinin qərarını ləğv edərkən ona istinad etmişdir ki, iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olması təsdiq olunduğu halda, cavabdeh tərəfindən onun barəsində hansı tədbirlər görməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən ətraflı araşdırılmamışdır. Kollegiya kassasiya instansiyası məhkəməsinin mövqeyini nəzərə alaraq təkarar apelyasiya baxışı zamanı aşağıdakı nəticəyə gəlir. İşin hallarından görünür ki, cavabdeh iddiaçının əldə etdiyi gəlirdən dövlət büdcəsinə ödənilməsi məqsədilə vergi orqanında qeydiyyata düşməsinə dair ona xx xxxxxxxx 2018-ci il tarixli xəbərdarlıq məktubu göndərmiş, iddiaçı vergi orqanında vergi ödəyicisi kimi uçota durmadığından xx xxxxxxxx 2018-ci il tarixdə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə məcburi qaydada vergi orqanında qeydiyyata alınmışdır. Vergi Məcəlləsinin 33.1-ci maddəsinə görə vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır (33.3-cü maddə). Vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə - filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir. Dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu maddənin birinci abzasında göstərilən şəxslərin dövlət qeydiyyatına alınması barəsində onlara qeydiyyat sənədləri ilə birlikdə həmin sənədlərin verilməsi tarixini əks etdirən arayış verməlidir...Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir (33.4-cü maddə). Bu Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir (33.5-ci maddə). Vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir. Vergi ödəyicisi olan hüquqi şəxslər, onların filial və nümayəndəlikləri (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) uçota alınmaq üçün ərizə ilə birgə vergi orqanına müraciət etdikdə, müəyyən edilmiş qaydada təsdiq edilmiş onların dövlət qeydiyyatına alınması haqqındaşəhadətnamənin, nizamnaməsinin (və ya əsasnaməsinin), rəhbərin təyin olunmasını və hüquqi şəxsin ünvanını təsdiq edən sənədlərin, habelə rəhbərin şəxsiyyətini təsdiq edən sənədin bir nüsxədə surətlərini və olduğu yer (ünvanı) haqqında məlumat vergi orqanına təqdim etməlidirlər... Ərizə vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən doldurulur. Ərizədə göstərilənlərin düzgünlüyünə vergi ödəyicisi (onun rəhbəri) cavabdehdir. Vergi ödəyicisi olan fərdi sahibkar uçota alınması üçün ərizə ilə birgə onun şəxsiyyətini təsdiq edən sənədin surətini təqdim edir. Vergi ödəyiciləri olan fiziki şəxslər uçota alındıqda, onların şəxsi məlumatlarına, o cümlədən onların adı, doğulduğu tarix və yer, cinsi, yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədin məlumatları, vətəndaşlığı haqqında məlumat daxil edilir. Uçota alınmaq üçün ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Vergi orqanları tərəfindən fiziki şəxslərin vergi uçotuna alınması elektron və (və ya) kağız formatda aparılır. Onların uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (34.1-ci maddə). Vergi orqanı vergi ödəyicisinin uçota alınmasını vergi uçotuna alınması haqqında ərizə və bu maddədə göstərilən digər sənədlər daxil olduğu gündən sonrakı 1 gün müddətində (fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması istisna olmaqla) həyata keçirir və həmin müddətdə də vergi ödəyicisinə müvafiq şəhadətnaməni elektron formada göndərir. Fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması dərhal həyata keçirilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Şəhadətnamə vergi ödəyicisinin uçotda olmasını təsdiq edən əsas sənəd olmaqla, vergi ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında şəhadətnamənin yeni nüsxəsi verilir. Bu zaman verilən nüsxənin üzərində şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır...(34.2-ci maddə). Eləcə də Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının xx xxx 2015ci il tarixli **********003100 nömrəli qərarı ilə (xx.xx.2016-cı il tarixli **********005500 nömrəli, xx.xx.2017-ci il tarixli **********002400 nömrəli qərarları ilə edilmiş dəyişikliklərlə) “Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları” təsdiq edilmişdir. Qaydaların 1.3-cü bəndinə əsasən, vergi orqanlarında fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Vergi Məcəlləsinin 33-cü və 34cü maddələrinə uyğun olaraq aparılır. Vergi orqanlarında fiziki şəxslərin uçota alınması ilə bağlı tələblər, uçotun aparılması yeri və müddətləri, habelə uçota alınmaq üçün verilən ərizəyə əlavə edilən sənədlər Vergi Məcəlləsinin həmin maddələri ilə müəyyənləşdirilir. Fiziki şəxsi vergi orqanlarında vergi uçotuna alınma, yenidən uçota alınma və uçotdan çıxarılma məsələlərində notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında səlahiyyət verilmiş şəxs təmsil edə bilər. Vergi orqanında uçota alınmaq üçün fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən vergi orqanına Vergi Məcəlləsinin 34.1-ci maddəsinin 7-ci bəndinə əsasən forması Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş “Fiziki şəxsin vergi uçotu haqqında ərizə” (bundan sonra - “Fiziki şəxsin vergi uçotu haqqında ərizə”) verilir. Vergi uçotuna alınma, yenidən uçota alınma, uçotdan çıxarılma, habelə uçot məlumatlarında dəyişiklik edilmə barədə təqdim edilən ərizənin forması və onlarındoldurulması qaydaları, vergi ödəyicilərinin vergi orqanında uçota alınmasını təsdiq edən şəhadətnamənin forması Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən müəyyən edilir (1.4-cü bənd). Bu Qaydaların məqsədləri üçün vergi orqanına təqdim edilən ərizələr, yalnız fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalana bilər. Ərizəni qəbul edən vergi orqanı əməkdaşı onun yalnız buna səlahiyyəti olan şəxs tərəfindən təqdim olunduğunu müəyyən etdikdən sonra bu Qaydalarda göstərilən tədbirlərin yerinə yetirilməsini təmin etməlidir. Ərizələrin səlahiyyətli olmayan şəxslərdən, yaxud uçota dayanmaq istəyən şəxsin qohumlarından (ailə üzvlərindən) qəbul edilməsinə yol verilmir. Eyni tələblərə vergi orqanı tərəfindən hazırlanmış sənədlərin “Vergi ödəyicilərinin uçotuna 3 dair sənədlərin vergi ödəyicisinə təqdim edilməsi kitabı”nda (bu Qaydaların 1 N-li əlavəsi), vergi ödəyicilərinə xidmət mərkəzlərində isə Vergilər Nazirliyinin əmri ilə təsdiq edilmiş müvafiq jurnalda imza edilməklə verilməsi zamanı da əməl edilməlidir (1.5-ci bənd). Qaydalarda vergi orqanlarında fiziki şəxslərin vergi uçotuna alınması Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələrinə uyğun aparılması əksini tapmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının x xxx 2019-cu il tarixli **********003100 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nın 2.1-ci bəndinin tələbinə görə də vergi orqanında uçota alınan şəxslər uçota dair ərizə verməlidirlər. Beləliklə, sadlanan normlara görə vergi ödəyicisinin uçota alınmasının hüquqi əsası bilavasitə onun sahibkarlıq faəliyyəti ilə məşğul olması ilə şərtləndirilmişdir. Cavabdehin şikayətində istinad etdiyi iddiaçının efirdə şənliklərdən birində əldə etdiyi qonorar miqdarı barədə etirafı, eləcə də “Mambo beach club” istirahət mərkəzində konsert proqramı ilə çıxış etməsi ilk növbədə iddiaçının vergi orqanlarında vergi qeydiyyatında durmadan sahibkarlıq faəliyyəti ilə məşğul olduğunu təsdiq etmək üçün kifayə etmir. Həm də, iş materiallarında olan etiraz və apelyasiya şikayətindən müəyyən olunur ki, iddiaçının vergi orqanlarında vergi qeydiyyatına durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu bildirməsinə baxmayaraq, cavabdeh tərəfindən iddiaçıya hec bir əlavə vergi hesablanmamışdır. İddiaçının işdə olan əmək kitabçasının surətindən isə görünür ki, o, Bakı Xoreoqrafiya Akademiyasında müəllim işləyir. Digər tərəfdən iddiaçının sahibkarlıq faəliyyəti ilə məşğul olduğu müəyyən olunsa belə, bu hal vergi orqanı tərəfindən iddiaçının vergi uçotuna alınmasına hüquqi əsas vermir. Belə ki, yuxarıda adı çəkilən normaların tələblərindən də görünür ki, Vergi Məcəlləsinin 33 və 34-cü maddələrində fiziki şəxslərin məcburi qaydada vergi orqanlarında uçota alınması təsbit edilməmişdir.Vergi orqanında uçota alınması üçün Vergi ödəyicisinin özünün Vergilər Nazirliyinə müvafiq ərizə ilə müraciət etməsi tələb olunur. İşdən müəyyən olunur ki, iddiaçı vergi ödəyicisi kimi uçota alınmasına dair ərizə ilə cavabdehə hər hansı müraciət etməmiş (cavabdeh orqan bu barədə hər hansı sübut təqdim etməmişdir), nə də cavabdeh iddiaçının belə ərizə verməsi barədə mübahisə açmamışdır. Vergi Məcəlləsinin 53.1-ci maddəsinə görə vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün və ya 34.3-cü maddəsində göstərilən müddətdə olduğu yer barədə ərizənin verilməməsinə, həmçinin digər uçot məlumatlarında (vergi ödəyicisinin vergi uçotuna alınma haqqında ərizədə qeyd olunan rekvizitlər) dəyişiklik haqqında məlumatın təqdim edilməməsinə görə, habelə bu Məcəllənin 221.4.7-ci maddəsində nəzərdə tutulmuş "Fərqlənmə nişanı" olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınmasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Göründüyü kimi qanunvericilik qanunla müəyyən olunmuş müddətdə vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq olunmasını nəzərdə tutmuşdur. Lakin cavabdeh qeyd edilən səlahiyyətindən istifadə edərək iddiaçını maliyyə sanksiyasına cəlb etmək yerinə, vergi məcəlləsində nəzərdə tutulmamış qayda və üsullardan istifadə edərək iddiaçını məcburi qaydada vergi ödəyicisi kimi uçota almışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Eyni Məcəllənin 87.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanalara əsasasən kollegiya hesab edir ki, apelyasiya şikayəti əsassız olmaqla təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 üzrə Baş İdarəsinin apelyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-646/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən: M.N.Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-165/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-165/2020
22.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver