Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1670/2020 07.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən), Məmmədov Vidadi Məmməd oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı, onun vəkili X9 (Bakı şəhəri 15 saylı Vəkil Bürosu), Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı (xx.xx.1951-ci il tarixində Xudat şəhərində anadan olmuş, Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi, 996 məhəllə, ev 48 ünvanında qeydiyyatdadır, iddia ərizəsinə əsasən ünvan- Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi, ev 9 a, mənzil 46) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-131/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiаçı İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X2rşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehin “xxxx.” firmasına hesablanmış 3557.24 manat vergi borcuna görə iddiaçının üzərinə əsassız qoyulan məsuliyyətdən azad edilməsi barədə məktubuna verdiyi cavab ilə müşayiət olunan hərəkətinin qanunsuz hesab edilməsi və cavabdeh tərəfindən iddiaçı üzərinə qoyulmuş məsuliyyət ləğv edilməklə iddiaçıya münasibətdə 3557,24 manat vergi borcunun silinməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin ona bildirdiyinə görə “xxxx” Firmasının (VÖEN: **********) xx.xx.2019-cu il tarixə məhkəmə hökmü ilə təmin edilmiş məbləğ üzrə vərəqə əsasən xx.xx.2014-cü il tarixli, 2-(81)- 966/2014 saylı məhkəmə qətnaməsi ilə 3557.24 manat borc hesablanmışdır. Tərəfindən cavabdehə ərizə ilə müraciət edilərək göstərmişdir ki, xx.xx.2008-ci il tarixə qədər o, rəsmi və faktiki olaraq “xxxx” firmasının (VÖEN **********) direktoru olmuşdur. xx.xx.2008-ci il tarixdə firma bütün əmlakı ilə birlikdə bir əməliyyat nəticəsində X5 verilmişdir. Həmin əməliyyatın rəsmiləşdirilməsi “xxxx” Firmasının, təsisçilik hüququnun, həmin firmanın kapital payını və ödənişlərin 3-cü şəxsə verilməsi barədə müqavilə əsasında xx.xx.2008-ci il tarixə Bakı şəhər 11 saylı Dövlət Notariat Kontorunun dövlət notariusu tərəfindən təsdiq edilib. Həmin gündən etibarən onun “xxxx” Firması ilə heç bir əlaqəsi və fəaliyyəti olmamışdır. Firmanın yeni təsisçisi Rafiq İbrahimovla onun arasında firmaya rəhbərlik və təmsilçilik barədə heç bir müqavilə bağlanmayıb və o, onu ilk və son dəfə xx.xx.2008-ci il tarixdə notariat kontorunda görmüşdür. Firmanın xx.xx.2008-ci il tarixdən bu günə qədər olan fəaliyyəti haqqında məlumatsızdır. Həmin dövr ərzində bu firmanın maliyyə-təsərrüfat fəaliyyətinə aid heç bir sənədə imza atmamış, bu haqda heç bir məlumatı olmamış və yoxdur (bank, alğı-satqı, kassa, sənədlər, müqavilə, orada keçirilən səyyar vergi yoxlamaları sənədləri və s.). Təsisçi R.İbrahimov baş vermiş dəyişiklilər haqqında firmanın qeydiyyat sənədlərində məlumatların yenilənməsi üçün Vergilər Nazirliyinə vaxtında məlumat verməli idi. Əgər bunu etməyibsə, onda maraqlıdır o, bank kreditini necə ödəyib, əldə etdiyi əmlak üzərində necə sərəncam verib və digər əməliyyatları necə aparıb?. Səyyar vergi yoxlamaları zamanı aktı və digər sənədləri direktorun adından kim imzalayıb?.xx.xx.2008-ci il tarixli müqaviləsinin surətini göndərərək xahiş edir ki, “xxxx” Firmasının həmin tarixdən sonrakı dövr ərzində əmələ gələn vergi öhdəliklərinin yerinə yetirilməməsinə görə yaranmış borca görə cavabdeh şəxs qismində həmin dövrdə firmanı faktiki olaraq idarə edən şəxslər cəlb edilsin. Bir daha bildirir ki, xx.xx.2008-ci il tarixdən sonra onun adını kağız üzərində direktor kimi saxlasalarda, faktiki olaraq firma yeni təsisçi Rafiq İbrahimov və onun işçiləri tərəfindən idarə edilib. Eləcə də, aralarında müqavilə olmadan onun adının rəsmi olaraq direktor kimi saxlanılmasında da bütün məsuliyyət və cavabdehlik onların üzərinə düşür. Bu məsələdə onun heç bir məsuliyyəti və cavabdehliyi yoxdur. Lakin, cavabdeh **********939100 saylı, xx.xx.2019-cu il tarixli məktubla müraciətinə cavab olaraq bildirmişdir ki, aparılan araşdırmalara əsasən müraciətinin nəzərə alınması vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Hesab edir ki, cavabdehin bu məktubla müraciətini araşdırmaması qanunsuz olmuşdur. Belə ki, o, X1 və ya məsuliyyətsizliyi üzündən “xxxx” Firmasının əmələ gəlmiş vergi borcuna görə hər hansı bir məsuliyyət daşımır və məsuliyyətə cəlb edilməli deyil, ona qarşı hər hansı bir məhdudiyyətin tətbiq edilməsi qanunsuzdur. xx.xx.2014-cü il tarixli, 2-(81)-966/2014 saylı məhkəmə qətnaməsində, xx.xx.2019-cu il tarixə olan borca görə məhkəmə hökmünün ona heç bir adiyyəti yoxdur. Eyni zamanda xx.xx.2019-cu il tarixində iddiaçı məhkəməyə müvəqqəti xarakterli müdafiə tədbiri haqqında ərizə verərək, məhkəmə araşdırmaları başa çatana qədər iddiaçının üzərinə hər hansı bir məsuliyyətin və məhdudiyyətin qoyulmasına dair cavabdeh tərəfindən məsələnin qaldırılmasının cavabdehə qadağan edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(81)- 2738/2019 nömrəli qərardadı ilə (hakim-M.Hacıbəyova) iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri haqqında ərizəsinin təmin edilməsi qərara alınmışdır. xx.xx.2019-cu il tarixində cavabdeh qərardaddan apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(81)-2738/2019 nömrəli qərardadının ləğv edilməsini və iddaçının ərizəsinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsi ilə məsuliyyətdən azad edilməsini tələb etdiyi 3557,24 manat vergi borcu “xxxx" firmasına hesablanmış vergi borcudur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2665/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (hakimlər-E.Nağıyeva, H.Həmidov və V.Baxışova) cavabdehin apellyasiya şikayətinin təmin edilməsi, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(81)- 2738/2019 nömrəli qərardadının ləğv edilməsi, İddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri kimi, “xxxx.” firmasının borclarına görə məsuliyyət və məhdudiyyətin qoyulmasının Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qadağan edilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı tərəfindən qərardaddan kassasiya şikayəti verilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-131/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə (hakim A.Abdullayeva) iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır. xx.xx.2020-ci il tarixində iddiaçı qərardaddan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-131/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2019-cu ilin iyun ayında Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin şəxsən iddiaçının faktiki olaraq ona aid olmayan fəaliyyət dövründə “Rash İnternational Limited LLC" firmasına hesablanmış vergi borcuna görə hər hansı bir məhdudiyyətin tətbiq edilməsinin və məsuliyyətə cəlb edilməyinin qarşısının alınmasını, yəni cavabdehi iddiaçıya qarşı müəyyən hərəkətlərdən çəkinməyə dair iddia ilə müraciət etmişdir. İş məhkəmədə araşdırılan zaman 2008-2013-cü illərdə “Rash İnternational Limited LLC" firmasının faktiki olaraq kimin tərəfindən idarə edilməsini, maliyyə-təsərrüfat sənədlərinin, vergi borcunun yaranmasını təsdiq edən yoxlama aktının və yoxlama bildirişinin kim tərəfindən imzalanmasını aydınlaşdırmaq məqsədilə cavabdehdən həmin sənədlərin məhkəməyə təqdim edilməsi haqqında xx.xx.2019-cu il tarixdə məhkəməyə vəsatət təqdim etmişdir. Məhkəmə qeyd olunan vəsatətdə tələb olunan sənədlərin məhkəməyə təqdim etməsini cavabdehdən tələb etməsinə baxmayaraq, ötən bir il ərzində bu tələb cavabdeh tərəfindən təmin edilməyib. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında bu məsələ tərəflərindən təkrarən qaldırılsa da, məlum oldu ki, cavabdeh məhkəməyə həmin sorğu ilə əlaqədar məktub göndərib və məktubda 33 vərəqdən ibarət tələb edilən sənədlərin əlavə olunması qeyd edilib. İşin apellyasiya icraatı zamanı iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixində cavabdeh tərəfindən qeyd olunan sənədlərin məhkəməyə təqdim edilməsi barədə vəsatət daxil olmuşdur. Cavabdeh tərəfindən qeyd olunan sənədlərin surətləri iddiaçıya təqdim olunmuşdur. İşin apellyasiya icraatı zamanı cavabdeh tərəfindən apellyasiya şikayətinə dair etiraz məhkəməyə daxil olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-(81)-966/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qiyabi qətnaməsinin (hakim-Q.R.Abbasov) surətinə əsasən iddianın təmin edilməsi, “Rash İnternational Limited LLC" firmasından 3557,24 manat vergi borcunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli izahatın surətində göstərilənlərə əsasən izahat verən X8 bildirmişdir ki, müəssisənin faktiki sahibi X10, baş mühasibi isə Qəribov Vilayətdir. Sənədlər adları qeyd edilən iki şəxsdə olduğundan yoxlamaya heç bir sənəd təqdim edə bilməmişdir, dəfələrlə onun təkid etməsinə baxmayaraq, ona heç bir sənəd təqdim olunmamışdır, onun işdən azad olunması barəsində bu iki şəxs tərəfindən Vergilər Nazirliyinə heç bir sənəd təqdim olunmamışdır. İş materiallarında olan **********338962 nömrəli, xx.xx.2010-cu il tarixli Səyyar vergi yoxlaması aktının surətinə əsasən qeyd edilmişdir ki, direktor X6r. İşin apellyasiya icraatı zamanı iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixində ərizə təqdim edilərək hazırkı iş üzrə verdiyi apellyasiya şikayətinin geri götürüldüyü bildirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili ərizənin qəbul edilməsini xahiş etdilər və ərizənin qəbul edilməsinin hüquqi nəticələrinin onlara aydın olduğunu bildirdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçı tərəfindən verilmiş ərizənin qəbul edilməsinə etiraz etmədiyini, ərizənin qəbul edilməsinin hüquqi nəticələrinin ona aydın olduğunu bildirdi və əlavə olaraq qeyd etdi ki, iddiaçı ilə qarşılıqlı müzakirələr əsasında aralarında olan inzibati mübahisə artıq həll edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini, şikayətin geri götürülməsi barədə ərizəni araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-131/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi ilə bağlı ərizə qəbul edilməli və həmin şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin geri götürülməsi tərəfin qanunla müəyyən edilmiş hüququdur və bu geri götürmə hər iki tərəfin qarşılıqlı mənafeyinə uyğun gəlir, başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.1-ci maddəsinə əsasən şikayət apellyasiya instansiya məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir, apellyasiya şikayətinin geri götürülməsi birinci instansiya məhkəməsinin qərarının tanınmasına səbəb olur. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-131/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi ilə bağlı ərizə qəbul edilməli və həmin şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 88, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-131/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından verdiyi apellyasiya şikayətinin geri götürülməsi barədə ərizəsi qəbul edilsin. Həmin şikayət üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193-cü məhəllə) İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1670/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1670/2020
07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver