Məhkəmə qərarları › İş №2-1(103)-1663/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1663/2024

26.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1663/2024 26.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X5 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə3, Üçüncü şəxsin nümayəndələri Nümayəndə1, X2 və X4 (mütəxəssis) iştirakları ilə, İddiaçı firmasının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bak şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə) “borcun silinməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-917/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı firması cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra mətndə DSMF) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı firmasının məcburi dövlət sosial sığorta haqqı üzrə 2836,86 manat məbləğində borcun silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bak şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra Bakı şəhəri LGBİ) tərəfindən xx.xx.2021-ci il tarixli xəbərdarlıqdan sonra onlara məlum olmuşdur ki, məcburi dövlət sosial sığorta haqqı üzrə İddiaçı firmasının dövlət büdcəsinə və müvafiq fondlara 2838,86 manat borcu var və bununla bağlı firmaya vergi orqanı tərəfindən məhdudiyyət tədbiq olunmasına dair xəbərdarlıq göndərilmişdir. Vergi orqanından onlara bildirilmişdir ki, bu borc DSMF tərəfindən ötürülüb. Bu barədə xəbardar olunduqdan sonra onlar həmin borcun yaranmasına əsas verən halların araşdırılmasına başlamışdır. Borcun yaranması səbəbinin araşdırıb həll edilməsi üçün xx.xx.2000-xx.xx.2006-cı illər üzrə İddiaçı şirkəti tərəfindən Fonda təqdim edilmiş hesabatlar və ödənilmiş sosial-sığorta haqlarının dinamikasının verilməsi barədə şirkət xx.xx.2021-ci il tarixdə (daxilolma tarixi xx.xx.2021, nömrəsi **********0) DSMF-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına məktub göndərmişdir. Göndərilmiş müraciətlərinə cavabdeh xx.xx.2021-ci il tarixli, **********9 nömrəli cavab məktubu ilə bildirmişdir ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 6 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununa əsasən Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsistemində İddiaçı firmasının 01 yanvar 2006-cı il tarixinə yaranmış və 01 aprel 2018-ci il tarixədək ödənilməmiş 2811,16 manat məcburi dövlət sosial sığorta haqqı, maliyyə sanksiyaları (hesablanmış penya) silinmişdir. 15 dekabr 2021-ci il tarixində (daxilolma nömrə **********8) DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına təkrar müraciət edərək, xx.xx.2006 - xx.xx.2018-cı illər üzrə İddiaçı şirkəti tərəfindən Fonda təqdim edilmiş hesabatların, ödənilmiş sosial-sığorta haqlarının, borcun yaranmasının dinamikası və əsaslarının onlara verilməsini xahiş etmişlər. Həmin müraciətə DSMF tərəfindən iki ay ərzində cavab vermədiyinə görə xx.xx.2022-ci il tarixli məktubla üçüncü dəfə müraciət etməyə məcbur olmuşdur. Eyni zamanda, həmin borcun yaranma əsasların araşdrılmasında və həll edilməsində onlara köməklik göstərmək barədə Bakı şəhəri LGBİyə xx.xx.2022-ci il tarixdə müraciət etmişlər. Müraciət etdikləri təşkilatlar həmin çətinliklərin araşdırılmasında və həll edilməsində onlara köməklik göstərmək əvəzinə formal cavablarla kifayətlənmişlər. 14 mart 2022-ci il tarixli, **********4 nömrəli cavab məktubu ilə xx.xx.2006cı il tarixdən xx.xx.2011-cı il tarixədək şirkətin güya təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə hesabatlara əsasən sığortaedənin hesablanıb ödənilmiş məcburi dövlət sosial sığorta haqları və maliyyə sanksiyaları və inzibati cərimələrinin dinamikası barədə cədvəl şəkildə onlara məlumat verilmişdir. Halbuki, onlar 2006-cı ildən 2011-cı ilə kimi yox, 2018-cı ilə kimi borcun yaranmasının əsasları və dinamikası barədə məlumatların təqdim edilməsini xahiş etmişlər. Əsaslar barədə onlara heç bir açıqlama verilməmişdir. Paralel olaraq borcun yaranmasına dair tərəflərindən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, şirkətin iştiraki və xəbəri olmadan 2009-cu ildə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsində DSMF-in Bakı şəhəri üzrə HŞİD-in şirkətlərinə qarşı “məcburi dövlət sosial sığorta haqqları üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiaya baxılmışdır və xx.xx.2009-cu il tarixdə iddianın təmin edilməsinə dair qiyabi qətnamə çıxarılmışdır. Həmin məhkəmə prosesindən və məhkəmənin qətnaməsindən onların xəbəri olmamışdır. Məhkəmə iclaslarında iştirakları olmadan və xəbərnamə çatdırılmamış halda məhkəmə tərəfindən qanunun prosessual tələblərinə zidd olaraq qiyabi qətnamə qəbul edilmişdir. Məhkəmə və HŞİD-nin bildirişlərinin onlara çatdırılması və ya təqdim edilməsi barədə məhkəmə işində heç bir sübut yoxdur. Qətnamənin surətini onlar Bakı İnzibati Məhkəməsinin arxivindən 2022-ci ilin yanvar ayında almışlar. Bununla da şirkət məhkəmədə öz hüquqlarının müdafiə etməsindən məhrum olmuşdur. İddiaçı şirkəti (VÖEN **********) 1993-cü ildə qeydiyyata alınmışdır və 1998-ci ilə kimi daimi fəaliyyət göstərmişdir. xx.xx.2000-ci il tarixdən fəaliyyətini dayandırarkən işçilərə ehtiyac olmadığından şirkət ştat üzrə olan işçiləri işdən azad etmişdir və həmin illər üzrə sosial-sığorta haqqları ödənilməmişdir. 2000-ci ildən şirkət müxtəlif dövrlərdə fəaliyyət göstərsə də, işçilərin işə cəlb edilməsində şirkətin ehtiyacı yox idi, çünki mal Bakı şəhərinə gələn kimi alıcıya təhvil verilirdi. Fəaliyyət göstərdiyi dövrdə şirkətin üzərinə düşən vergi öhdəliklərini şirkət vaxtında və tam olaraq həyata keçirirdi və nə vergi borcuna, nə də sosial fonda heç bir borcun yaranmasına yol verilməmişdir. Əksinə, Bakı şəhəri LGBİ-nin qanunsuz hərəkətləri nəticəsində şirkətin şəxsi vərəqəsində 2000-ci ildən bu günə kimi iki dəfə artıq ödənilmiş vergi əmələ gəlmişdir. Nəticədə həmin dövrdə maddi durumu çətin olduğuna görə şirkət xx.xx.2016-cı il tarixədək fəaliyyətini dayandırmaq məcburiyyətində qalmışdır. 2016-ci ilin avqust ayında fəaliyyətini dirçəldərək şirkət Türkiyədən mal idxalına başlamışdır. İdxal olunan malın birinci hissəsini sentyabr ayında, malın ikinci hissəsini isə şirkət noyabr ayında gətirməyini planlaşdırmışdır. Bakı şəhəri LGBİ-nin əsassız hərəkətləri nəticəsində şirkət planlaşdırılmış fəaliyyətini 2017-ci ildən yenidən dayandırmaq məcburiyyətində qalmışdır və bu hal hazırki vaxtadək davam etməkdədir. 8547.68 manat məbləğində artıq ödənilmiş vəsaitindən şirkət 2016-ci ildən bu günə kimi istifadə edə bilmir. Eyni zamanda, Bakı şəhər Vergilər Departamenti tərəfindən əsassız verilən sərəncam nəticəsində 2016-cı ildə şirkətin 8547.68 manat artıq ödəmə olduğu halda Vergilər Departamenti məsələni araşdırıb borcun olub-olmamasını müəyyən edib artıq ödəmə ilə əvəzləşdirmək əvəzinə şirkətə qarşı əsassız iddialar qaldıraraq çətinliklər yaradır. Şirkətin öz fəaliyyətini xx.xx.2000-ci il tarixdən hazırki vaxta kimi tam dayandırmasını və müxtəlif dövrlərdə müvəqqəti fəaliyyətin bərpa etmək niyyətini vergi idarəsinin arayışları ilə, şirkətin şəxsi vərəqəsindən çıxarışı ilə və DSMF-nin Bakı şəhəri üzrə X11 Departamentinin 28 noyabr 2014-cu il tarixli, 28/xx/xx-9934 saylı cavab məktubu ilə sübut edilir. Hesab edir ki, DSMF-yə məcburi dövlət sosial sığorta haqqı üzrə şirkətin borcu olsa da, həmin borc 2006-ci ilə kimi yaranmışdır. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-7337/2022 saylı qərardadı ilə Bakı şəhəri LGBİ inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(112)-7337/2022 saylı qərardadı ilə iş üzrə cavabdeh DSMF-nin əsl cavabdeh Bakı şəhəri LGBİ ilə əvəz olunması və DSMF-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının üçüncü şəxs qismində cəlb olunması qərara alınmışdır. Cavabdeh Bakı şəhəri LGBİ-nin iddiaya dair **********230400 №-li, xx.xx.2022- ci il tarixli yazılı etirazında göstərilmişdir ki, şəxsi hesab vərəqəsinə əsasən cəmiyyətin xx.xx.2021-ci il tarixə məcburi dövlət sosial sığorta haqqı üzrə 2838,86 manat ödənilməmiş borcu vardır. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Eyni zamanda, Məcəllənin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Bu Məcəllənin 85.4 və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına, işsizlikdən sığorta haqqına və icbari tibbi sığorta haqqına münasibətdə tətbiq edilmir. Göründüyü kimi məcburi dövlət sosial sığorta haqqının silinməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmçinin “Sosial sığorta haqqında” Qanununda dəyişiklik edilməsi barədə 2018-ci il 30 noyabr tarixli Qanunun tətbiqi və “Sosial sığorta haqqında” Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Prezidentin 21 dekabr 2018-ci il tarixli 421 nömrəli Fərmanına əsasən, 1 yanvar 2019-cu il tarixindən etibarən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə olunmuşdur. İş materiallarından da göründüyü kimi, müvafiq hesablamalar 1 yanvar 2019-cu ilə qədər aparılmış hesablamalardır. Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair” qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə həmin Məcəllənin müddəaları tətbiq edilmir. İddiaçı tərəfindən mübahisələndirilən məsələ Vergi Məcəlləsi ilə tam əhatə olunur və məcburi dövlər sosial sığorta üzrə ödənilməmiş borc məbləğlərinin silinməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Belə olan halda, iddia tələbinin əsassız olması sadalanan normalarla öz təsdiqini tapır. Üçüncü şəxs DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş iddia ilə bağlı yazılı münasibətində (etiraz) göstərilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (Bundan sonra - MEİS) “Sığorta” (Hesabat)” altsistemində “X6”da İddiaçı firmasının şəxsi hesab vərəqəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı üzrə 2756,36 manat, maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimə üzrə isə 0,00 manat olmaqla, ümumilikdə 2756,36 manat Fonda borcu qalmışdır. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsinə dair Təlimatın 2-ci bəndində borcların tənzimlənməsi (silinməsi) qaydası göstərilmişdir. Həmin Təlimatın 2.1-ci hissəsində qeyd olunmuşdur ki, sığortaedənlərin (müəssisə, idarə və təşkilatlar, hüquqi və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) Fondun müvafiq idarə, şəhər və ya rayon şöbəsinin uçot sistemində mövcud olan bu Təlimatın 1.2.1-ci bəndində göstərilən (yəni məcburi dövlət sosial sığorta haqları 1 yanvar 2006-cı il tarixinədək yaranmış və 1 aprel 2018-ci il tarixinədək ödənilməmiş) borcları tam məbləğdə silinir. Həmin Təlimata əsasən ilk növbədə Fondun müvafiq yerli orqanı sığortaedənin təqdim etdiyi hesabatları təhlil edərək, 1 yanvar 2006-cı il tarixindən sonra təqdim edilən hesabatlar əsasında məcburi dövlət sosial sığorta haqları (əsas məbləğ) üzrə ən aşağı göstərilən borc məbləğini müəyyən edir və həmin məbləği sığortaedənin 1 aprel 2018-ci il tarixinə Fonda olan borcu ilə müqayisə edir. Bu məbləğ sığortaedənin 1 aprel 2018-ci il tarixinə Fonda olan borcun məbləğindən aşağıdırsa, həmin məbləğ sığortaedənin 1 yanvar 2006-cı il tarixinədək yaranmış və 1 aprel 2018-ci il tarixinədək məcburi dövlət sosial sığorta haqları üzrə ödənilməmiş borcu kimi qiymətləndirilir və onun tam məbləğdə silinməsi barədə qərar qəbul edilir. Məcburi dövlət sosial sığorta haqları (əsas məbləğ) üzrə ən aşağı göstərilən borc məbləği sığortaedənin 1 aprel 2018-ci il tarixinə Fonda olan borcun məbləğindən çoxdursa (və ya bərabərdirsə), sığortaedənin 1 aprel 2018-ci il tarixinə məcburi dövlət sosial sığorta haqları (əsas məbləğ) üzrə Fonda olan borc sığortaedənin 1 yanvar 2006-cı il tarixinədək yaranmış və 1 aprel 2018-ci il tarixinədək məcburi dövlət sosial sığorta haqları üzrə ödənilməmiş borcu kimi qiymətləndirilir və onun tam məbləğdə silinməsi barədə qərar qəbul edilir. Borcun silinməsi barədə qərar Fondun müvafiq yerli orqanı ilə sığortaedən arasında 4 nüsxədə tərtib edilən üzləşmə aktı ilə rəsmiləşdirilir və üzləşmə aktına 1 yanvar 2006-cı il tarixinədək sığortaedənin təqdim etdiyi ən son hesabatın, məcburi dövlət sosial sığorta haqları (əsas məbləğ) üzrə ən aşağı borc məbləği göstərilən və 1 yanvar 2006-cı il tarixindən sonra təqdim edilən hesabatın, eləcə də 1 aprel 2018-ci il tarixinə təqdim edilmiş hesabatın surətləri əlavə edilir. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununa əsasən 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə, 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir. Həmin qanunun 4-cü maddəsinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Yəni 1 yanvar 2006-cı il tarixinədək yaranmış və 1 aprel 2018-ci il tarixinədək ödənilməmiş (qanuni qüvvəsini almış məhkəmə qərarı olsa da) məcburi dövlət sosial sığorta haqları üzrə borclar silinir. 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə (qanuni qüvvəsini almış məhkəmə qərarı olsa da) tam məbləğdə silinir. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsinə dair” Təlimata, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununa və sığortaedən İddiaçı Firmasının təqdim etdiyi hesabatlara əsasən MEİS-in “Sığorta” (Hesabat) altsistemində “X6”da iddiaçının şəxsi vərəqəsindən 14 iyun 2018-ci il tarixində 1 yanvar 2006-cı il tarixinə yaranmış və 1 aprel 2018-ci il tarixinədək ödənilməmiş 2811,16 manat məcburi dövlət sosial sığorta haqqı, 23 may 2018-ci il tarixində 1 yanvar 2015-ci il tarixinədək yaranmış və 1 aprel 2018-ci il tarixinədək ödənilməmiş 1277,40 manat məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) silinmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 93.1.3-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta ve icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə silinir. Qeyd olunanlara əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarı olsa belə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlar üzrə borcların silinməsi vergi qanunvericiliyində nəzərdə tutulmayıb. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair” 24 may 2019-cu il tarixli Plenum Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə həmin Məcəllənin müddəaları tətbiq edilmir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunu ilə vətəndaşların pensiya və digər sosial müdafiə hüquqlarının təmin edilməsi məqsədilə hər bir sığortaolunanın (vətəndaşların) stajı, əmək haqqı (gəliri) və ödədiyi məcburi dövlət sosial sığorta haqqı barədə məlumatları Fondun məlumatlar bazasına işlənilməsi təsbit olunmuşdur. Sığortaolunanlara təyin ediləcək pensiyanın məbləğinin sığorta stajından və ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləğindən asılı olaraq müəyyən edilməsi nəzərdə tutulmuşdur. İddiaçı firması tərəfindən məhkəmədə borcun silinməsinə dair qaldırdığı iddia tələbi Firmada çalışan işçilərin pensiya və digər sosial müdafiə hüquqlarının kobud surətdə pozulması deməkdir. İddiaçı firması Filiala müraciət edərək Firmanın məcburi dövlət sosial sığorta haqları üzrə borclarının dinamikası barədə məlumat verilməsini xahiş etmişdir. Filialın 14 mart 2022-ci il tarixli **********4 nömrəli məktubu ilə 1 yanvar 2006-cı il tarixdən 1 yanvar 2011-ci il tarixədək İddiaçı Firması tərəfindən Fonda təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə hesabatlara əsasən sığortaedənin hesablanıb ödənilmiş məcburi dövlət sosial sığorta haqları, maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimələrinin dinamikası barədə məlumat verilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-917/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmiş, İddiaçı şirkətinə (VÖEN-**********; əvvəlki qeydiyyat № 21936) məcburi dövlət sosial sığorta haqları üzrə hesablanmış 2836 (iki min səkkiz yüz otuz altı) manat 86 (səksən altı) qəpik borc məbləğinin şirkətin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bak şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh və üçüncü şəxs apelyasiya şikayətləri verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdilər. Üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (Bundan sonra – MEİS) “Sığorta” (Hesabat)” altsistemində “X6”da İddiaçı Firmasının şəxsi hesab vərəqəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı üzrə 2756,36 manat, maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimə üzrə isə 0,00 manat olmaqla, ümumilikdə 2756,36 manat Fonda borcu qalmışdır. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsinə dair” Təlimatın 2-ci bəndində borcların tənzimlənməsi (silinməsi) qaydası göstərilmişdir. Həmin Təlimatın 2.1-ci hissəsində qeyd olunmuşdur ki, sığortaedənlərin (müəssisə, idarə və təşkilatlar, hüquqi və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) Fondun müvafiq idarə, şəhər və ya rayon şöbəsinin uçot sistemində mövcud olan bu Təlimatın 1.2.1-ci bəndində göstərilən (yəni məcburi dövlət sosial sığorta haqları 1 yanvar 2006-cı il tarixinədək yaranmış və 1 aprel 2018-ci il tarixinədək ödənilməmiş) borcları tam məbləğdə silinir. Həmin Təlimata əsasən ilk növbədə Fondun müvafiq yerli orqanı sığortaedənin təqdim etdiyi hesabatları təhlil edərək, 1 yanvar 2006-cı il tarixindən sonra təqdim edilən hesabatlar əsasında məcburi dövlət sosial sığorta haqları (əsas məbləğ) üzrə ən aşağı göstərilən borc məbləğini müəyyən edir və həmin məbləği sığortaedənin 1 aprel 2018-ci il tarixinə Fonda olan borcu ilə müqayisə edir. Bu məbləğ sığortaedənin 1 aprel 2018-ci il tarixinə Fonda olan borcun məbləğindən aşağıdırsa, həmin məbləğ sığortaedənin 1 yanvar 2006-cı il tarixinədək yaranmış və 1 aprel 2018-ci il tarixinədək məcburi dövlət sosial sığorta haqları üzrə ödənilməmiş borcu kimi qiymətləndirilir və onun tam məbləğdə silinməsi barədə qəbul edilir. Məcburi dövlət sosial sığorta haqları (əsas məbləğ) üzrə ən aşağı göstərilən borc məbləği sığortaedənin 1 aprel 2018-ci il tarixinə Fonda olan borcun məbləğindən çoxdursa (və ya bərabərdirsə), sığortaedənin 1 aprel 2018-ci il tarixinə məcburi dövlət sosial sığorta haqları (əsas məbləğ) üzrə Fonda olan borc sığortaedənin 1 yanvar 2006-cı il tarixinədək yaranmış və 1 aprel 2018-ci il tarixinədək məcburi dövlət sosial sığorta haqları üzrə ödənilməmiş borcu kimi qiymətləndirilir və onun tam məbləğdə silinməsi barədə qəbul edilir. Borcun silinməsi barədə qərar Fondun müvafiq yerli orqanı ilə sığortaedən arasında 4 nüsxədə tərtib edilən üzləşmə aktı ilə rəsmiləşdirilir və üzləşmə aktına 1 yanvar 2006-cı il tarixinədək sığortaedənin təqdim etdiyi ən son hesabatın, məcburi dövlət sosial sığorta haqları (əsas məbləğ) üzrə ən aşağı borc məbləği göstərilən və 1 yanvar 2006-cı il tarixindən sonra təqdim edilən hesabatın, eləcə də 1 aprel 2018-ci il tarixinə təqdim edilmiş hesabatın surətləri əlavə edilir. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununa əsasən 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə, 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Yəni 1 yanvar 2006-cı il tarixinədək yaranmış və 1 aprel 2018-ci il tarixinədək ödənilməmiş (qanuni qüvvəsini almış məhkəmə qərarı olsa da) məcburi dövlət sosial sığorta haqları üzrə borclar silinir. 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə (qanuni qüvvəsini almış məhkəmə qərarı olsa da) tam məbləğdə silinir. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsinə dair” Təlimata, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununa və sığortaedən İddiaçı Firmasının təqdim etdiyi hesabatlara əsasən MEİS-in “Sığorta” (Hesabat) altsistemində “X6”da iddiaçının şəxsi vərəqəsindən 14 iyun 2018-ci il tarixində 1 yanvar 2006-cı il tarixinə yaranmış və 1 aprel 2018-ci il tarixinədək ödənilməmiş 2811,16 manat məcburi dövlət sosial sığorta haqqı, 23 may 2018-ci il tarixində 1 yanvar 2015-ci il tarixinədək yaranmış və 1 aprel 2018-ci il tarixinədək ödənilməmiş 1277,40 manat məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) silinmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 93.1.3-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə silinir. Qeyd olunanlara əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarı olsa belə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlar üzrə borcların silinməsi vergi qanunvericiliyində nəzərdə tutulmayıb. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair” 24 may 2019-cu il tarixli Plenum Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə həmin Məcəllənin müddəaları tətbiq edilmir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunu ilə vətəndaşların pensiya və digər sosial müdafiə hüquqlarının təmin edilməsi məqsədilə hər bir sığortaolunanın (vətəndaşların) stajı, əmək haqqı (gəliri) və ödədiyi məcburi dövlət sosial sığorta haqqı barədə məlumatları Fondun məlumatlar bazasına işlənilməsi təsbit olunmuşdur. Sığortaolunanlara təyin ediləcək pensiyanın məbləğinin sığorta stajından və ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləğindən asılı olaraq müəyyən edilməsi nəzərdə tutulmuşdur. İddiaçı Firması tərəfindən məhkəmədə borcun silinməsinə dair qaldırdığı iddia tələbi Firmada çalışan işçilərin pensiya və digər sosial müdafiə hüquqlarının kobud surətdə pozulması deməkdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımdan əsassız olduğundan “məcburi dövlət sosial sığorta haqqı üzrə hesablanmış 2836 mnat 86 qəpik manat məbləğində borcun şirkətin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə İddiaçı firmasının iddia tələbi təmin olunmamalıdır. Cavabdehin apellyasiya şikayətinin dəlilləri: Cavabdeh inzibati orqan apellyasiya şikayətini iddia ərizəsinə verilmiş etiraza uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının hər hansı iqtisadi fəaliyyətinin olmaması onun işçilərinin əmək haqlarının və məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi kimi başa düşülməməlidir. Qanunda fəaliyyətin olmadığı halda, bu ödənişlərdən yayınmaya əsas verən müddəalar nəzərdə tutulmamışdır. Məhkəmə əsassız hesab etdiyi 2838,86 manat borc məbləğinin silinməsi və ya hansı məbləğdə silinməsi üçün hər hansı ekspert və ya mütəxəssis rəyi almadan və onlardan hər hansı birini məhkəmə prosesinə cəlb etmədən, şəxsi mülahizəsi əsasında müvafiq qənaətə gəlmişdir. Halbuki, İPM-nin 58.7-ci müddəasına əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bu baxımdan hesablanmalı olan borcun və ya silinməli olan borcun müəyyən olunması qismində xüsusi hesablama tələb edən rəy alınmadan məhkəmə addım atmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin və iddiaya etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxsin nümayəndələri apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak edərək cavabdeh inzibati orqanın və üçüncü şəxsin apellyasiya şikayətlərini qəbul etmədiklərini bildirmiş və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayətləri qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, apellyasiya şikayətləri birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: - Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin X7 Qeydiyyat İdarəsi tərəfindən verilmiş reyestrdən çıxarışdan müəyyən olunur ki, İddiaçı firması xx.xx.1995-ci ildə (VÖEN-**********; əvvəlki qeydiyyat № 21936) hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır. Hüquqi ünvanı- Bakı şəhəri, Səbail rayonu, X9, ev 35, mənzil 59, təsisçisi Nümayəndə2 qeyd olunmuşdur. - 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2(81)-261/2009 saylı, xx.xx.2009-cu il tarixli qiyabi qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı DSMF-nin Bakı şəhəri üzrə HŞİD cavabdeh İddiaçı firmasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 yanvar 2008-ci il tarixə yaranmış məcburi dövlət sosial sığorta haqqı üzrə borc hesabına 6.760 manat məbləğində pulun cavabdeh İddiaçı firmasının əmlakı hesabına DSMF-nin Bakı şəhəri üzrə HŞİD-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2(81)-261/2009 saylı, xx.xx.2009-cu il tarixli qiyabi qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, xx.xx.2008-ci il tarixə məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış 6.760 manat məbləğində borcun cavabdeh İddiaçı firmasının əmlakı hesabına DSMF-nin Bakı şəhəri üzrə HŞİD-nin xeyrinə tutulması, İddiaçı firmasından 20 manat məbləğində dövlət rüsumunun dövlət büdcəsinin xeyrinə tutulması qət edilmişdir. - 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnamənin surətindən müəyyən olunur ki, iddiaçı DSMF-nin Bakı şəhəri üzrə HŞİD cavabdeh İddiaçı firmasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 aprel 2008-ci il tarixdən 01 yanvar 2009-cu il tarixədək yaranmış məcburi dövlət sosial sığorta haqqı üzrə borc hesabına 703,52 manat məbləğində pulun cavabdeh İddiaçı firmasının əmlakı hesabına DSMF-nin Bakı şəhəri üzrə HŞİD-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunması 01 aprel 2008-ci il tarixdən 01 yanvar 2009-cu il tarixədək məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış 703,52 manat məbləğində borcun cavabdeh İddiaçı firmasının əmlakı hesabına DSMF-nin Bakı şəhəri üzrə HŞİD-nin xeyrinə tutulması, İddiaçı firmasından 20 manat məbləğində dövlət rüsumunun dövlət büdcəsinin xeyrinə tutulması qət edilmişdir. - 24 dekabr 2010-cu il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, İddiaçı firması tərəfindən 2010-cu ilin noyabr və dekabr ayları üçün DSMF-yə 350 manat (22% - 308 manat; 3% - 42 manat) məbləğində MDSS haqqı ödənilmişdir. -Bakı şəhər Vergilər Departamentinin Bəyannamələr İdarəsi tərəfindən İddiaçı firmasının xx.xx.2011-ci il tarixli **********788300 №li müraciətinə cavab olaraq ünvanlanmış “Fəaliyyəti barədə” cavab məktubunda göstərilmişdir ki, xx.xx.2011-ci il tarixdə firma tərəfindən təqdim olunmuş “Vergi ödəyicisinin, onun filialının, nümayədəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında” Arayışa əsasən firmanın fəaliyyəti xx.xx.2011-ci il tarixdən xx.xx.2016-cı il tarixədək dayandırılmışdır. -DSMF-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı firmasına ünvanlanmış **********9 №li xx.xx.2021-ci il tarixli məktubda göstərilmişdir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsistemində İddiaçı firmasının “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 6 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununa əsasən 8 may 2018-ci il tarixində 1 yanvar 2006-cı il tarixinə yaranmış və 1 aprel 2018-ci il tarixinədək ödənilməmiş 2811,16 manat məcburi dövlət sosial sığorta haqqı, 23 may 2018ci il tarixində isə 1 yanvar 2015-ci il tarixinədək yaranmış və 1 aprel 2018-ci il tarixinədək ödənilməmiş 1277,40 manat məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) silinmişdir. - İddiaçı firması tərəfindən DSMF-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına ünvanlanmış 24 fevral 2022-ci il tarixli məktubda “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 6 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununa əsaslanaraq şirkətin məcburi dövlət sosial sığorta haqqı üzrə 2838,86 manat borcun silinməsi və Bakı şəhəri LGBİ-yə məlumat verilməsi xahiş olunmuşdur. - DSMF-nin Sosial Sığorta və X13 Filialı tərəfindən **********4 №li xx.xx.2022-ci il tarixli məktubla İddiaçı firmasına təqdim olunmuş “İnkomservis" firması tərəfindən 1 yanvar 2006-cı il tarixdən 1 yanvar 2011-ci il tarixədək təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə hesabatlara əsasən sığortaedənin hesablanıb ödənilmiş məcburi dövlət sosial sığorta haqları və maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimələrinin dinamikası barədə məlumatdan müəyyən olunur ki, İddiaçı firmasının 2006-cı il üzrə rübün əvvəlinə cəmi borc məbləği 2927,10 (MDSS 2805,10 manat + maliyyə sanksiyaları (o cümlədən, penya və inzibati cərimələr) 122,07 manat) manat; 2015-ci il üzrə rübün sonuna maliyyə sanksiyaları (o cümlədən, penya və inzibati cərimələr) üzrə borcu 1277,40 manat təşkil etmişdir. Məktuba əlavə olunmuş Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsistemindəki məlumatlardan müəyyən olunur ki, İddiaçı firmasının məcburi dövlət sosial sığorta haqları üzrə borcu 2756,36 manat təşkil edir. - Birinci instansiya məhkəməsinin müvafiq sorğusuna cavab olaraq: - Dövlət Sosial Müdafiə Fondunun **********1 saylı 13 avqust 2022-ci il tarixli məktubunda Sığortaedənin iş qovluğunda olan sənədlərə əsasən 2002-ci ilin 1 yanvar tarixindən sonrakı dövrlər üçün təqdim edilmiş məcburi dövlət sosial sığorta haqları üzrə rüblük hesabatların surətləri təqdim edilmiş və göstərilmişdir ki, sığortaedən tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlar hesabat sənədlərində öz əksini tapmışdır. Sığortaedənin iş qovluğunda 2002-ci ilin 1 yanvar tarixindən əvvəlki dövrlər üzrə hesabat sənədləri aşkar edilməmişdir. Sığortaedən tərəfindən 2018-ci il 17 avqust tarixində ödənilmiş 17 manat 50 qəpik məcburi dövlət sosial sığorta haqqı 2018-ci ilin İİİ rübü üçün məcburi dövlət sosial sığorta haqları üzrə rüblük hesabat təqdim edilmədiyindən 2018-ci ilin 1 oktyabr tarixinə yaranmış borc məbləğlərində nəzərə alınmamışdır. Məktuba əlavə olunmuş İddiaçı şirkətinin 2002-xx.xx.2018-ci illərdə hesablanıb, ödənilmiş məcburi dövlət sosial sığorta haqları və maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimələrin dinamikası barədə məlumatda aşağıdakı qeydlər edilmişdir. Qeyd 1: Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsistemində sığortaedənin “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 6 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununa əsasən 14 iyun 2018-ci il tarixində 1 yanvar 2006-cı il tarixinə yaranmış və 1 aprel 2018-ci il tarixinədək ödənilməmiş 2811,16 manat məcburi dövlət sosial sığorta haqqı, 23 may 2018-ci il tarixində isə 1 yanvar 2015-ci il tarixinədək yaranmış və 01 aprel 2018-ci il tarixinədək ödənilməmiş 1277,40 manat məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış pensya) tam şəkildə silinmişdir. Qeyd 2: Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsistemində sığortaedən tərəfindən 2018-ci il 17 avqust tarixində ödənilmiş 17 manat 50 qəpik məcburi dövlət sosial sığorta haqqı 2018-ci ilin İİİ rübü üzrə məcburi dövlət sosial sığorta haqları üzrə rüblük hesabat təqdim edilmədiyi üçün 2018-ci ilin 01 oktyabr tarixinə yaranmış borc məbləğində nəzərə alınmamışdır. - Dövlət Sosial Müdafiə Fondunun 3-17-1/2-130349/2023 saylı 08 iyun 2023-cü il tarixli məktubu ilə İddiaçı firmasının iş qovluğunda olan məcburi dövlət sosial sığorta haqları üzrə rüblük hesabatların surətləri ilə birgə məhkəməyə təqdim olunmuş İddiaçı firması tərəfindən DSMF Səbail rayon DSMF-yə ünvanlanmış xx.xx.2005-ci il tarixli ərizədə göstərilmişdir ki, İddiaçı firmasının 01 iyul 2003-cü il tarixdən ərizə yazılan günədək (xx.xx.2005-ci il) heç bir fəaliyyəti olmamışdır və əmək haqqı hesablanmamışdır. İddiaçı firması tərəfindən Bakı şəhəri LGBİ-yə ünvanlanmış 13 mart 2022-ci il tarixli məktubda “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 6 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununa əsaslanaraq şirkətin məcburi dövlət sosial sığorta haqqı üzrə 2838,86 manat borcun silinməsi xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, İddiaçı şirkətinin 2002-xx.xx.2018-ci illərdə hesablanıb, ödənilmiş məcburi dövlət sosial sığorta haqları və maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimələrin dinamikası barədə məlumatdan, həmçinin İddiaçı şirkəti tərəfindən DSMF-nin Səbail rayon şöbəsinə təqdim olunmuş DSMF vəsaitləri üzrə haqq-hesab cədvəllərindən (2004-cü ilin İİ-İV rübləri; 2005-ci ilin İ-İV rübləri və 2006-cı ilin İ-İV rübləri üzrə) müəyyən olunur ki, hazırda iddiaçı tərəfindən mübahisələndirilən borc 2004-cü ilin İİ-İV rübləri; 2005-ci ilin İ-İV rübləri və 2006-cı ilin İ-İV rübləri üzrə təqdim olunmuş DSMF vəsaitləri üzrə haqq-hesab cədvəlləri əsasında hesablanmış borclardır. Halbuki, İddiaçı firması DSMF Səbail rayon şöbəsinə ünvanlandığı xx.xx.2005-ci il tarixli ərizədə firmanın 01 iyul 2003-cü il tarixdən ərizə yazılan günədək (xx.xx.2005-ci il) heç bir fəaliyyətinin olmadığını və əmək haqqı hesablanmadığını bildirmişdir. DSMF-nin Sosial Sığorta və X13 Filialı tərəfindən məhkəməyə təqdim olunmuş İddiaçı şirkətinə aid DSMF vəsaitləri üzrə haqq-hesab cədvəllərindən (2004-cü ilin İİ-İV rübləri; 2005-ci ilin İ-İV rübləri və 2006-cı ilin İ-İV rübləri üzrə) görünür ki, həmin cədvəllər “Məcburi dövlət sosial sığorta haqlarının toplanması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olmadığı (hesabatın bütün məlumatları dəqiq olmalı, bank və mühasibat sənədləri ilə düz gəlməli, hesabat müəssisənin rəhbəri və baş mühasibi tərəfindən imzalanmalı və möhürlə təsdiq olunmalı; düzgün tərtib olunmayan və düzəlişlər edilmiş hesabatlar qəbul edilmir) halda, Dövlət Sosial Müdafiə Fondu orqanları tərəfindən Təlimatın tələblərinə zidd olaraq hesabatlardakı bütün məlumatlar dəqiqləşdirilmədən, hesabatların şirkətin baş mühasibi tərəfindən imzalanmadığı nəzərə alınmadan, həmin hesabatlar qəbul olunsa da qəbul olunması haqqında heç bir qeyd aparılmamışdır. Qeyd olunan hallar iddiaçıya əsassız olaraq məcburi dövlət sosial sığorta haqları üzrə 2836 manat borcun hesablanması ilə nəticələnmişdir. Bundan əlavə iş materialları ilə müəyyən olunur ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 6 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununa əsasən 14 iyun 2018-ci il tarixində 1 yanvar 2006-cı il tarixinə yaranmış və 1 aprel 2018-ci il tarixinədək ödənilməmiş 2811,16 manat məcburi dövlət sosial sığorta haqqı, 23 may 2018-ci il tarixində isə 1 yanvar 2015-ci il tarixinədək yaranmış və 01 aprel 2018-ci il tarixinədək ödənilməmiş 1277,40 manat məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış pensya) silinsə də, 2004-cü ilin İİ-İV rübləri; 2005-ci ilin İ-İV rübləri və 2006cı ilin İ-İV rübləri üzrə təqdim olunmuş DSMF vəsaitləri üzrə haqq-hesab cədvəlləri əsasında hesablanmış mübahisələndirilən 2836 manat məbləğində borcun silinməsi təmin olunmamışdır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Kollegiyasının 09 iyul 1997ci il tarixli 7/1 №li qərarı ilə təsdiq olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 31 iyul 1997-ci il tarixində 63 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış “Məcburi dövlət sosial sığorta haqlarının toplanması qaydaları haqqında Təlimat”ın 46-cı bəndində göstərilmişdir ki, qalıqların, maliyyə sanksiyalarının hesablanması və tutulması məsələləri üzrə Dövlət Sosial Müdafiə Fondu orqanları ilə sığortaedənlər arasında olan bütün mübahisələr Dövlət Sosial Müdafiə Fondu orqanının tabe olduğu yuxarı təşkilat tərəfindən və ya məhkəmə qaydasında həll olunur. Analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, “bundan başqa, kassatorların digər dəlili ondan ibarətdir ki, sığortaedən MMC (iddiaçı) tərəfindən Fonda kağız və elektron formada hər rüb üçün təsdiq edərək təqdim etdiyi hesabatlarında borc qalığının düzgün hesablanıbhesablanmaması barədə yuxarıda qeyd olunan silinmə tarixinədək müraciət edilməmişdir. Həmin dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hesabatlarda və ya aktlarda müəyyən məbləğlərin əks etdirilməsi, o cümlədən təsdiq edilməsi həmin məbləğlərin iddiaçı tərəfindən yenidən hesablana bilməsi (o cümlədən, mübahisələndirilməsi) və zəruri olduqda bu məsələ ilə bağlı məhkəmə müdafiəsi hüququndan istifadə etməsi imkanını istisna etmir. Bundan başqa, nəzərə almaq lazımdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir” (iddiaçı “Bakı şəhər X1 rayonlararası Bölməsi” məhdud məsuliyyətli cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla) “borcun silinməsi tələbi”nə dair inzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2187/2023 №li, xx.xx.2023-cü il tarixli qərarı). Bakı Apellyasiya Məhkəməsinin 21 may 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək ekspert qarşısında “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu vəsaitləri üzrə haqq-hesab cədvəlləri və məhkəmə qətnamələri nəzərə alınmaqla İddiaçı firmasının Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqqları üzrə: -xx.xx.2006-cı ilə olan dövr üçün yaranmış borc məbləği nə qədər təşkil etmişdir? -xx.xx.2006-cı il tarixinə yaranmış və xx.xx.2018-ci il tarixinədək ödənilməmiş borc məbləği nə qədər təşkil etmişdir?” sualları qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olan 09 oktyabr 2024-cü il tarixli məlumatda qeyd olunmuşdur ki, 2838,86 manat məcburi dövlət sosial sığorta haqqları üzrə ödənişin öz əksini tapması bidirilir, lakin həmin məbləğin yaranma səbəbi və dövrü öz əksini tapmamışdir. Təkrarən eyni məzmunda olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubu xx.xx.2024-cü il tarixdə Məhkəmə Ekspertizası Mərkəzinə daxil olmuşdur. Lakin vəsatətin tarixindən bir aydan artıq keçməsinə baxmayaraq, vəsatətdə tələb olunan sənədlər və Azərbaycan Respublikası yanında Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti üzrə mütəxəssisinin tədqiqata cəlb edilməsi təmin olunmamışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndəsi həm apellyasiya şikayətində, həm də məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçının silinməsini tələb etdiyi borc məbləği xx.xx.2006-cı il tarixindən sonra yaranmış borcdur və buna görə də “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 6 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununun təsiri altına düşmür, iddiaçı firmanın xx.xx.2006-cı il tarixinədək olan borcları isə artıq silinmişdir. Lakin qeyd olunanları təsdiq edə biləcək sübutları nə Məhkəmə Ekspertiza Mərkəzinə (buna görə ekspert rəy verə bilməmişdir), nə də məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Kollegiyasının 09 iyul 1997ci il tarixli 7/1 №li qərarı ilə təsdiq olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 31 iyul 1997-ci il tarixində 63 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış “Məcburi dövlət sosial sığorta haqlarının toplanması qaydaları haqqında Təlimat”ın: 1-ci bəndində göstərilmişdir ki, bu təlimat “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq Dövlət Sosial Müdafiə Fondu orqanlarına məcburi dövlət sosial sığortası üzrə sığortaedənlərdən və sığortaolunanlardan məcburi dövlət sosial sığorta haqlarının hesablanması, uçotu qaydalarını və bu qaydaların pozulmasına görə məsuliyyət növlərini müəyyən edir. 4-cü bəndində göstərilmişdir ki, məcburi dövlət sosial sığorta haqqı-sığortalamaya görə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu orqanlarına ödənilən pul vəsaitidir. Məcburi dövlət sosial sığorta haqqının ödəyiciləri sığortaedənlər və sığortaolunanlardır. 16-cı bəndində göstərilmişdir ki, sığortaedənlər məcburi dövlət sosial sığorta vəsaitləri üzrə uçot aparmalıdır. 20-ci bəndində göstərilmişdir ki, sığortaedənlər uçota alındığı Dövlət Sosial Müdafiə Fondu orqanına hər rüb (artan yekunla) məcburi dövlət sosial sığorta vəsaitləri üzrə hesablanmış və ödənilmiş sosial sığorta haqqı və digər daxil olan məbləğlər, eləcə də hesablanmış məcburi dövlət sosial sığorta ödəmələri məbləğləri göstərilməklə bu təlimata 1 №-li əlavəyə uyğun 1 -DSMF formalı “Məcburi dövlət sosial sığorta vəsaitləri üzrə haqqhesab cədvəli” təqdim edirlər. Məcburi dövlət sosial sığorta haqqı və bu hesaba ödəmələr onların hesablandığı rübün haqq-hesab cədvəlində əks etdirilir. Dövlət Sosial Müdafiə Fondu vəsaitləri üzrə haqq-hesab cədvəli rəsmi məktubla birlikdə rübdən sonra gələn birinci ayın 20-dən gec olmayaraq müvafiq məsul işçi ilə təqdim olunur. Hesabatın rabitə orqanları vasitəsilə qəbul edilməsinə icazə verilmir, aprelin, iyulun, oktyabrın və yanvarın 20-si iş günü olmayan dövrə təsadüf edərsə, hesabatın təqdim olunması müddəti ayın 20-dən sonra gələn birinci iş gününə qədər artırılır. Hesabatın bütün məlumatları dəqiq olmalı, bank və mühasibat sənədləri ilə düz gəlməlidir. Hesabat müəssisənin rəhbəri və baş mühasibi, həmçinin həmkarlar ittifaqı komitəsinin sədri tərəfindən imzalanır və möhürlə təsdiq olunur. Hesabata imza edərkən həmkarlar ittifaqları komitəsinin sədrləri sanatoriya-kurort yollayışlarının dəyərinin qismən ödənilən hissəsinin hesabatında düzgün əks etdirilməsinə nəzarət etməlidirlər. Düzgün tərtib olunmayan və düzəlişlər edilmiş hesabatlar qəbul edilmir. 21-ci bəndində göstərilmişdir ki, Dövlət Sosial Müdafiə Fondu orqanları hesabatların qəbulunun uçotunu aparmalıdırlar. Uçot qaytanlanmış və möhürlənmiş xüsusi jurnallarda aparılmalıdır. Hesabat qəbul edən hər bir müfəttişin ayrıca jurnalı olmalıdır. Bu zaman hesabatın qəbul olunma tarixi, sığortaedənin adı, qeydiyyat nömrəsi, müfəttişin imzası və qeyd (hesabat gecikmişsə tətbiq olunmuş maliyyə sanksiyası və s.) göstərilməlidir. 46-cı bəndində göstərilmişdir ki, qalıqların, maliyyə sanksiyalarının hesablanması və tutulması məsələləri üzrə Dövlət Sosial Müdafiə Fondu orqanları ilə sığortaedənlər arasında olan bütün mübahisələr Dövlət Sosial Müdafiə Fondu orqanının tabe olduğu yuxarı təşkilat tərəfindən və ya məhkəmə qaydasında həll olunur. Şikayətin verilməsi qalıqların, maliyyə sanksiyalarının alınmasını bu barədə qərar qəbul edilənə qədər dayandırmır. 2018-ci il aprelin 1-dən qüvvəyə minmiş “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 2-ci maddəsinə əsasən Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 3-cü maddəsinə əsasən bu Qanunun 2-ci maddəsi nəzərə alınmaqla sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir: 3.0.1. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir; 3.0.2. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70 faizi silinir; 3.0.3. sığortaedənlər tərəfindən 2018ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 50 faizi ödənildikdə-maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 50 faizi silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1042-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli Fərmanının 2-ci bəndində göstərilmişdir ki, müəyyən edilsin ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 2-ci və 3.0cü maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi, İddiaçı şirkətinə (VÖEN-**********; əvvəlki qeydiyyat № 21936) məcburi dövlət sosial sığorta haqları üzrə hesablanmış 2836 (iki min səkkiz yüz otuz altı) manat 86 (səksən altı) qəpik borc məbləğinin şirkətin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bak şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Odur ki, cavabdeh və üçüncü şəxs inzibati orqanların verdikləri apellyasiya şikayətləri təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-917/2023 nömrəli, 08 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar