Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-166/2024 04.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X5 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-7239/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçı 0N iyun N99N-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhər Hərbi Komissarlığı tərəfindən həqiqi müddətli hərbi xidmətə çağırılaraq N-ci Vətən Müharibəsi (N-ci Qarabağ) döyüşləri zamanı Azərbaycan Respublikasının MTN-nin Sərhəd Qoşunlarında hərbi xidmət keçərkən, Naxçıvan Muxtar Respublika ərazisində Azərbaycan Respublikasının ərazi bütövlüyüN99N-ci ildə Naxçıva uğrunda erməni işğalçılarına qarşı qəhrəmancasına vuruşaraq, hərbi əlil olmuşdur. xx.xx.N992-xx.xx.N993cü illərdə Naxçıvan Muxtar Respublikasının Respublika Xəstəxanasının reanimasiya və cərrahiyyə şöbələrində aldığı güllə-odlu silah yaralarından müalicə alaraq DSX-nın Hərbi Hospitalının Hərbi Həkim Komissiyasına təqdim olunmuş, N3 avqust N994-cü il tarixdə «Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı», yəni 2-ci qrup hərbi əlil kimi Silahlı Qüvvələrdən ehtiyata tərxis olunmuşdur. İddiaçı müvafiq sənədləri təqdim etməklə müharibə veteranı adı verilməsi üçün cavabdeh Dövlət Sərhəd Xidmətinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi Komissiyası”na müraciət etsə də, bu vaxta kimi müraciətlərinə heç bir müsbət cavab ala bilməmişdir. Yalnız məktublar almışdır ki, sənədlərinə kmissiyada baxılacaqdır. Məhkəməyə təqdim olunmuş sənədlərindən isə görünür ki, DSMF-nin Naxçıvan şəhər şöbəsindən verilmiş 02/N04 nömrəli 09 aprel 2007-ci il tarixli arayışa əsasən xx.xx.N995-ci ildən xx.xx.N996-cı ilədək 2-ci dərəcəli hərbi əlilliyə görə pensiya almış, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığından verilmiş 27 mart 2007-ci il tarixli 203 nömrəli məktuba əsasən xx.xx.N992-ci ildə Sədərək rayonunda erməni işğalçılarına qarşı müdafiə zamanı qarın nahiyəsindən odlu silah yarası almış və Azərbaycan Respublikası MTN-nin SRİ rəisinin 849 ş/h nömrəli xx.xx.N994-cü il tarixli əmri ilə (əsas NZ seriyalı ******* nömrəli hərbi biletinin kserosurəti) təxris olunmuş, Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorunun 29 dekabr 202N-ci il tarixli HPN4/2722 saylı məktub-arayışına əsasən barəsində cinayət işi və ya araşdırma materialı olmamış, Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin N3 noyabr 202N-ci il tarixli N/8076 saylı məktubuna və DSX-yə təqdim olunmuş 5946 saylı stasionar xəstənin tibbi kartasının surətinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı vuruşmuş və döyüşlərdə ağır yaralanmış, bu səbəbdən də, N9 oktyabr N992-ci il-20 aprel N993-cü il olan dövrlərdə Naxçıvan Muxtar Respublikasının Respublika Xəstəxanasının reanimasiya və cərrahiyyə şöbələrində aldığı güllə-odlu silah yaralarından müalicə almış, nəticədə isə DSX Hərbi Hospitalının Hərbi Həkim Komissiyasına təqdim olunmuş və “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı”, yəni 2-ci qrup hərbi əlil hesab edilmişdir. Eyni zamanda, Naxçıvan şəhər Məhkəməsinin 09 aprel 2007-ci il tarixli 2-N28-2007 saylı qətnaməsindən görünür ki, hərbi xidmətdə olduğu dövrdə N9 dekabr N992-ci il tarixdə Naxçıvan MR-nın Sədərək bölgəsində erməni təcavüzkarlarına qarşı döyüşlərdə odlu silahlardan yaralanması və 2-ci qrup hərbi əlil olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunmuşdur. Bütün bunlar isə o deməkdir ki, iddiaçının “Müharibə veteranı” və 2ci qrup hərbi əlil olması faktı nəinki müvafiq sənədlərlə, həmçinin qanuni qüvvəsini almış olan yekun məhkəmə qərarı ilə artıq tam müəyyən olunmuşdur. İddiaçının Sərhəd Qoşunlarında müddətdən artıq hərbi qulluq keçərkən erməni işğalçılarına qarşı gedən döyüşlər zamanı aldığı güllə yarasından hərbi xidmətə yararsız olduğundan, hərbi əlil kimi ehtiyata tərxis olunmasına baxmayaraq, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün digər əsaslar və ya sənədlər axtarmaq qanunların tələblərinə tamamilə ziddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci maddəsinin NN-ci abzasına əsasən, xəsarət (yaralanma, travma, kontuziya) alma faktının elə özü şəxsə müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün tam əsasdır. Lakin qanunun tələblərinə baxmayaraq, iddiaçının müraciətləri bu günə kimi icra olunmamış qalmışlar. Bu səbəbdən də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.” Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: «…iddia ərizəsi əsassızdır. Belə ki, vətəndaş İddiaçı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” ilə bağlı daxil olmuş müraciəti əsasında toplanmış sənədlərə xx.xx.2023-cü il tarixdə Dövlət Sərhəd Xidmətinin “Veteran adlarının və vəsiqəsinin verilməsi komissiyası”nda baxılmışdır. İddiaçı xx.xx.N992-xx.xx.N994-cü il tarixlərdə “Naxçıvan” X4 (keçmiş N №-li hərbi hissə) müddətli həqiqi hərbi xidmətdə olan zaman döyüş əməliyyatlarında iştirak etməsi və döyüş əməliyyatları zamanı qarın boşluğunu dəlib keçən güllə yaralanması diaqnozu ilə xx.xx.N992-ci il tarixdən xx.xx.N993-cü il tarixədək müalicə olunması ilə bağlı müharibə veteranı adının və vəsiqəsinin verilməsi məsələsinə baxılması ilə əlaqədar daxil olmuş müraciəti əsasında onun xidmət yeri üzrə arxiv sorğuları toplanılmışdır. Barəsində toplanmış arxiv çıxarışlarına əsasən, N992-N994-cü illər ərzində “Naxçıvan” X4 müddətli həqiqi hərbi xidmətdə olan zaman vətəndaş İddiaçı döyüş əməliyyatlarında iştirak etməsi və döyüş əməliyyatları zamanı yaralanması faktı üzrə məlumatlar aşkar edilmədiyindən qeyd olunan qanunvericiliyin tələbləri rəhbər tutularaq, “Veteran adlarının və vəsiqəsinin verilməsi komissiyası”-nın qərarına əsasən, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməmişdir. İşə əlavə edilmiş "Naxçıvan” X2 daxil olmuş xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, vətəndaş İddiaçı xx.xx.N992-ci il tarixdən N №-li hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, xx.xx.N994-cü il tarixdə şəxsi heyətin siyahısından çıxarılmışdır. Xidmət etdiyi müddət ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi barədə məlumat qeyd olunmamışdır. Qoşmaya əlavə edilmiş materiallardan görünür ki, İddiaçı qarın boşluğunu dəlib keçən güllə yaralanması faktı ilə əlaqədar hadisənin döyüş və qeyri-döyüş şəraitində baş veribverməməsi barədə məlumatlara dair göndərilmiş sorğuya “Naxçıvan” X2 xx.xx.2022-ci il tarixli cavab məktubuunda qeyd olunur ki, onun xidmət etdiyi müddət ərzində odlu silahdan yaralanması, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi barədə heç bir məlumat qeyd olunmamışdır. «Veteranlar haqqında» xx.xx.N994-cü il tarixli 84N nömrəli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»-nin tələblərinə əsasən, İddiaçı döyüş əməliyyatlarında iştirakı əmrlərlə təsdiq olunmadığından ona «Müharibə veteranı» adının və vəsiqəsinin verilməsi mümkün olmamışdır…» Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-7239/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “Məhkəmə ona təqdim olunmuş sənədləri qərarında əks etdirsə də onların məzmunları ilə ya ümumiyyətlə tanış olmayıb,ya da tanış olub başa düşmək istəməmişdir. İddianın təmin olunması üçün işdə bütün sübutlar və sənədlər kifayət qədər vardır. İddiaçı döyüş əməliyyatlarında aldığı güllə yaralarından hətta tərxis olunqduqdan sonra yatağından qalxa bilmədiyinə və uzun illər müalicəolunmuş, yataqda şhərəkətsiz qalmasına baxmayaraq xidmət etdiyi hərbi hissəyə gedib komandanlığın əvəzinə səlahiyyətlərini mənimsəyərək özü haqqında sənədləri tərtib edə bilməzdi. İddiaçı Respublikanın ərazi bütövlüyü uğrunda iştirak etdiyi döyüş əmliyyatlarında aldığı bədən xəsarətləri nəticəsində nəinki sağlamlığını itirərək hərbi əlil olmuş, eyni zamanda onun şəxsi həyatı məhv olmuşdur. Məhkəmə prosesləri zamanı əsaslı və qanuni olan iddianın təmin olunmaması məqsədi ilə iddiaçı tərəfin arqumentləri və sübutları məhkəmənin qərarında əks olunsalar da, ümumiyyətlə, qanunların tələbləri qətiyyən nəzərə alınmadığından iddiaçı tərəfin haqlı və qanuni maraqlarının tamamilə zidd olaraq Bakı İnzibati Məhkəməsi tam əsassız və qanunun tələblərinə zidd qərar qəbul etmişdir…” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsinə və apellyasiya şikayətinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını, cavabdehin nümayəndəsi K.Ağalarov onunla razılaşmamış, iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumatlar aşkar edilmədiyini bildirərək birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin olunmalıdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən hesab etmişdir ki, iddiaçı hərbi hissədə qanuni əsaslarla hərbi xidmət etməsini sübut edə bilməmişdir. Odur ki, inzibati orqan tərəfindən iddiaçıya “Müharibə veteranı” adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmır. Belə ki, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin: N-ci hissəsinin 3-cü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılır; 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin N-ci hissəsinin N-ci bəndinin səkkizinci yarımbəndinin qüvvədə olan tələbinə əsasən müharibə veteranı adı: -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində –Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət(yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Əsasnamənin qeyd olunan müddasından göründüyü kimi, o cümlədən Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı və vəsiqəsi verilə bilər. İddiaçının birinci Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının MTN-nin Sərhəd Qoşunlarında hərbi xidmət keçərkən, Naxçıvan MR ərazisində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı aparılan döyüş əməliyyatlarında iştirakı birinci instansiya məhkəməsində icraat zamanı toplanmış, eləcə də, hazırkı mərhələdə tərəflərin məhkəməyə təqdim etdiyi və məhkəmə sorğusu əsasında əldə olunmuş sənədlərə əsasən öz təsdini tapır. Belə ki, işə əlavə olunmuş Azərbaycan Respublikasının Dövlət Sərhəddinin qorunması üszə Komitənin N saylı hərbi hissə üzrə arxiv sənədlərinə (hərbi hissə komandirini əmrlərinə, arayışlarına, tibbi xəstəlik sənədlərinə və s.) əsasən müəyyən olunur ki, Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhər Hərbi Komissarlığı tərəfindən çağırılmış İddiaçı - Azərbaycan Respublikasının Dövlət Sərhəddinin Müdafiəsi Komitəsinin (indiki: X6 Diviziyasınnın) N saylı hərbi hissə komandirinin N nömrəli həxsi heyət üzrə 06 oktyabr N992-ci i tarixli əmri ilə şəxsi heyət tərkibinə daxil edilmiş və bütün təminatlara qoyulmuş; Onun barəsində N992-N994-cü illərdə tərtib olunmuş tərtib olunmuş stasionar tibbi kartaya (No5946), xəstəlik haqqında şəhadətnaməyə (No204) TSEK rəyinə (No22N), hərbi hisə komandirinin əmrlərinə, gündəlik qeydlərinə, Naxçıvan MR Hərbi omissarlığının 203 nömrəli xx.xx.2007-ci il tarixli Naxçıvan Şəhər Məhkəməsinə ünvanladığı məktbuna və s. əsasən o, xx.xx.N992-ci il tarixdə Sədərək rayonunda erməni işğalçılarının hücumundan müdafiə zamanı qarın nahiyyəsindən odlu sialah yarası almış və xx.xx.N992-ci il tarixdən xx.xx.N994-cü il tarixinədə müalicədə olmuş, əməliyyat (xx.xx.N994-cü il tarixdə) keçirmişdir. İddiaçının uzun müddət müalicədə olması hərbi hissə komandirinin əmrləri ilə öz təsdiqini tapır. Belə ki, işə əlavə olunmuş AR MTN Sərhəd Qoşunları N saylı hərbi hissə komandirinin şəxsi heyət üzrə: -3N may N993-cü il tarixli N37 nömrəli əmrinin arxiv çixarışına əsasən 3N may N993-cü il tarixdən hərbi hospitalda müalicədə hesab edilmiş; - N5 fevral N994-cü il tarixli N nömrəli əmrinə əsasən hərbi hissənin tibb məntəqəsindən çıxmış hesab edilmiş; -N4 avqust N994-cü il tarixli N88 No-li əmrinə əsasən fiziki qüsurlarına əsasən Sərhəd Qoşunlarından vaxtından əvvəl ehtiyata buraxılaraq hərbi qeydiyyata götürülməsi üçün Naxçıvan RHK-na göndərilmişdir. Tədqiq olunan sübutlarla, o cümlədən, qeyd olunan əmrləri ilə, həmin hərbi hissə komandirinin işə əlavə olunmuş “iddiaçının hərbi hissəsini özbaşına tərk etdikdən sonra hərbi hissəyə qayıtmış sayılması” barədə N0 yanvar N994-cü il tarixli 08 saylı əmri ilə heç də onun həqiqətən hərbi hissənin özbaşına tərk etməsi təkzib olunur. Ən azından ona görə ki, brincisi, onun nə vaxtan “hərbi hissəni özbaşına tərk etmiş hesab edilməsi barədə” əmr mövcud deyil, məhkəmə sorğusuna əsasən təqdim olunmuş əmrlər sırasında belə bir əmr təqdim olunmamışdır. İkincisi qeyd olunanlardan göründüyü kimi, iddiaçı həmin tarixdən sonra yalnız hərbi hissə komandirinin N5 fevral N994-cü il tarixli əmrinə əsasən tibb məntəqəsindən çıxmış hesab edilmiş və o, N4 avqust N994-cü il tarixdə hərbi hissə komandirinin əmrinə əsasən güllə yarasından fiziki qüsurlarına görə qanuni əsaslarla (həmin vaxt qüvvədə olan SSRİ MN 260 No-li əmrinəin 34b qrafasına əsasən) vaxtından əvvəl ehtiyata buraxılmışdır. Eyni zamanda, Naxçıvan MR Hərbi Prokurorluğunun işə əlavə ounmuş HP-N4/2722 29 dekabr 202N-ci il tarixli məkttubunda da bildirilmişdir ki, iddiaçı barəsində Prokurorluqda cinayət işi və ya araşdırma materialı olmamışdır. Hətta, işə əlavə olunmuş Naçıvan MR Dövlət Arxiv İdarəsinin 02/207 26 dekabr 2022-ci il tarixli məktubuna və Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun 02/N04 saylı xx.xx.2007-ci il tarixli arayışına əsasən müəyyən olunur ki, aldığı güllə yarası nəticəsində iddiaçıya 2-ci dərəcəli əlillik dərəcəsi də təyin olunmuş və həmin əlilliyinə görə pensiya da almışdır. Ən əsası isə bütün yuxarıda qeyd olunanların nəticəsi olaraq, Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasının 900 N-li xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı Respublika ərazisinin bütövlüyünün müdafiəsi zamanı N992-ci ildə aldığı güllə yarası ”Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi şəhadətləndirilmişdir. Beləliklə də, tədqiq olunan sübutlarla iddiaçının iddia tələbində haqlı olduğu, yəni, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Lakin iş materiallarından görünür ki, onun dəfələrlə cavabdehə ünvanladığı yazılı müraciətləri nəticəsiz qalmış, hətta Hərbi-həkim Komissyiasının qeyd olunan qərarı ilə onun N992-ci ildə aldığı güllə yarası ”Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi şəhadətləndirilməsindən sonra belə, ona müharibə vetranı adı və vəsiqəsi verilməmiş, qanunla qorunan hüquqları pozulmuşdur. İPM-nin 73.N-ci maddəsinin tələbindən də məhz görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, məhkəmə tərəfindən işdə olan sübutlar hərtərəfli araşdırlmamış, bütün faktiki hallar aydınlaşdırıb onlara hüquqi qiymət verilməmiş, sadəcə bir kəlmə ilə onun hərbi hissədə qanuni əsaslarla hərbi xidmət etməsinin sübuta yetirilmədiyini qeyd etməklə, məhkəmə əsassız olaraq iddianı rədd etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «XN şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarın qanunsuz və əsassız olduğunu, maddi və prosessual hüquq normalarının tələblərini pozulması ilə qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-7239/2023 saylı xx.xx.2023cü il tarixli qərarı ləğv edilməli və iddianın təmin edilməsi, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə yeni qərar çıxarılmalıdır. Qeyd edilənlərə və İPM-in 69, 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-7239/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərarı çıxarılsın. İddia təmin edilsin. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi N4, NN93-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-166/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-166/2024
04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver