Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(103)-1650/2025 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Talışınski Fuad Şəmsəddin oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçı İddiaçı və cavabdehin nümayəndəsi Ağalarov İsmayıl Ağacavad oğlunun iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-*-*(***)-*****/**** saylı, qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, riskli vergi ödəyicisi hesab edilməsi barədə **************** saylı ##.##.2023-cü il tarixli qərarın ləğv edilməsi, cavabdehin **************** saylı ##.##.2023-cü il tarixli qərarının ləğv edilməsi və vergi orqanında şəxsi hesab vərəqəsindən 2022-ci il üzrə əlavə hesablanmış 15435,75 manat məbləğində əlavə gəlir vergisinin silinməsi, cavabdehin **************** saylı ##.##.2023-cü il tarixli qərarının ləğv edilməsi və vergi orqanında şəxsi hesab vərəqəsindən 2023-cü il üzrə əlavə hesablanmış 2.579,37 manat məbləğində əlavə gəlir vergisinin silinməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir Cavabdeh iddia tələbinə qarşı yazılı etirazını məhkəməyə təqdim etmişdir. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** saylı, ##.##.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2024-cü il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** saylı, ##.##.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2024-cü il tarixli, 2- *(***)-****/**** nömrəli qərarı qismən – “cavabdehin **************** saylı ##.##.2023-cu il tarixli və **************** saylı ##.##.2023-cü il tarixli qərarlarının ləğvinə dair iddia tələbinin rədd edilməsi” hissəsində ləğv edilmiş və eyni hissədə iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi ““cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **************** saylı ##.##.2023-cu il tarixli qərarının ləğv edilməsi” hissəsində təmin edilmiş, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **************** saylı ##.##.2023-cu il tarixli qərarı ləğv edilmiş, iddia tələbi ““cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **************** saylı ##.##.2023-cü il tarixli qərarının ləğv edilməsi” hissəsində təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2024-cü il tarixli, 2- *(***)-****/**** nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İkinci apellyasiya baxışı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin **************** saylı ##.##.2023-cü il tarixli qərarının ləğv edilməsi və həmin qərarla İddiaçı (VÖEN **********) vergi orqanında şəxsi hesab vərəqəsindən 2023-cü il üzrə əlavə hesablanmış 2700.53 manat məbləğində əlavə gəlir vergisinin silinməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi İ.Ağalarov AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin **************** saylı ##.##.2023-cü il tarixli qərarının ləğv edildiyini və “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” *-**-*-*/*-*******/**** saylı ##.##.2026-cı il tarixli yeni qərarın qəbul edildiyini bildirdi. Məhkəmə kollegiyası cavabdeh tərəfindən təqdim edilmiş qərarı və iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının mübahisələndirdiyi AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin **************** saylı ##.##.2023-cü il tarixli Qərar ləğv olunaraq Dövlət Vergi Xidməti tərəfindən “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” *-**-*-*/*-*******/**** saylı ##.##.2026-cı il tarixli Qərar qəbul edilmiş və yeni qərara əsasən öncəki qərar üzrə hesablanmış əlavə vergi məbləği azaldılmışdır. Göründüyü kimi, hazırkı iddianın verilməsinin əsasını təşkil edən – cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **************** saylı, ##.##.2023-cü il tarixli Qərarın ləğv edilməsi cavabdeh tərəfindən təmin edildiyindən artıq tərəflər arasında mübahisə mövcud deyildir. İnzibati Prosessual Məcəllənin 67.3-ci maddəsində deyilir ki, İPM-in 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi (##.##.2023-cü il tarixli Qərar ləğv edilmişdir və mövcud deyil) təmin olunduğundan, bununla əlaqədar tərəflər arasında mübahisə artıq mövcud olmadığından, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3, 80, 87 və 90 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə icraata cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **************** saylı, ##.##.2023-cü il tarixli qərarının ləğv edilməsi” hissəsində xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1650/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1650/2025
24.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver