Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1655/2025 24.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X10 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X5 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "əlilliyin təyin edilməsi" tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2054/2024 saylı, 27 noyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə pensiya hüququnun pozulması ilə bağlı qəbul edilmiş inzibati aktın ləğv olunması və ikinci dərəcə müddətsiz əlilliyin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1999-cu ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə çağırılmış, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Həmin vaxtı hərbi xidmət dövrü ilə əlaqədar aldığı xəsarətlərə görə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunmuşdur. Diaqnozu “Mina partlayışı nəticəsində başın və hər iki aşağı ətrafların çoxsaylı qəlpə yaralanması, sol baldır sümüklərinin aşağı 1/3-nin açıq yerini dəyişən sınığı”. xx.xx.2013-cü ildən ona bir il müddətinə 3-cü qrup əlillik təyin edilmişdir. Sonrandan 3-cü qrup əlillik yenidən bir il müddətinə uzadılmışdır. xx.xx.2015-ci il tarixdən ona 2-ci qrup əlillik təyin edilmişdir. 2016-cı ildən isə ona beş illik 2-ci qrup əlillik verilmişdir. 2021-ci ildən isə yenidən əlilliyin təyin edilməsi ilə bağlı dəfələrlə müraciət etməyinə baxmayaraq, hər dəfə müxtəlif bəhanələrlə ona imtina verilmişdir. Sonuncu dəfə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixli müayinə olan şəxs barədə arayışda imtina edilib, Səbəb: Diaqnoz öz təsdiqini tapmayıb, Diaqnoz əlillik əlaməti təyin edilməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2012-ci il tarixli, 336 nömrəli Qərarında bildirilmişdir ki, Hərbi yaralanmadır, hərbi xidmət dövründə alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin belə qərar qəbul etməsi qanunsuz və əsassızdır, onun əmək və pensiya hüquqlarını pozur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 xx.xx.2023-cü il tarixli, 1\1734 saylı rəyinə əsasən Həkim-psixiatr Komissiyası qərar vermişdir “Üzvü şəxsiyyət pozuntuları, davranışlarında”. Özünü 1999-cü ildən xəstə hesab edir. Bir neçə dəfə stasionar və travmatologiyada və s. xəstəxanalarda müalicə qəbul etmişdir. Eyni ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Stasionardan çıxanın epikrizdə bildirilmişdir ki, xəstənin çox qəlpə yeri dəyişən sınığı aşkar olunmuşdur. İmtinaya səbəb kimi, “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilməsi göstərilmişdir. Uzun illərdir müalicəni müxtəlif klinikalarda davam edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının imtinası qanunsuz və əsassızdır, onun əmək və pensiya hüquqlarını pozur. Cavabdeh Agentlik tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhər sakini xx.xx.1979-cu il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0063003AADGR nömrəli xx.xx.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixlı göndərişi əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar verilmişdir. (ESDAS **********6). Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin F00043158QTU nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar verilmişdir. (ESDAS **********4). Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2003-cü il tarixli 361 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Mina partlayışı nəticəsində sol baldır sümüklərinin aşağı 1/3-nin düzgün bitişməmiş sınıqları. Sol aşıq oynağının kontrakturası, funksiyanın mülayim dərəcədə pozulması ilə. Sifətin sol yarısını eybəcərləşdirən qəlpə yaralanmasından sonrakı çapığı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd olunmalıdır ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin müayinəsi zamanı başağrılarından, yuxululuqdan, sol aşağı ətrafda hərəki məhdudluqdan şikayətlənmişdir. Baxış zamanı sağ baldırın lateral hissəsində sagital yumşaq toxuma çapığı, üzün sol yarısında almacıq sümüyü üstü nahiyədə çapıq izlənmişdir. Qəbul etdiyi dərmanların adlarını xatırlamamış, əsasən qış aylarında qəbul etdiyini bildirmişdir. Nevroloji müayinə zamanı kəllə beyin sinirləri tərəfindən əlillik təyinatına əsas verən mikroocaqlı simptomatika əlamətləri izlənməmiş, göz almalarının hərəkəti tam, aşağı ətraflarda reflekslər canlı çağrılmış, Romberq vəziyyətində dayanıqlı, əzələ gücü normal, atrofiya, hipotrofiya, parez qeyd olunmamışdır” kimi qeyd olunmuş, “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrısından şikayətlənmişdir. Baxış zamanı sol baldırın orta və aşağı 1/3-də boylama istiqamətdə təxminən 20 sm ölçüdə çapıq, sol pəncədə, sol almacıq, sol təpə nahiyəsində çapıqlar izlənmiş, sol ayağın V barmağının proksimal falanqadan amputasion güdülü müşahidə edilmişdir. Nevroloji olaraq əlillik təyinatına əsas verən defisit aşkar edilməmiş, göz almalarının hərəkəti tam, aşağı ətraflarda reflekslər canlı çağrılmış, əzələ gücü normal, Romberq vəziyyətində dayanıqlı, atrofiya, hipotrofiya, parez qeyd edilməmişdir” kimi qeyd olunmuş, “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilik, başağrıları, yuxusuzluq, qıcolmalardan, sağ ayağında hava soyuq olduğu zaman şişkinlik olmasından, bəzən arterial təzyiqinin yüksəlməsindən şikayətlənmişdir. Anamnezində əsəbləşdiyi zaman qıcolma tutmalarının çox olduğunu, digər hallarda isə ayda 2-3 dəfə baş verdiyini söyləmiş, tutma zamanı əllərinin yığıldığını, özündə olmadığını, sanki “beyninin boşaldığını” bildirmiş, qəbul etdiyi medikamentoz preparatların adını bilmədiyini, əsəbiliyə görə ümumiyyətlə, dərman qəbul etmədiyini söyləmişdir. Psixiatrik xəstəxanaya göndərilmə səbəbini başa düşmədiyini, yazılan dərmanları qəbul etmədiyini ifadə etmişdir. Baxış zamanı sol baldırın aşağı və orta 1/3-də, sol pəncənin üst səthində, sol yanaqda, sol gicgahda çapıqlar, sol ayağın V barmağının amputasiyasından sonrakı vəziyyəti izlənmiş, hərəkətlər sərbəst qeyd edilmiş, nisbi qısalıq müəyyən edilməmişdir. Nevroloji müayinə zamanı göz almalarının hərəkəti tam, göz yarıqları bərabər, nistaqm, kirpiklərin, barmaq uclarının tremoru izlənməmiş, Romberq vəziyyətində zəif dayanıqsız, reflekslər sağdan sola nisbətən daha canlı alınmışdır. Psixi statusunda psixoproduktiv əlamətlər və yaddaş pozuntusu qeyd edilməmişdir. Vətəndaş psixi şikayətlərinin olmadığını və özünü psixi sağlam hiss etdiyini bildirmişdir. Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2021-xx.xx.2021-ci il tarixli 28356 nömrəli Çıxarışda diaqnoz “Mina partlayış travması (xx.xx.1999) nəticəsində keçirilmiş sol peroneal və tibial sinirlərin travmatik neyropatiyasının davamlı qalıqları. Sol pəncənin parezi yeriş funksiyasının pozulması ilə. Postravmatik ensefalopatiya. Sol gicgah sümüyünün sınığı və qəlpələri. Lateral topugun bitişmiş sınığı. Mərmi partlayışından sonra baldırın aşağı 1/3 metal qəlpələri, dartıcı kobud kelloid çapıq. Sol gicgah təpə nahiyəsinin metal qəlpələri. Sol tərəfli xroniki eşitmə sinirin nevriti İ-ci dərəcə ağıreşitmə” kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. 2 saylı X2 xx.xx.2023- xx.xx.2023-cü il tarixli Çıxarışda diaqnoz “Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində yaranan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları” kimi qeyd olunmuş, öz təsdiqini tapmamışdır. 2 saylı X2 xx.xx.2023-cü il tarixli 1508 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, davranış pozuntuları ilə” kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. 2 saylı X2 xx.xx.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Diffuz rezidual-orqanik tipli dəyişikliklər fonunda orta strukturların disfunksiyası, aktivləşdirici strukturların üstünlüyü qeyd olunur” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Anamnestik və klinik olaraq əlillik təyinatına əsas verən patofunksional pozuntular, psixi dəyişikliklər aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2054/2024 saylı, 27 noyabr 2024-cü il tarixli qərarı (A.Əhədova) ilə iddia tələbinin təmin edilməsi, iddiaçı X7 əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətində qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi işə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Bu isə işin nəticələrinin ətraflı araşdırılmamasına gətirib çıxarmışdır. Sözügedən hal, yəni diaqnozun öz təsdiqini tapmaması İddiaçı əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Yüzlərlə bu formada analoji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2021xx.xx.2021-ci il tarixli 28356 nömrəli çıxarışda diaqnoz “Mina partlayış travması (xx.xx.1999) nəticəsində keçirilmiş sol peroneal və tibial sinirlərin travmatik neyropatiyasının davamlı qalıqları. Sol pəncənin parezi yeriş funksiyasının pozulması ilə. Postravmatik ensefalopatiya. Sol gicgah sümüyünün sınığı və qəlpələri. Lateral topugun bitişmiş sınığı. Mərmi partlayışından sonra baldırın aşağı 1/3 metal qəlpələri, dartıcı kobud kelloid çapıq. Sol gicgah təpə nahiyəsinin metal qəlpələri. Soltərəfli xroniki eşitmə sinirin nevriti 1-ci dərəcə ağıreşitmə” kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. 2 saylı X2 xx.xx.2023-xx.xx.2023-cü il tarixli Çıxarışda diaqnoz “Baş-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində yaranan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları” kimi qeyd olunmuş, öz təsdiqini tapmamışdır. 2 saylı X2 xx.xx.2023-cü il tarixli 1508 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, davranış pozuntuları ilə” kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. 2 saylı X2 xx.xx.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Diffuz rezidual-orqanik tipli dəyişikliklər fonunda orta strukturların disfunksiyası, aktivləşdirici strukturların üstünlüyü qeyd olunur” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Anamnestik və klinik olaraq əlillik təyinatına əsas verən patofunksional pozuntular, psixi dəyişikliklər aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.4-cü bəndinə əsasən Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2054/2024 saylı, 27 noyabr 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən tələb edə bilər. İş materiallarında olan İddiaçı əlillik vəziyyətinə Zığ Sağlamlıq Mərkəzinin xx.xx.2012ci il tarixli göndərişi əsasında xx.xx.2012-ci il tarixdə baxılmış və Diaqnozun mətni: Mina partlayışından sonra sol baldır sümüklərin qeyri-düzgün bitişmiş sınığı. Sol aşıq baldır oynağının posttravmatik artrozu. Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Mina partlayışından sonra sol baldır sümüklərin qeyri-düzgün sınığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə 6 saylı Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında xx.xx.2014-cü il tarixdə baxılmış və Diaqnozun mətni: Mina partlayışından sonra sol baldır sümüklərin qeyri-düzgün bitişmiş sınığı. Sol aşıq baldır oynağının artrozu. Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sol baldır sümüklərinin qeyri-düzgün bitişmiş sınığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə 6 saylı Şəhər Poliklinikasının xx.xx.2015- ci il tarixli göndərişi əsasında xx.xx.2015-ci il tarixdə baxılmış və Diaqnozun mətni: Kəllə travmalarının nəticələri. Keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı vəziyyət. Postravmatik ensefalopatiya. Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: QKBT” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə elektron təyinatla xx.xx.2016-cı il tarixdə baxılmış və Diaqnozun mətni: Kəllə travmalarının nəticələri.Keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı vəziyyət. Postravmatik ensefalopatiya. Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: QKBT” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə 6 saylı Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə baxılmış və Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələrə, Mina partlaması nəticəsində keçirilmiş kəllə-beyin travmasının nəticələri. (xx.xx.1999). Sol pereoneal və tibial sinirlərin neyropatiyası. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: “Diaqnoz əlillik əlaməti təyin etmir - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar verilir” səbəbi ilə imtina verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə 38 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə baxılmış və Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: “Göndərişin natamam doldurulması - Səbəb: Keyfiyyətsiz doldurulma – tsek-ə göndərilən zaman xəstənin vəziyyəti və funksional pozğunluqlar ətraflı qeyd edilsin” səbəbi ilə imtina verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə 38 saylı Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə baxılmış və Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələrə, Mina partlaması nəticəsində keçirilmiş kəllə-beyin travmasının nəticələri.(xx.xx.1999). Sümük sınığının pis bitişməsi, Sol baldır sümüyünün aşağı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı. Yumşaq toxumalarda qalmış yad cisim, Baldırın yumşaq toxumasında çoxsaylı metal qəlpələr. Dərinin çapıqlaşmış vəziyyəti və fibrozu, Üzün sağ yarısı və sağ alın-təpə nahiyyəsində çapıq toxuma. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: “Diaqnoz əlillik əlaməti təyin etmir - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar verilir” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3- sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, **********0 nömrəli əyani müayinə qərarından görünür ki, İddiaçı müraciəti əsasında əlavə əyani müayinə araşdırılması aparılaraq müəyyən olunmuş və “diaqnoz əlillik təyin etmir” barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3- sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, **********5 nömrəli əyani müayinə qərarından görünür ki, İddiaçı müraciəti əsasında əlavə əyani müayinə araşdırılması aparılaraq müəyyən olunmuş və “diaqnoz əlillik təyin etmir” barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2023cü il tarixli, 3-17-4/3-3- 16454/2023 nömrəli qərarından görünür ki, İddiaçı müraciəti əsasında əlavə əyani müayinə araşdırılması aparılaraq müəyyən olunmuş və “diaqnoz əlillik təyin etmir” barədə qərar qəbul edilmişdir. Sonuncu dəfə iddiaçının əlillik vəziyyətinə 2 nömrəli X2 xx.xx.2023-cü il tarixli V00104762MHC nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixdə baxılmış və diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Həmin tibbi göndərişdə: Əsas diaqnoz: F07.0 - Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində yaranan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları. Ağırlaşma: F07.8 - Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, Baş-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində yaranan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları. Yanaşı xəstəliklər: T90.5 - Kəllədaxili travmaların nəticələri. Yanaşı xəstəliklər: M79.6 - Ətrafda ağrı. Yanaşı xəstəliklər: Y35.1-Qanunla nəzərdə tutulmuş müdaxilələr zamanı partlayışlardan istifadə edilməsi. Yanaşı xəstəliklər: R26.1 - Paralitik yeriş qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli 3-17-4/2- 24884/2023 nömrəli məktubunda bildirilmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, İddiaçı hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə dövlət tibb müəssisəsinin 4118003AAEQ0, F00043158QTU və V00104762MHC nömrəli göndərişləri və müraciəti əsasında müvafiq olaraq xx.xx.2022, xx.xx.2022 və xx.xx.2023cü il tarixlərində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq bütün hallarda diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Beləliklə, işin hallarından görünür ki, iddiaçıya 2014-2016-cı illərdə əlillik dərəcəsi təyin ediilmiş, sonuncu əlilliyin müddəti bitdiyi 2021-ci ildən etibarən barəsində dövlət tibb müəssisəsinin 4118003AAEQ0, F00043158QTU və V00104762MHC nömrəli göndərişləri tərtib edilmiş, həmin göndərişlər və özünün müraciəti əsasında müvafiq olaraq ekspert komissiyasında əyani müayinələr zamanı barəsində diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İşdən görünür ki, iddiaçı cavabdeh inzibati orqanın qərarından narazı qalaraq hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə iddiaçıya əlillik təyin edilməli olması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; - 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.4-cü maddəsinə uyğun olaraq, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. - 2.9-cu bəndinə görə göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. - 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. - 4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-cü bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-cü bənd. Əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4-cü bənd. Peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5-ci bənd. Əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-cü bənd. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-cü bənd. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Birinci instansiya məhkəməsi tərəfindən işin hallarının obyektiv araşdırılması məqsədilə məhkəmə tibbi ekspertizaları təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 tərəfindən T 35/2024 saylı ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Həmin rəydə belə nəticəyə gəlinmişdir ki, SN-nin “MTE və PA Birliyi” PHŞ-in müalicə müəssisəsi olmadığından İddiaçı hazırda V00104762MHC nömrəli Forma 088 göndərişində İddiaçı qeyd olunan xəstəliklərdən əziyyət çəkibçəkməməsi barədə konkret fikir söyləmək mümkün deyildir. İş materiallarında olan tibbi sənədlərə əsasən onun adına müvafiq tibb müəssisəsində tərtib edilmiş həmin göndərişdəki xəstəliklər XBT 10 kodu ilə qeyd edilmişdir. Göndərişdə qeyd olanan diaqnozdakı xəstəliklər “Əsas diaqnoz: F07.0- Üzvi mənşəli şəxsiyyət pozuntusu. Başbeynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində yaranan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları. Ağırlaşmalar: F07.8-Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. Baş-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində yaranan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları dəyişikliyi. Yanaşı xəstəliklər: T90.5- Kəllədaxili travmaların nəticələri; M79.6- Ətrafda ağrı; Y35.1-Qanunla nəzərdə tutulmuş müdaxilələr zamanı partlayışlardan istifadə edilməsi; R26.1-Paralitik yeriş” ona stasionarlarda müalicəsi zamanı anamnestik, klinik, laborator-instrumental müayinələrin əsasında müəyyən edildiyindən onun həmin xəstəliklərdən hazırda əziyyət çəkməsini inkar etmək də olmaz. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı sualda qeyd edilən 2.1 və 2.2. hallarından birinin onda aşkar edilməməsi əlilliyin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nın hər hansı maddəsini aid etməyə imkan vermədi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X6 xx.xx.2024-cü il tarixli 2112 nömrəli məktub ilə göndərilmiş İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T241/2024 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, 1.SN-nin “MTE və PA Birliyi” PHŞ-in müalicə müəssisəsi olmadığından İddiaçı hazırda V00104762MHC nömrəli Forma 088 göndərişində qeyd olunan xəstəliklərdən əziyyət çəkib-çəkməməsi barədə konkret fikir söyləmək mümkün deyildir. İş materiallarında olan tibbi sənədlərə əsasən onun adına müvafiq tibb müəssisəsində tərtib edilmiş həmin göndərişdəki xəstəliklər XBT 10 kodu ilə qeyd edilmişdir. Göndərişdə qeyd olanan diaqnozdakı xəstəliklər “Əsas diaqnoz: F07.0-Üzvi mənşəli şəxsiyyət pozuntusu. Baş-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində yaranan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları. Ağırlaşmalar: F07.8-Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. Baş-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində yaranan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları dəyişikliyi. Yanaşı xəstəliklər: T90.5- Kəllədaxili travmaların nəticələri; M79.6- Ətrafda ağrı; Y35.1-Qanunla nəzərdə tutulmuş müdaxilələr zamanı partlayışlardan istifadə edilməsi; R26.1-Paralitik yeriş” ona stasionarlarda müalicəsi zamanı anamnestik, klinik, laborator-instrumental müayinələrin əsasında müəyyən edildiyindən onun həmin xəstəliklərdən hazırda əziyyət çəkməsini inkar etmək də olmaz. Əlilliyin təyini ilə əlaqədar sualın həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Səhiyyə Nazirliyinin Məhkəmə X4 xx.xx.2024-cü il tarixli 4233 nömrəli məktub ilə göndərilmiş xx.xx.2024-cü il tarixli 2148 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, 1-ci sual:İddiaçı üzvi (travmatik mənşəli) şəxsiyyət pozuntusu aşkar olunur. Həmin diaqnoz “X1”na (10-cu baxış) əsasən F07.0 kodu ilə göstərilir. 2-ci sual:İddiaçı xx.xx.2023-cü il tarixli V00104762MHC saylı Forma 88-də qoyulmuş əsas diaqnoz və ağırlaşma onun hazırkı sağlamlıq vəziyyətinə uyğundur. 3-cü sual: əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq, bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) 4-cü sual: məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti. 3cü və 4-cü suallar üzrə cavab: Suallarda göstərilən əlamətlər əlillik meyarlarına aid olduğundan məhkəmə-psixiatrik ekspertizası tərəfindən cavablandırıla bilməz. Belə ki, əlilliyin təyini ilə əlaqədar sualların cavablandırılması məhkəmə-psixiatrik ekspertizasının səlahiyyətinə aid deyil. Əlilliyin qiymətləndirilməsi Tibbi-Sosial Ekspert Komisiyaları tərəfindən həyata keçirilir. Beləliklə, qeyd olunanlardan görünür ki, cavabdeh iddiaçıya əlillik təyin edilməsindən imtina edərkən onun sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən dəyişikliklər aşkar edilmədiyini, buna görə də diaqnozun əlillik əlaməti təyin etmədiyi qənaətinə gəlsə də, iş materialları və ekspert rəyi ilə bu hal tam təkzib olunmuşdur. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1-ci bəndinə görə əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Həmin Meyarların 3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. İddiaçıya dair sonuncu göndərişin status localis bölməsində qeyd olunur ki, əsas diaqnoz: F07.0 - Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində yaranan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları. Ağırlaşma: F07.8 - Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, Baş-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində yaranan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları. Yanaşı xəstəliklər: T90.5 - Kəllədaxili travmaların nəticələri. Yanaşı xəstəliklər: M79.6 - Ətrafda ağrı. Yanaşı xəstəliklər: Y35.1-Qanunla nəzərdə tutulmuş müdaxilələr zamanı partlayışlardan istifadə edilməsi. Yanaşı xəstəliklər: R26.1 - Paralitik yeriş qeyd edilmişdir. İddiaçıda olan əsas diaqnozun ağırlaşması - Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, Baş-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində yaranan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları hazırda qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə də öz əksini tapmışdır. İddiaçı barəsində ambulator kartoçkadan görünür ki, iddiaçıda F07.0 diaqnozu ilə yanaşı F07.8 diaqnozu da var. “Əlilliyin müəyyən olunması meyarları”na “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə dair Əlavənin 13-cü bəndinə (Psixi və davranış pozuntuları) əsasən - Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular: 7.6.2.1 əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) (orqanizm funksiyalarının 35-60 % olmaqla itirilməsi) – 2 il müddətinə əlillik təyini üçün əsasdır. 7.6.2.2 məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti (orqanizm funksiyalarının 65-80 % olmaqla itirilməsi) – 2 il müddətinə əlillik təyini üçün əsasdır. Göründüyü kimi, Meyarlar şəxsdə XBT-10 (xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı) kodu üzrə F07.8 diaqnozuna uyğun xəstəliyin olmasını əlilliyin təyini üçün əsas hesab etmişdir, hansı ki, bu xəstəliklər iddiaçı barəsində verilmiş göndərişdə təsbit edilmiş, ekspert rəyi ilə isə təsdiq olunmuşdur. İşin araşdırılmış hallarından aydın olur ki, əlillik dərəcəsinin təyin edilməsindən imtina edildiyi zaman müəyyən edilən diaqnozlar əvvəllər əlillik dərəcəsi təyin edildiyi zaman müəyyən edilən diaqnozla eynilik təşkil etdiyindən, həmçinin əlilliyin təyin olunmasına əsas olan diaqnoz müvafiq normativ hüquqi aktlarda (əlilliyin müəyyən olunması meyarlarında) göstərildiyindən hazırkı iddia tələbi əsaslıdır. Həmçinin, Ali Məhkəmənin oxşar işlər üzrə qərarlarında da mövqe bu cür əsaslandırılmışdır ki, iddiaçıda olan xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququ qorunmalıdır. Əks halda, həmin xəstəliklərdən əziyyət çəkən, əlilliyi təyin edilən şəxslərlə iddiaçının vəziyyətində olan şəxslər arasında qeyri-bərabər münasibət yaranacaqdır ki, nə qədər ki, iddiaçıya təyin edilmiş əlilliyin ləğvinə dair hər hansı inzibati icraat aparılmamışdır ki, həmin əlilliyin təyinatına uyğun olaraq aparılan inzibati praktikaya, inzibati orqanın hərəkətinə iddiaçının etimad hüququnun qorunması həyata keçirilməli, 2018-ci il tarixdən eyni xəstəliklərdən əlilliyi olan şəxsin reabitilasiyası üçün müəyyən edilmiş müddət ərzində sağalmaması nəzərə alınmalıdır (Ali Məhkəmənin İnzibati Kollegiyasının 2- 1(102)1012/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2-1(102)-144/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarı, 2-1(102)-1169/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il qərarı). Qeyd edilənlərə əsasən Kollegiya bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iddiaçıya əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməli olması ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, iddiaçıya əlilliyin təyin edilməli olması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olsa da, əlilliyin təyinat tarixi və dərəcəsinin (Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi) müəyyən edilməsi ilə bağlı məhkəmə araşdırma aparmamışdır. Bununla bağlı məhkəmə kollegiyası diqqətə çəkir ki, əlilliyin qiymətləndirilməsi ilə əlaqədar yaranan məhkəmə mübahisələri üzrə xüsusi diqqət yetirilməli olan digər bir məsələ əlilliyin təyinat tarixinin müəyyənləşdirilməsi ilə bağlıdır. Bununla bağlı olaraq, ilk növbədə nəzərə alınmalıdır ki, qanunvericiliyin imperativ göstərişinə görə şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsi). Məhkəmə təcrübəsində qeyd olunan məsələ ilə bağlı bir neçə müxtəlif faktiki hallara malik işlərə rast gəlinir. Birinci hal, göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina olunmasına dair qərar qəbul edildikdən sonra məhkəməyə müraciətin edildiyi vəziyyətdir. Məhkəmələr imtinanı qanunsuz hesab etdikləri və iddianı təmin etmək üçün digər bütün əsasların mövcudluğunu müəyyən etdikləri halda, cavabdehin üzərinə əlilliyin müəyyən edilməsinə dair qərar qəbul etmək öhdəliyini qoya bilərlər. Bu zaman, cavabdeh “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.4-cü bəndinə uyğun olaraq əlilliyin təyinat tarixini göndərişin altsistemə ötürüldüyü gündən hesablanmaqla 10 (on) iş gününü keçməyəcək qaydada müəyyən etməlidir. İkinci hal, göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina olunmasına dair qərar qəbul edildikdən sonra məhkəməyə müraciət edilməməsi, sonradan yeni göndəriş(lər)in verilməsi və həmin göndəriş əsasında sonrakı tarixlərdə əlilliyin müəyyən edilməsi vəziyyətidir. Bu zaman, bir qayda olaraq, göndərişlərin məzmununun eyniliyinə istinadla məhkəmələrdə əlilliyin təyinat tarixinin ilk göndəriş tarixinə uyğun dəyişdirilməsinə dair iddialar qaldırılır. Bununla bağlı olaraq nəzərə alınmalıdır ki, hətta göndərişlərin məzmununun eyniliyi müəyyən olunsa belə, ilkin göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina barədə qərar mübahisələndirilmədən əlilliyin təyinat tarixinin dəyişdirilməsinə dair iddialar təmin edilə bilməz. Belə ki, inzibati orqanın əvvəlki imtina qərarı "İnzibati icraat haqqında" Qanunun 64-cü maddəsinə görə inzibati akt kimi özünün hüquqi qüvvəsini saxlayır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Üçüncü hal isə bir neçə göndərişin verilməsinə baxmayaraq, hər dəfə əlillik müəyyən edilməsindən imtina olunmasına dair qərarın verilməsi və maraqlı şəxsin yalnız sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarından sonra məhkəməyə müraciət etdiyi vəziyyətdir. Bununla bağlı olaraq isə nəzərə alınmalıdır ki, əvvəlki imtinalar mübahisələndirilmədiyindən və məhkəmədə baxılan iddianın predmetini sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarı təşkil etdiyindən müvafiq olaraq əlilliyin təyinat tarixi də əvvəlki göndərişlərə görə deyil, məhz sonuncu göndəriş nəzərə alınmaqla müəyyən edilməlidir. Beləliklə, məhkəmədə baxılan iddianın predmetini sonuncu göndəriş əsasında qəbul edilmiş sonuncu imtina qərarı təşkil etdiyindən, onun barəsində sonuncu göndəriş üzrə sonuncu imtina xx.xx.2023-cü il tarixdə imzalandığından, əlilliyin təyinat tarixinin sonuncu imtina tarixi nəzərə alınmaqla təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, oxşar işlər üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının qərarlarında da mövqe bu cür əsaslandırılmışdır (2-1(102)-2067/2024 saylı, xx.xx.2024-cü il tarixli qərar). Məhkəmə kollegiyası həmçinin, nəzərə çatdırır ki, iddiaçıda əsas diaqnozun ağırlaşması olan F07.8 ekspert rəyi, həmçinin tibbi sənədləri ilə müəyyən edildiyindən, diaqnoz üzrə “Əlilliyin müəyyən olunması Meyarları”nın 7.6.2.2-ci bəndində göstərilən qiymətləndirmə üzrə orqanizm funksiyalarının 65-80% olmaqla 2 il müddətinə itirilməsi müəyyən edildiyindən, iddiaçıya da əlillik təyinatı zamanı həmin faiz və müddət göstəricisi nəzərə alınmalıdır. Əlilliyin səbəbli əlaqəsi ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, bu hal mübahisəli deyildir. Belə ki, cavabdeh inzibati orqan şəxsdə olan xəstəliyin məhz Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1993-cü il tarixli 842 nömrəli xəstəlik haqqında Şəhadətnaməsində qeyd edilən xəstəliklə bağlı olmasını inkar etmir. Bundan əlavə əvvəlki əlillik dərəcəsinin təyini zamanı da iddiaçının əlilliyinin səbəbi kimi hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar olduğu qeyd edilmişdir. Belə ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə zamanı “Mina partlayışı nəticəsində başın və hər iki aşağı ətrafların çoxsaylı qəlpə yaralanması, sol baldır sümüklərinin aşağı 1/3-nin açıq yerini dəyişən sınığı” diaqnozu qoyulmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2054/2024 saylı, 27 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilməli, İddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar 2-ci dərəcə (orqanizm funksiyalarının 65- 80% olmaqla itirilməsi) əlilliyin xx.xx.2023-cü il tarixdən 2 il müddətinə təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85, 87 və 90-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2054/2024 saylı, 27 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilsin. İddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar 2-ci dərəcə (orqanizm funksiyalarının 65-80% olmaqla itirilməsi) əlilliyin xx.xx.2023-cü il tarixdən 2 il müddətinə təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-1655/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1655/2025
24.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver