Məhkəmə qərarları › İş №2-1(103)-1667/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1667/2021

16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1667/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı2 nümayəndəsi və vəkili X5 (Bakı şəhəri 6 saylı Vəkil Bürosu) iştirakı ilə, İddiaçılar İddiaçı1 firmasının (VÖEN **********, hüquqi ünvan-AZ1130, ünvan 1n- Bakı şəhəri, 7-ci mkr 3126, ev 2, qanuni təmsilçi-X2) və İddiaçı2 (25.10.1981-ci il tarixində ünvan 3 ünvanında qeydiyyatdadır, faktiki yaşadığı ünvan- ünvan 5i Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı “qərarın etibarsız hesab edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2-1(112)-658/2020 nömrəli qərardadından İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 firması və İddiaçı2 25.11.2019-cu il tarixində cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, X6 adına olan Binəqədi Bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli, 499/2 saylı qərarının etibarsızlığının tanınması, 29 dekabr 2006-cı il tarixli, 499/2 saylı qərarla Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, S.S.Axundov küçəsində X6 4000 kv.m torpaq sahəsinə dair hər hansı hüquq münasibətinin mövcud olmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 28 fevral 1992-ci il tarixli, 179 saylı sərəncamı ilə Bakı şəhəri, 7-ci mikrorayon, "İnqilab" kinoteatrının qarşısında razılaşdırılmış eksiz əsasında ayrılmış 1020 kv.metr torpaq sahəsi müvəqqəti pullu avto dayanacaq təşkil etmək üçün "Qafqaz-2” firmasının uzun müddətli istifadəsinə verilmişdir. Binəqədi Bələdiyyəsinin 03 avqust 2004cü il tarixli, 125 saylı qərarı ilə Binəqədi rayonu, 7-ci mkr, S.S.Axundov küçəsində 300 kv.metr torpaq sahəsinin "Qafqaz-2” firmasına satılması barədə qərar qəbul edilmişdir. Daha sonra Binəqədi Bələdiyyəsi ilə "Qafqaz-2” firması arasında bələdiyyənin mülkiyyətində olan həmin torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında 65 saylı, 03 avqust 2004-cü il tarixli müqavilə bağlanmışdır. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 30 noyabr 2015-ci il tarixli, 238 saylı sərəncamı ilə "Qafqaz-2" firmasının istifadəsində olan 1020 kv.metr və bələdiyyədən satın aldığı 300 kv.metr. birləşdirilmiş 1320 kv.metr torpaq sahəsinin 1020 kv.metr hissəsində bir mərtəbəli, sahəsi 14,7 kv.metr olan qeyri-yaşayış sahəsinin tikilməsinə icazə verilmişdir. "Qafqaz-2” firması özünə məxsus cavabdeh bələdiyyədən aldığı 300 kv.metr torpaq sahəsinə, eləcə də istifadəsində olan 1020 kv.mertlik torpaq sahəsində müvafiq sərəncam əsasında tikdiyi 14.7 kv.metr qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarını təsdiq edən çıxarışlar almış, daha sonra başqasına satmış, sonuncu isə qeyd edilən 300 kv.mertlik torpaq sahəsini və 1020 kv.metr torpaq sahəsindəki sahəsi 14,7 kv.metr olan qeyri-yaşayış sahəsini İddiaçı2 satmış, sonuncunun hər iki əmlak barəsində 27 dekabr 2016-cı il tarixdə mülkiyyət hüquqları qeydə alınmış və o, hazırda hər iki əmlaka sahiblik və istifadə edir. Bütün yuxarıda qeyd edilənlər baş verdikdən sonra X10 adlı Bakı şəhər sakini (hazırda dələduzluq cinayəti törətdiyinə görə cəzaçəkmə müəsisəsində cəza çəkir) nümayəndəsi vasitəsilə saxtalığına əsaslı şübhələr olan bələdiyyə qərarı və alqı-satqı müqaviləsi ilə məhkəməyə müraciət edərək yuxarıda qeyd edilən - İddiaçı2 məxsus 300 kv.metr torpaq sahəsini, habelə 1020 kv.metr torpaq sahəsi üzərindəki sahəsi 14,7 kv.metr olan tikilinin hazırkı statusunu mübahisələndirmiş, hesab etmişdir ki, "Qafqaz-2” firması tərəfindən qeyd edilən əmlakların özəlləşdirilərək satılması, İddiaçı2 bu əmlaklar barəsində əldə etdiyi mülkiyyət hüququ qanunsuzdur. X6 adına olan Binəqədi Bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli, 7499/2 saylı qərarı və 30 dekabr 2006-cı il tarixli, 644 saylı alqı-satqı müqaviləsinin saxta olmasına əsaslı şübhələr var. Ona görə ki, Azərbaycan Respublikası Milli Arxivi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının, Binəqədi Bələdiyyəsinin və Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin iddia ərizəsinə əlavə edilmiş rəsmi məktublarından aydın olur ki, Dövlət Arxivində, Binəqədi Bələdiyyəsinin məlumat bazasında və Bələdiyyələrlə İş X1 aid qeyd edilən qərar və müqavilə aşkar edilməmişdir. Hətta həmin qərar və müqavilə həqiqi olmuş olsaydı belə, bu qərar və müqavilədə göstərilən torpaq sahəsinin hazırda İddiaçı2 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən olunmur. Bundan başqa X7 iddia etdiyi torpaq sahəsi İddiaçı2 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşsə də belə, sonuncu mülkiyyətçinin hüquqları qorunmalıdır, ona görə ki, Oruc Məmmədovun mübahisələndirdiyi torpaq sahəsi 2006-cı ildə ona "satılmış", İddiaçı2 mülkiyyətində olan 300 kv.metr torpaq sahəsi isə qanunla nəzərdə tutulmuş qaydada 2004-cü ildə satılmış, digər 1020 kv.metr torpaq sahəsi isə 1992-ci ildən "Qafqaz-2" firmasının qanuni istifadəsində olmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05.12.2019-cu il tarixli, 2-1(81)-5050/2019 saylı qərardadı ilə iş üzrə X10 üçüncü şəxs qismində cəlb edilmişdir. 18.06.2020-ci il tarixində İddiaçı2 nümayəndəsi və vəkili X9 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia ərizəsinin 3.2-ci bəndinin bu qaydada qəbul edilməsini xahiş etmişdir: Binəqədi Bələdiyyəsinin Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, S.S.Axundov küçəsində X8 torpaq sahəsinin satılmasına dair 29 dekabr 2006-cı il tarixli, 499/2 saylı qərarının İddiaçı2 mülkiyyət və istifadə hüquqlarının qeydə alındığı ünvan 6 ünvanlarında yerləşən 1.320 kv.metr torpaq sahəsinə dair hər hansı hüquq münasibətinin mövcud olmaması barədə qərar qəbul edilsin. Yenidən 14.09.2020-ci il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia ərizəsinin 3.1-ci və 3.2-ci bəndlərinin bu qaydada qəbul edilməsini xahiş etmişdir: Binəqədi Bələdiyyəsinin Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, S.S.Axundov küçəsində X8 torpaq sahəsinin satılmasına dair 29 dekabr 2006-cı il tarixli, 499/2 saylı qərarının etibarsızlığının tanınması, üçüncü şəxs X6 İddiaçı2 mülkiyyət və istifadə hüquqlarının qeydə alındığı ünvan 6 ünvanlarında yerləşən 1.320 kv.metr torpaq sahəsinə dair hər hansı hüquq münasibətinin mövcud olmaması barədə qərar qəbul edilsin. İddiaçı2 nümayəndəsi və vəkili X9 məhkəmə dəftərxanası vasitəsilə son olaraq 21 sentyabr 2020-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Binəqədi Bələdiyyəsinin Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., S.S.Axundov küçəsində X8 topraq sahəsinin satılmasına dair 29 dekabr 2006-cı il tarixli, 499/2 saylı qərarının etibarsızlığının tanınması barədə qərar qəbul edilməsini xahiş etmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-658/2020 saylı 02 noyabr 2020-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbul olunması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2-1(112)-658/2020 nömrəli qərardadı ilə (hakim A.Oruczadə) İddiaçılar İddiaçı1 firmasının və İddiaçı2 cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı X10 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə “qərarın etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. 08.05.2021-ci il tarixdə İddiaçı2 nümayəndəsi və vəkili X9 tərəfindən qərardaddan apellyasiya şikayəti verilmiş və Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2- 1(112)-658/2020 nömrəli qərardadının ləğv edilməsi və iddia tələbinin təmin olunması xahiş olunmuşdur. İş baxılması üçün 20.05.2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. 21.05.2021-ci il tarixdə İddiaçı2 nümayəndəsi və vəkili X5 apellyasiya şikayətinin geri götürülməsi barədə ərizəsi məhkəməyə daxil olmuşdur. Ərizədə qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2- 1(112)-658/2020 nömrəli qərardadından verdiyi şikayəti 08 may 2021-ci il tarixdə poçt vasitəsilə məhkəməyə göndərmişdir, hazırda həmin şikayətini geri götürür. Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2-1(112)-658/2020 nömrəli qərardadından verdiyi şikayətini geri götürməyini nəzərə alıb, müvafiq qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili ərizəni müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Digər İddiaçı1 firması, cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini, şikayətin geri götürülməsi barədə ərizəni araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2-1(112)- 658/2020 nömrəli qərardadından İddiaçı2 nümayəndəsi və vəkili X9 tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi ilə bağlı ərizə qəbul edilməli və həmin şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin geri götürülməsi tərəfin qanunla müəyyən edilmiş hüququdur və bu geri götürmə hər iki tərəfin qarşılıqlı mənafeyinə uyğun gəlir, başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.1-ci maddəsinə əsasən şikayət apellyasiya instansiya məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir, apellyasiya şikayətinin geri götürülməsi birinci instansiya məhkəməsinin qərarının tanınmasına səbəb olur. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2-1(112)-658/2020 nömrəli qərardadından İddiaçı2 nümayəndəsi və vəkili X9 tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi ilə bağlı ərizə qəbul edilməli və həmin şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 88, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2-1(112)-658/2020 nömrəli qərardadından İddiaçı2 nümayəndəsi və vəkili X9 tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə ərizə qəbul edilsin. İddiaçı2 apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193-cü məhəllə) İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar