Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-165/2022 11.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızı və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Orucova Aysu Əli qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı öhdəliyin icrası tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2- 1(81)-2622/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 53 ünvanında yerləşən paylı mülkiyyətdə olan binanın, mağaza və aptek kimi fəaliyyət göstərən, yaşayış sahəsi hesab olunan hissəsinin qeyri-yaşayış sahəsinə keçirlməsinə dair qərar qəbul edilməsinə Cavabdeh məcbur edilməsinə dair, yaşayış sahəsi hesab olunan hissəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair qərar qəbul edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2-1(81)- 2622/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmiş və şikayəti onunla əsaslandırılmışdır ki, Azadlıq prospekti, ev 53 ünvanında yerləşən fərdi yaşayış evi 9 hüquq sahiblərindən ibarətdir və AR DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX № ******* saylı, 08 yanvar 2019-cu il tarixli Çıxarışa əsasən ümumi sahəsi 568.5 kv.m olan fərdi yaşayış evinin 8/62 hissəsi (568.5 : 62 x 8 =73.35 kv.m) və “B” tikilisi (1 otaq) İddiaçı mülkiyyətindədir. Təqdim olunmuş və X2 adına verilmiş 1963-cü ildə tərtib edilmiş fərdi yaşayış evinin texniki pasportuna əsasən “B” tikilisində 4 yaşayış otağı mövcüddur: 15.5 kv.m, 16.6 kv.m, 17.2 kv.m və 14.6 kv.m. Sual olunur ki, hansı yaşayış sahəsi İddiaçı məxsusdur? B” tikilisində 2 (iki) mağaza və aptek qeyd olunmuşdur. Yuxarıda qeyd olunan qeyri-yaşayış sahələri niyə yenidən qeyri-yaşayış sahələri kimi keçirilməlidir. Cavabdeh Başçısı tərəfindən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı sərəncam verərkən qeyri-yaşayış sahəsinin necə kv.m olması qeyd edilməlidir. Qüvvədə olan mənzil qanunvericiliyinin tələbinə görə yaşayış məntəqəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs keçirilən sahənin yerləşdiyi binanın çıxarışlarını (əsli və ya notariat çaydaşında təsdiqlənmiş surətini), keçirilən sahələrinin texniki pasportları ərizəyə əlavə etməli idi. Lakin vətəndaş rayon icra Hakimiyyətinə və məhkəməyə özünə məxsus olan sahənin yox, ümumilikdə fərdi yaşayış evinin texniki pasportunu təqdim etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 03.03.2021-ci il tarixli 2-1(103)-52/2021 saylı qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2-1(81)-2622/2019 saylı qərarı ləğv edilərək iddia tələbi rədd edilmişdir. Həmin qərardan iddiaçı tərəfindən kassasiya şikayəti verilərək Bakı Apelyasiya Məhkəməsinin 03.03.2021-ci il tarixli 2-1(103)-52/2021 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsi xahiş olunmuş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.05.2021-ci il tarixli, 2-1(102)-892/2021 saylı qərarı ilə iddiaçıların kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.03.2021-ci il tarixli, 2-1(103)-52/2021 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunması, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini, kassassiya məhkəməsinin göstərişlərini nəzərə alaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşin müəyyən edilmiş hallarından görünür ki: - Azərbaycan Respublikası Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin 8/62 hissə və “B” tikilisi (1 otaq) paylı mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. - ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin paylı mülkiyyətçiləri İddiaçı məxsus daşınmaz əmlakın ona aid hissəsinin qeyri-yaşayış sahəsi kimi sənədləşdirilməsinə etiraz etmədiklərinə dair notarial qaydada ərizə təqdim etmişdirlər. - Cavabdeh 14.05.2019-cu il tarixli imtina məktubunda bildirilmişdir ki, sözügedən mənzil Çıxarışa əsasən Nəsimi, Texniki Pasporta əsasən isə Nərimanov rayonunun ərazisində yerləşdiyi göstərilmişdir. Yaranmış uyğunsuzluq aradan qaldırıldıqdan sonra sənədlərin notarial qaydada təsdiq edilmiş surətləri rayon İcra Hakimiyyətinə təqdim edildikdə məsələyə yenidən baxıla bilər. Göründüyü kimi, cavabdeh orqan öz imtinasını onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan daşınmaz əmlakın Bakı şəhərinin hansı rayonunun inzibati ərazisinə aid olmasına dair müvafiq sənədlər üzərində uyğunsuzluq mövcuddur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20911 nömrəli 28.10.2019-cu il tarixli Ekspert rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyəstrindən 08,01.2019-cu il tarixli, RX ******* saylı Çıxarışa əsasən, İddiaçı məxsus daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi Bakı şəhəri, Nəsimi rayonunun inzibati ərazisinə aid olduğu müəyyən edilir. Bakı şəhəri, Azadlıq prospekti, 53 ünvanında yerləşən yaşayış sahəsindən qeyri- yaşayış sahəsinə keçirilməsi tələb olunan sahəyə, yəni İddiaçı məxsus daşınmaz əmlak tam təcrid şəklində olduğu və həmin tikililərin giriş-çıxış yolu küçəyə olduğu, ətrafda olan digər yaşayış evlərinə və tikililərə ayrıca gediş-gəliş yolları olduğu üşün həmin ünvanda yerləşən digər yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkündür. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Mütəxəssis rəyinə əsasən 1 saylı Bakı Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı məxsus daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi Bakı şəhəri, Nəsimi rayonunun inzibati ərazisinə aiddir. - Məhkəmə Ekspertizası Mərkəzininin 15.01.2021-ci il tarixli, 10/2804 saylı Ekspert rəyin nəticəsindən görünür ki, AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli, 08.01.2019-cu il tarixli çıxarışa əsasən Bakı şəhəri, Azadlıq prospekti, ümumi sahəsi 568,5 kv.m olan fərdi çıxarışa əsasən Bakı şəhəri, Azadlıq prospekti, ümumi sahəsi 568,5 kv.m. olan fərdi yaşayış evinin 8/62 hissəsi (568,5 kv.m : 62) x 8 + 73,35 kv.m və B tikilisi (1 otaq) X4 mülkiyyətində olan sahələr faktiki olaraq 151,8 kv.m qeyri-yaşayış sahəsi kimi istifadədə olunduğu müəyyən edilmişdir. Tədqiq olunan tikilələrin daxilində faktiki olaraq yaşayış otaqlarının mövcud olmadığı müəyyən edilir. ünvan 3 ünvanda yerləşən tikililərə dair texniki pasportun məlumatları ilə tikililərin faktiki vəziyyəti ilə müqayisə aparılan zaman tədqiq olunan tikililərin sahələri və təyinatları texniki pasportun məlumatlarına uyğun gəlmədiyi müyyən edilmişdir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə yekun qərarını onunla əsaslandırmışdır ki, “... paylı mülkiyyətdə olan ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak Bakı şəhəri, Nəsimi rayonunun inzibati ərazisinə aid olduğundan, həmin daşınmaz əmlakın giriş-çıxış üçün başqa şəxslərin maraqlarına toxunmayan texniki imkanları olduğundan, həmçinin daşınmaz əmlakın paylı mülkiyyətçilərinin iddiaçıya məxsus payın qeyri-yaşayış sahəsi kimi sənədləşdirilməsinə etirazları olmadığından, iddia tələbi əsaslıdır və təmin edilməlidir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. İş materiallarından göründüyü kimi, cavabdeh orqan öz imtinasını onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan daşınmaz əmlakın Bakı şəhərinin hansı rayonunun inzibati ərazisinə aid olmasına dair müvafiq sənədlər üzərində uyğunsuzluq mövcuddur. Birinci instansiya məhkəməsi haqlı olaraq 20911 nömrəli 28.10.2019-cu il tarixli Ekspert rəyinə və AR ƏMDK Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Mütəxəssis rəyinə əsaslanmış və mübahisə predmeti olan daşınmaz əmlakın Bakı şəhəri, Nəsimi rayonunun inzibati ərazisinə aid olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. İş materiallarında olan notarial qaydada tərtib edilmiş ərizədən görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin paylı mülkiyyətçiləri İddiaçı məxsus daşınmaz əmlakın ona aid hissəsinin qeyri-yaşayış sahəsi kimi sənədləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər. Kollegiya ilk öncə qeyd edir ki, hazırkı iş üzrə düzgün nəticəyə gəlmək üçün iddiaçının mülkiyyətində olan daşınmaz əmlakın (çıxarışa əsasən müəyyən edilmiş sahəyə uyğun olaraq) qeyri-yaşayış sahəsinə keçirilməsi üçün qanuni əsasların olub-olmaması Mənzil Məcəlləsinin 20-21-ci maddələrinə əsasən yoxlanılmalıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: - 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. - 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. - 20.3. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. - 20.4. Qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın. - 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. - 21.2. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. İş materiallarında olan 20911 nömrəli ekspert rəyində Bakı şəhəri, Azadlıq prospekti, 53 ünvanında yerləşən yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi tələb olunan sahəyə, yəni İddiaçı məxsus daşınmaz əmlak tam təcrid şəklində olduğu və həmin tikililərin giriş-çıxış yolu küçəyə olduğu, ətrafda olan digər yaşayış evlərinə və tikililərə ayrıca gediş-gəliş yolları olduğu üşün həmin ünvanda yerləşən digər yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olması müəyyən edilmişdir. Həmçinin işdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən 18.11.2019-cu il tarixdə mübahisəli qeyri-yaşayış sahəsinə baxış keçirilmiş və əmlakın bir mərtəbədən ibarət olması, üç ayrı-ayrı hissədən, ibarət olması, əmlakların hər birinin ayrıca girişinin olması müəyyən edilmişdir. Apelyasiya şikayətindən görünür ki, cavabdeh texniki pasportda qeyd edilən məlumatlarla mübahisəli sahənin faktiki vəziyyətinin uyğunsuz olduğunu bildirmişdir. Hazırki işin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, mübahisəli əmlak iddiaçıya məxsus olmamışdan öncə "xxxx" MMC-nin mülkiyyətində olmuş (06.09.2011-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X3 tərəfindən satılmışdır) və "xxxx" MMC-nin adına texniki pasport tərtib edilmişdir. Daha sonra iddiaçının xeyrinə həmin əmlak lizinq kimi yüklü edilmiş (90 ay müddətinə) və nəticədə iddiaçının mülkiyyətinə keçmişdir. Qeyd edilən halların yoxlanılması məqsədi ilə kollegiya tərəfindən əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında suallar qoyulmuşdur: 1) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli, 08.01.2019-cu il tarixli çıxarışa əsasən Bakı şəhəri, Azadlıq prospekti, ümumi sahəsi 5688.5 kv.m olan fərdi yaşayış evinin 8/62 hissəsi (568.5 : 62 x 8 =73.35 kv.m) və “B” tikilisi (1 otaq) İddiaçı mülkiyyətində olan yaşayış sahəsində neçə otaq mövcuddur və hər biri neçə kv.m. təşkil edir; 2) Həmin otaq (otaqlar) "xxxx" MMC-nin adına verilmiş **********1-10301 nömrəli, 20.06.2017-ci il tarixdə tərtib edilmiş fərdi yaşayış evinin texniki pasportuna uyğundur ya yox? 13.01.2020-ci il tarixdə məhkəməyə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzininin 17.12.2021-ci il tarixli, 10/5615 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanada Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş RX serialı ******* nömrəli, 08.01.2019-cu il tarixli çıxarışa əsasən Bakı şəhəri, Azadlıq prospekti, ümümi sahəsi 568,5 kv.m olan fərdi yaşayış evinin 8/62 hissəsi (568,5:62) x 8+73,35 kv.m və В tikilisi (1 otaq ) İddiaçı mülkiyyətində olan sahələr faktiki olaraq 151,8m2 qeyri-yaşayış sahəsi kimi istifadədə olunduğu, faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadədə olduğunu nəzərə alaraq, yaşayış otaqlarının mövcud olmadığı müəyyən edilir. ünvan 3 ünvanda yerləşən tikililərə dair "xxxx" MMC-nin adına verilmiş **********1-10301 nömrəli 20.06.,2017-ci il tarixdə tərtib edilmiş texniki pasportun məlumatları ilə tikililərin faktiki vəziyyəti ilə müqayisə aparılan zamanı tədqiq olunan tikililərin təyinatları texniki pasportun məlumatlarına uyğun gəlmədiyindən qərardadın bu sualı üzrə tədqiqat aparılmadı.” Ekspert rəyindən də göründüyü kimi, hazırda iddiaçının istifadəsində olan ikimərtəbəli yaşayış evinin birinci mərtəbəsində yerləşən 151,8 kv.m sahə faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Bundan əlavə, iş materiallarında olan “B tikilisi”nə dair köhnə texniki pasportda tikilidə mağaza, aptek, müdir otağı, qalereya qismində qeyri-yaşayış sahəsi olduğu qeyd edilmişdir. İddiaçı iddia ərizəsində də qeyd etmişdir ki, “sözügedən sahə, artıq 22 ildir ki, qeyri-yaşayış sahəsi kimi, obyekt kimi fəaliyyət göstərir. Həmin qeyri-yaşayış sahəsi, fəaliyyəti dövründə vergi orqanlarında qeyri-yaşayış sahəsi kimi (obyekt kimi) qeydiyyatdan keçmişdir, kommunal xərclər qeyri-yaşayış sahəsi üçün nəzərdə tutulmuş həcmdə ödənilmişdir. Sözügedən sahəyə dair tərtib edilmiş texniki pasportda həmin tikililər qeyri-yaşayış sahəsi kimi göstərilmiş və belə də qeydiyyata alınmışdır.” Eyni zamanda, iddiaçıya məxsus əmlakda hər hansı bir yenidənqurma və ya sahələrin artırılması ilə bağlı təmir-tikinti işləri aparılması halı da iş materialları ilə müəyyən edilmir. Kollegiya qeyd edir ki, qeyd edilən halların əksini sübut edən hər hansı hal məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. AR Mənzil Məcəlləsinin 22.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə; 22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; 22.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. Kollegiya bildirir ki, yuxarıda sadalanan halların mövcudluğunu əks etdirən hər hansı dəlil cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmiş, apelyasiya şikayətinə əlavə edilməmişdir. Cavabdeh yalnız mübahisəli sahənin faktiki vəziyyəti ilə texniki pasport arasında uyğunsuzluq olmasına əsaslanmışdır. İş materiallarından müəyyən edilir ki, mübahisəli sahə uzun müddət yaşayış sahəsi kimi deyil, qeyri-yaşayış sahəsi kimi istifadə olunmuşdur. Bu səbəbdən faktiki vəziyyətin sahənin fərdi-yaşayış evi kimi tərtib edilmiş texniki pasportuna uyğun gəlməməsi normal haldır. Həmçinin, iddiaçının faktiki istifadəsində daha çox sahənin olması onun tələbini təmin etməkdən imtina üçün əsas deyildir. Belə ki, iddiaçı çıxarışa əsasən onun mülkiyyətində olan hissənin qeyri-yaşayış sahəsinə çevrilməsini tələb edir. İddiaçının faktiki istifadəsində daha çox sahənin olması isə onunla digər mülkiyyətçilər arasında həll edilməli olan məsələdir. “İnzibati icraat haqqına” AR Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. AR İPM-in 14.3-cü maddəsinə görə, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2-1(81)-2622/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Aytən Oruczadə İlham Kərimli
Məhkəmə qərarları › İş №2-1(103)-165/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-165/2022
11.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver