Məhkəmə qərarları › İş №2-1(103)-1655/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1655/2023

24.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1655/2023 24.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğvi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X3 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümyəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğvi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12776/2022 saylı 27 dekabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 24 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı ““Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlanın hesablanmasına barədə” **********932900 saylı xx.xx.2022-ci il tarixli qərarın ləğvi” barədə qərar qəbul edilməsini xahiş edir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, vergi orqanının xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, araşdırma zamanı müəssisə tərəfindən 2021-ci il ərzində idxal edilmiş malların invoys dəyəri 224880 manat və əldə edilmiş e-qaimə üzrə alışını 888280,16 manat (319335,03 manat əmtəəsiz əməliyyat nəzərə alınmır), 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ilin sonuna mal qalığı 0,0 manat, cəmi xərclərinizin 793825,13 manat olmasına baxmayaraq, tərəfinizdən hesablama metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində baza üzrə oxunan cəmi xərcləriniz 1306531,59 manat (malın dəyəri, mühafizə, rabitə, nəqliyyat, sığorta, biləvasitə malların təqdim edilməsi işlərin görülməsi, xidmətlərin göstərilməsi ilə bağlı sair xərclər və digər xərclər) ilə bəyannamənin 1N-li Əlavəsinin 1.3 kodlu (Ehtiyatlar) sətrinin “Hesabat dövrünün sonuna” xanasında, göstərilmiş 0,0 manat məbləğlərin cəmi 1306531,59 manat göstərilməsi nəticəsində 512706,46 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Həmin məktuba cavab olaraq cavabdeh vergi orqanına tələb edilən sənədlərin hamısı təqdim edilərək dövriyə sənədləri təqdim edilmişdir. Lakin cavabdeh vergi orqanı verilmiş dəqiqləşdirilmiş bəyannaməni və əsaslı cavab məktubunu nəzərə almadan qanunsuz və əsassız qərar etmişdir. Müəssisə xarici ölkələrlə bərabər Azərbaycan daxilindəki müəssisələrlə də aktiv şəkildə əməkdaşlıq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsində sahibkarlıq fəaliyyətinin anlayışı verilmişdir. Həmin anlayışa əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlal ləsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən götürülməsi olan fəaliyyətdir. Yəni sahibkarlıq subyektinin mənfəət (gəlir) əldə etmək hüququ vardır ki, bu da sahibkarlığın əsas qayəsini təşkil edir. Müəssisə Azərbaycan Respublikası ərazisində fəaliyyətinə qadağa qoyulmayan bütün sahibkarlıq subyektləri ilə əməkdaşlıqda sərbəst olmalıdır. Lakin cavabdeh vergi orqanı müəssisənin bu hüququnu məhdudlaşdırmağa çalışır. Əməkdaşlıq etdikləri müəssisələrlə alqı-satqı həyata keçirərkən həmin müəssisələrin heç birinin fəaliyyətinə cavabdeh orqan tərəfindən məhdudiyyət olmamışdır. İddiaçı həmin müəssislərlə alqı-satqı müqaviləsi bağlayaraq onlardan mal alıb. İddiaçı həmin müəssislərdən pul ödəyib mal alıb və satıb. İddiaçını həmin müəssisələrin malın hardan, kimdən alması maraqlandırmır və bu maraqlandırsa belə, qarşı tərəfin kommersiya sirri olduğu üçün bunu bildirməz. Əməkdaşlıq etdiyi müəssisələrin Azərbaycanda malların necə əldə etmələrindən xəbərləri olmayıb. Mübahisəli qərara əsasən müəssisəyə 102.541,29 manat mənfəət vergisi hesablanmışdır. Nəzərə alınmayan 512706,46 manat xərcə görə Nazirlər Kabinetinin 55 saylı qərarı ilə maksimum 17090,21 manat mənfəət hesablanmalıdır. Lakin vergi orqanı aldığı malı satış kimi nəzərə alıb, xərc kimi nəzərə almamışdır. Həmin təqdim edilmiş mallar dəyəri ödənilməklə satın alınmışdır. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022- ci il tarixli № **********708600 qərara əsasən (mənfəət vergisi, hesabat dövrü 2021-ci il) vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 102.541,29 manat əlavə (vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi məbləği 127.510,48 manat – təqdim edilmiş bəyannamə, hesabat üzrə ödəyici tərəfindən hesablanmış 24.969,19 manat vergi çıxılmaqla) vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, araşdırma zamanı müəssisə tərəfindən 2021-ci ildə idxal edilmiş malların invoys dəyəri 224.880 manat və əldə edilmiş e-qaimə üzrə alışı 888.280,16 manat (319.335,03 manat əmtəəsiz əməliyyat nəzərə alınmır), 2020-ci ildə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ilin sonuna mal qalığı 0,0 manat, cəmi xərcləri 793.825,13 manat olmasına baxmayaraq, müəssisə tərəfinən hesablama metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində baza üzrə oxunan cəmi xərcləri 1.306.531,59 manat (malın dəyəri, mühafizə, rabitə, nəqliyyat, sığorta, bilavasitə malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi ilə bağlı sair xərclər və digər xərclər) ilə bəyannamənin 1№-li Əlavəsinin 1.3 kodlu (Ehtiyatlar) sətrinin “Hesabat dövrünün sonuna” xanasında göstərilmiş 0,00 manat məbləğlərin cəmi 1.306.531,9 manat göstərilməsi nəticəsində 512.706,46 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, mübahisələndirilən xx.xx.2022-ci il tarixli **********708600 nömrəli qərarın ləğv edilməsi tələbi ilə müraciət etdikdən sonra cavabdeh tərəfindən həmin dövr üzrə yeni qərar qəbul edilmişdir, yəni mübahisələndirilən xx.xx.2022-ci il tarixli **********708600 nömrəli qərar qüvvədən düşmüş, yeni xx.xx.2022-ci il tarixli **********932900 nömrəli qərar qəbul edilərək əlavə vergi hesablanmışdır. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022- ci il tarixli №**********932900 qərara əsasən (mənfəət vergisi, hesabat dövrü 2021-ci il) vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 66.541,29 manat əlavə (vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi məbləği 91.510,48 manat – təqdim edilmiş bəyannamə, hesabat üzrə ödəyici tərəfindən hesablanmış 24.969,19 manat vergi çıxılmaqla) vergi hesablanmışdır. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçı “Vergilərin, sosial sığorta və İşsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli **********708600 nömrəli qərann ləğv edilməsini xahiş etmişdir. İnzibati iş məhkəmənin icraatında olduğu dövrdə iddiaçı dəqiqləşdirilmiş ərizə ilə məhkəməyə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********932900 nömrəli qərann ləğv edilməsini xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsinə dair ərizəyə qarşı etiraz onunla əsaslandırılmışdır ki, vergi orqanında aparılan araşdırma zamanı “Flame Business Services" MMC tərəfindən 2021-ci il ərzində idxal edilmiş malların invoys dəyəri 224880 manat və əldə edilmiş eqaimə üzrə alışı 888280,16 manat (319335,03 manat əmtəəsiz əməliyyat nəzərə alınmır), 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ilin sonuna mal qalığı 0,0 manat, cəmi xərclərinin 793825,13 manat olmasına baxmayaraq, vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixində hesablama metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində baza üzrə oxunan cəmi xərclərinin 1306531,59 manat (malın dəyəri, mühafizə, rabitə, nəqliyyat, sığorta, biləvasitə malların təqdim edilməsi işlərin görülməsi, xidmətlərin göstərilməsi ilə bağlı sair xərclər) ilə bəyannamənin 1N-İİ Əlavəsinin 1.3 kodlu (Ehtiyatlar) sətrinin “Hesabat dövrünün sonuna” xanasında göstərilmiş 0,0 manat məbləğlərin cəmi 1306531,59 manat göstərilməsi nəticəsində 512706,46 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunan kənarlaşma ilə bağlı vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********254500 nömrəli və xx.xx.2022-ci il tarixli **********164000 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" uyğunsuzluq məktubları göndərilmiş və müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubları, müvafiq dövr üzrə bəyannamənin və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlərin vergi orqanına təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci il mənfəət vergisi bəyannaməsi üzrə ümumilikdə 102541,29 manat ((512706,46)*20%) əlavə vergi məbləği hesablanaraq, bu barədə vergi ödəyicisinə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********708600 nömrəli qərar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə 2021-ci il üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilməsinə baxmayaraq, yaranmış kənarlaşma aradan qaldırılmadığı və vergi ödəyicisi tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli **********939700 nömrəli, xx.xx.2022-ci il tarixli **********222900 nömrəli, xx.xx.2022ci il tarixli **********755700 nömrəli və **********762300 nömrəli izah məktubları üzrə aparılan araşdırma zamanı vergi ödəyici tərəfindən 2021-ci il ərzində bir sıra vergi ödəyiciləri ilə aparılmış 319335,03 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı, eyni zamanda müvafiq bəyannamə üzrə baza məlumatlarına əsasən təsdiqini tapmayan xərc məbləğlərindən 13371,0 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2021-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə 66541,29 manat ((319335,03+13371,0)*20%) əlavə vergi məbləği hesablanmışdır. Kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2022-ci il tarixli **********932900 nömrəli qərar vergi ödəyicisinə göndərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarian"nın: 1.1-ci bəndinə əsasən bu Meyarlar Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir; 2.1.1-ci bəndinə əsasən bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 3.1-ci bəndinə əsasən vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur; 3.1.2-ci bəndinə əsasən vergi Ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) əməliyyatlar riskli əməliyyat hesab olunur. Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə əsasən vergi üstünlüyü-vergi tutulan əməliyyatın faktiki İqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma, 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi-vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya apanlmış əməliyyat, 13.2.71-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəricisi- vergi tutulan əməliyyatın məbləği, həcmi (mal partiyasının həcmi), icra müddəti və şərtləri, 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Vergi orqanında aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı “Flame Business Services" MMC "xxxx" MMC-dən (VÖEN **********) xx.xx.2021-ci il 4 tarixlərində elektron-qaimə faktura əsasında 146694,00 manat, "xxxx" MMC-dən (VÖEN **********) xx.xx.2021-ci il tarixlərində 78967,02 manat, "xxxx" MMC-dən (VÖEN **********) xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə 93674,01 manat dəyərində mal (iş, xidmət) almışdır. Bildirilmişdir ki, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlan”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək, "xxxx" MMCnin riskli vergi ödəyicisi olması barədə xx.xx.2021-ci il tarixli **********620500 nömrəli, "xxxx" MMCnin riskli vergi ödəyicisi olması barədə xx.xx.2021-ci il tarixli **********234000 nömrəli, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə xx.xx.2022-ci il tarixli **********176600 nömrəli qərarlar qəbul edilmişdir. "xxxx" MMC-nin riskli vergi Ödəyicisi olması barədə xx.xx.2021-ci il tarixli **********620500 nömrəli qərarda "xxxx"MMC tərəfindən xx.xx.2021ci il tarixdə, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə xx.xx.2021-ci il tarixli **********234000 nömrəli qərarda "xxxx" MMC tərəfindən xx.xx.2021- xx.xx.2021- ci il tarixlərdə, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə xx.xx.2022-ci il tarixli **********176600 nömrəli qərarda "xxxx" MMC tərəfindən xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə təqdim edilmiş elektron qaimə fakturalarda qeyd olunan malların vergi ödəyicilərinin idxalında və e-qaimə üzrə alışında müəyyən edilmədiyi, yəni vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satdıqları müəyyən edildiyi qeyd olunmuşdur. Yuxarıda qeyd edilənlərə nəzər salındıqda müəyyən olunur ki, riskli hesab edilən vergi ödəyiciləri riskli əməliyyat apardığı tarix aralıqlarında “Flame Business Services" MMC -yə də mal (iş,xidmət) təqdim etmişdir. Adları yuxarıda qeyd olunan vergi ödəyiciləri ilə 319335,03 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin “Flame Business Services" MMC-nin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı müəyyən edilmişdir. Qeyd olunan hal əlavə vergi məbləğinin hesablanmasına əsas olmuşdur. Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Yuxarıda qeyd olunanlara əsaslanaraq bildiririk ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********932900 nömrəli qərarla hesablanmış vergi məbləği Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Odur ki, iddiaçının formal mülahizələri qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Əlavə olaraq bildirilir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3-cü və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52-ci və 90.1- ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011-ci il tarixli Qərarı). Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12776/2022 saylı 27 dekabr 2022-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********932900 saylı xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə yazılı etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, iddiaçı "xxxx" MMC-nin qarşılıqlı əməliyyar apardığı “MENGARY" MMC-nin, "xxxx" MMC-nin və"xxxx" MMC-nin riskli vergi ödəyiciləri olmaları vergi orqanı tərəfindən aparılmış araşdırmalar zamanı sübuta yetirilmiş və həmin .ergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab edilməsi barədə müvafiq qərarlar qəbul edilmişdir. Vergi orqanı tərəfindən keçirilən kameral vergi yoxlaması zamanı iddiaçının riskli "esab olunan və adları yuxarıda qeyd olunan vergi ödəyiciləri ilə qarşılıqlı əməliyyatlar aparması, bunun nəticəsində 66541,29 manat əlavə vergi məbləğinin hesablanmalı olması subuta yetirilmiş, bununla da iddiaçının ödənilməli olan əlavə vergi öhdəliyi yaranmışdır. Kameral vergi yoxlamasının nəticəsi üzrə inzibati akt (qərar) qəbul edilmişdir. Bundan əlavə, qanunvericilik inzibati orqanın qəbul etdiyi inzibati akt (qərar) ilə vergi ödəyicisinin təqsirliliyini müəyyən edir ki, bu da təqsirsizlik presmupsiyasının mütləq hüquq olmadığı təsdiqini tapır. Bundan əlavə, məhkəmə qərarından göründüyü kimi, iddiaçının nümayəndəsinin məhkəmə araşdırması zamanı "xxxx" MMC-nin riskli hesab olunan "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC ilə aparılmış qarşılıqlı əməliyyatların dəyərinin 338550,00 manat olduğunu təsdiq etməsi ilə vergi orqanının mübahisələndirilən qərar ilə 66541,21 manat əlavə vergi məbləğinin hesablanmasına əsas olmuş 332706,03 manat məbləğin (319335,03+13371) əmtəəsiz dövriyyə kimi qiymətləndirilməsi (məhz qeyd edilən 3 (üç) riskli vergi ödəyicisi ilə aparılmış qarşılıqlı əməliyyatlar kimi) səbəbindən nəzərə alınmaması barədə məlumatlar ziddiyyət təşkil etməsinə baxmayaraq, mübahisənin düzgün həlli üçün ziddiyyətli məlumatlar məhkəmə tərəfindən araşdırılmamışdır. Bununla da İPM-nin 12.1-ci maddəsinin tələbləri pozulmuşdur. Apellyasiya şikayətinə yaılı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh apellyasiya şikayətində heç bir əsaslandırma aparmamış, ümumi qanunvericiliyi şablon şəkildə apellyasiya şikayətinə əlavə etmişdir. Şikayətdə istinad edilən qanunvericiliyin MMC tərəfindən mübahisələndirilən qərara cavabdehin xeyrinə təfsir edəcək əsaslandırma aparılmamışdır. Cavabdeh inzibati orqan apellyasiya şikayətinin 3-cü səhifəsində qeyd edir ki, iddiaçı MMC MENGARY MMCdən xx.xx.2021-ci il tarixdə elektron qaimə faktura əsasında 146694,00 manat dəyərində, ESSYEN MMC-dən xx.xx.2021-ci il tarixdə 78967,02 manat, CAAB MMC-dən xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə 93674,01 manat dəyərində mal (iş xidmət) almışdır. MANGARY MMC tərəfindən xx.xx.2021-ci il tarixdə əməliyyat aparılmış, xx.xx.2021-ci il tarixdə isə riskli ödəyici olmuş, Vergi orqanı əməliyyatdan 23 gün sonra riskli vergi ödəyicisi kimi tanınmışdır. MANGARY MMC tərəfindən xx.xx.2021-ci il tarixdə əməliyyat aparılmış, xx.xx.2021-ci il tarixdə isə riskli ödəyici olmuş, Vergi orqanı əməliyyatdan 98 gün sonra riskli vergi ödəyicisi kimi tanınmışdır. MANGARY MMC tərəfindən xx.xx.2021-ci il tarixdə əməliyyat aparılmış, xx.xx.2021-ci il tarixdə isə riskli ödəyici olmuş, Vergi orqanı əməliyyatdan 72 gün sonra riskli vergi ödəyicisi kimi tanınmışdır. Vergi ödəyiciləri barədə bütün zəruri və geniş məlumatlara malik olan cavabdeh inzibati orqan tərəfindən riskli vergi ödəyicisi barədə məlumat MMC ilə aparılan əməliyyatlardan ən tez 23, gec isə 98 gün sonra məlumat bilməsi, qarşı tərəfin açıq reystr məlumatlarından başqa heç bir məlumatı olmayan MMC həmin vergi ödəyicilərinin riskli vergi ödəyicisi olması barədə necə məlumatlı ola bilərdi? Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümyəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2022-ci il tarixli qərarın (iddia tələbini dəqiqləşdirilmədən öncə tələb edilmiş qərarın) ləğvi ilə bağlı məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət edildiyi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətinə əməl olunmuşdur. Bu baxımdan iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş ““Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlanın hesablanmasına barədə” **********932900 saylı xx.xx.2022-ci il tarixli qərarın ləğvini tələb edir. Birinci instansiya məhkəməsi iddiaçının aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə malların təqdim etməsi halının aşkar edilməməsinə, yəni iddiaçının riskli əməliyyat aparmasının müəyyən edilməməsinə, qeyd edilən riskli vergi ödəyiciləri ilə iddiaçı arasında qarşılıqlı əməliyyatlar vergi orqanı tərəfindən "xxxx" MMC-nin, "xxxx" MMC-nin və "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq qərar qəbul edilməmişdən və həmin məlumat açıqlanmamışdan əvvəl aparılmasına istinad edərək iddianın təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formalhüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Hazırki iş üzrə mübahisəli inzibati aktın qanuniliyi həm formal-hüquqi baxımdan, həm də maddi-hüquqi baxımdan yoxlanılarkən Kollegiya aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. İddiaçının 2021-ci il üzrə (hesabat dövrü üzrə) təqdim etdiyi bəyannaməyə əsasən malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) üzrə 66.541,29 manat əlavə vergi məbləği (mənfəət vergisi) hesablanmışdır. Mübahisənin yaranmasının səbəbi "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC ilə aparılmış qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin dəyərinin nəzərə alınmamasıdır ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Vergi orqanı həmin məbləğin 319.335,03 manat olduğunu qeyd etməklə əlavə 13.371 manatın sənədlərlə təsdiqlənməyən xərc olduğunu bildirsə də, şifahi məhkəmə dinləmələri zamanı 332.979 manat xərc sənədləri əmtəəsiz dövriyyə kimi qiymətləndirildiyindən (məhz qeyd edilən 3 vergi ödəyicisi ilə aparılmış qarşılıqlı əməliyyatlar kimi) nəzərə alınmadığı bildirilmiş, əlavə 13.371 manat nəzərə alınmayan xərc sənəd(lər)inin tərkibini açıqlamamışdır. Dövlət Vergi Xidməti tərəfindən "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə xx.xx.2021-ci il tarixli **********620500 nömrəli, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə xx.xx.2021-ci il tarixli **********234000 nömrəli, "xxxx" MMCnin riskli vergi ödəyicisi olması barədə xx.xx.2022-ci il tarixli **********176600 nömrəli qərarlar qəbul edilmişdir. "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə xx.xx.2021-ci il tarixli **********620500 nömrəli qərarda "xxxx"MMC tərəfindən xx.xx.2021-ci il tarixdə, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə xx.xx.2021-ci il tarixli **********234000 nömrəli qərarda "xxxx" MMC tərəfindən xx.xx.2021- xx.xx.2021- ci il tarixlərdə, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə xx.xx.2022-ci il tarixli **********176600 nömrəli qərarda "xxxx" MMC tərəfindən xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə təqdim edilmiş elektron qaimə fakturalarda qeyd olunan malların vergi ödəyicilərinin idxalında və e-qaimə üzrə alışında müəyyən edilmədiyi, yəni vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satdıqları müəyyən edildiyi qeyd olunmuşdur. İddiaçı “Flame Business Services" MMC "xxxx" MMC-dən (VÖEN **********) xx.xx.2021-ci il 4 tarixlərində elektron-qaimə faktura əsasında 146694,00 manat, "xxxx" MMC-dən (VÖEN **********) xx.xx.2021-ci il tarixlərində 78967,02 manat, "xxxx" MMC-dən (VÖEN **********) xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə 93674,01 manat dəyərində mal (iş, xidmət) almışdır. Həmin əməliyyatlar Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlan”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək nəzərə alınmamışdır. Məhkəmə araşdırmaları zamanı iddiaçının əməliyyatlar aparmamışdan əvvəl yuxarıda adı çəkilən vergi ödəyicilərinin adının vergi orqanı tərəfindən riskli vergi ödəyicilərinin siyahısına salınması ilə bağlı hər hansı qərar qəbul edildiyi və ya belə qərar qəbul edilmədən həmin vergi ödəyicilərinin adının mövcud rəsmi siyahıda olmasını (iddiaçı ilə əməliyyatlar aparılmamışdın əvvəl) təsdiq edən müvafiq siyahıdan çıxarış təqdim olunmamışdır. “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş, 29 iyul 2020-ci il tarixdən qüvvəyə minmişdir. Həmin Qərarın 1.3-cü bəndinə görə riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. Həmin Qərarın 1.4-cü bəndinə görə vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Sadalanan normaların mənasına görə, vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə vergi orqanı tərəfindən qərar qəbul edilir və belə vergi ödəyicilərinin rəsmi qaydada siyahısı da məhz vergi orqanı tərəfindən aparılır. Lakin hazırki işdə yuxarıda da qeyd olunduğu kimi, iddiaçının əməliyyat apardığı vergi ödəyicilərinin onunla əməliyyatlar aparılmamışdın əvvəl riskli vergi ödəyicisi olması faktı iş materialları ilə təsdiq olunmur, bu barədə müvafiq qərar qəbul edilməmişdir. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsində isə təsbit edilmişdir ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki işdə cavabdeh inzibati orqan xx.xx.2022-ci il tarixli qərarının qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir. Buna görə də birinci instansiya məhkəməsi iddiaçının iddiasının təmin olunaraq, cavabdeh inzibati orqanın qəbul etdiyi inzibati aktın ləğv olunması barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. O ki qaldı cavabdehin apellyasiya şikayətinin dəlillərinə, bu barədə məhkəmə kollegiyası bildirir ki, həmin dəlillər məhkəmə qərarının ləğv edilib iddiaçının iddiasının rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-12776/2022 saylı 27 dekabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12776/2022 saylı 27 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar