Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1653/2023 12.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2-1(112)-8424/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8424/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 61 yaş 6 aydan, yəni xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8424/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı təqdim etdiyi xx.xx.1976-cı il tarixli əmək kitabçasına və təhsil haqqında diplomunun surətinə əsasən sığorta stajı 20 il 10 ay təşkil edir. Eyni zamanda iddiaçının xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 20 il 10 ay sığorta stajına uyğun olaraq 14987,97 manat, həmçinin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 640,13 manat olmaqla, ümumilikdə 15528,10 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. İddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1990-cı il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Salyan rayonu Uşaq Texniki yaradıcılıq birliyində, Salyan rayonu 3 saylı orta məktəbdə işlədiyini iddia etdiyi dövrlər üzrə bəzi aylarda əmək haqqı almadığı cavabdeh tərəfindən aşkar edilmiş və həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Sözügedən dövrlər üzrə 2 saylı Şirvan- Salyan regional filialı tərəfindən xx.xx.2022-ci il tarixli qarşılıqlı yoxlama aktı tərtib edilmişdir. Qarşılıqlı yoxlama aktına əsasən iddiaçının 1990-cı ilin bütün ayları üzrə, 1991ci ilin 5 ayı üzrə, 1992-ci ilin 6 ayı üzrə, 1993, 1994, 1995-ci illərin bütün ayları üzrə, 1996cı ilin 6 ayı üzrə, 1997, 1998, 1999, 2000-ci illərin bütün ayları üzrə, xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan aylar üzrə əmək haqqı hesablanmayıb. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-8424/2022 nömrəli qərarı ilə məhkəmə İddiaçı əməkhaqqı almadığı dövrləri sosial sığorta stajına daxil etmişdir. Məhkəmənin sözügedən dövrün sosial sığorta stajına daxil edib, iddianı təmin etməsi tamamilə əsassızdır. Əlavə olaraq, İddiaçı 2005-ci ilin sentyabr ayından 2007-ci ilin iyul ayına kimi ödənişsiz məzuniyyətdə olmuşdur. İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı ödənişsiz məzuniyyətdə olduğu dövrlərə münasibətdə əlavə olaraq qeyd edilməlidir ki, "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən, ödənişsiz məzuniyyət dövrünün iş stajına daxil edilməsi nəzərdə tutulmamışdır. İddiaçı adına aktiv əmək müqaviləsi olduğu üçün ona yaşa görə sosial müavinət təyin edilməmişdir. İstinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlili və işin faktiki halları nəzərə alınaraq İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci ildə doğulmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 16 mart 2022-ci il tarixli, **********1 nömrəli “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubda qeyd olunur: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi qadınlar üçün 62 yaş 6 ay müəyyən edilib. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1dək sığorta stajı 25 il hesablanır. Təqdim etdiyiniz xx.xx.1976-cı il tarixli əmək kitabçasına və təhsil haqqında diplomun surətinə əsasən sığorta stajınız (xx.xx.1976-cı il tarixindən xx.xx.1981-ci il tarixinədək təhsil aldığı dövr) 20 il 10 ay təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 20 il 1 ay sığorta stajına uyğun olaraq 14.987,97 manat, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 640,13 manat olmaqla, ümumilikdə 15.528,10 manat təşkil edir ki, bu məbləğ pensiya yaşı tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildiririk ki, xx.xx.1976-cı il tarixində adına tərtib olunmuş əmək kitabçasında qeyd olunmuş xx.xx.1990-cı il tarixindən xx.xx.2000-ci il tarixinədək və xx.xx.2002-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, 2 saylı Şirvan-Salyan regioanl filialının xx.xx.2022-ci il tarixli aktına əsasən əmək kitabçasında qeyd olunmuş Uşaq Texniki yaradıcılıq birliyində 1992-ci il tarixində 6 ay, xx.xx.1993-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək il ərzində, 1996-cı il tarixində 6 ay, xx.xx.1997-ci il tarixindən xx.xx.2000-ci il tarixindək il ərzində Salyan rayonu 3 saylı orta məktəbdə xx.xx.2005-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək adına əmək haqqı hesablanmayıb. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajı qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunanlara əsasən adında aktiv əmək müqaviləsi ("xxxx" MMC) olduğu üçün məşğul şəxs hesab edildiyinizdən Sizə yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. İş materiallarında olan iddiaçıya məxsus JV seriyalı, 025038 nömrəli diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X1 1976-cı ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna daxil olmuş və 1981-ci ildə həmin İnstitutda Elektron hesablayıcısı maşınları ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Salyan rayon X4 tərəfindən verilmiş 49 nömrəli, 28 iyun 2022-ci il tarixli arayışdan görünür ki, Zərbəliyeva (Quliyeva) Həqiqət Sarıbala qızı 04 may 1990-cı il tarixdən 30 sentyabr 2000-ci il tarixədək X3 Mərkəzində dərnək rəhbəri vəzifəsində işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şirvan- Salyan Regional Təhsil İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 24 oktyabr 2022-ci il tarixli xx-xx-1362/10 nömrəli məktubla məhkəməyə təqdim edilmiş əmrlərdən çıxarışlardan görünür ki, xx.xx.2022-ci il tarixli 216 nömrəli əmrə əsasən X1 ali təhsilli riyaziyyatinformatika müəllimi - xx.xx.2002-ci ildən Salyan şəhər 3 saylı orta məktəbə ixtisası üzrə müəllim təyin edilmiş, xx.xx.2007-ci il tarixli 26 nömrəli əmrə əsasən yaşayış yerini dəyişdiyi üçün məktəbin müəllim kontingentindən xaric edilmişdir. Həmin məktuba əlavə edilmiş əmək haqqı cədvəlindən görünür ki, iddiaçıya 2002-ci ilin dekabr ayı, 2003-cü ilin yanvar-dekabr ayı, 2004-cü ilin yanvar-dekabr ayı, 2005-ci ilin yanvar-sentyabr ayı əmək haqqı hesablanmışdır. Həmin məktuba əlavə edilmiş xx.xx.2022-ci il tarixli 24/2 nömrəli arayışdan görünür ki, Quliyeva (Zərbəliyeva) Həqiqət Sarıbala qızı xx.xx.2002-ci il tarixdən xx.xx.2007-ci il tarixə kimi Salyan şəhər R.Rzayev adına 3 saylı tam orta məktəbdə ixtisasına uyğun olaraq riyaziyyat-informatika müəllimi kimi işləmişdir. 2005-ci ilin sentyabr ayına qədər əmək haqqı almış, 2005-ci ilin sentyabr ayından 2007-ci ilin iyul ayına qədər xəstəliyi ilə əlaqədar öz hesabına sosial məzuniyyətdə olmuş və əmək haqqı almamışdır. İş materiallarında olan iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina barədə xx.xx.2022-ci il tarixli qərarda göstərilmişdir ki, Qanunun 7-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixədək tələb olunan sığorta stajı və fərdi hesabın sığorta hissəsində pensiya kapitalı olmadığından yaşa görə əmək pensiaysı hüququ yaranmır. xx.xx.1990-xx.xx.2000-ci və xx.xx.2002-xx.xx.2006-cı illərin əmək stajlarının araşdırmalarının nəticələrinə əsasən əmək kitabçası üzrə xx.xx.2006-cı il tarixədək sığorta stajı 20 il, 01 ay, 05 gün təşkil edir. PSK 09 ay. İş materiallarında olan Neftçala rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1985-ci ildə verilmiş İİİ-JQ seriyalı 482180 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə X1 xx.xx.1985-ci ildə nikaha daxil olmuşlar, nikah bağlanandan sonra qadına Zərbəliyeva soyadı verilmişdir. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının notarial qaydada tərcümə və təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1975-ci ildə ərzaq anbarına fəhlə qəbul edilmiş, xx.xx.1976-cı ildə 12 nömrəli filial köşkünə kiçik satıcı keçirilmiş, xx.xx.1976cı ildə işdən azad edilmiş, xx.xx.1979-cu ildə Azərbaycan SSR MBOM “Paltarın Kimyəvi təmizlənməsi və boyanması” Respublika İstehsalat Birliyinə 2 nömrəli camaşırxanaya 1-ci dərəcəli yuyucu qəbul edilmiş, xx.xx.1980-ci ildə işdən azad olunmuş, xx.xx.1981-ci ildə Bakı Radiozavodu 1 nömrəli sexə 8-ci dərəcəli yığma-montajçı qəbul edilmiş, xx.xx.1982ci ildə OÇK-KB-3-ə mühəndis keçirilmiş, xx.xx.1983-cü ildə 3-cü dərəcəli mühəndiskonstruktor kateqoriyası verilmiş, xx.xx.1983-cü ildə işdən azad edilmiş, xx.xx.1985-ci ildə işdən azad edilmiş, xx.xx.1985-ci ildə Neftçala rayon məlumat-hesablama stansiyasında layihəçi-mühəndis vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1985-ci ildə işdən azad edilmiş, xx.xx.1985-ci ildə Salyan rayon X5 tikintinin layihələndirilməsi dərnəyinə rəhbər təyin edilmiş, xx.xx.1985-ci ildə işdən azad edilmiş, xx.xx.1985-ci ildə Salyan rayon X11 üzrə böyük inspektor vəzifəsinə qəbul edilmiş, xx.xx.1987-ci ildə işdən azad edilmiş, xx.xx.1987-ci ildə Salyan rayon X6 elektron hesablama maşınlarının öyrədilməsi qrupuna rəhbər təyin edilmiş, xx.xx.1989-cu ildə başqa işə keçməsi ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1989-cu ildə Salyan təsərrüfatlararası təsərrüfat hesablı layihə smeta bürosuna smeta şöbəsinə mühəndis təyin edilmiş, xx.xx.1989-cu ildə istehsalat şöbəsinə mühəndis keçirilmiş, xx.xx.1990-cı ildə işdən azad edilmiş, xx.xx.1990-cı ildə Uşaqların Texniki yaradıclıq mərkəzinə şöbə müdiri vəzifəsinə təyin edilmiş, xx.xx.2000-ci ildə işdən azad edilmiş, xx.xx.2002-ci ildə Salyan şəhər R.Rzayev adına 3 saylı orta məktəbə müəllim təyin edilmiş, xx.xx.2007-ci ildə işdən azad edilmiş, xx.xx.2020-ci ildə "xxxx" MMC-yə kargüzarlıq üzrə ofis meneceri vəzifəsinə təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilir: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1958-ci il tarixdə doğulduğu nəzərə alındıqda, onun xx.xx.2020-ci il tarixdən (61 il 6 ay), “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının əmək kitabçası üzrə işlədiyi illər və təhsil aldığı dövr nəzərə alınmaqla 20 il 10 ay ümumi staja malik olması cavabdeh tərəfindən mübahisələndirilmir, lakin iddiaçının xx.xx.1990-cu il tarixdən xx.xx.2000-ci il tarixədək Salyan rayonu X12 Birliyində və xx.xx.2002-ci il tarixdən xx.xx.2006-ci il tarixədək Salyan rayonu 3 saylı orta məktəbdə işlədiyi dövrlər üzrə əmək stajı cavabdeh tərəfindən mübahisələndirilir və cavabdehin qənaətinə gürə iddiaçının həmin dövrlər üzrə əmək haqqı alması öz təsdiqini tapmadığından həmin dövrlər onun əmək stajına daxil edilə bilməz. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Bundan başqa, əmək haqqın cədvəllərinin saxlanılmasına görə iddiaçı cavabdehlik daşımır. Həmçinin iddiaçının 04 may 1990-cı il tarixdən 30 sentyabr 2000-ci il tarixədək X3 Mərkəzində işləməsi Azərbaycan Respublikası Təhsil Nazirliyi Salyan rayon X4 tərəfindən verilmiş 49 nömrəli, 28 iyun 2022ci il tarixli arayışla da öz təsdiqini tapır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 24 oktyabr 2022-ci il tarixli xx-xx-1362/10 nömrəli məktubla məhkəməyə təqdim edilmiş sənədlərdən isə görünür ki, iddiaçı xx.xx.2002-ci ildən xx.xx.2007-ci ilədək Salyan şəhər 3 saylı orta məktəbə ixtisası üzrə müəllim işləmiş, iddiaçıya 2002-ci ilin dekabr ayı, 2003-cü ilin yanvar-dekabr ayı, 2004-cü ilin yanvar-dekabr ayı, 2005-ci ilin yanvar-sentyabr ayı əmək haqqı hesablanmışdır. Qeyd olunan sənədlərin də mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, həmin dövrlər də iddiaçının ümumi stajına daxil edilməlidir. Göründüyü kimi, iddiaçının xx.xx.2020-ci il tarixdən (61 il 6 ay) əmək pensiyası hüququ yaranmış və həmin tarixədək iddiaçı 25 ildən artıq sığorta stajına malikdir, yəni iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum sığorta stajına malikdir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8424/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1653/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1653/2023
12.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver