Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1651/2020 06.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh AR ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binalarının vahid daşınmaz əmlak kimi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-2972/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh AR ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehin imtinasının qanunsuz hesab edilməsi və ünvan 1 ünvanında yerləşən və mülkiyyətində olan 0,0766 ha torpaq sahəsi və üzərində yerləşən qeyriyaşayış binalarının (avtoxidmət məntəqəsi) vahid daşınmaz əmlak kimi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınmaqla, bu barədə adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun hazırlanaraq verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-2972/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-2972/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müvafiq tikililər yerləşən torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir və qeyri-yaşayış binasının tikintisi üçün nəzərdə tutulmamışdır. Həmçinin, iddiaçının 0,76 ha. torpaq sahəsində qalan tikililər yaşayış evinin tərkib hissəsidir və həmin sahələrin qeyri-yaşayış sahələri kimi qeydə alınması qanunauyğun deyil. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)- 261/2020 nömrəli qərarına əsasən, cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2972/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilərək iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-261/2020 nömrəli qərarın ləğv edilməsi, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-1499/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-261/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, iddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Növbəti apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərərk bildirmişdir ki, həmin həyətyanı tikili və qurğular yaşayış evinin tərkib hissəsi olduğundan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Qeyri-yaşayış binasının qeydiyyata alınması üçün qanunvericiliyə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bu səbəbdən də, iddiaçıya verilmiş xx.xx.2015-ci il tarixli, RX seriyalı 063167 nömrəli reyestrdən çıxarışda həmin həyətyanı yardımçı tikililər öz əksini tapmamışdır. Şikayətin təmin olunmasını, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-2972/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarının ləğv olunması, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iş materiallarına uyğun izahat verərək bildirmişdir ki, çıxarışda və texniki pasportda yaşayış evinin və həyətyanı tikililərin təsnifatı və texniki göstəriciləri öz əksini tapmışdır. Şikayətin təmin olunmamasını, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)- 2972/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sənədlərin surətlərindən müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 638 saylı, xx.xx.2008-ci il tarixli sərəncamına əsasən Sabunçu qəsəbəsi, D.Bünyadov küçəsində yerləşən torpaq sahəsində vətəndaş İddiaçı tərəfindən tikilmiş «A» tikilisi: ikimərtəbəli, dörd yaşayış otağından sahəsi 74,9 kv.m, köməkçi sahəsi 97,2 kv.m, açıq eyvan sahəsi 4,2 kv.m, «B» tikilisi: ikimərtəbəli-avtoxidmət məntəqəsi sahəsi 390,5 kv.m, həyətdə bokslar sahəsi-97,5 kv.m, üç köməkçi otaq sahəsi 26,4 kv.m, sanitar qovşağı sahəsi 6,0 kv.m, torpaq sahəsi 1000 kv.m olan fərdi yaşayış evinin və avtoxidmət məntəqəsinin hüquqi qeydiyyata alınmasına icazə verilmişdir. ünvan 2 ünvanında yerləşən, torpaq sahəsi 0,1 ha, ümumi sahəsi 172,5 kv.m olan fərdi yaşayış evi, eləcə də tikintialtı sahəsi 122,4 kv.m olan avtoxidmət binası, 12 kv.m, 8,6 kv.m köməkçi tikililər, 16,8 kv.m hasar, 6 kv.m sanitar qovşaq, 220,5 kv.m olan avtoxidmət binası fərdi yaşayış evinin tərkibi (həyətyanı tikili və qurğular) mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş, bu barədə iddiaçıya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən RX seriyalı, ******* saylı, xx.xx.2013-cü il tarixli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən» Çıxarış verilmişdir. Daha sonra iddiaçı, X2 adlı şəxslə alqı-satqı müqaviləsi bağlamış, həmin müqaviləyə əsasən İddiaçı, ünvan 3 a ünvanında yerləşən 172,5 kv.m-dən, 4 otaqdan ibarət fərdi yaşayış evini və 0,0234 ha torpaq sahəsini alıcının mülkiyyətinə vermiş, qalan 0,0766 ha torpq sahəsi və üzərində yerləşən B, C, D, İ, Q, V tikililər iddiaçının mülkiyyətində qalmışdır. Həmin alqı-satqı müqaviləsinin bağlanmasından sonra cavabdeh tərəfindən iddiaçı R.Babayevanın adına Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyatov küçəsi, 32a nömrəli evin torpaq sahəsinin bir hissəsinə dair (sahəsi 0,0766 ha olmaqla) ******* saylı, xx.xx.2015-ci il tarixli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən» Çıxarış verilmişdir. İddiaçı Bakı şəhər, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi, 32a saylı ünvanda yerləşən tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu tərəfindən iddiaçıya xx.xx.2019-cu il tarixli, **********85 saylı məktub ünvanlanaraq, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8.0.9.2, 8.0.10.1, 11.1-ci maddələrinə, Torpaq Məcəlləsinin 9.3, 22.1-ci maddələrinə istinadla qeyd olunmuşdur ki, ərizədə qeyd edilən xx.xx.2013-cü il tarixli, RX-0184528 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda fərdi yaşayış evinin təkib hissəsi olan həyətyanı tikili və qurğular həmin dövrün qanunvericiliyinə uyğun olaraq göstərilirdi. Həmin həyətyanı tikili və qurğular yaşayış evinin tərkib hissəsi olduğundan daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişdir və qeydiyyata alınması üçün qanunvericiliyə uyğun sənədlər təqdim edilməmişdir. Bu səbəbdən iddiaçıya verilmiş 0xx.xx.2015-ci il tarixli,- RX-063167 nömrəli reyestrdən çıxarışda həmin tikililər öz əksini tapmamaşdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehin imtinasının qanunsuz hesab edilməsi və ünvan 1 ünvanında yerləşən və mülkiyyətində olan 0,0766 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binalarının (avtoxidmət məntəqəsi) vahid daşınmaz əmlak kimi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınmaqla, bu barədə adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun hazırlanaraq verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi işin hallarına «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0, 12.1, 14 və 15-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddiaçının tələbi əsaslı olduğundan iddia təmin edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq apellyasiya şikayətini təmin etmişdir. İşə kassasiya şikayətinə əsasən baxılarkən məhkəmə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdehin həmin dəlili ilə razılaşan apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, mübahisələndirilən sahələr artıq 2013cü ildə iddiaçının adına avtomobil xidməti binaları olaraq qeyri-yaşayış sahələri kimi qeydə alınmışdır. İddiaçının tələbi isə onun alqı-satqı müqaviləsinə daxil edilməyən qalan torpaq sahəsi və tikililərə dair vahid çıxarışın verilməsidir. İşin hallarından da göründüyü kimi ünvan 1 ünvanında yerləşən və mülkiyyətində olan 0,0766 ha. torpaq sahəsi və üzərində olan qeyri-yaşayış binası olan “B” (avtoxidmət binası) və “V” (avtoxidmət binası) tikililəri və “C” tikilisi (köməkçi tikili), “D” tikilisi (köməkçi tikili), “Q” tikilisi (sanitar qovşağı) və “İ” tikilisi “hasar) tikilisi 0,10 ha. torpaq sahəsinin bölgü-sxeminə əsasən onun mülkiyyətində qalan 0,0766 ha. torpaq sahəsinin hüdudları daxilində yerləşir və buna dair iddiaçının qanunla müəyyən edilmiş zəruri sənədləri mövcud olmuş və ilkin qeydiyyat zamanı cavabdehə təqdim olunması ehtimal olunur. Həmçinin qeyd olunmuşdur ki, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi iddiaçının daşınmaz əmlak üzərində hüquqlarının qeydə alınmasından cavabdehin imtina etməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun və “İnzibati İcraat haqqında” Qanunun tələblərinə uyğunluğunu araşdırmalıdır. İnzibati prosessual məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. İddiaçı, göstərilən qanunvericilik normalarının tələbləri baxımından hazırkı tələblə müraciət etmiş, cavabdeh orqan isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində müəyyən olunmuş əsaslar mövcud olmadan iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Belə ki, həmin Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Qanunun 61.1-ci maddəsinə əsasən, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Məcəllənin 61.2-ci maddəsinə əsasən, əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmçinin qeyd olunmalıdır ki, apellyasiya şikayətinin dəlilləri iş materiallarına və maddi hüquq normalarına istinadla açıq-aşkar əsaslandırılmamışdır. Baxılan iş üzrə iddiaçı tərəfindən müvafiq tikililər yerləşən torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olması və qeyri-yaşayış binasının tikintisi üçün nəzərdə tutulmadığı qeyd olunsa belə, mübahisəli daşınmaz əmlaklar 2013-cü ildə ilkin olaraq qediyyatdan keçmiş, bununla da həmin əmlaklar üzərində iddiaçının mülkiyyət hüququ qeydə alınmışdır. Ona görə də şikayət təmin edilməməli, cavabdehin imtinası qanunsuz hesab edilməli, ünvan 1 ünvanında yerləşən və mülkiyyətində olan 0,0766 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binalarının (avtoxidmət məntəqəsi) vahid daşınmaz əmlak kimi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınmaqla, bu barədə adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun hazırlanaraq verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-2972/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1651/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1651/2020
06.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver