Məhkəmə qərarları › İş №2-1(103)-1668/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1668/2020

06.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1668/2020 06.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, iddiaçının, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı “müavinətin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2025/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq Müəyyən etdi: İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək müavinətin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək DİN Baş Mühafizə idarəsinin Sabunçu rayon Mühafizə Şöbəsində polis nəfəri vəzifəsində işləmişdir. xx.xx.2001-ci il tarixdən xidmətini davam etdirmək üçün Səbail rayon Mühafizə İdarəsinə göndərilmişdir. xx.xx.2017-ci il tarixdən Səbail rayon Mühafizə İdarəsində xidmət etmişdir. 50 (əlli) yaşın tamam olması ilə əlaqədar olaraq yaş həddinə görə təqaüdə çıxmışdır. Lakin, xidmət müddətində ona bayram günlərində gücləndirilmiş iş rejimində işlədiyinə, gecə növbəsində xidmət zamanı əlavə saatlara görə və növbədənkənar xidmətə cəlb edilməyə görə ödənişlərin verilməsi təmin edilməyib. Bununla əlaqədar olaraq, “Bayram günlərində gücləndirilmiş iş rejimində işlədiyinə, gecə növbəsində xidmət zamanı əlavə saatlara görə və növbədənkənar xidmətə cəlb edilməyə görə ödənişin verilməsi barədə” xx.xx.2018-ci il tarixli ərizə Azərbaycan Respubliaksı Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə idarəsinin xx.xx.2018ci il tarixli, 038-204912H-3218 saylı məktubu ilə ona qanunla verilməsi nəzərdə tutulan müavinətlərin verilməsindən imtina edilmiş və bu idarənin maliyyə vəziyyətinin çətinliyi ilə əsaslandırılmışdır. Cavabdeh ona bayram günlərində gücləndirilmiş iş rejimində işlədiyinə, gecə növbəsində xidmət zamanı əlavə saatlara görə və növbədənkənar xidmətə cəlb edilməyə görə ödənişin verilməsindən imtinası qanunsuz və əsassız hesab edilməsi və ona bayram günlərində gücləndirilmiş iş rejimində işlədiyinə, gecə növbəsində xidmət zamanı əlavə saatlara görə və növbədənkənar xidmətə cəlb edilməyə görə ödənişin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi zəruridir. İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək DİN Baş Mühafizə İdarəsinin Sabunçu rayon Mühafizə Şöbəsində polis nəfəri vəzifəsində işləmişdir. xx.xx.2001-ci il tarixdən xidməti davam etdirmək üçün X3 göndərilmişdir. xx.xx.2017-ci il tarixdən Səbail rayon Mühafizə İdarəsində xidmət etmişdir. Daxili İşlər orqanlarında xidmət müddətində bayram günlərində gücləndirilmiş iş rejimində işlədilmiş, həmçinin gecə növbəsində əlavə işlədilmiş və növbədənkənar xidmətə cəlb edilmişdir. Lakin, cavabdeh tərəfindən ona bayram günlərində gücləndirilmiş iş rejimində işlədiyinə, gecə növbəsində xidmət zamanı əlavə saatlara görə, növbədənkənar xidmətə cəlb edilməyə görə ödənişlərin verilməsi təmin edilməyib. Ona bayram günlərində gücləndirilmiş iş rejimində işlədilməyə, gecə növbəsində xidmət zamanı əlavə saatlara görə, növbədənkənar xidmətə cəlb edilməyə görə ödənişlərin verilməli olması cavabdehin imtina məktubu ilə təsdiq edilir. Lakin, cavabdehin maliyyə vəziyyətinin aşağı olması bayram günlərində gücləndirilmiş iş rejimində işlədiyinə, gecə növbəsində xidmət zamanı əlavə saatlara görə növbədənkənar xidmətə cəlb edilməyə görə ödənişlərin verilməsindən imtina üçün əsas ola bilməz. Göstərilənlərə əsasən ona bayram günlərində gücləlndirilmiş iş rejimində işlədiyinə, gecə növbəsində xidmət zamanı əlavə saatlara görə, növbədənkənar xidmətə cəlb edilməyə görə ödənişin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi zəruridir. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2025/2020 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi R.İbrahimxəlilov iş materiallarına uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus ИТ-İ №1510625 nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2017-ci il tarixədək Daxili İşlər Nazirliyində xidmət etmiş, Azərbaycan Respublikasının Daxili İşlər Orqanlarında xidmət təqvimi 25 il 09 ay 11 gün imtiyazlı 29 il 00 ay, 04 gün təşkil edir. İddiaçı cavabdeh orqana müraciət edərək müavinətin ödənilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə cavab olaraq cavabdeh tərəfindən ona ünvanlanmış xx.xx.2018-ci il tarixli, 038- 2049/2H-32V2 nömrəli məktubdan görünür ki, iddiaçının işlədiyi müddət ərzində bayram günlərində gücləndirilmiş iş rejimində və gecə növbəsində xidmət etdiyi zaman əlavə saatlara görə ödənişin verilmədiyi barədə Daxili İşlər Nazirliyinin rəhbərliyinə ünvanladığı müraciətinə baxılmışdır. Bir daha bildirmişlər ki, eyniməzmunlu müraciətinə Baş Mühafizə İdarəsində baxılmış və nəticəsi barədə ona xx.xx.2018-ci il tarixli, 038-2049H- 3218 nömrəli məktubla ətraflı məlumat verilmişdir. İdarənin maliyyə vəziyyəti sabitləşdikdən sonra bütün əməkdaşlara, o cümlədən ona bayram günlərində gücləndirilmiş iş rejiminə və gecə növbəsində əlavə saatlara görə ödənişin verilməsi məsələsinə baxılacaqdır. Bundan sonra iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, mübahisə yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək DİN Baş Mühafizə idarəsinin Sabunçu rayon Mühafizə Şöbəsində polis nəfəri vəzifəsində işləməsi, xx.xx.2001ci il tarixdən xidmətini davam etdirmək üçün Səbail rayon Mühafizə İdarəsinə göndərilməsi, xx.xx.2017-ci il tarixdən Səbail rayon Mühafizə İdarəsində xidmət etməsi, 50 (əlli) yaşının tamam olması ilə əlaqədar olaraq yaş həddinə görə təqaüdə çıxması işin mübahisələndirilməyən halıdır. İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Səbail rayon Mühafizə idarəsində xidmət etdiyi dövr ərzində gücləndirilmiş iş rejimi və əlavə xidmətə cəlb edildiyinə görə həmin günlər üçün kompensasiya verilməsini xahiş edir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, iş materialllarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 rayon Mühafizə İdarəsinin xx.xx.2020ci il tarixli 286 nömrəli məktubundan görünür ki, Sabunçu rayon mühafizə İdarəsinin sabiq əməkdaşı İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Sabunçu rayon mühafizə İdarəsində xidmət etdiyi dövr ərzində gücləndirilmiş iş rejimi və əlavə xidmətə cəlb olunması barədə heç bir məlumat yoxdur. Həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Səbail rayon Mühafizə İdarəsinin xx.xx.2020-ci il tarixli 314 nömrəli məktubundan görünür ki, sabiq polis nəfəri, polis serjantı İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Səbail rayon Mühafizə İdarəsində xidmət etdiyi dövr ərzində gücləndirilmiş iş rejimi və əlavə xidmətə cəlb edilməsi barədə hər-hansı məlumat yoxdur. Belə ki, polis əməkdaşlarının xidmətə cəlb olunması barədə qeydiyyatların aparıldığı naryad jurnalları Azərbaycan Respublikası DİN-in xx.xx.2015-ci il tarixli, Q-36-001-15 nömrəli Qərarının 6.1.8-ci bəndinə əsasən 2 il müddətində saxlanılmaqla məhv edilir. İdarənin mühasibatlığınıın təqdim etdiyi arayışda isə əməkdaş xidmətdən azad olunarkən qanunla nəzərdə tutulmuş pul kompensasiyası ilə tam təmin olunduğu, xidmət etdiyi dövr ərzində əlavə xidmətə görə hərhansı pul vəsaitinin ödənilmədiyi bildirilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən dövrlərdə Səbail rayon Mühafizə İdarəsində xidmət etdiyi dövr ərzində gücləndirilmiş iş rejimi və əlavə xidmətə cəlb edilmə barədə sübut təqdim edilmədiyindən, cavabdehə qarşı irəli sürülmüş tələb sübuta yetirilmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddianı rədd etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı əsaslı və qanuni, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2025/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2025/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Valeh Ağayev Hakimlər Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar