Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1669/2020 20.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı (xx.xx.1957-ci il tarixdə Lerik rayonunda anadan olmuş, Bakı şəh., Ələt qəs., hər.şəh. 1, ev 11, mənzil 25 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X6 üzrə Mərkəzi Filialı) qarşı “pensiyanın yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin birdəfəyə ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)- 4124/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı xx xxxx 2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı ona yaşa görə təyin edilmiş pensiyanın yenidən hesablanması, 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsinə hesablanmış müvafiq təminat xərcliyinin artım məbləğinin əvvəlki qaydada hər il üçün 3 % miqdarında hesablanması və keçmiş müddət üçün alınmamış pensiya məbləğinin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1992-ci ilin avqust ayının 26-dan 2012-ci ilin 02 aprel tarixinə kimi hərbi xidmətdə zabit olmuşdur. 1992-1994-cü illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Ələt Hərbi Hospitalında xidmət etmişdir. Həmin dövrdə xidməti vəzifəsini Qarabağda döyüş bölgələrində yerinə yetirmişdir. 1994-cü ilin mart ayından xidmətini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Hospitalında davam etdirmişdir. Qarabağ müharibəsi veteranıdır. 2012-ci ilin aprel ayında mayor rütbəsində ehtiyata buraxılmışdır. Hərbi xidmətdən ehtiyata buraxılarkən, təqvim hesablama ilə xidmət müddəti 20 il 3 ay 28 gün, imtiyazlı hesablama ilə isə 29 il 6 ay 20 gün təşkil edir. O, təqaüdə çıxarkən qüvvədə olan Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyalarına əlavələr təminat xərclərindən sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 20.14.1-ci maddəsinə əsasən yaşa görə hərbi xidmətən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında əlavə olunmaqla ödənilir. Həmin Maddənin tələblərinə müvafiq olaraq ona yaşa görə təqaüdə çıxdığı üçün 20 təqvim ili üçün müvafiq təminat xərcliyinin 55 %-i, 20 ildən yuxarı hərbi xidmətinin hər ili üçün müvafiq təminat xərcliyinin 3 %-i miqdarında əlavə olunmaqla pensiya təyin olunmuşdur. Bu səbəbdən və qanunun tələbləri nəzərə alınmaqla ona 20 təqvim ili üçün müvafiq təminat xərcliyinin 55 %-i, 20 ildən yuxarı hərbi xidmətinin 9 il olduğuna əsasən 27 % (9 ⃰ 3=27), təminat xərcliyinin artım hissəsinə tətbiq olunan faiz dərəcəsi 82 % olmaqla yaşa görə pensiya təyin edilmişdir. Ancaq sonradan Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018-ci il tarixli, 142 nörməli Fərmanı ilə təsdiq edilmiş “2017-ci ilin iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”na istinad edilməklə 20 ildən artıq xidmət müddəti üçün (9 il) müvafiq təminat xərcliyi 3 %-dən 2 %-ə endirilmişdir. Yəni 27 %-dən 18 %-ə endirilmişdir. Bu səbəbdən də, aldığı pensiya məbləği azalmışdır. O, bu məsələyə aydınlıq gətirilməsi üçün cavabdehə müraciət etmiş, ancaq cavabdeh tərəfindən verilən cavab onu qane etmir. Çünki, ona pensiya 2012-ci ildə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq təyin olunub. O cümlədən bildirir ki, xx xxxx 2019-cu il tarixdən xx xxxxxxxx 2019-cu il tarixə kimi ona hər ay 932.99 manat pensiya ödənilməli olduğu halda, o, yalnız həmin məbləğdə pensiyanı 2019-cu ilin avqust ayında 1 dəfə almışdır. Qalan ayların pensiyası ona tam ödənilməyib. Eləcə də, xx.xx.2019-cu il tarixindən sonra da xidməti güzəştli sayılan hisəsi (9 il) 2%-lə hesablanır. xx.xx.2020-ci il tarixdə cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilən “məlumat vərəqi”nə əsasən xx.xx.2012-ci il tarixdən əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 01-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyası qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 01-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda, strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1-ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (xx xxxx 2017-ci il tarixədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulmuş qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. İddiaçının əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan faiz dərəcəsi 74 faiz təşkil edir. İddiaçının xx xxxx 2018-ci il tarixədək olan təminat xərcliyi (987.75 manat) ilə xx xxxxxxxx 2019-cu il tarixdən sonrakı təminat xərcliyi (1397,75 manat) arasındakı fərq məbləğinin 74 faizi, xx xxxx 2018-ci il tarixədək olan pensiya məbləğinin üzərinə əlavə olunmaqla ödənilmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-4124/2020 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-4124/2020 nömrəli qərarını apellyasiya qaydasında ləğv edib, iddia tələbinin təmin olunması barədə yeni Qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. İşin apellyasiya icraatı zamanı iddiaçı vəsatət təqdim edərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilərək, onun İddiaçı iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının təqdim etdiyi vəsatətin məzmununu nəzərə alaraq, apellyasiya şikayətinə əlavə kimi qiymətləndirir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq, o, 1992-ci ilin avqust ayının 26-dan 2012-ci ilin 02 aprel tarixinə kimi hərbi xidmətdə zabit olduğunu, 1992-1994-cü illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Ələt hərbi hospitalında xidmət etdiyini, həmin dövrdə xidməti vəzifəsini Qarabağda döyüş bölgələrində yerinə yetirdiyini, 1994-cü ilin mart ayından xidmətini Azərbaycan Respublikası DİN-nin Daxili Qoşunlarının hərbi hospitalında davam etdirdiyini, Qarabağ müharibəsi veteranı olduğunu, 2012-ci ilin aprel ayında mayor rütbəsində ehtiyata buraxıldığını, Hərbi xidmətdən ehtiyata buraxılarkən, təqvim hesablama ilə xidmət müddətinin 20 il, 3 ay, 28 gün, imtiyazlı hesablama ilə isə 29 il, 6 ay, 20 gün təşkil etdiyini bildirdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əlavə olaraq, o, “2017-ci ilin iyulun 01dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə həmin Qanunun 20.14.1-ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulmuş qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə müvafiq təminat xərcliyinin artım məbləğinin 2 %-i miqdarında əlavə olunmaqla hesablandığını, iddiaçıya DİN tərəfindən təqdim edilmiş məlumat vərəqəsinə əsasən 2012-ci ildə əmək pensiyası təyin edildiyini, pensiya məbləğinin xx.xx.2017-ci il tarixədək olan artım hissəsində qeyd edilən Fərmana uyğun olaraq xx.xx.2017-ci il tarixədək təyin edilmiş əmək pensiyaçılarına qulluq stajına əlavələr 3% deyil, 2% hesablanması nəzərdə tutulduğunu, bu barədə Ali Məhkəmənin xx.xx.2020ci il tarixli X3 münasibətdə eyni mahiyyətdə işə baxıldığını və iddia tələbinin rədd edildiyini bildirdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-4124/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: -AZE seriyalı, 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixdə Lerik rayonu, Bilavar kəndində anadan olmuşdur. -iddiaçıya məxsus pensiya işinin surətindən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən iddiaçı barəsində 629 saylı, xx xxxxxx 2012-ci il tarixli məlumat vərəqəsi göndərilmişdir. Məlumat vərəqəsinə əsasən iddiaçı xx.xx.2012-ci il tarixdən ehtiyata buraxılmış, onun ali təhsil müddəti 02 il 06 ay, təqvimi xidmət illəri 22 il 03 ay 28 gün, güzəştli xidmət illəri 04 il 08 ay 22 gün, cəmi xidmət illəri 29 il 06 ay 20 gün, pul təminatı isə 856.50 (səkkiz yüz əlli altı manat əlli qəpik) təşkil etmişdir. İddiaçıya həmin məlumat vərəqəsinə əsasən xx.xx.2012-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. -Cavabdeh tərəfindən verilmiş **********5 nömrəli, xx.xx.2019-cu il tarixli arayışın surətindən görünür ki, iddiaçı 1113,37 (bir min bir yüz on üç manat otuz yeddi qəpik) manat məbləğində pensiya alır. - xx.xx.1974-cü il tarixdə X4 adına açılmış əmək kitabçasının surətinin birinci səhifəsindən göründüyü kimi, əmək kitabçası sonradan Nəsimi rayon VVAQ idarəsinin şəhadətnaməsinə əsasən İddiaçı adına dəyişdirilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilir. Qanunun həmin maddəsinə edilmiş dəyişiklik x xxxx 2017-ci il tarixdən qüvvəyə minmişdir. Həmin maddənin icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” təsdiq edilmişdir. Qaydanın 1.1-ci bəndinə əsasən, bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017-ci il iyulun 1-dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir. Qaydanın 1.2-ci bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi – bundan sonra əməkhaqqı) artırıldıqda yenidən hesablanır. Qaydanın 2.5-ci bəndinə əsasən, Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (x xxxx 2017-ci il tarixədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilmişdir. İş materiallarından müəyyən edildiyi kimi iddiaçının qulluq illəri təqvim hesabı ilə 22 il 03 ay 28 gün, güzəştli hesablama ilə 04 il 08 ay 22 gün olmaqla qanunvericilikdə nəzərdə tutulmuş 20 ildən artıqdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda adıçəkilən Qaydaya əsasən 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. İddiaçının əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan faiz dərəcəsi 74 faiz təşkil edir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-4124/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-4124/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1669/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1669/2020
20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver