Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1656/2025 01.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Niftalıyeva Günel Ziya qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X14, X15, X11 və X18) qarşı “çıxarışların ləğvi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10104/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək köhnə ünvan üzrə Bakı şəhəri, Yasamal rayonu, X25 küçəsi 2 ünvanında yerləşən 25 saylı, yeni ünvan üzrə Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 12F, giriş 3, 80 saylı mənzilə X3, köhnə ünvan üzrə Bakı şəhəri, Yasamal rayonu, X25 küçəsi 2 ünvanında yerləşən 22 saylı, yeni ünvan üzrə Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 12F, giriş 3, 76 saylı mənzilə X4, köhnə ünvan üzrə Bakı şəhəri, Yasamal rayonu, X25 küçəsi 2 ünvanında yerləşən 26 saylı, yeni ünvan üzrə Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 12F, giriş 3, 19 saylı mənzilə X12 mülkiyyət hüquqlarının dövlət qeydiyyatının ləğv edilməsi, həmin mənzillər üzərində İddiaçı1 və İddiaçı2 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X14, X15 və X18 iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışların ləğvi” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10104/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçıların “1) müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, X25 küçəsi 2 ünvanında yerləşən 25 saylı, dövlət ünvan reyestri üzrə Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 12F, giriş 3, 80 saylı mənzilə X5, 2) müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, X25 küçəsi 2 ünvanında yerləşən 22 saylı, dövlət ünvan reyestri üzrə Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 12F, giriş 3, 76 saylı mənzilə X4, 3) müqavilə ünvanı üzrə Bakı şəhəri, Yasamal rayonu, X25 küçəsi 2 ünvanında yerləşən 26 saylı, dövlət ünvan reyestri üzrə Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 12F, giriş 3, 79 saylı mənzilə X2, 4) müqavilə ünvanı üzrə Bakı şəhəri, Yasamal rayonu, X25 küçəsi 2 ünvanında yerləşən 75 saylı, dövlət ünvan reyestri üzrə Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 12F, giriş 3, 19 saylı mənzilə X12 mülkiyyət hüquqlarının dövlət qeydiyyatının ləğv edilməsi, həmin mənzillər üzərində İddiaçı1 və İddiaçı2 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alması öhdəliyi məhkəmə qaydasında cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması”na dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmiş, X11 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10104/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçılar qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan: - Yasamal Rayon Məhkəməsinin 2(004)-376/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı1 cavabdehlər X13 və X8 qarşı “mənzilin boşaldılması və mənzilə köçürülmə tələbinə dair”iddiası təmin edilərək Bakı şəhəri, Yasamal rayonu, X25 küçəsi 2 ünvanında yerləşən 10 mərtəbəli binadakı 25, 22, 24a, 26 və 75 saylı mənzillərin boşaldılması, İddiaçı1 həmin mənzillərə köçürülməsi, onun sahiblik və istifadə hüquqlarına, o cümlədən sərbəst giriş və çıxışına maneə yaradan hərəkətlərin cavabdehlərə qadağan olunması qət edilmiş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra məhkəmə tərəfindən 2(004)-376/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi verilmişdir. - Yasamal Rayon Məhkəməsinin 8(004)-687/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərərdadı ilə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-376/2018 saylı. xx.xx.2018-ci 1 tarixli qətnaməsinə izah verilməsinə dair təqdimatı təmin edilməmişdir. Qərardadda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yannda Əmlak Məsələləri Dövlət Xidmətindən mütəxəssis dəvət edilmiş, həmin idarə tərəfindən şöbəyə daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, X25 küçəsi 2 ünvanında yerləşən 25 saylı mənzil ünvan 19 saylı mənzil olaraq X5 adına; Bakı şəhəri, Yasamal rayonu, X25 küçəsi 2 ünvanında yerləşən 22 saylı mənzil ünvan 20 saylı mənzil olaraq X4 adına; Bakı şəhəri, Yasamal rayonu, X25 küçəsi 2 ünvanında yerləşən 24a saylı mənzil ünvan 21 saylı mənzil olaraq X1 adına Bakı şəhəri, Yasamal rayonu, X25 küç 2 ünvanında yerləşən 26 sayl mənzil ünvan 23aylı mənzil olaraq X2 adına; Bakı şəhəri, Yasamal rayonu, X25 küçəsi 2 ünvanında yerləşən 75 saylı mənzil ünvan 24 saylı mənzil olaraq X12 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, qanunvericiliyin tələblərinə əsasən mülkiyyət hüququ toxunulmazdır və maraqlı şəxslərin adına qeydə alınmış çıxarışlar məhkəmə tərəfindən mübahisələndirilməmişdir. - Bakı şəhəri Yasamal rayon icra şöbəsinin “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və digər orqana qaytarılması haqqında” xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-376/2018 saylı, xx.xx.2018-cı il tarixli icra vərəqəsi icra edilmədən həmin məhkəməyə geri qaytarılmışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən elektron məhkəmə sistemi vasitəsi ilə göndərilmiş hüquqmüəyyənedici sənədlərdən görünür ki: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 25 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə X4 adına xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. may 2007-ci il tarixdə bağlanılmış Müqaviləyə əsasən icraçı X16 Bakı şəhəri, Yasamal rayonu, X25 küçəsi 2 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış evinin 1 blok, 8 mərtəbədə yerləşən 22 saylı mənzili payçı X9 pay kimi vermişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 26 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə X5 adına xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. 28 fevral 2006-cı il tarixdə bağlanılmış Müqaviləyə əsasən icraçı X16 Bakı şəhəri, Yasamal rayonu, X25 küçəsi 2 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış evinin 1 blok, 9 mərtəbədə yerləşən 25 saylı mənzili payçı X10 pay kimi vermişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 27 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə X12 adına xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. avqust 2009-cu il tarixdə bağlanılmış Müqaviləyə əsasən icraçı X16 Bakı şəhəri, Yasamal rayonu, X25 küçəsi 2 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış evinin 3 blok, 10 mərtəbədə yerləşən 75 saylı mənzili payçı X17 pay kimi vermişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 28 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə X2 adına xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - -07 aprel 2007-ci il tarixdə bağlanılmış Müqaviləyə əsasən icraçı X16 Bakı şəhəri, Yasamal rayonu, X25 küçəsi 2 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış evinin 1 blok, 9 mərtəbədə yerləşən 26 saylı mənzili payçı X6 pay kimi vermişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırkı işin hallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X25 küçəsi 2 ünvanında yerləşən 10 mərtəbəli binadakı 19, 76, 79, 80 saylı mənzillər xüsusi mülkiyyət hüququ ilə üçüncü şəxslərin adına qeydiyyata alınmışdır. Hazırda iddiaçılar Bakı şəhəri, Yasamal rayonu, X25 küçəsi 2 ünvanında yerləşən 10 mərtəbəli binadakı sözügedən mənzillərə dair müvafiq olaraq X5, X4, X2 və X12 mülkiyyət hüququnun qeydiyyatının ləğv edilməsini tələb edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd) “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.” Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə üçüncü şəxslərin adına dövlət reyestrindən çıxarış X16 ("xxxx" MTK) ilə X14, X15, X11 və X18 arasında ayrı-ayrılıqda bağlanılmış müqavilə əsasında verilmişdir. Həmin mənzillərin dövlət reyestrindəki ilkin qeydləri həmin müqavilələr əsasında aparılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırda iddiaçıların hüquqi marağı sözügedən mənzillərlə bağlı ilkin hüquqmüəyyənedici sənədlərin ləğvi ilə bağlı olduğundan və həmin qeydlərin kökündə mülki-hüquqi əqd, yəni müqavilə dayandığından hazırkı iddianın mümkünlük şərtləri ödənilmir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12-ci bənd). Qeyd olunan normanın tələbinə əsasən iddia o zaman mümkün sayılır ki, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqanın qərarı, hərəkəti və ya hərəkətsizliyi nəticəsində pozulsun və iddiaçı cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən həmin hərəkətlərin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutları iddia verilərkən təqdim etsin. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10104/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1656/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1656/2025
01.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver