Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1665/2023 05.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və üçüncü şəxs X7 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X15, X14, X5, X16 və X8) “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2945/2023 nömrəli 25 yanvar 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhər Xətai rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X15, X14, X5, X16 və X8) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X15, X14, X5, X16 və X3 ona məxsus Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsi, ev 24 ünvanından pasport qeydiyyatından çıxarılması vəzifəsinin Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (X20) 2-1(112)-2945/2023 nömrəli, 25 yanvar 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 228-ci maddəsinin mənasına görə cavabdehin mülkiyyətçinin razılığı ilə pasport qeydiyyatına alınmış olsa da, həmin mənzildən Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutan mülkiyyət hüququnun elementlərindən biri kimi istifadə hüququnu qazanıb-qazanmaması müəyyən deyildir. Çünki yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələblərinə riayət edilməsi tələb olunur. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində isə yalnız Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Bundan əlavə Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə əsasən, mülkiyyətçinin razılığı ilə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilir. Konstitusiya Məhkəməsinin şərhindən də aydın olduğu kimi məhkəmə inzibati orqana müraciət edilməsinin əsası kimi yaşayış sahəsində faktiki olaraq yaşamayan və ya istifadə hüququ olmayan şəxs şərtini vurğulamışdır. Belə olan halda iddiaçıya məxsus olan fərdi yaşayış evindən üçüncü şəxslər qeydiyyatdan çıxarılmalı idi. Məhkəmə üçüncü şəxslərin ona məxsus fərdi yaşayış evi ilə eyni ünvanda olan şəxslərin məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında özbaşına tikiliyə köçürülmə tələbinin mövcud olduğu, bununla da şəxslərin istifadə hüququ olduğunu müəyyən etmişdir. Lakin şəxslərin qanunun dili ilə desək özbaşına tikili hesab edilən fərdi yaşayış evinə köçürülməsi istifadə hüququnun olması demək deyildir. Şəxslərin ona aidiyyəti olmayan özbaşına tikiliyə köçürülmə tələblərinin olması onun mülkiyyətçi kimi hüquqlarına toxuna bilməz. Bundan başqa, hazırki mübahisədə məhkəmə yekun akt qəbul edərkən diqqətdən yayındırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsi, ev 24 ünvanında yerləşən fərdi yaşayış evi 2017-ci il tarixində iddiaçının adına dövlət reyestrində qeydiyyata alınmış, mülkiyyətçi kimi onu tanımışdır. Belə çıxır ki, iddiaçı ona məxsus, qanunla müəyyən edilmiş mülkiyyət hüququna malik olduğu fərdi yaşayış evi üzərində sərəncam vermə hüququndan üçüncü şəxslərin razılığı olmadan həyata keçirə bilməz, onun özgəninkiləşdirilməsini realizə edə bilməz. Halbuki, mülkiyyət hüququnun üç elementindən biri olan sərəncam vermə hüququmu realizə edilə bilməməsi onun bir mülkiyyətçi kimi qanunla qorunan hüquqlarına toxunur. Odur ki, onun mülkiyyət hüquqlarını nəzərə alınaraq üçüncü şəxslərin ona məxsus Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsi, ev 24 ünvanından qeydiyyatdan çıxarılma öhdəliyi Xətai RPİ-nin üzərinə qoyulmalıdır. İddiaçı mülkiyyətçi kimi sərəncam vermə hüququnun realizə edilməsi zamanı məhdudiyyətlə qarşılaşır. Belə ki, heç bir bağlılığının olmadığı, tanımadığı şəxslərin ona məxsus ünvanda pasport qeydiyyatında olması səbəbindən onların razılığını əks etdirən iradə ifadəsi tələb olunur. Bu isə Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin tələblərinin pozulmasının bariz nümunəsidir. Məhkəmənin istinad etdiyi qətnamə üçüncü şəxslərin özbaşına tikiliyə köçürülmə tələbinin təmin edilməsi ilə bağlı olan yekun aktdır. Halbuki, Mülki Məcəllənin 180-ci maddənin tələbinə əsasən, qanunvericilik üçüncü şəxslərin özbaşına tikiliyə dair mülkiyyət hüququ əldə edə bilməyəcəyini imperativ şəkildə vurğulamışdır. Beləliklə, üçüncü şəxslərin mülkiyyət hüququnun elementindən olan istifadə hüququnun da qanunla mövcud olmadığı öz təsdiqini tapmışdır. Ancaq nədənsə məhkəmə işi araşdırmayaraq ona məxsus mülkiyyət hüququnun mövcud olduğu əmlaka dair üçüncü şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan istifadə hüququnun olması qənaətinə gəlmiş, qanunvericliklə müəyyən edilmiş imperativ normaları gözardı etmişdir. Məhkəmə hazırki iş üzrə icraatı tam, hərtərəfli, obyektiv araşdıraraq yekun akt qəbul etməli idi. Belə ki, iddia tələbinin əsaslılığının məhkəmə tərəfindən yoxlanılması qanunauyğundur. Lakin məhkəmə işi tam araşdırmamışdır. Əgər araşdırılma birtəfəli qaydada həyata keçirilməsəydi, sözügedən ona məxsus Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsi, ev 24 ünvanında üçüncü şəxslərin ümumiyyətlə yaşamamasını, onlarla heç bir bağlılığımın olmamasını, özbaşına tikilidə yaşadıqlarını açıq-aşkar görülə bilərdi. Lakin məhkəmə ona məxsus fərdi yaşayış evi ilə heç bir bağlılığı olmayan şəxslərin hüquqlarını ümdə tutmuş, onların ona aidiyyatı olmayan özbaşına tikilidə istifadə hüququ olduğunu qeyd etmişdir. Halbuki, bir mülkiyyətçi kimi iddiaçının hüquqları nəzərə alınmamışdır. Üçüncü şəxslər hal-hazırda iddiaçıya məxsus mübahisəli ünvanda yaşamır, heç bir aidiyyət mövcud deyildir, buna baxmayaraq ona məxsus ünvanda pasport qeydiyyatında qalmaqdadırlar. Məhkəmə inzibati orqana müraciət edilməsinin əsası kimi yaşayış sahəsində faktiki olaraq yaşamayan və ya istifadə hüququ olmayan şəxs şərtini vurğulamışdır. Lakin hazırki inzibati mübahisə üzrə işdə isə Konstitusiya Məhkəməsinin Plenum qərarında qeyd edilən məsələlərin ziddinə olaraq məhkəmə işə baxaraq yekun ədalətsiz qərar qəbul etmiş, yanlış qənaətə gəlmişdir. Qərarda qeyd edilən hər iki fakt üçüncü şəxslərin ona məxsus yaşayış sahəsində faktiki olaraq yaşamaması, istifadə hüququnun olmaması faktı mövcuddur. Göründüyü kimi, üçüncü şəxslər mübahisəli ünvanda faktiki yaşamadığı halda onun hər hansı bir hüququ mövcud deyildir. Məhkəmə isə bu məsələlərə ümumiyyətlə toxunmamış, birtərəfli mövqedən yanaşaraq mənim hüquqlarımı kobud surətdə pozmuşdur. Məhkəmə mübahisəyə baxarkən işi tam, hərtərəfli obyektiv araşdırmamışdır. Məhkəmə iş üzrə iddiaçının iddia tələbinin təmin olunmasına yönələn halları diqqətdən qaçırmış, ədalətsiz yekun məhkəmə aktı çıxarmışdır. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X16 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi və digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsi, ev 24 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan 5947412№-li xx.xx.2022-ci il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, X16, X15, X14, X5, X8, X12, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsi, ev 24 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan ******* №-li, xx.xx.2022-ci tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X15, xx.xx.2014-cü il təvəllüdlü X14, xx.xx.1975-ci il təvəllüdlü X5, xx.xx.1973-cü il təvəllüdlü X16, xx.xx.1981-ci il təvəllüdlü X8 Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsi, ev 24 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Xətai Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 2 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli 11№-li arayışında bildirilir: 2 saylı MKİS-nin ərazisində olan Pivzavod küçəsi ev 24 ünvanı RXN 1124166-№-li, xx.xx.2017-ci il tarixli, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışa əsasən vətəndaş İddiaçı adınadır. Eyni zamanda Pivzavod küçəsi ev 24də daha bir mənzilin ünvanı Pivzavod küçəsi ev 24-dür. Bu səbəbdən İddiaçı evinə Pivzavod küçəsi, ev 24C ünvanı verilməsini təklif edilir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, 101-31668Ə №li məktubda qeyd olunmuşdur ki, X15, X14, X5, X16 və X3 Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsi, ev 24 ünvanından qeydiyyatdan çıxarılması barədə müraciətinə baxılmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1. Yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən, 2. Başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq dövlət orqanının məlumatına əsasən, 3. Öldükdə və ya məhkəmə qətnaməsi əsasında ölmüş elan edildikdə ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında, 4. Yaşayış sahəsindən istifadə hüququna xitam verildikdəməhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Qanunda göstərilən sənədlərdən hər-hansı birini təqdim edildiyi halda keçmiş sakinlərin qeydiyyatdan çıxarılma məsələsi müsbət həll oluna bilər. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 018-29652-1222 nömrəli məktubdan görünür ki, X15, X14, X5, X16 və X3 Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsi, ev 24 ünvanına qeydiyyata alınmasına və onlara şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdərəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********66 nömrəli məktubdan görünür ki, ünvan 7 saylı fərdi yaşayış evindən başqa digər yaşayış sahələrinə mülkiyyət hüquqlarının verilməsi ilə bağlı məlumat aşkar edilməmişdir. ünvan 5 ünvanında bir neçə mənzil qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 1233/d nömrəli məktubla X15, X14, X5, X16 və X3 ünvan 7 ünvanında yaşamalarına əsas olan sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 2-527/04 nömrəli qiyabi qətnaməsinin surətindən görünür ki, X10 və X1 Bakı şəhəri, Pirzavod küçəsi, 24 nömrəli özbaşına tikilmiş evdən istifadə hüququnun tanınması və köçürülməsi qət edilmişdir. Həmin məktuba əlavə edilmiş Xətai rayonu Mənzil Kommunal Təsərrüfsat Birliyi 2 saylı Mənzil Kommunal İstismarı Sahəsinin xx.xx.2022-ci il tarixli, 42 nömrəli arayışından görünür ki, X16, bacısı X6, arvadı X8, oğlu X15 və qızı X14 ünvan 8 ünvanında pasport qeydiyyatındadırlar. İş materiallarında olan Bakı şəhəri ünvan 9 ünvanlanmış məktubunda bildirilir ki, ünvan 11naməsi ilə iddia tələbi təmin edilmiş, X10 və X1 ünvan 5 nömrəli özbaşına tikilmiş evdən istifadə hüququnun tanınması və köçürülməsi qət edilmişdir. ünvan 11naməsi 14 may 2004-cü il tarixdə qanuni qüvvəsini almış, icra edilməsi üçün Xətai Rayon Məhkəmə nəzarətçiləri və Məhkəmə İcraçıları şöbəsinə göndərilmiş, qətnamə icra edildiyindən məhkəmənin 18 may 2004-cü il tarixli qərardadı ilə icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinin 1-ci bəndinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsasların dairəsi «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9cu maddəsində konkret müəyyən edilmişdir. İddiaçı mülkiyyətində olan ünvan və üçüncü şəxslərin qeydiyyatda olduqları ünvan hər ikisi ünvan 10yış evləridir. Üçüncü şəxslərin qeydiyyatda olduqları ünvan iddiaçının mülkiyyətində olan ünvan deyildir, tamamilə başqa ünvandır. ünvan 11naməsi ilə X10 və X1 ünvan 5 nömrəli özbaşına tikilmiş evdən istifadə hüququnun tanınması və köçürülməsi qət edilmişdir, həmin qətnamə 14 may 2004-cü il tarixdə qanuni qüvvəsini almış və icra edilmişdir. X13 və X4 məhkəmə qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, Pirzavod küçəsində yerləşən 24 saylı fərdi yaşayış evindən istifadə və həmin ünvanda yaşamaq hüququ verilmişdir, digər üçüncü şəxslər isə X9 və X2 ailə üzvləridir. İddiaçı üçüncü şəxslərə münasibətdə «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsində göstərilən əsaslardan hər hansı birini məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda üçüncü şəxslərin həmin ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün qanunda nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olmadığından cavabdeh inzibati orqanın üçüncü şəxsləri qeydiyyatdan çıxarmaqdan imtinası qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir və mülahizə xarakteri daşıyır. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2945/2023 nömrəli, 25 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1665/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1665/2023
05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver