Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1668/2021 28.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili X26, cavabdehin nümayəndəsi X13 və üçüncü şəxsin nümayəndəsi-vəkili X14 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs İbrahimov Elman Cavanşir oğlu olmaqla “torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və tərtib olunmuş plan və ölçünün ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1101/2021 saylı 15 mart 2021-ci il tarixli qərarından üçüncü şəxs İbrahimov Elman Cavanşir oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə 27-28 sentyabr 2021-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, İbrahimov Elman Cavanşir oğlunun adına ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən verilmiş və X34 kitabında 28 yanvar 2013-cü il tarixdə 33389 nömrə ilə qeydiyyata alınmış A №426821 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 1200 kv.m torpaq sahəsi Kürdəxanı bələdiyyəsinin 20.06.2007-ci il tarixli icarə müqaviləsi əsasında iddiaçının atası X1 icarəsinə verilmiş, icarəçi M.H.Sətyarov 23.11.2015-ci ildə vəfat etmişdir. İbrahimov Elman Cavanşir oğlunun DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinə qarşı çıxarışın verilməsi barədə iddiası məhkəmədə araşdırılarkən iddiaçıya məlum olmuşdur ki, həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən İbrahimov Elman Cavanşir oğlunun adına X34 kitabında 28 yanvar 2013-cü il tarixdə 33389 nömrə ilə qeydiyyata alınmış A №426821 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. Mübahisəli yer Sabunçu rayonu, Kürdəxanı Qəsəbəsinin inzibati ərazisində deyil, Sabunçu rayonu, Nardaran qəsəbəsinə aid inzibati ərazisində bir bağ sahəsidir və iddiaçı 24 (iyirmi dörd) il müddətində ona ayrılmış 500 kvadrat metr torpaq sahəsinin yerini belə müəyyən edib-tapa bilməmiş və 24 ildən sonra ona aidiyyəti olmayan 50 (əlli) ildən artiq müddətdə həmin sahədə iddiaçının atası Mirzə Hüseynin, əmilərinin və atasının atası Həmzənin istifadə etdiyi 2007-ci il tarixdən köhnə tikilinin yerində müvafiq yeni yaşayış evi və yardımçı tikililər aparılmış və müxtəlif ağaclar əkilməklə salınmış bağ sahəsinə dair qanunsuz olaraq torpaq sahəsinin planı və ölçüsünü tərtib etdirmişdir. Bildirir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının “Bağ tikinti kooperativlərinin tərkibində 2 ildən çox bağ sahəsilə təmin edilib, lakin heç bir abadlıq və becərmə işləri görməyən vətəndaşlar barədə” 13 iyul 1992-ci il tarixli 941 N-li Sərəncamına əsasən tərtib edilmiş 03 sentyabr 2005-ci il tarixli Aktın təsdiq edilmiş surətlərindən aydın görünür ki,1988-ci ildən 1990-cı illər ərzində Azərbaycan Dövlət Neft Akademiyasına və digər (doqquz) müəssisə və təşkilata ayrılmış bağ sahələrində 15 (on beş) il ərzində heç bir abadlıq və becərmə işləri görülmədiyi üçün verilən üzvlük kitabçaları və orderlər ləğv edilmişdir. Belə olduğu halda iddiaçı İbrahimov Elman Cavanşir oğluna verilən üzvlük kitabçası ləğv edildiyi üçün onun adına X34 kitabında 28 yanvar 2013-cü il tarixdə 33389 nömrə ilə qeydiyyata alınmış AN-426821 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü”nün heç bir hüquqi əsası yoxdur və saxta bir sənəd olması göz qabağındadır. Məhkəmə ilk növbədə İbrahimov Elman Cavanşir oğlunun adına qeydiyyata alınmış iddiaçının atasının adına icarəyə götürülmüş sahənin fərqli və ayrı-ayrı bağ sahələri olması faktına qiymət verməlidir. Yəni Azərbaycan Dövlət Neft Akademiyasına aidiyyəti olmayan bağ sahəsinə dair Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı Qəsəbəsi inzibati ərazisində Ləhiş bağ massivində yerləşən 500 kvadrat metr bağ sahəsinə deyil, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran Qəsəbəsi inzibati ərazisində bağ massivində yerləşən 500 kvadrat metr sahəsi olan 39 saylı bağ sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü“nün verilməsinə qiymət verməlidir. Eyni zamanda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 21 may 2013-cü il tarixli və 13 avqust 2013cü il tarixli məktublarla “Ayrıc Aktı” adlı Siyahının Azərbaycan Dövlət Neft Akademiyasına dair Qərara əlavə edilməməsi barədə” və nümayəndənin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Filialına sorğu ilə aldığı cavabda da Azərbaycan Dövlət Neft Akademiyasına dair Qərarda hətta “Adlı Siyahının, Ayrıc Aktının və Cizginin” də olmaması faktına qiymət verməlidir. Məlum edir ki, iddia ərizəsinə əlavə etdiyi sübutlara əsasən Bakı şəhəri X31 İcraiyyə Komitəsinin 09 oktyabr 1989-cu il tarixli, 11/387 N-li Qərarı əsasında Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İttifaqının Komitəsi ilə birgə keçirdiyi iclasın 20 oktyabr 1989-cu il tarixli, 11 saylı Protokolundan Çıxarışdan da aydın göründüyü kimi onlara ayrılmış 50 nəfər üçün bağ sahəsi Sabunçu rayonu, Kürdəxanı Qəsəbəsi inzibati ərazisinə deyil, Sabunçu rayonu, Nardaran Qəsəbəsi inzibati ərazisinə aid bir torpaq sahəsidir və Sabunçu rayonu, Kürdəxanı Qəsəbəsi inzibati ərazisinə aid torpaq sahəsi ilə həmin torpaq sahələri bir-birindən çox uzaq məsafədə yerləşir və fərqli ərazilərdir və məhkəmə tərəfindən müvafiq ekspertizaların təyin edilməsi nəticəsində qeyd etdikləri öz təsdiqini tapacaqdır. Onlar sonradan Dublikat kimi hazırladıqları 20 oktyabr 1989-cu il tarixli,11 saylı Protokolda tərcüməni özlərinə sərf etdiyi formada dəyişdirərək “Ləhiş bağ massivi” sözlərini artırmışlar. İddia ərizəsinə əlavə etdiyi Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı Qəsəbə İcra Nümayəndəsinin 05 aprel 2017-cı il tarixli, 40 N-li arayışına əsasən inzibati ərazidə yerləşən 20 iyul 2007-ci il tarixli müqavilə əsasında nəzərdə tutulmuş 1200 kv.metr torpaq sahəsində 2009-cu ildə 23 noyabr 2015-ci ildə vəfat etmiş atası X7 ev tikmişdir. Vətəndaş həmin sahədə ağaclar əkib bağ salmışdır. Eyni zamanda iddia ərizəsinə əlavə etdiyi və digər qeyd etdiyi inzibati və mülki iş materiallarında olan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı Qəsəbə İcra Nümayəndəsinin 05 aprel 2017-cı il tarixli, 39 N-li arayışına və digər arayışlara əsasən qəsəbə nümayəndəliyinin inzibati ərazisində iddiaçı İbrahimov Elman Cavanşir oğluna, X21 və X6 məxsus torpaq sahəsi və tikili mövcud deyil və heç bir söküntü işləri də həyata keçirilməmişdir. Belə olduğu halda 50 ildən qabaq və 2007-ci ildən sonra da mövcud ağacların əkildiyi, hasarlanmış sahə və yaşayış evi və yardımçı tikililərin olduğu bir torpaq sahəsinə dair İbrahimov Elman Cavanşir oğlunun adına 28 yanvar 2013-cü il tarixdə “Torpaq sahəsinin planı və ölçüsü“nün verilməsi mümkün deyildir. Göründüyü kimi “Torpaq sahəsinin planı və ölçüsü“ bu torpaq sahəsinə deyil, Nardaran Qəsəbəsinin inzibati ərazisinə aid bir torpaq sahəsinə verilmişdir. Bundan əlavə iddia ərizəsinə əlavə etdiyi İbrahimov Elman Cavanşir oğlunun adına Kürdəxanı Qəsəbəsi üzrə inzibati ərazisində adına torpaq sahəsi və hər hansı bir tikili olmaması, vergi ödəyicisi olmaması barədə Kürdəxanı Qəsəbəsi 30 avqust 2018-ci il tarixli, 63 N-li və Kürdəxanı Bələdiyyəsinin 25 iyun 2018-ci il tarixli, 66 N-li, 30 avqust 2018-ci il tarixli, 60 N-li arayışının əslinə əsasən və Bakı şəhəri, Sabunçu rayonu, X10 05 aprel 2017-ci il tarixli, 73 N-li məktubuna əsasən X6 məxsus Bələdiyyə tərəfindən torpaq sahəsi qeydiyyata alınmamış və X11 vergi ödəyicisi deyil. Qeyd edir ki, Üzvlük Kitabçalarında o cümlədən, X6 məxsus 13 yanvar 1998-ci il tarixli,41 N-li üzvlük kitabçasının dublikatında da birbaşa göstərilmişdir ki, 2 (iki) il ərzində verilmiş torpaq sahəsindən istifadə edilmədikdə Bağçılıq Cəmiyyətinin üzvləri Cəmiyyətdən xaric edilə bilərlər. Göründüyü kimi Sabunçu rayonu, Nardaran qəsəbəsində ayrılmış 500 kv.metr bağ sahəsindən 20 (iyirmi) ildən də artıq bir müddətdə nəinki istifadə etməmiş və hətta becərmə və abadlıq işləri həm onun, həm də digərləri tərəfindən aparılmamışdır. Qeyd edilənlərdən başqa Sabunçu rayonu, Kürdəxanı Qəsəbəsinin inzibati ərazisində 1200 (bir min iki yüz kvadrat metr) torpaq sahəsi vergi ödəyicisi kimi 20 iyul 2007-ci il tarixli, 1424 N-li X24 ilə X1 adına qeydiyyata alınmışdır və orada 2007-ci il tarixdən müvafiq yaşayış evi və yardımçı tikililər aparılmış və müxtəlif ağaclar əkilməklə bağ salınmışdır. Hətta 50 (əlli) ildən artiq müddətdə həmin sahədə mərhum Mirzə Hüseyn və mərhum atası Həmzə istifadə etmiş və incil ağacları və üzüm tingləri və digər ağaclar əkərək meyvələrindən istifadə etmişlər. Göstərilənlərə əsasən iddiaçı hazırki iddia ərizəsi ilə X34 kitabında 28 yanvar 2013-cü il tarixdə 33389 nömrəsilə qeydiyyata alınmış AN 426821 seriyalı həmin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsini məhkəmə qaydasında mübahisələndirmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “İbrahimov Elman Cavanşir oğlunun adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən X34 kitabında aparılmış 28 yanvar 2013-cü il tarixli 33389 nömrəli A №426821 seriyalı qeydiyyatın qanunsuz hesab edilərək “Torpaq sahəsinin planı və ölçüsü“ sənədin ləgv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4072/2018 saylı, 18 oktyabr 2018ci il tarixli qərardadına əsasən iddia mümkün sayılmamışdır. Həmin qərardaddan İddiaçı apelyasiya şikayəti verərək qeyd olunan qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasına dair yeni qərar qəbul edilməsini xahiş etmiş, daha sonra iddiaçının nümayəndəsi X26 02 aprel 2019-cu il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, apelyasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4072/2018 saylı, 05 aprel 2019-cu il tarixli qərardadı ilə ərizə təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-4072/2018 saylı, 18 oktyabr 2018-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə icraata xitam verilmişdir. Daha sonra iddiaçının nümayəndəsi-vəkil X26 21 may 2019-cu il tarixində ərizə ilə məhkəməyə müraciət edərək apelyasiya şikayətinin verilməsinə dair buraxılmış müddətin üzrlü hesab edilməsi və inzibati işin apelyasiya şikayəti ilə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4072/2018 saylı, 24 may 2019-cu il tarixli qərardadı ilə İddiaçı ərizəsinin geri qaytarılması qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4072/2018 saylı, 24 may 2019-cu il tarixli qərardadından iddiaçı apelyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2111/2019 saylı, 23 avqust 2019-cu il tarixli qərardadı ilə apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4072/2018 saylı, 24 may 2019-cu il tarixli qərardadı ləğv edilmiş, apelyasiya şikayətinin verilməsinə dair buraxılmış müddətin bərpa edilməsinə dair ərizə baxılması üçün həmin məhkəməyə göndərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4072/2018 saylı, 14 oktyabr 2019cu il tarixli qərardadı ilə iddiaçının apelyasiya şikayətinin verilməsinə dair buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilərək buraxılmış müddət bərpa edilmiş, şikayət iş materialları ilə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2738/2019 saylı, 14 noyabr 2019-cu il tarixli qərardadına əsasən apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4072/2018 saylı, 18 oktyabr 2018-ci il tarixli qərardadının ləğv edilməsi, işin müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Üçüncü şəxs İbrahimov Elman Cavanşir oğlu Bakı Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(103)-2738/2019 saylı, 14 noyabr 2019-cu il tarixli qərardadından kassasiya şikayəti verərək qeyd olunan qərardadın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03 mart 2020-ci il tarixli, 2-1(102)-633/2020 saylı qərardadı ilə üçüncü şəxs İbrahimov Elman Cavanşir oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(103)-2738/2019 saylı, 14 noyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1101/2021 saylı 15 mart 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: M.Qarayeva) Həmin qərardan üçüncü şəxs İbrahimov Elman Cavanşir oğlu apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Üçüncü şəxs apelyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi nəticəyə gələrkən hüquqi əhəmiyyət kəsb etməyən Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Kürdəxanı Qəsəbə Nümayəndəsinin və Kürdəxanı Bələdiyyəsinin təqdim etdikləri arayışlara istinad etmişdir. Məlumat üçün bildirilir ki, iş materiallarında mövcud olan Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinin qərarı ilə X1 icarəsinə ayrılmış 1200 kv. metr torpaq sahəsinə dair 20.07.2007-ci il tarixli 1424 saylı İcarə müqaviləsinin qüvvədə olma müddəti 20 iyul 2017-ci il tarixədək müəyyən edilmişdir. İcarə müqaviləsinin 4.1-ci bəndinə əsasən, müqavilədə nəzərdə tutulmuş müddətin başa çatması müqavilənin xitam verilməsinə səbəb olur. Eyni müqavilənin 5.1-ci bəndinə uyğun olaraq, X24nin dəyişdirilməsi, uzadılması müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, tərəflərin qarşılıqlı razılığı əsasında mümkündür. Eyni zamanda bildirilir ki, inzibati məhkəmə icraatı zamanı icarə müqaviləsinin uzadılması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Əfsuslar olsun ki, birinci instansiya məhkəməsi icarə müqaviləsinin 20 iyul 2017-ci il tarixdə qüvvədən düşməsinə baxmayaraq 15.03.2021-ci il tarixli qərarı ilə üçüncü şəxs İbrahimov Elman Cavanşir oğlunun adına verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi barədə qərar çıxartmışdır. Birinci instansiya məhkəməsi bələdiyyə ilə fiziki şəxs arasında mövcud olmuş icarə müqaviləsindən irəli gələn hüquq münasibətlərinə “İcarə haqqında” Azərbaycan Respublikası Qanununu tətbiq etməklə, maddi hüquq normaların tətbiqində səhv buraxmışdır. Belə ki, məhkəmə sözügedən Qanunun 5-ci bəndini rəhbər tutaraq belə nəticəyə gəlmişdir ki, guya müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadığı üçün o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Bununla bağlı bildirilir ki, bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətləri nəzərə alınmaqla, həmin torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” 29.07.2001-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 6.2-ci bəndinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Eyni Qanunun 19.1-ci bəndinə əsasən, bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Beləliklə, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu tətbiq etməmişdir. Eyni zamanda, qanunverici bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmasını nəzərdə tutmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci bəndinə əsasən, daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Beləliklə, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən daşınmaz əmlak üzərində icarə hüququnun dövlət qeydiyyatından keçirilməməsinə hüquqi qiymət verməmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 6.5-ci maddəsinin tələbinə görə, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 09.08.2001-ci il tarixli, 548 saylı Fərmanına əsasən müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları həyata keçirir. Göründüyü kimi sadalanan normalara əsasən, Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsi tərəfindən 1200 kv.metr torpaq sahəsi iddiaçının icarəsinə ayrılarkən həmin sahənin xüsusiyyəti və torpağın ayrılma məqsədləri ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən müvafiq rəy tərtib olunaraq bələdiyyə orqanına təqdim edilməmişdir. Beləliklə, bələdiyyə orqanı tərəfindən iddiaçının icarəsinə verilmiş torpaq sahəsinin hüquqi əsasları məhkəmə tərəfindən araşdırılmamışdır. Birinci instansiya məhkəməsi qərarın əsaslandırıma hissəsində 4 saylı Bakı ASAN Xidmət Mərkəzinin 1223 saylı arayışına istinad edərək. 2018-ci ildə vərəsəlik işinin açılmasının və iddiaçının atasının vərəsəsi kimi tanınmasını qeyd etmişdir. Belə olan halda ortaya sual çıxır: necə olur ki, torpaq icarə müqaviləsinə 20 iyul 2017-ci il tarixdə xitam verildiyi təqdirdə, iddiaçının istifadəsində mövcud olmayan daşınmaz əmlak barəsində 2018-ci ildə vərəsəlik işi açılıb? Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” 29.07.2001-ci il tarixli Azərbaycan Respublikası Qanunun 11.12-ci bəndinə əsasən, icarə müddəti tamam olanadək icarəçi öldükdə torpaq sahəsinə icarə hüququ onun vərəsələrindən birinə keçir. Bundan başqa, birinci instansiya məhkəməsi iş materiallarında mövcud olmuş sübutları tədqiq edərkən, arxiv arayışına istinad edərək belə nəticəyə gəlmişdir ki, guya Bakı Şəhər İcra Hakimiyyətinin 13 iyul 1992-ci il tarixli 941 №-li Sərəncamına əsasən, tərtib edilmiş 03 sentyabr 2005-ci il tarixli akt ilə, 1988-ci ildən 1990-cı illər üzrə Azərbaycan Dövlət Neft Akademiyasına ayrılmış bağ sahələrində 15 il ərzində heç bir abadlıq və becərmə işləri görülmədiyi üçün verilən üzvlük kitabçaları və orderlər ləğv edilmişdir. Bununla bağlı bildirilir ki, 03 sentyabr 2005-ci il tarixli aktın məzmunundan müəyyən etmək olar ki, Azərbaycan Dövlət Neft Akademiyasına ayrılmış bağ sahələrinə baxış keçirilərkən hər hansı abadlıq işlərinin aparılmaması müəyyən edildiyindən üzvlük kitabçalarının və orderlərin ləğv olunması məqsədəuyğun hesab edilmişdir. Beləliklə, aktın nəticə hissəsində qeyd olunan “məqsədəuyğundur” ifadəsi sözügedən sənədlərin (üzvlük kitabçası və order) ləğv edilməsini ehtiva edə bilməz. Belə ki, yerli icra hakimiyyəti orqanının qeyri-normativ hüquqi aktı Sabunçu rayon Kürdəxanı Bələdiyyəsinin və Bağlar Təsərrüfatı və İstismar Birliyinin nümayəndələrinin birgə iştirakı ilə tərtib edilmiş 03 sentyabr 2005-ci il tarixli akt ilə ləğv edilə bilməz. Beləliklə, işin faktiki hallarından müəyyən etmək olar ki, üçüncü şəxs İbrahimov Elman Cavanşir oğlunun adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 28.01.2013-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” qanuni qüvvədə olmuş Bakı şəhəri X31 İcraiyyə Komitəsinin 09 oktyabr 1989-cu il tarixli, 11/387 №li Qərarı əsasında Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İttifaqının Komitəsi ilə birgə keçirdiyi iclasın 20 oktyabr 1989-cu il tarixli, 11 saylı Protokolundan Çıxarışa əsasən verilib. Bundan başqa, iş materiallarında mövcud olan 18 dekabr 2019-cu il tarixli məhkəmə mühəndis-texniki ekspertizasının rəyinə əsasən, iddiaçının naturada iddia etdiyi torpaq sahəsinin bələdiyyələrə ayrılmış torpaq sahələrinin hüdudlarından kənarda yerləşdiyi və Dövlət mülkiyyətinə aid olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi mübahisəli torpaq sahəsinin bələdiyyənin inzibati ərazi daxilinə aid olmaması ilə bağlı ekspertizanın rəyini nəzərə almamışdır. Beləliklə, mübahisəli torpaq sahəsi Dövlət mülkiyyətində olduğu üçün. Sabunçu Rayonu Kürdəxanı Bələdiyyəsinin həmin torpaq üzərində sərəncam vermək hüququ olmamışdır. Apelyasiya baxışı zamanı üçüncü şəxsin nümayəndəsi-vəkili X22 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X13 iş materiallarında olan sənədlərə əsasən qanuni qərar qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili X26 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı İbrahimov Elman Cavanşir oğlunun adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən X34 kitabında aparılmış 28 yanvar 2013-cü il tarixli 33389 nömrəli A №426821 seriyalı qeydiyyatın qanunsuz hesab edilərək “Torpaq sahəsinin planı və ölçüsü“ sənədinin ləgv edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və qeyd etmişdir ki, mərhum X7 ilə Kürdəxanı bələdiyyəsi arasında müvafiq torpaq sahəsinə dair icarə müqaviləsi bağlandığından və hazırkı İddiaçı ərizəsi əsasında atası mərhum X28 miras qalmış əmlaklarla bağlı vərəsəlik işi açılaraq İddiaçı vərəsələrin dairəsinə (tək vərəsə kimi) daxil edildiyindən, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6-cı bəndinə əsasən iddiaçının həmin müqavilə ilə icarəyə verilmiş 1.200 kv.m torpaq sahəsinə istifadə hüquqları yaranmışdır. Bu fakt iddianın mümkünlüyü məsələsinə qiymət verən yuxarıda qeyd olunan məhkəmə aktlarında da öz əksini tapmışdır. Bakı şəhəri X31 İcraiyyə Komitəsinin 09 oktyabr 1989-cu il tarixli, 11/387 N-li Qərarı əsasında Azərbaycan Neft və X25 rayonunun Nardaran qəsəbəsində ayrılmış torpaq sahəsində İbrahimov Elman Cavanşir oğlunun adına 39 saylı 500 kvadrat metr torpaq sahəsi həmin qərardan, Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İttifaqının Komitəsi ilə birgə keçirdiyi iclasın 20 oktyabr 1989-cu il tarixli,11 saylı protokolundan çıxarışdan, Milli Arxiv İdarəsinin arayışından, üzvlük kitabçasından da aydın göründüyü kimi Sabunçu rayonunun Kürdəxanı qəsəbəsinin inzibati ərazisinə deyil, Sabunçu rayonunun Nardaran qəsəbəsinin inzibati ərazisinə aid bir torpaq sahəsi olmuşdur. Qeyd edilənlər iş üzrə keçirilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tikinti texniki eksperizasının rəyi ilə də öz təsdiqini tapmışdır. Belə ki, ekspert rəyində göstərildiyi kimi Bakı şəhəri XDS-nin İK-nin 09.10.1989-cu il tarixli, 11/387 saylı qərarı ilə Azərbaycan Neft və Kimya İnstitutuna ayrılmış torpaq sahəsi həmin bağçılığın Nardaran qəsəbə inzibati ərazisinə aiddir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İbrahimov Elman Cavanşir oğlunun adına 28 yanvar 2013-cü il tarixdə tərtib edilmiş A № 426821 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş 500 kv.metr torpaq sahəsi Bakı şəhəri XDS-nin İK-nin 09.10.1989-cu il tarixli, 11/387 saylı qərarı ilə Azərbaycan Neft və Kimya İnstitutuna ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmadı. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X12 adına 28 yanvar 2013-cü il tarixdə tərtib edilmiş A № 426821 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş 500 kv.metr torpaq sahəsi Kürdəxanı qəsəbəsi inzibati ərazi dairəsinə aiddir və ərazisi Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı bələdiyyəsi ilə müqavilə üzrə mərhum icarəçi X7 arasında bağlanmış 1424 saylı, 20.07.2007-ci il tarixli torpaq icarə müqaviləsi üzrə icarəyə verilmiş 1200.0 kv.metr torpaq sahəsi ilə kəsişir və üst-üstə düşür. Beləliklə də işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı üçüncü şəxsin adına keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 28.01.2013-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi ilə bağlı hərəkətlərini mübahisələndirməkdə haqlı olmuş, həqiqətən də həmin sənəd verilərkən torpaq sahəsinin koordinatları düzgün müəyyən edilməmiş, nəticə etibarı ilə uzun müddət iddiaçının mərhum atasının, sonradan isə onun istifadəsinə keçmiş torpaq sahəsinin koordinatları səhvən həmin sənəddə əks olunmuşdur. Bu da onu göstərir ki, üçüncü şəxsin adına tərtib olunmuş torpaq sahəsinin planı və ölçüsü sənədi ərazinin topoqrafik xəritəsinə uyğun olmamaqla onu tərtib edən inzibati orqan tərəfindən yerquruluşu layihələrinə uyğun tərtib edilməmişdir. Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş mübahisə predmeti olan torpaq sahəsinin sərhədlərinin və ölçüsünün naturada dəqiqləşdirilməməsi, həmin torpaq sahəsinin konkret istifadəçisinə real olaraq təhvil verilməməsi nəticəsində müvafiq olaraq qeyd edilən torpaq sahəsinin plan və ölçüsü sənədlərində uyğunsuzluq yaranmış və əvvəllər mövcud olmuş inzibati orqanların səhvi nəticəsində koordinatları iddiaçının mərhum atası X1 icarəsinə verilmiş torpaq sahəsinin koordinatlarına uyğun olaraq verilmiş, iddiaçının şikayətlərinə baxmayaraq sonradan həmin uyğunsuzluqlar dövlət orqanları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində dəqiqləşdirmə (dürüstləşdirmə) aparılmamış, torpaqların sərhədlərinin naturada ölçülməsi həyata keçirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işə əlavə edilmiş sənədlərə tam uyğundur. Belə ki, iş materiallarında olan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı bələdiyyəsinin 20.06.2007-ci il tarixli icarə müqaviləsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 1200 kv.m torpaq sahəsi iddiaçının atası X1 icarəsinə verilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Kürdəxanı Qəsəbə Nümayəndəsinin 05 aprel 2017-cı il tarixli, 42 N-li arayışına əsasən inzibati ərazidə yerləşən 26.07.2007-ci il tarixli müqavilə əsasında nəzərdə tutulmuş 1200 kv.metr torpaq sahəsində 2009-cu ildə X7 ev tikmişdir. Vətəndaş həmin sahədə ağaclar əkib bağ salmışdır. İş materiallarında olan 4 saylı Bakı Asan Xidmət Mərkəzi qeydiyyat şöbəsinin verdiyi 07.12.2015-cı il tarixli, AZ-1 N 782905 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 23.11.2015-cı il tarixdə ölmüşdür. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Kürdəxanı qəsəbə üzrə nümayəndəsinin 30.08.2018-cı il tarixli, 1104 №li arayışına əsasən mərhum X8 23.11.2015-ci il tarixdə vəfat edib (ölüm haqqında şəhadətnamə AZ-İ 782905), vəfat edən günə kimi ünvan 1 ünvanda qeydiyyatda olmuş və yaşamışdır. Mərhumun öldüyü gündən bu günə kimi oğlu mirasa faktiki sahiblik edir. İş materiallarında olan 4 saylı Bakı Asan Xidmət Mərkəzinin notariusu S.Həbibbəylinin verdiyi 31.08.2018-ci il tarixli 1223 saylı arayışdan görünür ki, iddiaçının ərizəsinə əsasən 23.11.2015-ci il tarixində vəfat etmiş atası X2 adına V-75/2018 saylı vərəsəlik işi açılmış və mərhumun vərəsəsi kimi tanınmışdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Kürdəxanı qəsəbə üzrə nümayəndəsinin 12.02.2018-cı il tarixli, 04 №li arayışından görünür ki, İddiaçı həqiqətən də, atası X4 20.07.07-ci il tarixdə 1424 saylı İcarə müqaviləsi əsasında 1200,0 kv.metr torpaq sahəsi verilərək torpaq və əmlak vergisinə cəlb olunmuşdur. X7 2015-ci ildən vergi ödəyicisidir və heç bir vergi borcu yoxdur. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayonu Kürdəxanı Bələdiyyəsinin 20.09.2019-cu il tarixli, 78 №li arayışından görünür ki, İddiaçı hal-hazırda faktiki istifadəsində olan Kürdəxanı Bələdiyyəsinin 20 iyul 2007-ci il tarixli 1424 saylı icarə müqaviləsi əsasında verilmiş Ləhiş bağ massivindəki 1200,0 kv.metr torpaq sahəsi X10 İnzibati Ərazisinə daxildir. İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 39 saylı bağ sahəsinə Bakı şəhəri XDS-nin İK-nin 09.10.1989-cu il tarixli, 11/387 saylı qərarı ilə “Gülüstan-2” bağçılıq yoldaşlığının 20.11.1989-cu il tarixli 11 saylı protokoldan çıxarışı əsasında İbrahimov Elman Cavanşir oğlunun adına 28 yanvar 2013-cü il tarixdə tərtib edilmiş A № 426821 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində 500 kv.metr torpaq sahəsinin Sabunçu Rayonun Ləhiş bağ massivində yerləşdiyi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 16.02.2017-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 40 saylı və 41 saylı bağ sahələrinin sənədləşdirilməsinin qarşısının alınmasına köməklik göstərilməsi ilə bağlı kollektiv müraciətə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində baxılmışdır. Aparılmış araşdırma zamanı 40 saylı bağ sahəsinə “Gülüstan-2” bağçılıq-yoldaşlığının 20 noyabr 1989-cu il tarixli 11 saylı protokoldan çıxarışı əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəcəkmə Komitəsi tərəfindən 15 fevral 2013-cü il tarixli “Torpaq sahəsinin planı və ölçü” sənədi verilmiş, lakin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 iyun 2014-cü il tarixli 2-1(82)-1559/2014 saylı qərarı əsasında 41 saylı bağ sahəsi 13 iyul 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Kürdəxanı qəsəbə üzrə nümayəndəsinin 05 aprel 2017-cı il tarixli, 43 N-li arayışına əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının Bağ-tikinti kooperativlərinin tərkibində iki ildən çox bağ sahəsində təmin edilib, lakin heç bir abadlıq və becərmə işləri görməyən vətəndaşlar barədə 13.07.1992-ci il tarixli 941 saylı sərəncamı və 03.09.2005-ci il tarixli aktı məhkəməyə göndərilmişdir. İş materiallarında olan “Bağ-tikinti kooperativlərinin tərkibində iki ildən çox bağ sahəsilə təmin edilib, lakin heç bir abadlıq və becərmə işləri görməyən vətəndaşlar barədə” Bakı şəhər İcra Hakimiyyəti Başçısının 13.07.1992-ci il tarixli, 941 saylı sərəncamının təsdiqlənmiş kserosurətindən görünür ki, 1988-ci ildən Bağlar təsərrüfatı idarəsinin boş bağlar balansında olan bağ sahələri bağ-tikinti kooperativlərinin tərkibində vətəndaşların istifadələrinə verilmiş və bir çox vətəndaşlar bu günə kimi onlar üçün ayrılmış bağ sahələrində heç bir abadlıq və becərmə işləri aparılmamışdır. İstifadə olunmayan belə bağlar barədə: 1. Bağlar təsərrüfatı idarəsi bağ ərazisinin yerləşdiyi qəsəbə (kənd) icra hakimiyyəti aparatının deputatları ilə birlikdə bağ-tikinti kooperativlərinin tərkibində iki və daha çox il bağ sahəsilə təmin edilib lakin heç bir abadlıq və becərmə işləri görməyən belə vətəndaşlar barədə yerində akt tərtib etsinlər. 2. Akt əsasında da abadlıq və becərmə işləri görməyən belə vətəndaşlardan həmin bağ sahələri geri alınsın və onlardakı orderlər etibarsız sayılsın. 3. Geri alınmış bağ sahələri Bağlar təsərrüfatı idarəsində növbədə dayanan vətəndaşların istifadəsinə verilsin. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 13 iyul 1992-ci il tarixli, 941 N-li Sərəncamına əsasən tərtib edilmiş 03 sentyabr 2005-ci il tarixli aktın təsdiq edilmiş surətindən görünür ki, 1988-ci ildən 1990-cı illər ərzində Azərbaycan Dövlət Neft Akademiyasına və digər (doqquz) müəssisə və təşkilata ayrılmış bağ sahələrində 15 (on beş) il ərzində heç bir abadlıq və becərmə işləri görülmədiyi üçün verilən üzvlük kitabçaları və orderlərin ləğv olunması məqsədə uyğundur. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Filialının iddiaçının vəkilinin sorğusu ilə bağlı 16 may 2017-ci il tarixli,1471 N-li məktubunda arxiv çıxarışı ilə Bakı şəhəri XDS-nin İK-nin 09.10.1989-cu il tarixli, 11/387 saylı qərarı göndərilmiş, həmin qərara heç bir adlı siyahının, ayrıc aktının və cizginin əlavə olmaması göstərilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Kürdəxanı Qəsəbə Nümayəndəsinin 30.08.2018-cı il tarixli, 63 N-li və 60 N-li arayışlarından görünür ki, İbrahimov Elman Cavanşir oğlunun adına Kürdəxanı Qəsəbəsi üzrə inzibati ərazisində adına torpaq sahəsi və hər hansı bir tikili olması, arxivində heç bir sənəd aşkar olunmamışdır. İş materiallarında olan arxiv çıxarışı ilə göndərilmiş Bakı şəhəri X31 İcraiyyə Komitəsinin 09 oktyabr 1989-cu il tarixli, 11/387 N-li Qərarından göründüyü kimi Azərbaycan Neft Kimya İnstitutuna 50 nəfər ibarət bağçılığın təşkili üçün keçmiş Lenin rayonunun Nardaran qəsəbəsinin şimal-qərb hissəsində torpaq sahəsi ayrılmışdır. Həmçinin Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İttifaqının Komitəsi ilə birgə keçirdiyi iclasın 20 oktyabr 1989-cu il tarixli, 11 saylı protokolundan Çıxarışın Dublikat kimi hazırlanmış tərcüməsində “Ləhiş bağ massivi” sözləri artırılmışdır. İş materiallarında olan Baki Şəhəri Nərimanov Rayon Prokurorunun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisinə ünvanladıgı 10.02.2017-ci il tarixli 56-8-17 saylı məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbə sakinləri X15 və qeyriləri tərəfindən Nərimanov rayon prokurorluğuna ünvanlanmış kollektiv müraciətdə göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 13.07.2016-cı il tarixli 941 №-li Sərəncamının icrası ilə bağlı tərtib edilmiş və Bağlar İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş 03.09.2005-ci il tarixli Akta əsasən Neft Akademiyasına 09.10.1989-cu il tarixdə 11/387 №-li Qərarla verilmiş bağ sahəsinə dair kitablar və orderlər ləğv edilmişdir. Buna baxmayaraq ləğv edilmiş həmin sənədlərlə mərhum Mirzəhüseyn Sətyarovun evinin altına X21 40 saylı və X3 41 saylı və başqalarına torpağa dair ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən qeyri-qanuni sənəd verilmişdir və bu da məhkəmədə əsassız mübahisəyə səbəb olmuşdur və təmin edilməmişdir. Bu qeyri-qanuni sənəd verilməsi yenə də davam etdirilir. Odur ki, ləğv edilmiş həmin sənədlərin əsasında torpağa dair qeyri-qanuni sənəd verilməsinin qarşısının alınması xahiş edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin müstəntiqinin 09.06.2018-ci il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İbrahimov Elman Cavanşir oğlunun ona məxsus torpaq sahəsinin kənar şəxslər tərəfindən zəbt edilməsi barədə şikayəti üzrə hər-hansı şəxsin əməlində cinayət tərkibinin əlamətlərinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Qərarda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 21.07.2017-ci il tarixli **********15 saylı məktuba istinadən göstərilir ki, elektron baza məlumatlarına əsasən sözügedən bağ sahəsinin yerləşdiyi “Gülüstan-2” bağçılıq-yoldaşlığın ayrıc aktı barədə heç bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03.03.2020-ci il tarixli, 2-1(102)-633/2020 saylı qərardadı və Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2738/2019 saylı, 14 noyabr 2019-cu il tarixli qərardadına əsasən işin apelyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 1200 kv.m torpaq sahəsi Kürdəxanı bələdiyyəsinin 2007-ci il tarixli icarə müqaviləsi əsasında iddiaçının atası X16 icarəsinə verilmişdir. İddiaçı iddia tələbinin əsası kimi həmin sənədlərə əsaslanmış və üçüncü şəxs İbrahimov Elman Cavanşir oğlunun adına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən verilmiş X34 kitabında 28 yanvar 2013-cü il 33389 nömrə ilə qeydiyyata alınmış AN 426821 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü”nü mübahisələndirmişdir. Lakin məhkəmə göstərilənləri nəzərə almamış əsassız olaraq iddiaçının subyektiv hüququnun olmaması barədə nəticəyə gəlmişdir. İş materiallarında olan Kürdəxanı Bələdiyyəsinin 20 sentyabr 2019-cu il tarixli arayışından da görünür ki, mübahisəli torpaq sahəsi hazırda İddiaçı faktiki istifadəsindədir. Hazırki iş üzrə mübahisə predmetini təşkil edən "torpaq sahələrinin üst-üstə düşməməsi ilə bağlı sübutun olmaması” ilə bağlı apelyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən İbrahimov Elman Cavanşir oğlunun adına verilmiş və X34 kitabında 28 yanvar 2013-cü il tarixdə 33389 nömrə ilə qeydiyyata alınmış 426821 seriyalı "Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən 500 kv.m torpaq sahəsinin iddiaçının mərhum atası X1 icarəsinə verilmiş 1200 kv.m torpaq sahəsi ilə üst-üstə düşməsi ilə bağlı heç bir sübutun təqdim edilməməsi iddianın mümkünlüyü şərtlərinə aid edilə bilməz. Məhkəmə kollegiyası hesab etmişdir ki, sözügedən hallar iddianın əsaslılığının yoxlanılması zamanı araşdırılmalı və hüquqi qiymət verilməli hallardır. Məhkəmə isə iddianı mümkün saymamaqla iddiaçının məhkəməyə müraciət etmək barədə konvension hüququnu pozmuşdur. İş materiallarında olan iş üzrə keçirilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 10/2700 nömrəli 13.01.2021-ci il tarixli ekspert rəyindən görünür ki, "xxxx" MMC-nin 24 noyabr 2020ci il tarixli, 110 nömrəli mütəxəssis rəyində aşağıdakılar qeyd olunur: Bakı şəhəri XDS-nin İK-nin 09.10.1989-cu il tarixli, 11/387 saylı qərarı ilə Azərbaycan Neft Kimya İnstitutuna ayrılmış torpaq sahəsinin ilkin torpaq ayırma sxemində hər hansı tərpənməz nöqtəyə bağlılıq və ayrıc aktı olmadığından həmin bağ torpaq sahəsinin yerini dəqiq müəyyən etmək mümkün olmadı. Bakı şəhəri XDS-nin İK-nin 09.10.1989-cu il tarixli, 11/387 saylı qərarı ilə Azərbaycan Neft və Kimya İnstitutuna ayrılmış torpaq sahəsi həmin bağçılığın Nardaran qəsəbə inzibati ərazisinə aiddir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İbrahimov Elman Cavanşir oğlunun adına 28 yanvar 2013-cü il tarixdə tərtib edilmiş A № 426821 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş 500 kv.metr torpaq sahəsi Bakı şəhəri XDS-nin İK-nin 09.10.1989-cu il tarixli, 11/387 saylı qərarı ilə Azərbaycan Neft və Kimya İnstitutuna ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmadı. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X12 adına 28 yanvar 2013-cü il tarixdə tərtib edilmiş A № 426821 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş 500 kv.metr torpaq sahəsi Kürdəxanı qəsəbəsi inzibati ərazi dairəsinə aiddir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İbrahimov Elman Cavanşir oğlunun adına 28 yanvar 2013-cü il tarixdə tərtib edilmiş A № 426821 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş 500 kv.metr torpaq sahəsinin ərazisi Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı bələdiyyəsi ilə müqavilə üzrə mərhum icarəçi X7 arasında bağlanmış 1424 saylı, 20.07.2007-ci il tarixli torpaq icarə müqaviləsi üzrə icarəyə verilmiş 1200.0 kv.metr torpaq sahəsi ilə kəsişir və üstüstə düşür”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydasını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.3-cü maddəsinə görə daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə görə hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük bileti və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Eyni zamanda, qanunverici müvafiq icra hakimiyyəti orqanının üzərinə daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi vəzifəsini qoymuşdur (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2 və 9.1.3-cü maddələri). Bununla yanaşı, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli Fərmanına uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi nəzərdə tutulub ki, bunun da məqsədlərindən biri torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etməkdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinə əsasən torpaq sahəsi - X34nda və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, Qanun torpaq icarədarlarının hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə görə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Prezidentinin 28.02.2007-ci il tarixli 536 saylı Fərmanı (Azərbaycan Respublikası Prezidentinin 29.09.2015-ci il tarixli 630 saylı Fərmanı ilə ləğv edilmişdir) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan və ölçüsü”nün təsviri”nin 1-ci bəndinə görə bu sənəddə qanunvericiliyə uyğun olaraq torpaq üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədi ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan və ölçüsü” təsvir edilir, 5-ci bəndinə görə isə plan və ölçü Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon (şəhər) şöbəsinin müdiri və həmin plan və ölçü tərtib etmiş icraçı tərəfindən imzalanır, möhürlə təsdiq olunur. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 05.02.2015-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş və ləğv edilmiş Komitənin X34, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçının mərhum atası X7 ilə Kürdəxanı bələdiyyəsi arasında Kürdəxanı qəsəbəsində yerləşən 1200 kv.m torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmışdır. X7 23.11.2015-cı il tarixdə vəfat etdikdən sonra vərəsəlik işi açılaraq İddiaçı mərhumun vərəsəsi kimi tanınmış və mərhumun öldüyü gündən bu günə kimi iddiaçı mirasa faktiki sahiblik etmişdir. İddiaçı hal-hazırda faktiki istifadəsində olan Kürdəxanı Bələdiyyəsinin 20 iyul 2007-ci il tarixli 1424 saylı icarə müqaviləsi əsasında verilmiş Ləhiş bağ massivindəki 1200,0 kv.metr torpaq sahəsi X10 İnzibati Ərazisinə daxildir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A № 426821 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Bakı şəhəri XDS-nin İK-nin 09.10.1989-cu il tarixli, 11/387 saylı qərarı ilə “Gülüstan-2” bağçılıq yoldaşlığının 20.11.1989-cu il tarixli 11 saylı protokoldan çıxarışı əsasında İbrahimov Elman Cavanşir oğluna Sabunçu Rayonun Ləhiş bağ massivində yerləşən 500 kv.metr torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Lakin, elektron baza məlumatlarına əsasən sözügedən bağ sahəsinin yerləşdiyi “Gülüstan-2” bağçılıq-yoldaşlığın ayrıc aktı barədə heç bir məlumat aşkar edilməmişdir. Həmçinin Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İttifaqının Komitəsi ilə birgə keçirdiyi iclasın 20 oktyabr 1989-cu il tarixli, 11 saylı protokolundan Çıxarışın Dublikat kimi hazırlanmış tərcüməsində “Ləhiş bağ massivi” sözləri artırılmışdır. İş üzrə keçirilmiş ekspert rəyinə əsasən A № 426821 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş 500 kv.metr torpaq sahəsinin ərazisi Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı bələdiyyəsi ilə müqavilə üzrə mərhum icarəçi X7 arasında bağlanmış 1424 saylı, 20.07.2007-ci il tarixli torpaq icarə müqaviləsi üzrə icarəyə verilmiş 1200.0 kv.metr torpaq sahəsi ilə kəsişdiyi və üst-üstə düşdüyü müəyyən edilmişdir. Həmçinin ekspert rəyinə əsasən Bakı şəhəri XDS-nin İK-nin 09.10.1989-cu il tarixli, 11/387 saylı qərarı ilə Azərbaycan Neft və Kimya İnstitutuna ayrılmış torpaq sahəsi həmin bağçılığın Nardaran qəsəbə inzibati ərazisinə aid olduğu müəyyən edilmişdir. Həmçinin müəyyən olunur ki, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 13 iyul 1992-ci il tarixli, 941 №li Sərəncamına əsasən 03.09.2005-ci il tarixli akt tərtib edilmiş və həmin akta əsasən 1988-ci ildən 1990-cı illər ərzində Azərbaycan Dövlət Neft Akademiyasına ayrılmış bağ sahələrində 15 il ərzində heç bir abadlıq və becərmə işləri görülmədiyi üçün verilən üzvlük kitabçaları və orderlərin ləğv olunması məqsədə uyğun olmuşdur. Bundan başqa Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Kürdəxanı Qəsəbə Nümayəndəsi tərəfindən verilmiş arayışlara əsasən üçüncü şəxs İbrahimov Elman Cavanşir oğlunun adına Kürdəxanı Qəsəbəsi üzrə inzibati ərazisində adına torpaq sahəsi və hər hansı bir tikili olması, arxivində heç bir sənəd aşkar olunmamışdır. Üçüncü şəxsin apelyasiya şikayətindəki “mübahisəli torpaq sahəsinə dair 20.07.2007ci il tarixli 1424 saylı İcarə müqaviləsinin qüvvədə olma müddəti 20 iyul 2017-ci il tarixədək müəyyən edildiyi, lakin inzibati məhkəmə icraatı zamanı icarə müqaviləsinin uzadılması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir” barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə icarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir. Həmin Qanunun 13-cü maddəsinə görə: - (1-ci bənd) icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən pozula bilər; - (4-cü bənd) müqavilənin müddəti qurtardıqdan sonra icarəçinin müqaviləni təzələmək hüququ vardır; - (5-ci bənd) müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə eyni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. İcarə müqavilənin ayrı-ayrı növləri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər; - (6-cı bənd) icarəçi vətəndaş ilə müqaviləyə xitam verilərkən onunla birlikdə yaşamış və işləmiş ailə üzvləri icarə müqaviləsi bağlamaqda üstün hüquqa malikdirlər. İcarəçi vəfat etdikdə icarə müqaviləsi üzrə onun hüquqları onunla birlikdə yaşamış və işləmiş ailə üzvlərindən birinə keçir, bu şərtlə ki, həmin ailə üzvü icarəçi olmağa razı olsun. İş materiallarından da görünür ki, müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən hər hansı birinin təşəbbüsü olmamışdır. X5 20.09.2019-cu il tarixli, 78 №li arayışından görünür ki, torpaq sahəsi İddiaçı hal-hazırda faktiki istifadəsindədir. Bundan başqa hazırki iş üzrə iddianın mümkün sayılmaması barədə qərardadından verilmiş şikayətlərə apelyasiya və kassasiya instansiya məhkəmələrində baxılarkən birinci instansiya məhkəməsinin əsassız olaraq iddiaçının subyektiv hüququnun olmaması barədə nəticəyə gəldiyi qeyd olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsi iddiaçının hal-hazırda faktiki istifadəsindədir və iddiaçı ilə bələdiyyə arasında torpağa dair hər hansı məhkəmə mübahisəsi mövcud deyil. Həmçinin icarə müqaviləsinin müddəti bitsə də ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin təşəbbüsü olmadğından “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən həmin müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilmişdir. Üçüncü şəxsin apelyasiya şikayətindəki “Birinci instansiya məhkəməsi bələdiyyə ilə fiziki şəxs arasında mövcud olmuş icarə müqaviləsindən irəli gələn hüquq münasibətlərinə “İcarə haqqında” Azərbaycan Respublikası Qanununu tətbiq etməklə, maddi hüquq normaların tətbiqində səhv buraxmışdır. Belə ki, bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətləri nəzərə alınmaqla, həmin torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” 29.07.2001ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.” barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasında torpaq sahələrinin xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsi Azərbaycan Respublikasının Torpaq Məcəlləsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu, “Torpaq icarəsi haqqında” Qanun, “İcarə haqqında” Qanun və digər normativ hüquqi aktlar ilə tənzimlənir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Həmin Qanunun 6-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan aşağıdakı torpaqlar icarəyə verilə bilər: ehtiyat fondu torpaqları; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar. Ümumi istifadədə olan torpaqların icarəyə verilməsi bələdiyyə torpaqları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur. Qanundan göründüyü kimi fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqların icarəyə verilməsi bələdiyyə torpaqları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənməsi qeyd olunmamışdır. Yalnız ümumi istifadədə olan torpaqların icarəyə verilməsi bələdiyyə torpaqları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunması məhkəmə üçün imperativdir. Məhkəmə kollegiyası üçüncü şəxsin apelyasiya şikayətindəki “birinci instansiya məhkəməsi iddiaçı tərəfindən daşınmaz əmlak üzərində icarə hüququnun dövlət qeydiyyatından keçirilməməsinə hüquqi qiymət verməmişdir” barədə dəlilinə münasibətdə qeyd edir ki, həmin hüquqların qeydiyyata alınmaması icarə müqaviləsinin hüquqi qüvvəsinin olmaması demək deyil. Məhkəmə kollegiyası üçüncü şəxsin apelyasiya şikayətindəki “İş materiallarında mövcud olan 18 dekabr 2019-cu il tarixli məhkəmə mühəndis-texniki ekspertizasının rəyinə əsasən, iddiaçının naturada iddia etdiyi torpaq sahəsinin bələdiyyələrə ayrılmış torpaq sahələrinin hüdudlarından kənarda yerləşdiyi və Dövlət mülkiyyətinə aid olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi mübahisəli torpaq sahəsinin bələdiyyənin inzibati ərazi daxilinə aid olmaması ilə bağlı ekspertizanın rəyini nəzərə almamışdır. Beləliklə, mübahisəli torpaq sahəsi Dövlət mülkiyyətində olduğu üçün. Sabunçu Rayonu Kürdəxanı Bələdiyyəsinin həmin torpaq üzərində sərəncam vermək hüququ olmamışdır.” barədə dəlilinə münasibətdə qeyd edir ki, qeyd olunan 18 dekabr 2019-cu il tarixli ekspert rəyi hazırki işlə hər hansı bir aidiyyəti yoxdur. Belə ki, rəydə tədqiqat olunan torpaq sahəsi iş üzrə tərəf olmayan X9 iddia etdiyi torpaq sahəsi ilə bağlıdır. Bundan başqa hazırki iş üzrə mübahisələndirilən torpaq sahəsinin Dövlət mülkiyyətində olmasına dair hər hansı bir sənəd və cavabdeh Reyestri Xidmətinin buna dair etirazı iş materialları ilə müəyyən olunmur. Göründüyü kimi hazırki iş üzrə mübahisələndirilən torpaq sahəsinin Dövlət mülkiyyətində olması mübahisə predmeti deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, üçüncü şəxsin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs İbrahimov Elman Cavanşir oğlunun apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1101/2021 saylı 15 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1668/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1668/2021
28.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver