Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1667/2022 16.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Hüseyn Aida Əli qızı, Bəktaşi Səadət İnayət qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 Yedigar qızının və İddiaçı8 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2-1(112)-8970/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 Yedigar qızı və İddiaçı8 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlara məcburi köçkün statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiаçılar iddiа tələbini оnunlа əsаslаndırmışlar ki, onlar Azərbaycan Respublikası Dağlıq X8 Martuni rayonu Muğanlı kəndinin məcburi köçkünləridir. X2 sonra məcburi köçkün olmuşlar. Həmin vaxtdan hal-hazıra kimi Beyləqan rayon ərazisindəki Xocavənd rayon 500 ailəlik Xocavənd qəsəbəsindəki 396 saylı evdə məskunlaşmışlar və yaşayırlar. Onların məcburi köçkün olmaları barədə Xocavənd Rayon Məhkəməsinin 15 sentyabr 2017-ci il tarixli, 2(069)-232/2017 saylı qətnaməsi də mövcuddur. Həmin qətnaməyə əsasən onlar Azərbaycan Respublikası Dağlıq X8 Martuni rayonu Muğanlı kəndinin məcburi köçkünləri olmaları faktı bir daha təsdiqlənmişdir. Onlar məcburi köçkün olmalarına baxmayaraq, məcburi köçkün vəsiqəsi ala bilmirlər. Bu barədə dəfələrlə Azərbaycan Respublikası Qaçqınlar və X7 Üzrə Dövlət Komitəsinə müraciət etmələrinə baxmayaraq, məcburi köçkün statusu və vəsiqəsini ala bilmirlər. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, iddiaçılara məcburi köçkün statusunun verilməsi üçün təqdim olunmuş sənədlər araşdırılarkən ailə başçısı xx.xx.1948-ci il təvəllüdlü hazırda Xocavənd rayonu, Muğanlı kəndində qeydiyyatda olan İddiaçı2 Xocavənd rayonunun Muğanlı kəndinin işğalından öncə 1987-ci ildən Beyləqan rayonunda hərbi mükəlləfiyyətli kimi və yaşayış yeri üzrə daimi pasport qeydiyyatında olduğu müəyyən edilmişdir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın tələblərinə görə, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxs hesab edilir. Ailə başçısı İddiaçı2 işğal zamanı hərbi və yaşayış yeri üzrə daimi qeydiyyatı işğal olunmayan rayon olduğundan, iddiaçılara məcburi köçkün statusu verilə bilməz. İddia tələbi əsassızdır. Bakı İnzibati Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2-1(112)-8970/2021 saylı qərarı ilə iddia qismən təmin edilərək, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 Yedigar qızının və İddiaçı8 məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi ilə əlaqədar müraciəti üzrə inzibati icraatın yenidən aparılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apellyasiya şikayəti iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən iddiaçıların məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair müraciətləri üzrə inzibati icraat qüvvədə olan qanunvericilik aktlarının tələblərinə “uyğun olaraq aparılmış, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar obyektiv, tam və hərtərəfli araşdırılmışdır. Xocavənd Rayon Məhkəməsinin 2(069)-232/2017 saylı 2017-ci il 15 sentyabr tarixli qətnaməsi ilə Komitənin üzərinə heç bir öhdəlik qoyulmamışdır. Belə ki, Komitə tərəfindən məcburi köçkünlərə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa və “Azərbaycan: Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın tələblərinə uyğun olaraq həyata keçirilir. Müvafiq hüquqi əhəmiyyətli faktın təsdiqinə dair qətnamələr Qaydalarda göstərilən sənəd toplusu ilə təsdiqini tapacaq faktın müəyyənləşdirilməsi məqsədilə təqdim edilir və nəticədə, müvafiq qətnamələr də sənəd toplusu ilə analoji funksiyanı yerinə yetirir. Qeyd olunan sənəd toplusu ilə təsdiqini tapan hallar əsasında Komitə şəxslərin müraciətini qüvvədə olan normativ hüquqi aktların tələblərinə müvafiq qaydada araşdıraraq məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilib-verilməsinə dair qərar qəbul edir. Əlavə olaraq qeyd olunmalıdır ki, Xocavənd Rayon Məhkəməsinin 2017-ci il 15 sentyabr tarixli qətnaməsi ilə, ərizəçi və ailə üzvlərinin “məcburi köçkün olma faktı” müəyyən edilmişdir. Halbuki məhkəmə işinə əlavə edilmiş arayışlardan, aidiyyəti qurumlar tərəfindən təqdim olunmuş sənədlərdən ərizəçi və ailə üzvlərinin Xocavənd rayonunun Muğanlı kəndindən məcburi köçkün düşməməsi faktı birbaşa öz təsdiqini tapır. Nəticədə, həmin faktı müəyyən etməyə imkan verən sənədlər mövcud olsa da, ərizəçi ərizə ilə məhkəməyə müraciət etmiş, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinin tələbləri pozulmaqla məhkəmə müvafiq ərizəyə baxaraq mülki iş üzrə əsassız qətnamə qəbul etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Digər iddiaçılara və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə digər iddiaçıların və cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, işin halları tam araşdırılmadığından cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı2 ünvanlanmış 01/7352 nömrəli xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Sizin Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə daxil olmuş müraciətinizə baxılmışdır. Məlumat üçün bildiririk ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslər) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın tələblərinə görə, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Sözügedən Qaydaların 4.1.1. maddəsinin tələblərinə görə sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayonlar olan Azərbaycan Respublikasının vətəndaşlarına “məcburi köçkün” statusunun verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsaslanaraq bildiririk ki, Siz Xocavənd rayonunun işğalından öncə qeydiyyatdan çıxdığınız üçün Sizə “məcburi köçkün” statusu verilə bilməz. Xocavənd rayonu İcra Hakimiyyəti Başçısının Muğanlı kənd İnzibai Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 140 saylı arayışından görünür ki, İddiaçı1 həqiqətən Xocavənd rayon Muğanlı kənd sakinidir, hal-hazırda məcburi köçkün kimi Xocavənd rayon 500 ailəlik qəsəbədə 396 saylı evdə məskunlaşmışdır. Xocavənd Rayon Məhkəməsinin 2(069)-232/2017 saylı 15 sentyabr 2017-ci il tarixli qətnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair iddiası təmin edilmiş, Xocavənd rayonunun Muğanlı kənd sakinləri İddiaçı1, İddiaçı2, İddiaçı3 Yadiyar qızı, İddiaçı4, İddiaçı5 Yediyar oğlu, İddiaçı6 Yedyar qızı, X3, İddiaçı8 Azərbaycan Respublikasının Dağlıq X8 Martuni rayonu Muğanlı kəndindən məcburi köçkün olmaları faktının müəyyən edilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal rayon və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında məlumat və qərarının surətindən görünür ki, Xocavənd Rayon Məhkəməsinin 2(069)-232/2017 saylı 15 sentyabr 2017-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Həmin icra sənədinə əsasən Xocavənd rayonunun Muğanlı kənd sakinləri İddiaçı1, İddiaçı2, İddiaçı3 Yadiyar qızı, İddiaçı4, İddiaçı5 Yediyar oğlu, İddiaçı6 Yedyar qızı, X3, İddiaçı8 Azərbaycan Respublikasının Dağlıq X8 Martuni rayonu Muğanlı kəndindən məcburi köçkün olmaları faktı müəyyən edilməlidir. Xocavənd Rayon Polis Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 19 avqust 2021ci il tarixli 1253 saylı məktubda qeyd edilir: Sizin xx.xx.2021-ci tarixli 2-1(112)-8970/2021 nömrəli məkktubunuza cavab olaraq bildiririk ki, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Yediyar oğlu, X4 və İddiaçı8 1987-ci ilin iyul ayından etibarən Xocavənd rayonu ərazisindən qeydiyyatdan çıxaraq 1995-ci ilin yanvar ayına qədər Beyləqan rayonu Təzəkənd kəndində yaşayıb qeydiyyatda olmuşlar. Xocavənd rayon İcra Hakimiyyəti Başçısı tərəfindən məhkəməyə ünvanlanmış 20 avqust 2021-ci il tarixli 623 saylı məktubda qeyd edilir: Sizin 29 iyul 2021-ci il tarixli 2- 1(112)-8970/2021 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, Xocavənd rayonu Muğanlı kəndində qeydiyyatda olan İddiaçı1, İddiaçı2, X5, İddiaçı4, İddiaçı5 Yediyar oğlu, X1, X4 və İddiaçı8 1987-ci ilin iyul ayınadək Xocavənd rayonu Muğanlı kəndində özlərinə məxsus fərdi yaşayış evində yaşamış, 1987-ci ilin iyul ayında Xocavənd rayonu Muğanlı kəndindən pasport qeydiyyatından çıxaraq Beyləqan rayonuna pasport qeydiyyatına düşmüşlər. 1995-ci ilin yanvar ayında ailə yenidən Xocavənd rayonu Muğanlı kəndinə pasport qeydiyyatına dayanmışlar. Xocavənd rayon Məhkəməsi tərəfindən məhkəməyə ünvanlanmış 19 avqust 2021-ci il tarixli 57/2021 saylı məktubda qeyd edilir: Sizin 29 iyul 2021-ci il tarixli 2-1(112)- 8970/2021 saylı sorğunuza cavab olaraq bildiririk ki, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, Xocavənd Rayon Məhkəməsinin 15 sentyabr 2017-ci il tarixli 2(069)-232/2017 saylı qətnaməsi ilə Xocavənd Rayon Muğanlı kənd sakinləri İddiaçı1, X14, X10, İddiaçı4 Yedyar oğlu, İddiaçı5 Yedyar oğlu, İddiaçı6 Yedyar qızı, X6, İddiaçı8 Yedyar oğlu Azərbaycan Respublikasının Dağlıq X8 Martuni rayonunun Muğanlı kəndindən məcburi köçkün olmaları faktı müəyyən olunmuşdur. Qeyd olunan qətnamə 16 oktyabr 2017-ci il tarixdə qanuni qüvvəsini almış və icra olunması üçün Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə göndərilmişdir. İddiaçı1 07 oktyabr 2019-cu ildə ərizə ilə Xocavənd Ravon Məhkəməsinə müraciət edərək, mülki işi icra olunması üçün Beyləqan rayon İcra Şöbəsinə göndərilməsini xahiş etmiş, 15 sentyabr 2017-ci il tarixli 2(0691-232/2017 saylı icra vərəqəsi icra olunması üçün Beyləqan rayon İcra və Probasiya Şöbəsinə göndərmişdir. Beyləqan rayon İcra və Probasiya Şöbəsi cavabdeh Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Bakı şəhərində yerləşdiyindən icra vərəqəsi icra olunmadan Məhkəməyə qaytarılmışdır. Qaçqınların və X7 üzrə Dövlət Komitəsi Bakı şəhərinin Yasamal rayonun ərazisində yerləşdiyindən icra vərəqəsi icra olunması üçün Yasamal rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Bəxtiyar Babayev xx.xx.2019-cıı il tarixli icraata başlamaq haqqında qərarın sürətini Xocavənd Rayon Məhkəməsinə göndərmişdir. Birinci instansiya məhkəməsi iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 Yedigar qızının və İddiaçı8 məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi ilə əlaqədar müraciəti üzrə inzibati icraatın yenidən aparılmasını cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin üzərinə vəzifə olaraq qoymuşdur. Məhkəmə bu zaman İPM-in 73-cü maddəsinə istinad etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin göstərilən mövqeyini aşağıda qeyd edilənlərə əsasən qanunsuz və əsassız hesab edir. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmənin inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoymaq səlahiyyəti İPM-in 73.2-ci maddəsində nəzərdə tutulmuşdur. İPM-in 73.3-cü maddəsində bununla bağlı olaraq təsbit edilmişdir ki, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. İPM-in 73.3.3-cü maddəsini tətbiq edə bilmək üçün isə vacib şərt ondan ibarətdir ki, məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsinin mümkün olmaması halı müəyyən edilmiş olmalıdır. Əgər məhkəmə inzibati orqanın işin faktiki hallarını kifayət qədər araşdırmadan qərar qəbul etdiyi nəticəsinə gələrsə, bu halda özü xidməti vəzifəsinə görə işin hallarını araşdırmalıdır. Qeyd edilən vəziyyətlərdə məhkəmənin işi inzibati orqana geri göndərməsi əksər hallarda istisna təşkil edir. Başqa sözlə, məhkəmə bu zaman İPM-in 12-ci maddəsində təsbit edilmiş xidməti vəzifəsinin tələb etdiyi qaydada davranmaqla işin halları üzrə tam və hərtərəfli araşdırma aparmaqla müvafiq qərar qəbul etməlidir. Çünki İPM-in 12.1 və 12.2-ci maddələrində təsbit edilmişdir ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. 9-cu maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə»nin: 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin (bundan sonra - qaçqınlar və məcburi köçkünlər) yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. 3-cü bəndinə əsasən Komitə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı əsas funksiyaları həyata keçirir: 3.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla "məcburi köçkün" statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum edir. Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 №-li qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar»ın tələbinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qaydaların 1.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi (bundan sonra Komitə) qəbul edir. Xocavənd Rayon Məhkəməsinin 2(069)- 232/2017 saylı 15 sentyabr 2017-ci il tarixli qətnaməsinə əsasən İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair iddiası təmin edilmiş, Xocavənd rayonunun Muğanlı kənd sakinləri İddiaçı1, İddiaçı2, İddiaçı3 Yadiyar qızı, İddiaçı4, İddiaçı5 Yediyar oğlu, İddiaçı6 Yedyar qızı, X3, İddiaçı8 Azərbaycan Respublikasının Dağlıq X8 Martuni rayonu Muğanlı kəndindən məcburi köçkün olmaları faktının müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət edilsə də, cavabdeh inzibati orqan iddiaçıların Xocavənd rayonunun işğalından öncə qeydiyyatdan çıxdıqları üçün müraciətin təmin edilməsindən imtina etmişdir. Beləliklə, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsininnin gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Belə ki, məhkəmənin nəyə görə mübahisə üzrə özünün qərar qəbul edə bilmədiyi, inzibati orqanda hansı başqa araşdırmanın aparılmasının tələb olunduğu, məhkəmənin həmin araşdırmanı nəyə görə özünün apara bilmədiyi qeyrimüəyyən olaraq qalıb. Bundan başqa, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxmayaraq, iddiaçıların müraciəti üzrə cavabdeh tərəfindən inzibati icraatın yenidən aparılması barədə gəldiyi nəticədə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci maddəsinin tələbinə görə məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu hallarda inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. İşə təkrar baxan birinci instansiyası məhkəməsi hazırkı iddia tələbi üzrə mümkünlük şərtlərini nəzərdən keçirməli, iddia mümkün hesab olunduğu işin hallarını hərtərəfli araşdırmalı, işdəki sübutları düzgün qiymətləndirməklə qərar qəbul etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda da qeyd edildiyi kimi iddiaçıların iddia tələbinə mahiyyəti üzrə baxılmadığından instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2-1(112)-8970/2021 saylı qərarı ləğv edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 Yedigar qızının və İddiaçı8 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair iş, məhkəmə icraatının davam etdirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Səadət Bəktaşi Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1667/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1667/2022
16.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver