Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-166/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, İddiaçı və cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı (xx.xx.1959-cu il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 05 avqust 2020-ci il tarixli, 2-1(112)-3154/2020 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 07.02.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 06 sentyabr 2016-cı il tarixindən, 57 yaşdan “Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixinə qədər qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi yenidən hesablanaraq yaranmış fərqin birdəfəlik ödənişlə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 57 yaşının tamam olduğu 06 sentyabr 2016cı il tarixinə kimi 27 ildən çox ümumi, 25 ildən çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün qeyd edilən tarixə kimi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci bəndinin 01 iyul 2017-ci il tarixinə qədər qüvvədə olmuş redaksiyasına əsasən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi və halhazıra kimi ona ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi xahişi ilə cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə rəsmən müraciət etmişdir. Lakin cavabdeh 08 yanvar 2020-ci il tarixli **********7 nömrəli məktubla onun xahişini yerinə yetirməkdən imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, əmək kitabçasındakı qeydlərdə göstərilən əmək stajı topladığı müəssisələrin arxiv sənədləri Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Arxivinə təhvil verilmədiyi üçün həmin dövrləri sığorta stajına daxil etmək mümkün olmadığından ümumi iş stajı 25 ildən az təşkil edir və bu səbəblə də ona güzəştli şərtlərlə pensiya təyinatı aparmaq mümkün hesab edilməmişdir. Xahişi cavabdeh tərəfindən rədd edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, xx xxxxxxxx 1959-cu ildə Bakı şəhərində doğulmuşdur, hal-hazırda Bakı şəhəri, Şahtaxtinski küçəsi, ev 11-də yaşayır. Orta təhsilini başa vurduqdan sonra 15 noyabr 1977-12 noyabr 1979-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 05 fevral 1980-ci ildə 4 nömrəli Bakı Yük Avtobazasında elektrik-qaz qaynaqçısı şagirdi kimi əmək fəaliyyətinə başlamışdır. 09 iyul 1980-ci ildə 1-ci dərəcəli qaz qaynaqçısı, 01 aprel 1981-ci ildə həmin peşədə 2-ci dərəcə verilib. 10 yanvar 1982-ci ildə 4 nömrəli Bakı Yük Avtobazası adı dəyişilərək 8 nömrəli X3 adlandırılmışdır. 01 oktyabr 1987-ci ildə 3-cü dərəcəli qaz qaynaqçısı keçirilmişdir. 13 iyun 1997-ci ildə 8 nömrəli X3 xxxx Səhmdar Cəmiyyətinə çevrilmişdir. 31 mart 1999-cu ildə öz xahişi ilə işdən azad olunmuşdur. 01 aprel 1999-cu ildə xxxx şirkətinə 3-cü dərəcəli qaz qaynaqçısı keçirilmiş və 04 yanvar 2006-cı ildə öz təşəbbüsü ilə işdən azad olunmuşdur. Əmək fəaliyyəti dövründə 57 yaşının tamam olduğu 06 sentyabr 2016-cı il tarixinə qədər 37 ildən çox ümumi, 25 il 5 ay güzəştli iş stajı toplamışdır ki, güzəştli iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına” (sonradan - Siyahı) uyğun olaraq, 09 iyul 1980-31 mart 1999-cu illərdə 4 nömrəli Bakı Yük Avtobazasında (sonradan 8 nömrəli X3 və daha sonra xxxx Səhmdar Cəmiyyəti adlandırılmışdır) qaz qaynaqçısı (Siyahıda-35. Ümumi peşələr- qaz qaynaqçıları)- 18 il 08 ay 23 gün, 01 aprel 1999-04 yanvar 2006-cı illərdə xxxx şirkətində qaz qaynaqçısı (Siyahıda-35. Ümumi peşələr- qaz qaynaqçıları) - 06 il 09 ay 03 gün olmaqla yaranmışdır. Ümumilikdə, onun 57 yaşı tamam olduğu 06 sentyabr 2016-cı ilə kimi üst-üstə 25 il 05 ay 26 gün güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı vardır. 1980-2006-cı illər arası dövrdə işlədiyi müəssisələrin arxivlərinin həmin müəssisələrin istər hüquqi varislərinə, istərsə də Azərbaycan Respublikasının Dövlət Arxivinə təhvil verilməməsi onun günahı deyildir. Cavabdeh onun müraciətinə imtina məktubunda onun güzəştli iş stajına irad tutmamışdır. Hesab edir ki, bu hazırkı iddia işində mübahisələndirilməyən haldır. Bakı İnzibati Məhkəməsinin 05 avqust 2020-ci il tarixli, 2-1(112)-3154/2020 nömrəli qərarı ilə (hakim Ş.Həsənova) iddia tələbi qismən təmin edilmiş, İddiaçı 57 yaşdan, yəni 06 sentyabr 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh 09.09.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 05 avqust 2020-ci il tarixli, 2-1(112)-3154/2020 nömrəli qərarın ləğv edilməsini,iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “xxxx” MMC Firması 11.05.1998-ci ildə, “xxxx” ASC isə 23.03.1998-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.Yəni iddiaçının 1998-ci ilə qədər işləmiş olduğu müəssisələrin fəaliyyəti öz təsdiqini tapmamışdır. Bundan əlavə iddiaçı güzəştli şərtlərlə iş stajına dair arayış da təqdim etməmişdir. 22.09.2020-ci il tarixdə iddiaçı qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 05 avqust 2020-ci il tarixli, 2-1(112)-3154/2020 nömrəli qərarını dəyişərək, iddiaçıya hüququnun yarandığı tarixdən hal-hazıradək ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənişlə ödənilməsi hissəsində də təmin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “ötən dövr üçün hesablanmış pensiya məbləğinin ödənilməsinin birdəfəlik ödənişlə həyata keçirilməsi” hissəsində təmin edilməməsi onu məhkəmə və inzibati praktikada presedentlərdən istifadə etmək hüququndan məhrum etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı cavabdehin apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddiaçının apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətlərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının və cavabdehin apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan İddiaçı məxsus İT-İ № 359096 seriya və nömrəli, 25.02.1980-ci il tarixli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş və tərcümə edilmiş surətindən görünür ki, İddiaçı 18.11.1977-ci ildən 15.11.1979cu ilədək Sovet Ordu sıralarında xidmət etmiş, 05.02.1980-01.04.1981-ci il tarixədək 4 saylı Bakı X7 qaynaqçı şagirdi, birinci dərəcəli qaz qaynaqşısı, ikinci dərəcəli qaz qaynaqçısı, 01.01.1982-01.10.1987-ci il tarixədək Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyinin Bakı SənayəTicarət İTB Yük avtomüəssisəsində (01.01.1982-ci ildə 4 saylı Bakı Yük Avtomobil Bazasının adı dəyişdirilib Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyinin Bakı Sənayə Ticarət İTB Yük avtomüəssisəsi qoyulmuşdur) 3-cü dərəcəli qaz qaynaqçısı, 13.06.1997-31.03.1999-cu il tarixədək “xxxx” Səhmdar Cəmiyətində (13.06.1997-ci ildə 8 saylı YAM adı dəyişdirilib “xxxx” Səhmdar Cəmiyəti qoyulmuş) 3-cü dərəcəli qaz qaynaqçısı, 01. 04.1999-cu ildən 04.01.2006-cı ilədək “xxxx” Firmasında 3-cü dərəcəli qaz qaynaqçısı vəzifələrində işləmişdir. İş materiallarında olan İnternet Vergi İdarəsinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən “xxxx” Səhmdar Cəmiyyəti – VÖEN -**********; hüquqi ünvanı – Bakı şəh., Nəsimi ray., Alatava 2, qanuni təmsilçisi – X8; dövlət qeydiyyatına alındığı tarix – 23.03.1998-ci il. İş materiallarında olan İnternet Vergi İdarəsinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən “xxxx” X4 – VÖEN – **********; AZ1102, Bakı şəh., Səbail ray., Alatava 2, ev 2; qanuni təmsilçisi – Özcan Celep; dövlət qeydiyyatına alındığı tarix- 11.05.1998-ci il. İşin birinci instansiya icraatı məhkəmə tərəfindən 06 mart 2020-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinə sorğu ünvanlanaraq,məhkəmə tərəfindən işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün 8 nömrəli X9 (“xxxx” Səhmdar Cəmiyyətinin) və “xxxx” Firmasının hüquqi şəxs kimi qeydiyyata alınıb-alınmaması, onun hüquqi təsis sənədlərinin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X5 İdarəsinin 13 aprel 2020-ci il tarixli, **********596400 nömrəli məktubundan görünür ki, idarədə olan reyestrə əsasən “xxxx” X4 11.05.1998-ci ildə, “xxxx” Açıq Səhmdar Cəmiyyəti isə 23.03.1998-ci ildə dövlət qeydiyyatına alınmışdır. Məktuba əlavə edilmiş “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinə (3-cü redaksiya) əsasən Bu Nizamnamə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 2 qeydiyyat nömrəsi ilə 23.03.1998-ci il tarixində dövlət qeydiyyatına alınmış “xxxx” X13 Cəmiyyətinin adının dəyişərək “xxxx” Açıq Səhmdar Cəmiyyəti olması ilə əlaqədar 3-cü redaksiyada nizamnaməsidir. İş materiallarından göründüyü kimi iddiaçının işlədiyini iddia etdiyi müəssisənin adı - 8 nömrəli X9 “xxxx” Səhmdar Cəmiyyəti olmuş, birinci instansiya məhkəməsi sorğuda qeyd edilən müəssisələrin qeydiyyata alınıb-alınmaması, onun hüquqi təsis sənədlərinin məhkəməyə təqdim edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X5 İdarəsi tərəfindən təqdim edilmiş Nizamnamədə “xxxx” X13 Cəmiyyətinin 23.03.1998-ci il tarixdə qeydiyyata alındığı qeyd edilmiş, “xxxx” X13 Cəmiyyətinin ilkin adının “xxxx” Səhmdar Cəmiyyətinin olub-olmaması, “xxxx” Səhmdar Cəmiyyətinin dövlət qeydiyyatına alındığı tarixi göstərilməmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, işin birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən konkret olaraq “xxxx” Səhmdar Cəmiyyətinin məlumatları əldə edilməlidir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iş materiallarında məlumatlarına əsasən “xxxx” Səhmdar Cəmiyyətinin və xxxx” X1 reyestr məlumatları olduğundan və qeyd edilən müəssisələrin ləğv edilməsi barədə iş materiallarında məlumat olmadığından, iddiaçı tərəfindən qeyd edilən müəssisələrdə işləməsi ilə bağlı güzəştli iş stajı barədə arayışlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 12.1-ci maddəsinə əsasən Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının və cavabdehin apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 05 avqust 2020-ci il tarixli, 2-1(112)-3154/2020 nömrəli qərardadı ləğv edilməli və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87,90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 05 avqust 2020-ci il tarixli, 2-1(112)-3154/2020 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “onagüzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 06 sentyabr 2016-cı il tarixindən, 57 yaşdan “Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixinə qədər qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi yenidən hesablanaraq yaranmış fərqin birdəfəlik ödənişlə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair nzibati iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-166/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-166/2021
11.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver