Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1668/2024 06.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhər Nəsimi rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X25 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X15 ibarət tərkibdə, X20-Yusiflinin katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili X2, 3-cü şəxs X8 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Nəsimi rayon Polis İdarəsinə (üçüncü şəxslər: X18 və X3) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-15709/2023 saylı 22 dekabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 06 mart 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Bakı şəhər Nəsimi rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X8 və X4 iddiaçının atasına məxsus olmuş və istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsində yerləşən 46/48 saylı evdən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15709/2023 saylı 22 dekabr 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilərək işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qəradadına əsasən mübahisəli evin iddiaçının mülkiyyətində olması və ya həmin evə dair hər hansı hüququnun olması işdə olan hər hansı sübutla təsdiq edilmir. İddiaçı evin onun mülkiyyətində olması barədə məhkəməyə sübut təqdim etməməklə yanaşı, işin hallarından aydın olur ki, iddiaçının özü də üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etdiyi həmin ünvanda deyil, başqa ünvanda qeydiyyatdadır. Üçüncü şəxslərin qeydiyyatda olduğu Bakı şəhəri Nəsimi rayonu M.Əlizadə küçəsində yerləşən 46/48 saylı özbaşına tikili olması işin mübahisəsiz halını təşkil edir. Həmin evə dair hüquq müəyyənedici sənədlərin olmaması, təqdim edilməməsi isə həmin evlə bağlı mübahisəyə məhkəmədə baxılmamasına əsas vermir. Məhkəmə əsassız olaraq hesab etmişdir ki, iddiaçı üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etdiyi ünvanda deyil, başqa ünvanda yəni ünvan 4üncü şəxslərin qeydiyyata alınması yalnız onun hüquqlarının pozulması ehtimalının yarandığı halda onların qeydiyyatının ləğvini tələb edə bilərdi. Məhkəmənin gəldiyi qənaətə görə, iş materiallarından onun belə səlahiyyətlərə malik olduğu görünmür. Halbuki Nəsimi Rayon Məhkəməsinin (X34) 2(006)-3058/2022 saylı xx.xx.2023 tarixli qərardadı ilə Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, ev 46/48 ünvanında yerləşən fərdi yaşayış evinin mübahisəli əmlakla hüquqi bağlılığı müəyyən edilmişdir. Məhkəmə həmin evlə bağlı mübahisənin onun maraqlarına və hüquqlarına toxunduğunu müəyyən edərək gəldiyi qərarı onunla əsaslandırmışdır ki, mübahisəli əmlak atasına məxsus olmuş və onun sözügedən əmlakda rəsmi qeydiyyatı var. Həmin iş üzrə məhkəmə qərarından göründüyü kimi, məhkəmə mübahisəli mənzilə dair subyektiv hüququn olmasını əmlakın atasına məxsus olması və mübahisəli əmlakda rəsmi qeydiyyatda olmağıyla şərtləndirir. Mübahisəli əmlakın atasına məxsus olması işin mübahisəsiz hallarından biridir. Mübahisəli əmlakda qeydiyyatda olmağı isə işin mübahisəli tərəfidir. Nəsimi rayon məhkəməsi qərar qəbul edərkən işi tam, hərtərəfli araşdıraraq müəyyən etmişdir ki, onun şəxsiyyət vəsiqəsində qeydiyyat ünvanı ünvan 5 olsa da hər iki ünvan eyni mənzili, eyni ünvanı ehtiva edir. Birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixdə ünvan 6ommunal təsərrüfat birliyinə sorğu göndərmiş, sorğuda M.Əlizadə ev 46/48 və ev 48 ünvanlarının eyni ünvan olub- olmaması barədə məlumat verilməsini istəmişdir. Lakin məhkəmə sorğunun cavabını almadan tələmtələsik və yanlış qərar qəbul etmişdir. Bu zaman ortaya haqlı bir sual çıxır. Göndərilmiş sorğunun cavabı işin obyektiv həlli üçün əsas ola bilərdimi? Əgər olardısa məhkəmə sorğunun cavabını nə üçün gözləməmiş və ya sorğunun cavabı əhəmiyyətsiz idisə niyə sorğu göndərilirdi. İşin faktiki halı və 59 saylı MKİ-in məhkəmə sorğusuna cavabı belədir ki, M.Əlizadə ev 46/48 və ev 48 saylı ünvanda eyni ünvan olmaqla mərhum X9 adına olmuş ümumi həyət evi, yaşayış evidir. Şəxsiyyət vəsiqəsində qeydiyyat ünvanı ünvan 7" kartlarında qeydiyyat ünvanının Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, ev 46/48 olduğu qeyd olunmuşdur. X19 isə onun atasıdır. Atasından qalmış miras kütləsindən onun pay almaq hüququ vardır. Vərəsəliyi faktiki olaraq qəbul etsə də, məhkəmə qaydasında "X7" almışdır. Mübahisəli fərdi yaşayış evi də miras kütləsinə daxildir, odur ki, həmin əmlaka dair hüquqları tanınmalıdır. İş üzrə üçüncü şəxslərin qeydiyyata alınması üçün əsas olmuş sənədlərin və ya məlumatların uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarının mövcud olmaması barədə məhkəmənin göstərdiyi dəlillə bağlı bildirir ki, Nəsimi rayon prokurorluğunun xx.xx.2023 tarixli qərarından göründüyü kimi, üçüncü şəxslərin qeydiyyata alınması üçün sənədlər saxtalaşdırılmış, vəzifəli şəxslər tərəfindən qanunsuz hərəkətlərə yol verilmişdir. Cinayət prosessual qanunvericiliyin 39.1.3cü maddəsinin tələbləri əsas götürülərək, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə cinayət üzrə icraata xitam verilmişdir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat" haqqında qanuna əsasən belə hallarda məhkəmənin qanunu qüvvəyə minmiş qərarı ilə şəxs (şəxslər) yaşadığı yer üzrə qeydiyyatdan çıxarılır. Prokurorluq tərəfindən hazırki iş üzrə üçüncü şəxslərin qeydiyyata alınmasında sənədlərin saxtalaşdırılması müəyyən olunmuş və o, qeyd olunan qanun pozuntusunu onun hüquqlarına toxunduğu üçün məhkəmədən həmin şəxslərin qeydiyyatdan çıxarılması üçün qərar qəbul etməsini tələb etmişdir. İradə Yusifovanın Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, ev 46 saylı evin 48 saylı mənzilinə köçürülməsinə dair Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(006)-3638/2010 saylı qətnaməsinə gəlincə həmin qətnaməyə əsasən iddiaçı X8 mənzilə köçürülməyə dair iddia tələbi təmin edilmiş, lakin qeydiyyatla bağlı tələbi rədd edilmişdir. Hesab edir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-l(112)-15709/2023 saylı qərardadı əsassız olduğu üçun ləğv olunmalı işə mahiyyəti üzrə baxılmalıdır. Apellyasiya şikayətinə etirazın dəlilləri Üçüncü şəxs X18 tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia edir ki, M.Əlizadə küçəsi 46/48 ünvan atasına məxsus olmuşdur və guya ki, o, sözügedən əmlaka rəsmi qeydiyyatdadır. M.Əlizadə 48 və M.Əlizadə 46/48 ünvan hər ikisi eyni mənzil olub, eyni ünvanı ehtiva edir. İddiaçı 2022-ci ildə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək atası X19 tərəfindən nəvəsi X23 verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçı iddiasını belə əsaslandırmışdır ki, atası İmamverdi Yusifovun hər hansı bir daşınar və daşınmaz əmlakı mövcud deyildir. Məhkəmə iş materiallarında olan xx.xx.2022-cİ il tarixli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı sorğusuna və xx.xx.2022-ci İl tarixli Məhkəmə sorğusuna cavab məktubuna istinad edərək, ünvan 10 ünvanda yerləşən daşınmaz əmlakın X9 adına qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməməsinə əsaslanaraq 2 (005)-3809/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianı təmin etmişdir. Bu hal qanuni qüvvəsini almış qətnamə ilə M.Əlizadə 46/48 ünvanda yerləşən yaşayış sahəsinin iddiaçının atasına məxsus olmasını inkar edir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(1 12)-5165/2021 saylı qərardadı ilə İddiaçı, X6 və onun oğlu X10 Nəsimi rayonu, M.Əlizadə küçəsi 46/48 saylı evdən qeydiyyatdan çıxarılması Öhdəliyinin Nəsimi RPİ-nin üzərinə qoyulması barədə İddiaçı həmin iddianı qaldırması üçün subyektiv hüquqa malik olmaması qənaəti ilə iddia təmin edilməmişdir. İnzibati Məhkəmə İddiaçı məhkəməyə təqdim etdiyi 59 saylı MKİS tərəfindən verilmiş arayışa münasibət bildirərək "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yerinin yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edildiyini, şəxsin yaşayış yeri üzrə qeydiyyata alan orqanın Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi olması göstərilmişdir. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Bakı şəhəri, Nəsimi RPİ-nə qarşı ''İddiaçının yaşayış yerinin şəxsiyyət vəsiqəsində dəyişdirilməsinə dair iddia qaldıraraq, ona verilmiş şəxsiyyət vəsiqəsində onun yaşayış ünvanının M.Əlizadə küçəsi 48 deyil, M.Əlizdə küçəsi ev 46/48 olması tələbi Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-9989 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 2544/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə qüvvəsində saxlanılmışdır. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə İddiaçı M.Əlizadə 48 ünvana qeydiyyatda olması mübahisəsiz haldır. İddiaçı iddiasına görə M.Əlizadə 48 və M.Əlizadə 46/48 ünvanları eyni mənzil olub, eyni ünvan ehtiva edir. Yəni Yusifov demək istəyir ki, özünün çoxsaylı ailə üzvləri və özü İradə Yusifova və onun oğlu Əliəkbər Yusifov ilə bir mənzilin içərisində yaşayırlar. İddiaçının özünün də apellyasiya şikayətində qeyd etdiyi kimi, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli 2 (006)-3638/2010 saylı qətnaməsi ilə iddiaçı X6 cavabdeh X13 və X11 qarşı iddia tələbi təmin edilmiş, İradə Yusifova cavabdehlərə münasibətdə yaşadığı ünvan 10 mənzilə köçürülməsi qət edilmişdir. Bu qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli qətnaməsi ilə, sonuncu isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29.06.201 1ci il tarixli, 2(102)-1902/11 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, həmin mülki işdə İddiaçı nə cavabdeh qismində, nə də ki, maraqlı şəxs qismində iştirak etməyib. Həmin məhkəmə çəkişmələrinə münasibət bildirməyə belə maraq göstərməyib. Yəqin ki, həmin mənzildə yaşamış olsa idi, qeydiyyat ünvanı həmin M.Əlizadə 46/48 olmuş olsa idi, İradə Yusifovanın həmin evə köçürülməsinə reaksiya verərdi. Bu hal İddiaçı heç də səmimi olmadığını göstərir. İradə Yusifovanın köçürülmüş olduğu mənzil onun yaşayış yeridir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaxcaıı Respublikası qanununun 5-ci maddəsinin 2-ci bəndinə əsasən vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması üçün əsas verən sənəd (dövlət reyestrindən çıxarış, order, İcarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi müəyyənləşdirilmişdir. Həmin yaşayış yeri özbaşına tikilidir. Bu səbəbdən order və ya dövlət reyestrindən çıxarışdan söhbət gedə bilməz. O cümlədən mərhum İmamverdi Yusifovun həmin yaşayış sahəsi barədə sərəncam vermək hüququ da olmayıb. O baxımdan həmin yaşayış yerinə qeydiyyata düşmək üçün əsas olmuş sənəd, qanunvericilikdə nəzərdə tutulmuş başqa sənəd ifadəsini ehtiva edən evə köçürülməyə dair qanuni qüvvəyə minmiş Məhkəmə aktı olub. Nəsimi Rayon Məhkəməsinin 2 (006)-88/2023 saylı mülki iş üzrə aparılmış 03 mart 2023-cü il tarixli 10/783 saylı ekspert rəyinə görə İddiaçı yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi ev 48 ünvanı X6 yaşadığı, Bakı şəhəri,Nəsimi rayonu, M.Əlizadə 46/48 ünvanı ilə üst-üstə düşmədiyi, aparılmış ölçü işləri nəticəsində İddiaçı yaşadığı ev ilə X6 yaşadığı ev arasında 52.0 metr məsafə olduğu müəyyən edilmişdir. Göründüyü kimi, İddiaçı istinad etdiyi 59 saylı MKİS-nin arayışları təhrif olunmuş, həqiqətə uyğun olmayan məlumatlardır. İddiaçı istinad eydiyi Nəsimi Rayon Məhkəməsinin (X34) 2(006)-3058/2022 saylı xx.xx.2023-cü il tarixli “mübahisəli əmlakla hüquqi bağlılığı müəyyən edilən” qərardadla İddiaçı Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 3058/2022 saylı qətnaməsindən verilmiş olan apellyasiya şikayəti buraxılmış müddətin bərpasından imtina edilərək ona geri qaytarılmışdır. İddiaçının diqqətinə çatdırır ki, qərardadın qətnamədən fərqi işi mahiyyəti üzrə həll etməməsindən ibarətdir. Bu səbəbdən də bu və ya digər halın, faktın preyudisiallığı yalnız qanuni qüvvəyə minmiş Qətnamə ilə müəyyən edilə bilər. İddiaçı bir azda irəli gedərək M.Əlizadə küçəsi ev 46/48 ünvanda yerləşən özbaşına tikilinin miras kütləsinə daxil olduğunu, həmin özbaşına tikiliyə dair hüquqlarının tanınmalı olması qənaətindədir. Yuxarıda qeyd edildiyi kimi, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilib ki, İddiaçı mərhum atası İmamverdi Yusifovun hər hansı bir daşınmaz əmlakı mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1 151.1-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu daxildir. İddiaçı Nəsimi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(006)- 3638/2010 saylı qətnaməsi ilə İradə Yusifovanın M.Əlizadə 46/48 saylı ünvana köçürüldüyünü, lakin qeydiyyatla bağlı tələbinin təmin edilmədiyini bildirir. Hazırda barəsində mübahisə edilən mənzilin yerləşdiyi ərazidə pilot layihə üzrə söküntülərin başa çatdığı ərəfədə şübhə yoxdur ki, iddiaçının niyyəti özünə məxsus olmayan yaşayış sahəsi üzrə mənfəət əldə etməsi məqsədi güdür. Tərəflərin izahatları İddiaçı və onun nümayəndəsi və vəkili X5 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək, onların məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişlər. 3-cü şəxs X18 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclası barədə cavabdeh inzibari orqan və digər 3-cü şəxs X3 lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. İş üzrə cavabdeh Nəsimi Rayon Polis İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, işə onların iştirakı olmadan baxılmasına etiraz etmirlər. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə həmin şəxsin iştirakı olmadan baxılmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Nəsimi Rayon Polis İdarəsinin nümayəndəsinin və digər 3-cü şəxs X2 iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Nəsimi Rayon Polis İdarəsinə qarşı tələbi “X8 və X4 iddiaçının atasına məxsus olmuş və istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsində yerləşən 46/48 saylı evdən qeydiyyatdan çıxarılması” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə “mübahisəli əmlakın özbaşına tikili olması və iddiaçının iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmaması”na istinad edərək hazırki iddia tələbini mümkün saymamışdır. Məhkəmə kollegiyası işə birinci instansiya qaydasında baxmış məhkəmənin iddianın mümkün sayılmaması ilə bağlı mövqeyi ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İş materiallarında olan iddiaçıya məxsus 02182502 nömrəli xx.xx.2005-ci il tarixli və 16082591 nömrəli xx.xx.2016-cı il tarixli şəxsiyyət vəsiqəsi məlumatlarından aydın olur ki, o, Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, ev 48 ünvanında qeydiyyatdadır. 59 nömrəli MKİS tərəfindən verilən arayışdan da görünür ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, ev 46/48 ünvanında yaşayır. Eyni zamanda 59 nömrəli MKİS tərəfindən verilən arayışdan görünür ki, X18 Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, ev 46 ünvanında yaşayır. X18 Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, ev 46/48 ünvanında qeydiyyatdadır. Hazırki işdə mübahisəli əmlakın özbaşına tikili olması mübahisəsizdir. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi 3-cü şəxslərin qeydiyyatda olduqları ünvana subyektiv hüququ mövcuddurmu? İş materiallarında olan Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-3036/2009 saylı xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən iddiaçı X8 iddiası təmin edilərək, onun Bakı şəhəri, M.Əlizadə küçəsi, 48 saylı evə hüququ tanınmışdır. Lakin həmin qətnamədən cavabdeh X9 (hazırki işdəki iddiaçının mərhum atasının) verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin 2(103)-694/210 saylı 03 mart 2010-cu il tarixli qətnaməsinə əsasən Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-3036/2009 saylı xx.xx.2009-cu il tarixli qətnaməsi ləğv edilərək, iddiaçı X8 iddiası təmin olunmamış və həmin evə qeydiyyata alınmasına dair tələbinə məhkəmədə baxılmalı olmadığına görə qərardad çıxarılmaqla xitam verilmişdir. Həmin qətnamədən X8 verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2390/10 saylı xx.xx.2010-cu il tarixli qərarı ilə təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 694/210 saylı 03 mart 2010-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa iddiaçı X8 cavabdeh X13 və X11 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-3683/2010 saylı xx.xx.2010-cu il tarixli qətnaməsi ilə təmin edilmiş və İradə Yusifovanın cavadehlərə münasibətdə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, ev 46 saylı evin 48 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki kolegiyasının 2(103)-364/10 saylı xx.xx.2011-ci il tarixli qətnaməsi ilə, sonuncu qətnamə isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1902/11 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı X18 cavabdeh X23 qarşı “yaşayış sahəsinə daxil olmağa qarşı yaradılmış maneənin aradan qaldırılması və həmin yaşayış sahəsinə köçürülmə” tələbi ilə məhkəməyə müraciət etmiş, onun iddiası Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 3058/2022 saylı xx.xx.2022-ciil tarixli qətnaməsi ilə təmin edilərək, Bakı şəhəri, nəsimi raynu, M.Əlizadə küçəsi 46/48 saylı evin (alt qatı) birinci mərtəbəsində yerləşən, M.Əlizadə 46/48 ünvana daxil olmaq üçün cavabdeh X26 tərəfindən yaradılmış maneənin aradan qaldırılması və iddiaçı X6 ünvan 19 saylı evə köçürülməsi qət edilmişdir. Beləliklə, iş materiallarından görünür ki, İddiaçı pasport qeydiyyatı Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi ev 48, 3-cü şəxs X6 pasport qeydiyyatı isə ünvan 14 ünvan göstəricilərinin fərqli olmasına baxmayaraq söhbət faktiki olaraq eyni daşınmaz əmlakdan gedir. Həm iddiaçının, həm də 3-cü şəxslərin pasport qeydiyyatında olduqları ünvan göstəriciləri ilə bağlı iş materiallarında kifayət qədər sübutlar var. Onlardan biri də DİN-nin BPQMİ-nin MAPS şöbəsinin verdiyi arayışlardır (cild İ, i.v. 100-101). Hazırki işdə 3-cü şəxs iddiaçının pasport qeydiyyatında olduğu ünvandakı (ünvan 15 gəlin köçdüyü və hazırda da yaşadığı ev olmadığını, ünvanların fərqli olduğunu bildirsə də, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, yuxarıda sadalanan mülki məhkəmə qətnamələrinə əsasən X6 gəlin köçdüyü ev qaynatası X13 məxsus olmuş, həmin evin ünvanı əvvəllər ünvan 16şdirilərək, ünvan 17 apellyasiya baxışı zamanı iddiaçı tərəfin təqdim etdiyi onun müraciətinə cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, xx.xx.1938-ci il təvəllüdlü X12 xx.xx.1972-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi ev 48-də, xx.xx.2005-ci il tarixdən Nəimi rayonu, M.Əlizadə küçəsi ev 46/48 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuş, xx.xx.2013-cü il tarixdə şəxsiyyət vəsiqəsi ölüm səbəbi ilə deaktivləşdirilmişdir; xx.xx.1963-cü il təvəllüdlü X16 xx.xx.1983-cü il tarixdən Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi ev 48 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuş, xx.xx.2015-ci il tarixdən şəxsiyyət vəsiqəsi ölüm səbəbi ilə deaktivləşdirilmişdir; 1932-ci il təvəllüdlü X19 (hazırki işdəki iddiaçının atası) xx.xx.1958-ci ildən xx.xx.2005-ci il tarixədək Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, ev 46-da, xx.xx.2005-ci ildən ünvan 18 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuş, xx.xx.2020-ci il tarixdə şəxsiyyət vəsiqəsi ölüm səbəbi ilə deaktivləşdirilmişdir. İşdə olan X1 deaktivləşdirilmiş AZE 04002338 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən (cild İ, i.v. 103) görünür ki, həmin şəxsə sonuncu dəfə xx.xx.2005-ci il tarixdə şəxsiyyət vəsiqəsi verilərkən onun yaşayış yeri kimi “Bakı şəhəri, M.Əlizadə küçəsi 46/48” göstərilmişdir. Bununla yanaşı, iddiaçı qismində X17 onun “mənzilə istifadə hüququnun tanınması” barədə hələ 2009-cu ildə iddia qaldırarkən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3036/2009 saylı xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən iddiaçı X8 iddiası təmin edilərək, onun tələb etdiyi Bakı şəhəri, M.Əlizadə küçəsi, 48 saylı evə hüququ tanınmışdır. Lakin sonradan həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-694/210 saylı 03 mart 2010-cu il tarixli qətnaməsi ilə ləğv edilərək, iddiası rədd edilmişdir. Həmin qətnamədə göstərilmişdi ki, ünvan 19 ünvandakı evin kirayəşini X14r və onun ailə tərkibi 15 nəfər olmaqla yanaşı həmin ünvanda qeydiyyatdadırlar. Həmçinin sözügedən məhkəmə qətnaməsində göstərilmişdi ki, iddiaçı İradə Yusifova cavabdeh X16 ilə 1987-ci ildə ailə həyatı qurduğu vaxtdan qaynatası X9 yaşadığı mübahisəli evə gəlin köçmüşdür. Həmin qətnamə çıxarılan zaman iddiaçı İradə Yusifovanın AZE 00426647 seriyalı şəxsiyyət vəsiqəsinin məlumatına görə o, Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi ev 46 ünvanında qeydiyyatda olmuşdur. İşdə olan X6 adına olan fərdi uçot kartlarının təsdiq olunmuş surətlərinə görə, onun pasport qeydiyyatı əvvəllər Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi 46 ünvanına olsa da, xx.xx.2010-cu il tarixdən onun qeydiyyatı Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi ev 46/48 ünvanına olmuşdur. Bu fakt işdə olan Azərbaycan Respublikası DİN Baş Pasport Qeydiyyatı və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubunda da öz əksini tapmışdır. İşin apellyasiya baxışı zamanı iddiaçı tərəfindən təqdim olunmuş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçı X18 Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46/48 ünvanına yaşayış yeri üzrə qeydiyyata 2010-cu il tarixdən alınmışdır. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi 3-cü şəxslərin qeydiyyatda olduqları evin ünvan göstəricisi ünvan 20 ünvan göstəricisi isə ünvan 21östəricisindəki ev faktiki olaraq eyni daşınmaz əmlak olmaqla yanaşı, iddiaçının həmin evə subyektiv hüququ mövcuddur. Kollegiya onu da nəzərə alır ki, iddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixi Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X9 vərəsəsi İddiaçıdur və o, miras əmlakdan 1/5 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak buraxılış ili 1960-cı il olan QAZ 21 minik markalı 10HU864 dövlət nömrə nişanlı nəqliyyat vasitəsidir. Bununla da aparılan məhkəmə araşdırmaları onu deməyə əsas verir ki, İddiaçı hazırki iddianı qaldırmaqda subyektiv hüququnun olmaması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Lakin buna baxmayaraq işə birinci instansiya qaydasında baxan məhkəmə yuxarıda qeyd olunanları araşdırmamış və nəticədə tez-tələsik qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci maddəsinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, sübutların əhəmiyyətli sayda və ya geniş həcmdə araşdırılmaması anlayışı işin həcminə və predmetinə görə fərqlilik göstərdiyindən, bir iş üçün əhəmiyyət kəsb edən sübut sayı digəri ilə müqayisədə az yaxud çox ola bilər. Bu baxımdan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin 2-1(112)-15709/2023 saylı 22 dekabr 2023-cü il tarixli qərardadı ləğv edilməli və iş bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla zəruri prosessual hərəkətlərin edilməsi məqsədilə həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15709/2023 saylı 22 dekabr 2023-cü il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1668/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1668/2024
06.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver