Məhkəmə qərarları › İş №2-1(103)-1656/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1656/2024

17.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1656/2024 17.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: “əlillik dərəcəsinin təyin edilməsi”) QƏRAR Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Məmmədovadan (sədrlik edən və məruzəçi), Səadət Rəşid qızı Səlimovadan və X4 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6508/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatına əsasən xx.xx.1976-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır.

2. Təqdim olunmuş inzibati icraat materiallarından görünür ki, iddiaçının əlillik vəziyyətinə Bakı 7 nömrəli X9 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 002800AAA6X nömrəli tibbi göndəriş əsasında xx.xx.2017-ci il tarixdə baxılmış və Səbəb: Ümumi xəstəlik, X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A18f - Digər orqanların vərəmi => A18.0+ - üsmük və oynaqların vərəmi. Diaqnozun mətni: L4-L5 bel fəqərələrinin vərəm spondiliti, spodilitik faza, qızğın dövr, abseslə ağırlaşma. cərrahi əməliyyatdan sonrakı vəziyyət. Sağ qasıq nahiyyəsinin yırtığının cərrahiyyə əməliyyatdan sonrakı vəziyyət. Yerişin pozulması hamarlanmış bel lardozu, hərəkət məhdudluğu. Meyar: 2.2 ikinci dərəcə əlillik => 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G3O-G32.9,G80-G80.9) səbəi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir.

3. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə Bakı şəhəri Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli K00053667KXL nömrəli tibbi göndərişi əsasında xx.xx.2022-ci il tarixdə baxılmış və Diaqnozun mətni aşağıdakı kimi göstərilmişdir: A18 - Digər orqanların vərəmi, L4-5 fəqərələrinin vərəm spondiliti, spondilitik faza, xroniki gedişli. Ağırlaşma - A18.0- Sümük və oynaqların vərəmi, L4-5 fəqərələrinin vərəm spondiliti, spondilitik faza, xroniki gedişli. Ağırlaşma - G54 Sinir köklərinin və kələflərinin zədələnmələri, Kökcük ağrı sendronmu. Ağırlaşma- M42-Onurğanın osteoxondrozu, Sağtərəfli lumbotomiya radikal absessotomiya. Ağırlaşma – M24.5 –Oynaqların kontrakturası, Bel-oma nayihəsində kəskin hərəkət məhdudluğu. Ağırlaşma – M53.2 – Spinal qeyri-sabitlik, Onurğanın qeyri sabitliyi. Ağırlaşma – R52.0 – Kəskin ağrı, Yerişin çətinləşməsi, ağrı sindromu ilə. Ağırlaşma – R26.0 – Atakin yeriş, Aşağı ətrafların funksional pozğunluğu. Ağırlaşma – R26.8 – Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Yerişin çətinləşməsi, ağrı sindromu ilə. Ağırlaşma – Z98.8 – Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonraki vəziyyətlər, “Sağ tərəfli lumbotomiya, radikalabsessotomiya” cərrahiyə əməliyyatından sonrakı vəziyyət. Ağırlaşma – B90.9 – Tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri, Keçirilmiş ağciyərlərin vərəmindən sonrakı qalıq – fibroz və bərkimiş ocaqlar şəklində. Digər orqanların vərəmi, L4-L5 bel fəqərələrinin vərəm spondiliti, spodilitik faza, xroniki gedişli. İmtina: Diaqnozun əlillik təyin etməməsi – Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir səbəbi ilə imtina verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ümumi xəstəlik səbəblərinə görə ona təyin edilmiş 2-ci dərəcə əlilliyin bərpası barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, L4-L5 bel fəqərələrinin vərəmi spoudiliti, spodilik faza, qızğın dövr, ABSESLƏ ağırlaşma, cərrahi əməliyyatdan sonraki vəziyət, yerişin pozulması, hamarlanmış bel lardozu, hərəkət məhdudluğu diaqnozu ilə xx.xx.2017-ci il tarixdən ümumi xəstəlik səbəbindən 2-ci dərəcə əlillik müəyyən olunmuşdur. Təkrarən 5 il keçdikdən sonra dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş forma 88 Tibbi Sosial Ekspertiza Komissiyasına göndərilmişdir. Lakin forma 88 yanlış, natamam doldurulmuşdur və onun tibbi sənədləri tibb müəssisəsinə qaytarılmışdır. Bu qüsurları tibb müəssisəsi aradan qaldırdıqdan sonra onu müayinədən keçirəndən sonra yenidən forma 88 rəsmiləşdirilərək TSEK-ə göndərilmişdir. Lakin TSEK onun müayinəsi zamanı tibbi sənədləri nəzərdən keçirərkən əlillik əlamətləri müəyyən etmədiyinə görə ətraflı diaqnoz əlillik əlamətləri təyin etməməsi səbəbi ilə 2-ci dərəcə əlillik müəyyən olunmadığı üçün imtina etmişdir. TSEK qərəzli, qeyri-obyektiv və tibbi sənədlərini dəqiq araşdırılmadığı üçün səhvə yol vermiş və qanunsuz olaraq imtina vermişdir.

6. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının əlillik vəziyyəti Bakı Pirallahı Tibb Mərkəzinin xx.xx.2016-cı il tarixli göndərişi əsasında əsasında baxılmış, X1: Xİİİ Sinif - Sümükəzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr... Diaqnozun mətni Bel və digər şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə L4-L5 fəgərələriin geyri spastik spondilitinə görə cərrahi əməliyyatdan sonraki vəziyyət“ İmtina:Göndərişin natamam doldurulması - Səbəb: Diaqnoz formalaşdırılmamışdır. Xəstəlyin yaratdığı funksiya pozğunluqları qeyd edilməmişdir. Bakı Pirallahı Tibb Mərkəzinin xx.xx.2017-ci il tarixli göndərişi əsasında əsasında baxılmış, X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15- A19 - Vərəm => A18f - Digər orqanların vərəmi => A18.0+ - sümük və oynaqların vərəmi Diaqnozun mətni Sümük və oynaqların vərəmi, L4-L5 bel fəqərələrinin vərəm spondiliti .spondilitik faza qızğın dövr.abseslə fəsadlaşmış. Cərrahiyyə əməliyyatdan sonrakı vəziyyət. Ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi, Xroniki bronxit obstruktiv komponentlə fəsadlaşmış. Qasıq yırtığı, Sağ qasıq nahiyyəsinin yırtığının cərrahiyyə əməliyyatdan sonrakı vəziyyət. İmtina: Göndərişin natamam doldurulması - Səbəb: Diaqnoz formalaşdırılmamışdır. Xəstəlyin yaratdığı funksiya pozğunluqları qeyd olunması səbəbilə imtina edilmişdir. Bakı 7 nömrəli X10 xx.xx.2017- ci il tarixli göndərişi əsasında əsasında baxılmış, X1: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər.Diaqnozun mətni L4-L5 bel fəqərələrinin vərəm spondiliti, spodilitik faza, qızğın dövr. abseslə ağırlaşma. cərrahi əməliyyatdan sonrakı vəziyyət İmtina: Göndərişin natamam doldurulması - Səbəb: Diaqnoz formalaşdırılmamışdır.Xəstəliyin yaratdığı funksiya pozğunluqları qeyd olunması səbəbilə imtina edilmişdir. Bakı 7 nömrəli X10 05.0.2017-ci il tarixli göndərişi əsasında əsasında baxılmış, X2 «:İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15- A19 - Vərəm => A18t - Digər orqanların vərəmi => A18.0+ - üsmük və oynaqların vərəmi.Diaqnozun mətni L4-L5 bel fəqərələrinin vərəm spondiliti,spodilitik faza, qızğın dövr,abseslə ağırlaşma. cərrahi əməliyyatdan sonrakı vəziyyət.sağ qasıq nahiyəsinin yırtığının cərrahi əməliyyatdan sonrakı vəziyyət.yerişin pozulması,hamarlanmış bel lardozu, hərəkət məhdudluğu. meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9,G80-G80.9Y il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 7 nömrəli X10 xx.xx.2022-ci il tarixli göndərişi əsasında əsasında baxılmış, X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15- A19 - Vərəm => A18f - Digər orqanların vərəmi => A18.0+ - sümük və oynaqların vərəmi. Diaqnozun mətni Digər orqanların vərəmi, L4-5 fəqərələrinin vərəm spondiliti, spondilitik faza, xroniki gedişli. İmtina: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-489/2022 nömrəli qərarının 16-cı bəndinə əsasən Həmçinin göndərişin natamam doldurulması ilə əlaqədar imtina edilmə qərarında nə Tibbi-Sosial Ekspertiza Agentliyinin, nə də ki iddiaçı tərəfin təqsiri mövcud deyil. Həmin halda məsuliyyəti tibb müəssisəsi daşıyır Bu halda iddiaçının əlilliyin səbəbinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmək hüququ yaranmır. Lakin adıçəkilən şəxsin tibb müəssisəsini məhkəməyə verərək tərəfindən hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə keçən müddət ərzində kompensasiyanın ödənilməsini tələb etmək hüququ mövcuddur. İddiaçı əyani müayinə olunmuş və diaqnoz əlillik əlamətini təyin etmir kimi qərar verilmişdir. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6508/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iş üzrə keçirilmiş məhkəmə ekspertiza rəylərindən də görünür ki, iddiaçının əyani müayinəsi zamanı əzələlərdə atrofiya, üzülmə, boyun, döş və bel nahiyələrində onurğa sütunu hərəkətliliyinin məhdudlaşması, yuxarı və aşağı ətraf funksiyalarının pozuntusu-parez və plegiya müəyyən edilməmiş, yerişin çətinləşməsi, hərəkət pozğunluğu müşahidə olunmamışdır.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

9. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6508/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinə oxşar məzmunda əsaslandırılmışdır.

d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır

e) Prosses iştirakçılarının izahatları

12. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

13. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 №-li Qərarı ilə yeni məzmunda “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş, Qərar 1 iyul 2022-ci il tarixdən qüvvəyə minmişdir.Həmin Meyarlara əsasən: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. ....

2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri

2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 2.2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları üzrə məhdudlaşma dərəcələri aşağıdakılardır: 2.2.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları:

1. İ dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf edərək, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;

2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;

3. İİİ dərəcə – kənar şəxslərin daimi kömək və qayğısına ehtiyacın olması və kənar şəxslərdən tam asılılıqla əlaqədar özünəqulluq bacarığının olmaması;

15. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; ...... - 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir; 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.”

16. Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” icmal məktubunda qeyd edilmişdir: “28. Əlilliyin müəyyən edilməsindən diaqnozun əlilliyə əsas verməməsi səbəbi ilə imtina edildiyi zaman məhkəməyə müraciət edən şəxslərin iddialarına baxılarkən, məhkəmələr tərəfindən bir sıra hallarda İnzibati Prosessual Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati orqana şəxsin əyani müayinəyə cəlb edilməklə müvafiq inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edilir.

29. Təcrübədə rast gəlinən əsas problemlərdən biri məhz həmin əyani müayinələrlə bağlıdır. İşlərdən görünən odur ki, bir sıra hallarda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əyani müayinələr şəxsin sağlamlıq vəziyyətinin obyektiv qiymətləndirildiyi barədə nəticəyə gəlməyə imkan verməyən şəkildə aparılır. Nəticə etibarilə, bəzən məhkəmələr inzibati orqanın şəxsin hərtərəfli, funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnozlarına əsaslanmayan mövqeyinə uyğun qərar verməklə işi yekunlaşdırırlar.” ....

37. Şəxsin əlilliyi onda mövcud olan xəstəliklərin, zədələrin və çatışmazlıqların, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərindən asılı olaraq təyin edildiyi üçün, fərqli subyektlərin fəaliyyət sahəsinə aid olan şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi ilə əlilliyin qiymətləndirilməsi (təyin edilməsi) anlayışları (birinci halda tibbi ekspertlərin, ikinci halda inzibati orqanın və ya məhkəmənin) eyniləşdirilməməlidir. Əlilliyin qiymətləndirilməsi tələbi üzrə hüquqi dəyərləndirmə hüquq tətbiqedicinin əlahiddə və müstəsna səlahiyyəti olmaqla, ekspert qarşısına yalnız şəxsin sağlamlıq vəziyyətinin müəyyən edilməsinə dair (göndərişdə qoyulmuş diaqnozun təsdiqini tapıbtapmadığı, diaqnozun X1na uyğunluğu və sairə) suallar qoyula bilər. .....

45. Sübutetmənin və etirazın əsaslarını müəyyən edən prosessual normaların qanunvericinin müəyyənləşdirdiyi məqsədlər baxımından tətbiq edilməli olması zərurəti, digər tərəfdən də qanunvericinin idarənin əməkdaşı olmayan şəxsləri ekspert qismində cəlb etmək məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxması göz önündə tutulmaqla hesab edilir ki, ekspertizanın keçirilməsinin mümkünsüz olduğu müstəsna hallarda, məhkəmələr tərəfindən TSEK-in inzibati icraatda iştirak etməmiş mütəxəssisinin və ya ixtisaslaşmış tibb müəssisəsinin mütəxəssis həkiminin ekspertiza keçirilməsində iştirakı nəzərdə tutula bilər. Lakin belə iştirak mütləq ekspertiza təyin etmiş məhkəmənin razılığı ilə baş tuta bilər.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Apellyasiya baxışının hədləri

18. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

19. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

21. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti aşağıdakılara görə təmin olunmamalıdır.

22. İşin faktiki hallarına görə iddiaçının əlillik vəziyyətinə Bakı 7 nömrəli X9 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 002800AAA6X nömrəli tibbi göndəriş əsasında xx.xx.2017ci il tarixdə baxılmış və Səbəb: Ümumi xəstəlik, X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A18f - Digər orqanların vərəmi => A18.0+ - üsmük və oynaqların vərəmi. Diaqnozun mətni: L4-L5 bel fəqərələrinin vərəm spondiliti, spodilitik faza, qızğın dövr, abseslə ağırlaşma. cərrahi əməliyyatdan sonrakı vəziyyət. Sağ qasıq nahiyyəsinin yırtığının cərrahiyyə əməliyyatdan sonrakı vəziyyət. Yerişin pozulması hamarlanmış bel lardozu, hərəkət məhdudluğu. Meyar: 2.2 ikinci dərəcə əlillik => 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G3O-G32.9,G80-G80.9) səbəi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir.

23. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə Bakı şəhəri Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli K00053667KXL nömrəli tibbi göndərişi əsasında xx.xx.2022-ci il tarixdə baxılmış və Diaqnozun mətni aşağıdakı kimi göstərilmişdir: A18 - Digər orqanların vərəmi, L4-5 fəqərələrinin vərəm spondiliti, spondilitik faza, xroniki gedişli. Ağırlaşma - A18.0- Sümük və oynaqların vərəmi, L4-5 fəqərələrinin vərəm spondiliti, spondilitik faza, xroniki gedişli. Ağırlaşma - G54 Sinir köklərinin və kələflərinin zədələnmələri, Kökcük ağrı sendronmu. Ağırlaşma- M42-Onurğanın osteoxondrozu, Sağtərəfli lumbotomiya radikal absessotomiya. Ağırlaşma – M24.5 –Oynaqların kontrakturası, Bel-oma nayihəsində kəskin hərəkət məhdudluğu. Ağırlaşma – M53.2 – Spinal qeyri-sabitlik, Onurğanın qeyri sabitliyi. Ağırlaşma – R52.0 – Kəskin ağrı, Yerişin çətinləşməsi, ağrı sindromu ilə. Ağırlaşma – R26.0 – Atakin yeriş, Aşağı ətrafların funksional pozğunluğu. Ağırlaşma – R26.8 – Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Yerişin çətinləşməsi, ağrı sindromu ilə. Ağırlaşma – Z98.8 – Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonraki vəziyyətlər, “Sağ tərəfli lumbotomiya, radikalabsessotomiya” cərrahiyə əməliyyatından sonrakı vəziyyət. Ağırlaşma – B90.9 – Tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri, Keçirilmiş ağciyərlərin vərəmindən sonrakı qalıq – fibroz və bərkimiş ocaqlar şəklində. Digər orqanların vərəmi, L4-L5 bel fəqərələrinin vərəm spondiliti, spodilitik faza, xroniki gedişli. İmtina: Diaqnozun əlillik təyin etməməsi – Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir səbəbi ilə imtina verilmişdir.

24. Beləliklə, sonuncu dəfə iddiaçının əlillik vəziyyətinə Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli K00053667KXL saylı tibbi göndərişində qoyulmuş diaqnoza münasibətdə qiymətləndirmə aparılaraq diaqnozun əlillik əlaməti təyin etmir əsası ilə əlillik dərəcəsinin təyinatından imtina edilmişdir və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının əyani müayinə barədə xx.xx.2023-cü il tarixli qərarında göstərilmişdir ki, xx.xx.1976-cı il təvəllüdlü İddiaçı “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.

25. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6508/2023 saylı, xx.xx.2022-ci il tarixli qərardad ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 ekspertlərinə həvalə edilmişdir.

26. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X7 tərəfindən verilmiş T 363/2023 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki: - İddiaçı adına Bakı şəhəri Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli K00053667KXL nömrəli tibbi göndərişdə qeyd edilmiş “Diaqnozun mətni: Al 8- Digər orqanların vərəmi, L4-5 fəqərələrinin vərəm spondiliti, spondilitik faza, xroniki gedişli. Ağırlaşma: Al8.0- Sümük və oynaqların vərəmi, L4-5 fəqərələrinin vərəm spondiliti, spondilitik faza, xroniki gedişli. G54- Sinir köklərinin və kələflərinin zədələnmələri, kökcük ağrı sindromu. M42- Onurğanın osteoxondrozu, Sağtərəfli lumbotomiya radikal absessotomiya. M24.5 Oynaqların kontrakturası, Beloma nayihəsində kəskin hərəkət məhdudluğu. M53.2-Spinal qeyri-sabitlik, Onurğanın qeyri sabitliyi. R52.0-Kəskin ağrı, Yerişin çətinləşməsi, ağrı sindromu ilə. R26.0- Atakin yeriş, Aşağı ətrafların funksional pozğunluğu. R26.8- Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Yerişin çətinləşməsi, ağrı sindromu ilə. Z98.8- Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonraki vəziyyətlər, “Sağ tərəfli lumbotomiya, radikalabsessotomiya” cərrahiyə əməliyyatından sonrakı vəziyyət. B90.9-Tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri, Keçirilmiş ağciyərlərin vərəmindən sonrakı qalıq- fıbroz və bərkimiş ocaqlar şəklində. Digər orqanların vərəmi, L4-L5 bel fəqərələrinin vərəm spondiliti, spondilitik faza, xroniki gedişli.” diaqnoz onun stasionarda müayinə və müalicələri zamanı anamnestik, klinik və laborator-instumental müayinələri əsasında müaəyyənləşdirilmiş və xəstəliklərin kodlaşması müvafiq ixtisas sahəsi üzrə həkimlərin səlahiyyətlərinə aiddir, olduğundan İddiaçı xəstəlikləri vərəm xəstəliyi olduğundan kodlaşma həkim ftiziatr tərəfindən aparılmışdır. İddiaçı bərpa müalicələrindən sonra tam reabilitasiyası (sağalması) mümkün deyildir.

27. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6508/2023 saylı, xx.xx.2022-ci il tarixli qərardad ilə iş üzrə əlavə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X5 ekspertlərinə həvalə edilmişdir.

28. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X7 tərəfindən verilmiş T 679/2023 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 saylı göndərişində qeyd edilən “Əsas diaqnoz: A18-digər orqanlarının vərəmi, L4-5 fəqərələrinin vərəm spondiliti, spondilitik faza, xronik gedişli. Ağırlaşma: G54- sinir köklərinin və kələflərinin zədələnmələri, kökcük ağrı sindromu, M42-onurğanm osteoxondrozu, sağtərəfli lumbotomiya, radikal absessotomiya, M24.5- oynaqların kontrakturası, bel-oma nahiyəsində kəskin hərəkət məhdudluğu, M53.2- spinal qeyrisabitlik, onurğanın qeyri-stabilliyi, R52.0-kəskin ağrı, yerişin çətinləşməsi, ağrı sindromu ilə, R26.0-ataktik yeriş, aşağı ətrafların funksional pozğunluğu, R26.8hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, yerişin çətinləşməsi, ağrı sindromu ilə, Z98.8- digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, “Sağtərəfli lumbotomiya, radikal absessotomiya” cərrahi əməliyyatından sonrakı vəziyyət. c)Yanaşı xəstəliklər: B90.8-tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri, keçirilmiş ağciyərlərin vərəmindən sonrakı qalıq-fibroz və bərkimiş ocaqlar şəklində” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı anamnestik kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. 16.11 və xx.xx.2022-ci il tarixlərdə bəlğəmin mikroskopik analizində vərəm çöpləri aşkarlanmamışdır. İddiaçı əyani müayinəsi zamanı əzələlərdə atrofiya, üzülmə, boyun, döş və bel nahiyələrində onurğa sütunu hərəkətliliyinin məhdudlaşması, yuxarı və aşağı ətraf funksiyalarının pozuntusuparez və plegiya müəyyən edilmədi. Yerişin çətinləşməsi, hərəkət pozğunluğu müşahidə olunmadı. İddiaçı barəsində müvafiq tibb müəssisəsinin verdiyi göndərişdə göstərilənlərlə özünün əyani müayinəsi zamanı aşkar edilən patofunksional dəyişiklik uyğunluq təşkil etmir.

29. İddiaçı barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli K00053667KXL saylı tibbi göndərişində “status localis” bölməsində qeyd edilmişdir ki, iddiaçının ETAXİ rentgeneonoloji müayinədə xəstənin sağ ağciyərində fibroz bərk ocaqlar, pnevmoskleroz aşkarlanmışdır. Müayinədə ağciyərlərində fəal vərəm inkar edilmişdir. Xəstəyə “keçirilmiş ağciyər vərəmindən sonrakı qalıq-fibroz və bərkimiş ocaqlar şəklində” diaqnozu qoyulmuşdur. Şikayətləri: ümumi zəiflik, hərəkət məhdudluğu, aşağı ətrafların hərəkətlərinin pozulması, hərəkət edəndə ayaqların tutulması, yerişin pozulması, bəzi hallarda xəstəlik kəskinləşən vaxtı ancaq əsa ilə hərəkət edə bilir. Xəstə uzun müddət ambulator və stasionar müalicə almasına baxmayaraq xəstəliyin əlamətləri və fəsadları mütəmadi olaraq proqresivləşir.

30. Tibbi göndərişdə iddiaçının əsas diaqnozu A18 - Digər orqanların vərəmi, L4-5 fəqərələrinin vərəm spondiliti, spondilitik faza, xroniki gedişli” diaqnozu qoyulsa da yuxarıda adı çəkilən “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1.8-ci bəndində digər orqanların vərəmi diaqnozu üçün qiymətləndirmə meyarlarında sadalanan hallardan hər hansı biri: zədələnmiş orqan və sistemlərin funksiyalarının geridönməz orta dərəcəli pozuntusu ilə müşahidə olunan müxtəlif lokalizasiyalı vərəmin müalicədən sonrakı vəziyyəti; zədələnmiş orqan və sistemlərin funksiyalarının geridönməz təzahür edən dərəcəli pozuntusu ilə müşahidə olunan müxtəlif lokalizasiyalı vərəmin müalicədən sonrakı vəziyyəti; müxtəlif lokalizasiyalı aktiv vərəm (infiltrasiya, dağılma mərhələsi, fistulaların olması); zədələnmiş orqan və sistemlərin funksiyalarının geridönməz ağır dərəcəli pozuntusu ilə müşahidə olunan müxtəlif lokalizasiyalı vərəmin müalicədən sonrakı vəziyyəti iddiaçıda aşkar olunmamışdır.

31. Eyni zamanda iddiaçının diaqnozunda ağırlaşma- M42-Onurğanın osteoxondrozu, Sağtərəfli lumbotomiya radikal absessotomiya” göstərilsə də “Əlilliyin müəyyən olunması meyarları”nda 13.5.1-ci bənddə sadalanan hallardan hər hansı biri: boyun nahiyəsində onurğa sütunu hərəkətliliyinin məhdudlaşması: bükülmə zamanı çənəaltı nahiyə döş sümüyünə 4-5 sm çatmır, rotasiya 25-45 dərəcə məhdudlaşır, başın yana əyilməsi 30-50 dərəcə məhdudlaşır, mülayim demək olar ki, daimi və ya tez-tez kəskinləşən ağrı sindromu ilə; döş və bel nahiyəsində hərəkətliliyin mülayim dərəcədə məhdudiyyəti: bükülmə zamanı sütunun uzunluğu 4-5 sm artır, açılma zamanı azalma 2-3 sm; yuxarı ətraf hərəkətliliyinin mülayim pozuntusu: mülayim paraparez, mülayim distal və ya təzahür edən proksimal paraparez, təzahür edən və əhəmiyyətli təzahür edən distal monoparez, distal monoplegiya, əhəmiyyətli təzahür edən proksimal paraparez və ya proksimal paraplegiya, təzahür edən, əhəmiyyətli təzahür edən monoparez, yuxarı ətraf monoplegiyası; aşağı ətraf hərəkətliliyinin mülayim pozuntusu: mülayim paraparez, təzahür edən distal və ya mülayim proksimal paraparez, təzahür edən və əhəmiyyətli təzahür edən proksimal monoparez, proksimal monoplegiya, təzahür edən, əhəmiyyətli təzahür edən monoparez, aşağı ətraf monoplegiyası; sidiyin (8 saatda 400-600 ml) və nəcisin (formalaşmış nəcisin) saxlanılmamasının orta dərəcəsi onurğa sütununun boyun nahiyəsində hərəkətin təzahür edən məhdudluğu: bükülmə zamanı çənəaltı nahiyə ilə döş arasında məsafə 6 sm-dan çox, rotasiya və yan hərəkətlər 50-70 dərəcəyə qədər məhdudlaşır, təzahür edən daimi və ya tez-tez baş verən kəskinləşən bel ağrıları ilə: döş və bel nahiyəsində hərəkətliliyin təzahür edən dərəcədə məhdudiyyəti: bükülmə zamanı sütunun uzunluğu 3 sm-dan artıq böyümür, açılma zamanı 1 sm-dan çox azalmır, yana əyilmələr – 10 dərəcədən artıq deyil; yuxarı ətraf funksiyalarının təzahür edən pozuntusu: təzahür edən paraparez, əhəmiyyətli təzahür edən proksimal paraparez və ya proksimal paraplegiya; təzahür edən distal paraparez yuxarı ətraflarda; aşağı ətraf funksiyalarının əhəmiyyətli pozuntusu: təzahür edən paraparez, əhəmiyyətli təzahür edən distal paraparez, distal paraplegiya və ya təzahür edən proksimal; distal paraplegiya və ya təzahür edən proksimal paraparez aşağı ətraflarda; sidiyin (8 saatda 600 ml və daha çox) və nəcisin (formalaşmış nəcisin) saxlanılmamasının ağır dərəcəsi; onurğa sütunun statodinamik funksiyasının əhəmiyyətli pozuntusu (müstəqil hərəkətin, yataqdan durmanın, bir vəziyyətin alınmasının və saxlanılmasının, yerdəyişmənin): beldə olan əhəmiyyətli ağrılarla; yuxarı ətraf funksiyalarının əhəmiyyətli pozuntusu: əhəmiyyətli distal paraparez, distal paraplegiya, əhəmiyyətli təzahür edən paraparez, paraplegiya; aşağı ətraf funksiyalarının əhəmiyyətli pozuntusu: əhəmiyyətli təzahür edən proksimal paraparez, proksimal paraplegiya, əhəmiyyətli təzahür edən paraparez, paraplegiya; digər insanların daimi yardımına ehtiyac; gigiyenik vasitələrin istifadəsinin qeyri-mümkünlüyü ilə sidiyin və nəcisin saxlanılmamasının ağır dərəcəsi kimi əlamətlər aşkar olunmamışdır.

32. Beləliklə, iş üzrə keçirilmiş məhkəmə ekspertiza rəylərindən də görünür ki, iddiaçının əyani müayinəsi zamanı əzələlərdə atrofiya, üzülmə, boyun, döş və bel nahiyələrində onurğa sütunu hərəkətliliyinin məhdudlaşması, yuxarı və aşağı ətraf funksiyalarının pozuntusu-parez və plegiya müəyyən edilməmiş, yerişin çətinləşməsi, hərəkət pozğunluğu müşahidə olunmamışdır.

33. Bundan əlavə yanaşı xəstəliklərlə bağlı da iddiaçıda qeyd edilən B90.8tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri, keçirilmiş ağciyərlərin vərəmindən sonrakı qalıq-fibroz və bərkimiş ocaqlar şəklində” diaqnozuna müvafiq olaraq iddiaçının stasionarda müalicəsi zamanı onda bəlğəmin mikroskopik analizində vərəm çöpləri aşkarlanmamışdır.

34. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

35. Həmin Məcəllənin 29-1-ci maddəsinə görə inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

37. Həmin Məcəllənin 101.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır.

38. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

39. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

40. Həmçinin, məhkəmə kollegiyası xx.xx.2024-cü il tarixli il tarixli qərardadla hazırki, iş üzrə iddiaçının sənədləri ərizəsinə əlavə edilməklə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə təqdim edilməsi üçün iddiaçı X6 15 (on beş) gün, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə və İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh inzibati orqan tərəfindən müvafiq olaraq iddiaçının sənədlərinin yoxlanılması, iddiaçının canlı müayinə olunaraq ətraflı və bu sahədə mövcud qanunvericiliyin tələblərinə uyğun inzibati icraat aparılması, habelə nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 35 (otuz beş) gün müddət təyin etmişdir.

41. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli Qərarı ilə “Diaqnoz əlillik təyin etmir” barədə qərar qəbul olunmuşdur.

42. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının hazırkı sağlamlıq vəziyyəti onun əlillik təyinatına imkan vermədiyindən əlilik təyinatının aparılmasından imtina qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Odur ki, iddiaçının əlillik dərəcəsinin təyin edilməsi barədə tələbi təmin olunmamalıdır.

43. Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” icmal məktubunda qeyd edilmişdir: Bənd 48. Bu qəbildən olan mübahisələrə baxılarkən məhkəmələr tərəfindən diqqət yetirilməli məqam şəxsin əvvəlki əlilliyinin müəyyən edilməsi üçün əsas olan pozuntu, çatışmazlıq və xəstəliyin davam etməsi və həmin pozuntu, çatışmazlıq və xəstəliyin “Əlilliyin müəyyən olunması meyarları”nda öz əksini tapması ilə bağlı şərtlərin vəhdətdə mövcud olmasıdır. Yəni, əvvəlki əlilliyə əsas olan pozuntu, çatışmazlıq və xəstəlik “Əlilliyin müəyyən olunması meyarları”na görə artıq əlilliyin müəyyən edilməsi üçün əsas sayılmırsa, şəxsin etimadın qorunması hüququna istinad edilə bilməz.

44. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən işin yuxarıda qeyd edilən faktiki halları üzrə düzgün nəticəyə gələrək maddi və prosessual hüquqa uyğun olmaqla mübahisələndirilən qərarı qəbul etmişdir.

45. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6508/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6508/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar