Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1662/2024 04.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qaraja texniki pasportun verilməsi tələbinə dair” iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13938/2023 №-li xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti, 146 "A" ünvanda yerləşən daş qaraja dair texniki pasportun tərtib edilərək verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 623 saylı, 29 dekabr 2008-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti, 146 "A" ünvanda yerləşən daş qarajın iddiaçının adına sənədləşdirilməsi qərara alınmışdır. Həmin sərəncamı əsas tutaraq qaraja dair texniki pasportun tərtib edilməsi məqsədi ilə 26 may 2023-cü il tarixdə cavabdeh İdarəyə müraciət etmiş, lakin sonuncu **********81 saylı, 16 iyun 2023- cü il tarixli məktubu ilə formal əsaslar gətirməklə, ərizəsinin təmin edilməsindən imtina edilmişdir (işə əlavə olunmuş həmin məktubada imtinanın əsası kimi göstərilmişdir ki, sənədlər toplusunda qaraj olsa da, obyekt kimi fəaliyyət göstərir, bundan başqa bina sakinlərinin ümumi istifadəsində olan balkonaltı sahəsdə yerləşir (i.v.9)...” Cavabdeh iddia ərizəsinə etirazında imtina məktubunda qeyd edilən səbəbləri və 8.0.9.2-ci və ya 8.0.10.1-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilmədytini əsas gətirərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-13938/2023 №-li xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Məhkəmə işin halları üzrə səhv nəticəyə gəlmiş, işdə olan mötəbər sübutlara deyil, yalnız“X3 və Ekspertiza Mərkəzi” MMC-nin təqdim etdiyi mütəxəssis rəyinə əsasən mübahisəni həll etmişdir. Maddi hüquq normasından göründüyü kimi, İddiaçının Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti, 146 “A” ünvanda yerləşən daş qaraja dair hüquqları dövlət qeydiyyatına alınmalı olduğu halda, Cavabdeh bundan imtina etmiş, məhkəmə isə öz növbəsində İddiaçının tələbini təmin etməmişdir. Bununla birinci instansiya məhkəməsi işin hallarına və müvafiq sənədlərə (sərəncam və s.) uyğun olaraq iş üzrə tətbiq etməli olduğu maddi hüquq normasını tətbiq etməmiş, nəticədə hüquq normasının pozuntusuna yol vermişdir. Cavabdeh İddiaçının müraciətinin təmin olunmasından imtina edərkən, Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan RespublikasınınQanununun 15.1-ci maddəsində göstərilən əsaslardan heç biri olmamışdır. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 623 saylı, 29 dekabr 2008-ci il tarixli sərəncamından məlum olur ki, Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti, 146 “A” ünvanda yerləşən daş qaraj İddiaçının uzun müddət istifadəsindədir və İddiaçı qarajla bağlı istismar yığımı haqqını mütəmadi olaraq ödəyir. Bu səbəbdən həmin qarajın İddiaçının adına sənədləşdirilməsi qərara alınmışdır. Cavabdeh İddiaçının təqdim etdiyi sənədləri nəzərə almamış, ərizənin təmin olunmamaması barədə imtinasını belə “əsaslandırmışdır” ki, həmin qaraj faktiki olaraq obyekt kimi istifadə olunur. Təəssüflər olsun ki, məhkəmə Cavabdehin imtinasını haqlı hesab etmiş və maddi hüquq normasının tələbini nəzərə almamış, iddianırədd etmişdir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək 2-ci qrup əlil olduğunu, həmin yerin qaraj olduğunu və orada heç nə satmadığını bildirərək, apellyasiya şikayətinin təmin olunmasnı, cavadehin nümayəndəsi isə oranın 2024-cü ildə faktiki olaraq qaraj kimi istfiadə olunmadığını bildirərək, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını xahiş etmişlər. ІІ. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin olunmalıdır. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, iddianı rədd edərəkən məhkəmə, cavabdehin iddiaçıya ünvanlanımş imtina məktubunda göstərilən səbəblərlə razılaşaraq qeyd etmişdir ki, iddiaçının istifadəsində olan qarajdan təyinatı üzrə deyil, qeyri-yaşayış sahəsi kimi istifadə olundugundan, habelə bir hissəsi yaşayış binasının balkonaltı sahəsində bina sakinlərinin ümumi istifadə sahəsində yerləşdiyindən iddiaçının cavabdehdən müəyyən hərəkətlərin edilməsi, yəni texniki sənədin tərtib edilməsi üçün iddia tələbinin əsası yoxdur. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci istansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 6.8-ci maddəsinə görə, yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyrinormativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 6.9-ci maddəsinə görə, yerli icra hakimiyyətinin başçısı qəbul edilən normativ xarakterli və qeyri-normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir. İş materiallarına əsasən, o cümlədən iddiaçının 7 saylı “Asan Xidmət” vasitəsilə Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına müraciətinə əsasən sonuncu 30 yanvar 2023-cü il tarixli, 3-48- 2F/2-Z-00507/2 nömrəli məktubu ilə ona göndərilmiş - Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 623 nömrəli xx.xx.2008-ci il tarixli sərəncamının və ona əlavə edilmiş sənədin (cizginin) arxiv surətlərinə əsasən müəyyən olunur ki, “ Bakı şəhəri, Nərimanov rayonu, F.X. Xoyski prospekti, 146A №–li ünvanda yerləşən, 17,0 kv.m. sahəsi olan daş qarajın - Ə.Əliyev küçəsi, 45 №-li evin 81-ci mənzilində yaşayan vətəndaş B.İ. Zeynalovun adına sənədləşdirilməsi qərara alınmış və həmin qarıjın yerləşdiyi yeri müəyyən etməyə imkan verən cizgisi tərtib olunmuşdur. İşə əlavə olunumş həmin cizgidən görünür ki,.X.Xysiki küçəsi ilə Ə.Əliyev küçəsinin kəsişməsində yerləşən 146a saylı binaya qismən bitişik olan sahəsi 17,0 kv.m olan qarajın ön hissəsi həmin binanın konturuandan çölə, üzü Əliyar Əliyev küçəsinə doğru vəziyyətində yerləşir (Eyni zamanda, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubu ilə iddiaçıya göndərilmiş, 623 nömrəli, xx.xx.2008-ci il tarixli sərəncama əsasən qarajın tərtib olunmuş cizgisində isə qarıjın müfəssəl mövqeyini əks etdirən plan xəritəsi tərtib olunmuşdur.) Birinci instansya məhkəməsinin sorğusuna əsasən “X3 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş 213 nömrəli, 15 dekabr 2023-cü il tarixli mütəxəssis rəyində də tədqiq olunan cizgiyə uyğun rəy verilərək - qəarjın Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti, 146”A” ünvanında binanın balkonaltı sahəsində yerləşdiyi təsbit olunmuşdur (Artıq olan hal olaraq, rəydə, qarajın obyekt kimi istifadə ounduğu göstərilmişdir.) “ Göründüyü kimi, iddia olanan qaraj iddiaçı tərəfindən özbaşına tutulmamış, onun adına müvafiq səlahiyyəti olan yerli icra hakimiyyəti orqanının bu gündə qüvvədə olan sərəncamı mövcuddur və həmin sərəncam əsasında da qarajın cizgi-planı tərtib olunmuşdur. Qüvvədə olan “Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1-79.1.4-cü maddələrinə əsasən: hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların; hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla); hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kub metr olan su çənləri qüllələrinin - tikintisinə icazə tələb olunmur. Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Həmin Qanunun 10.2; 10.2.3-cü maddələrinə əsasən torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi qeydiyyat orqanına verilən ərizəyə əlavə olunur. Qanunvericiliyin qeyd olunan tələblərinə münasibətdə iddiaçıda mübahisəli qaraja dair hüquqmüəyyənedici sənədlər mövcud olduğu halda, cavabdeh tərəfindən iddiaçının hazırkı tələbi üzrə həmin qaraja dair onun adına texniki pasportun tərtib olunub verilməsindən imtina olunması onun fəaliyyət istqaməti və vəzifə funksiyaları ilə müəyyən olunan öhdəliklərinin pozulması kimi qiymətləndirilməlidir. , Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş,“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin Nizamnaməsinin 2.0-cı maddəsinə əsasən DƏDKR-in fəaliyyət istiqamətlərinə əsasən: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; 2.0.2. daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək; ...; 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək...; 3.1.16-ci bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən, torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq. ...; Beləliklə də cavabdehin imtina məktubunda iddiaçı tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulan hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyini mübahisələndirərən hərəkətlərinın əsassız olduğu sübuta yetirilir. İmtinanın qarajın obyekt kimi istifadə olunması ilə bağlı dəlillərinə gəldikdə, isə məhkmə kollegiyası qeyd edir ki, istər qaraj olsun, istərsə də ticarət obyekti - hər iki halda tikili qeyri-yaşayış sahəsi mənasını daşıyır. Qanuni istifadəsində olan qarajı obyekt kimi istifadə etməsi və yaxud qayıdaraq yenidən oranı avtomaşın və ya ev əşya saxlamaq üçün istifadə etməsi - bütün bu kimi hallara nəzarət etmək və ya yoxlamaq cavabdeh orqanın səlahiyyət və vəzifə funksiyadlarına aid edilən bir məsələ deyil. Odur ki, bu əsaslardan çıxış edərək iddiaçıya həmin qaraja texniki pasportun tərtib olunub verilməsindən imtina olunması əsassızdır və onun qanunla qorunan hüquqlarını pozur. İPM-in 73.1-ci maddəsininin tələbindən isə görünür ki, aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edər ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd olunması işin sübutlarla müəyyyən edilən hallarına, maddi və hüquq normalarına uyğun nəticə kimi qiymətləndirilə bilməz. Bu baxımdan, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu vurğulayan dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-13938/2023 №-li xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, iddianın təmin edilməsi və iddiaçıya Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti, 146 "A" ünvanda yerləşən daş qaraja dair texniki pasportun tərtib edilərək verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə yeni qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-13938/2023 №-li xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı, onun adına Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti, 146 "A" ünvanda yerləşən daş qaraja dair texniki pasportun tərtib edilərək verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1662/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1662/2024
04.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver