Məhkəmə qərarları › İş №2-1(103)-165/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-165/2025

15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-165/2025 15.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi ilə, Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi ilə, Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "VTN” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2022-ci il tarixli, **********3591 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-2193/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2022-ci il tarixli, **********3591 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” **********5124 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə hüquqi şəxs "xxxx" MMC-nin (VÖEN: **********) sahibkarlıq fəaliyyəti göstərdiyi Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ŞTQ, 1215 ünvanda yerləşən Vətən restoranı adlı iaşə obyektində nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il (xx.xx.2022-ci il tarixi daxil olmaqla) tarixədək operativ vergi nəzarəti keçirilməsi qərara alınmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********5124 saylı “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən keçirilən Operativ vergi nəzarəti tədbiri zamanı hüquqi şəxs "xxxx" MMC-nin (VÖEN: **********) sahibkarlıq fəaliyyəti göstərdiyi Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ŞTQ, 1215 ünvanda yerləşən Vətən restoranı adlı iaşə obyektində xx.xx.2022-ci il tarixdə 8 nəfər fiziki şəxsin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və əhali ilə nağd pul hesablaşmaları qaydalarının pozulması faktları aşkar edilmiş və müvafiq olaraq xx.xx.2022-ci il tarixli 002690 və 015638 nömrəli aktlarla rəsmiləşdirilmişdir. DVX seriyalı 002690 saylı 24 iyun 2022-ci il tarixli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında akt”dan görünür ki, iddiaçının (VÖEN **********) fəaliyyəti göstərdiyi Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ŞTQ, 1215 ünvanda yerləşən Vətən restoranı adlı iaşə obyektində operativ vergi yoxlaması zamanı 32 nəfər fiziki şəxsdən 8 nəfərinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi müəyyən edilmişdir. Həmin aktın əlavəsinə əsasən X23, X4, X17, X7, X13, X18, X19, X14 əmək müqaviləsi olmadan işlərə cəlb edilmiş şəxslər sırasında göstərilmişlər. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********3591 saylı qərar ilə iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 8 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 16.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməsi və xx.xx.2022-ci tarixədək 16.000 manatın büdcəyə ödənilməsi qərara alınmışdır. Göründüyü kimi, vergi ödəyici barəsində vergi orqanı tərəfindən iki akt tərtib edilmişdir. Aktlardan xx.xx.2022-ci il tarixli 002690 saylı olanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə, xx.xx.2022-ci il tarixli 015638 nömrəli olanı isə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması ilə bağlı olmuşdur. Aktlardan ikincisi, yəni nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması ilə bağlı xx.xx.2022-ci il tarixli 015638 nömrəli olanına qarşı vergi ödəyicisinin etirazı yoxdur və həmin aktla razılaşılmışdır. Lakin xx.xx.2022-ci il tarixli 002690 saylı aktla və onun nəticəsində qəbul edilmiş qərarla razılaşılmır və etiraz edilir. Belə ki, cavabdeh qərar qəbul edərkən yalnız akta istinad etməklə aktda adları çəkilən şəxslərin hər hansı izahatı alınmamış, heç kim dindirilməmiş, şahidlər çağırılmamış, öz işini yoxlama aktını yazmaqla bitmiş hesab etmişdir ki, bu da “İnzibati icraat haqqında” Qanunun tələblərinə ziddir. Belə ki, həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.Həmin Qanunda inzibati icraata həsr olunmuş ayrıca bir 4-cü fəsil mövcuddur ki, cavabdeh tərəfindən həmin fəslin heç bir müddəasına əməl edilməmiş, eyni zamanda İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsində üzərinə qoyulmuş sübut etmə vəzifəsi yerinə yetirilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-cu il tarixli, 2-1(112)-11811/2022 saylı qərardadına əsasən "xxxx" MMC üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasının protokol qərarına əsasən iddiaçının nümayəndəsinin ərizəsi təmin edilərək, iddia ərizəsində cavabdehin qərarının nömrəsinin son üç rəqəmi 579 kimi oxunması qərara alınmışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının səlahiyyətlərinə aid edilmişdir. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən, operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Uçot-baza məlumatına əsasən "VTN” MMC xx.xx.2022-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alındığı, əsas fəaliyyətinin “restoranlar tərəfindən xidmətlərin göstərilməsi”ndən ibarət olduğu müəyyən edilmişdir. İddiaçının qeyd etdiyi dəlillərə münasibətdə bildirilmişdir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********5124 nömrəli qərarına əsasən müəssisənin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi AZ1076, Baki şəhəri ünvan 2 ünvanında yerləşən Vətən restoranında həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 8 ( nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2022-ci il tarixli DVX seriyalı 002690 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında" aktla rəsmiləşdirilmişdir. Akt vergi ödəyicisi tərəfindən imzalanmamış və 8 nəfər fiziki şəxsin operativ vergi nəzarəti tədbiri zamanı izahat verməkdən imtina etmişlər. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3579 nömrəli qərar qəbul edilərək, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə yol verildiyi üçün vergi ödəyicisinə 16.000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə Baş idarənin xx.xx.2022-ci il tarixli **********976700 nömrəli məktubu ilə vergi 2 ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana göndərilmiş, məktub poçtdan geri qayıtmamış və elektron qutuda xx.xx.2022-ci il tarixdə oxunmuşdur. Müəssisənin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu AZ1076, Bakı şəhəri ünvan 2 ünvanında yerləşən Vətən restoranında keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli DVX seriyalı 002690 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akt əsaslı tərtib olunmuşdur. Belə ki, Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı, eləcə də həmin məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1- 2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə mindiyi təsbit olunduğu halda, müəssisə tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslər işlərin yerinə yetirilməsinə cəlb edilmiş, 8 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaratmış, aktda adları qeyd olunan 8 nəfər şəxs müəssisə ilə faktiki əmək münasibətlərində olmuş, eləcə də müəssisə məsuliyyətdən yayınmağa və vergi üstünlüyü əldə etməyə cəhd etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-2193/2023 saylı qərarı ilə (hakim E.Ə.Əliyev) iddia qismən təmin edilmiş; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********3591 nömrəli Qərarının 6 nəfər fiziki şəxs üçün maliyyə sanksiyası hesablanması hissəsində iddia təmin edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Birinci instansiyası məhkəməsinin qərarı aşağıdakılarla əsaslandırılmışdır: “ ... xx.xx.2022-ci il tarixli məhkəmə iclasında şahid qismində iştirak edən X4 verdiyi ifadəsində qeyd etmişdir ki, vergi orqanı tərəfindən yoxlama aparılan zaman o, iş elanı ilə əlaqədar olaraq “Vətən” restoranında olmuşdur. Xəmirçi işləmək istəyirdi. O, həmin dövrdə “Pəncərə” şirniyyat evində müqavilə ilə işlədiyini və işdən icazə alıb getdiyini bildirmişdir. Çünki Buzovnada yaşadığı üçün “Vətən” restoranı onun evinə daha yaxın ərazidə yerləşirdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X17 verdiyi ifadəsində qeyd etmişdir ki, vergi orqanı tərəfindən yoxlama aparılan zaman o, “Vətən” restoranında işləməmişdir, aşpaz işləmək məqsədilə iş elanına baxmağa getmişdir. Aparılan zaman mətbəxdə olmamış, siqaret çəkmək üçün çıxdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X14 verdiyi ifadəsində qeyd etmişdir ki, hazırda “Zeytun bağı” restoranında işləyir. Vergi orqanı tərəfindən yoxlama aparılan zaman o, “Vətən” restoranında olmuşdur. 1-2 gün orada işlədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X23 verdiyi ifadəsində qeyd etmişdir ki, “Vətən” restoranında işləyir. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən yoxlama həyata keçirildikdən sonra yəni, İddiaçı MMC tərəfindən X15 əmək müqaviləsi bildirişi xx.xx.2002-ci il tarixində saat 21:44:52 də altsistemə daxil edilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X13 verdiyi ifadəsində qeyd etmişdir ki, "xxxx" MMC-də qəlyançı işləyir və “Vətən” restoranında xidmət göstərir. "xxxx" MMC-də işə qəbul edildiyi vaxtdan “Vətən” restoranına göndərildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X18 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, təxminən may ayının axırlarından "xxxx" MMC-də işləyir və həmin müddətdən "xxxx" MMC-də tərəfindən “Vətən” restoranına göndərilmişdir. Məhkəmə iclasında izahat verərkən şahidlər cavabdeh vergi orqanı tərəfindən aparılan yoxlama zaman onlardan izahat alınmadığını təkcə ad, soyadlarının soruşulduğunu bildirmişlər. ... İş materiallarına əlavə edilmiş, məhkəmənin sorğusuna cavab olaraq Dövlət Vergi Xidmətinin Bakı Şəhər Kiçik Sabikarlıqla İş üzrə Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən bildirilir ki, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixdə uçota alınması və qeydiyyata alındığı tarixdən bu günədək fəaliyyətinin aktiv vəziyyətdə olması barədə məlumat müəyyən edilmişdir. İş materiallarına əsasən, xx.xx.2022-ci il tarixdə “Sifarişçi” İddiaçı, X2 və “İcraçı” "CLOUD 9” Məhdud Məsuliyyətli Cəmiyyəti, Direktor Əhmədov, Elfat Eldar oğlu arasında 06/22 saylı “Xidmətlərin göstərilməsi haqqında” müqavilə bağlanılmışdır. İş materiallarına əlavə edilmiş, məhkəmənin sorğusuna cavab olaraq, X20 Xidmətinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, sorğuda qeyd edilən şəxslərdən 3(üç) nəfərin adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasıya sistemində "xxxx" MMC tərəfindən daxil edilmiş X6 barədə məlumatlar məhkəməyə təqdim edilmişdir. Həmçinin qeyd edilmişdir ki, digər şəxslərin adına mərkəzləşdirilmiş elektron informasiya sistemində "xxxx" MMC tərəfindən X6 daxil edilməmişdir. Həmin məktuba əlavə olaraq X18, X13 və X7 ilə "xxxx" MMC arasında bağlanılmış əmək müqaviləsinin qeydiyyata alınması ilə bağlı məlumat təqdim edilmişdir. Aparılan məhkəmə araşdırmaları nəticəsində müəyyən olunmuşdur ki, iddiaçıya məxsus obyektdə keçirilmiş operativ vergi nəzarəti zamanı əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb olunmuş 8 (səkkiz) nəfər fiziki şəxdən 4 nəfəri X18, X13, X7 və X11 "xxxx" MMC-nin işçiləri olmuş və onlar arasında əmək müqavilələri bağlanılmış və elektron informasiya sistemində əmək müqaviləsinin bağlanması ilə bağlı X6 qeydiyyata alınmışdır. Lakin vergi orqanı operativ vergi nəzarəti zamanı bu halı, yəni 4 nəfər adları qeyd edilən işçilərin həmin vaxt "xxxx" MMC-nin işçiləri olmasını və onlarla əmək müqaviləsi bağladıqlarını, həmçinin İddiaçı MMC ilə "xxxx" MMC arasında xidmət müqaviləsi bağlanıldığını nəzərə almamış və inzibati icraat həyata keçirilərkən ətraflı araşdırma aparmamışdır. Məhkəmə qeyd edir ki, "xxxx" MMC tərəfindən işə cəlb edilmiş şəxslərin əmək münasibətlərinin rəsmiləşdirilməməsi iddiaçının iradəsindən asılı olan hal deyil, qeyd edilən məsələlərlə bağlı məsuliyyətin iddiaçının üzərinə qoyulması yolverilməzdir. 2 (iki) nəfər fiziki şəxsə X23 və X8 münasibətdə məhkəmə qeyd edir ki, X23 ilə İddiaçı MMC arasında bağlanmış əmək müqaviləsi vergi nəzarətinin həyata keçirilməsindən sonra müvafiq sistemə daxil edilmiş və o, rəsmi olaraq əmək fəaliyyətinə başlamışdır. Digər fiziki şəxs X14 əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyini məhkəmə iclasında verdiyi izahatlarında etiraf etmişdir. ... Bundan əlavə, digər 2 (iki) nəfər fiziki şəxsə X4 və X9 münasibətdə məhkəmə qeyd edir ki, məhkəmədə verdikləri izahtlardan da müəyyən edilir ki, qeyd edilən şəxslər əmək fəaliyyətinə cəlblə bağlı olmayan səbəblərdən yoxlama aparılan zamanı iddiaçının sahiblik etdiyi obyektdə olmuşlar və həmin vaxt iddiaçının sahiblik etdiyi obyektlə uzaqdanyaxından əlaqələri olmamış, iş elanı ilə bağlı olaraq qeyd edilən obyektdə olmuşlar. Bütün bunlar vergi orqanı tərəfindən aparılan yoxlama-nəzarətin doğru olmayan nəticəyə gəldiyini deməyə əsas verir”. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, iddia tələbinin təmin olunan hissədə rədd edilməsi və qərarın qismən ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, uçot-baza məlumatına əsasən "VTN” MMC xx.xx.2022-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alındığı, əsas fəaliyyətinin “restoranlar tərəfindən xidmətlərin göstərilməsi”ndən ibarət olduğu müəyyən edilmişdir. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********5124 saylı qərarına əsasən müəssisənin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi AZ1076, Baki şəhəri ünvan 2 ünvanında yerləşən Vətən restoranında həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 8 ( nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2022-ci il tarixli DVX seriyalı 002690 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında" aktla rəsmiləşdirilmişdir. Akt vergi ödəyicisi tərəfindən imzalanmamış və 8 nəfər fiziki şəxsin operativ vergi nəzarəti tədbiri zamanı izahat verməkdən imtina etmişlər. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3579 nömrəli qərar qəbul edilərək, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə yol verildiyi üçün vergi ödəyicisinə 16.000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə Baş idarənin xx.xx.2022-ci il tarixli **********976700 nömrəli məktubu ilə vergi 2 ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana göndərilmiş, məktub poçtdan geri qayıtmamış və elektron qutuda xx.xx.2022-ci il tarixdə oxunmuşdur. Müəssisənin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu AZ1076, Bakı şəhəri ünvan 2 ünvanında yerləşən Vətən restoranında keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli DVX seriyalı 002690 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akt əsaslı tərtib olunmuşdur. Belə ki, Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1- ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı, eləcə də həmin məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1- 2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə mindiyi təsbit olunduğu halda, müəssisə tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslər işlərin yerinə yetirilməsinə cəlb edilmiş, 8 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaratmış, aktda adları qeyd olunan 8 nəfər şəxs müəssisə ilə faktiki əmək münasibətlərində olmuş, eləcə də müəssisə məsuliyyətdən yayınmağa və vergi üstünlüyü əldə etməyə cəhd etmişdir. Yoxlama aktından məlum olduğu kimi operativ vergi nəzarəti xx.xx.2022-ci il tarixdə saat 17:10-da keçirilmişdir. Qeyd olunan hal məhkəmə icraatı zamanı işin mübahisəsiz halı olmuşdur. Məhkəmənin qeyd etdiyi 4 nəfər yoxlama keçirilən zaman nə "xxxx" MMC-nin nə dəki iddiaçının işçiləri olmuşdur. Uçot baza məlumatlarına əsasən işə götürən X6ni elektron informasiya sisteminə X18 üzrə xx.xx.2022-ci il tarixdə, saat 20:26:44-də, X13 üzrə xx.xx.2022-ci il tarixdə, saat 20:25:36, X7 üzrə xx.xx.2022-ci il tarixdə, saat 20:27:50-də və X19 üzrə xx.xx.2022-ci il tarixdə, saat 20:36:52-də daxil edilmişdir. Digər 2 nəfər fiziki şəxs X4 və X10 münasibətdə bildirilir ki, iddiaçı operativ vergi nəzarətindən sonra X6ni elektron informasiya sisteminə daxil etmiş və sonraki saatlarda həmin bildirişləri ləğv etmişdir. Bu da onu göstərir ki, iddiaçı əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə şərait yaratmış, işçilərlə əmək münasibətlərində olmuş, eləcə də müəssisə məsuliyyətdən yayınmağa və vergi üstünlüyü əldə etməyə cəhd etmişdir. İddiaçı operativ vergi nəzarəti zamanı xidmətlərin göstərilməsi haqqında müqaviləni vergi orqanına təqdim etməmiş və qeyd olunan halı yoxlamanı keçirən şəxslərə bildirməmişdir. “Dövlət vergi orqanları tərəfindən operativ vergi və digər nəzarət tədbirlərinin həyata keçirilməsi” Qaydalarının 10.8-ci bəndinə əsasən vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi, habelə həmin təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslər tələb olunan sənədləri təqdim etməkdən və (və ya) izahat verməkdən imtina etdikdə, bu hal nəzarətin həyata keçirildiyi obyektdə həmin şəxslər və vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən imzalanan, sərbəst formada tərtib edilmiş aktla rəsmiləşdirilir. Qeyd edilən şəxslər həmin aktı imza etməkdən imtina etdikdə, bu barədə aktda müvafiq qeydlər edilir. Bununla yanaşı sözügedən Qaydalarda, eləcə də vergi qanunvericiliyində tərtib edilmiş aktın doğruluğunun hər hansı üçüncü şəxsin imzası ilə təsdiq edilməsi ilə bağlı tələb mövcud deyildir. Nə Vergi Məcəlləsində, nə də ki “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi” Qaydalarında əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı video çəkilişlərin həyata keçirilməsi nəzərdə tutulmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(103)-2383/2023 saylı qərarı ilə (hakimlər A.P.Oruczadə (məruzəçi), X.A.Cəmilova və R.Ə.Səmədov) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2-1(112)- 2193/2023 saylı qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus obyektdə keçirilmiş operativ vergi nəzarəti zamanı əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb olunmuş 8 nəfər fiziki şəxsdən 4 nəfər - X18, X13, X7 və X19 "xxxx" MMC-nin işçiləri olmuş və onlar arasında əmək müqavilələri bağlanılmış və elektron informasiya sistemində əmək müqaviləsinin bağlanması ilə bağlı X6 qeydiyyata alınmışdır. "xxxx" MMC tərəfindən işə cəlb edilmiş şəxslərin əmək münasibətlərinin rəsmiləşdirilməməsi iddiaçının iradəsindən asılı olan hal deyil, qeyd edilən məsələlərlə bağlı məsuliyyətin iddiaçının üzərinə qoyulması yolverilməzdir. Məhkəmə kollegiyasının qeyd olunan mövqeyi məhkəmənin iş üzrə ətraflı araşdırma aparmaması və işdən tam xəbərdar olmaması ilə bağlıdır. Belə ki, işin faktiki hallarından və iş materiallarından və yoxlama aktından məlum olduğu kimi, operativ vergi nəzarəti xx.xx.2022-ci il tarixdə saat 17:10 da keçirilmişdir. Qeyd olunan hal məhkəmə icraatı zamanı işin mübahisəsiz halı olmuşdur. Məhkəmə kollegiyasının qeyd etdiyi 4 nəfər fiziki şəxs yoxlama keçirilən zaman nə "xxxx" MMC-nin, nə də iddiaçının işçiləri olmuşdur. Uçot baza məlumatlarına əsasən işə götürən X6ni elektron informasiya sisteminə X18 üzrə xx.xx.2022-ci il tarixdə, saat 20:26:44-də, X13 üzrə xx.xx.2022-ci il tarixdə, saat 20:25:36da, X7 üzrə xx.xx.2022-ci il tarixdə, saat 20:27:50-də və X19 üzrə xx.xx.2022-ci il tarixdə, saat 20:36:52-də daxil etmişdir. Həmçinin, tələbnamədən də aydın olduğu kimi, sənədlərin 1 iş günü müddətində vergi orqanının operativ vergi nəzarəti keçirən şəxslərə və ya DVXnın Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim edilməli olmasına baxmayaraq, iddiaçı operativ vergi nəzarəti zamanı xidmətlərin göstərilməsi haqqında müqaviləni vergi orqanına təqdim etməmiş və qeyd olunan halı yoxlamanı keçirən şəxslərə bildirməmişdir. Eyni zamanda, İddiaçı MMC ilə "xxxx" MMC arasında xidmət müqaviləsinin mövcudluğu qeyd olunan dörd nəfər fiziki şəxsin "xxxx" MMC-nin işçisi olması anlamına gəlmir. Operativ vergi nəzarəti tədbiri zamanı işçi kimi aşkar olunan şəxslər kassir, aşpaz, ofisiant və xadimə vəzifəsində çalışan şəxslər olmuşlar. Lakin İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xidmət müqaviləsinə əsasən isə qəlyan xidmətlərinin göstərilməsi nəzərdə tutulmuşdur. Bu baxımdan, sözügedən dörd nəfər fiziki şəxs məhz iddiaçının işçiləri olmuş və tərtib olunmuş aktdan da göründüyü kimi onların qəlyan xidməti göstərməsi müəyyən olunmamışdır. Bundan əlavə, apellyasiya instansiya məhkəməsi qərarında 2 nəfər fiziki şəxs X4 və X9 münasibətdə qeyd etmişdir ki, qeyd edilən şəxslər əmək fəaliyyətinə cəlblə bağlı olmayan səbəblərdən yoxlama aparılan zamanı iddiaçının sahiblik etdiyi obyektdə olmuşlar və həmin vaxt iddiaçının sahiblik etdiyi obyektlə uzaqdanyaxından əlaqələri olmamış, iş elanı ilə bağlı olaraq qeyd edilən obyektdə olmuşlar. Halbuki, iddiaçı operativ vergi nəzarətindən sonra həmin şəxslərlə bağlı X6ni elektron informasiya sisteminə daxil etmiş və sonrakı saatlarda həmin bildirişləri ləğv etmişdir. Həmçinin, X4 və X17 iş elanı ilə bağlı sözügedən obyektdə olduqlarını qeyd etsələr də, iş materiallarında iddiaçının həmin vəzifələr üzrə iş elanını verməsini təsdiq edən hər hansı bir sənəd mövcud deyildir. Qeyd olunan hallar bir daha sübut edir ki, həmin fiziki şəxslər iddiaçı ilə faktiki olar əmək münasibətlərində olmuşlar. Bundan başqa, apellyasiya instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, vergi orqanı zəruri olan sənədlərin təqdim olunması haqqında xx.xx.2022-ci il tarixli **********5129 saylı tələbnaməni təqdim etsə də, qanunvericilikdə nəzərdə tutulmuş 1 iş günlük müddəti gözləmədən və sənədlərin təqdim edilib-edilməməsi barədə müvafiq akt tərtib etmədən, xx.xx.2022-ci il tarixdə də operativ vergi nəzarətinin nəticəsi olaraq birbaşa akt tərtib etmişdir. Məhkəmə kollegiyası iş üzrə həddən artıq formalizmi tətbiq edərək prosessual normaların formalist şərhini vermiş, 24 saat ərzində hansı sənədlərin təqdim ediləcəyi təqdirdə mövcud nəticənin baş verməsini istisna edəcək halla yekunlaşacağını təxmin etməmiş və təqdim olunacaq həmin sənədlər barədə heç bir məlumat verməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası qərarında qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə görə vergi orqanının əməkdaşları pozuntu faktını foto və ya video çəkilişlə qeydə almaq hüquqları olduğu halda bunu etməmişlər. Hazırkı halda cavabdeh məhkəməyə iddiaçının əmək müqaviləsi olmadan 6 nəfər fiziki şəxsin işə cəlb etməsini əsaslandıran mötəbər sübut təqdim edə bilməmiş, eyni zamanda məhkəmə iclaslarında da iddiaçının həmin şəxsləri həqiqətən əmək müqaviləsi bağlamadan işə cəlb etdiyini sübut edə bilməmişdir. Halbuki, bütövlükdə səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri vergi ödəyicisinin təsərrüfat obyektində həyata keçirildiyindən, pozuntular (və ya vergidən yayınmalar) müəyyən edilərək, nəticələrinin rəsmiləşməsinə dair qanunla konkret müddəalar müəyyən edildiyindən, (Vergi Məcəlləsinin 49-cu və 50-ci maddələri) həmin yoxlama və nəzarət tədbirləri zamanı mütləq qaydada həm də ayrıca 41-ci maddə ilə müəyyən edilmiş baxışın keçirilməsi və nəticəsi üzrə protokolun tərtib edilməsi qanunvericiliyin tələbi kimi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-221/2024 saylı qərarı ilə (hakimlər İ.K.Hüseynov (məruzəçi), N.İ.Rəsulbəyova və X.S.Məmmədov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)- 2383/2023 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-221/2024 saylı qərarında aşağıdakılar göstərilmişdir: “ ... Cavabdeh tərəfindən təqdim olunmuş materiallara əsasən, operativ vergi nəzarəti xx.xx.2022-ci il tarixdə saat 17:10 da keçirilmişdir. Qeyd olunan hal məhkəmə icraatı zamanı işin mübahisəsiz halı olmuşdur. Uçot baza məlumatlarına əsasən işəgötürən "xxxx" MMC X6ni elektron informasiya sisteminə X18 üzrə xx.xx.2022-ci il tarixdə, saat 20:26:44-də, X13 üzrə xx.xx.2022-ci il tarixdə, saat 20:25:36-da, X7 üzrə xx.xx.2022-ci il tarixdə, saat 20:27:50-də və X19 üzrə xx.xx.2022-ci il tarixdə, saat 20:36:52-də daxil etmişdir. Cavabdeh həmin sənədlərdəki məlumatlara istinadla haqlı olaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qeyd etdiyi 4 nəfər fiziki şəxslərin yoxlama keçirilən zaman nə "xxxx" MMC, nə də iddiaçı hüquqi şəxs ilə qeydiyyatdan keçmiş əmək müqavilələri olmamışdır. Həm də nəzərə alınmalıdır ki, burada, söhbət həmin şəxslərin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə "xxxx" MMC-nin məsuliyyətinin iddiaçı hüquqi şəxsin üzərinə qoyulmasından deyil, operativ vergi nəzarəti tədbiri keçirilən zaman müəyyən edilmiş faktlarla bağlı tərəflərin irəli sürdükləri dəlillərinin yoxlanılmasından, işin həqiqi hallarının müəyyən edilməsindən gedir. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilən hissəsi ilə bağlı gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, “...cavabdeh yoxlama aktından başqa məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, vergi yoxlaması zamanı cavabdeh tərəfindən hər hansı izahatlar alınmamış, heç kim dindirilməmiş və adları qeyd edilən şəxslər tərəfindən vergi orqanı tərəfindən tərtib edilmiş akt imzalanmamışdır. Yəni, cavabdeh öz işini yoxlama aktını yazmaqla bitmiş hesab etmişdir ki, bu da “İnzibati icraat haqqında” Qanunun tələblərinə ziddir...”. Halbuki, apellyasiya instansiyası məhkəməsi qərarında operativ vergi nəzarəti zamanı iddiaçıya məxsus restoranda Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərə cəlb edilmiş adları qeyd olunan fiziki şəxslərin izahat verməkdən imtina etdiklərini təsdiq etmiş, lakin bu imtinanın səbəblərini müəyyən etməmişdir. Digər tərəfdən, cavabdeh haqlı olaraq qeyd edir ki, “Dövlət vergi orqanları tərəfindən operativ vergi və digər nəzarət tədbirlərinin həyata keçirilməsi” Qaydalarının 10.8-ci bəndinə əsasən, vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi, habelə həmin təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslər tələb olunan sənədləri təqdim etməkdən və (və ya) izahat verməkdən imtina etdikdə, bu hal nəzarətin həyata keçirildiyi obyektdə həmin şəxslər və vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən imzalanan, sərbəst formada tərtib edilmiş aktla rəsmiləşdirilir. Qeyd edilən şəxslər həmin aktı imza etməkdən imtina etdikdə, bu barədə aktda müvafiq qeydlər edilir. Apellyasiya instansiyası məhkəməsi qərarında “Dövlət vergi orqanları tərəfindən operativ vergi və digər nəzarət tədbirlərinin həyata keçirilməsi” Qaydalarının 10.8-ci bəndini qeyd etsə də, həmin normanın dispozisiya şərtlərinə əməl olunub-olunmadığını yoxlamamış, bununla bağlı cavabdehin apellyasiya şikayətində qeyd olunan dəlillərinə münasibət bildirməmişdir. Nəzərə alınmalıdır ki, məhkəmə vergi yoxlaması zamanı cavabdeh tərəfindən hər hansı izahatların alınmadığını, vergi orqanı tərəfindən tərtib edilmiş sənədlərin vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi, habelə həmin təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslər tərəfindən imzalanmamasını qərarında sadəcə qeyd etməklə kifayətlənməməli, bunun baş vermə səbəblərini araşdırmalı, icraatın iştirakçılarının bununla bağlı dəlillərini yoxlamalı, onlara münasibət bildirməlidir. Belə ki, işin hallarının araşdırılması prinsipinin tələblərinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Cavabdeh apellyasiya şikayətində işin yuxarıda qeyd olunan ziddiyyətli hallarına diqqət çəksə də, apellyasiya instansiyası məhkəməsi şikayətin həmin dəliləri ilə bağlı araşdırma aparmamış, bu dəlilləri qəbul etməməsinin səbəblərini göstərməmiş, bununla bağlı qənaətini əsaslandırmamışdır”. Məhkəmə iclasında iştirak edən cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi, apellyasiya şikayətinin təmin edilməsini, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, iddiaçı və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin müddəalarına əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-221/2024 saylı qərarında qeyd olunanları nəzərə alaraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən aşağıdakılar müəyyən edilir: - Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Vergi Məcəlləsinin 23, 41 və 50-ci maddələrini əsas tutaraq xx.xx.2022-ci il tarixli, **********5124 saylı “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən, iddiaçıya məxsus olan obyektdə (obyektin adı: restoranı; ünvan: Bakı şəhəri, Şüvəlan rayonu, ŞTQ 1215) nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi(kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məqsədi ilə operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. - Həmin yoxlama Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2022-ci il tarixli KY221750074 nömrəli çıxarışa əsasən qeydiyyata alınmış və keçirilmə əsası olaraq (yoxlayıcı orqanın adı: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti; yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı: İddiaçı MMC yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin VÖEN-i:**********; yoxlamanın müddəti (başlama, sona çatma tarixi): xx.xx.2022- xx.xx.2022; yoxlanılan dövr: cari fəaliyyət; yoxlanılan təsərrüfat obyektinin kodu, ünvanı və fəaliyyət növü: 12001 restoran; AZ 1076 Baki şəhəri Xəzər rayonu Şüvalan Ştq ev.1215; restoranlar tərəfindən xidmətlərin göstərilməsi; yoxlamanın növü: operativ vergi nəzarəti; yoxlamanın tipi: plandankənar (növbədənkənar); plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas: vergi orqanlarının Vergi Məcəlləsinin 50.1-ci maddəsində göstəriən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşgul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsasının olması, Vergi Məcəlləsi,maddə 50.2.4) əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb ediməsi hallarının aşkar edilməsi göstərilmişdir. - Cavabdeh orqanın xx.xx.2022-ci il tarixli **********5129 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnaməsi ilə iddiaçıdan operativ vergi nəzarətinin aparılması üçün Vergi Məcəlləsinin 23-cü, 42-ci və 50-ci maddələrini əsas tutaraq aşağıdakı zəruri sənədləri təqdim etməsi tələb edilmişdir: əmək müqavilələri, əmək müqavilələrinin elektron qeydiyyatdan keçməsi barədə bildirişlərin surəti, obyekti və təsərrüfat subyektləri barədə sənədlər, vergi ödəyicəsinin fəaliyyəti ilə bağlı elektron fayllar, əmək haqqı cədvəlləri. Tələbnamədə göstərilmişdir ki, sənədlər 1 iş günü müddətində vergi orqanının operativ nəzarəti keçirən vəzifəli şəxslərinə və ya vergi orqanının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi AZ 1029, ünvan 6 ünvanında təqdim olunmalıdır. Operativ vergi nəzarətinin keçirilməsi zamanı sənədlərin təqdim edilməsindən imtina edilməsi və ya bu tələbnamə ilə müəyyən edilmiş müddətdə təqdim edilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə səbəb olur və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq sənədlərin vergi ödəyicisi tərəfindən təsdiq olunmuş surətləri təqdim olunmalıdır. - Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3579 nömrəli qərarı ilə iddiaçıya Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 8 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 16000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. - Həyata keçirilmiş operativ vergi nəzarəti zamanı iddiaçıya məxsus restoranda Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərə cəlb edilmiş adları qeyd olunan 8 nəfər fiziki şəxs izahat verməkdən imtina etmişlər. Vergi qanunvericiliyinə əsasən, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Həmin Məcəllənin 50.1.7-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi üçün operativ nəzarət tədbiri həyata keçirilir. Göründüyü kimi, operativ vergi nəzarəti Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilib-edilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 7-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsinə görə, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, bu Məcəllənin 7ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Əmək Məcəlləsinin 44-cü maddəsinə əsasən, əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Göründüyü kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tətbiqi üçün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən edilməsi yetərlidir. Belə ki, qanunverici məhz həmin faktın özünü gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradan hal kimi normada təsbit etmişdir. Hazırkı işin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, vergi orqanı tərəfindən operativ vergi nəzarəti tədbiri qanunda müəyyən edilmiş prosedur ardıcıllıqla aparılmışdır. Belə ki, operativ vergi nəzarəti tədbiri zamanı barəsində nəzarət tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmiş vergi ödəyicisi barədə məlumatlar tam qeyd edilməklə, vergi orqanının vəzifəli şəxsi tərəfindən vergi nəzarətinə başlamazdan əvvəl müvafiq elektron informasiya sistemindən X6 barədə məlumatlar əldə edilmiş, əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb olunan 8 nəfər (32 nəfərdən) fiziki şəxsin şəxsiyyət vəsiqə rekvizitləri müəyyənləşdirilmiş və digər zəruri tədbirlər icra edilmişdir. İddiaçı göstərilən səkkiz nəfərin onun işçiləri olmadığını, İddiaçı MMC ilə "xxxx" MMC arasında qəlyan düzəldilməsi üçün 2022-ci il 27 may tarixli xidmət müqaviləsinin olmasını və 4 nəfər qəlyançının həmin MMC-nin əməkdaşları olmasını; Vüsal Piriyev ilə İddiaçı MMC arasında xx.xx.2022-ci il tarixdən əmək müqaviləsinin olmasını, əmək bildirişinin sistemə xx.xx.2022-ci ildə əlavə edilməsini və əmək bildirişində işə başlama tarixinin xx.xx.2022-ci il olmasını; X17 və X1 “Vətən” restoranında 2022-ci il 24 iyun tarixdə əvvəlcədən elan edilmiş vakansiya əsasında işə götürülmək üçün peşə bacarıqlarının nümayiş edilməsi məqsədilə gəlməsini, 2022-ci il 24 iyun tarixdə onlarla İddiaçı MMC arasında əmək münasibətlərinin olmamasını və hər hansı işə cəlb edilməmələrini, müştərilərə xidmət göstərməmələrini; X5 “Vətən” restoranında 2022-ci il 21 iyun tarixdə xəmirçi kimi bir günlük əmək fəaliyyətində olmasını və 24 iyunda bir günlük əmək haqqını götürmək üçün gəlməsini; X12 "xxxx" MMC-nin işçisi olmasını, xx.xx.2022-ci il tarixdə Vətən restoranında müqavilə əsasında xidmətdə olmasını; X13, X18 və X3 da "xxxx" MMC-nin işçiləri olmasını, xx.xx.2022-ci ildə peşə bacarıqları yoxlanılması üçün "Vətən" restoranında olmaları və bacarıqları bəyənildiyindən xx.xx.2022-ci ildən xidmətə cəlb olunmalarını bildirərək, mübahisələndirilən qərarın əsassız olduğunu qeyd edir. İddiaçı tələbinin əsası kimi istinad etdiyi bu hallarla bağlı məhkəməyə həmin şəxslərin izahatlarını təqdim etmişdir İddiaçının bu dəlilinə qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, həmin sübutlar hazırkı işin faktiki halları ilə uzlaşmır. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, cavabdehin təqdim etdiyi sənədlərdən müəyyən edilir ki, iddiaçıya məxsus obyektdə operativ vergi nəzarəti keçirilərəkən və bu barədə akt tərtib edilərkən orada olan şəxslər izahat verməkdən və akta imza etməkdən imtina etmişlər. Yəni həmin şəxslərin həmin gün restoranda olmaları işin mübahisələndirilməyən halıdır. Lakin operativ vergi nəzarəti keçirilən zaman həmin şəxslər izahat verməkdən imtina etmişlər, halbuki eyni məzmunlu izahatları həmin vaxt da verməyə onlara hər hansı halın mane olması iş materialları ilə öz təsdiqini tapmır. Həmçinin qeyd edilməlidir ki, operativ vergi nəzarəti xx.xx.2022-ci il tarixdə saat 17:10-da keçirildiyi halda, X6 X18 üzrə xx.xx.2022-ci il tarixdə, saat 20:26:44-də, X13 üzrə xx.xx.2022-ci il tarixdə, saat 20:25:36, X7 üzrə xx.xx.2022-ci il tarixdə, saat 20:27:50-də və X19 üzrə xx.xx.2022-ci il tarixdə, saat 20:36:52-də elektron informasiya sisteminə daxil edilmiş, digər 2 nəfər fiziki şəxs X4 və X10 münasibətdə isə operativ vergi nəzarətindən sonra X6 elektron informasiya sisteminə daxil edilmiş və sonrakı saatlarda həmin bildirişlər ləğv edilmişdir. Göründüyü kimi iddiaçı iddiasının dəlilinin əsası kimi kifayət qədər güclü, aydın və əsaslı şübhədən kənar sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(112)-2193/2023 saylı qərarı qismən - iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi rədd edilməli; Bakı İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2-1(112)-2193/2023 saylı qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-2193/2023 saylı qərarı qismən - iddia tələbinin təmin edilən hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi rədd edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-2193/2023 saylı qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar