Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1663/2020 14.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Rəşad Məhəmməd oğlu Həsənovdan və Şeyda Ədalət qızı Məhərrəmovadan ibarət tərkibdə, X1-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinə qarşı “işsiz kimi qeydiyyata alınmaqla, yaşayış minimumu həcmində birdəfəlik ödəmə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5010/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyünün yoxlanılması məsələsinə xx xxxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işsiz kimi qeydiyyata alınmaqla, yaşayış minimumu həcmində birdəfəlik ödəmənin verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onu işsiz kimi qeydiyyata almaqla, aprel və may ayları üçün yaşayış minimumu həcmində 190 manat birdəfəlik ödəmənin (cəmi 380 manat) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5010/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinə qarşı işsiz kimi qeydiyyata alınmaqla, yaşayış minimumu həcmində birdəfəlik ödəmə verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin üzərinə qoyulması tələbinə dair iddiası üzrə 2-1(112)-5010/2020 saylı inzibati işin baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5010/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası İddiaçı göndərilmiş xx.xx.2020-ci il tarixli şikayətin mümkünlüyünün yoxlanılmasına dair bildirişlə Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı göstərərək, şikayətin verilməsi üçün prossesual müddətin ötürüldüyünü diqqətə çatdırmış və həmin müddətin ötürülməməsi ilə bağlı müvafiq sübutların təqdim edilməsini təklif etmişdir. Lakin xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı ona məhkəmə kollegiyasının göstərdiyi hüquqi yardımla bağlı müvafiq sənədləri məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə kollegiyası qeyd olunan hüquqi yardımı məhkəmə iclasında iddiaçıya təkrar göstərərək qərardaddan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməməsi, yəni məhkəmə qərardadını aldıqdan sonra vaxtında şikayət verməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməyi, prosessual müddətin ötürüldüyü təqdirdə isə bu müddətin bərpasına dair müvafiq ərizə verməsini təklif etmişdir. Bundan sonra iddiaçı şifahi vəsatət verərək, müvafiq sənədlər təqdim etməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. İddiaçının şifahi vəsatəti əsasında apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılması xx.xx.2020-ci il tarixə keçirilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasında cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçı apellyasiya şikayətinin mümkünlük məsələsinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin mümkünlük məsələsinə cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadını poçt vasitəsilə nə vaxt almasına dair poçt zərfini məhkəməyə təqdim etmiş və tərəfindən həmin qərardaddan şikayətin vaxtında verildiyini, prosessual müddəti ötürmədiyini bildirmiş, bununla bağlı apellyasiya şikayətinin mümkün sayılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürüldüyündən və bu müddətin bərpası ilə bağlı müvafiq ərizə təqdim edilmədiyindən apellyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. İş materiallarından görünür ki, (i.v. 35) birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı rabitə orqanı vasitəsilə xx.xx.2020-ci il tarixli məktubla İddiaçı iş materiallarında olan ünvanına göndərilmişdir. İddiaçının təqdim etdiyi poçt zərfinin üzərindəki ştempeldən görünür ki, məhkəmə qərardadı 2020-ci ilin iyul ayında iddiaçıya göndərilmiş və xx xxxxxx 2020-ci il tarixdə onun tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Belə olan halda apelyant tərəfindən mübahisələndirilən məhkəmə qərardadından şikayət verilməsi üçün son müddət onun tərəfindən xx.xx.2020-ci il tarixli qərardadın xx.xx.2020-ci il tarixdə alındığı nəzərə alınmaqla, xx.xx.2020-ci il tarix hesab olunur. Lakin hazırki işdən müəyyən olunur ki, iddiaçının şikayəti məhkəməyə xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Həmin şikayətin məhkəməyə göndərildiyi poçt zərfinin (i.v. 45) üzərindəki ştempeldən görünür ki, iddiaçı tərəfindən şikayət rabitə orqanına xx.xx.2020-ci il tarixdə təhvil verilmişdir. Bu fakt “Poçt göndərişlərinin izlənməsi” internet saytından edilmiş çıxarışla da təsdiq olunur. Belə ki, həmin çıxarışa əsasən iddiaçının şikayətinin məhkəməyə göndərilməsi barədə olan poçt zərfi SS680867204AZ seriyalı poçt göndərişi kimi rabitə orqanı tərəfindən xx.xx.2020-ci il tarixdə saat 14:10-da qəbul olunmuşdur. Beləliklə, iş üzrə müəyyən olunur ki, İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixli qərardad xx.xx.2020-ci il tarixdə alınıb, ondan şikayət verilməsi üçün son müddət xx.xx.2020-ci il tarix hesab olunduğu halda, apellyasiya şikayətini rabitə orqanına 10 günlük prosessual müddəti ötürməklə xx.xx.2020-ci il tarixdə təqdim etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Hazırki işdə iddiaçı xx.xx.2020-ci il tarixli qərardaddan şikayət verməsi üçün qanunla müəyyən edilmiş 10 günlük prosessual müddətin onun təqsiri üzündən ötürülməməsini təsdiq edən sübutları və ya həmin müddətin ötürülmə əsasının üzrlü səbəblərlə bağlı olduğu təqdirdə, prosessual müddətin bərpa edilməsinə dair ərizə verməmişdir. Halbuki yuxarıda da qeyd olunduğu kimi, prosessual müddətin bərpası qanunun tələbinə görə şəxsin ərizəsi əsasında mümkündür, lakin belə ərizənin verilməsi ilə bağlı iddiaçıya dəfələrlə müvafiq hüquqi yardım göstərilsə də, iddiaçı həmin hüququndan istifadə etməmişdir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçı məhkəmə qərardadından şikayət vermək üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürdüyündən və həmin müddətin bərpası ilə bağlı müvafiq ərizəni təqdim etmədiyindən şikayət qeyri-mümkün sayılmalı və onun qəbulundan imtina edilməlidır. Azərbaycan Respublikası İnzibati Prossessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1, 23.1, 24.1, 80, 85.1, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARAALDİ: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5010/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşad Həsənov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2-1(103)-1663/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1663/2020
14.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver