Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-167/2023 04.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X9 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının qanuni nümayəndəsi İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı X7 cavabdeh Azərbaycan Respublikası X2rşı (üçüncü şəxs: Azərbaycan Respublikası Təhsil Nazirliyi) “kollecdə təhsil hüququnun təmin edilməsi və s.” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 2-1(112)-4146/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızının kollecdə təhsil hüququnun təsdiqləyib təmin edilməsi və ona dəymiş 8.500 manat məbləğində təzminatın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia ərizəsində göstərilmişdir ki, iddiaçı övladının topladığı bala uyğun olaraq təhsil hüququnun cavabdeh tərəfindən reallaşdırılmadığını qeyd edir və tələbi onunla əsaslandırır ki, cavabdeh təhsil hüququnun reallaşdırılmasını elektron ərizədən asılı etmiş, bununla bağlı kağızlı ərizənin qəbulundan imtina etmişdir. Halbuki, ərizələrin hamısı qəbul edildikdən sonra toplanan ballara uyğun olaraq imtahan prosesi davam etdirilməli və təhsil hüququ pozulmamalı idi. Bundan əlavə, iddiaçı qeyd edir ki, elektron ərizələrin qəbulu ilə bağlı da əsassız məhdudiyyətlər yaradılmış və çox qısa müddətlər müəyyən edilmiş, lazımı qaydada o, elektron ərizənin qəbulu ilə bağlı tələblər barədə nə o, nə də övladı xəbərdar edilməmiş, cavabdeh bu məsələdə səhlənkarlıq etmişdir. Nəticədə isə övladımın kollec təhsili alması ilə bağlı hüquqları pozulmuş, elektron ərizənin vaxtında təqdim edilməməsi ilə əsaslandırılmışdır. Bununla da iddiaçı övladının təhsil hüququnun pozulması ilə yanaşı mənəvi zərərin də vurulduğunu iddia etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmiş və qeyd etmişdir ki, N.Z.Məmmədovun qızı X10 2020/2021-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında iştirak etmiş və toplanması mümkün olan maksimum 300 baldan 122 bal toplamışdır. A.S.İmanovanın ümumi 9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında əldə etdiyi nəticə ilə tibb kollecinə qəbul olmaq və orada təhsil almaq hüququna malik olması ilə iddiasına dair bildirilir ki, ümumi (9 illik) ora təhsil bazasında orta ixtisas təhsili müəssisəsinin (kolleclərin) tibb ixtisasları üzrə qəbul həyata keçirilmir. 2021/2022 tədris ili üzrə Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu üzrə ərizələrin qəbulu 14-29 iyun 2021-ci il tarixlərində (16 gün müddətində) internet vasitəsilə aparılmışdır. Bu məqsədlə abiturientlər X5 İnternet saytının ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə X5 müvafiq internet səhifəsinə daxil olun, “Abituriyentin elektron ərizəsi” formasını doldurumalı və ərizəni təsdiq etməli(etdirməli) idilər. Bununla bağlı elan X5 internet saytında linkində yerləşdirilmişdir. Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi 27 avqust -8 sentyabr (saat 09:00-dək) 2021-ci il tarixlərində (13 gün müddətində aparılmışdır). Qeyd edilən müddətdə 14-29 iyun 2021-ci il tarixlərində “Abituriyentin elektron ərizəsi” doldurulmamış və ərizə təsdiq edilməmiş, şəxslərə yenidən imkan yaradılmış və bununla bağlı elan yerləşdirilmişdir. Digər tərəfdən qeyd olunmalıdır ki, iddiada 146 nömrəli qaynar xətt ilə əlaqə saxlandığı göstərilsə də, qeyd edilən qaynar xətt X6 fəaliyyət göstərmir. X1ynar xətt nömrəsi 1653-dür və qeyd edilən məsələlərlə bağlı iddiaçı məhz bu nömrə ilə əlaqə saxlayaraq, onu maraqlandıran suallara cavab ala bilərdi. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4146/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı X7 cavabdeh Azərbaycan Respublikası X2rşı “mənəvi zərərin ödənilməsi və bu ilin fevral ayında elektron ərizənin şəxsi kabinetinin yerləşdirilməsi, təsdiqi və yeni imtahanda iştirakına imkan verilməsi” hissəsində iddia mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 2-1(112)-4146/2022 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsinin məzmununa uyğun apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə 3-cü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 2-1(112)-4146/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin araşdırılmış hallarından da göründüyü kimi, iddiaçı hazırki iddia ilə kollecdə təhsil hüququnun təmin edilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, o ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında 122 bal toplamışdır ki, bu da onun pulsuz kollecdə oxumaq imkanını yaradır. İddiaçının buraxılış imtahanında iştirak edərək 122 bal toplaması işin mübahisələndirilməyən haıdır. Hazırkı mübahisənin əsası balın toplanıb-toplanmaması ilə bağlı deyil, ixtisas seçimi zamanı onun “Abituriyentin elektron ərizəsi” nin olmaması ilə bağlıdır. Azərbaycan Respublikasının Təhsil haqqında Qanunun: 21.2-ci maddəsinə əsasən orta ixtisas təhsili kolleclərdə və ali təhsil müəssisələrinin müvafiq struktur bölmələrində həyata keçirilir və subbakalavr peşə-ixtisas dərəcəsinin verilməsi ilə başa çatır. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili almaq üçün qəbul olunanlar həm də tam orta təhsil alırlar. 26.1-ci maddəsinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, bu Qanunun 26.5-ci və 26.5-3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir. 26.1-1-ci maddəsinə əsasən orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə isə müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin öz arzusu ilə orta ixtisas təhsili müəssisələrinə köçürülməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nın 1.5-ci bəndinə əsasən orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında müsabiqə yolu ilə həyata keçirilir. 1.6-cı bəndinə əsasən orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu müvafiq tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verən abituriyentlərin buraxılış imtahanında, digər abituriyentlərin isə müvafiq tədris ilində keçirilən qəbul imtahanında əldə etdikləri nəticələrə (300 ballıq şkala üzrə topladıqları bala) əsasən Azərbaycan Respublikasının X8 (bundan sonra – Mərkəz) tərəfindən həyata keçirilir. 2.1-ci bəndinə əsasən ümumi orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində 2013-cü ildə və sonrakı illərdə bitirən abituriyentlər ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün Mərkəzin rəsmi internet saytında “Abituriyentin elektron ərizəsi”ni doldurmalı və elektron ərizə səhifəsindəki müvafiq düyməni basmaqla özləri təsdiq etməlidirlər. 4.1-ci bəndinə əsasən ixtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra həyata keçirilir. İxtisas seçiminə imtahan nəticələri Mərkəz tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilmiş müsabiqə şərtlərinə uyğun olan abituriyentlər buraxılırlar. Abituriyentlər orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçir, onları istədikləri ardıcıllıqla elektron ixtisas seçimi ərizə formasına daxil edir və təsdiqləyirlər. 5.1-ci bəndinə əsasən ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqə abituriyentin qəbul (buraxılış) imtahanında topladığı ümumi bal əsasında aparılır. “X8 publik hüquqi şəxsin” Nizamnaməsinin: 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının X8 (bundan sonra – Mərkəz) dövlət qulluğu sahəsində fəaliyyəti, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını) həyata keçirən, dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir. 2.1.3-cü bəndinə əsasən orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) səviyyələrinə ixtisaslar üzrə qəbul imtahanları keçirilən fənləri və keçid ballarını, bakalavriat səviyyəsində hazırlıq qruplarına keçid ballarını, o cümlədən ümumi təhsil müəssisələrində buraxılış imtahanları keçirilən fənləri Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla, müəyyən etmək Mərkəzinin əsas vəzifələrindən biridir. 2.1.9-cu bəndinə əsasən təhsil müəssisələrinin qəbul göstəricilərini və ixtisaslarını elan etmə, sənədlərin qəbulu və imtahanların keçirilməsi haqqında qərarlar qəbul etmək, sənədlərin qəbulunu təşkil etmək Mərkəzinin əsas vəzifələrindən biridir. 3.1.2-7-ci bəndinə əsasən Mərkəz öz vəzifələrini yerinə yetirmək üçün dövlət qulluğu və tələbə qəbulu məsələləri üzrə beynəlxalq və qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və müstəqil ekspertlərlə əməkdaşlıq etmək hüququna malikdir. Sadalanmış qanunvericiliyin müddəalarından göründüyü kimi, hər bir vətəndaş konstitusiya hüququ baxımından təhsil almaq hüququna malikdir. Təhsil qanunvericiliyində təhsilin formaları və növləri müəyyən edilmişdir ki, onlardan biri də orta ixtisas təhsili hesab olunur. Bu təhsil pilləsində abituriyent müvafiq olaraq orta təhsil bazasında aldığı biliklər sayəsində həyata keçirilir. Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu müvafiq tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verən abituriyentlərin buraxılış imtahanında, digər abituriyentlərin isə müvafiq tədris ilində keçirilən qəbul imtahanında əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikasının X8 tərəfindən həyata keçirilir. Nəzərə alınmalıdır ki, təhsil müəssisələrinin qəbul göstəricilərini və ixtisaslarını elan etmə, sənədlərin qəbulu və imtahanların keçirilməsi haqqında qərarlar qəbul etmək, sənədlərin qəbulunu təşkil etmək Mərkəzinin əsas vəzifələrindən biri hesab olunur. Hər nə qədər də iddiaçı və onun qanuni nümayəndəsi (anası) “Abituriyentin elektron ərizəsi” nin olmamasının əsası kimi ixtisas seçimi haqqında xəbərdar olmadıqlarını bildirsələr də, bu hal hazırki iddia üzrə onların xeyrinə şərh edilmir. Belə ki, X5 fəaliyyətini təsdiqləyən Nizamnamənin tələblərindən də göründüyü kimi, Mərkəz təhsil müəssisələrinin qəbul göstəricilərini və ixtisaslarını elan etmə, sənədlərin qəbulu və imtahanların keçirilməsi haqqında qərarlar qəbul etmək vəzifəsinə malikdir. Nizamnamədə də göstərildiyi kimi bu vəzifələrin icrası ilə əlaqədar olaraq Mərkəz kütləvi informasiya vasitələri ilə əməkdaşlıq etmək hüququna malikdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası 10.000.000 çox əhalisi olan ölkədir ki, hər il ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə (kolleclərə) sənəd qəbulunda iştirak edən abituriyentlərin sayının kifayət qədər yüksək olduğu istisna olunmur. Abituriyentlərin hər biri ilə əlaqə saxlamaq, onları qəbul imtahanı və ixtisas seçimi tarixləri ilə bağlı şəxsən məlumatlandırmaq resurs baxımından qeyri mümkündür. Digər tərəfdən isə ümumiyyətlə bu növ məlumatlandırma hərəkətlərin (əlaqə saxlamaq) həyata keçirilməsi X5 vəzifəsi deyildir. Əksinə, X3 verilmiş hüquqa əsasən təhsil müəssisələrinin qəbul göstəricilərini və ixtisaslarını, eyni zamanda sənədlərin qəbulu və imtahanların keçirilməsi haqqında qərarları kütləvi informasıya vasitələri ilə ictimaiyyətin diqqətinə çatdırır. Bu səbəbdəndir ki, yuxarıda adıçəkilən Qayda ilə konkret müəyyən edilmiş müvafiq bal toplamış şagirdlərin Mərkəzin rəsmi internet saytında “Abituriyentn elektron ərizəsi”ni doldurması və elektron ərizə səhifəsində müvafiq düyməni basmaqla təsdiq etməsi ilə bağlı konkret müddəanın pozulması cavabdehin sonradan etdiyi müraciətlər, qaynar xəttə müraciət etməsi, inzibati binada olması və s kimi hərəkətlərlə kompensasiya edilmir. Müvafiq diskresion səlahiyyətə malik olan inzibati orqan elektron ərizənin doldurulması və təsdiq edilərək elektron sistemə yerləşdirilməsi ilə bağlı konkret müddətlər müəyyən etmişdir ki, iddiaçı və onun qanuni nümayəndəsi nə 14- 29 iyun 2021-ci il tarixlərində, nə də ki ikinci dəfə 27 avqust-8 sentyabr tarixlərində həmin qaydanın tələblərini yerinə yetirməmiş, əsassız olaraq cavabdehi hazırkı məsələdə günahlandırmışdır. Halbuki, adıçəkilən qaydalarda elektron ərizənin doldurulması və təsdiqi ilə bağlı müddəaların tələbləri konkretdir və həmin tələblərin bütün abituriyentlərə münasibətdə cavabdehin əməkdaşları tərəfindən yerinə yetirilməsinin gözlənilməsi həm əsassız, həm də qanunsuzdur. Belə ki, inzibati icraat üçün inzibati orqanın inzibati icraatın iştirakçısına inzibati icraat çərçivəsində yardımetmək vəzifəsi qeyri-məhdud xarakter daşımır. Buna misal olaraq inzibati icraatda iştiraka cəlb etmə dedikdə təbii haldır ki, inzibati icraatın aparıldığı inzibati binaya ərizəçinin gətirilməsinin əməkdaş tərəfindən ərizəçinin yaşadığı yerə gəlməklə yol-nəqliyyat vasitəsi və ya yol xərci vasitəsi ilə həyata keçirilməsinin təmin edilməsinin inzibati orqandan gözlənilməsindən söhbət gedə bilməz. 10.000.000 çox əhalisi olan ölkədə abituriyent statusunda olan övladları olan valideynlərin elektron poçt, sms və ya kağız məktublar formasında da xəbərdar edilməsi, elektron ərizələrin doldurulması ilə bağlı şəxsən həmin vasitələrlə məlumatlandırmanın aparılmasının da gözlənilməsi resurs baxımından cavabdehdən gözlənilə bilməz. Həmin hallar inzibati icraatda nəzərə tutulmuş yardımetmənin mahiyyətinə uyğun deyildir. Qeyd olunan məlumatlandırmanın həyata keçirilməsi baxımından cavabdeh ən effektiv vasitə kimi rəsmi saytında müvafiq elanlar vermək, xəbərdarlıq etməklə zəruri tədbirlər görülmüşdür ki, abituriyentlər və abutiryentə malik valideynlər üçün burada edilməli olan hərəkət abituriyentlərlə bağlı məlumatların mütəmadi izlənilməsidir. İddiaçı tərəf isə elektron ərizənin doldurulması ilə bağlı nəinki birinci dəfə, növbəti dəfə də həmin ərizənin doldurulması ilə bağlı hərəkət etməmiş, qaydalarda nəzərdə tutulmasa belə ikinci dəfə ərizənin doldurulması ilə bağlı verilən imkandan cavabdehin təqsiri olmadan istifadə etməmişdir. 18 yanvar 2022-ci il tarixdə cavabdehin verdiyi cavab məktubu ilə də müəyyən edilmişdir ki, əlaqəli məsələ ilə bağlı iddiaçının qanuni nümayəndəsinin şəxsən müraciəti yalnız 13 oktyabr 2021-ci il tarixdə olmuş, bu zaman ona elektron ərizənin doldurulması və s ilə bağlı da qanunvericiliyin tələbləri geniş formada izah edilmişdir ki, yenə də müəyyən edilir ki, iddiaçının qeyd etdiyi mobil və şəhər telefonlarından çağrı mərkəzinə müraciətləri ya olmamış, ya da digər məsələrlə bağlı olmuşdur. Halbuki, həmin zənglərin olması halı belə, iddiaçının elektron ərizəni şəxsən doldurması və təsdiq etməsi ilə bağlı konkret müddəanın pozulmasını onun xeyrinə dəyişdirilən hal hesab edilməməlidir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi inzibati orqanın köməklik göstərilməsi ilə bağlı inzibati icraatla bağlı qanunvericilikdə nəzərdə tutulmuş öhdəliyinin müəyyən bir çərçivəsi mövcuddur ki, cavabdeh də həmin çərçivəyə uyğun hərəkət edərək kütləvi informasiya vasitələri və rəsmi internet saytı vasitəsi ilə öz üzərinə düşən öhdəliyi icra etmiş və əsaslı olaraq abituriyentlərdən və ya onların qanuni nümayəndələrindən də öz üzərlərinə düşən öhdəliyini icra etməsinə etibar etmişdir. Bununla yanaşı, 2021/2022 tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu üzrə ərizələrin qəbulu 14-29 iyun tarixlərində, ixtisas seçimi isə 27 avqust-08 sentyabr tarixlərində aparılmışdır. Bu məlumat müvafiq olaraq X5 rəsmi internet saytında əks olunmuşdur. (https://dim.gov.az/news/6758; https://dim.gov.az/news/7095/) Həmin məlumatlara nəzər yetirdikdə isə görünür ki, X8 abituriyentlərin ixtisas seçiminin hansı tarixdə və qaydada həyata keçirildiyini, abituriyentin elektron ixtisas seçimi ərizəsinin daxil edib təsdiq etməli olduğunu nəzərə çatdırmışdır. Bu məlumatların ümumiyyətlə əl çatan olmamasından isə söhbət gedə bilməz. Əksinə, həmin məlumat hətta hazırki günədək rəsmi internet saytında saxlanılmışdır. Birinci instansiya məhkəməsinin əsaslandırılması ilə razılaşan kollegiya qeyd edir ki, məhkəmə düzgün olaraq hesab etmişdir ki, iddiaçının və onun qanuni nümayəndəsi olan anasının ixtisas seçimi ilə bağlı tarixlərdən məlumatlı olmaması, həmçinin ixtisas seçimi ilə bağlı abituriyentin elektron ixtisas seçimi ərizəsinin daxil edilərək təsdiq olunmaması cavabdehin təqsirli hərəkəti ilə bağlı olmamışdır. Cavabdeh öz səlahiyyətləri çərçivəsində tarixlər və ixtisas seçimi qaydası barədə məlumatları kütləvi informasiya vasitəsi ilə ictimaiyyətin diqqətinə çatdırmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının ixtisas seçimi ilə bağlı elektron ixtisas seçimi barədə ərizəsi olmadığından və bu hal X5 təqsirli hərəkəti nəticəsində yaranmadığından, hazırki tədris ili üzrə onun kollecdə hüququnun təmin edilməsi mümkün deyildir. Digər tərəfdən nəzərə alınmalıdır ki, İddiaçı ilə X8 arasında ixtisas seçimi ilə bağlı aparılan telefon danışıqları yalnız xx.xx.2021-ci il tarixdə həyata keçirilmişdir ki, həmin tarixdə artıq 2021/2022-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə qəbul prosesi yekunlaşmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı həmin balla növbəti tədris ili üzrə qeydiyyatdan keçmiş və kollecə qəbul olunmuşdur. Göründüyü kimi birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla işin hallarına uyğun olmuş, cavabdehin imtina etməsi qanuni və əsaslı olmuş, iddiaçının hüquqları pozulmamışdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 2-1(112)-4146/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2-1(103)-167/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-167/2023
04.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver