Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1656/2023 16.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-1656/2023 (Açar sözlər: “qərarın ləğv edilməsi”) Bakı şəhəri 16 may 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3305/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 16 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İşdə olan cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 01 iyun 2021-ci il tarixli, **********016300 nömrəli qərarına əsasən 1-ci rüb 2021-ci il hesabat dövrü üzrə vergi orqanı tərəfidnən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 21.025,33 manat hesablanmışdır.
2. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 09 sentyabr 2021-ci il tarixli, **********285800 nömrəli qərarına əsasən 2-ci rüb 2021-ci il hesabat dövrü üzrə vergi orqanı tərəfidnən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 8.411,30 manat hesablanmışdır.
3. İşdə olan Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubdan görünür ki, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanın Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi Ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Vergi Məcəlləsinin 85.4-cü ıfıaddəsinə əsasən bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir, Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Bildirilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ( ƏƏSMN ) əmək müqavilələri üzrə bildiriş bazasına əsasən 2021-ci ilin 1-ci rübünün aktiv əmək müqavilələrinin və əmək haqqı məbləğlərinin mövcud olmasına baxmayaraq, 2021-ci ilin 2-ci rübünün işçi sayında və əmək haqqı məbləğlərində azalma müşahidə edilmişdir. Vergi Məcəlləsinin 37,67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının onun vergi öhdəliklərini yenidən hesablamaq hüququ vardır. Məktubda qeyd olunan məsələlərə dair hər hansı sualı olarsa, Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin müvafiq struktur bölmələri ilə əlaqə saxlaya bilər.
4. İşdə olan vergi orqanı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, cavabdeh tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əmək müqavilələri üzrə bildiriş bazasından çıxarış təqdim edilmişdir. Həmin çıxarışda fiziki şəxslərin adları və müqavilələrinin bağlanma tarixləri və hazırki statusları göstərilmişdir.
İş üzrə qəbuledilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı əsassız hesablanmış 20296,6 manat sosial sığorta borcunun onun şəxsi vərəqəsindən silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, bir müddətdir ki, fərdi sahibkalıq fəaliyyəti ilə məşğul olur. Bu yaxınlarda ona bəlli olmuşdur ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 20296.6 manat borc yazılmışdır. Həmin borcdan 832,39 manatı işsizlikdən sığorta fonduna ödənilməli olan borcdur. O, fəaliyyətə başladığı vaxtdan hal-hazıradək olan dövr ərzində icbari ödənişlərə dair qanunverciliyin tələblərinə daim əməl etmiş, vergi, sosial sığorta və digər icbari ödənişləri vaxtlı-vaxtında ödəmişdir. Həmin borcun hansı işçilərə və hansı hesabat əsasında ona yazılması bəlli deyil. Bununla bağlı müraciət etsə də, bu halın onun tərəfindən sübut edilməli olduğunu bildirmişlər. Göstərilən əsaslarla razı olmamaqla bildirmək istəyir ki, inzibati orqan borcu özü sübut etməli olduğu halda sübutetmə yükünü onun üzərinə qoyur. Bu isə qanunverciliyin tələblərinə tamamilə ziddir. Qeyd etmək istəyir ki, hesablanmış borcun hansı əsaslarla hesablanması ona bəlli deyil. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən onun hüquqları kobud şəkildə pozulmuşdur. Göstərilən borc məbləğinin hardan yaranması, hansı dövrü əhatə etməsi, borc məbləğinin əsas və ya penya borcu olması ona məlum deyil. Halbuki onun sığorta haqqı üzrə heç bir borcu yoxdur, hesabatları, ödəmələri vaxtıvaxtında həyata keçirdiyi halda cavabdeh əsassız olaraq onun bir sıra hüquqlarını, öhdəliklərini həyata keçirməyə maneçilik törədir, şirkətin maraqlarını və qanuni mənafelərini ciddi şəkildə pozur, bu, müəssisədə maliyyə problemlərinin yaranmasına səbəb ola bilər.
7. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ona yəni, İddiaçı 01 iyun 2021-ci il tarixli qərarla 21025 manat və 09 sentyabr 2021-ci il tarixli qərarla isə 8411,3 manat borc məbləğinin hesablanmasına dair qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3305/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır.
9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, işin hallarından müəyyən edilmişdir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əmək müqavilələri bildiriş bazasına əsasən aparılmış araşdırma zamanı dövr üzrə aktiv əmək müqavilələrinin mövcud olmasına baxmayaraq, 2021-ci ilin 1-ci rübü üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinin (hesabatı) vergi orqanına təqdim edilməmiş və ya göstəricisiz təqdim edildiyi üçün vergi ödəyicisinə kənarlaşma barədə xx.xx.2021-ci il tarixli **********249300 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubları, müvafiq dövr üzrə cari bəyannamənin və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlərin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur.
10. Lakin, iddiaçı məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyindən məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrinə əsasən (hesabatı) 21025 manat məbləğində hesablama aparılmış, xx.xx.2021-ci il tarixli **********016300 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir.
11. Həmçinin aparılmış araşdırma zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əmək müqavilələri üzrə bildiriş bazasına əsasən dövr üzrə aktiv əmək müqavilələrinin mövcud olmasına baxmayaraq, 2021-ci ilin 2-ci rübü üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) vergi orqanına təqdim edilməmiş və ya göstəricisiz təqdim edildiyi üçün vergi ödəyicisinə kənarlaşma barədə xx.xx.2021-ci il tarixli **********541800 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubları, müvafiq dövr üzrə cari bəyannamənin və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər, sənədlərin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur.
12. Lakin, iddiaçı məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etməmiş, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələsinə (hesabatı) 8411,3 manat məbləğində hesablama aparılmış xx.xx.2021-ci il tarixli, **********285800 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir.
13. Sözügedən qərarların qəbul edilməsinə əsas olmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əmək müqavilələri üzrə bildiriş bazasından çıxarış cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və qərarın qəbul edilməsinə əsas olmuş işin faktiki halları məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır.
14. Həmin halları təkzib edən hər-hansı sübut isə iddiaçı tərəfindən məhkəmə icraatına təqdim edilə bilməmişdir.
15. Məhkəmə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci, 37.3-ci, 85.4-cü maddəsinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci və 67.1-ci maddəsinə istinad etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
16. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3305/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
17. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən ona kameral vergi yoxlaması üçün zəruri olan sənədləri tələb etməsi haqqında heç bir məktub göndərilməmiş, heç bir zəruri sənəd tələb edilməmişdir.Məhkəmə isə bunu araşdırmadan qərar qəbul etmişdir.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə birinci instansiya məhkəməsində iddia tələbinə etiraza uyğun yazılı etiraz daxil olmuşdur.
c) Prosses iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Vergi Məcəlləsi:
-23.1.1-ci maddəsinə əsasən vergi orqanın Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. - 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -37.3-ci maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. - 83.1. Bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir.Bu Məcəllənin 85.4-cü maddəsində göstərilən müddətlər nəzərə alınmaqla, vergi ödəyicisinin vergi orqanında uçota alındığı tarixədək əldə etdiyi gəlirləri, o cümlədən xaricdən əldə etdiyi gəlirləri üzrə vergilər həmin gəlirlərin aid olduğu hesabat dövrləri üzrə ayrılıqda hesablanaraq vergi orqanı tərəfindən vergi orqanının uçot sənədlərində qeyd edilir. Vergi ödəyicisinin xaricdən əldə etdiyi gəlirləri üzrə vergilər hesablanarkən bu Məcəllənin 127-ci maddəsinin müddəaları nəzərə alınır. 22.“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.0.2-ci maddəsinə inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 14.1 mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 32.1. mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1 inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
25. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia mümkün iddiadır.
27. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir.
28. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı mübahisənin predmetini iddiaçının mübahisələndiridiyi cavabdeh tərəfindən qəbul edilmiş iddiaçıya 21025 manat vergi məbləğinin hesablanması barədə 01 iyun 2021-ci il tarixli və 8411,3 manat vergi məbləğinin hesablanması barədə 09 sentyabr 2021-ci il tarixli qərarlarının ləğv edilməsi təşkil edir.
29. İddiaçı iddia edir ki, fəaliyyətə başladığı vaxtdan hal-hazıradək olan dövr ərzində icbari ödənişlərə dair qanunverciliyin tələblərinə daim əməl etmiş, vergi, sosial sığorta və digər icbari ödənişləri vaxtlı-vaxtında ödəmişdir. Həmin borcun hansı işçilərə və hansı hesabat əsasında ona yazılması bəlli deyil. Bununla bağlı müraciət etsə də, bu halın onun tərəfindən sübut edilməli olduğunu bildirmişlər. Göstərilən əsaslarla razı olmamaqla bildirmək istəyir ki, inzibati orqan borcu özü sübut etməli olduğu halda sübutetmə yükünü onun üzərinə qoyur. Bu isə qanunverciliyin tələblərinə tamamilə ziddir. Qeyd etmək istəyir ki, hesablanmış borcun hansı əsaslarla hesablanması ona bəlli deyil.
30. Cavabdeh isə qəbul ediyi mübahisələndirilən qərarların qəbul edilməsinin faktiki və hüquqi əsası olaraq bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əmək müqavilələri üzrə bildiriş bazasına əsasən dövr üzrə aktiv əmək müqavilələrinin mövcud olmasına baxmayaraq, 2021-ci ilin 1-ci rübü üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinin (hesabatı) vergi orqanına təqdim edilməmiş və ya göstəricisiz təqdim edildiyi üçün vergi ödəyicisinə kənarlaşma barədə xx.xx.2021-ci il tarixli **********249300 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubları, müvafiq dövr üzrə cari bəyannamənin və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlərin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyindən məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrinə əsasən (hesabatı) 21025 manat məbləğində hesablama aparılmış xx.xx.2021-ci il tarixli **********016300 nömrəli 'Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. Həmçinin bildirilmişdir ki, aparılmış araşdırma zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əmək müqavilələri üzrə bildiriş bazasına əsasən dövr üzrə aktiv əmək müqavilələrinin mövcud olmasına baxmayaraq, 2021-ci ilin 2-ci rübü üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinin (hesabatı) vergi orqanına təqdim edilməmiş və ya göstəricisiz təqdim edildiyi üçün vergi ödəyicisinə kənarlaşma barədə xx.xx.2021-ci il tarixli **********541800 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubları, müvafiq dövr üzrə cari bəyannamənin və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər, sənədlərin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrinə əsasən (hesabatı) 8411,3 manat məbləğində hesablama aparılmış xx.xx.2021-ci il tarixli, **********285800 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir.
31. İşin hallarından müəyyən edilmişdir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əmək müqavilələri bildiriş bazasına əsasən aparılmış araşdırma zamanı dövr üzrə aktiv əmək müqavilələrinin mövcud olmasına baxmayaraq, 2021-ci ilin 1-ci rübü üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinin (hesabatı) vergi orqanına təqdim edilməmiş və ya göstəricisiz təqdim edildiyi üçün vergi ödəyicisinə kənarlaşma barədə xx.xx.2021-ci il tarixli **********249300 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubları, müvafiq dövr üzrə cari bəyannamənin və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlərin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur.
32. Lakin, iddiaçı məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyindən məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrinə əsasən (hesabatı) 21025 manat məbləğində hesablama aparılmış, xx.xx.2021-ci il tarixli **********016300 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir.
33. Həmçinin, aparılmış araşdırma zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əmək müqavilələri üzrə bildiriş bazasına əsasən dövr üzrə aktiv əmək müqavilələrinin mövcud olmasına baxmayaraq, 2021-ci ilin 2-ci rübü üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) vergi orqanına təqdim edilməmiş və ya göstəricisiz təqdim edildiyi üçün vergi ödəyicisinə kənarlaşma barədə xx.xx.2021-ci il tarixli **********541800 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubları, müvafiq dövr üzrə cari bəyannamənin və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər, sənədlərin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur.
34. Lakin, iddiaçı məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etməmiş, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələsinə (hesabatı) 8411,3 manat məbləğində hesablama aparılmış xx.xx.2021ci il tarixli, **********285800 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir.
35. Sözügedən qərarların qəbul edilməsinə əsas olmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əmək müqavilələri üzrə bildiriş bazasından çıxarış cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və qərarın qəbul edilməsinə əsas olmuş işin faktiki halları məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır.
36. Həmin halları təkzib edən hər-hansı sübut isə iddiaçı tərəfindən məhkəmə icraatına təqdim edilə bilməmişdir.
37. İşin sadalanan faktiki hallarına (1-4-cü bəndlər) tətbiq edilən hüquq normalarından (21- 23-cü bəndlər) çıxış edərək məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin rədd olunması ilə bağlı gəldiyi nəticə düzgün olmuşdur.
38. Belə ki, sözügedən qərarların qəbul edilməsinə əsas olmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əmək müqavilələri üzrə bildiriş bazasından çıxarış cavabdeh tərəfindən məhkəməyə təqdim edilməsinə baxmayaraq iddiaçı işin bu faktiki halını hansı səbəbdən qəbul etməməsini əsaslandırmadan qərarların qanunsuz olmasını mübahisələndirir.
39. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı iddia ərizəsindəki dəlillər ilə oxşar mövqedən çıxış edərək bildirir ki, cavabdeh tərəfindən ona kameral vergi yoxlaması üçün zəruri olan sənədləri tələb etməsi haqqında heç bir məktub göndərilməmiş, heç bir zəruri sənəd tələb edilməmişdir.
40. Məhkəmə Kollegiyası qeyd edir ki, birincisi iş materiallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya kameral vergi yoxlaması üçün zəruri olan sənədləri tələb etməsi haqqında məktub göndərilmişdir.
41. İkincisi isə iddiaçı istinad etdiyi dəlilin-yəni zəruri sənədlərin onda olmasının təsdiqi kimi həmin sənədləri nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya baxışı zamanı təqdim etməmişdir.(həmçinin sübutların əldə olunmasına dair hər hansı vəsatət də verilməmişdir.)
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlili formal mülahizələrlə əsaslandırılmışdır.
43. Beləliklə, məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3305/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3305/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.