Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-167/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Bakı şəhər Cavabdehə qarşı “sərəncamın ləğv edilməsi, maddi və mənəvi ziyanın tutulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçıların nümayəndəsi və vəkili Vəkil4, Cavabdehin nümayəndəsi X5, 3-cü şəxs "xxxx" MTK-nın nümayəndəsi və vəkili Vəkil2 Ələkbər oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhər Cavabdehə qarşı “sərəncamın ləğv edilməsi, maddi və mənəvi ziyanın tutulması” tələbinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-942/2019 saylı 08 avqust 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 19 yanvar 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı1 Abudrəhman oğlu və İddiaçı2 cavabdeh Bakı şəhər Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin 350 saylı 24.10.2016-cı il tarixli sərəncamının hüquqlarına toxunan hissədə (0,01088 ha torpaq sahəsi çıxmaq şərti ilə) ləğv edilməsi və cavabdehdən 10000 manat maddi və mənəvi ziyanın tutularaq onlara ödənilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində istifadədə olan 0.010854 ha torpaq sahəsində yerləşən 29/46 nömrəli, 329.05 kv.m ümumi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binası ümumi birgə mülkiyyət hüququ üzrə onların adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və 27.02.2008-ci il tarixdə çıxarışlar verilmişdir. Bir müddət öncə onlara heç bir məlumat verilmədən 3-cü şəxs "xxxx" MMC-nin əməkdaşları tərəfindən mülkiyyətlərində olan ərazi qanunsuz olaraq zəbt edilmiş və hal-hazırda hasarla dairəyə alınmışdır. Bundan əlavə olaraq onların binasına xidmət edən komunikasiya xətlərini (su, kanalizasiya, telefoninternet və s.) dağıdılmışdır. Bu barədə onlar öz iradlarını bildirəndə 3-cü şəxs "xxxx" MMCnin əməkdaşları bildirdilər ki, Bakı şəhəri Cavabdeh Başçısının 350 saylı 24.10.2016-cı il tarixli sərəncamı ilə Nərimanov rayonu Qarabağ küçəsi, T.Şıxəliyev küçəsi, Xətai prospekti kəsişməsində 1.706 hektar torpaq sahəsi “Yaşayış binasının tikintisinin layihələndirilməsi” üçün "xxxx" MMC-yə istifadəyə verilib və bu sərəncama əsasən 013 saylı 26.10.2016-cı il tarixli Ayrıc aktı verilmişdir. Bu iki sənədi əsas tutaraq "xxxx" MMC-nin əməkdaşları onlara qarşı qanuna zidd hərəkətlər etmiş və ərazidə onlara yaxın məsafədə dərin özüllü qazıntı işləri apararaq binalarının mühafizə zolağını aşmışlar. Onlara bu məsələ ilə bağlı, öz təşəbbüsləri ilə araşdırma aparmış və onlara məlum olmuşdur ki, Cavabdeh Başçısının 350 saylı 24.10.2016-cı il tarixli sərəncamı ilə Nərimanov rayonu Qarabağ küçəsi, T.Şıxəliyev küçəsi, Xətai prospekti kəsişməsində 1.706 hektar torpaq sahəsi “Yaşayış binasının tikintisinin layihələndirilməsi” üçün "POLEKS” MMC-yə istifadəyə verilmişdir. 350 saylı sərəncama əsasən verilmiş olan 26.10.2016-cı il tarixli 013 saylı Ayrıc aktını almışlar və həmin aktda olan Plan-çizgi sənədindən görünür ki, mülkiyyətlərində olan Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində istifadədə olan 0.010854 ha torpaq sahəsində yerləşən 29/46 nömrəli, 329.05 kv.m ümumi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binası ümumi birgə mülkiyyət hüququ üzrə 2008-ci ildən onların adlarına rəsmiləşdirilmiş daşınmaz əmlak "xxxx" MMC-nə istifadəsinə ayrılmış 1.706 hektar torpaq sahəsinin daxilindədir və üstüstə düşür. Bununla bağlı onlar Azərbaycan Respublikası Əmlak Komitəsinə müraciət etmiş. lakin onlara mülkiyyətlərində olan bina və binaya aid istifadələrində olan 0.010854 ha torpaq sahəsinin qeyri-qanuni olaraq "xxxx" MMC-nin istifadəsinə ayrıldığı bildirilmişdir. Belə ki, binaya aid istifadələrində olan 0.010854 ha torpaq sahəsinin içində mülkiyyətdə olan zirzəmi mövcuddur. Onlar bunu "xxxx" MMC-yə bildirmişlər. Hesab edirlər ki, Cavabdeh Başçısının 350 saylı 24.10.2016-cı il tarixli sərəncamı qismən ləğv edilməlidir, onlara aid olan hissə ümumi ərazidən çıxılmalıdır. Cavabdeh qanunsuz hərəkət edərək onların mülkiyyət hüquqlarını pozmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-942/2019 saylı 08 avqust 2019-cu il tarixli qərarı ilə iddianın qismən təmin edilərək, Bakı şəhəri Cavabdehin 350 saylı24 oktyabr 2016-cı il tarixli sərəncamının iddiaçıların hüquqlarına toxunan hissədə (0,01088 ha torpaq sahəsi çıxmaq şərti ilə) ləğv edilməsi, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhərinin təsdiq edilmiş Baş Planına uyğun Dövlət Proqramının yerinə yetirilməsi və sözügedən normativ hüquqi aktın icrasının təmin edilməsi məqsədilə Nərimanov RİH başçısının 24.10.2016-cı il tarixli 350 №li Sərəncamı ilə rayonun Tələt Şıxəliyev, Qarabağ, Əhmədbəy Ağaoğlu küçələrinin və Xətai prospektinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması və həmin ərazidə 2,99 ha torpaq sahəsinin "xxxx" MMC-nın daimi istifadəsinə verilməsi qərara alınmışdır. Mübahisə predmeti olan Nərimanov RİH başçısının 24.10.2016cı il tarixli 350 №-li sərəncamının bəndləri Nazirlər Kabinetinin sözügedən qərarının müddəalarını təkrarlayır. Eləcə də mübahisə predmeti olan və iddiaçılar tərəfindən inzibati aktı hesab edilən 26.03.2016-cı il tarixli 013 saylı ayrıc aktı Nərimanov RİH başçısının sözügedən sərəncamının və Nazirlər Kabinetinin qərarının icrasına yönəlmiş törəmə sənəddir. Bu məsələlərlə əlaqədar, Nərimanov RİH ilə "xxxx" MMC arasında 30.10.2016-cı il tarixli Müqavilə imzalanmışdır. Müqavilə öhdəliyinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 №-li Qərarının tələblərinə uyğun sözügedən ərazidə istismar müddətini çoxdan başa vurmuş, şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında digər tam təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 300-500 manat məbləğində kompensasiyaların verilməsi və digər xidmətlərin göstərilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən bu istiqamətdə bütün işlər görülmüş, mübahisəli ərazidən 300-dən artıq daşınmaz əmlak mülkiyyətçiləri aylıq kirayə haqları verilməklə müvəqqəti yaşayış sahələrinə köçürülmüşdür. Mübahisəli ərazidə tikinti işləri başa çatmaq üzrədir. Mübahisəli ərazidə yaşayan bütün mülkiyyətçilər kimi hazırkı iş üzrə iddiaçılara da köçürülmə ilə əlaqədar tikinti təşkilatı tərəfindən daha iri həcmli, ədalətli və əlverişli təkliflər edilsə də, onlar bu təkliflərlə razılaşmamış, mövcud şəraitdən sui-istifadə etməklə ağlabatmayan kompensasiyaların alınması iddiasında olduqlarını bildirmişlər. Məhkəmə tərəfindən iddia tələbinə qanunvericiliyin tələblərinə uyğun qiymət verilməmişdir. Məhkəmə mübahisə predmeti barədə əlverişli inzibati aktı qismən ləğv etməklə həmin ərazinin Dövlət Proqramına uyğun yenidən qurulmasını, 650 saylı 24.10.2016-cı il tarixli sərəncamın mahiyyət etibarı ilə bütövlükdə icrasını dayandırmaqla dövlət qurumlarının səlahiyyətinə müdaxilə etmiş, ərazidən köçürülmüş yüzlərlə daşınmaz ımlka mülkiyyətçilərinin hüquqlarını pozmuş və irimiqyaslı maddi ziyanla əlaqəli geniş hüquqi nəticələrə yol açmışdır. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticələr: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-116/2020 saylı 15 yanvar 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-942/2019 saylı 08 avqust 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh və 3-cü şəxs "xxxx" MTK tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1176/2020 saylı 10 sentyabr 2020-ci il tarixli qərarı ilə 3-cü şəxs "xxxx" MMC tərəfindən verilmiş şikayətin qəbulundan imtina edilməsi, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin isə qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-116/2020 saylı 15 yanvar 2020-ci il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1928/2020 saylı 27 noyabr 2020-ci il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayətinin qismən təmin edilərək, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-942/2019 saylı 08 avqust 2019cu il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır. İddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-831/2021 saylı 26 may 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1928/2020 saylı 27 noyabr 2020-ci il tarixli qərardadının ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişdir ki, iş üzrə iddiaçılar Bakı şəhərində yaşamadıqları üçün Nərimanov RİH Başçısının 24.10.2016-cı il tarixli 350 No-li sərəncamı onlara rəsmi qaydada verilməmişdir. Lakin 37 No-li MKİS işçiləri tərəfindən bütün ərazidə olan daşınmaz əmlak mülkiyyətçiləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin sözügedən qərarı və Nərimanov RİH Başçısının 24.10.2016-cı il tarixli 350 No-li sərəncamının mövcudluğu barədə məlumatlandırılmışdı. Belə ki, həmin Qərar və Sərəncamın çoxlu sayda kserosurətləri çıxarılaraq daşınmaz əmlak mülkiyyətçilərinin yaşayış və qeyri-yaşayış sahəsində təqdim edilmiş, ərazi plakatlar ilə əhatəyə alınmış, elan lövhələri ərazidə olan divarlara yapışdırılmışdı. Bundan sonra bütün mülkiyyətçilərə məlumat verilmişdi ki, "xxxx" MTK-nin ofisinə gəlib razılaşdırılmış müqavilə bağlasınlar. Yəni, iddiaçılar sözügedən qərar və sərəncamın qəbulundan təxminən bir-iki ay sonra məlumatlı olmuşlar. Bundan sonra iddiaçılar dəfələrlə Nərimanov RİH Başçısının 1-ci müavini Şahmar İbadovun qəbulunda olmuş, köçürülməni müzakirə etmiş, lakin əvəzlənəcək qeyri-yaşayış sahəsinin ölçüsü ilə bağlı iddiaçılar çox böyük məbləğdə pul istədikləri üçün tərəflər arasında bir razılaşma əldə oluna bilməmişdir. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İddiaçıların nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, izahatında "xxxx" MTK tərəfindən tikililərin 2016-cı ilin sonlarından aparıldığını, lakin həmin dövrdə iddiaçılara məxsus sahəyə toxunulmadığını, yəni görülən işlər kənarda aparıldığı üçün bunun onlara aidiyyəti olmadığını görüb, heç bir mübahisə açmadıqlarını, iddiaçıların Nərimanov rayon İcra Hakimiyəti başçısının mövcud sərəncamından 2018-ci ilin dekabr ayının əvvəllərində məlumatlı olduqlarını və dərhal da məhkəməyə müraciət etdiklərini bildirmişdir. Bununla bağlı iddiaçıların nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. 3-cü şəxs "xxxx" MTK-nın nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. 19.01.2022-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazırliyi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə həmin 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazırliyinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən müəyyən olunur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhər Cavabdehə qarşı tələbi “cavabdehin 350 saylı 24.10.2016-cı il tarixli sərəncamının hüquqlarına toxunan hissədə (0,01088 ha torpaq sahəsi çıxmaq şərti ilə) ləğv edilməsi və cavabdehdən 10000 manat maddi və mənəvi ziyanın tutularaq onlara ödənilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə hesab etmişdi ki, iddiaçılar tərəfindən mübahisələndirilən 24 oktyabr 2016-cı il tarixli sərəncamda Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev, Qarabağ, Əhmədbəy Ağaoğlu və Xətai prospektinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülməsi nəzərdə tutulduğundan həmin sərəncam iddiaçıların mülkiyyətində olan qəzalı vəziyyətdə olmayan qeyri-yaşayış binasına münasibətdə tətbiq edilə bilməz. Odur ki, həmin sərəncam bir hissədə qanuna zidd inzibati akt kimi iddiaçıların mülkiyyət hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin işə mahiyyəti üzrə baxıb qərar qəbul etməklə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İlk öncə qeyd edilməlidir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Hazırki iş üzrə iddiaçı inzibati orqanın bundan (məhkəmədə iddia qaldırmamışdan) 2 il əvvəl qəbul etdiyi sərəncamı mübahisələndirir (hüquqlarına toxunan hissədə (0,01088 ha torpaq sahəsi çıxmaq şərti ilə) ləğv edilməsini tələb edir). Qeyd olunmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının qəbul etdiyi 2- 1(102)-831/2021 saylı 26 may 2021-ci il tarixli qərarında göstərilmişdir ki, “apelyasiya məhkəməsi iddiaçıların iddia ərizəsində və apelyasiya şikayətinə etirazlarında göstərdiyi dəlillərlə bağlı araşdırma aparmamış, iddiaçıların hüquqlarının pozulduğu vaxtı müəyyən etmək üçün üçüncü şəxsin əməkdaşlarının əraziyə girmələri və iddiaçıların irad tutduğu vaxtı, ayrıc aktının onlara nə vaxt verilməsini, Əmlak Komitəsində və rayon icra hakimiyyətində qəbulda nə vaxt olmalarını, iddiaçıların cavabdehin sərəncamı barədə məlumatı məhz 17 dekabr 2018-ci il tarixdə almasını müəyyən etməmişdir. Cavabdehin nümayəndəsi apelyasiya instansiyası məhkəməsində iddiaçıların mübahisə predmeti olan Nərimanov RİH başçısının 350 saylı 24.10.2016-cı il tarixli sərəncamı barədə daha öncədən məlumatlı olduqlarını, ərazinin hasara alındığını, söküntü işlərinin getdiyini, iddiaçıların məlumatlarının olduğunu, iddiaçıların yalnız təklif edilmiş kompensasiya ilə bağlı etirazlarının olduğunu, onların yalnız tikinti işlərini ləngitmək məqsədi ilə iddia qaldırdıqlarını bildirmiş, lakin apelyasiya məhkəməsi iddiaçıların mübahisə açdıqları inzibati aktdan hansı vaxt məlumatlı olmaları, ərazinin hasara alınması, söküntü işlərinin getməsi vaxtı barədə cavabdehlə sorğu-sual aparmamış, inzibati aktın iddiaçı tərəfə verilib-verilməməsi, verilməmişsə, onun səbəblərini öyrənməmişdir. Şəhərsalma və Tikinti Məcəlləsinin, habelə “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd edilən müddəalarına görə cavabdeh tikintiyə icazə ilə bağlı icraat barədə maraqlı şəxslərə, hazırkı halda həmçinin iddiaçılara məlumat verməli, onları dinləməli, inzibati aktın qəbul edilməsi haqqında onlara rəsmi məlumat verməli idi. Apelyasiya məhkəməsi sadalanan hüquq normalarının işığında araşdırma aparmayaraq cavabdehin qəbul etdiyi 24 oktyabr 2016-cı il tarixli 350 saylı sərəncamla iddiaçılara məlumat verib-vermədiyini müəyyən etməmişdir. Apelyasiya məhkəməsi qəbul etdiyi qərardadında qeyd etmişdir ki, İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia verilməsi axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Lakin apelyasiya məhkəməsi iddiaçıların mübahisə açdıqları inzibati akt barədə məlumat əldə edilmə anından sonra iddia müddətini buraxması nəticəsinə gəlsə də, iddiaçıların inzibati aktdan nə vaxt məlumatlı olmalarını, iddia müddətinin başlanğıcını qərardadda göstərməmişdir. Məhkəmə kollegiyası işin hazırkı vəziyyətində iddia müddəti ilə bağlı iddianın mümkünlük şərtinin mövcud olub-olmadığını müəyyən edə bilməmişdir.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə müvafiq olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisənin obyektiv həlli baxımından təkrar apelyasiya baxışı zamanı iddiaçıların mübahisə açdıqları inzibati aktdan nə vaxt məlumatlı olmaları, iddia müddətinin başlanğıcıının nə vaxtdan götürülməsi ilə bağlı məsələlər aydınlaşdırılmalıdır. Bu məqsədlə məhkəmə kollegiyası tərəfindən 350 saylı 24.10.2016-cı il tarixli sərəncamın inzibati akt olaraq qəbul edildiyi zaman iddiaçıların inzibati icraata cəlb edilibedilməməsi barədə məhkəməyə məlumat verilməsi, həmin sərəncamın inzibati orqan tərəfindən iddiaçılara hansı tarixdə təqdim edilməsi və ya iddiaçıların bu sərəncam barədə nə vaxt məlumatlı olmasına dair halların məhkəməyə bildirilməsi, bu barədə sənədlərin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi ilə bağlı Bakı şəhər Cavabdehə müvafiq sorğu məktubu göndərilmişdir. Həmin sorğuya cavab olaraq Cavabdeh tərəfindən 29.12.2021-ci il tarixdə məhkəməyə daxil olmuş məktubun məzmununda qeyd edilmişdir ki, sərəncamla mübahisəli ərazidə Nazirlər Kabinetinin 86 saylı 25.02.2016-cı il tarixli qərarına uyğun Qərarın icrası üçün yaşayış binasının layihələndirilməsinə icazə verilmişdir. Sərəncamla ayrılmış olan torpaq sahəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyinin Təsisdənkənar Dövlət Baş Ekspertiza İdarəsindən Xüsusi Rəyin alınması "xxxx" MMC-yə həvalə edilmişdir. Daşınmaz əmlak mülkiyyətçiləri ilə qarşılıqlı razılaşmalar əsasında müqavilələrin bağlanması MTK-ya tapşırılmışdır. Sərəncamın 5-ci bəndində isə bu sərəncamın yalnız layihələndirmə üçün əsas olması imperativ olaraq bildirilmişdir. Mübahisə predmeti olan sərəncamın yalnız layihələndirmə üçün əsas olması, mübahisəli ərazidə 500dən yuxarı yaşayış və qeyri-yaşayış sahəsi mülkiyyətçilərinin yaşaması və fəaliyyət göstərməsi, əksər qeyri-yaşayış sahəsi mülkiyyətçilərinin Bakı şəhərinin hüdudlarından kənarda yaşaması (o cümlədən İddiaçı1 Abdurrəhman oğlunun yaşayış yeri Balakən rayonunun Qullar kəndidir) və daşınmaz əmlakın digər şəxslər tərəfindən icarəyə götürülməsi, prosesin özünün kütləvi xarakterli olması və s. mülkiyyətçilərin RİH tərəfindən birbaşa inzibati icraata cəlb edilməsini çətinləşdirmiş, buna baxmayaraq inzibati icraata cəlb edilmə başqa formada ərazi aidiyyətli Mənzil Kommunal İstismar Sahələri (MKTB) və Rayon Təsərrüfat Şöbəsinin (RİH) əməkdaşları tərəfindən həyata keçirilmişdir. Dövlət Proqramının tərkib hissəsi olan Nazirlər Kabinetinin sözügedən qərarının icrası ilə bağlı müddətin müəyyən edilməsi, tikinti işləri ilə əlaqədar müvafiq razılaşdırmalar üçün vaxt məhdudiyyəti, köçürülmə ilə əlaqədar iri məbləğli pul kompensasiyalarının MTK tərəfindən ödənilməsi, Qərarın icrasına nəzarətin bilavasitə RİH-nə həvalə olunması, bu barədə müvafiq məlumatların Nazirlər Kabinetinə və Prezident Administrasiyasına təqdim edilməsi tələb olunduğundan sərəncam verildiyi andan sözügedən ərazidə müvafiq məlumatlandırılma işlərinə başlanılmışdır. Belə ki, ərazi aidiyyətli 37 No-li MKİS işçiləri tərəfindən bütün ərazidə fəaliyyət göstərən yaşayış və qeyri-yaşayış sahəsi mülkiyyətçiləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin sözügedən qərarı və Nərimanov RİH Başçısının 24.10.2016-cı il tarixli 350 No-li sərəncamının mövcudluğu barədə məlumatlandırılmış, həmin Qərar və Sərəncamın kütləvi kserosurətləri onların fəaliyyət göstərdiyi yaşayış və qeyri-yaşayış sahəsində yaşayan və fəaliyyət göstərən işçilərə təqdim edilmiş, yaşayış və qeyri-yaşayış sahələrinin qapılarına, yüngül konstruksiya (taxta) plakatlar ilə əhatəyə alınmış ərazi hissəsinin divarlarına yapışdırılmış və mülkiyyətçilərin, həmin ərazidə fəaliyyət göstərən "xxxx" MTK-nin ofisinə gələrək qarşılıqlı razılaşmalar üçün müqavilələr bağlanmasını bildirmişlər. Bir sözlə, 2017-ci ilin yanvar ayında artıq ərazidə yerləşən bütün daşınmaz əmlak mülkiyyətçiləri bu barədə məlumatlı idilər. İddiaçılara münasibətdə inzibati icraata cəlb olunmaqla bağlı bildirilmişdi ki, sərəncamın qəbul olunduğu andan, yəni 2016-cı ilin noyabr ayından etibarən iddia tərəfinə məxsus qeyri-yaşayış sahəsində fəaliyyət göstərən və özlərini həmin mülkiyyətə dair bütün hüquqlara malik şəxslər kimi təqdim edən şəxslər Nərimanov RİH Başçısının 24.10.2016-cı il tarixli 350 No-li sərəncamının mövcudluğu barədə məlumatlı olmuşlar. Hazırki iş üzrə məhkəmə icraatında bu və ya digər şəxslər qismində iştirak edənlər dəfələrlə Nərimanov RİH Başçısının 1-ci müavini Şahmar İbadovun qəbulunda olmuş, köçürülmənin detalları ilə tanış olmuş, ilkin razılaşma əldə edilmiş, razılaşma ətrafında uzunmüddətli müzakirələr aparılmış, veriləcək (əvəzlənəcək) qeyriyaşayış sahəsinin sahəsi ilə bağlı iddia tərəfinin astronomik məbləğdə pul tələbindən sonra yekun razılaşma əldə edilməmişdir. Bu proseslər 2016-cı ilin noyabrından hazırki vaxta qədər davam etməkdədir. Mübahisəli ərazidə fəaliyyət göstərən bütün mülkiyyətçilərin bu formada inzibati icraata cəlb olmalarına dair qanuni qüvvəyə minmiş məhkəmə aktlarını və aidiyyətli MKİS bildirişi məktuba əlavə edilmişdir. Həmçinin sorğuya cavab olaraq Cavabdeh tərəfindən 17.01.2022-ci il tarixdə məhkəməyə daxil olmuş məktubda göstərilmişdi ki, iş üzrə iddiaçıların (X1 və qeyrilərinin) Bakı şəhərində yaşamaması səbəbindən Nərimanov RİH Başçısının 24.10.2016-cı il tarixli 350 No-li sərəncamı iddiaçılara rəsmi qaydada verilməmişdir. Lakin onların nümayəndələri 2016-cı ilin noyabr-dekabr aylarından başlayaraq köçürülmə ilə əlaqədar RİH Başçısının 1-ci müavini Şahmar İbadovun dəfələrlə qəbulunda olmuş, köçürülmənin detallarını müzakirə etmişlər. Bir sözlə, Nərimanov RİH-nin hazırki mübahisə predmeti olan sərəncamında iddia tərəfi və onları təmsil edən şəxslər həmin tarixdən məlumatlı olmuşlar. Ərazi aidiyyətli 37 saylı MKİS-nin iddiaçılara münasibətdə mübahisəli ərazidə köçürülmə ilə əlaqədar müvafiq bildirişləri iş materiallarında saxlanılmadığından onların məhkəməyə təqdim edilməsi mümkün olmamış, lakin 37 saylı MKİS-in həmin ərazidə- Xətai prospekti 29 ünvanda qeyriyaşayış sahəsinin mülkiyyətçisi Ə.Yusifova münasibətdə bildirişi MKİS-in arxiv sənədlərində aşkar edilərək götürülmüş və əlavə sübut kimi iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 32 saylı 06.03.2000-ci il tarixli Sərəncamına əsasən Yerli icra hakimiyyəti başçıları tərəfindən təsdiq edilmiş iş nomenklaturasına uyğun olaraq ərizələr 5 ildən, məktublar 3 ildən sonra məhv edilir. Beləliklə, işin təkrar apellyasiya baxışı zamanı müəyyən olundu ki, üçüncü şəxs olan MMC-nin mübahisələndirilən sərəncamın icrası ilə bağlı tikinti işlərini aparmaq üçün əraziyə girməsi iddiaçıların da qeyd etdiyi kimi, 2016-cı ilin sonlarına, yəni noyabr-dekabr aylarına təsadüf etmiş, lakin həmin vaxt iddiaçıların sözlərinə görə görülən işlər kənarda aparıldığı üçün bunun onlara aidiyyəti olmadığını görüb heç bir mübahisə açmamışlar. İnzibati akt isə iddiaçılara rəsmi qaydada təqdim olunmamışdır. Lakin MMC-nin xeyrinə olan inzibati aktla bağlı işlərin görülməsi barədə ərazidə olan bütün daşınmaz əmlak mülkiyyətçiləri 2016-cı ilin dekabr ayından etibarən məlumatlandırılmış, bu məlumatlandırma ərazidə tikinti işlərinin görülməsi ilə yanaşı, maraqlı şəxslərə həm də ərazidə müvafiq məlumatı özündə əks etdirən plakatların düzülməsi və məlumat lövhələrinin divarlara vurulması ilə çatdırılmışdır. İddiaçılar mübahisələndirilən sərəncam barədə onların 17 dekabr 2018-ci il tarixdə məlumatı olduqlarını bildirmiş, rayon icra hakimiyyəti başçısının müavininin qəbulunda isə nə vaxt olmalarını dəqiq deyə bilməmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə iddiaçılar (həmçinin onların nümayəndəsi və vəkili) dəfələrlə bildirmişlər ki, mübahisələndirdikləri sərəncam üzrə tikinti işlərinin aparılmasına 2016-cı ilin noyabr-dekabr aylarından başlanılsa da, ərazidə gedən işlərin onlara aidiyyəti olmadığı üçün bunun fərqinə varmamışlar. Deməli, iddiaçılar mübahisələndirilən sərəncamın mövcudluğundan 2016-cı ilin noyabr-dekabr aylarından məlumatlı olmuşlar. Hətta Cavabdehin 29.12.2021-ci il tarixli sorğuya cavab məktubuna əlavə olunmuş 37 saylı MKİS-nın 20.02.2017-ci il tarixli bildirişindən görünür ki, ünvan 4 ünvanda yaşayan Əfəndi Yusifov mülkiyyətində olan yaşayış binasının istismar olunduğu müddət ərzində təmir-bərpa və gücləndirmə işlərinin aparılmaması səbəbindən qəzalı vəziyyətə düşməsi, evin istismarını dərhal dayandırılması, onun digər ailə üzvləri ilə birlikdə həmin yaşayış binasından çıxarılmalı olması, həmin əraziyə gələn kommunikasiya xətlərinin kəsilməsi, həmçinin Bakı şəhəri Cavabdeh başçısının 350 saylı 24 oktyabr 2016-cı il tarixli sərəncamı ilə rayonun Tələt Şıxəliyev və Qarabağ küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasının "xxxx" MMC-yə həvalə edilməsi barədə məlumatlandırılmışdır. Bu fakt bir daha onu təsdiq edir ki, inzibati orqan tərəfindən müvafiq inzibati akt qəbul edildikdən sonra tikinti həyata keçiriləcək ərazidə daşınmaz əmlakları olan mülkiyyətçilərə həmin tikinti işlərinin görülməsi barədə müvafiq məlumatlandırma aparılmışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci madəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində iddia qaldırıla bilər. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia verilməsi axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Hazırkı iş üzrə iddia ərizəsi 25 dekabr 2018-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Mübahisələndirilən sərəncam isə 24 oktyabr 2016-cı ildə qəbul edilmiş və bununla da inzibati aktın onun qəbul edilməsindən 2 ilə yaxın müddət keçdikdən sonra məhkəməyə müraciət edilmişdir. 2016-cı ildən tikinti işlərinin başlanması, inzibati orqan tərəfindən müvafiq məlumatın plakatlar vasitəsilə ərazidə olan mülkiyyətçilərə çatdırılması, iddiaçıların icra hakimiyyəti başçısının müavininin qəbulunda olması və iddiaçılarla mütəmadi danışıqların aparılması faktı onların qeyd olunan sərəncamdan həmin vaxtdan, yəni 2016-cı ilin noyabr-dekabr ayından məlumatlı olduqlarını göstərir. Beləliklə, yuxarıda qeyd olunanlarla bağlı məhkəmə kollegiyası iddiaçılar tərəfindən iddia ilə məhkəməyə müraciət edilərkən iddia müddətinin ötürülməsi qənaətinə gəlir və hesab edir ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə qeyd olunan halları araşdırmadan, iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilmədiyini yoxlamadan verilmiş tələbə inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-942/2019 saylı 08 avqust 2019-cu il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı şəhər Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-942/2019 saylı 08 avqust 2019-cu il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-167/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-167/2022
19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver