Məhkəmə qərarları › İş №2-1(103)-1668/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1668/2023

28.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1668/2023 28.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-1668/2023 (Açar sözlər: “yeni çıxarışın, yeni ünvanın, texniki pasportun verilməsi”) Bakı şəhəri 28 noyabr 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X5 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6467/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mövsüm Bəydəmirov küçəsi, sahəsi 0.0539 ha olan torpaq sahəsində yerləşən 70 saylı 306.40 kv.m-dən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X6 adına 1/6 hissədə xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, X3 adına 1/6 hissədə xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, X8 adına 1/6 hissədə xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, İddiaçı adına 1/6 hissə “A” tikilisi 2-ci mərtəbədən 2 otaq və bağlı eyvan (31.7 kv.m, 20.1 kv.m, 14.4 kv.m) xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, X1 adına 1/6 hissədə xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, X10 adına 1/6 hissə (ü/s-51.07 kv.m) xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mövsüm Bəydəmirov küçəsi, 70 saylı evə dair İddiaçı və başqalarının adına tərtib edilmiş **********24-10301 reyestr nömrəli texniki pasporta əsasən torpaq sahəsinin faktiki sahəsi 0.21527 ha, tikinti altı sahə 0.07905 ha, digər sahələr 0.13622 ha-dır.

3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olmuş 2(010)-155/2019 nömrəli mülki iş üzrə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 20664 nömrəli ekspert rəyinin tədqiqatın nəticəsi hissəsində qeyd edilmişdir ki, birinci və ikinci suallar üzrə rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Suraxanı rayonu, Bül- Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yerləşən, 70 saylı yaşayış evinin tikililərinin planlı yerləşməsini, faktiki olaraq yaşayış və yardımçı otaqların sayını, həmin tikililərə ayrı-ayrı giriş-çıxışın olduğunu, İddiaçı faktiki istifadəsində olan tikililərin ümumi sahəsinin onun 1/6 payına düşən sahəyə uyğun olduğunu nəzərə alaraq, İddiaçı faktiki istifadəsində olan tikililərə uyğun şəkildə tədqiq olunan evdən İddiaçı məxsus olan 1/6 hissənin İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq naturada ayrılması texniki cəhətdən mümkündür. Tədqiq olunan evdən İddiaçı 1/6 payına düşən hissəsinin ayrılma variantı yuxarıda və rəyə əlavə olunmuş planda ətraflı qeyd olunmuşdur.

4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 155/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, 70 saylı yaşayış evin İddiaçı adına olan 1/6 hissəsi və faktiki istifadəsində olan tikililər həmin evin digər mülkiyyətçilərinin payından hazırki işdəki ekspert rəyinə və rəyə əlavə edilmiş plan-sxemə uyğun olaraq naturada ayrılması, RX seriyalı ******* saylı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz əmlakın dövlət reyestri xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, 70 saylı yaşayış evinin İddiaçı məxsus 1/6 payı naturada ayrılaraq, yaşayış evinin “A” tikilisinin ikinci mərtəbəsində olan iki otaq və bağlı eyvan (31.7 kv.m, 20.1 kv m və 14.4, kv m) İddiaçı özünün sahibliyinə (mülkiyyətinə) və həmin yaşayış evinin qarşısında yerləşən, texniki pasporta əsasən X yarımtikilisinin də yerləşdiyi torpaq sahəsinin 359 kv.m hissəsinin isə İddiaçı istifadəsinə verilməsi qət edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5134/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə üçüncü şəxs AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-155/19 saylı, 04 fevral 2019-cu il tarixli qətnaməsinin onun apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılması qət edilmişdir.

6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, **********06 nömrəli məktubda bildirilmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin paylı şəkildə olduğundan ayrıca hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2022- ci il tarixli ********** nömrəli müraciətinizə baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildirilir ki, qeyd olunan fərdi yaşayış evinin sizə məxsus hissəsi ilə digər payçılara məxsus hissələr bir dam altında yerləşir. Nəzərinizə çatdırılır ki, fərdi yaşayış evi vahid konstruktiv yükgötürən divarlara malik olmaqla vahid dam örtüyündən ibarətdir. Konstruktiv cəhətdən vahid olan bina iki əsas tikiliyə bölünə bilinmədiyindən müraciətinizdə qaldırılan məsələnin həlli mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.6-cı maddəsinə əsasən əşyalar bölünər və bölünməz ola bilər. Təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, 70 saylı yaşayış evinə dair onun adına olan (********** qeydiyyat nömrəsi ilə qeydə alınmış) Dövlət Reyestrindən çıxarışdan digər mülkiyyətçilərin adlarının çıxarılması, çıxarışda - “Daşınmaz əmlakın ümumi sahəsi (kvadratmetrlə)” qrafasında daşınmaz əmlakın ümumi sahəsinin 66,2 kv.m göstərilməsi, “torpaq sahəsinin (ölçüsü, hektarla)” qrafasında torpaq sahəsinin ölçüsünün 359 kv.m göstərilməsi, naturada ayrılaraq onun xüsusi mülkiyyətinə verilmiş həmin evə yeni ünvan verilməsi, qeyd edilən ev və torpaq sahəsi barədə göstərilən məlumatlar nəzərə alınmaqla onun adına yeni texniki pasport tərtib edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-155/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, 70 saylı yaşayış evin iddiaçının adına olan 1/6 hissəsi və faktiki istifadəsində olan tikililər həmin evin digər mülkiyyətçilərinin payından hazırkı işdəki ekspert rəyinə və rəyə əlavə edilmiş plansxemə uyğun olaraq naturada ayrılması, RX seriyalı ******* saylı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, 70 saylı yaşayış evinin iddiaçıya məxsus 1/6 payı naturada ayrılaraq, yaşayış evinin “A” tikilisinin ikinci mərtəbəsində olan iki otaq və bağlı eyvan (31.7 kv.m, 20.1 kv m və 14.4 kv.m) iddiaçının özünün sahibliyinə (mülkiyyətinə) və həmin yaşayış evinin qarşısında yerləşən, texniki pasporta əsasən X yarımtikilisinin də yerləşdiyi torpaq sahəsinin 359 kv.m hissəsinin isə onun istifadəsinə verilməsi qət edilmişdir. Həmin qətnamə icraya yönəldilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həmin qətnamə icra edilmiş, lakin yeni çıxarış verilən zaman digər mülkiyyətçilərin də adları həmin çıxarışda göstərilmiş, torpaq sahəsinin ölçüsü isə düzgün göstərilməmişdir. Belə ki, qeyd edilən paylı mülkiyyətdə olan daşınmaz əmlak artıq məhkəmə qətnaməsinə əsasən naturada ayrıldığına görə həmin əmlaka dair verilən çıxarışda da digər mülkiyyətçilərin adları göstərilməməli, çıxarışda qətnamədə göstərilən məlumatlar öz əksini tapmalı və həmin evə dair texniki pasportda yalnız evin naturada ayrılmış hissəsi göstərilməli idi. Ona görə də iddiaçı cavabdehə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, 70 saylı yaşayış evinə dair onun adına olan (********** qeydiyyat nömrəsi ilə qeydə alınmış) çıxarışdan digər mülkiyyətçilərin adlarının çıxarılmasını, çıxarışda - “Daşınmaz əmlakın ümumi sahəsi (kvadratmetrlə)” qrafasında daşınmaz əmlakın ümumi sahəsinin 66,2 kv.m göstərilməsini, “torpaq sahəsinin (ölçüsü, hektarla)” qrafasında torpaq sahəsinin ölçüsünün 359 kv.m göstərilməsini, naturada ayrılaraq onun xüsusi mülkiyyətinə verilmiş həmin evə yeni ünvan verilməsini, qeyd edilən ev və torpaq sahəsi barədə göstərilən məlumatlar nəzərə alınmaqla onun adına yeni texniki pasport tərtib edilməsini xahiş etmişdir. Cavabdeh isə onun müraciətindən imtina etrmiş, ərizəsinə cavab olaraq bildirilmişdir ki, “konstruktiv cəhətdən vahid olan bina iki əsas tikiliyə bölünə bilmədiyindən müraciətinizdə qaldırılan məsələ mümkün olmamışdır”. Artıq cavabdehin konstruktiv cəhətdən vahid olan bina kimi istinad etdiyi fərdi yaşayış evinin naturada ayrılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur və həmin qətnamədə naturada ayrılaraq iddiaçının mülkiyyətinə verilməli olan yaşayış sahəsinin ölçüsü və hissəsi və istifadəsinə verilməli olan torpaq sahəsinin ölçüsü və yeri dəqiq göstərilmişdir. Belə ki, həmin qətnamə ilə təsdiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 20664 saylı rəyindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yerləşən 70 saylı yaşayış evinin tikililərinin planlı yerləşməsini, faktiki olaraq yaşayış və yardımçı otaqların sayını, həmin tikililərə ayrı-ayrı giriş-çıxışın olduğunu, İddiaçı faktiki istifadəsində olan tikililərin ümumi sahəsinin onun 1/6 payına düşən sahəyə uyğun olduğunu nəzərə alaraq, İddiaçı faktiki istifadəsində olan tikililərə uyğun şəkildə tədqiq olunan evdən İddiaçı məxsus olan 1/6 hissənin İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyənin tələblərinə uyğun olaraq naturada ayrılması texniki cəhətdən mümkündür. Tədqiq olunan evdən İddiaçı 1/6 payına düşən hissənin ayrılma variantı rəyə əlavə olunmuş planda ətraflı qeyd olunmuşdur. Bu baxımdan cavabdeh Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-155/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin icrası ilə əlaqədar verdiyi çıxarışda artıq tələb olunan məlumatları dəqiq göstərməli idi. Göründüyü kimi cavabdeh öz səlahiyyətlərinə aid olan hərəkətləri etməkdən imtina edir. Bu səbəbdən məhkəmə qətnaməsi ilə naturada ayrılaraq iddiaçının mülkiyyətinə verilən yaşayış sahəsindən və onun istifadəsinə verilən torpaq sahəsindən o, öz iradəsinə uyğun istifadə etmək, həmin əmlak üzərində sərəncam vermək hüququndan məhrum olmuşdur. Ona görə də belə hesab edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, 70 saylı yaşayış evinə dair onun adına olan (********** qeydiyyat nömrəsi ilə qeydə alınmış) çıxarışdan digər mülkiyyətçilərin adlarının çıxarılması, çıxarışda - “Daşınmaz əmlakın ümumi sahəsi (kvadratmetrlə)” qrafasında daşınmaz əmlakın ümumi sahəsinin 66,2 kv.m göstərilməsi, “torpaq sahəsinin (ölçüsü, hektarla)” qrafasında torpaq sahəsinin ölçüsünün 359 kv.m göstərilməsi, naturada ayrılaraq onun xüsusi mülkiyyətinə verilmiş həmin evə yeni ünvan verilməsi, qeyd edilən ev və torpaq sahəsi barədə göstərilən məlumatlar nəzərə alınmaqla onun adına yeni texniki pasport tərtib edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6467/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə X11, X7, X12, X4 və X15 İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “dövlət reyestrindən verilmiş çıxarışa düzəliş edilməsi və yeni ünvanın, yeni texniki pasportun verilməsi” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6467/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə X1 üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmiş, X16 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.

11. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, qeyd olunan fərdi yaşayış evinin iddiaçıya məxsus hissəsi ilə digər payçılara məxsus hissələr bir dam altında yerləşir. Həmçinin fərdi yaşayış evi vahid konstruktiv yükgötürən divarlara malik olmaqla vahid dam örtüyündən ibarətdir. Konstruktiv cəhətdən vahid olan bina iki əsas tikiliyə bölünə bilinmədiyindən qaldırılan məsələnin həlli mümkün olmamış və bu barədə iddiaçıya **********06 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Həmçinin bildirilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, 70 saylı fərdi yaşayış evinin 1/6 hissəsi X8, 1/6 hissəsi X6, 1/6 hissəsi X3, 1/6 hissə “A” tikilisi 2-ci mərtəbədən 2 otaq və bağlı eyvan (31,7 kv.m, 20,1 kv.m və 14,4 kv.m) İddiaçı, 1/6 hissəsi X1 və 1/6 hissə (ü/s-51,07 kv.m) isə X10 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Müvafiq daşınmaz əmlaka yerli baxış zamanı məlum olmuşdur ki, “A” tikilisinin 1-ci mərtəbəsi digər mülkiyyətçinin, 2-ci mərtəbəsi isə iddiaçının mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.6-cı maddəsinə əsasən əşyalar bölünər və bölünməz ola bilər. Təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması və pul kompensasiyasının (dəyərinin) ödənilməsi qaydasında həyata keçirilə bilər. Əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra - razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 13-cü maddəsinə əsasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli 2(102)-6354/2021 saylı qərarında göstərilmişdir ki, payın naturada ayrılması texniki cəhətdən mümkün olmalıdır. Bu o deməkdir ki, ümumi mülkiyyətdə olan daşınmaz əşyadan, məsələn fərdi yaşayış evindən paya uyğun həcmdə ayrılan hissə, özünün müstəqil girişi, köməkçi (sanitar qovşağı, mətbəx və s.) və yaşayış sahələri ilə ayrıca əşya vəziyyətinə gəlməlidir. Başqa sözlə, paya uyğun hissə təyinatı üzrə ayrıca yaşayış sahəsi kimi ayrılarsa, müstəqil əşya olaraq daşınmaz əmlakın dövlət reyestrində reyestrdə qeydə alına bilər. Bunun üçün aydın bir bölgü planının da tərtiblənməsi zəruridir. Əks halda payın naturada ayrılması tələbi təmin oluna bilməz. O da nəzərə alınmalıdır ki, fərdi yaşayış evinə artırılmış özbaşına tikililərin daşınmaz əşyanın dövlət reyestrində qeydiyyatdan keçmədiyi üçün bölgüdə nəzərə alınması və ya onlar üzərində sərəncam verilməsi mümkün deyil. Ayrılmanın texniki cəhətdən mümkün olub-olmaması isə bu sahədə ixtisaslı şəxslərin (ekspertin) rəyi ilə müəyyən oluna bilər. “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi” Qaydalarının 3.2-ci bəndinə əsasən daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; 3.2.2. qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; 3.2.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda; 3.2.4. daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda; 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; 3.2.6. daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda. 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddələrini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.

12. Üçüncü şəxslərin iddiaya dair yazılı münasibətləri məhkəməyə təqdim edilməmişdir.

13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6467/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

14. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, 70 saylı fərdi yaşayış evinin İddiaçı aid hissəsinin “A” tikilisinin ikinci mərtəbəsində olan iki otaq və bağlı eyvan 31.7 kv.m, 20.1 kv.m və 14.4, kv.m olmaqla cəmi 66.2 kv.m hissəninin mülkiyyətində, həmin yaşayış evinin qarşısında yerləşən, texniki pasporta əsasən X yarımtikilisinin də yerləşdiyi torpaq sahəsinin 359 kv.m hissəsinin istifadəsində qalması qət edilmişdir. Cavabdehin özünün də iştirakçısı olduğu mülki məhkəmə icraatında hüquqi qiymət verilmiş iddiaçıya aid hissənin naturada ayrılmasının mümkün olmaması kimi məsələlərə yenidən inzibati məhkəmə icraatında imtina əsası və ya etirazın dəlili kimi irəli sürülməsi yolverilməzdir. Beləliklə, iddiaçının payının naturada ayrılması texniki cəhətdən mümkün hesab olunmuş, belə olan halda paya uyğun hissə təyinatı üzrə ayrıca yaşayış sahəsi kimi ayrılmış olduğundan müstəqil əşya olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alına bilər.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

15. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6467/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı müvafiq tələblə xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Ərazi idarəsinə müraciət etmişdir.Aparılan ətraflı araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan fərdi yaşayış evinin iddiaçıya məxsus hissəsi ilə digər payçılara məxsus hissələr bir dam altında yerləşir.Həmçinin fərdi yaşayış evi vahid konstruktiv yükgötürən divarlara%malik olmaqla vahid dam örtüyündən ibarətdir. Belə ki, İdarənin mütəxəssisləri tərəfindən müvafiq daşınmaz əmlaka keçirilmiş yerli baxış zamanı məlum olmuşdur ki, fərdi yaşayış evinin “A” tikilisinin 1-ci mərtəbəsi digər mülkiyyətçinin, 2-ci mərtəbəsi isə iddiaçının mülkiyyətindədir. İddiaçı tərəfindən fərdi yaşayış evindəki payına ayrıca yeni çıxarışın və texniki pasportun tərtib edilməsi və yeni ünvan verilməsi iddia edilsə də, onun payı “A” tikilisinin 2-ci mərtəbəsində yerləşdiyindən və heç bir torpaq sahəsinə bağlı olmadığından müraciətin icrası tərəfimizdən mümkün deyildir. Belə ki, torpaq sahəsi (**********24) üzərində yerləşən fərdi yaşayış evi (**********24-10301) ilə birlikdə vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçir. Lakin iddiaçıya məxsus hissə fərdi yaşayış evinin 2-ci mərtəbəsində yerləşdiyindən, yəni birbaşa torpaqla bağlı olmadığından vahid daşınmaz əmlak kimi qeydiyyata alınaraq ayrıca çıxarışın verilməsi mümkün deyildir. Bununla bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsində qeyd edilmişdir ki, üzərində hüquqları qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır.Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-5354/2021 saylı xx.xx.2021-ci il tarixli məhkəmə qərarının 39-cu bəndində qeyd edilir: “...payın naturada ayrılması texniki cəhətdən mümkün olmalıdır. Bu o deməkdir ki, ümumi mülkiyyətdə olan daşınmaz əşyadan, məsələn fərdi yaşayış evindən paya uyğun həcmdə ayrılan hissə, özünün müstəqil girişi, köməkçi (sanitar qovşağı, mətbəx və s.) və yaşayış sahələri ilə ayrıca əşya vəziyyətinə gəlməlidir. Başqa sözlə, paya uyğun hissə təyinatı üzrə ayrıca yaşayış sahəsi kimi ayrılarsa, müstəqil əşya olaraq daşınmaz əmlakın dövlət reyestrində reyestrdə qeydə alına bilər. Bunun üçün aydın bir bölgü planının da tərtiblənməsi zəruridir. Əks halda payın naturada ayrılması tələbi təmin oluna bilməz. O da nəzərə alınmalıdır ki, fərdi yaşayış evinə artırılmış özbaşına tikililərin daşınmaz əşyanın dövlət reyestrində qeydiyyatdan keçmədiyi üçün bölgüdə nəzərə alınması və ya onlar üzərində sərəncam verilməsi mümkün deyil. Ayrılmanın texniki cəhətdən mümkün olub-olmaması isə bu sahədə ixtisaslı şəxslərin (ekspertin) rəyi ilə müəyyən oluna bilər”.Konstruktiv cəhətdən vahid olan bina iki əsas tikiliyə bölünə bilinmədiyindən və iddiaçının fərdi yaşayış evindəki payının torpaq sahəsi ilə birləşik olmamaqla ikinci mərtəbədə yerləşməsi səbəbilə mövcud müraciətdə qaldırılan məsələnin həlli mümkün olmamış və bu barədə iddiaçıya **********06 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Həmçinin bildirirlər ki, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, 70 saylı fərdi yaşayış evinin 1/6 hissəsi X8, 1/6 hissəsi X6, 1/6 hissəsi X3, 1/6 hissə “A” tikilisi 2-ci mərtəbədən 2 otaq və bağlı eyvan (31,7 kv.m, 20,1 kv.m və 14,4 kv.m) İddiaçı, 1/6 hissəsi X1 və 1/6 hissə (ü/s-51,07 kv.m) isə X10 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir.

d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

e) Prosses iştirakçılarının izahatları

18. Məhkəmə Kollegiyasının əvvəlki iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

19. Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

20. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununu: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. ..... 13.7-ci maddəsində qeyd edilmişdir ki, üzərində hüquqları qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ....... 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.

21.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

220.1 və 220.2 və 220.3-cü maddəsinə maddələrinə görə paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir.Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər.

22. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin:

24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra - razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. 13-cü maddəsinə əsasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir.

23. “İnzibati icraat haqqında” Qanununun:

15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə görə, qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 24.1-ci maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

28. Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti aşağıdakılara görə əsaslıdır və təmin olunmalıdır.

29. Belə ki, işin hallarına görə İddiaçı müvafiq tələblə xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Ərazi idarəsinə müraciət etmişdir.Aparılan ətraflı araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan fərdi yaşayış evinin iddiaçıya məxsus hissəsi ilə digər payçılara məxsus hissələr bir dam altında yerləşir.Həmçinin fərdi yaşayış evi vahid konstruktiv yükgötürən divarlara malik olmaqla vahid dam örtüyündən ibarətdir.

30. Belə ki, cavabdeh İdarənin mütəxəssisləri tərəfindən müvafiq daşınmaz əmlaka keçirilmiş yerli baxış zamanı məlum olmuşdur ki, fərdi yaşayış evinin “A” tikilisinin 1ci mərtəbəsi digər mülkiyyətçinin, 2-ci mərtəbəsi isə iddiaçının mülkiyyətindədir.

31. İddiaçı tərəfindən fərdi yaşayış evindəki payına ayrıca yeni çıxarışın və texniki pasportun tərtib edilməsi və yeni ünvan verilməsi iddia edilsə də, onun payı “A” tikilisinin 2-ci mərtəbəsində yerləşdiyindən və heç bir torpaq sahəsinə bağlı olmadığından müraciətin təmin edilməsindən imtina edilmişdir.

32. Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur.Belə ki, işin araşdırılan hallarına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mövsüm Bəydəmirov küçəsi, sahəsi 0.0539 ha olan torpaq sahəsində yerləşən 70 saylı 306.40 kv.m-dən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X6 adına 1/6 hissədə xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, X3 adına 1/6 hissədə xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, X8 adına 1/6 hissədə xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, İddiaçı adına 1/6 hissə “A” tikilisi 2-ci mərtəbədən 2 otaq və bağlı eyvan (31.7 kv.m, 20.1 kv.m, 14.4 kv.m) xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, X1 adına 1/6 hissədə xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, X10 adına 1/6 hissə (ü/s- 51.07 kv.m) xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.

33. Həmçinin, həmin Çıxarışdan görünür ki, sahəsi 0.0539 ha olan torpaq sahəsinin mülkiyyət növü dövlət mülkiyyətində olan torpaq sahəsi olmaqla yaşayış məntəqələri torpaqlarına aiddir.

34. Hazırda iddiaçı qanun qüvvəsini almış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 155/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə istinad edərək həmin qətnamə ilə iddiaçının istifadəsində saxlanmış və texniki pasporta əsasən X yarımtikilisinin də yerləşdiyi torpaq sahəsinin 359 kv.m hissəsinə və fərdi yaşayış evindəki payına vahid əmlak olaraq ayrıca yeni çıxarışın və texniki pasportun tərtib edilməsi və yeni ünvan verilməsini iddia edir, baxmayaraq ki, iddiaçının payı “A” tikilisinin 2-ci mərtəbəsində yerləşdiyindən və heç bir torpaq sahəsinə bağlı olmadığından müraciətin təmin edilməsindən imtina edilmişdir.

35. Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin göstərilən imtinası əsaslıdır və iddianın təmin edilməsi ilə bağlı məhkəmənin qənaəti qanuni və əsaslı olmamışdır.

36. Məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına əsasən hesab edir ki, iddiaçıya məxsus hissə fərdi yaşayış evinin 2-ci mərtəbəsində yerləşdiyindən, yəni birbaşa torpaqla bağlı olmadığından vahid daşınmaz əmlak kimi qeydiyyata alınaraq ayrıca çıxarışın verilməsi mümkün deyildir.

37. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsində qeyd edilmişdir ki, üzərində hüquqları qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır.

38. Azərbaycan Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-5354/2021 saylı xx.xx.2021-ci il tarixli məhkəmə qərarının 39-cu bəndində qeyd edilir: “...payın naturada ayrılması texniki cəhətdən mümkün olmalıdır. Bu o deməkdir ki, ümumi mülkiyyətdə olan daşınmaz əşyadan, məsələn fərdi yaşayış evindən paya uyğun həcmdə ayrılan hissə, özünün müstəqil girişi, köməkçi (sanitar qovşağı, mətbəx və s.) və yaşayış sahələri ilə ayrıca əşya vəziyyətinə gəlməlidir. Başqa sözlə, paya uyğun hissə təyinatı üzrə ayrıca yaşayış sahəsi kimi ayrılarsa, müstəqil əşya olaraq daşınmaz əmlakın dövlət reyestrində reyestrdə qeydə alına bilər. Bunun üçün aydın bir bölgü planının da tərtiblənməsi zəruridir. Əks halda payın naturada ayrılması tələbi təmin oluna bilməz. O da nəzərə alınmalıdır ki, fərdi yaşayış evinə artırılmış özbaşına tikililərin daşınmaz əşyanın dövlət reyestrində qeydiyyatdan keçmədiyi üçün bölgüdə nəzərə alınması və ya onlar üzərində sərəncam verilməsi mümkün deyil. Ayrılmanın texniki cəhətdən mümkün olub-olmaması isə bu sahədə ixtisaslı şəxslərin (ekspertin) rəyi ilə müəyyən oluna bilər”.

39. Beləliklə, konstruktiv cəhətdən vahid olan bina iki əsas tikiliyə bölünə bilinmədiyindən və iddiaçının fərdi yaşayış evindəki payının torpaq sahəsi ilə birləşik olmamaqla ikinci mərtəbədə yerləşməsi səbəbilə iddia təmin edilə bilməz.

40. Həmçinin, məhkəmə Kollegiyası qeyd edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bül- Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, 70 saylı fərdi yaşayış evinin 1/6 hissəsi X8, 1/6 hissəsi X6, 1/6 hissəsi X3, 1/6 hissə “A” tikilisi 2-ci mərtəbədən 2 otaq və bağlı eyvan (31,7 kv.m, 20,1 kv.m və 14,4 kv.m) İddiaçı, 1/6 hissəsi X1 və 1/6 hissə (ü/s- 51,07 kv.m) isə X10 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir.

41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.6-cı maddəsinə əsasən əşyalar bölünər və bölünməz ola bilər. Təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır.

42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər.

43. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması və pul kompensasiyasının (dəyərinin) ödənilməsi qaydasında həyata keçirilə bilər. Əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir.

44. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir.

45. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz'zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi).

46. Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir.

47. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər.

48. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır.Otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 24.1-ci və 13-cü maddəsi.)

49. “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi” Qaydalarının 3.2-ci bəndinə əsasən daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; 3.2.2. qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; 3.2.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda; 3.2.4. daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda; 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; 3.2.6. daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda.

50. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş düzgün araşdırılmamış, yuxarıda qeyd olunan hallar və qanunvericiliyin tələbləri məhkəmə tərəfindən nəzərə alınmamış və nəticədə qanunsuz olaraq iddiaçinın iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir.

51. Göstərilənlərə əsasən, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6467/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6467/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qərarı ləğv olunsun. İddia rədd edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar