Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1651/2022 06.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2640/2022 saylı, 01 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya ödənişinin ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2640/2022 saylı, 01 fevral 2022-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə hazırda 39800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı bugünə cəmi 38067,96 manat təşkil edir. Məhkəmə iclasında iddiaçı tərəf apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Kollegiya işə çağırılan tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1961-ci ildə Şamaxı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - НЗ 40551410 №-li hərbi biletin təsdiq və tərcümə edilmiş surətindən müəyyən olunur ki, İddiaçı 02.07.1979-cu ildən 03.07.1981-ci ilədək hərbi xidmətdə olmuşdur. - Г 601164 №-li Diplomun təsdiq və tərcümə olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 01.09.1983-cü il tarixində Bakı şəhəri 86 nömrəli Texniki Məktəbə daxil olmuş və 16 aprel 1984-cü il tarixində əl qaynağı elektrik qaynaqçısı peşəsi üzrə texniki məktəbin tam kursunu bitirmişdir. - ИТ-İ ******* №li 01.08.1983-cü il tarixli əmək kitabçasının notarial qaydada təsdiq və tərcümə olunmuş surətində qeyd olunmuş məlumatlara əsasən İddiaçı 09.11.1981-ci ildə Şamaxı qaz istismar kontoruna-4-cü dərəcəli nəzarətçi çilingər vəzifəsinə qəbul edilmişdir (əmr № 82, 09.11.1981); 22.07.1982-ci ildə vəzifəsindən azad olmuşdur (əmr № 47, 22.07.1982); “Üzümyetişdirməsovxozu” trestinin SMK-9-da 17.08.1982-ci ildə ikinci dərəcəli fəhlə kimi işə qəbul edilmişdir (əmr № 84-k, 17.08.1983); 01.08.1983-cü ildə vəzifəsindən azad edilmişdir ( əmr № 84-k, 01.08.1983); 01.09.1983-cü ildə əl qaynağı elektrik qaynaqçısı ixtisası üzrə 86 nömrəli texniki məktəbin 49 nömrəli qrupuna qəbul edilmişdir (əmr № 21-k, 09.11.1983); 16.04.1984-cü ildə tam kursu bitirməsi ilə əlaqədar olaraq tələbələr siyahısından xaric edilmişdir (əmr № 56-k, 16.04.1984); “İstilikenerjiavadanlığı” trestinin Bakı X1 –köməkçi avadanlıq sexinə 3-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmişdir (əmr № 84-k, 08.05.1984); 20.09.1984-cü ildə vəzifəsindən azad edilmişdir (əmr № 177-k, 19.09.1984); 12.11.1984-cü ildə “Azəraqrarsənayetikinti” 2 № li trestinin TQİ-68- yə üçüncü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmişdir ( əmr № 168, 12.11.1984); 19.09.1985-ci ildə 4-cü dərəcəli elektrik qaynaqçısı dərəcəsi verilmişdir ( əmr № 135, 19.09.1985); 14.07.1986-ci ildə 5-ci dərəcəli elektrik qaynaqçısı dərəcəsi verilmişdir ( əmr № 68-2, 10.09.1986); 04.08.1987-ci ildə vəzifəsindən azad edilmişdir (əmr № 103, 04.08.1987); 08.02.1988-ci ildə “Azərdəniznefttikinti” trestinin 4 saylı tikintiquraşdırma idarəsinə 3-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmişdir (əmr № 29/лс, 05.02.1988); 01.04.1988-ci ildə əl qaynağı elektrik qaynaqçısının 4 (dördüncü) dərəcəsi bərpa edilmişdir (əmr № 48/k, 01.04.1988); 01.07.1988-ci ildə 1987-ci il üzrə VTKS- 2 və 3 üzrə əməyin ödənilməsinin yeni tarif şərtlərinin tətbiqi ilə əlaqədar olaraq əl qaynağı elektrik qaynaqçısının 4-cü dərəcəsi müəyyən edilmişdir (əmr № 45, 28.06.1988); 08.02.1990-cı ildə “Xəzərdənizneftqaz” İB-nin yenidən təşkili ilə əlaqədar olaraq, birliyin 15.01.90-cı il tarixli 12/35/10 nömrəli əmrinə əsasən “Azərdənizneftikinti” trestinin 4 saylı TQİ 01.01.1990-cı il tarixdən adı dəyişdirilərək “Xəzərdənizneftqaz” trestnin 1 saylı TQİ olmuşdur ( AZDNT trestinin 19.01.90-cı il tarixli 2 nömrəli əmri, “XDNQ” trestinin 09.02.1990-cı il tarixli 3 nömrəli əmri); 10.09.1990-cı il tarixdə vəzifəsindən azad edilmişdir (əmr № 145-k, 10.09.1990); 15.09.1990-cı ildə Daxili işlər orqanlarında xidmət, Bakı şəhər Dİİ Azərbaycan Respublikası PPX alay polis nəfəri (PPX alayının 33л/с nömrəli 06.09.1990-cı il tarixli əmri); 30.12.1991-ci il tarixdə işdən azad edilmişdir (PPX alayının 44 л/с nömrəli 25.12.1991-cı il tarixli əmri); 12.02.1992-ci ildə 4-cü dərəcəli elektrik qaynaqçısı vzifəsinə qəbul edilmişdir ( əmr № 13-k, 12.02.1992); 01.07.1996-cı ildə vəzifəsindən azad edilmişdir (əmr № 34-k, 01.07.1996); 20.11.1997-ci il tarixdə 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmişdir (əmr № 61-k, 20.11.1997); 01.11.1999-cu il tarixdə əmək müqaviləsi bağladıqdan sonra həmin idarədə 5-ci dərəcəli qaynaqçı peşəsində saxlanmışdır. 16.01.2002-ci ildə XDNST-tr-nin 1 №-li TQS-si Qaraçuxur Tikinti Quraşdırma-1 ASC-yə çevrilmişdir. 17.03.2003-cü il tarixdə işdən azad edilmişdir ( əmr № 05-k, 17.03.2003); 25.10.2003-cü ildə qaynaqçı peşəsinə qəbul olunmuşdur (əmr № 447k, 25.10.2003); 07.02.2007-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir (əmr № 42-k, 02.02.2007); 23.02.2008-ci ildə qaynaqçı vəzifəsinə qəbul edilmişdir (əmr № 82-k, 23.02.2008); 23.05.2008-ci ildə əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir (əmr № 82-k, 23.05.2008); 15.06.2008-ci il tarixdə M.M.C şirkətinə 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmişdir; 18.03.2014-cü il tarixdə işdən azad edilmişdir. 27.03.2014-cü il tarixdə “Tekfen İnşaat və Təsisat A.Ş” Azərbaycan nümayəndəliyinə qaynaqçı peşəsi üzrə işə qəbul edilmişdir (əmr № 193-k, 27.03.2014); 27.06.2014-cü ildə əmək müqaviləsinə xitam verilmişdir (əmr № 232-k, 27.06.2014); 17.09.2015-ci ildə "xxxx" BM-də qaynaqçı köməkçisi vəzifəsinə qəbul olunmuşdur ( əmr № 405-k, 01.10.2015); 18.01.2017-ci il tarixdə müqaviləyə xitam verilmişdir (əmr № 44-k, 25.01.2017); 20.12.2017-ci il tarixdə "xxxx" BM qaynaqçı köməkçisi peşəsinə qəbul edilmişdir ( əmr № 917-k, 26.12.2017); 04.12.2018-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir ( əmr № 827-k, 4.12.2018). - DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 27 avqust 2021-ci il tarixli **********4 №li imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 39.800,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 38.067,96 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq müraciətçiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmşdiir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18- ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. - Azərbaycan Respublikası Dövlət X8 tərəfindən verilmiş 28.04.2021-ci il tarixli 139 saylı arayışında qeyd olunmuşdur ki, həqiqətən iddiaçı 1978-1979-cu illərdə şamaxı rayonunun “Lenin adına” sovxozunda, 1979-cu ildə “Nəsimi adına” sovxozda, 1985-1987ci illərdə, “68” saylımexanikləşdirilmiş səyyar dəstədə işləmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 13.04.2021-ci il tarixli BA-01423-2021 saylı məktubunda qeyd olunmuşdur ki, həqiqətən Dövlət Arxivinin Bakı filialında saxlanılan Bakı-Qazan Mexaniki zavodunun arxiv sənədlərinin əmr kitablarında 1961-ci il təvəllüdlü vət. İddiaçı 08.05.1984-cü il tarixli, 84/k saylı əmrlə 03.05.1984-cü il tarixdən 3-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə işə qəbul olunması və 19.09.1984-cü il tarixli, 177/k saylı əmrlə 20.09.1984-cü il tarixdən öz xahişi ilə işdən azad olunması barədə məlumatlar vardır. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X9 tərəfindən Şamaxı şəhər Regional Asan Xidmət mərkəzinə verilmiş 28 aprel 2021-ci il tarixli 139 nömrəli cavab məktubda qeyd olunmuşdur ki, Şamaxı rayon PMK-9 müəssisəsinin 1982- 1983-cü illər dövrü sənədləri Dövlət X9na təhvil verilməmişdir. Qaz İstismar idarəsinin 1981-1982-ci illərə aid dövrü sənədləri Dövlət X9na təhvil verilmədiyi üçün ərzə cavablandırılmamışdır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Qaradağ rayon İdarəsi tərəfindən verilmiş 12.11.2021-ci il tarixli 1487 və 1488 saylı məktublarda qeyd olunmuşdur ki, İddiaçı 02.07.1979-cu il tarixdən 03.07.1981-ci il tarixədək keçmiş SSSR-in Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmiş və təxris olmuşdur. 26.01.1980-ci il tarixdən 03.07.1981-ci il tarixədək Əfqanıstan Respublikasında hərbi xidmət keçmişdir. 05.01.2012-ci il tarixdə hərbi vəzifəlilərin hərbi qeydiyyatın son yaş həddinə çatdığı üçün hərbi qeydiyyatdan çıxarılmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Hazırki işdən görünür ki, iddiaçı ona 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini tələb edir. 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Qaydaların 3.2.1-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə müəyyən edilir. Qaydaların 3.6-cı bəndinə görə qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. “Qaydalar”ın 4.1.10-cu bəndinə görə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən şəxsə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün lazım olan əmək stajı 01.01.2006-cı il tarixə qədər toplanmış olduqda, pensiya təyin edilməsi əvələr qüvvədə olmuş qanunvericiliklə yəni, “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna uyğun təyin edilməlidir. Sadalanan normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 55 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 25 illik ümumi və 12,5 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 57 yaşdan təyin edilir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün 2 əsas şərt: 1) 57 yaşının tamam olması; 2) 01.01.2006-cı il tarixə 25 illik ümumi və 12,6 illik xüsusi iş stajının toplanması. İşdən aydındır ki, iddiaçı xx.xx.1961-ci ildə anadan olub və 57 yaşının tamam olduğu 04.03.2018-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. İnzibati orqana müraciət etdiyi tarixdə isə 57 yaşı tamam olmuşdur. Həmçinin iş materiallarından müəyyən edilir ki, 01.01.2006-cı il tarixə iddiaçının 25 ildən çox ümumi stajı və 12,6 ildən çox güzəştli şərtlərlə iş stajı vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən isə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir; 1.5. Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, əmək kitabçalarının hazırlanması, verilməsi, doldurulması və saxlanması qaydası Azərbaycan Respublikası qanunvericiliyi və bu Əsasnamə ilə tənzimlənir. 1992-ci ildən 01.01.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; Əmək kitabçasına əsasən, 01.01.2006-cı il tarixə hərbi xidmət (03.07.1981 – 02.07.1979 = 2 il 01 gün) və təhsil illəri (17.04.1984 – 01.09.1983 = 07 ay 16 gün) , həmçinin 139 saylı arxiv arayışında qeyd edilən əmək fəaliyyəti dövrləri (1978-1979; 1985- 1987) və 09.11.1981-ci ildən 01.01.2006-cı ilə qədərki əmək fəaliyyəti dövrləri ((22.07.1982 – 09.11.1981 = 08 ay 13 gün) + (01.08.1983 – 17.08.1982 = 11 ay 14 gün) + (20.09.1984 – 08.05.1984 = 04 ay 12 gün) + (04.08.1987 – 12.11.1984 = 2 il 08 ay 22 gün) + (10.09.1990 – 08.02.1988 = 2 il 07 ay 02 gün) + (30.12.1991 – 15.09.1990 = 1 il 03 ay 15 gün) + (01.07.1996 – 12.02.1992 = 4 il 04 ay 19 gün) + (17.03.2003 – 20.11.1997 = 5 il 03 ay 27 gün) + (01.01.2006 – 25.10.2003 = 2 il 02 ay 06 gün) = 20 il 06 ay 02 gün)) nəzərə alınmaqla, ümumilikdə 01.01.2006-cı ilə qədər toplanmış 25 ildən çox ümumi əmək stajı mövcuddur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4 və 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İş materiallarında olan: - "xxxx" ASC tərəfindən verilmiş 12 aprel 2021-ci il tarixli 01 nömrəli aydınlaşdırıcı arayışda göstərilmişdir ki, İddiaçı “XDNST” Trestinin 1 saylı TQİ-də işləyib: 08.02.1988-ci il “AzDNT” tresti 4 TQİ, İİİ dərəcə elektrik qaynaqçı Əmr № 29 05.02.1988; 01.04.1988-ci il Siyahı № 2, səhifə 201 əl ilə qaynaq aparan qaynaqçı kod 23200000-19906; 01.04.1988ci il “AzDNT” tresti 4 №- TQİ, İV dərəcə elektrik əl qaynaqçı Əmr №48/k 01.04.1988; 01.07.1988-ci il Siyahı № 2, səhifə 201 əl ilə qaynaq aparan əl qaynaqçı kod 23200000- 19906; 01.07.1988-ci il “AzDNT” tresti 4 №-TQİ, İV dərəcə əl qaynaqçı Əmr № 45/k 01.07.1988; 28.06.1988-ci il Siyahı № 2, səh və 201 əl ilə qaynaq aparan əl qaynaqçı kod 23200000-19906; 26.08.1988-ci il “AzDNT” tresti 4 №-TQl, İV dərəcə əl qaynaqçı Əmr № 151 28.06.1988; 09.02.1990-cı il Siyahı № 2, səhifə 201 əl ilə qaynaq aparan əl qaynaqçı kod 23200000- 19906; 09.02.1990-cı il “XDNST” tresti 1№-TQİ, İV əl qaynaqçı Əmr № 3 09.02.1990; 10.09.1990-cı il Siyahı № 2, səhifə 201 əl ilə qaynaq aparan əl qaynaqçı kod 23200000- 19906:10.09.1990-cı il “XDNST” tresti 1№-TQİ, İV əl qaynaqçı Əmr № 145/k 10.09.1990; 12.02.1992-cı il “XDNST” tresti 1№-TQİ, İV əl qaynaqçı Əmr № 13/k 12.02.1992; 01.07.1996-cı il Siyahı № 2, səhifə 201 əl ilə qaynaq aparan əl qaynaqçı kod 23200000- 19906; 01.07.1996-cı il “XDNST” tresti 1№-TQİ, İV əl qaynaqçı Əmr № 34/k 01.07.1996; İİİ 20.11.1997-ci il “XDNST” tresti 1№-TQİ, V əl qaynaqçı Əmr № 61/k 20.11.1997; 01.11.1999-cu il Siyahı №2, səhifə 201 əl ilə qaynaq aparan əl qaynaqçı kod 23200000- 19906; 16.01.2002-ci il “XDNST” tresti 1№-TQİ, V əl qaynaqçı; 16.01.2002-ci il Siyahı № 2, səhifə 201 əl ilə qaynaq aparan el qaynaqçı kod 23200000-19906; 16.01.2002-ci il "xxxx" ASC, V əl qaynaqçı Əmr № 05 25.01.2002; 17.03.2003-cü il Siyahı №2, səhifə 201 əl ilə qaynaq aparan əl qaynaqçı kod 23200000-19906; 17.03.2003-cü il "xxxx" ASC, V əl qaynaqçı V əl qaynaqçı Əmr № 05 17.03.2003; 16 yanvar 2002-ci il tarixdən “XDNST” Trestinin 1 saylı TQİ-si "xxxx" Açıq Səhmdar Cəmiyyətə çevrilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı əmrinə əsasən 2№-li siyahı ilə təqaüd almaq hüququna malikdir. - "xxxx" BM Mühəndislik Tikinti Quraşdırma Emalat tərəfindən verilmiş 26.05.2021- ci il tarixli AFF-2021/12 k saylı məktubdan müəyyən olunur ki, X3 həqiqətən "xxxx" Birgə Müəssisəsinin layihələrində qaynaqçı, qaynaqçı köməkçisi, konstrusksiya quraşdırıcısı peşəsində işləyir. Onun "xxxx" Birgə Müəssisəsində güzəştli iş stajı aşağıdakı kimi qəbul edilməlidir: 25.10.2003-01.02.2007-ci illər X7 Azf-067 layihəsində qaynaqçı (elektrik əl qaynaqçısı) peşəsində 3 il 3 ay 7 gün (üç il, üç ay, yeddi gün) çalışmışdır; 23.02.2008- 23.05.2008-ci illər X7 Azf-73 layihəsində qaynaqçı (elektrik əl qaynaqçısı) peşəsində 3 ay 1 gün (üç ay, bir gün) çalışmışdır; 17.09.2015-18.01.2017-ci illər X7 Azf-087 layihəsində qaynaqçı köməkçisi peşəsində 1 il 4 ay 2 gün (bir il, dörd ay, iki gün) çalışmışdır; 20.12.2017-04.12.2018-ci illər X7 Azf-094 layihəsində qaynaqçı köməkçisi peşəsində 11 ay 15 gün (on bir ay, on beş gün) çalışmışdır; 04.02.2019-cu ildən hal-hazırki dövrədək X7 Azf-099 layihəsində 4-cü dərəcəli konstruksiya quraşdırıcısı peşəsində 1 il 3 ay 23 gün (bir il, üç ay, iyirmi üç gün) çalışır. 5 il 10 ay 1 gün (beş il, on ay, bir gün). Onun işlədiyi iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının 35-ci maddəsində, “Ümumi peşələr” başlığı altında nəzərdə tutulmuş qaz qaynaqçıları bəndinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsi tərəfindən verilmiş 08.05.2021-ci il tarixli 022/22-29262x-3221 saylı məktubu ilə təqdim olunmuş arayışın surətindən müəyyən olunur ki, xx.xx.1961-ci il təvəllüdlü vətəndaş İddiaçı 15.09.1990-cı il tarixdən 20.12.1991-ci il tarixədək Bakı şəhəri Qaradağ rayon Daxili İşlər şöbəsinin Postpatrul xidmətinə milis nəfəri vəzifəsinə qəbul edilmişdir (Bakı ş Dİİ-nin PPXA № 33ş/h, 06.09.1991); 20.12.1991-ci il tarixdə “Daxili işlər orqanlarından sıravi və rəis heyətinin xidməti işdən xaric edilməsi haqqında Müvəqqəti Təlimatın 65-ci maddəsinə (ailə vəziyyəti ilə əlaqədar) əsasən tutduğu vəzifədən azad edilmişdir (Bakı ş. Dİİ-nin PPXA № 44ş/h 25.12.1991). Bakı şəhər Daxili İşlər İdarəsinin Post Patrul Xidməti Alayının 30.03.1991-ci il tarixli 24 nömrəli və 15.09.1981-ci il tarixli 60 nömrəli əmrləri ilə fövqəladə vəziyyət rejiminində güzəştli xidmət müddəti 3 ay 24 gün (228 gün: 2) təşkil etmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İddiaçı Q.Xanliyevin əmək şəraiti zərərli və ağır olan işlərdə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin» 2 nömrəli siyahısının Ümumi peşələr adlanan XXXİİİ fəsilində 23200000—19906 kodu altında “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsinə uyğun gələn peşələrdə 17 il 06 ay 16 gün (20.09.1984 – 08.05.1984 = 04 ay 12 gün) + (04.08.1987 – 12.11.1984 = 2 il 08 ay 22 gün) + (10.09.1990 – 08.02.1988 = 2 il 07 ay 02 gün) + (01.07.1996 – 12.02.1992 = 4 il 04 ay 19 gün) + (17.03.2003 – 20.11.1997 = 5 il 03 ay 27 gün) + (01.01.2006 – 25.10.2003 = 2 il 02 ay 06 gün) = 17 il 06 ay 16 gün)) işləməsi məhkəmə araşdırması ilə öz təsdiqini tapır. Cavabdeh orqan apelyasiya şikaytində “Əmək pensiyaları haqqında” qanunun 9.1-ci maddəsinə istinad edrək, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının yetrəli olmamasını qeyd etmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün zəruri olan ümumi və xüsusi əmək stajı 01.01.2006-cı il tarixədək mövcuddur. Odur ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı zamanı “Əmək pensiyaları haqqında” qanunun 9.1-ci maddəsi deyil, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin “b” bəndinin müddəaları tətbiq edilməli və güzəştli şərtlərlə pensiya təyinatı zamanı pensiya təyin edilən tarixə yalnız iki meyarın mövcudluğu nəzərə alınmalıdır: staj (25 il iş stajı, bu müddətin azı 12 il 06 ayını ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləmişdir) və yaş (57 yaş). Çünki həmin maddənin pensiya kapitalının tələbi ilə bağlı tətbiqini Qanunun 9.8-ci maddəsi istisna edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində bu Qanun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərdən bəhs edilir. Sözügedən maddədə əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun yaş və stajla bağlı müddəalarının tətbiqi nəzərdə tutulmuşdur. Bəhs edilən normanın iddiaçıya münasibətdə tətbiq edilməsi onu ehtiva edir ki, iddiaçıya yaşı və (ümumi və xüsusi) stajı olduğu halda pensiya təyin edilməsi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi də “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinin müddəalarına uyğun hüquqi qiymətləndirmə aparmış və iddiaçıya 57 yaşının tamam olduğu 04.03.2018ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməli olması nəticəsinə gəlmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərini nəzərə alaraq və vahid məhkəmə təcrübəsinə əsaslanaraq pensiya məbləğinin iddiaçıya 04.03.2018-ci ildən deyil, 01.06.2018-ci il tarixdən, yəni iddiaçının müraciət etdiyi vaxtdan 3 il müddət əvvəldən hesablanaraq birdəfəyə ödənilməsi nəticəsini əsaslandırarkən düzgün olaraq qeyd etmişdir ki, “...“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun hər iki redaksiyada olan maddələrini birgə təhlil etdikdə müəyyən olunur ki, 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, 01.07.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), 01.07.2017ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır.” Kollegiya məhkəmənin mövqeyilə razılaşır və hesab edir ki, iddia tələbi “04.03.2018ci il tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi” hissəsində iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Yuxarıda sadalanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirilmiş və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 01 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2640/2022 saylı, 01 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1651/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1651/2022
06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver