Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-165/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X6 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X8 üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi barədə inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4264/2020 saylı qərarından cavabdehin nümayəndəsi və vəkili S.Əliyev tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4264/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya onun müvafiq arayışda göstərilən xx xxxxxx 1979-cu il tarixdən xx xxxxxx 1980-cı il tarixədək Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin 5 nömrəli Trestinin 45 nömrəli Tikinti İdarəsində işlədiyi müddət və əmək kitabçasındakı qeydlər üzrə iş müddəti sığorta stajına daxil edilməklə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin birdəfəlik hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmuşdur. (hakim R.Kərimli). Həmin qərardan narazı qalan cavabdehin nümayəndəsi S.Əliyev tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh DSMF-nun X8 İdarəsi - cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X8 üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ******* saylı əmək kitabçasında göstərilən iş stajını, eləcə də xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilə qədər Azərbaycan SSRİ Sənaye Tikinti Nazirliyinin “X12 Ordenli” 4 nömrəli Tikinti Trestinin 45 nömrəli tikinti idarəsində dülgər peşəsində işlədiyi dövrlərin sığorta stajına daxil edilməklə ona 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ona birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, əmək fəaliyyətinə xx xxxxxx 1979cu il tarixdə başlamışdır. Həmin tarixdən xx xxxxxx 1980-ci il tarixədək Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin “X12 Ordenli” 4 nömrəli Tikinti Trestinin 45 nömrəli Tikinti idarəsində dülgər işləmiş, x xxxx 1981-ci il tarixdən x xxxxxx 2009-cu il tarixədək “Azərneftyağ” X13 müxtəlif peşələrdə çalışmışdır. Hal-hazırda Nizamnaməyə əsasən H.Əliyev adına Bakı X16 H.Əliyev adına X16 adlandırılmışdır. x xxxx 1981-ci il tarixdən x xxxxxx 2006-cı il tarixədək zərərli iş şəraitindəki əmək stajı 12 il 6 aydan çox olmaqla ümumi iş stajı 24 il 9 ay 21 gün təşkil edir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli arxiv arayışından göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.5-ci bəndi ilə “Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı” bölməsinə əsasən zərərli iş şəraitində işləməsi müəyyən edilmişdir. Göründüyü kimi, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı o, hazırkı cavabdeh DSMF X9 İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh onun ərizəsinin təmin olunmasından imtina etmişdir. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxsin izahatı: Məhkəmə kollegiyasının ilkin iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, çıxışında bildirmişdir ki, iddiaçı iddia ərizəsində göstərdiyi xüsusatların təsdiq edilməsi məqsədi ilə sübut qismində əmək kitabçasını,SOCAR tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli arxiv arayışını, Milli Arxiv idarəsindən verilmiş xx xxxxxx 2019-cu il tarixli məktubu və xarici dildə tərtib edilmiş yazını təqdim etmişdir. İddiaçıya İdarə tərəfindən verilmiş cavab məktubundan göründüyü kimi, qeyd edilən məktub xx xxxxxx 2019-cu ildə tərtib edilib. İddiaçının məhkəməyə verdiyi iddia ərizəsindən göründüyü kimi, qeyd edilən ərizə məhkəməyə xx.xx.2020-ci il tarixdə verilməklə idarənin vermiş olduğu imtina cavabından 5 ay sonra verilmişdir. Göründüyü kimi, iddiaçı idarənin onun müraciətinə vermiş olduğu imtina cavabı ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş 30 gün iddia müddətinə əməl etməmiş, bu müddət keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasından göründüyü kimi, qeyd edilən əmək kitabçası xx xxxxxx 1983-cu ildən açılmışdır. Həmin əmək kitabçasından və iddiçı tərəfindən təqdim edilmiş “Socar” tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli arxiv arayışından göründüyü kimi,iddiaçı həmin qurumun tabeçiliyində olan müxtəlif vaxtlarda müxtəlif adlarla fəaliyyət göstərən müəssisələrdə xx.xx.1981-ci ildən müxtəlif peşələrdə işləmiş və onun xx.xx.2006-cı ilədək ümumi iş stajı 21 il 08 ay 02 gün olmuş və qeyd edilən müddət qanunvericiliklə nəzərdə tutulmuş 25 illik ümumi stajdan azdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi 23.11 1979-cu ildən xx.xx.1980-ci ilə gədər Azərbaycan SSRİ Sənayə Tikinti Nazirliyinin “X12 Ordenli” 4 Nömrəli Tikinti Trestinin 45 nömrəli tikinti idarəsində dülgər peşəsində işləməsi barədə xüsusat təsdiq edilməmişdir. İddiaçının müəyyən bir peşədə işləməsi barədə məlumat onun əmək kitabçasında qeyd edilməlidir. Lakin, iddiaçının bildirdiyi dülgər peşəsində işləməsi barədə məlumat onun əmək kitabçasında qeyd edilməmişdir. Həmçinin iddiaçı tərəfindən bunu təsdiq edəcək sübut nə İdarəyə nə də ki, məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən sübut qismində təqdim edilmiş xarici dildə tərtib edilmiş yazının surəti sübut qismində qəbul edilə bilməz. Göründüyü kimi, iddiaçı tərəfindən sübut qismində təqdim etdiyi, özünün iddia ərizəsinə xx xxxxxx 1980-ci il tarixli 55 saylı arayış adı ilə qeyd etdiyi, xarici dildə tərtib edilmiş mətnin surəti qüvvədə olan qanunvericiliyə ziddir və məhz bu səbəbdən həmin yazı sübut kimi qəbul edilə bilməz. Fərz edilsə belə ki, gələcəkdə iddiaçının xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilə gədər ( 1 il 1 ay 06 gün) Azərbaycasn SSRİ Sənayə Tikinti Nazirliyinin “X12 Ordenli” 4 Nömrəli Tikinti Trestinin 45 nömrəli tikinti idarəsində dülgər vəzifəsi sübut edilsə belə yenə də onun 01.01,2006-cı ilədək ümumi iş stajı Qanunvericiliklə müəyyən edilmiş 25 ildən az olacaq (21 il 08 ay 02 gün (əmək kitabçası ilə təsdiq edilmiş ümumi əmək stajı)+1 il 1 ay 06 gün(əmək kitabçası ilə təsdiq edilməmiş ümumi stajı)=22 il 09 ay 02 gün). Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X8 üzrə Mərkəzi Filialı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Arxiv İdarəsinin İddiaçı ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli məktubunda aşağıdakılar qeyd olunmuşdur: - İş materiallarında olan “ASAN 1” Xidmət mərkəzi tərəfindən xx xxxx 2013-cü il tarixdə verilmiş AZE ******** nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, xx xxxxxx 1962-ci il tarixdə doğulmuş İddiaçı yaşayış yeri Bakı şəhəri, Nərimanov rayonu, Hidayətzadə küçəsi, ev 33, mənzil 35-dir. - AR Milli Arxiv İdarəsinə ünvanlanmış x xxxxxx 2019-cu il tarixli ərizəyə cavab olaraq bildirilir ki, ləğv olunmuş Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin 4 nömrəli Trestinin 45 nömrəli Tikinti İdarəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. İş materiallarında olan ARDNŞ-in (SOCAR) xx xxxxxx 2019-cu il tarixli arxiv arayışında aşağıdakılar bildirilmişdir: - x xxxxxxx 1991-ci il tarixli 755 nömrəli əmrdən çıxarış – Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1991-ci il tarixli 318 saylı Qərarına əsasən X10 Partiyasının XXİİ Qurultayı adına Bakı X15 adı “Azərneftyağ” Bakı X16 adı ilə əvəzləndirilmişdir. xx xxxxxx 1994-cü il tarixli 106 saylı əmrdən çıxarış – Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1994-cü il tarixli 50 saylı Sərəncamına əsasən respublika neft sənayesinin rasional idarə edilməsinin təkmilləşdirilməsi və Dövlət Neft Şirkətinin yeni idarəetmə strukturunun təsis edilməsi məqsədi ilə Neft Emalı Baş İdarəsi ləğv edilərək “Azərneftyağ” BNZ-in adı “Azərneftyağ” X16 adı ilə əvəzləndirilmişdir. “Azərneftyağ” NEZ-nin fəaliyyətinə xitam verilməsi haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx xxxxxx 2014-cü il tarixli əmrinə əsasən “Azərneftyağ” NEZ-nin xx xxxxxx 2015-ci il tarixdən qüvvədə olan qanunvericiliyə uyğun olaraq Heydər Əliyev adına Bakı X16na qoşulmaqla fəaliyyətinə xitam verilmişdir. Əmrə əsasən “Azərneftyağ” NEZ-in hüquq və vəzifələri, o cümlədən işəgötürən öhdəlikləri xx xxxxxx 2015-ci il tarixli təhvil aktına uyğun olaraq hüquqi varis kimi Heydər Əliyev adına Bakı X16na ötürülmüşdür. Qeydiyyatdan keçərək yeni redaksiyada verilmiş Nizamnaməyə əsasən Heydər Əliyev adına Bakı Neft Emalı X14 adına X16 adlandırılmışdır. İddiaçı x xxxx 1981-ci il tarixli 58/k saylı əmrə əsasən x xxxx 1981-ci il tarixdən xx xxxx 1981-ci il tarixədək XXİİ Qurultay adına Bakı X15 2 nömrəli Texnoloji sexinin ELOU-AVT-6 qurğusunda texnoloji qurğu operatoru peşəsində işləmişdir. xx xxxx 1981-ci il tarixli 67/k saylı əmrə əsasən xx xxxx 1981-ci il tarixdən xx xxxxxxx 1981-ci il tarixədək XXİİ Qurultay adına Bakı X15 həmin sexində texnoloji qurğuların təmiri xidməti üzrə çilingər peşəsində işləmişdir. xx xxxxxxx 1981-ci il tarixli 230/k nömrəli əmrlə həmin tarixdən Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 36-cı maddəsinə əsasən hərbi xidmətə çağırışla əlaqədar işdən azad edilmişdir. xx xxxxxx 1983-cü il tarixli əmrlə xx xxxxxx 1983-cü il tarixdən xx xxxxxx 1990-cı il tarixədək XXİİ Qurultay adına Bakı X15 5 saylı Texnoloji sexində texnoloji qurğuların təmiri xidməti üzrə çilingər peşəsində, xx xxxxxx 1990-cı il tarixli 26/şh saylı əmrlə xx xxxxxx 1990-cı il tarixdən xx xxxxx 1990-cı il tarixədək XXİİ Qurultay adına Bakı Neft Emalı X2 üzrə inspektor vəzifəsində, xx xxxxx 1990-cı il tarixli 64/şh saylı əmrlə xx xxxxx 1990-cı il tarixdən xx xxxx 1991-ci il tarixədək XXİİ Qurultay adına Bakı X15 1 saylı Texnoloji sexinin Əmtəə bölməsinin rəisi vəzifəsində, xx xxxx 1991-ci il tarixli 117/şh saylı əmrlə xx xxx 1991-ci il tarixdən xx xxxx 2003-cü il tarixədək XXİİ Qurultay adına Bakı X15 1 saylı Texnoloji sexinin 101 – 106 saylı Texnoloji qurğusunun qurğu rəisi vəzifəsində, xx xxxx 2003-cü il tarixli 129/şh saylı əmrlə xx xxxx 2003-cü il tarixdən xx xxxxxx 2009-cu il tarixədək “Azərneftyağ” İstehsalat Birliyinin 8 saylı Çirkab suların təmizlənməsi sexində sex rəisi vəzifəsində işləmişdir. xx xxxxxx 2009-cu il tarixli 1175/şh saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən (işçinin öz təşəbbüsü ilə) onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.5-ci “Neftin, qazın, qaz kondensatının (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinə əsasən zərərli iş şəraitində işləməsi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin “X12 Ordenli” 4 nömrəli Tikinti İdarəsinin 45 nömrəli Tikinti idarəsinin xx xxxxxx 1980-ci il tarixli arayışının tərcümə olunmuş surətində aşağıdakılar bildirilmişdir: - İddiaçı həqiqətən xx xxxxxx 1979-cu il tarixdən halhazıradək (xx xxxxxx 1980-ci il tarixədək) Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin “X12 Ordenli” 4 nömrəli Tikinti İdarəsinin 45 nömrəli Tikinti idarəsində dülgər vəzifəsində işləyir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı xx xxxxxx 1962-ci il tarixdə doğulmuşdur. xx xxxx 1981-ci il tarixdən xx xxxxxxx 1981- ci il tarixədək Bakı X13 texnoloji qurğuların operatoru və texnoloji qurğuların təmiri xidməti üzrə çilingər peşəsində işləmiş, xx xxxxxxx 1981-ci il tarixdən xx xxxxxx 1983-cü il tarixədək hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra, həmin Zavodda fəaliyyətini davam etdirmiş və 2006cı ilin yanvar ayının 1-dək orada texnoloji qurğuların təmiri xidməti üzrə çilingər, təhlükəsizlik texnikası üzrə inspektor, 1 saylı texnoloji sexin əmtəə bölməsinin rəisi, texnoloji qurğu rəisi, çirkab suların təmizlənməsində sex rəisi vəzifələrində işləmişdir. Həmin müəssisədə xx xxxx 1981-ci il tarixdən 2006-cı ilin yanvar ayının 1-dək 22 il 8 ay 3 gün əmək stajı toplamışdır. Həmin müddətin 12 il 6 aydan çox hissəsi isə sözügedən sahədə texnoloji qurğuların təmiri üzrə çilingər, texnoloji qurğu rəisi vəzifələrində olmuşdur. xx xxxxxxx 1981-ci il tarixdən xx xxxxxx 1983-cü il tarixədək, yəni 2 il hərbi xidmət keçmişdir. Bunlardan başqa, Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin X12 Ordenli 4 nömrəli Trestinin 45 nömrəli Tikinti İdarəsinin arayışına əsasən xx xxxxxx 1979-cu il tarixdən xx xxxxxx 1980-ci il tarixədək həmin İdarədə dülgər kimi çalışmışdır. İddiaçı hərbi xidmət müddəti, əmək kitabçasında və müvafiq arayışda qeyd olunan iş illəri sığorta stajı kimi nəzərə alınmaqla ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı hazırkı cavabdeh DSMF X8 İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasını onun (iddiaçının) ümumi iş stajının 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən az toplanması ilə əsaslandırmışdır. İddiaçı hazırda imtinanın mübahisələndirir və ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Birinci instansiya məhkəməsi aşağıdakı qanunvericilik normalarına istinad etmişdir. «Əmək pensiyaları haqqında» AR Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. Həmin Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa (“v” yarımbəndi) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhəddini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin İ – Vİİ hissələrinə müvafiq olaraq hesablanır. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli xx xxxxxx 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» AR Qanununa əsassən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3-cü bəndində göstərilmişdir ki, 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Qaydaların 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumata əsasən müəyyən edilir: əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. AR Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş (Qərar hazırda qüvvədən düşmüşdür) “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Həmin Əsasnamənin 6-cı bəndinə görə hərbi xidmət, milli təhlükəsizlik, daxili işlər, Dövlət Sərhəd Xidməti və Prezidenti mühafizə orqanında xidmət dövrünü, eləcə də əsirlikdə olma müddətini təsdiq üçün aşağıdakılar qəbul edilir: hərbi bilet, əsgər kitabçası, hərbi komissarlıqların, hərbi hissələrin, Müdafiə Nazirliyinin və Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Sərhəd Xidməti, Prezidenti Mühafizə xidməti orqanlarının arayışları, arxiv və hərbi müalicə müəssisələrinin arayışları, hərbi qulluq barədə sənədlərə əsasən əmək kitabçasında aparılan qeydlər. AR Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur (Qərar qüvvədən düşmüşdür). Həmin Qərarla təsdiqlənmiş 2 nömrəli Siyahının “Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsində hazırkı İddiaçı 2006-cı ilin 1 yanvar ayının 1- dək ümumilikdə 12 il 6 aydan çox işlədiyi “texnoloji qurğuların təmiri xidməti üzrə çilingər” (2. Neft-qaz və qaz kondensatının hasilatı üzrə) peşəsi 2130200a – 18547 kodla, “texnoloji sexin texnoloji qurğu rəisi” (İstehsalatda məşğul olan aşağıda sadalanan fəhlələr, rəhbərlər və mütəxəssislər: neft məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyasının, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri üzrə) peşəsi isə 2130301b—24091 kodla nəzərdə tutulmuşdur. İddiaçının işlədiyi peşə ilə bağlı cavabdeh tərəfin öz yazılı etirazında AR Nazirlər Kabinetinin həmin qərarı ilə təsdiqlənmiş 1 nömrəli Siyahıdakı müvafiq peşələrə aid olması ilə əlaqədar mövqeyi ilə məhkəmə razılaşmır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı xx xxxxxx 1979-cu il tarixdən xx xxxxxx 1980-cı il tarixədək Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin “X12 Ordenli” 4 nömrəli Trestinin 45 nömrəli Tikinti İdarəsində dülgər işləməsini təsdiq edən arayış mövcuddur. Həmin sənəddə göstərilən məlumatların həqiqətə uyğun olmadığını cavabdeh tərəf sübuta yetirmədiyindən, bu məlumatları daşıyan sənəd kimi həmin arayış mötəbər hesab olunur. Sənədin xx xxxxxx 1980-ci il tarixdə rus dilində tərtib olunması da (sonradan tərcümə olunaraq iş materiallarına əlavə edilmişdir) onun mötəbər sübut kimi qəbulunu istisna etmir. Cavabdehin gətirdiyi digər dəlillərə münasibətdə isə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iddia “məcbuetmə haqqında” deyil, “öhdəliyin icrası haqqında” iddiaya aid olduğundan, İPM-ə görə hazırkı mübahisəyə “iddia müddəti”nin tətbiqi yolverilməzdir. Çünki, İPM-də yalnız iki növ iddiada – “mübahisələndirmə haqqında” və “məcburetmə haqqında” iddialarda iddia müddətinin tətbiqi nəzərdə tutulur. Belə olan halda məhkəmənin qənaətinə görə 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş qanunvericilik normaları («Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 67-ci maddəsi, AR Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiqlənmiş Əsasnamənin 3-cü bəndi) hərbi xidmət müddətlərini, eləcə də mötəbər sayılan arayış və digər yazılı sənədlərlə təsdiqini tapmış iş stajlarını da sosial sığorta stajı kimi nəzərdə tutduğundan, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən iddiaçı X5 həmin tarixdən əvvəlki dövrdəki 2 il hərbi xidmət dövrü, eləcə də işlədiyi Azərbaycan SSR STN “X12 Ordenli” 4 nömrəli Trestinin 45 nömrəli X4 müvafiq arayışı ilə təsdiqlənmiş 1 il 1 ay “dülgər” işlədiyi müddət də sosial sığorta stajı kimi qəbul olunmalıdır. İddiaçının əmək stajı 2006-cı ilin yanvar ayının 1-ədək əmək kitabçasına və SOCAR X15 xx xxxxxx 2019-cu il tarixli arayışına əsasən xx xxxx 1981-ci il tarixdən 22 il 8 ay 3 gün təşkil etdiyindən, 2 il hərbi xidmət müddəti və müvafiq arayışdakı 1 il 1 ay (dülgər işlədiyi) iş müddəti ilə birlikdə onun 25 ildən artıq ümumi iş stajı toplanmış sayılır. Odur ki, İddiaçı x xxxxxx 2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən 25 ildən artıq ümumi, o cümlədən 12 il 6 aydan artıq əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına malik olduğundan, onun «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 57 yaşı tamam olduğu vaxt, yəni xx xxxxxx 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya müvafiq arayışdakı xx xxxxxx 1979-cu il tarixdən xx xxxxxx 1980-cı il tarixədək dülgər peşəsində işlədiyi müddət və əmək kitabçasındakı qeydlər üzrə iş illəri sığorta stajına daxil edilməklə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdeh DSMF X8 İdarəsinin imtinası qanuna (o cümlədən, «İnzibati icraat haqqında» AR Qanununun 17 və 19-cu maddələrinə) zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Təyin olunan əmək pensiyasının ödənilməmiş məbləğinin ödənilməsinə gəldikdə isə məhkəmənin mövqeyi belədir ki, İddiaçı cavabdeh inzibati orqana 57 yaşı tamam olduğu, yəni əmək pensiyası hüququ yarandığı vaxt müraciət etdyindən, pensiya təyin olunarkən ödənilməmiş məbləğinin ödənilməsində ona münasibətdə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1- ci maddəsinin ikinci cümləsindəki “məbləğin ötən dövrdəki ayların sayına bölünərək pensiya məbləğinə əlavə edilməsi” şərti tətbiq olunmamalıdır. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərilən iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi stajın 25 ildən az təşkil etdiyi dəlillərini qəbul etmir. Belə ki, əmək kitabçasından görünür ki, iddiaçı XXİİ qurultay adına X13 xx.xx.1981-ci ildə 2-li texnoloji sexinə texnoloji qurğusunda operator; xx.xx.1981-ildə texnoloji qurğuların təmiri və xidməti üzrə çilingər işləmiş; xx.xx.1981-xx.xx.1983-cü illərdə hərbi xidmətdə olmuşdur; XXİİ qurultay adına X13 xx.xx.1983-xx.xx.1990-cı illərdə texnoloji qurğuların təmiri və xidməti üzrə 3,4,5,6 dərəcəli çilingər; xx.xx.1990-xx.xx.1990-cu illərdə zavodun Təhlükəsizlik texnikası üzrə inspektor; xx.xx.1990-xx.xx.1991-ci illərdə 1 nömrəli texnoloji sexin əmtəə bölməsində rəis; xx.xx.1991-xx.xx.1994-cü illərdə 1 nömrəli texnoloji sexin 101-106 saylı texnoloji qurğusunda qurğu rəisi; xx.xx.1994-xx.xx.2003-cü illərdə zavodun 1 nömrəli yağ istehsalı 101 nömrəli qurğunun rəisi; xx.xx.2003-xx.xx.2009-cu illərdə zavodun 8 saylı sex rəisi işləyib. İddiaçının hərbi xidmət illəri daxil etməklə xx.xx.2006-cı ilə kimi 24 il 08 ay 06 gün ümumi əmək stajı var. müvafiq arayışdakı 1 il 1 ay (dülgər işlədiyi) iş müddəti ilə birlikdə onun 25 ildən artıq ümumi iş stajı toplanmış sayılır. Eyni zamanda kollegiya qeyd edir ki, AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarın “Əmək şəraiti zərəli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların,işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısının 2 nömrəli əlavəsində iddiaçının işlədiyi texnoloji qurğusunda operator, texnoloji qurğuların təmiri və xidməti üzrə çilingər, texnoloji sexin əmtəə bölməsində rəis, texnoloji qurğusunda qurğu rəisi vəzifələri Siyahının ”21303000, 3. Neftin, qazın, qaz kondensatın, kömürün və şistin emalı” bölməsində “texnoloji qurğusunda operatorları” (kod 2130301a-16081), “texnoloji qurğuların təmiri üzrə çilingərlər” (kod 2130302a-18547), “texnoloji sexlərin rəisləri və onların müavinləri” (kod 2130301b-24125), “gurğu rəisləri” (kod 2130301b-24091) nəzərdə tutulmuşdur. İddiaçının zərərli peşə və vəzifələrdə çalışması SOKAR Heydər Əliyev adına X15 məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli, SOKAR**********80020123X00138 saylı arxiv arayışı ilə təsdiq edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdehin nümayəndəsi və vəkili S.Əliyev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4264/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-165/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-165/2021
27.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver