Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1652/2023 08.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X16 Oruczadənin sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və X8 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı 3-cü şəxs X5 işə cəlb edilməklə “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9152/2022 saylı, 01 noyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Milli Elmlər Akademiyası cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı X6 3-cü şəxs qismidə göstərilməklə AMEA-nın yataqxanasının yerləşdiyi ünvan ünvan 1mi qeydiyyata alınmış X2 AMEA X15 İşlər İdarəsinin tabeliyində olan yataqxanadan qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən İddiaçı yataqxanasında AMEA-nın Kibernetika (indiki X3) İnstitutunun "Kibernetika" XKB mühəndis konstruktor vəzifəsində 05 may 2021-ci il tarixə qədər çalışmış, AMEA əməkdaşı olmuş X5 16 sentyabr 2002-ci il tarixdə, 45 nömrəli orderlə sözügedən yataqxanada yaşayış sahəsi kimi 42 B nömrəli otaqla təmin olunmuş və həmin yaşayış yeri üzrə daimi qeydiyyata alınmışdır. X2 əmək müqaviləsinə 05 yanvar 2012-ci il tarixində, AMEA X3 direktorunun 05 yanvar 2012-ci il tarixli 1 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 a bəndinə əsasən öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. Bununla belə, vaxtilə AMEA-nın yataqxanasında yaşayış yeri üzrə qeydiyyata alınmış, lakin, hazırda AMEA-da işləməyən X5 uzun müddətdir ki, qeyd olunan otaqda yaşamır və onun yaşayış yeri AMEA-ya məlum deyildir. 10- 18 mart 2022-ci il tarixlərində, ünvan 2 ünvanında yerləşən İddiaçına aid yataqxananın 4-cü mərtəbəsində yerləşən, 42 B saylı otaqda yaşayışın olub-olmamasının müəyyənləşdirilməsi məqsədi ilə keçirilən yoxlamalar zamanı tərtib olunmuş 14 mart 2022ci il tarixli aktla müəyyən olunmuşdur ki, X5 həmin 42 B nömrəli otaqda uzun müddətdir yaşamır, onun yaşayış yeri AMEA-ya məlum deyildir. 14 mart 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən İddiaçına aid yataqxananın müdiri X17, həmin yataqxananın elektriki X10, fəhlə vəzifəsində çalışan X13, santexnik X18, xadimə X4 tərəflərindən tərtib olunan aktla müəyyən olunur ki, X5 vaxtilə yataqxanada məskunlaşsa da, lakin, qeyd edilən otaqda uzun müddətdir yaşamır. 18 mart 2022-ci il tarixində ünvan 4 ünvanında yerləşən İddiaçına aid yataqxananın müdiri X17, həmçinin yataqxananın elektriki X9, fəhlə vəzifəsində çalışan X13, santexnik X18, xadimə X4 tərəflərindən tərtib olunan aktla AMEA X15 İşlər İdarəsinin tabeliyindəki yataqxanada yoxlama zamanı X2 istifadəsində verilmiş 42 B nömrəli otaqda heç kəsin yaşamaması müəyyənləşdirilmişdir. 42 B nömrəli otağı bağlı saxlamaqda davam edən X5 hal-hazırda AMEA-nın Kibernetika (indiki X3) İnstitutunda işləmir və sözügedən 42 B nömrəli otaqda yaşamır, lakin, qeydiyyatda qalmaqda davam edir. Sözügedən 42 B nömrəli otağın X5 tərəfindən AMEA-ya qaytarılması məqsədi ilə AMEA X15 Hüquq Şöbəsinin müdiri Nümayəndə tərəfindən 08 aprel 2022-ci il tarixində Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə 08- 69-2022 nömrəli məktub ünvanlanmışdır. Bakı şəhəri Yasamal rayon Polis İdarəsi tərəfindən cavab olaraq, 14 aprel 2022-ci il tarixli, 091-22994-1222 nömrəli məktubla AMEA-ya 25 aprel 2022-ci il tarixdə daxil olmuş AMEA X15 Hüquq Şöbəsinə bildirilmişdir ki, X2 ünvan 3 ünvanında yerləşən AMEA-nın Yataqxanasından qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət olunmalıdır. Hal-hazırda qeyd olunan səbəblərlə bağlı bir sıra şəxslərin, o cümlədən X2 AMEA X15 İşlər İdarəsinin tabeliyində olan yataqxanada qeydiyyatdan çıxarmadan otaqla təmin olunmaq üçün AMEA-nın onlarla əməkdaşını, o cümlədən AMEA-nın doktorant, dissertant və magistrantlarını yaşayış sahələri ilə təmin etmək mümkün deyildir. Sonradan iddiaçı tərəfindən iddia ərizəsinə əlavələr təqdim edilərək bildirilmişdir ki, ünvan 2 ünvanında yerləşən AMEA-nın yataqxanasında qeydiyyatda olan vətəndaş X2 yaşayış sahəsindən qeydiyyatdan çıxarılması öhdəliyinin Bakı şəhəri Yasamal rayon Polis idarəsinin üzərinə qoyulması barədə yekun məhkəmə qərarının çıxarılması zamanı AMEA-nın aspirantlar yataqxanasının Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 93-cü maddəsinə əsasən vətəndaşların AMEA-da təhsil aldığı müddət ərzində yaşamaları üçün nəzərdə tutulması, vətəndaşların AMEA-da təhsillərini başa vurduqdan sonra həmin yataqxanadan qeydiyyatdan çıxmalı və onlara yaşamaq üçün verilən yaşayış sahəsini AMEA-ya təhvil verməli olduqlarının nəzərə alınmasını, vətəndaş könüllü olaraq AMEA-nın yataqxanasından qeydiyyatdan çıxmadığına və Bakı şəhər Yasamal rayon Polis İdarəsinin onu qeydiyyatdan çıxarmaqdan imtina etdiyinə görə qanunvericiliyin tələblərinə uyğun olaraq, iddiaçı tərəf məhkəməyə müraciət etmişdir ki, vətəndaşın qeydiyyatdan çıxarılma öhdəliyi Polis İdarəsinin üzərinə qoyulması ilə bağlı Məhkəmənin yekun qərarı çıxarılsın. Eyni zamanda bildirilmişdir ki, vətəndaşın vaxtilə yataqxanaya hansı sənədlər əsasında və hansı formada qeydiyyata düşməsi hazırda yataqxanada yaşayıb-yaşamaması və ya digər halların onun qeydiyyatdan çıxarılmasına heç bir aidiyyatı yoxdur. Bu məsələ ilə bağlı, yəni qeydiyyatdan çıxarılması üçün əhəmiyyət kəsb edən yeganə hal vətəndaşın qanunun birbaşa tələblərinə əsasən, hazırda AMEA-da təhsil almaması faktıdır. ünvan 2 ünvanında yerləşən AMEA-nın yataqxanası Daşınmaz əmlakın dövlət reyestrində Aspirantlar yataqxanası kimi qeydiyyatdadır. Hazırda da yataqxana Daşınmaz əmlakın dövlət reyestrində Aspirantlar üçün yataqxana binası adı ilə qeydiyyatda olmaqda davam edir. X5 isə hazırda AMEA-da təhsil almır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91-ci maddəsinin tələblərinə əsasən, AMEA-nın aspirantlar yataqxanası xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aid olmaqla, yalnız AMEA-da təhsil alan şəxslər üçün nəzərdə tutulmuşdur. Bu (91.3.) Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməzlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92-ci maddəsinin tələblərinə əsasən, AMEA-nın aspirantlar yataqxanası təyinatına görə yalnız AMEA-da təhsil alan şəxslər üçün nəzərdə tutulmuş müvəqqəti yaşayış sahələridir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 93-cü maddəsinin tələblərinə əsasən, AMEA-nın aspirantlar yataqxanasında yaşayış sahələri vətəndaşların AMEA-da təhsil aldıqları müddət ərzində yaşaması üçün nəzərdə tutulur. (93.2.) Yataqxana bu məqsədlər üçün xüsusi olaraq inşa edilmiş və yenidən təchiz edilmiş binalar və ya onların hissələrində yerləşir. (93.3.) Yataqxanalarda yaşayış sahələri mebel ilə və vətəndaşların orada yaşaması üçün zəruri olan digər əşyalarla təmin edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 102.1-ci maddəsinin tələblərinə əsasən, AMEA-nın aspirantlar yataqxanasında yaşayış sahəsinin kirayə müqavilələri təhsillərini başa vurmuş şəxslərlə avtomatik olaraq ləğv edilmiş hesab olunduğundan, ora ancaq AMEA-da təhsil alan şəxslər üçün nəzərdə tutulduğundan, üsulundan və yolundan asılı olmayaraq, digər şəxslərin yerləşdirilməsi qanunsuz olduğundan, digər vətəndaşlar, yəni AMEA-da təhsil almayan şəxslər yaşayış sahələrini boşaltmalıdırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 104.2-ci maddəsinin tələblərinə əsasən, AMEA-nın aspirantlar yataqxanasında yaşayış sahəsinin kirayə müqaviləsi təhsil aldığı müddətləri əhatə edir. Təhsilin başa çatması yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Əgər şəxs AMEA-da təhsil almırsa, onun orada məskulaşması, qeydiyyata alınması və ya orada yaşaması üçün hər hansı bir təşkilat tərəfindən “order” verilməsi tamamilə qanunsuzdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-9152/2022 saylı qərardadı ilə iş üzrə X5 3-cü şəxs qismində cəlb edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı hər-hansı bir münasibət təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9152/2022 saylı, 01 noyabr 2022-ci il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən AMEA-nın yataqxanası AR ƏMDX-nin Dövlət Reyestrində İddiaçı aspirantları üçün nəzərdə tutulmuş yataqxana binası kimi qeydiyyatdan keçmişdir, odur ki, qanunun tələbinə əsasən vətəndaşların sözügedən yataqxanada müvəqqəti qeydiyyata alınmaları üçün AMEA-nın magistratura, doktorantura və dissertanturasında təhsil almaları vacibdir, belə ki, AR Mənzil Məcəlləsinin 91.1 və 91.2-ci maddələrinin tələblərinə əsasən AMEA-nın Aspirantlar yataqxanası xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aid olmaqla yalnız AMEA-da təhsil alan şəxslər üçün nəzərdə tutulmuşdur. Mənzil Məcəlləsinin 91.3-cü maddəsinin tələblərinə görə xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməzlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92-ci maddəsinin tələblərinə əsasən, İddiaçı Aspirantlar yataqxanası təyinatına görə yalnız İddiaçı magistratura, doktorantura və dissertanturasında təhsil alan şəxslər üçün nəzərdə tutulmuş müvəqqəti yaşayış sahələridir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 93.1-ci maddəsinin tələblərinə əsasən, İddiaçı Aspirantlar yataqxanasında yaşayış sahələri vətəndaşların AMEA-da təhsil aldıqları müddət ərzində yaşamaları üçün nəzərdə tutulur. Həmin məcəllənin 93.2-ci maddəsinə görə yataqxana bu məqsədlər üçün xüsusi olaraq inşa edilmiş və yenidən təchiz edilmiş binalar və ya onların hissələrində yerləşir. Mənzil Məcəlləsinin 93.3-cü maddəsinə əsasən yataqxanalarda yaşayış sahələri mebel ilə və vətəndaşların orada yaşaması üçün zəruri olan digər əşyalarla təmin edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 102.1-ci maddəsinin tələblərinə əsasən, İddiaçı Aspirantlar yataqxanasında yaşayış sahəsinin kirayə müqavilələri təhsillərini başa vurmuş şəxslərlə avtomatik olaraq ləğv edilmiş hesab olunduğundan, ora ancaq AMEA-da təhsil alan şəxslər üçün nəzərdə tutulduğundan, üsulundan və yolundan asılı olmayaraq, digər şəxslərin yerləşdirilməsi qanunsuz olduğundan, digər vətəndaşlar yaşayış sahələrini boşaltmalıdırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 104.2-ci maddəsinin tələblərinə əsasən, İddiaçı Aspirantlar yataqxanasında yaşayış sahəsinin kirayə müqaviləsi təhsil aldığı müddətləri əhatə edir. Təhsilin başa çatması yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Əgər şəxs AMEA-da təhsil almırsa, onun orada məskunlaşması, qeydiyyata alınması və ya orada yaşaması üçün hər hansı bir təşkilat tərəfindən “order” və ya digər sənədin verilməsi tamamilə qanunsuzdur. Ona görə də, ünvan 2 ünvanında yerləşən AMEA-nın Aspirantlar yataqxanasında yaşayan sakinlərin həmin ünvanda daimi qeydiyyata alınmaları istənilərsə, birinci növbədə İddiaçı Aspirantlar yataqxanasının statusu və təyinatı dəyişdirilməlidir. Əks halda vətəndaşların AMEA-nın Aspirantlar yataqxanasında daimi qeydiyyata alınmaları barədəki müraciətlərinin təmin olunmaları qanunun tələblərinə tamamilə ziddir. Yuxarıda göstərilənlərə əsasən, hazırki halda iş üzrə ünvan 2 ünvanında yerləşən AMEA-nın Aspirantlar yataqxanasında qeydiyyatda olan vətəndaş X2 həmin ünvanda daimi qeydiyyatda qalması qanunamüvafiq hesab olunmur və İddiaçı apellyasiya şikayəti tamamilə əsaslı olduğundan təmin olunmalıdır. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, hazırki günədək həmin mənzildə yaşayır, buna sübut qismində kommunal ödənişlərə dair qəbzlər məhkəmə kollegiyasına təqdim edilmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş iddiaçı və cavabdeh məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdir, iddiaçının nümayəndəsi ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, iş üzrə yekun qərarın qəbul olunması zamanı nəzərə alınmalı ola biləcək, əhəmiyyətli ola biləcək yeni halların tərəflərindən yoxlanılması zərurəti yarandığından, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Həmçinin cavabdeh inzibati orqan ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakları olmadan keçirilməsinə və qərar çıxarılmasını etiraz etmədiklərini bildirmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və cavabdehin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Hazırki iddia öhdəliyin icrasına dair iddiadır. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçı inzibati orqana müraciət etmiş, inzibati orqan müraciətini təmin etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassızdır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İşin hallarından müəyyən olunur ki, ünvan 7 ünvanında yerləşən yataqxana binası iddiaçı Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının balansındadır. İddiaçı sözügedən yataqxana binasının aspirantların binası olduğunu, həmin binanın 42B nömrəli mənzilində qeydiyyatda olan X2 hazırda AMEA-da işləmədiyi, təhsil almadığı, sözügedən mənzildə faktiki yaşamadığını əsas gətirərək sonuncunun həmin ünvandan qeydiyyatdan çıxarılmasını inzibati məhkəmə icraatında mübahisələndirir. İddiaçı Azad Həmkarlar İttifaqının xx.xx.2002-ci il tarixli 45 nömrəli orderinə əsasən ünvan 8 ünvanında yerləşən 42 nömrəli mənzil bir nəfər ailə tərkibində üçüncü şəxs X2 istifadəsinə verilmişdir. İddiaçı Azad Həmkarlar İttifaqı Yataqxana və mənzil komissiyasının xx.xx.2002-ci il tarixli iclasının protokolundan çıxarışa əsasən Azərbaycan Milli Elmlər X1 “Kibernetika” XKB mühəndis konstruktoru X5 AMEA-nın Şərifzadə küçəsi 12, 2 №-li yataqxanasına daimi qeydiyyata götürülmüşdür. X5 2005-ci il tarixdən ünvan 9 ünvanında yaşayış yeri üzrə qeydiyyata alınmış və qeydiyyata alınma üçün 45 nömrəli order və xx.xx.2002-ci il tarixli protokol əsas götürülmüşdür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Eyni Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, “yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeydedilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıbyaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd edilən 24 sentyabr 2020-ci il tarixli Qərarında bu nəticəyə gəlmişdir ki: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Beləliklə, Konstitusiya Məhkəməsinin adıçəkilən Qərarına istinad edərək məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır:
1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir;
2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən mənzilin üçüncü şəxsin istifadəsinə verilərkən qüvvədə olmuş 8 iyul 1982-ci il tarixli “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Sovet Sosialist Respublikasının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin: -106-cı maddəsinə əsasən fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Yataqxanalar xüsusi tikilmiş və ya həmin məqsədlər üçün yenidən qurulmuş yaşayış evlərində yerləşdirilir. Yataqxanalar orada qalan vətəndaşlarınyaşaması, məşğul olması və istirahəti üçün lazım olan mebellə, digər ev müxəlləfatı və mədəni-məişət predmetləri ilə komplektləşdirilir. SSR İttifaqı qanunvericiliyinə uyğun olaraq yataqxanalar haqqında nümunəvi əsasnaməni müvafiq həmkarlar ittifaqı və komsomol orqanları ilə razılaşdırmaqla Azərbaycan SSR Nazirlər Soveti, SSRİ nazirlikləri, dövlət komitələri və baş idarələri təsdiq edirlər. -107-ci maddəsinə görə yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Mədəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. -108-ci maddəsinə əsasən işi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Müəssisələrin, idarələrin, təşkilatların işlə əlaqədar olaraq yataqxanada yer almış başqa işçiləri üzürlü səbəblər olmadan öz arzusu ilə, əmək intizamını pozduğuna və ya cinayət etdiyinə görə işdən çıxarıldıqda digər yaşayış sahəsi verilmədən çıxarıla bilərlər. Başqa əsaslara görə işi dayandırmış şəxslər, habelə bu Məcəllənin 105-ci maddəsində göstərilən şəxslər yalnız digər yaşayış sahəsi verilməklə çıxarıla bilərlər. -105-ci maddəsinə görə aşağıdakılar digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməzlər: müharibə əlilləri və hərbi qulluqçular sırasından olub SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində yaxud cəbhədə olmaqla əlaqədar xəstəliyə tutulma nəticəsində əlil olmuş digər şəxslər; döyüşən ordunun tərkibində olmuş Böyük Vətən müharibəsi iştirakçıları; SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş və ya xəbərsiz itkin düşmüş hərbi qulluqçuların və partizanların ailələri; hərbi qulluqçuların ailələri; SSRİ Daxili İşlər Nazirliyi orqanlarının sıravi və rəis heyətindən olan, xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində əlil olmuş şəxslər; xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı on il işləmiş şəxslər; vəzifəsi ilə əlaqədar yaşayış sahəsi almış, vəzifədən azad edilmiş, lakin həmin sahəni verən müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsməmiş şəxslər; müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi ilə əlaqədar yaxud işçilərin sayının və ya ştatının ixtisar edilməsi nəticəsində işdən çıxmış şəxslər; qocalığa görə pensiyaçılar; fərdi pensiyaçılar; xidməti yaşayış sahəsi verilmiş və ölmüş işçinin ailə üzvləri; İ və İİ qrup əmək əlilləri, əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər hərbi qulluqçular və onlara bərabər tutulan şəxslər sırasından İ və İİ qrup əlillər; yalqız şəxslər və onlarla birlikdə yaşayan həddi-büluğa çatmamış uşaqlar. Azərbaycan SSR Nazirlər Sovetinin 29 avqust 1980-ci il tarixli 363 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yataqxanalar haqqında nümunəvi əsasnamə”nin -2-ci bəndinə görə yataqxanada fəhlələrə, qulluqçulara, tələblərə və şagirdlərə yaşayış sahsi yataqxananın tabe olduğu müəssisənin müdriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Yaşayış sahəsi verilməsihaqqında qərara əsasən müdriyyət yataqxanada yaşayış sahəsinin tutulmasına dair müəyyən edilmiş formada order verir. -16-cı bəndinə görə yataqxanalarda yaşayan şəxslər Azərbaycan SSR Mənzil Məcəlləsinin 108-ci maddəsində nəzərdə tutulan hallarda və qaydada yataqxanadan çıxarılmalıdırlar. Beləliklə, hüquq münasibətlərini tənzimləyən dövr qanunvericiliyin tələblərindən görünür ki, yataqxanada mənzil sahəsi vətəndaşların istifadəsinə iş və ya təhsil dövründə, müvafiq müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı əsasında verilməklə eyni zamanda həmin mənzili tutmaq üçün müdiriyyət tərəfindən order təqdim edilir. Əmək müqaviləsi əsasında işləmiş, eləcə də təhsil almış və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan çıxarılmalıdırlar. Qanunvericilik eyni zamanda digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməyən şəxslərin dairəsini də müəyyən etmişdir. Cavabdehin istinad etdiyi hazırkı halda üçüncü şəxsin AMEA-nın əməkdaşı olmaması və ya təhsil almaması dəlili və yaxud hazırkı halda həmin mənzildə faktiki yaşamaması üçüncü şəxsin həmin mənzildən passport qeydiyyatından çıxarmağa bilavasitə əsas vermir. Qeyd edildiyi kimi üçüncü şəxs sözügedən aspirantlar yataqxanasının mənzilini işlədiyi və təhsil aldığı dövrdə müdriyyət və həmkarlar ittifaqının birgə qərarı ilə əldə etmiş, müdriyyətin verdiyi order əsasında həmin mənzilə köçmüş, qeyd edilən order və qərar əsasında həmin mənzilə pasport qeydiyyatına alınmışdır. Hazırkı halda adı çəkilən order, orderin verilməsinə əsas olmuş müdriyyət və həmkarlar ittifaqı komitəsinin qərarı mübahisələndirilməmişdir. Qeyd edilən sənədlərlə üçüncü şəxsin Mənzil Məcəlləsinin tələbləri əsasında istifadəsinə verilmiş mənzilə dair istifadə hüququnun mövcud olubolmaması yaxud hüququn itirilib-itirilməməsi mülki hüququn predmeti olmaqla cavabdeh inzibati orqanın inzibati icraatı zamanı yoxlayıb qiymətləndirəcəyi məsələ deyildir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin: - 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. - 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9152/2022 saylı, 01 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Kamran Əkbərov Rəşid Səmədov