Məhkəmə qərarları › İş №2-1(103)-1665/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1665/2021

22.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1665/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 03 mart 202N-ci il tarixli, 2-N(NN2)-2333/202N saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının cavabdeh Müdafiə Nazirliyinə ünvanladığı ərizələrində xx xxxxxx N97N-ci ildə Laçın rayonu Oğuldərə kəndində anadan olduğunu, Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli 22 nömrəli əmrinə əsasən “sıravi” hərbi rütbəsi verilməklə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək həmin tarixdən kursant vəzifəsinə təyin olunduğunu, N saylı hərbi hissə komandirinin N6.04.N994-cü il tarixli 93 saylı əmrinə əsasən N7.04.N994cü il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq həqiqi hərbi xidmətini davam etdirmək üçün Müdafiə nazirliyinin N saylı hərbi hissə komandirinin sərəncamına göndərildiyini, döyüş əməliyyatları aparan N saylı hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabı üzrə hərbi hissə komandirinin N6.04.N994- cü il tarixli N8 nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil edildiyini və xidməti davam etdirdiyini, N4.02.N996-cı il tarixədək həmin hərbi hissədə hərbi xidmətdə olduğunu və barəsində cinayət işi qaldırıldığı üçün həmin tarixdə şəxsi heyətin siyahısından çıxarıldığını, həmin cinayət işi ilə bağlı N2.02.N998-ci il tarixdə barəsində Azərbaycan Respublikası Milli Məclisinin N7.N0.N997-ci il tarixli amnistiya aktı tətbiq edildiyini və cəzadan azad olunduğunu bildirmişdir. Həmin ərizələrdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2N6 nömrəli, 22 sentyabr N995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə görə N99N-ci ilin oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara müvafiq nazirliklər tərəfindən Müharibə veteranı” adı verildiyinin, həmin Əsasnaməyə görə Müharibə veteranı" adı və müvafiq veteran vəsiqəsi müvafiq nazirliklər tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verildiyinin ona məlum olduğunu göstərmişdir, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının 36 saylı, 25 dekabr N99N-ci il tarixli Qanununun 2-ci maddəsinə görə “Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər” və həmin Qanunun 3-cü maddəsinin müddəalarına görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, habelə tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahısından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər kimi müddəalarına istinad edərək ona müharibə veteranı statusu və vəsiqəsi verilməsini xahiş etmişdir. İlkin ərizəsinə cavabdeh təşkilatın özü tərəfindən verilmiş cavab məktubuna uyğun olaraq hərbi biletinin notarial təsdiq olunmuş surəti, şəxsiyyət vəsiqəsinin surəti, Nazirliyin İşlər İdarəsinin Mərkəzi Arxivindən verilmiş 28.02.2020-ci il tarixli 9/2/2796 saylı arayışla arxiv arayışının surəti, məhkumluğun olmaması barədə arayış və Şəxsi heyət Baş idarənin 06.07.2020-ci il tarixli məktubu 24.07.2020-ci il tarixli ərizəmə əlavə edilmişdir və həmin sənədlər cavabdehin özündə saxlanılaraq İddiaçı qaytarılmamışdır. Zəruri sənədlərin onun tərəfindən təqdim edilmiş olmasına baxmayaraq ona müharibə veteranı statusu və vəsiqəsi verilməsinə dair xahişləri cavabdeh tərəfindən təmin edilməmişdir. Tələb olunan sənədləri təqdimi üzrə onun sonuncu müraciətinə cavabdehin 24.09.2020-ci il tarixli N/İ- N2722 saylı məktubu ilə də imtina cavabı verilmişdir. (29.09.2020-ci il tarixdə poçtla göndərilmiş məktub 05.N0.2020-ci il tarixdə ona təqdim edilmişdir). Cavabdeh bu imtinanı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizəyə cavab olaraq təkrar bildirmişdir ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının 2N.08.2020-ci il tarixli iclasında baxılmış və 704 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmişdir” kimi cavabla əsaslandırmışdır. İddiaçı hesab edir ki, Müharibə veteranı” adı və vəsiqəsi verilməsinə dair müraciətindən cavabdehin imtinası əsaslı hesab oluna bilməz və öz müsbət həllini tapmalıdır. Belə ki, o, N994-cü il mayın N0-dək Azərbaycan Respublikasının suverenliyi uğrunda döyüşlərdə döyüş əməliyyatları aparan N saylı hərbi hissənin xidmətini davam etdirdiyini, N4.02.N996-cı il tarixədək həmin hərbi hissədə hərbi xidmətdə olduğunu təsdiq edə bilmişdir. Ancaq heç bir səbəb göstərilmədən onun barəsində müsbət qərar qəbul edilmədiyi bildirilmişdir. Göründüyü kimi, iddiaçının müvafiq müraciətindən cavabdehin imtinası heç bir hüquqi əsası olmadığı üçün əsaslı hesab oluna bilməz, əksinə, müraciətinin təmini üçün bütün əsaslar vardır. İddiaçı Müharibə veteranı” adı verilməməsi onun bir sıra hüquqlarını pozur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı bir sıra imtiyazlardan istifadə edə bilmir. Bu səbəbdən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin N7.N-ci maddəsinin tələblərinə görə Bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar”. Cavabdeh tərəfindən məhkəməyə verilmiş yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı iddia ərizəsində göstərilənlər əsassız və qanunsuz olduğu səbəbindən, aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iddiaçı ərizəsində göstərmişdir ki,N994-N996-cı illərdə N və N nömrəli hərbi hissələrin tərkibində xidmət keçib və döyüşlərdə iştirak etmişdir. Qeyd olunan ifadənin əsasında da Müdafiə Nazirliyinə qarşı olan tələblərini irəli sürmüşdür. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə - müdafiə, daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir». Həmin Əsasnamənin N-ci bəndinin on birinci yarımbəndinə uyğun olaraq, «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. İPM-nin 73.3.N-ci maddəsinə əsasən «inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə» və 73.3.2-ci maddəsi «inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətlədirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə» Məhkəmə bir qayda olaraq iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Yuxarıda göstərilənlərə əsasən, Müdafiə Nazirliyinə “veteran adlarının verilməsi ilə bağlı” diskresion səlahiyyət verilmişdir. Müdafiə Nazirliyinin istinad etdiyi normanın tətbiqi özünün qiymətlədirməsinə əsasən müəyyən olunduğu üçün İPM-nin 73.3.N-ci maddəsində əsasən məhkəmə iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Nazirlər Kabineti 22 sentyabr N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə “veteran adlarının verilməsi ilə bağlı” Müdafiə Nazirliyinə səlahiyyət vermişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 6 yanvar N998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatının N.6-cı bəndinə müharibə veteranı adının və müvafiq vəsiqəsinin verilməsi ilə bağlı şərtləri müəyyən etmişdir. Yuxarıda göstərilən sənədlər müvafiq komissiyaya təqdim edilməli olduğu açıq şəkildə göstərilmişdir. İddiaçı barəsində hərbi hissəni özbaşına tərk etdiyi üçün Azərbaycan Respublikası Milli Məclisinin N7.N0.N997-ci il tarixli Amnistiya aktına əsasən Tərtər qarnizonu hərbi prokurorluğunun cinayət işi başlanması rədd etmək haqqında N2.02.N998- ci il tarixli qərarı barədə məlumat var. Burda hər hansı bir bəraətverici əsas yoxdur. Xidmətdən qanuni əsaslarla tərxis edilməsi barədə məlumat yoxdur. Odur ki, iddiaçıya komissiya tərəfindən haqlı olaraq imtina verilmişdir. Azərbaycan Respublikasının Milli Məclisin N7.N0.N997-ci il tarixli, 383-İ QR saylı qərarının 9-cu bəndinə əsasən: “qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır”. Həmin Qərarda göstərilmişdir ki, törətdikləri cinayətlərə dair təhqiqat və istintaq edilən bütün işlərin və məhkəmələr tərəfindən baxılmamış işlərin icraatına xitam verilsin, materiallar üzrə isə cinayət işlərinin başlanması rədd edilsin. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3- cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar. İddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 03 mart 202N-ci il tarixli, 2-N(NN2)-2333/202N saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Müharibə veteranı” adı və vəsiqəsi verilməsinə dair müraciətimdən cavabdehin imtinası əsaslı hesab oluna bilməz və öz müsbət həllini tapmalıdır. Belə ki, o N994-cü il mayın N0-dək Azərbaycan Respublikasının suverenliyi uğrunda döyüşlərdə döyüş əməliyyatları aparan N saylı hərbi hissənin xidmətini davam etdirdiyini, N4.02.N996-cı il tarixədək həmin hərbi hissədə hərbi xidmətdə olduğunu təsdiq edə bilmişdir. İş materiallarından da göründüyü kimi, N99N-ci ilin oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara müvafiq nazirliklər tərəfindən “Müharibə veteranı” adı verildiyinin, həmin Əsasnaməyə görə “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi müvafiq nazirliklər tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verildiyini xüsusi vurğulamağına və digər əsaslara baxmayaraq iddia tələbi məhkəmə tərəfindən təmin olunmamışdır. Məhkəmənin tərəfindən mübahisələndirilən qərarından (6-7-ci vərəqləri) da görünür ki, hərbi qulluqçulara müharibə veteranı adının verilməsi üçün maddi əsaslar tərəfimdən yuxarıda qeyd olunmuş normativ aktlar əsas sənədlər hesab edilmişdir. Hərbi hissəni özbaşına tərk etmiş olmağı faktının məhkəmə tərəfindən iddia tələbimin təmin olunmamasının əsası kimi qəbul edilməsi əsaslı olmamışdır. Belə ki, məhkəmənin istinad etmiş olduğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N995-ci il tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası haqqında Əsasnamə”nin birinci hissəsinin on birinci abzasından sonra əlavə edilmiş “Qeyd”də Azərbaycan Respublikasının ərazi bütövlüyü ıığrunda döyüş aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmiş, fərarilik etmiş hərbi qulluqçulara müharibə veteranı adının verilməməsi nəzərdə tutulmuşdur. Belə olan halda fərarilik halına tərəfindən N4 fevral N996-cı ildən sonrakı tarixdə yol verilmiş olduğu üçün Əsasnamənin həmin müddəasının barəsində tətbiqi əsaslı hesab edilə bilməz. Bununla yanaşı məhkəmənin tərəfimdən mübahisələndirilən qərarının 8-ci vərəqinin 3-cü abzasında iddiasının sübuta yetirilmiş sayıla bilinməməsi üzrə qeyd olunmuş qənaəti də əsaslı hesab edilə bilməz. Onun döyüş əməliyyatı aparılan dövrdə Müdafiə Nazirliyinin N saylı hərbi hissədə xidmətdə olmağı iş materialları ilə tam təsdiqini tapmışdır. Göstərilən xüsusatları əsas götürərək hesab edirki, məhkəmə işin faktiki halları üzrə mövcud olan hallara, işdə olan sənədlərə düzgün hüquqi qiymət verməmişdir. Həmçinin iş üzrə aşkar olunmuş ziddiyyətlərin səbəbləri məhkəmə tərəfindən nəzərə alınmamışdır. Göründüyü kimi, məhkəmə iddia tələbimin rədd olunmasında qərarda göstərilən etiraza və adları qərarda sadalanmış sənədlərə istinad etmişdir. Etiraza və sənədlərə yuxarıda göstərilən münasibətini bildirərək hesab edir ki, Bakı İnzibati Məhkəməsi bu kimi əhəmiyyətli halları nəzərə almamış və yekun etibarı ilə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 03 mart 202N-ci il tarixli, 2-N(NN2)-2333/202N saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Tələbdən də göründüyü kimi iddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: - 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar; - 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Nazirlər Kabineti) orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (o cümlədən öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Müdafiə Nazirliyi) tərəfindən verilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cu maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci bəndinin 8-ci yarımbəndinə əsasən müharibə veteranı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Həmin Əsasnamədə göstərilmişdir ki, bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq mötəbər sənədlərlə sübut olunmasıdır. Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: N) şəxsin hərbi xidmət keçməsi və 2) bunun müvafiq sənədlərdə əks edilməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması nəzərdə tutulur. Hərbi xidmət keçmənin müvafiq sənədlərdə əks edilməsi dedikdə isə bu zaman zəruri sənədlər məfumuna Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 6 yanvar N998-ci il tarixli 4 nömrəli əmri ilə təsdiq edilmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı və Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın N.6-cı bəndinə əsasən N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən İddiaçı ünvanladığı 24.09.2020-ci il tarixli, N/İ-N2722 saylı məktubunda qeyd edilir ki, ona Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının 2N.08.2020-ci il tarixli iclasında baxılmış və 704 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 28.02.2020-ci il tarixli, 9/2-2796 saylı arxiv arayışında qeyd olunmuşdur ki, 25.N2.N97N-ci il təvəllüdlü, İddiaçı Laçın RHK-dan çağırılmış, N nömrəli hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli 22 №-li əmrilə (əsas: §-9,sıra-5N) "sıravi” hərbi rütbəsi verilməklə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək kursant vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin N6 aprel N994-cü il tarixli 93 №-li əmrilə (əsas: §- 6,sıra-7) sıravi İddiaçı N7.04.N994-cü il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq həqiqi hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: kitab; 0N.0N.N994-3N.N2.N996-cı il,səh- 48,sıra-447) N nömrəli hərbi hissədən hərbi xidmətini davam etdirmək üçün gəlmiş, Laçın RHK-nın çağırışçısı, 25.NN.N97N-ci il təvəllüdlü, İddiaçı hərbi hissə komandirinin N6.04.N994-cü il tarixli N8 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi və hərbi hissəni özbaşına tərk etdiyi üçün Müdafiə Nazirinin 30.0N.N996-cı il tarixli müvafiq əmrinə əsasən hərbi hissə komandirinin N4.02.N996-cı il tarixli 45 №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin N6.04.N994-cü il tarixli N8 Nə-li nizami hissə üzrə əmri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. N nömrəli hərbi hissə komandirinin N may N994-cü il tarixli N22 №-li əmrilə (əsas: §- 2,səh44) 7-ci motoatıcı taburda xidmət edən sıravi İddiaçı hərbi xidmətini davam etdirmək üçün maddi-təminat taburuna keçirilmişdir. N nömrəli hərbi hissə komandirinin N iyul N994-cü il tarixli 57 №-li yoxlama əmrində (əsas: §-N,səh-4N) İddiaçı adı maddi-təminat taburunun tərkibində şəxsi heyətin siyahısında qeyd olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N avqust N994-cü il tarixli 59 №-li yoxlama əmrində (əsas: §-N) sıravi İddiaçı adı maddi-təminat taburunun tərkibində şəxsi heyətin siyahısında qeyd olunmuşdur. Hərbi hissəni özbaşına tərk etdiyi üçün sıravi İddiaçı Müdafiə Nazirinin 30.0N.N996-cı il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə komandirinin N4 fevral N996-cı il tarixli 45 №-li əmrilə (əsas: səh-NN) haqqında cinayət işi qaldırılaraq siyahılardan çıxarılmışdır. İş materiallarına İddiaçı məxsus ******* nömrəli hərbi biletin surəti əlavə edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı 0N.N2.2020ci il tarixli, 9/2-N0709 saylı məktuba əsasən, məhkəmənin N6.NN.2020-ci il tarixli, 2- N(NN2)- 7366/2020 nömrəli sorğusuna cavab olaraq bildirilmişdir ki, Laçın RHK-dan çağırılmış, 25.N2.N97N-ci il təvəllüdlü, İddiaçı N nömrəli hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli 22 №-li əmrilə (əsas: §-9,sıra-5N) “sıravi” hərbi rütbəsi verilməklə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək kursant vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin N6 aprel N994-cü il tarixli 93 №-li əmrilə (əsas: §- 6,sıra-7) sıravi İddiaçı N7.04.N994-cü il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq həqiqi hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: kitab; 0N.0N.N994-3N.N2.N996-cı il,səh- 48,sıra-447) N nömrəli hərbi hissədən hərbi xidmətini davam etdirmək üçün gəlmiş, Laçın RHK-nın çağırışçısı, 25.NN,N97N-ci il təvəllüdlü, İddiaçı hərbi hissə komandirinin N6.04.N994-cü il tarixli N8 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi və hərbi hissəni özbaşına tərk etdiyi üçün Müdafiə Nazirinin 30.0N.N996-cı il tarixli müvafiq əmrinə əsasən hərbi hissə komandirinin N4.02.N996-cı il tarixli 45 №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin N6.04.N994-cü il tarixli N8 №- li nizami hissə üzrə əmri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. N nömrəli hərbi hissə komandirinin N may N994-cü il tarixli N22 №-li əmrilə (əsas: §- 2,səh44) 7-ci motoatıcı taburda xidmət edən sıravi İddiaçı hərbi xidmətini davam etdirmək üçün maddi-təminat taburuna keçirilmişdir. N nömrəli hərbi hissə komandirinin N iyul N994-cü il tarixli 57 Nə-li yoxlama əmrində (əsas; §-N,səh-4N) İddiaçı adı maddi-təminat taburunun tərkibində şəxsi heyətin siyahısında qeyd olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N avqust N994-cü il tarixli 59 №-li yoxlama əmrində (əsas: §-N) sıravi İddiaçı adı maddi-təminat taburunun tərkibində şəxsi heyətin siyahısında qeyd olunmuşdur. Hərbi hissəni özbaşına tərk etdiyi üçün sıravi İddiaçı Müdafiə Nazirinin 30.0N.N996-cı il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə komandirinin N4 fevral N996-cı il tarixli 45 №-li əmrilə (əsas: səh-NN) haqqında cinayət işi qaldırılaraq siyahılardan çıxarılmışdır. Araşdırmalar İddiaçı barəsində Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş sorğu əsasında aparılmışdır. Məhkəmənin sorğusuna əsasən, Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 0N2-24726N-N220 nömrəli 03.N2.2020-ci il tarixli cavab məktubundan görünür ki, xx.xx.N97N-ci il təvəllüdlü İddiaçı cinayət təqibi və məhkumluğu barədə DİN-in müvafiq uçotlarında məlumat yoxdur. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən məhkəməyə ünvanlanmış 22.N2.2020-ci il tarixli, HPN2/725 saylı sorğuya cavab məktubundan görünür ki, xx.xx.N97N-ci il tarixdə anadan olmuş İddiaçı barəsində Tərtər hərbi prokurorluğu tərəfindən NN fevral N998-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Lakin, N992-20N3-cü illərə aid sənədlərin saxlama müddəti bitdiyindən sözügedən şəxs barəsində müvafiq qərarın surətini və əlavə məlumatlar vermək mümkün deyildir. Kollegiya işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verərək hesab edir ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrlərdən çıxarışlar, və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməlidir. İstinad olunan normalardan göründüyü kimi müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada təxris olunması faktı da tam sübuta yetirilməlidir. Belə ki, döyüş əməliyyatları aparan hərbi hissədə xidmət keçmə faktı həmin hərbi hissəyə həm qanunla müəyyən edilmiş qaydada daxil olmanı, həm də qanunla müəyyən edilmiş qaydada təxris olmanı ehtiva edir. Təxris barədə nizami hissə üzrə əmrin olmaması isə hərbi hissənin tərkibində qanunla müəyyən edilmiş qaydada çıxmamanı təsdiq edir. Bu isə şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmə faktının tam təsdiq olunmadığına dəlalət edir. Belə olduğu təqdirdə kollegiya qeyd edir ki, iddiaçının qanuni əsaslarla ordudan tərxis olunması mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi üzrə inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı ona müharibə veteranı adı verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur. Bu səbəbdən də iddianı əsassız sayaraq təmin etməyən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə də kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qəbul edərək hesab edir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03 mart 202N-ci il tarixli, 2-N(NN2)-2333/202N saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən N (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar