Məhkəmə qərarları › İş №2-1(103)-1663/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1663/2025

18.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1663/2025 18.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********330300 nömrəli Qərarın, xx.xx.2023-cü il tarixli **********3744 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuluyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi və cəmiyyətin şəxsi hesab vərəqəsində mövcud olan vergilər üzrə 85762,28 manat artıq ödəmənin qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdeh vergi orqanının üzərinə qoyulması” ilə bağlı iddia tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5591/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh və iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********330300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarın, xx.xx.2023-cü il tarixli **********3744 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuluyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi və cəmiyyətin şəxsi hesab vərəqəsində mövcud olan vergilər üzrə 85762,28 manat artıq ödəmənin qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdeh vergi orqanının üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5591/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh və iddiaçı apelyasiya şikayəti vermişlər. İş apelyasiya instansiya məhkəməsinin icraatında olarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi iddianı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********330300 nömrəli Qərarın, xx.xx.2023-cü il tarixli **********3744 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuluyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi və cəmiyyətin şəxsi hesab vərəqəsində mövcud olan vergilər üzrə 85762,28 manat artıq ödəmənin qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdeh vergi orqanının üzərinə qoyulması” kimi icraata qəbul edərək iddianın təmin edilməsi ilə bağlı qərara gəlsə də, qərarın nəticə hissəsində iddianın ikinci hissəsi olan “cəmiyyətin şəxsi hesab vərəqəsində mövcud olan vergilər üzrə 85762,28 manat artıq ödəmənin qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdeh vergi orqanının üzərinə qoyulması” ilə bağlı tələbə münasibət bildirilməmişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçı qeyd olunan faktla bağlı qərara düzəliş edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, lakin məhkəmə tərəfindən əlavə qərar çıxarılaraq sözügedən tələbə qiymət verilməli olduğu halda, sadəcə tərəfə məktubla cavab verilmişdir. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin “cəmiyyətin şəxsi hesab vərəqəsində mövcud olan vergilər üzrə 85762,28 manat artıq ödəmənin qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdeh vergi orqanının üzərinə qoyulması” hissəsi ilə bağlı əlavə qərar çıxarılması məsələsinə baxılması üçün iş apelyasiya baxışından çıxarılmalı və baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası, qərara aldı: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********330300 nömrəli Qərarın, xx.xx.2023-cü il tarixli **********3744 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuluyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi və cəmiyyətin şəxsi hesab vərəqəsində mövcud olan vergilər üzrə 85762,28 manat artıq ödəmənin qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdeh vergi orqanının üzərinə qoyulması” tələbinə dair inzibati iş iddia tələbinin qiymət verilməyən hissəsi ilə bağlı əlavə qətnamə çıxarılması üçün apellyasiya baxışından çıxarılaraq baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar