Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1652/2025 05.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarış və texniki pasportda düzəliş edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Məmmədov Ceyhun Bəşir oğlu (sədrlik edən və məruzəçi), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil Firudin oğlunun, 3-cü şəxsin nümayəndəsi Nümayəndə iştrakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-300/2023 saylı 22 sentyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 05 iyun 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 111 kv.m qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
2. Qeyri-yaşayış sahəsinin xx.xx.2021-ci il tarixdə tərtib edilmiş texniki pasporta əsasən binanın ikildiyi il 2013, mərtəbələrin sayı 14, qeyri-yaşyış sahəsinin yerləşdiyi mərtəbə 1-ci mərtəbə, ümumi və əsas sahəsi 111.0 kv.m təşkil edir.
3. xx.xx.2019-cu il tarixli “İşıq İnşaat“ MTK üzvlərinin ümumi iclasının 4 № protokolundan çıxarışın surətindən görünür ki, vətəndaş İddiaçı kooperativin üzvü qəbul olunmaqla, MTK-nın ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 165 kv.m., qeyri-yaşayış sahəsinin sahibi olması təsdiq edilməsi qərara alınmışdır.
4. 04 noyabr 2019-cu il tarixli Maliyyə Arayışında qeyd olunmuşdur ki, verilir İddiaçı ona görə ki, həqiqətən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 165 kv.m., qeyriyaşayış sahəsinin dəyəri tam ödənilmişdir.
5. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********77 nömrəli məktubunda qeyd olunmuşdur ki, sözügedən qeyri-yaşayış sahəsində yenidənqurma işləri aparılmışdır. Belə ki, müxtəlif ölçülü otaqlar tikilmiş, əlavə qapı və pəncərə qoyulmuşdur. Bundan başqa layihədə göstərilən pilləkən qəfəsi bağlanmışdır. Həmçinin, qeyri-yaşayış sahəsinin bir hissəsi razılaşdırılmış mərtəbə planında öz əksini tapmamışdır. Eskizdə qırıq xətlə göstərilmiş tərəf bağlanmışdır.
6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********83 nömrəli məktubu göndərilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2020-ci il tarixli müayinə (baxış) aktına əsasən Tbilisi pr-ti 1058 küçəsi 32a ünvanında qeyri-yaşayış sahəsi hüquqmüəyyənedici sənəd üzrə ümumi sahə 165 kv.m, faktiki 165 kv.m-dir. Obyektdə rekanstruksiya işləri aparılıb müxtəlif ölçülü otaqlar tikilib, əlavə qapı və pəncərə qoyulub. Layihədə göstərilən pilləkən qəfəsi bağlanıb, qeyri-yaşayış sahəsinin bir hissəsi razılaşdırılmış mərtəbə planında öz əksini tapmayıb. Qırıq xəttlə göstərilən tərəflər bağlanıb.
7. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin xx.xx.2022-ci il tarixli MİHO/2.1.2-2-2022-1920 nömrəli məktubu ilə göndərilmiş 14 oktyabr 2019-cu il tarixli 183 nömrəli istismara icazə sənədinə əsasən sifarişçisi "xxxx" MMC olmaqla Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllə; 6 ədəd 1 girişli, zirzəmili, 14 (+2 səviyyəli mansarda) mərtəbəli yaşayış binaları istismara qəbul edilmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 fevral 2023-cü il tarixli, 10/7640 nömrəli məktubu ilə göndərilmiş ekspert rəyində qeyd olunmuşdur ki, "xxxx" MTK-ya aid Bakı şəhəri, Nəsimi rayonu, Tibilisi pprospekti, 1058-ci məhəllə, ev№ 32a binanın 1-ci mərtəbəsinin razılaşdırılmış layihəsində (mərtəbə planında) İddiaçı aid qeyri-yaşayış sahəsinin ölçüsünün nə qədər göstərilməsini müəyyən etmək mümkün olmamışdır. Həmin qeyri-yaşayış sahəsinin hazırkı faktiki sahəsinin 165,0 kv.m təşkil etdiyi müəyyən edilmişdir. "xxxx" MTK-nın 4 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Tibilisi pprospekti, 1058-ci məhəllə, ev№ 32a binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 165 kv.m., qeyri-yaşayış sahəsinin faktiki vəziyyəti binanın razılaşdırılmış layihəsinə (mərtəbə planına) uyğun gəlibgəlmədiyini müəyyən etmək mümkün olmamışdır. Lakin baxış zamanı təqdim olunan həmin bina ilə eyni tipli (eyni kompleksdə yerləşən) analoji binanın (ev1) razılaşdırılmış layihəsinin 1-ci mərtəbəsinin planında iddiaçının faktiki istifadəsində olan qeyri-yaşayış sahəsinin bir hissəsinin pilləkən qəfəsinə və yeraltı avtodayanacağa düşmək üçün nəzərdə tutulmuş hissəyə, digər hissəsinin isə qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulmuş hissəyə uyğun olduğu müəyyən edilir. Qeyd olunur ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi yaşayış binasında, eləcə də həmin bina ilə eyni tipli digər yaşayış binalarında, təqdim olunan razılaşdırılmış layihə sənədlərində pilləkən qəfəsi və yeraltı avtodayanacağa düşmək üçün nəzərdə tutulmuş sahə kimi qeyd olunanhissələrin faktiki vəziyyətdə mövcud olmadığı, həmin sahələrin qeyri-yaşayış sahəsi kimi inşa edildiyi müəyyən edilir. Bakı şəhəri, Nəsimi rayonu, Tibilisi pprospekti, 1058-ci məhəllə, ev№ 32a binanın 1-ci mərtəbəsində yerləşən iddiaçıya məxsus qeyri-yaşayış sahəsində yenidənqurma və ya yenidən planlaşdırma işlərinin (konstruksiyalarda, mühəndis-kommunikasiya təminatı sistemində və ya xətlərində dəyişikliklər edilmədiyi) aparılmadığı, obyektin istismar keyfiyyətinin saxlanılması məqsədilə cari təmir işlərinin (arakəsmə divarlar hörülmüş, təmir işləri görülmüşdür) görüldüyü müəyyən edilir. Faktiki vəziyyətdə Bakı şəhəri, Nəsimi rayonu, Tibilisi pprospekti, 1058-ci məhəllə, ev№ 32a binanın 1-ci mərtəbəsində yerləşən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin binanın ümumi əmlakına, yəni binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan sahəyə daxil olmadığı, yaşayış binasının birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan sahələrinin (pilləkən qəfəsinin, lift sahəsinin, ümumi dəhliz və.s.) iddiaçıya məxsus qeyri-yaşayış sahəsindən təcrid şəkildə ayrı yerləşdiyi və ayrıca giriş-çıxışının olduğu müəyyən edilir.
9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********61 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı məxus olan qeyri- yaşayış sahəsinə dair arxiv qovluğunda mövcud olan ünvan 3 ünvanda yerləşən 14 mərtəbəli binanın 1-ci mərtəbəsinin razılaşdırılmış layihəsinin təsdiq edilmiş surətini təqdim edirik. Məlumat üçün bildiririk ki, "xxxx" MTK tərəfindən təqdim edilmiş elektron sənədlər arasında ünvan 3 ünvanda yerləşən 14 mərtəbəli binanın 1-ci mərtəbəsinin razılaşdırılmış layihəsi aşkar edilməmişdir.
10. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********81 nömrəli, xx.xx.2020-ci il tarixli məktubda bildirilmişdir ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı ********** nömrəli, xx.xx.2020-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, təqdim edilmiş yerləşmə sxemi ilə faktiki vəziyyət arasında uyğunsuzluqlar mövcuddur. Belə ki,obyektin daxilində müxtəlif otaqlar tikilib və əlavə qapı pəncərələr qoyulub. Həmçinin, qeyri-yaşayış sahəsinin bir hissəsi razılaşdırılmış mərtəbə planında öz əksini tapmamışdır. Bu səbəblərdən ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır. "Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.2-ci maddəsinə əsasən sifarişçi tikinti layihəsinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir.
11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli **********29 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən, mülkiyyətinizdə olan qeyriyaşayış sahəsinin faktiki ölçüsünün 165,0 kv.m olmasına baxmayaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda 111,0 kv.m göstərilməsinə aydınlıq gətirilməsi və tərtib olunmuş çıxarışda müvafiq düzəlişin aparılmasına göstəriş verilməsi barədə müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, adıçəkilən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnuzun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı mütəxəssis tərəfindən yerində texniki baxış keçirilmişdir. Texniki baxış zamanı obyektdə yenidənqurma işləri aparılaraq müxtəlif ölçülü otaqların tikildiyi, layihədə göstərilən pilləkən qəfəsinin bağlanıldığı, qeyri-yaşayış sahəsinin bir hissəsinin razılaşdırılmış mərtəbə planında öz əksini tapmadığı müəyyən olunmuş və bu səbəbdən qanunvericiliyə müvafiq olaraq yalnız razılaşdırılmış mərtəbə planında göstərilən 111,0 kv.m sahə üzərində mülkiyyət hüququnuz qeydiyyata alınmışdır. Nəzərinizə çatdırırıq ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.3-cü və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 165 kv.m olan qeyri-yaşayış sahəsinə verilmiş xx.xx.2021-ci il tarixli ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda və xx.xx.2021-ci il tarixli **********58- 05301-083002 nömrəli texniki pasportda müvafiq düzəliş edilərək daşınmaz əmlakın ümumi sahəsinin 165 kv.m. qeyd olunması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus olan Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllə, ev 32A ünvanında yerləşən 165 kv.m qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı xx.xx.2019-cu il tarixli ********** və xx.xx.2020-ci il tarixli ********** nömrəli Ərizələr Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra - DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinə təqdim olunmuşdur. Həmçinin ərizələrə "xxxx" MTK üzvlərinin ümumi iclasının protokolundan çıxarış, maliyyə arayışı, binanın istismara qəbul edilməsi barədə Dövlət qəbul aktının surəti, Cizgi Plan və digər sənədlər əlavə olunmuşdur. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən hər iki müraciəti ilə əlaqədar olaraq, xx.xx.2019- cu il tarixli **********09 nömrəli və xx.xx.2020-ci il tarixli **********58 nömrəli imtina haqqında bildirişlər tərtib olunmuşdur. Qeyd olunan bildirişlərdən verilmiş xx.xx.2020-ci il tarixli şikayət DƏDRX-ının xx.xx.2020-ci il tarixli **********31 nömrəli qərarı ilə təmin edilməmişdir. İmtina haqqında bildirişlərdə və qərarda imtinaya əsas kimi qeyri-yaşayış sahəsinin yerləşmə sxemi ilə faktiki vəziyyəti arasında uyğunsuzluğun olması qeyd olunaraq "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci, 11.1-ci və 15-ci maddələrinə istinad edilmişdir. Daha sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra -DƏDRX) ********** nömrəli ərizənin icrası ilə əlaqədar olaraq təqdim etdiyi xx.xx.2021-ci il tarixli, **********7 nömrəli çıxarışda əsasən ona məxsus olan Tbilisi prospekti, 1058-ci məhəllə, ev 22A ünvanında yerləşən 165 kv.m. qeyri-yaşayış sahəsinin ümumi sahəsi 111 kv.m. qeyd olunmuşdur. Bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 8.0.6-cı maddəsinə əsasən mənzil- tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil- tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının aparılması üçün əsas hesab olunur. "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2019-cu il tarixli, 4 nömrəli protokolundan çıxarışa əsasən Tbilisi prospekti, 1058-ci məhəllə, ev 32A binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 165 kv.m. qeyri- yaşayış sahəsinin sahibi İddiaçı olmağı təsdiqlənmişdir. Həmçinin "xxxx" MTK tərəfindən verimiş xx.xx.2019-cu il tarixli maliyyə arayışında 1058-ci məhəllə, ev 32A binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 165 kv.m. qeyri-yaşayış sahəsinin dəyərinin tam ödənildiyi qeyd olunmuşdur. Göründüyü kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.6-cı maddəsininin tələbinə uyğun olaraq protokoldan çıxarışda (pay haqqı tam ödənilmişdir) mənə məxsus olan əmlakın ümumi sahəsinin 165 kv.m. sahəsi olmağına baxmayaraq, dövlət reyestrindən çıxarışda əmlakın ümumi sahəsi 111 kv.m. kimi əks olunmuş, bununla da “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” qanununun tələbləri pozulmuşdur. İmtina haqqında Bildirişlərdə daşınmaz əmlakın yerləşmə sxemi ilə faktiki vəziyyəti arasında uyğunsuzluğun olması qeyd olunmuşdur. Bununla bağlı bildirmişdir ki, əmlakın yerləşdiyi "xxxx" MTK kompleksinin xx.xx.2019-cu il tarixli 183 nömrəli sənədlə istismarına rəsmi qaydada icazə verilmişdir və məlum olduğu kimi istismara icazə verilməmişdən əvvəl müvafiq icra hakimiyyəti orqanları tərəfindən yoxlanılmışdır. Əgər, əmlakın yerləşmə sxemi ilə faktiki vəziyyəti arasında uyğunsuzluq olmuş olsaydı, qeyd olunan MTK-nın istismarına icazə verilməsi mümkünsüz olardı.
14. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-7581/2021 nömrəli qərardadı ilə "xxxx" MTK İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışında və pasportda müvafiq düzəliş edilməsi” tələbinə dair iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir.
15. Cavabdeh orqan iddiaya etiraz edir və bildirir ki, İddiaçı müvafiq iddia tələbi ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə müraciəti daxil olmamışdır. ünvan 1 ünvanında yerləşən, mülkiyyətində olan qeyri-yaşayış sahəsinin faktiki ölçüsünün 165,0 kv.m olmasına baxmayaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda 111,0 kv.m göstərilməsinə aydınlıq gətirilməsi və tərtib olunmuş çıxarışda müvafiq düzəlişin aparılmasına göstəriş verilməsinə dair xx.xx.2021-ci il tarixində, ********** daxil olma nömrəli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət etmişdir. Aparılan araşdırılma zamanı müəyyən edilmişdir ki, adıçəkilən qeyri- yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı mütəxəssis tərəfindən yerində texniki baxış keçirilmişdir. Texniki baxış zamanı obyektdə yenidənqurma işləri aparılaraq müxtəlif ölçülü otaqların tikildiyi, layihədə göstərilən pilləkən qəfəsinin bağlanıldığı, qeyri-yaşayış sahəsinin bir hissəsinin razılaşdırılmış mərtəbə planında öz əksini tapmadığı müəyyən olunmuş və bu səbəbdən qanunvericiliyə müvafiq olaraq yalnız razılaşdırılmış mərtəbə planında göstərilən 111,0 kv.m sahə üzərində mülkiyyət hüququnun qeydiyyata alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsində nəzərdə tutulmuş mənziltikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) əlavə edilməlidir Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.2- ci maddəsinə əsasən sifarişçi tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.
16. Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2-1(112)-300/2023 saylı qərarı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarış və texniki pasportda düzəliş edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
17. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının iddia etdiyi qeyriyaşayış sahəsi razılaşdırılmış layihədə olan sahə ölçüsündə- 111 kv.m ölçüdə qeydiyyata alınmışdır. İddia olunan qalan hissənin razılaşdıırlmış layihədə olmaması, əlavə qapı, pəncərə qoyulması, layihədə olan pilləkən qəfəsinin bağlanması, başqa sözlə razılaşdırılmış layihədən kənaraçıxmalar Şəhərsalma və Tikinti Məcəlləsinin yuxarıda qeyd edilən 3.0.20-ci maddəsinə əsasən tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) hesab olunur və bu halda həmin yenidənqurma işləri müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır. Hazırkı halda isə iddiaçı sözügedən yenidənqurma ilə bağlı razılaşdırılmış layihəni və yenidənqurmaya müvafiq olan istismara icazəni inzibati orqana təqdim etməmişdir.
18. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmışdır.
b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2024-cü il tarixli, 2-1(103)-1005/2024 nömrəli qərarı ilə (hakimlər: K.H.Əkbərovun - sədrlik edən və məruzəçi, S.R.Səlimova və M.N.Tağızadə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2-1(112)-300/2023 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
21. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
c) Kassasiya instansiyası məhkəməsində icraat
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 26 dekabr 2024cü il tarixli, 2-1(102)-2408/2024 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2024-cü il tarixli, 2-1(103)-1005/2024 nömrəli qərarın ləğv edilməsi, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
23.Yeni apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri birinci apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır.
e)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətinə dair etiraza daxil olmamışdır.
e) Prosses iştirakçılarının izahatları
25. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilib, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkədən xahiş etdi. Məhkəmədə "xxxx" MTK-nın nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, halhazırda binanın avtomobil dayanacağı istismara qəbul aktına əlavə edilmiş sxemə uyğun deyil. Belə ki, bina sakinləri binaya köçməmişdən öncə avtomobil dayanacaqlarının yeri dəyişdirilmiş və köhnə dayanacaqların yerinin ləğv edilməsi nəticəsində əmələ gəlmiş sahələr qeyri-yaşayış sahələri kimi vətəndaşlara alqı-satqı yolu ilə verilmişdir. İddiaçıya satılmış qeyri-yaşayış sahəsinin qonşuluğunda yerləşən digər qeyri-yaşayış sahələrinə verilmiş mülkiyyət hüququna dair çıxarışlarda sahənin ölçüləri alqı-satqı müqavilələrinə uyğun qeydə alınmış, lakin iddiaçıya satılmış sahə daha az ölçüdə göstərilmişdir. İddiaçı uzun müddətdir ki, həmin qeyri-yaşayış sahəsinə faktiki sahibliyini həyata keçirir. Buna görə də "xxxx" MTK-nın iddia tələbinin təmin edilməsi üçün hər hansı bir etirazı yoxdur. Ötən məhkəmə proseslərində iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin sonuncu keçirilən iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh təşkilat məhkəmədə nümayəndəsinin iştrakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə kollegiyası məhkəmə iclasını cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etdi.
Tətbiq edilən hüquq
26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun:
8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10-cu maddəsinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır.
27. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təstiq edilmiş Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydalarının:
43.1. Dövlət reyestrinə daxil edilmiş məlumatlarda yol verilən cüzi dəyişikliklər, yəni maraqlı şəxslərin hüquqlarına və mənafelərinə təsir etməyən və mühüm nəticələrə səbəb olmayan dəyişikliklər (dövlət reyestrində göstərilmiş şəxsin adının və ya daşınmaz əmlak obyektinin ünvanının dəyişməsi, rekonstruksiya işləri nəticəsində daşınmaz əmlak obyektində baş verən xırda dəyişikliklər və s.) və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsində nəzərdə tutulmuş düzəlişlər müvafiq fəslin ayrıca vərəqində - "Dəyişikliklərin (düzəlişlərin) məzmunu" qrafasına daxil edilir. Müvafiq fəslin "Sənədlər - əsaslar" qrafasında isə belə dəyişikliklərin və ya düzəlişlərin edilməsi üçün əsas olmuş sənədlərin rekvizitləri göstərilir. 43.2. Dəyişikliyin və ya düzəlişin aid olduğu məlumatın əks etdirildiyi vərəqdə "Xüsusi qeydlər" qrafasına dəyişikliyin və ya düzəlişin edilməsi barədə forması qeydiyyat orqanı tərəfindən müəyyən edilən xüsusi ştamp vurulur. Ştampda dəyişikliyin və ya düzəlişin edilmə tarixi, qeydiyyat orqanının müvafiq vəzifəli şəxsinin adının baş hərfi və soyadı, vəzifəsi göstərilir və imzası qoyulur. Bu qayda yeni dəyişiklik və ya düzəliş edilməsi hallarına da şamil olunur.
44. Dövlət reyestrinə daxil edilmiş məlumatlarda yol verilən cüzi dəyişikliklərin və düzəlişlərin edildiyi vərəqlər bu dəyişikliklərin və düzəlişlərin aid olduğu məlumatların əks etdirildiyi vərəqlərdən sonra gəlir. Dəyişikliklərin və düzəlişlərin edildiyi vərəqlər onların aid olduğu vərəqlərin nömrəsi ilə nömrələnir.
28. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi
84.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tikintiyə icazə icraatı çərçivəsində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq tikinti obyekti üçün mühəndis-kommunikasiya təminatı ilə bağlı texniki şərtlərin və həmin texniki şərtlərlə bağlı layihə sənədlərinin təchizat müəssisələri tərəfindən verilməsini təmin edir. 97.1-ci maddəsinə əsasən tikintiyə dövlət nəzarəti zamanı obyektin tikintisinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun aparılması, inşaat konstruksiyalarının (karkasların, qəliblərin və s.) yararlılığı, tikintinin təhlükəsizliyinin təmin olunması, habelə şəhərsalma və tikinti fəaliyyəti subyektlərinin öz vəzifələrini lazımi qaydada icra etmələri yoxlanılır. 101.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. 102.2-ci maddəsinə əsasən obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir.
29. 2020-ci ilin yanvarın 1-dək qüvvədə olan “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli 529 saylı Fərmanının 1.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi 2 ay müddətində 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarını (çoxmənzilli yaşayış binası komplekslərini) tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından müayinə edir, müayinənin nəticələri müsbət olduğu halda çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazır olması barədə rəy tərtib edib, binanın əsas texniki göstəricilərinin və tərkib hissələrinin istismar təyinatının faktiki vəziyyətini, habelə döngə nöqtələrinin koordinatlarını əks etdirən layihəsinin elektron surəti ilə birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ya yerli icra hakimiyyəti orqanına təqdim edir. Həmin Fərmanın 1.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 7 gün müddətində bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə verir və bu barədə Tikintilərin Dövlət Reyestrinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir.
30. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.6 - Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir 94.1 - Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
32. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında (hərəkətsizliyidən müdafiə) iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.2-ci maddələrinə əsasən)
34. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 26-30-cu bəndləri) əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalıdır.
35. Belə ki, hazırki işin hallarından görünür ki, iddiaçı cavabdeh tərəfindən qeyri-yaşayış sahəsinin 111,0 kv.m ölçüdə qeydiyyatı ilə razılaşmır, əmlaka mülkiyyət hüququnun ilkin hüquqmüəyyənedici sənədə uyğun olaraq 165 kv.m ölçüdə qeydiyyata alınmamasını mübahisələndirir.
36. Cavabdeh orqan isə bildirir ki, texniki baxış zamanı obyektdə yenidənqurma işləri aparılaraq müxtəlif ölçülü otaqların tikildiyindən, layihədə göstərilən pilləkən qəfəsinin bağlanıldığından, qeyri-yaşayış sahəsinin bir hissəsinin razılaşdırılmış mərtəbə planında öz əksini tapmadığı müəyyən olunmuş və bu səbəbdən, qanunvericiliyə müvafiq olaraq yalnız razılaşdırılmış mərtəbə planında göstərilən 111,0 kv.m sahə üzərində iddiaçının mülkiyyət hüququ qeydiyyata alınmışdır.
37. İş materiallarından müəyyən olunur ki, “İşıq İnşaat“ MTK üzvlərinin xx.xx.2019-cu il tarixli ümumi iclasının 4 № protokolundan çıxarışa və maliyyə arayışına əsasən İddiaçı kooperativ üzvülüyünə qəbul edilmiş və onun Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 1058-ci məhəllə, 32a nömrəli binanın altında yerləşən, ümumi sahəsi 165 kv.m. qeyriyaşayış sahəsinin sahibi olması təsdiq edilmişdir. Sözügedən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 111 kv.m ölçüdə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış, qeyri-yaşayış sahəsinin texniki pasportu tərtib edilmişdir. İddia olunan qeyri-yaşayış sahəsi "xxxx" MTK–ya aid olmaqla Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 1058-ci məhəllə, 32a nömrəli binanın 1-ci mərtəbəsində yerləşir. Sözügedən binanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 14 oktyabr 2019-cu il tarixdə 183 nömrəli sənədi ilə istismarına icazə verilmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən qeyri-yaşayış sahəsinin 111,0 kv.m ölçüdə qeydiyyatı ilə razılaşmayaraq, əmlaka mülkiyyət hüququnun ilkin hüquqmüəyyənedici sənədə uyğun olaraq 165 kv.m ölçüdə qeydiyyata alınmasını mübahisələndirir.
38. İşin apellyasiya baxışı zamanı Ali Məhkəmənin tövsiyyələri nəzərə alınmaqla məhkəmə kollegiyası tərəfindən müvafiq qurumlara sorğular verilmişdir.
39. Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubuna əsasən Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 1058-ci məhəllə ünvanında yerləşən "xxxx" MMCyə məxsus yaşayış binasının Azərbaycan Respublikası Przidentinin xx.xx.2019-cu il tarixli, 529 nömrəli Fərmanına uyğun olaraq verilmiş Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2019-cu il tarixli 183 nömrəli istismara icazə sənədinə əsasən 1-ci mərtəbəsinin layihəsinin təsdiq olunmuş surəti təqdim olunmuşdur.
40. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin Bakı Apellyasiya Məhkəməsinin 22 aprel 2025-ci il tarixli müşayət məktubu ilə göndərilmiş ekskiz layihəsinə baxış keçiriləkən həmin layihənin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən göndərilmiş layihə ilə eynilik təşkil edildiyi müəyyən edilmişdir.
41. Qeyd olunan sənədlər tədqiq edildikdən sonra Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən xx.xx.2025-cı il tarixdə həmin əraziyə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, həqiqətən də Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058ci məhəllədə yerləşən binaların avtomobil daynacaqlarına gedən yol layihədən fərqli olaraq binanın alt hissəsindən deyil "xxxx" MTK kompleksin həyətində olan boş sahədə inşa edilmiş, iddiaçıya satılmış ümumi sahəsi 165 kv.m olan qeyri yaşayış sahəsi yaşayış binasının ümumi giriş-çıxışına maneəçilik törətmir. Bundan başqa o da müəyyən edilmişdir ki, kompleksin həyətində yerləşən bütün binaların girişləri eynidir və layihədə avtomobil dayanacağına giriş kimi nəzərdə tutulmuş yerlər faktiki olaraq ləğv edilərək qeyri-yaşayış sahələri kimi vətəndaşlara satılmışdır. Nəzərə alınmalıdır ki, kompleksin həyətində yerləşən və layihədə avtomobil dayanacağına giriş kimi nəzərdə tutulmuş yerin üzərində digər mülkiyyətçi X1 "xxxx" MTK tərəfinən 142 kv.m ölçüsü olan qeyri yaşayış sahəsi ayrılmış və həmin ölçüdə olan qeyri-yaşayış sahəsi DƏDRX-nin 1 saylı ərazi İdarəsi tərəfindən qeydiyyata alınmışdır. Lakin iddiaçıya münasibətdə cavabdeh təşkilat həmin praktikaya uyğun hərəkətlərini yerinə yetirməkdən imtina etmişdir. Bu isə cavabdeh təşkilatın “İnzibat İcraat haqqında” Qanunun 12 və 13-cü maddələrində nəzərdə tutulmuş bərabərlik və etimadın qorunması prinsiplərinə zidd hərəkətlərin yerinə yetirilməsinə dəlalət edir.
42. Məhkəmə kollegiyası qeyd edir ki, bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə təcrübəsini formalşdıran xx.xx.2023-cü il tarixli 2-1(102)- 1842/2023 qərarında (31-ci bənd) göstərilmişdir ki, “etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır”. (32-ci bənd) “İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır”.
43. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsaslı hesab edilməlidir. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.
44. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
45. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-300/2023 saylı 22 sentyabr 2023-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-300/2023 saylı 22 sentyabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 165 kv.m olan qeyri-yaşayış sahəsinə verilmiş xx.xx.2021-ci il tarixli ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda və xx.xx.2021-ci il tarixli **********58- 05301-083002 nömrəli texniki pasportda müvafiq düzəliş edilərək daşınmaz əmlakın ümumi sahəsinin 165 kv.m. qeyd olunması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.