Məhkəmə qərarları › İş №2-1(103)-1672/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1672/2025

04.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1672/2025 04.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “ehtiyata buraxılma ilə bağlı əmrin ləğv edilməsi və işə bərpa edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), Mədətli Fərid İlham oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X2, cavabdehin nümayəndəsi X9, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 məhkəmə tibb eksperti-kimyaçı X10 və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X6” X12 eksperti-kimyaçı Cəmalə Kosayevanın iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “təxris olunma ilə bağlı əmrin ləğv edilməsi və işə bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9112/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 məhkəmə-kimyəvi tədqiqatına dair xx.xx.2023-cü il tarixli, 4197/K saylı maddi sübutların müayinəsi aktında göstərilmişdir ki, Müdafiə Nazirliyi Mərkəzi Həkim Komissiyasının rəisinin xx.xx.2023-cü il tarixli, 2073 №li təliqəsinə əsasən məhkəməkimyəvi tədqiqat aparılmışdır. İddiaçı götürülmüş sidik nümunəsinin immunofermentativ xətli test və nazik təbəqəli xromatoqrafiya metodu ilə məhkəmə-kimyəvi tədqiqatına əsaslanaraq, o nəticəyə gəlinmişdir ki, məhkəmə-kimyəvi tədqiqat nəticəsində sidik nümunəsinin tərkibində 9-^- Tetra-hidro kannabinol adlı maddə aşkar olundu. Bu preparat Çətənə bitkisindən alınan Marixuana, Həşiş və Həşiş qətranı adı ilə tanınan narkotik vasitələrin tərkibində əsas narkotik effekt yaradan maddədir.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 məhkəmə-kimyəvi tədqiqatına dair xx.xx.2024-cü il tarixli, 73/K saylı maddi sübutun məhkəmə-kimyəvi ekspertizası barədə ekspert rəyində göstərilmişdir ki, N saylı hərbi hissəsinin təhqiqatçısı ədliyyə baş leytenantının xx.xx.2024-cü il tarixli, 02-24 №-li qərarına əsasən məhkəmə-kimyəvi ekspertizası aparılmışdır. İddiaçı sidik nümunəsinin məhkəmə-kimyəvi tədqiqatına dair tərtib edilmiş 4197/K saylı xx.xx.2023-cü il tarixli müayinə aktının qeydiyyatlarına əsaslanaraq, o nəticəyə gəlinmişdir ki, məhkəmə-kimyəvi tədqiqat nəticəsində sidik nümunəsinin tərkibində 9-^- Tetra-hidro kannabinol adlı maddə aşkar olundu. Aşkarlanan bu preparat Çətənə (Cannabis) bitkisindən alınan marixuana, Həşiş və Həşiş qətranı adı ilə tanınan narkotik vasitələrin tərkibində əsas narkotik effekt yaradan maddədir.

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” publik hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəyə ünvalanmış xx.xx.2024-cü il tarixli, 246 №li məktubu təqdim edilmiş məhkəməkimyəvi tədqiqatına dair xx.xx.2024-cü il tarixli, 179/K saylı məhkəmə-kimyəvi ekspert rəyində göstərilmişdir ki, İddiaçı götürülmüş qan nümunəsinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinoid” aşkar edildi. Barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi.

4. xx.xx.2024-cü il tarixli Söhbət vərəqəsindən (surətindən) müəyyən olunur ki, söhbət zamanı İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmət uyğunsuzluğa görə) müvafiq olaraq xidmətdən ehtiyata buraxılmasına münasibətinin mənfi olduğunu, belə ki, qeyd olunan (ekspert rəylərində göstərilən) preparatların aludəçisi olmadığını bildirmiş və Azərbaycan Ordusunda qalıb xidmətinin davam etdirməsinə köməklik göstərilməsini xahiş etmişdir.

5. xx.xx.2024-cü il tarixdə aparılmış ikinci söhbət zamanı İddiaçı birinci söhbətləşmədə yazdıqlarının nəzərə alınmasını xahiş etmişdir.

6. N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli təqdimatdan görünür ki, mayor İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156cı maddəsinin “e” bəndinə (xidmət uyğunsuzluğa görə) müvafiq olaraq, ehtiyata buraxılması üçün təqdim olunmuşdur.

7. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2024-cü il tarixli, № 0309 saylı əmrindən çıxarışdan müəyyən olunur ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmət uyğunsuzluğa görə) müvafiq olaraq, N nömrəli hərbi hissənin 2-ci aviasiya eskadrilyası komandirinin müavini - şturman mayor İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.

8. Bakı İnzibati Məhkəməsinin müvafiq sorğusuna əsasən Bakı Hərbi Məhkəməsinin 3-1(093)-154/2024 №li iş üzrə çıxartdığı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata, həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən xitam verilmişdir.

9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsi tərəfindən tərtib olunmuş “maddi sübutların ekspertizası”nınxx.xx.2024-cü il tarixli, 1988/K №li ekspert rəyində göstərilmişdir ki, Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3-1(093)-154/2024 saylı qərardadına əsasən məhkəmə-kimya ekspertizası aparılmış və Məhkəmə - kimyəvi ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinmişdir:

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin komandiri polkovnik Rəşad Nadirovun xx.xx.2023-cü il tarixli 3910 №li məktubuna əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X17 Məhkəmə- kimya şöbəsində xx.xx.2023-cü il tarixdə İddiaçı götürülmüş qan və sidik nümunələrinin məhkəmə-kimyəvi tədqiqatı nəticəsində qan və sidik nümunələrinin tərkibində barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. Məhkəmə-kimyəvi tədqiqatın nəticəsi xx.xx.2024-cü il tarixli, 13 6/K saylı ekspert aktında öz əksini tapmışdır.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin komandiri polkovnik Rəşad Nadirovun xx.xx.2024-cü il tarixli 15 №li məktubuna əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X17 Məhkəmə- kimya şöbəsinə məhkəmə-kimyəvi tədqiqat üçün təqdim edilmiş Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 xx.xx.2023-cü il tarixdə İddiaçı götürülmüş qan nümunəsinin məhkəməkimyəvi tədqiqatı nəticəsində qan nümunəsinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinoid” aşkar edildi. Barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi.

10. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin komandiri polkovnik Rəşad Nadirovun xx.xx.2024-cü il tarixli 15 №li məktubuna əsasən Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 xx.xx.2023-cü il tarixdə İddiaçı götürülmüş sidik nümunəsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X17 Məhkəmə-kimya şöbəsinə təqdim edilməmişdir. Məhkəmə-kimyəvi tədqiqatın nəticəsi xx.xx.2024-cü il tarixli, 179/K saylı ekspert rəyində öz əksini tapmışdır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 0309 №li əmrinin ləğv edilməsi, İddiaçı 843-cü Aviasiya bazası (N saylı hərbi hissə) 2-ci aviasiya eskadrilyası (Mİ-35M) komandirinin müavini-şturman vəzifəsinə bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

12. Sonradan İddiaçı (nümayəndəsi və vəkili vasitəsilə) xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, AR Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 0309 №li əmrinin ləğv edilməsi, İddiaçı 843-cü Aviasiya bazası (N saylı hərbi hissə) 2-ci aviasiya eskadrilyası (Mİ-35M) komandirinin müavini-şturman vəzifəsinə bərpa olunması və hərbi xidmətə bərpa olunan günədək ödənilməmiş əmək haqqının və digər ödənişlərin İddiaçı ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə çıxarılmasını xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2012-ci il tarixdən etibarən leytenant kimi N saylı hərbi hissədə xidmətə başlamışdır. Ümumi təqvim ili 16 il 10 ay 17 gün və güzəştlə 8 il, ümumilikdə 25 ilə yaxın hərbi xidmət keçmişdir. 2023-cü ilin noyabr ayında analizləri verərək hərbi uçuş komissiyasından keçmiş, həmin ilin dekabr ayının 28- də, yəni 38 gündən sonra onu MN-nin Hərbi Hospitalına çağıraraq, “işinin yaxşı olmadığını” bildirmişlər. Onu dinləmədən, birbaşa mətləbə keçərək analizlərdə narkotik vasitənin aşkar edildiyini deyərək, buna rəğmən ona köməklik etmək istədiklərini bildirmişlər. O, heç bir zaman narkotik vasitə istifadə etmədiyini və onun analizlərində narkotik vasitənin aşkar olunmasına təəccüb etmişdir. 2 gündən sonra, yəni 30 dekabr 2023-cü il tarixdə N saylı hərbi hissə komandirinin göndərişi ilə, yenidən analiz verilməsi üçün Maştağadakı “Respublika Narkoloji Mərkəz”ə göndərilmiş, alınan analizlər zamanı onda narkotik vasitənin aşkar edilmədiyi müəyyən edilmişdir. Elə həmin gün hərbi qulluqçudan əl çəkməyərək, yenidən qərəzli şəkildə hərbi hissəsinin həkimi və təhqiqatçı tərəfindən analiz verməsi üçün onu, Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” nə göndərilmiş və orada ondan yenidən analiz götürülmüşdür. Lakin, həmin analizlərin cavabı ona təqdim edilməmişdir. Bundanda sonra ona qərəzli şəkildə heç bir əsas olmadan MN Hərbi Hospitalın göndərişi ilə Maştağadakı “Respublika Narkoloji Mərkəz”ə göndətdirib, ondan yenidən analiz vermələrini tələb etmişlər və hətta bu məqsədlə 12 fevral 2024- cü il tarixində məcburi şəkildə bir gün orada saxlatdıraraq, azadlığını məhdudlaşdırmışlar. Buna rəğməndə müayinə və analizlər nəticəsində yenədə iddiaçının bədənində narkotik maddə aşkar edilməmişdir. Onu yenidən, Maştağadan qayıdandan sonra səhərisi gün, 13 fevral 2024- cü il tarixdə həmin müəssiyəyə yenidən müayinə üçün göndərmişlər. Sonradan hərbi hissəyə qayıtdıqdan sonra ona barəsində araşdırma materiallarını məhkəməyə təqdim etdiklərini bildirmiş və məhkəmə iclasında iştirak etməyini demişlər. O, məhkəmədə iştirak edəndən sonra bilmişdir ki, onun barəsində inzibati xətaya dair iş başlanılmışdır. Nəhayət 17 aprel 2024-cü il tarixdə hərbi hissəyə xidmətə qayıtmış və bu zaman həmin hərbi hissənin məxfi hissəsinə çağırılmış və Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 0309 №li əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması bildirilmişdir. Əmrin surəti ona indiyə qədər təqdim edilməmiş, yalnız şifahi olaraq xidmətə uyğunsuzluğa görə hərbi xidmətdən xaric olunduğu bildirilmişdir. Halbuki o, hərbi xidmətdə olduğu müddətdə zabit kimi üzərinə düşən bütün öhdəlikləri layiqincə və şərəflə yerinə yetirmiş, hər zaman intizamlı olmaqla yanaşı, hərbçi şərəfini hər şeydən uca tutmuş və bu peşəyə xələl gətirən heç bir qüsurlu hərəkət etməmişdir. Azərbaycan Respublikası Prezidentinin adından Müdafiə Nazirinin 098 t xx.xx.2018-ci il tarixli əmrinə əsasən “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalla və Azərbaycan Respublikası Prezidentinin adından Müdafiə Nazirinin 0211 t xx.xx.2018-ci il tarixli əmrinə əsasən “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalla və Azərbaycan Respublikası Prezidentinin adından Müdafiə Nazirinin 0160 t xx.xx.2023cü il tarixli əmrinə əsasən Azərbaycan Respublikasının “Şücaətə görə” medalları ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin adından Müdafiə Nazirinin 0105t xx.xx.2013-cü il tarixli əmrinə əsasən “Azərbaycan Respublikası Silahlı Qüvvələrin 95 illiyi (1918-2013)” Yubiley medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin adından Müdafiə Nazirinin 0146t xx.xx.2018-ci il tarixli əmrinə əsasən “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Yubiley medalı ilə təltif olunmuşdur. Eyni zamanda Rusiya Federasiyası Müdafiə Nazirliyinin 21 fevral 2022-ci il tarixli, 26 saylı əmrinə əsasən “Hərbi Hava Akademiyası”nın 100 illiyi” Yubiley medalı ilə təltif olunmuşdur. Ona aid “Xidmət vərəqəsi”ndə göstərdikləri öz əksini geniş formada tapmışdır. Hesab edir ki, onun Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hərbi xidmətdən ehtiyata buraxılma hüquqları kobud şəkildə pozulmuşdur. Onun qan və sidiyində heç bir narkotik vasitə aşkar edilməmişdir. Onun “xidməti uyğunsuzluğa görə” maddəsi ilə ehtiyata buraxılmağının heç bir əsası olmamışdır və buna əsas ola biləcək heç bir intizam pozuntusuna da yolverilməmişdir. O, xidmət müddəti ərzində heç bir intizam cəzası almadığı, birdən-birə heç bir intizam pozuntusuna, nalayiq hərəkətə yol vermədiyi halda komandanlığın yanlış qərarı nəticəsində layiq olmadığı “xidməti uyğunsuzluğa görə” maddəsi ilə ehtiyata buraxılmışdır. Cavabdeh tərəfindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə əməl olunmamış, kobud inzibati icraat pozuntularına yol verilmişdir ki, bununlada mübahisələndirilən əmr qanunaziddir və onun hüquqlarını pozur.

14. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraz onunla əsaslandırılmışdır ki, hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimləmə qaydaları “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli 377-1Q nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə müəyyən edilir. Hərbi xidmətə daxil olma və hərbi xidmətdən buraxılma da həmin qanunvericilik aktları ilə tənzimlənir. Həmin Əsasnamənin 168-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. İddiaçının ehtiyata buraxılmasına dair təqdimatdan və sənədlərdən görünür ki, iddiaçı 2007-2024-cü illərdə Azərbaycan Ordusunda həqiqi xidmət xidmət keçmiş, 21 noyabr 2021-ci il tarixdə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 mayor İddiaçı götürülmüş qan və sidik nümunələri Azərbaycan Respublikası Müdafiə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7”nin Məhkəmə-kimya bölməsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi”nin Məhkəmə-kimya şöbəsinə təqdim edilmişdir. Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 xx.xx.2023-cü il tarixli 4197/K nömrəli akta və ekspert rəyinə əsasən mayor İddiaçı götürülmüş analizdən məhkəmə-kimyəvi tədqiqatın nəticəsində sidik nümunəsinin tərkibində 9-A-Tetra-hidro kannabinol adlı maddə aşkar olunmuşdur. Bu preparat çətənə bitkisindən alınan Marixuana, həşiş və həşiş qətranı adı ilə tanınan narkotik vasitələrin tərkibində əsas narkotik effekt yaradan maddədir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi”nin Məhkəmə-kimya şöbəsinin 22 yanvar 2024-cü il tarixli 179/K nömrəli ekspert rəyinə əsasən, mayor İddiaçı götürülmüş qan nümunəsinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinoid” aşkar edilmişdir. Aşkarlanan bu narkotik vasitə dövriyyəsi və qəbulu qadağan olunmuş narkotiklərin siyahısına daxildir. İddiaçının göstərilən əsasla ehtiyata buraxılması barədə təqdimat verilmiş, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Azərbyacan Respublikası müdafiə nazirinin 05 aprel 2024-cü il tarixli müvafiq əmri ilə N nömrəli hərbi hissənin 2-ci aviasiya eskadrilyası komandirinin müavini - şturman mayor İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçının yerinə yetirdiyi xidmətin xüsusiyyətlərini, silah və sursatlara buraxılışının olmasını, narkotik vasitələrin qəbuluna başqa şəxsləri cəlb etməsinin mümkünlüyünü və sair baş verə biləcək təhlükəli nəticələri nəzərə alaraq Müdafiə Nazirliyi iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə inzibati akt qəbul etdmişdir. O, narkotik vasitənin qəbuledicisi kimi hərbi xidmətədə saxlanıla bilməzdi. Beləliklə yuxarıda qeyd edilənlərdən göründüyü kimi, iddia tam əsassızdır, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmasına səbəb olan ondan götürülmüş qan nümunəsinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinoid” aşkaf edildiyi üçün hərbi qulluqçu ilə xidməti münasibətlərinə bir tərəfli qaydada son qoyması qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. İddiaçı barəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi qərar qəbul edilərkən qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur.

16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9112/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

17. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, şəxs tərəfindən narkotik vasitə və ya insan psixikasına təsir edən digər maddələrin qəbulu faktı qanunvericilikdə təsbit olunmuş qaydada müəyyən olunmalıdır. Bu isə onu nəzərdə tutur ki, sözügedən faktın aşkarlanması qanunvericiliklə müəyyən olunmuş prosedurlara riayət etməklə aparılmalıdır.

18. Hazırki iş üzrə iddiaçının tibbi yoxlamasının həkim-narkoloq tərəfindən həyata keçirilməsi, həkim-narkoloq tərəfindən rəy tərtib edilməsi, tibbi yoxlama zamanı aparılmış müayinələr, rəyin əsaslandırılması, rəyin möhürlə təsdiq olunması barədə məhkəməyə sübut təqdim (rəy) edilmişdir.

19. Belə ki, iddiaçı barəsində aparılan müayinə zamanı “kannabionid” narkotik maddəsi aşkar edilməsinə dair həm Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 müayinə aktı və ekspert rəyində həm də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X12 ekspert rəyi mövcuddur.

20. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının müayinəsinin səlahiyyətli qurum kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza vəX6” publik hüquqi şəxs tərəfindən aparılmasının heç də qanunvericiliyə zidd deyildir. Ən azından “Narkoloji xidmət və nəzarət haqqında” Qanunda belə bir qadağanedici norma mövcud deyil.

21. Bundan əlavə olaraq qeyd olunmalıdır ki, iddiaçı tərəfindən fərqli səhiyyə müəssisələri tərəfindən təqdim edilmiş analiz nəticələri qanunvericiliyin tələbləri baxımından tibbi müayinə yalnız dövlət narkoloji tibb müəssisəsində aparıla bilər və müvafiq olaraq yalnız belə müəssislərin keçirdiyi tibbi müayinələrin nəticələri şəxsin barəsində tətbiq edilən xidmətdən xaric edilmə növündə intizam tənbeh tədbirinin əsasını təşkil edə bilər.

22. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının “Azərbaycan Respublikası silahlı qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”nin tələblərini pozduğu üçün cavabdeh inzibati orqan tərəfindən onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq vəzifəsindən azad edilməsi və həqiqi hərbi xidmətdən ehtiyata buraxılması müəyyən olunmuş, cavabdeh tərəfindən bu barədə müvafiq inzibati akt qəbul edilərkən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi müəyyən edilməmişdir. İddiaçının isə öz tələbində əsaslandığı iddiasının hüquqi əsasları mövcud deyildir.

23. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9112/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

24. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil etməklə onunla əsaslandırılmışdır ki, Məhkəmə, tərəfimizdən təqdim edilmiş sənədləri nəzərə almamış və onları araşdırmadan, orada göstərilən hallara qiymət vermədən qərar qəbul etmişdir.

1. Beləki, əmrin verilməsinə, yəni iddiaçını xidməti uyğunsuzluğa görə ordudan tərxis edilməsinin əsası kimi, iddiaçının barəsində N saylı hərbi hissə komandiri polkovnik Rəşad Nadirov tərəfindən İddiaçı xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına dair xx.xx.2024-cü il tarixli Təqdimatda göstərilənlər və Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 xx.xx.2023-cti il tarixli 4197/K nömrəli akta və ekspert rəyinə əsasən mayor İddiaçı götürülmüş analizdən məhkəmə-kimyəvi tədqiqatın nəticəsində sidik nümunəsinin tərkibində 9-A-Tetra-hidro kannabinol adlı maddə aşkar olunması və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi"nin Məhkəmə-kimya şöbəsinin 22 yanvar 2024-cü il tarixli 179/K nömrəli ekspert rəyinə əsasən, mayor İddiaçı götürülmüş qan nümunəsinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən "Kannabinoid" aşkarlanması olmuşdur. Həmin, istinad olunan 22 yanvar 2024-cü il tarixli 179/K nömrəli ekspert rəyindən görünür ki, tibbi müayinənin aparılma tarixi xx.xx.2024-xx.xx.2024-cü il tarixləri olmuşdur. Mayor İddiaçı götürülmüş qan nümunəsinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən "Kannabinoid" aşkarlanmışdır. Lakin, N saylı hərbi hissə komandiri Rəşad Nadirovun göndərişi ilə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi"nin X17, yəni eyni orqanın eksperti tərəfindən xx.xx.2024-xx.xx.2024 tarixi aralıqlarında aparılmış 136/K nömrəli məhkəmə-kimyəvi ekspertizasının nəticəsinə görə isə, İddiaçı götürülmüş qan və sidik nümunələrinin tərkibində digər narkotik və psixotrop madələrlə yanaşı, kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Göründüyü kimi eyni tarixləri əhatə edən ekspert müayinəsinin nəticələri fərqli olmuşdur ki, buda əmrin verilməsinə əsas olmuş 22 yanvar 2024-cü il tarixli 179/K nömrəli ekspert rəyini şübhə altına alır və iddiaçının hərbi hissə komandirinin ona qarşı qərəzi nəticəsində verilən göstəriş nəticəsində alınan rəyin sübutu kimi qiymətləndirilir. Bu həmdə iddiaçının həqiqətən narkotik istifadə etmədiyi və belə bir halın mümkün olmaması arqumentinin inandırıcı olmasının təsdiqinə ehtimalları çoxaldır, eyni zamanda cavabdeh orqanın istinad etdiyi rəylərin mötəbərliyini şübhə altına alır. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən fərqli səhiyyə müəssisələri tərəfindən təqdim edilmiş analiz nəticələri qəbul olunmur, qanunvericiliyin tələbləri baxımından tibbi müayinə yalnız dövlət narkoloji tibb müəssisəsində aparıla bilər və müvafiq olaraq yalnız belə müəssislərin keçirdiyi tibbi müayinələrin nəticələri şəxsin barəsində tətbiq edilən xidmətdən xaric edilmə növündə intizam tənbeh tədbirinin əsasını təşkil edə bilər. Məhkəmə kollegiyasının nəzərinə çatdırırıq ki, 136/K nömrəli məhkəmə-kimyəvi ekspertiza təqdiqatı N saylı hərbi hissə komandiri Rəşad Nadirovun göndərişi ilə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi“nin Publik Hüquqi şəxsi tərəfindən aparılmışdır. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi X17 vəkil sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliknikasının xx.xx.2024-cü il tarixli göndərişinə əsasən, İddiaçı narkotik asılılığının müəyyənləşdirilməsi üçün Mərkəzə göndərilmiş. O, xx.xx.2024xx.xx.2024-cü il tarixlərdə stasionar şəkildə mərkəzdə saxlanılmış və xx.xx.2024 cü il tarixdə “Respublika Narkoloji Mərkəzi" X17 Kliniki Laboratoriyasında narkotik vasitələr və psixitrop maddələrin istehlak hallarının müəyyən edilməsi məqsədilə ekspres test üsulu ilə tibbi müayinədən keçmiş, 464 nömrəli Akt tərtib edilmişdir. Müayənin nəticəsi olaraq onda narkotik xəstəlik aşkar edilməmişdir. Həmin aktlardan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə X8 Tibbi Yoxlamadan keçmiş, ondan götürülmüş sidik nümunəsindən narkotik vasitə olan heç bir maddə aşkar edilməmiş, norkamaniya xəstəliyindən əzab çəkmir. Göründüyü kimi, iddiaçı MN Hərbi Hospitalın göndərişi ilə Maştağadakı “Respublika Narkoloji Mərkəz“ə göndətdirilib, ondan yenidən analiz verməsi tələb edilmiş və hətta bu məqsədlə 12 fevral 2024-cü il tarixində məcburi şəkildə bir gün orada saxlatdıraraq, azadlığını məhdudlaşdırmışlar. Buna rəğməndə müayinə və analizlər nəticəsində yenədə iddiaçının bədənində narkotik maddə aşkar edilməmişdir. Yəni, iddiaçıdan 20 gün fərqlə götürülmüş analizlərinin cavablarında narkotik vasitənin aşkar edilmədiyi müəyyən olunmuşdur. Bundan başqa, İddiaçı 30 dekabr 2023-cü il tarixdə N saylı hərbi hissə komandirinin göndərişi ilə, yenidən analiz verilməsi üçün Maştağadakı “Respublika Narkoloji Mərkəz“ə göndərilmiş, alınan analizlər zamanı onda narkotik vasitənin aşkar edilmədiyi müəyyən edilmişdir. Buna dair analizin cavabı iddia ərizəsinə əlavə edilmişdir. Beləki, 2023-cü ilin dekabr ayının 28-də, yəni uçuş komissiyası zamanı verdiyi analizdən, sonra 38 gündən sonra MN Hərbi Hospitalına çağırılandan sonra, yəni ("irad tutulanda ki işin yaxşı deyil, sana kömək edə bilərik") deyəndən 2 gündən sonra, 30 dekabr 2023-cü il tarixdə Maştağadakı “Respublika Narkoloji Mərkəz“də N saylı hərbi hissə komandirinin göndərişi ilə yenidən verilən analizin cavabı olaraq tərtib edilmiş 3585 saylı aktdan görünür ki, onda narkotik vasitə aşkar edilməmişdir. Göründüyü kimi, İddiaçı hərbi hospitalda ona irad tutulan gündən iki sonra hərbi hissə komandirinin göndərişi ilə götürülmüş sidik nümunələrinin tərkibində narkotik vasitə və psixitrop maddələrin olub-olmamasını müəyyən etmək üçün “Respublika Narkoloji Mərkəz“ə göndərilmiş, iddiaçıdan götürülmüş analiz nümunələri neqativ cavablandırılmış, yəni hər hansı narkotik mənşəli təsir edici vasitələrdən istifadə olunma müəyyən edilməmişdir. Bununlada onun iddiaçının ümumiyyətlə nakotik vasitədən istifadə etməsi öz təsdiqini tapmamışdır. Bundan sonra hərbi hissənin komandiri və təhqiqatı Mehdiyev Yasin ondan əl çəkməmiş və onu yenidən, Maştağadan qayıdandan sonra səhərisi gün, 13 fevral 2024-cü il tarixdə həmin müəssiyəyə yenidən müayinə üçün göndərmişlər. Təhqiqatçı Yasinin iştirakı ilə sidik analizi götürülmüş və o, həmin analizin cavabını ona verməmiş, lakin Yasin özü dispanserdən götürmüşdür. Başa düşülən deyil ki, 1 ay fərqlə götürülmüş analizlərin cavabı nəyə görə fərqli və ziddiyyətli olmalı idi. İddiaçı götürülmüş analizlər onu göstərir ki, onun qanında və sidiyində narkotik maddə aşkar edilməmişdir. Lakin, məhkəmə həmin rəyləri sübut kimi qəbul etməmiş, lakin cavabdehin mötəbərliliyi şübhə doğuran rəylərini əsas götürmüşdür. Bu hallar onu bir daha göstərir ki, iddiaçının məhkəməyə dəfələrlə bildirdiyi kimi, hərbi hissə komandiri onunla qərəzli davranmış və verilən rəylər böyük ehtimalla həmin komandirin göstərişi əsasında verilmişdir. Beləliklə, əmrin verilməsinə, yəni onu xidməti uyğunsuzluğa görə ordudan tərxis edilməsinin əsası kimi, cavabdehin ehtimalı odur ki, iddiaçının qan və sidik nümunələrində narkotik vasitənin aşkar olunması halı olmuşdur. Yəni, cavabdehin ehtimal olunan mövqeyinə görə də, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmasının səbəbi onun narkotik vasitələrdən istifadəsi olmuşdur. Lakin, is materiallarından görünür ki, həmin ərəfələrdə verilmiş analizlərin cavablarına əsasən iddiaçının narkotik vasitə istifadəçisi olması müəyyən edilməmişdir. Lakin, birinci instansiya məhkəməsi həmin ziddiyyətləri aradan qaldırmamış, yalnız cavabdeh orqanın təqdim etdiyi ekspert rəylərini qəbul etmiş, iddiaçı tərəfin sübutlarını qiymətləndirməmişdir. Halbu ki, həmin yenidən ekspertiza keçirməklə, verilən analizlərdə narkotik vasitənin aşkarlanmasını dəqiqləşdirməli idi. Məhkəmə qarşı tərəfin verdiyi sənədlərlə kifayətlənmiş və cavabdehin subyektiv mövqeyi ilə razılaşmışdır.

2. Bundan başqa iddia tələbinin əsaslarından biri kimi, İddiaçı qarşı N saylı hərbi hissə komnadirinin qərəzli yanaşması nəticəsində belə bir əmrin verilməsi olmuşdur. Bu hal iddaçıya qarşı yuxarı komandanlıq qarşısında hərbi hissə komandiri Rəşad Nadirov tərəfindən verilən təqdimatdanda aşkar surətdə görünür. Beləki, iş materiallarında olan N saylı hərbi hissə komandiri polkovnik Rəşad Nadirov tərəfindən İddiaçı xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına dair Təqdimatda göstərilir ki, onun xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasını məqsədə uyğun hesab edir və tutduğu vəzifəyə uyğun hesab etməyərək, xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə vəsatət qaldırır. Lakin, təqdimat bilərəkdən yalan məlumatların göstərilməsi ilə, təhrif edilmiş formada tərtib edilmiş, iddiaçı xidməti uyğunsuzluğa yararlı olmaması kimi təqdim edilmişdir. Belə ki, təqdimatda göstərilir ki, "Mayor İddiaçı,xx.xx.2022-ci il tarixdən N nönırəli hərbi hissədə 2-ci aviasiya eskadrilyası (Mİ-35M) komandirinin miiavini-ştıırman vəzifəsində xidnıət etdiyi nıiiddət ərzində öziinii nizam- intizamsız bir hərbi qulluqçu kimi göstərmişdir. Azərbaycan Ordusunun ümumqoşun nizamnaməsinin tələblərini bilmir və gündəlik xidmətində onlara istinad etməyə çalışmır. İxtisası iizrə bilik və bacarışığının artırılması iiçiin səy göstərmir". Halbuki, elə həmin qəqdimalda göstərilmişdir ki, İddiaçı 2023-cü ildə keçirilən sonuncu attestasiya zamanı, maksimum 100 ballıq sistemdən, 99.3 bal toplamış və o bir pillə yuxarı vəzifəyə hazırdır. Lakin, Roman Musyev hərbi xidmətdə olduğu müddətdə zabit kimi üzərinə düşən bütün öhdəlikləri layiqincə və şərəflə yerinə yetirmiş, hər zaman intizamlı olmaqla yanaşı, hərbçi şərəfini hər şeydən uca tutmuş və bu peşəyə xələl gətirən heç bir qüsurlu hərəkət etməmişdir. Yüksək ixtisaslı zabitdir. Xidmətə başladığı gündən barəsində hərbi intizamın pozulmasına görə İntizam Nizamnaməsində nəzərdə tutulmuş ciddi cəza tədbiri tətbiq edilməmişdir. Belə olan halda təqdimatda göstərildiyi kimi "öziinü nizam-intizamsız bir hərbi qulluqçu kimi göstərmir və Azərbaycan Ordusunun ümum qoşun nizamnaməsinin tələblərini bilmir və gündəlik xidmətində onlara istinad etməyə çalışmır" kimi fikirlər inandırıcı və başa düşülən deyil. Bundan əlavə təqdimatda İddiaçı guya döyüş əməliyyatlarında iştirak etməməsi göstərilir. Halbu ki, idda ərizəsinə əlavə edilən sənədlərlə və ona aid xidməti vərəqəsi ilə müəyyən olunur ki, İddiaçı aprel döyüşlərində və 24 saatlıq Antiterror əməliyyatlarının iştirakçısı olmuşdur. Azərbaycan Respublikası Prezidentinin adından Müdafiə Nazirinin 098 t xx.xx.2018-ci il tarixli əmrinə əsasən "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalla və Azərbaycan Respublikası Prezidentinin adından Müdafiə Nazirinin 0211 t xx.xx.2018-ci il tarixli əmrinə əsasən "Qüsursuz xidmətə görə "3-cü dərəcəli medalla və Azərbaycan Respublikası Prezidentinin adından Müdafiə Nazirinin 0160 t xx.xx.2023-cii il tarixli əmrinə əsasən Azərbaycan Respublikasının "Şücaətə görə" medalları ilə "təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin adından Müdafiə Nazirinin Ü105t xx.xx.2013-cü il tarixli əmrinə əsasən "Azərbaycan Respublikası Silahlı Qüvvələrin 95 illiyi (1918-2013) " Yubiley medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin adından Müdafiə Nazirinin 0146t xx.xx.2018-ci il tarixli əmrinə əsasən "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) " Yubiley medalı ilə təltif olunmuşdur. Eyni zamanda Rusiya Federasiyası Müdafiə Nazirliyinin 21 fevral 2022-ci il tarixli, 26 saylı əmrinə əsasən "Hərbi Hava Akademiyası"nın 100 illiyi" Yubiley medalı ilə təltif olunmuşdur. Hesab edirəm ki, iddiaçının Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hərbi xidmətdən ehtiyata buraxılma hüquqları kobud şəkildə pozulmuşdur. İddiaçının qan və sidiyində heç bir narkotik vasitə aşkar edilməmişdir. İddiaçının"xidməti uyğunsuzluğa görə" maddəsi ilə ehtiyata buraxılmağının heç bir əsası olmamışdır və buna əsas ola biləcək heç bir intizam pozuntusuna da yolverilməmişdir. İddiaçı xidmət müddəti ərzində heç bir ciddi intizam cəzası almadığı, birdən-birə heç bir ciddi intizam pozuntusuna, nalayiq hərəkətə yol vermədiyi halda komandanlığın yanlış qərarı nəticəsində layiq olmadığı" xidməti uyğunsuzluğa görə" maddəsi ilə ehtiyata buraxılmışdır. Bundan başqa qeyd etmək zəruridir ki, İddiaçı barəsində AR İXM-nin 206-cı maddəsi üzrə inzibati xətanın tərkibinin olub-olmaması iicün məhkəmə araşdırması aparılan zaman barəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına dair əmr verilmişdir. Beləki, iş materiallarından görünür ki, İddiaçı barəsində cinayət işinin başlanması AR CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən rədd edilmiş, onun qan və sidik nümunələrində narkotik maddə aşkar edilməsi faktı üzrə onun əməlində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin hər hansı bir maddəsinin tərkibinin olub-olmamasına hüquqi qiymət verilməsi məsələsinə Bakı Hərbi Prokurorluğunda baxılması barədə qərar qəbul edilmişdir. Həmin qərardan göründüyü kimi prokurorluq iddiaçının əməllərində AR CM-nin 234.1ci maddəsinin tərkib əlamətlərinin olmadığını müəyyən edərək, əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasını rədd etmişdir. Azərbaycan Respublikası CPMnin 39.3-cii maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2 —ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Barəsində cinayət təqibi bəraətverici əsaslarla xitam verilməsinə baxmayaraq, N nömrəli hərbi hissənin komandiri tərəfindən qərəzli olaraq haqqında "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə müvafiq olaraq, xidməti uyğunsuzluqla ehtiyata buraxılmağına dair yalan məlumatlarla dolu təqdimat vermişdir. Bakı hərbi Prokurorluğunun 06 mart 2024-cü il tarixli qərarı ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək, İddiaçı barəsində AR İXM- nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta haqqında is üzrə icraat başlanılmış, inzibati xəta haqqında is üzrə icraatın başlanılması haqqında qərar və inzibati icraat materialları baxılması üciin aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3-1(0931-154/2024 saylı qərarı ilə. İddiaçı Nivaz oğlunun barəsində AR İXM-nin 206-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında is üzrə icraata xitam verilmişdir. Göründüyü kimi iddiaçının əməlində inzibati xətanın tərkibinin olmasının müəyyən edilməsindən ötrü təhqiqat materialları məhkəməyə göndərilmişdir. Yəni, iddiaçı barəsində inzibati xəta tərkibinin olub-olmamasına hüquqi qiymət verilməsi məsələsi Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-c ii il tarixədək araşdırmasında olmuşdur. İddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına dair əmrin verilməsi üçün səbəb kimi göstərilən halla bağlı təqsiri hələ müəyyən edilməmiş və günahı öz təsdiqini tapmamışdır. Lakin, iddiaçının barəsində aparılan araşdırmaların nəticəsi gözlənilmədən, onun barəsində əsassız səbəblərlə xidməti uyğunsuzluğa görə xx.xx.2024-cü il tarixdə inzibati orqan əmr vermişdir. Halbu ki, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 162ci bəndinə əsasən, barələrində istintaq işi aparılan, yaxud məhkəmədə cinayət işinə baxılan hərbi qulluqçular bu işlər üzrə qərar çıxarılanadək həqiqi hərbi xidmətdən buraxıla bilməzlər. Yuxarıda göstərildiyi kimi, Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3-1(0931- 154/2024 saylı qərarı ilə, İddiaçı Nivaz oğlunun barəsində AR İXM-nin 206-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Yəni, məhkəmə tərəfindən iddiaçının qan və sidik nümunələrində narkotik maddə aşkar edilməsi faktı üzrə onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkibinin olması müəyyən edilməmişdir. Bununla bağlı iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmasının səbəbinin onun narkotik vasitədən istifadə etməsinin, lakin iş üzrə araşdırma materiallarından bu halın təsdiqlənmədiyi və bununla da, iddiaçının ehtiyata buraxılması üçün əsas olmadığı nəticəsinə gəlinməlidir. Belə ki, əmrin verilməsinə, yəni onu xidməti uyğunsuzluğa görə ordudan tərxis edilməsinin əsası kimi, iddiaçının barəsində ekspert rəylərinə əsasən qan və sidiyində narkotik vasitə aşkar olunması ilə bağlı olmuşdur. Həmin materiallar toplanaraq hərbi hissəyə, prokurorluğa və məhkəməyə göndərilmişdir. Cavabdehin mövqeyinə görə də, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmasının səbəbi qan və sidiyində narkotik vasitənin aşkarlanması olmuşdur. Lakin, iddia ərizəsinə əlavə edilmiş araşdırma materiallarından görünür ki, iddiaçının narkotik vasitə çətənə (kannabis) istifadə etməsindən ibarət əməllərində cinayət və inzibati xətanın tərkibi müəyyən edilməmişdir. Yəni, iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına dair əmrin verilməsi üciin səbəb kimi göstərilən halla bağlı təqsiri müəyyən edilməmiş və günahı öz təsdiqini tapmamışdır. Lakin, iddiaçının barəsində aparılan araşdırmaların nəticəsi gözlənilmədən, onun barəsində əsassız səbəblərlə xidməti uyğunsuzluğa görə əmr verilmişdir. Eyni zamanda məhkəmənin nəzərinə çatdırırıq ki, Bakı Hərbi Məhkəməsinin qərardadına əsasən keçirilmiş məhkəmə-kimyəvi ekspertizanın 13 iyun 2024-cii 1 tarixli 1988/K saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi-hissə komandiri polkovnik Rəşad Nadirovun xx.xx.2024-cii il tarixli 15 saylı məktubuna əsasən Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 xx.xx.2023- cü il tarixdə İddiaçı Nivaz oğlundan götürülmüş sidik nümunəsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi" X17 Məhkəmə Kimya şöbəsinə təqdim edilməmişdir. Yəni, məhkəmə tərəfindən təqdim edilmədiyindən tədqiq edilməsi mümkün olmamışdır. Bundan əlavə iddiaçı nəinki siravi xidmət etmiş, bir zabit kimi aprel döyüşlərində və və 24 saatlıq Antiterror əməliyyatlarının iştirakçısı olmuş, eyni zamanda zabit kimi döyüş tapşırığını uğurla yerinə yetirmiş, fərqlənmiş, şəxsi igidlik və şücaət nümayiş etdirmiş və bu səbəblə də ölkə başçısı adından Müdafiə Nazirinin 0160 t xx.xx.2023-cıi il tarixli əmrinə əsasən Azərbaycan Respublikasının "Şücaətə görə" medalı ilə təltif edilmişdir. Bununla bərabər iddiaçı "Qüsursuz xidmətə görə" 2-ci və 3-cü dərəcəli medallarla təltif olunub. Bütün qeyd olunanlar isə iddiaçı barəsində qəbul olunmuş xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağına dair xx.xx.2024-cii il tarixli, jYq 0309 saylı əmrin qeyri-qanuniliyinə dəlalət edir və həmin əmrin ləğv edilməsini qaçılmaz edir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanun: Maddə 2.0.7. Diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi. Maddə 14. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həvata keçirilməsini tələb etməkdə haqlıdır. AR İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Belə ki, hazırki iş üzrə iddiaçı ehtiyata buraxılması barədə əmri mübahisələndirir. Həmin əmri cavabdeh malik olduğu diskresion səlahiyyətlərin icrası qaydasında qəbul etmişdir. Diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərdən istifadə edərək verilmiş qərarına (iddiaçını məhz xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması məsələsinə) qiymət verilərkən sonuncunun biri-digəri ilə uzlaşmayan mövqeyi aşkara çıxmış olur, bu isə öz növbəsində cavabdehin hərəkətlərinin əsaslılığının öz təsdiqini tapmadığına dəlalət edir. Belə ki, cavabdeh tərəfindən iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmasının səbəbi narkotik vasitədən istifadə etməsi olmuşdur. Cavabdehin mövqeyi ondan ibarət olmuşdur ki, göstərilən fakt Azərbaycan Ordusunda şəxsi heyətin döyüş hazırlığına, nizam-intizamına mənfi təsir göstərir. Narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edən şəxs ordu sıralarında xidmət edə bilməz. İddiaçının əməllərində onıın narkotik vasitə çətənə (kannabis) istifadə eməsindən ibarət əməllərində cinayət və inzibati xətanın tərkibi müəyyən edilməmişdir ki, sonuncunun xidmətə uyğun olmayan zabit kimi ordu sıralarından tərxis olunması barədə cavabdehin mövqeyi ilə uzlaşmır. "Narkoloji xidmət və nəzarət haqqında" Qanunun 24.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan müayinə zamanı şəxsin narkotik vasitə istifadə etdiyi aşkar edilirsə, bu halın özü həqiqi hərbi xidmətdən ehtiyata buraxılma (xidməti uyğunsuzluğa görə) üçün yetərli əsas ola bilər. Belə ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41-ci maddəsində ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata buraxılması halları qeyd olunmuşdur. Həmin maddənin 41.0.6-cı bəndində xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) olan hal ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün əsas kimi göstərilmişdir. Qanunvericiliyin sadalanan normalarının tələblərindən göründüyü kimi narkotik vasitə qəbulu hərbi qulluqçunun nüfuzunu aşağı sala biləcək hərəkət olduğu və etik davranış qaydalarına uyğun olmayan davranış sayıla bildiyi, eyni zamanda hərbi qulluqçunun xidmətdən kənar fəaliyyətində də ictimai davranış normalarına zidd bir hərəkət kimi qiymətləndirildiyi və qanunvericiliyə uyğun olaraq kobud pozuntu hesab olunduğu üçün "xidməti uyğunsuzlıığuga görə"həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaya əsas ola bilər. Lakin şəxs tərəfindən narkotik vasitə və ya insan psixikasına təsir edən digər maddələrin qəbulu faktı qanunvericilikdə təsbit olunmuş qaydada müəyyən olunmalıdır. Bu isə onu nəzərdə tutur ki, sözügedən faktın aşkarlanması qanunvericiliklə müəyyən olunmuş prosedurlara riayət etməklə aparılmalıdır. Nəzərə alınmalıdır ki, “Əsasnamənin 156 "e" bəndinə uyğun olaraq xidməti uyğunsuzluqla hərbi qulluqçunun ehtiyata buraxılması hərbi qulluqçunun xidməti nüfuzuna, intizamına və ya etibarına ciddi xələl gətirən hallarda tətbiq edilə bilər. Bu norma fərdlərin şəxsi davranışlarının ümumi xidmətə mənfi təsirini nəzərə alır. Lakin faktların hərbi xidmətə birbaşa aidiyyətinin və sübut olunmuş ağır nəticələrin olması vacibdir. Aşkar edilmiş faktla bağlı iddiaçıya qarşı başlanılan cinayət işinə bəraətverici əsaslarla xitam verilmiş, həmçinin əməldə inzibati xəta tərkibinin mövcudluğu müəyyən edilməmişdir. Qeyd olunan hal hüquqi baxımdan narkotik maddələrdən istifadəsinə görə iddiaçının məsuliyyət daşımadığını göstərir. Belə olan halda yalnız narkotik vasitənin qan və sidiyində aşkarlanması faktı, hər hansı digər əsaslandırma olmadan, xidməti uyğunsuzluğa dəlalət edə bilməz. Cavabdeh orqanın mövqeyinə əsasən, hərbi qulluqçunun etik davranış Qaydalarını pozması, xüsusən də narkotik maddələrdən istifadə və ya onlarla bağlı qanunsuz fəaliyyətlərdə iştirak şübhəsi, hərbi qulluqçunun şərəf və ləyaqətinə zərbə vura və cəmiyyətdə hərbi qulluqçulara olan hörmət hissinin zəifləməsinə səbəb ola bilər. Bununla belə, aşağıdakı məqamlar nəzərdən keçirilməlidir: Hərbi qulluqçunun qan və sidiyindən narkotik vasitə tapılması, lakin bu faktın cinayət və ya inzibati xəta tərkibinə çevrilməməsi, hüquqi baxımdan onu günahlandırmağa imkan vermir. Bu halda yalnız narkotik vasitənin mövcudluğu, istifadə və ya yayılma ilə bağlı digər sübutlar olmadan, hərbi qulluqçunun nüfuzuna ciddi xələl gətirilməsi qənaətini yarada bilməz. Həmçinin iddiaçının analizlərində narkotik vasitə tapılmasının hərbi kollektivdə mənfi nümunə yarada biləcəyi və cəmiyyətin hərbi qulluqçulara olan hörmət hissinə təsir göstərə biləcəyi yalnız potensial təsir ehtimalı kimi nəzərdən keçirilə bilər. Yəni, hərbi qulluqçunun qanında və sidiyində narkotik vasitənin aşkarlanmasının, etik davranış Qaydalarına əsasən nümunəvi davranış kimi qəbul edilməməsi ilə razılaşsaqda, Lakin, cinayət və inzibati məsuliyyətə səbəb olmayan bir faktın xidmətə ciddi xələl gətirdiyini əsaslandırmaq və hərbi qulluqçunu xidməti uyğunsuzluqla ehtiyata buraxmaq üçün yetərli deyil. Bu baxımdan, iddiaçının şübhəli rəylərlə bədənində narkotik vasitənin tapılması ilə bağlı yaranmış vəziyyət etik qaydalara zidd davranış kimi qiymətləndirilsə belə, həmin faktın xidməti uyğunsuzluq əsası ilə ehtiyata buraxılması kimi qəbul edilməsi yolverilməzdir. Hərbi qulluqçunun cəmiyyətdə nümunəvi davranış tələblərinə əməl etməsi vacibdir. Lakin etik davranış pozuntusunun təsiri fərdi məsuliyyət və kollektivin dəyərinə təsir kontekstində qiymətləndirilməlidir. Eyni zamanda Azərbaycan Respublikasının 1994-cii il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin intizam Nizamnaməsinə əsasən (İİİ fəsil. Hərbi intizamın pozulmasına görə cəzalar) Zabitlərə verilən intizam cəzaları aşağıdakılar müəyyən edilmişdir: a) məzəmmət; b) töhmət; v) şiddətli töhmət; q) hauptvaxtda saxlanılmaqla kiçik zabitləri 10 sutkayadək, baş zabitləri 5 sutkayadək həbs etmə; ğ) vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq; d) aşağı vəzifəyə keçirmə; e) hərbi rütbəsini bir pillə aşağı salma intizam cəzaları verilə bilər. İstinad olunan "Nizamnamənin" 85-ci bəndinə əsasən hər bir intizam cəzası hərbi intizamın möhkəmləndirilməsi və hərbi qulluqçuların tərbiyə edilməsi tədbiri kimi törədilən nalayiq hərəkətin ağırlığına və təqsirin dərəcəsinə müvafiq olmalıdır. Cəzanın növü və dərəcəsi təyin edilərkən, nalayiq hərəkətin xarakteri, törədilmə şəraiti, təqsirkarın bundan əvvəlki davranışı, hərbi qulluqdakı xidmət müddəti və qulluq qaydası ilə tanışlıq dərəcəsi nəzərə alınır. İş materiallarından görünür ki, iddiaçı, Azərbaycan Respublikası Prezidentinin adından Müdafiə Nazirinin 0111 t xx.xx.2022-ci il tarixli əmrinə əsasən "Qüsursuz xidmətə görə" 3cii dərəcəli medalla təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 iyun tarixli, 2715 nömrəli sərəncamı ilə "Qubadlının azad olunmasına görə medalı" ilə, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 05 noyabr tarixli, 671 s nömrəli sərəncamı ilə "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin adından Müdafiə Nazirinin 0177 t xx.xx.2018-ci il tarixli əmrinə əsasən "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) "Yubiley medalı ilə təltif olunmuşdur. İddiaçının əldə etdiyi medallar və təltiflər (xüsusilə bu təltiflərdən ölkə Prezidentinin sərəncamları ilə təsis edildiyini və onların yüksək dövlət səviyyəsində qiymətləndirildiyini nəzərə alınmaqla) onun xidmətinin ümumi xarakteristikasının müsbət olduğunu təsdiq edir. Bu müsbət göstəricilər iddiaçının xidməti fəaliyyətində uzunmüddətli uğurlara malik olduğunu sübut edir. Narkotik vasitə ilə bağlı ortaya çıxan bir dəfəlik hadisənin, belə bir xidmət keçmiş şəxsin peşəkar karyerasını və şərəfini ciddi şəkildə zədələyən tədbirlə sonlandırması ədalət və mütənasiblik prinsiplərinə ziddir. Yuxarıda qeyd olunan normalardan göründüyü kimi verilən intizam tənbehi pozuntuya uyğun olmalı və hərbi qulluqçunun gələcək davranışını islah etməyə, digər hərbi qulluqçular üçün nümunə olmağa xidmət etməlidir. Hazırkı iş üzrə aşkar edilmiş fakta münasibətdə xidməti uyğunsuzluqla ehtiyata buraxılma olduqca ciddi intizam tənbehi hesab olunmalıdır. Belə ki, bu zaman hərbi qulluqçu həm xidməti nüfuzunu, həm də gələcəkdə hərbi sahədə karyerasını itirir. Tənbeh verilərkən pozuntunun xarakteri, hərbi qulluqçunun əvvəlki xidməti fəaliyyəti və bu pozuntunun real nəticələri nəzərə alınmalıdır. Əgər yalnız etik qaydaların pozulması sübut edilibsə, amma ciddi nəticələr təsdiqlənməyibsə, ehtiyata buraxılma həddən artıq sərt qərar hesab olunmaqla aşkar edilmiş fakta adekvat olmayacaqdır. İnzibati orqanın hüquqlara müdaxilə edən tədbirləri güdülən qanuni məqsədə mütənasib olmalı, eləcə də, həmin məqsədə çatmaq üçün zəruri və yararlı olmalıdır. Mütənasiblik yararlılıq, zərurilik və uyğunluq kimi üç əlamətdən ibarətdir. Şəxsin subyektiv hüquqlarına müdaxilə o halda qeyri-mütənasib hesab olunur ki, o, güdülən məqsədə çatmaq üçün yararsız və ya qeyri-zəruri olsun (məsələn, həmin məqsədə çatmaq üçün daha yumşaq vasitənin olması səbəbindən). Bundan başqa, konkret müdaxilə güdülən məqsədə qeyri-mütənasib ola bilməz. İnzibati orqanın diskresion səlahiyyəti həyata keçirə bildiyi və ya həyata keçirməli olduğu şəraitdə qəbul etdiyi qeyri-mütənasib inzibati akt, təkcə qeyri- mütənasib hissəyə münasibətdə deyil, bütövlükdə qanunsuz hesab olunur. Yararlılıq tədbirin qoyulmuş məqsədə çatmaq üçün effektiv vasitə olub-olmadığını nəzərdə tutur. Zərurilik, tədbirin yalnız və yalnız məqsədə çatmaq üçün qaçınılmaz olduğu hallarda tətbiq edilməsi ilə bağlıdır. Daha yüngül və az təsir edən alternativlər varsa, daha sərt tədbir zəruri hesab edilmir. Tədbir yalnız zəruri olan hallarda və ölçüdə tətbiq edilməlidir. Eyni nəticəni verə biləcək daha yumşaq tədbirlər varsa, sərt tədbirlərin seçilməsi zərurət prinsipini pozar. Uyğunluq, tədbirin ağırlığı ilə məqsədə çatma arasındakı balansın qorunması deməkdir. Tədbirin tətbiqi məqsədi aşmamalıdır. Yəni, iddiaçının üzərindən narkotik vasitə tapıldığı üçün ehtiyata buraxılması, onun şəxsi və peşəkar həyatına ağır təsir göstərir. Bu tədbirin məqsədi, yəni etik qaydaların qorunması, bu nəticəyə haqq qazandıra bilməz. Beləliklə şərh olunanları ümumiləşdirərək qeyd edirik ki, mübahisələndirilən əmrin qəbul edilməsində məqsəd hərbi intizamın qorunması və etik davranış qaydalarının pozulmasının qarşısını almaqdır. Lakin iş materialları göstərir ki, iddiaçının qanından və sidiyindən narkotik aşkarlanması cinayət təqibinə və inzibati məsuliyyətə səbəb olmayıb. Bu isə həmin faktın iddiaçının xidməti uyğunluğuna birbaşa təsirinin olmaması qənaətini yaradır. Hazırkı situasiyada daha yüngül tədbirlər də, eyni məqsədə xidmət edə bilərdi. Odur ki, görülən tədbir güdülən məqsədə uyğun olmamış, daha yüngül vasitələr mövcud olduğu halda sərt tədbirin tətbiq olunması yararlılıq əlamətinin pozulmasına səbəb olmuşdur. Yuxarıda qeyd edildiyi kimi hərbi qulluqçu ilə bağlı daha az müdaxilə edən intizam tədbirləri qanunvericilikdə mövcuddur. İddiaçının konkret hərəkəti üçün ehtiyata buraxılma qərarı ən sərt tədbir sayılır və onun tətbiq olunması yalnız daha yüngül tədbirlərin qeyrieffektiv olduğu halda əsaslı ola bilərdi. Narkotik maddə faktı ilə bağlı cinayət təqibinin və inzibati məsuliyyətin olmaması, bu pozuntunun iddiaçının xidmətə tam yararsız olduğunu sübut etmədiyini göstərir. Bu halda daha yüngül intizam tənbehlərindən birini tətbiq etmək kifayət edə bilərdi (daha az müdaxilə edən alternativlərin mövcudluğu zərurilik prinsipinin pozulduğunu göstərir). "Hərbi xidmətkeçmə haqqında Əsasnamə'nin 156 "e" bəndi xidməti uyğunsuzluqla bağlı tədbirlərin ciddi əsaslarla tətbiqini nəzərdə tutur. İddiaçının davranışı ağır intizam pozuntusu və ya təkrarlanan etik qayda pozuntusu olmadığından, ehtiyata buraxılma kimi sərt tədbirin tətbiqi qanunvericiliyin məqsədlərinə uyğun deyil. Buna görə də, məhkəmə iddiaçının müsbət səciyyələnən hərbi xidmətini nəzərə almaqla hesab edir ki, ehtiyata buraxılma tədbiri məqsədə çatmaq üçün ən effektiv vasitə olmamış, daha az müdaxilə edən tədbirlər mövcud olduğu halda bu qərarın tətbiqi zərurilik prinsipini təmin etməmiş, iddiaçı barəsində intizam tədbiri tətbiq edilərkən qanunvericiliyin ədalət və proporsionallıq prinsipləri pozulmuşdur. Nəticədə, lətbiq edilmiş intizam tənbehi aşkar edilmiş intizam pozuntusuna mütənasib olmamışdır. Bundan başqa Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 161-ci bəndinə əsasən, həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Xidmət illəri hesablanarkən bu barədə hərbi qulluqçuya elan edilir. Hərbi qulluqçunun xidmət illərinin hesablanmasına görə etirazına baxılır və hərbi qulluqçunu ehtiyata buraxmağa təqdim etməzdən əvvəl bu barədə qərar qəbul olunur. Zəruri hallarda xidmətin ayrı-ayrı müddətlərinin hesablanması barədə mübahisələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müzakirəsinə çıxarılır. Lakin, İddiaçı nəinki, hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar xəbərdarlıq edilməmiş, bundan xəbəri hərbi hissəyə gəldikdən sonra məxfi hissəyə çağıralandan sonra xidmətdən ehtiyata buraxılmasını bilmişdir. Bundan əlavə göstərilən Əsasnamənin 165-ci bəndinə əsasən, ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir. Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işinin birinci nüsxəsi hərbi hissə tərəfindən getmə haqqında sərəncam verilən gün Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin uçotu haqqında təlimatla nəzərdə tutulmuş qaydada hərbi komissarlıqlara, yaxud digər orqanlara göndərilir. Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işlərinin seçilmiş yaşayış yeri üzrə hərbi komissarlıqlara vaxtında göndərilməsi və daxil olmasına nəzarət korpusların (diviziyaların), Silahlı Qüvvələr növlərinin, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumları tərəfindən həyata keçirilir. Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqq-hesabı aparmaq üçün göndərilir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

d) Prosses iştirakçılarının izahatları

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir.

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir.

28. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

29. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə:

1. bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir.

2. bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin (bundan sonra Silahlı Qüvvələr adlanacaq) hərbi qulluqçularına tətbiq edilir. Əsasnamənin qüvvəsi eyni zamanda müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçularına da şamil edilir.

156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: ... e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa)

161. Həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Xidmət illəri hesablanarkən bu barədə hərbi qulluqçuya elan edilir. Hərbi qulluqçunun xidmət illərinin hesablanmasına görə etirazına baxılır və hərbi qulluqçunu ehtiyata buraxmağa təqdim etməzdən əvvəl bu barədə qərar qəbul olunur. Zəruri hallarda xidmətin ayrı-ayrı müddətlərinin hesablanması barədə mübahisələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müzakirəsinə çıxarılır.

162. Hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. Bu zaman həqiqi hərbi xidmətdən yaşına, səhhətinə və ya ştatların ixtisarına görə buraxılan hərbi qulluqçularla (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) adətən söhbət buraxılmadan 2 ay qabaq aparılır. Hərbi həkim komissiyaları tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılmış və xidməti vəzifələrinin gələcək icrasından azad olmağa ehtiyacı olan hərbi qulluqçuların buraxılması hərbi hissə tərəfindən hərbi həkim komissiyasının qərarı olandan sonra bir aydan gec olmayaraq icra edilməlidir.

163. Ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularında başqa) səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilir. Buraxılmanın səbəbləri müəyyənləşdiriləndən sonra onun nəticəsi nəzərə alınır. Bu məqsədlə hərbi-həkim komissiyasının müayinəsinə aşağıdakı hərbi qulluqçular öz xahişinə əsasən göndərilməyə bilərlər: həqiqi hərbi xidmətdə son yaş həddinə çatmış və xidmət illərinə görə maksimal miqdarda pensiya təminatı hüququ olan şəxslər, ehtiyatda olmağın son yaş həddinə çatmış şəxslər. Bu Əsasnamənin 156-cı maddəsinin «ə» bəndi, 158-ci maddəsinin «b» bəndi ilə buraxılmaya təqdim olunanlar, habelə ehtiyatdan çağırılan və 156-cı maddəsinin «q» bəndi ilə buraxılmaya təqdim olunanlar adətən hərbi-həkim komissiyasının müayinəsinə göndərilmirlər. Hərbi qulluqçunun hərbi xidmətə, habelə suüstü gəmilərdə və xüsusi qurğularda xidmətə yararlılıq səviyyəsi Azərbaycan Respublikası Silahlı Qüvvələrində tibbi müayinə haqqında Əsasnaməyə uyğun, uçuş işlərinə yararlılıq səviyyəsi Azərbaycan Respublikası Silahlı Qüvvələri aviasiyasının uçuş heyətinin tibbi müayinəsi haqqında Əsasnaməyə uyğun həyata keçirilir.

168. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir.

30. Azərbaycan Respublikası silahlı qüvvələrinin Daxili Xidmət Nizamnaməsi:

Maddə. 372. Hərbi qulluqçuların fiziki inkişafını və sağlamlığının vəziyyətini müəyyənləşdirmək məqsədilə ildə iki dəfə qış və yay tədris dövrü ərəfəsində tibbi müayinə keçirilir. Bu, alay (briqada) tibb xidməti rəisi tərəfindən təşkil edilir. Zabitlərin və gizirlərin tibbi müayinəsinə hərbi müalicə müəssisələrindən mütəxəssis həkimlər cəlb edilirlər. Maddə 372-1. Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ildə bir dəfədən az olmayaraq icbari narkoloji müayinədən keçirilirlər. Maddə 373. Tibbi yoxlamalar hərbi qulluqçuların sağlamlığının vəziyyətinə nəzarət etmək üçün aparılır. Tibbi yoxlamaya cəlb olunurlar: alayın (briqadanın) bütün şəxsi heyəti — qoruyucu peyvəndlər edilməzdən qabaq; işləri zərərli amillərin mümkün təsiri ilə əlaqədar olan hərbi qulluqçular — onlar üçün müəyyən vaxtlarda; yeməkxanalarda, ərzaq anbarlarında, su təchizatı obyektlərində, hamamlarda, camaşırxanalarda daimi işləyən şəxslər və sanitarlar — həftədə bir dəfə; yeməkxanalarda işləmək üçün təyin edilmiş əsgərlər — naryada getməzdən qabaq tibb məntəqəsinin növbətçi feldşeri (sanitar təlimatçısı) tərəfindən; alaya (briqadaya) yeni gələn çavuşlar və əsgərlər, həmçinin ezamiyyətdən, məzuniyyətdən və tibb müəssisələrindən sağalıb qayıdanlar — alaya (briqadaya) gələn gün, bölmələrə göndərilməzdən qabaq. Tibbi yoxlama keçəndən sonra gələnlər zərurət olarsa, sanitar təmizlənmədən keçirilir, sonra öz bölmələrinə göndərilirlər, əgər lazım olarsa, tibbi müşahidə və müalicə üçün izolyatorlarda yerləşdirilirlər.

31. “Narkoloji xidmət və nəzarət haqqında” Qanun:

Maddə 1.0. Bu Qanunda aşağıdakı anlayışlardan istifadə edilir: 1.0.1. Narkoloji xidmət - insan psixikasına təsir göstərən maddələrdən sui-istifadə etmə hallarının, habelə narkoloji xəstəliklərin qarşısının alınmasına yönəldilmiş tibbi (narkoloji yardım) və sosial tədbirlərin məcmusudur; ... 1.0.11. Narkoloji tibb müəssisəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yaradılmış və narkoloji yardım sahəsində fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisəsidir; 1.0.12. Həkim-narkoloq - narkoloji xəstələrə ixtisaslaşdırılmış tibbi yardım göstərmək üçün müvafiq ixtisasa malik olan şəxsdir; ... Maddə 10. Tibbi yoxlama (narkoloji xəstəliyin diaqnozunun müəyyən edilməsi) 10.1. Tibbi yoxlama şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada narkoloji tibb müəssisələrində həyata keçirilir. 10.2. Tibbi yoxlamanın aparılması üçün şəxs könüllü olaraq müraciət etdikdə narkoloji xəstəliyin diaqnozu həkim-narkoloq tərəfindən müəyyən olunur. Tibbi yoxlama təhqiqat, istintaq orqanlarının və ya məhkəmənin qərarı əsasında aparıldıqda narkoloji xəstəliyin diaqnozu həkim-məsləhət komissiyası tərəfindən müəyyən edilir. 10.3. Şəxsin tibbi yoxlamadan keçməsi haqqında həkim-məsləhət komissiyasının tərtib etdiyi rəydə onun narkoloji xəstəliyə düçar olub-olmaması, düçar olduğu halda xəstəliyin növü, mərhələsi və bununla əlaqədar müalicəyə ehtiyac dərəcəsi əks etdirilməlidir. 10.4. Təhqiqat, istintaq orqanları və ya məhkəmənin qərarı əsasında aparılan tibbi yoxlamanın xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. 10.5. Narkoloji xəstəliyin diaqnozunun müəyyən edilməsi məqsədilə aparılan müayinə nəticəsində şəxsin narkotik vasitələri və psixotrop maddələri istehlak etməsi müəyyən edildikdə bu barədə məlumat narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair ümummilli məlumat bankına verilməlidir. 10.6. Tibbi yoxlamanın aparılması qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. ... Maddə 24. Narkoloji nəzarətin təmin edilməsinə yönəldilmiş xüsusi tədbirlər 24.1. Əhalinin narkoloji xəstəliklərə düçar olması hallarının profilaktikası məqsədilə 18 yaşına çatmamış şəxslərə tütün məmulatlarının və spirtli içkilərin satılması, habelə ictimai iaşə obyektləri istisna olmaqla ictimai yerlərdə spirtli içkilərin istifadə edilməsi qadağandır. 24.2. Azərbaycan Respublikasının ərazisində istehsal olunan bütün spirtli içkilərin və tütün məmulatlarının qabları üzərində onların insanın səhhətinə göstərdiyi mənfi təsiri əks etdirən, habelə onların 18 yaşına çatmamış şəxslərə satılmasının qadağan edilməsi haqqında qeydlər olmalıdır. 24.3. Əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər (bu Qanunun 24.4-cü maddəsində göstərilən şəxslər istisna olmaqla) işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Bu şəxslərin müayinədən keçməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 noyabr 2002-ci il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə tibbi yoxlamanın aparılması” Qaydası:

“Narkoloji xidmət və nəzarət haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 sentyabr tarixli 581 nömrəli Fərmanının 1-ci hissəsinin 7-ci abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti qərar alır: Bənd 1. Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə həmin şəxs narkoloji müəssisələrdə tibbi yoxlamadan keçirilməlidir. Bənd 2. Tibbi yoxlamanın aparılması üçün şəxs narkoloji müəssisələrə könüllü olaraq müraciət edə bilər və bu halda onun narkoloji diaqnozu həkim-narkoloq tərəfindən müəyyən edilir. Bənd 3. Tibbi yoxlama təhqiqat, istintaq orqanlarının və ya məhkəmənin qərarı əsasında aparıldıqda, şəxsin narkoloji xəstəliyinin diaqnozunu həkim-məsləhət komissiyası müəyyən edir. Bənd 6. Tibbi yoxlama aparılarkən həkim-məsləhət komissiyasının üzvləri yoxlanılan şəxs haqqında məlumatları və yoxlamanın nəticəsini xüsusi jurnalda qeyd edirlər. Şəxsin tibbi yoxlamadan keçməsi haqqında həkim-narkoloqun və ya həkimməsləhət komissiyasının tərtib etdiyi rəydə onun narkoloji xəstəliyə düçar olubolmaması, düçar olduğu halda xəstəliyin növü, mərhələsi və bununla əlaqədar müalicəyə ehtiyac dərəcəsi əks etdirilir. ... Bənd 21. Tibbi yoxlamanın nəticəsi tibbi-məsləhət komissiyasının rəyi şəklində tərtib olunur.

33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

35. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.

36. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Məhkəmə kollegiyası qeyd edir ki qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

39. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur və birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

40. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

41. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

42. Məhkəmə kollegiyası işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

43. Hazırki iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 0309 №li əmrinin ləğv edilməsi, onun 843-cü Aviasiya bazası (N saylı hərbi hissə) 2-ci aviasiya eskadrilyası (Mİ-35M) komandirinin müavini-şturman vəzifəsinə bərpa olunması və hərbi xidmətə bərpa olunan günədək ödənilməmiş əmək haqqının və digər ödənişlərin ona ödənilməsinə nail olmaqdan ibarətdir.

44. Cavabdehin mövqeyinə görə, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmasının səbəbi ondan götürülmüş qan və sidik nümunələrində narkotik vasitənin aşkarlanması olmuşdur.

45. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 məhkəmə-kimyəvi tədqiqatına dair xx.xx.2023-cü il tarixli, 4197/K saylı maddi sübutların müayinəsi aktında göstərilmişdir ki, Müdafiə Nazirliyi Mərkəzi Həkim Komissiyasının rəisinin xx.xx.2023-cü il tarixli, 2073 №li təliqəsinə əsasən məhkəməkimyəvi tədqiqat aparılmışdır. İddiaçı götürülmüş sidik nümunəsinin immunofermentativ xətli test və nazik təbəqəli xromatoqrafiya metodu ilə məhkəməkimyəvi tədqiqatına əsaslanaraq, o nəticəyə gəlinmişdir ki, məhkəmə-kimyəvi tədqiqat nəticəsində sidik nümunəsinin tərkibində 9-^-Tetra-hidro kannabinol adlı maddə aşkar olundu. Bu preparat Çətənə bitkisindən alınan Marixuana, Həşiş və Həşiş qətranı adı ilə tanınan narkotik vasitələrin tərkibində əsas narkotik effekt yaradan maddədir.

46. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 məhkəmə-kimyəvi tədqiqatına dair xx.xx.2024-cü il tarixli, 73/K saylı maddi sübutun məhkəmə-kimyəvi ekspertizası barədə ekspert rəyində göstərilmişdir ki, N saylı hərbi hissəsinin təhqiqatçısı ədliyyə baş leytenantının xx.xx.2024-cü il tarixli, 02-24 №-li qərarına əsasən məhkəmə-kimyəvi ekspertizası aparılmışdır. İddiaçı sidik nümunəsinin məhkəmə-kimyəvi tədqiqatına dair tərtib edilmiş 4197/K saylı xx.xx.2023-cü il tarixli müayinə aktının qeydiyyatlarına əsaslanaraq, o nəticəyə gəlinmişdir ki, məhkəmə-kimyəvi tədqiqat nəticəsində sidik nümunəsinin tərkibində 9-^- Tetra-hidro kannabinol adlı maddə aşkar olundu. Aşkarlanan bu preparat Çətənə (Cannabis) bitkisindən alınan marixuana, Həşiş və Həşiş qətranı adı ilə tanınan narkotik vasitələrin tərkibində əsas narkotik effekt yaradan maddədir.

47. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” publik hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəyə ünvalanmış xx.xx.2024-cü il tarixli, 246 №li məktubu təqdim edilmiş məhkəməkimyəvi tədqiqatına dair xx.xx.2024-cü il tarixli, 179/K saylı məhkəmə-kimyəvi ekspert rəyində göstərilmişdir ki, İddiaçı götürülmüş qan nümunəsinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinoid” aşkar edildi. Barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi.

48. xx.xx.2024-cü il tarixli Söhbət vərəqəsindən (surətindən) müəyyən olunur ki, söhbət zamanı İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmət uyğunsuzluğa görə) müvafiq olaraq xidmətdən ehtiyata buraxılmasına münasibətinin mənfi olduğunu, belə ki, qeyd olunan (ekspert rəylərində göstərilən) preparatların aludəçisi olmadığını bildirmiş və Azərbaycan Ordusunda qalıb xidmətinin davam etdirməsinə köməklik göstərilməsini xahiş etmişdir.

49. xx.xx.2024-cü il tarixdə aparılmış ikinci söhbət zamanı İddiaçı birinci söhbətləşmədə yazdıqlarının nəzərə alınmasını xahiş etmişdir.

50. N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli təqdimatdan görünür ki, mayor İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156cı maddəsinin “e” bəndinə (xidmət uyğunsuzluğa görə) müvafiq olaraq, ehtiyata buraxılması üçün təqdim olunmuşdur.

51. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2024-cü il tarixli, № 0309 saylı əmrindən çıxarışdan müəyyən olunur ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmət uyğunsuzluğa görə) müvafiq olaraq, N nömrəli hərbi hissənin 2-ci aviasiya eskadrilyası komandirinin müavini - şturman mayor İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.

52. Bakı İnzibati Məhkəməsinin müvafiq sorğusuna əsasən Bakı Hərbi Məhkəməsinin 3-1(093)-154/2024 №li iş üzrə çıxartdığı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata, həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən xitam verilmişdir.

53. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsi tərəfindən tərtib olunmuş “maddi sübutların ekspertizası”nınxx.xx.2024-cü il tarixli, 1988/K №li ekspert rəyində göstərilmişdir ki, Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3-1(093)-154/2024 saylı qərardadına əsasən məhkəmə-kimya ekspertizası aparılmış və Məhkəmə - kimyəvi ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinmişdir:

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin komandiri polkovnik Rəşad Nadirovun xx.xx.2023-cü il tarixli 3910 №li məktubuna əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X17 Məhkəmə- kimya şöbəsində xx.xx.2023-cü il tarixdə İddiaçı götürülmüş qan və sidik nümunələrinin məhkəmə-kimyəvi tədqiqatı nəticəsində qan və sidik nümunələrinin tərkibində barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. Məhkəmə-kimyəvi tədqiqatın nəticəsi xx.xx.2024-cü il tarixli, 13 6/K saylı ekspert aktında öz əksini tapmışdır.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin komandiri polkovnik Rəşad Nadirovun xx.xx.2024-cü il tarixli 15 №li məktubuna əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X17 Məhkəmə- kimya şöbəsinə məhkəmə-kimyəvi tədqiqat üçün təqdim edilmiş Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 xx.xx.2023-cü il tarixdə İddiaçı götürülmüş qan nümunəsinin məhkəməkimyəvi tədqiqatı nəticəsində qan nümunəsinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinoid” aşkar edildi. Barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi.

54. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin komandiri polkovnik Rəşad Nadirovun xx.xx.2024-cü il tarixli 15 №li məktubuna əsasən Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 xx.xx.2023-cü il tarixdə İddiaçı götürülmüş sidik nümunəsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X17 Məhkəmə-kimya şöbəsinə təqdim edilməmişdir. Məhkəmə-kimyəvi tədqiqatın nəticəsi xx.xx.2024-cü il tarixli, 179/K saylı ekspert rəyində öz əksini tapmışdır.

55. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, şəxs tərəfindən narkotik vasitə və ya insan psixikasına təsir edən digər maddələrin qəbulu faktı qanunvericilikdə təsbit olunmuş qaydada müəyyən olunmalıdır. Bu isə onu nəzərdə tutur ki, sözügedən faktın aşkarlanması qanunvericiliklə müəyyən olunmuş prosedurlara riayət etməklə aparılmalıdır. Hazırki iş üzrə iddiaçının tibbi yoxlamasının həkim-narkoloq tərəfindən həyata keçirilməsi, həkim-narkoloq tərəfindən rəy tərtib edilməsi, tibbi yoxlama zamanı aparılmış müayinələr, rəyin əsaslandırılması, rəyin möhürlə təsdiq olunması barədə məhkəməyə sübut təqdim (rəy) edilmişdir. Belə ki, iddiaçı barəsində aparılan müayinə zamanı “kannabionid” narkotik maddəsi aşkar edilməsinə dair həm Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 müayinə aktı və ekspert rəyində həm də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X12 ekspert rəyi mövcuddur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının müayinəsinin səlahiyyətli qurum kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza vəX6” publik hüquqi şəxs tərəfindən aparılmasının heç də qanunvericiliyə zidd deyildir. Ən azından “Narkoloji xidmət və nəzarət haqqında” Qanunda belə bir qadağanedici norma mövcud deyil. Bundan əlavə olaraq qeyd olunmalıdır ki, iddiaçı tərəfindən fərqli səhiyyə müəssisələri tərəfindən təqdim edilmiş analiz nəticələri qanunvericiliyin tələbləri baxımından tibbi müayinə yalnız dövlət narkoloji tibb müəssisəsində aparıla bilər və müvafiq olaraq yalnız belə müəssislərin keçirdiyi tibbi müayinələrin nəticələri şəxsin barəsində tətbiq edilən xidmətdən xaric edilmə növündə intizam tənbeh tədbirinin əsasını təşkil edə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının “Azərbaycan Respublikası silahlı qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”nin tələblərini pozduğu üçün cavabdeh inzibati orqan tərəfindən onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq vəzifəsindən azad edilməsi və həqiqi hərbi xidmətdən ehtiyata buraxılması müəyyən olunmuş, cavabdeh tərəfindən bu barədə müvafiq inzibati akt qəbul edilərkən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi müəyyən edilməmişdir. İddiaçının isə öz tələbində əsaslandığı iddiasının hüquqi əsasları mövcud deyildir.

56. Yuxarıda qeyd olunanlara əsasən apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Narkoloji xidmət və nəzarət haqqında” Qanunun 24.3-cü maddəsinə əsasən əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrıayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər (bu Qanunun 24.4-cü maddəsində göstərilən şəxslər istisna olmaqla) işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Bu şəxslərin müayinədən keçməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunvericilikdə təsbit olunmuş bu imperativ tələb əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlət təhlükəsizliyinin müdafiəsi kimi legitim məqsədlərə xidmət edir.

57. Nəzərə alınmalıdır ki, “Narkoloji xidmət və nəzarət haqqında” Qanunun 24.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan müayinə zamanı şəxsin narkotik vasitə istifadə etdiyi aşkar edilirsə, bu halın özü Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmaq üçün yetərli əsas ola bilər. Belə ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin e) bəndinə uyğun olaraq hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılırlar.

58. Qanunvericiliyin sadalanın normalarının tələblərindən göründüyü kimi narkotik vasitə qəbulu Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edən hərbi qulluqçunun nüfuzunu aşağı sala biləcək hərəkət olduğu və etik davranış qaydalarına uyğun olmayan davranış sayıla bildiyi, eyni zamanda hərbi qullquçunun xidmətdənkənar fəaliyyətində də ictimai davranış normalarına zidd bir hərəkət kimi qiymətləndirildiyi və qanunvericiliyə uyğun olaraq kobud pozuntu hesab olunduğu üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrindən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına əsas ola bilər.

59. Lakin şəxs tərəfindən narkotik vasitə və ya insan psixikasına təsir edən digər maddələrin qəbulu faktı qanunvericilikdə təsbit olunmuş qaydada müəyyən olunmalıdır. Bu isə onu nəzərdə tutur ki, sözügedən faktın aşkarlanması qanunvericiliklə müəyyən olunmuş prosedurlara riayət etməklə aparılmalıdır.

60. Qanunçuluq prinsipi inzibati orqanların qəbul etdikləri qərarların, həyata keçirdikləri tədbirlərin (fəaliyyətin) qanunlara zidd (“contra legem”) olmamasını və qanunla nəzərdə tutulmayan (“praeter legem”) tədbirlərin həyata keçirilməməsini ehtiva etməklə yanaşı, inzibati fəaliyyətin qanun əsasında (“secundum legem”) həyata keçirilməsini də müəyyən edir. Beləliklə, inzibati orqanların fəaliyyəti ancaq o zaman qanunauyğun olur ki, onların öz fəaliyyətini həyata keçirərkən istifadə etdiyi səlahiyyətləri üçün qanuni əsaslar mövcud olsun. Bu mənada, hazırkı işin hallarına münasibətdə qanunçuluq prinsipinin tələbləri baxımından şəxsin narkotik vasitə və ya insan psixikasına təsir edən digər maddələri qəbul etməsi faktı həm qanunvericinin səlahiyyətləndirdiyi müvafiq orqan tərəfindən müəyyən olunmalı, həm də qeyd edilən faktın mövcudluğunu sözügedən orqan qanunun tələb etdiyi mötəbər və aidiyyəti sübutlarla təsdiq etməlidir.

61. İşin hallarından müəyyən olunduğu kimi iddiaçı tibbi müayinədən "Narkoloji xidmət və nəzarət haqqında" Qanunun 24.3-cü maddəsində nəzərdə tutulmuş normanın tələblərinə görə keçirilmişdir. Həmin norma təsbit edir ki, belə müayinə dövlət narkoloji tibb müəssisəsində keçirilməlidir. Sözügedən 23.4-cü maddədə şəxslərin belə müayinədən keçməsi qaydasının Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcəyi göstərilmiş, daha sonra “Narkoloji xidmət və nəzarət haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001ci il 17 sentyabr tarixli 581 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə üç ay müddətində Qanunun 24.3-cü maddəsində nəzərdə tutulmuş müayinədən keçmə qaydasını müəyyən etmək tapşırılmışdır.

62. Azərbaycan Respublikasının Nazirlər Kabineti özünün 8 fevral 2003-cü il tarixli 18 nömrəli qərarı ilə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 sentyabr tarixli 581 nömrəli Fərmanının 1-ci hissəsinin 17-ci abzasının icrasını təmin etmək məqsədilə “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi” Qaydasını təsdiq etmişdir. Sözügedən Qaydaların 1-3-cü bəndlərində də aşkar şəkildə təsbit edilmişdir ki, əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Göstərilən şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçirilmələri aidiyyəti idarə və ya müəssisələrin rəhbərləri tərəfindən təmin olunmalıdır. Göstərilən şəxslərin tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi üçün aidiyyəti idarə və ya müəssisə rəhbərinin göstərişi əsasdır.

63. Beləliklə, qanunvericiliyin aşkar və imperativ tələbi ondan ibarətdir ki, şəxs tərəfindən narkotik vasitə və ya insan psixikasına təsir edən digər maddələrin qəbulu faktını aşkar etmək üçün işlədiyi müddətdə ildə bir dəfədən az olmayaraq keçirilməli olan tibbi müayinə yalnız dövlət narkoloji tibb müəssisəsində aparıla bilər. Müvafiq olaraq yalnız belə müəssislərin keçirdiyi tibbi müayinələrin nəticələri şəxsin barəsində tətbiq edilən xidmətdən xaric edilmə növündə intizam tənbeh tədbirinin əsasını təşkil edə bilər. Başqa sözlə, yalnız həmin müəssisələrin müayinələrinin nəticələri qanunilik prinsipinə uyğun və inzibati aktın səbəb ünsürünün tələbləri baxımından əlverişli və yetərli əsas kimi qəbul edilə bilər. Hazırki işin halları baxımından cavabdehin bildirdiyi odur ki, onu mübahisələndirilən əmri (inzibati aktı) qəbul etməyə sövq edən və inzibati aktdan öncə mövcud olan maddi hadisə şəxsin narkotik vasitə qəbul etməsi faktıdır. Ona görə də, inzibati aktın əsasını təşkil edən həmin səbəb (narkotik vasitə qəbulu halı) həm “real mövcud” olmalı, həm də “hüquqa uyğun” qaydada aşkar edilməlidir. İnzibati aktın əsasını təşkil edən səbəb (narkotik vasitə qəbulu halı) yalnız dövlət narkoloji tibb müəssisəsində aparılmaqla təsdiq olunduğu halda, “real mövcud” və “hüquqa uyğun” kimi qəbul edilə bilər.

64. "Narkoloji xidmət və nəzarət haqqında" Qanunun 24.3-cü maddəsinin icrası qaydasında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 8 fevral 2003-cü il tarixli 18 nömrəli qərarı ilə “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi” Qaydası təsdiq olunmuşdur. Həmin Qaydaların 5-6-cı bəndlərində təsbit edilmişdir ki, dövlət narkoloji tibb müəssisəsi tərəfindən tibbi müayinə (tibbi yoxlama) haqqında rəy tərtib edilməli, onun əsli işə götürən idarəyə və ya müəssisəyə göndərilməli və işçinin şəxsi işinə tikilməlidir. İşçinin vaxtlı-vaxtında tibbi müayinə (tibbi yoxlama) keçməsi təmin olunmalıdır. Dövlət narkoloji tibb müəssisəsi tərəfindən tibbi müayinə (tibbi yoxlama) haqqında verilən rəydə şəxsin narkoloji xəstəliyə düçar olub-olmaması və ya insan psixikasına təsir edən maddələrin qəbulu faktının aşkar olunması, zərurət olduqda isə laborator tədqiqatlarının nəticələri əsasında həmin maddələrin növü barədə məlumatlar əks olunmalıdır.

65. Şəxs tərəfindən narkotik vasitə və ya insan psixikasına təsir edən digər maddələrin qəbulu faktı həm də mötəbər və aidiyyəti sübutlarla təsdiq etməlidir. Yalnız bu qaydada təsdiq olunmuş fakt qulluqdan xaric edilmə barədə inzibati aktın maddi və hüquqi əsasını təşkil edə bilər. Bunun üçün isə sözügedən mötəbər və aidiyyəti sübutlara dair qanunvericilikdəki tənzimləmənin hansı qaydada aparıldığına diqqət yetirilməlidir.

66. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2002-ci il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”nin İ. Peşə növlərinin və vəzifələrin siyahısında: 10. Müdafiə, təhlükəsizlik, məhkəmə və hüquq mühafizə orqanlarında bütün növ peşə və vəzifələr nəzərdə tutulmuşdur.

67. Beləliklə, iddiaçıya barəsində cavabdehin təşəbbüsü ilə aparılmış narkotestin nəticəsinin təqdim edilməsi, onun alınmış nəticəyə dair münasibətinin öyrənilməsi, iddiaçıya narkotik vasitələrdən istifadəyə görə ehtiyata buraxılacağı barədə məlumat verilməsi, onunla bu barədə söhbət aparılması, iddiaçıya narkotik vasitələrdən istifadə etməməsi barədə sübutların təqdim edilməsinə şərait yaradılması, başqa sözlə, inzibati icraatın düzgün aparılması hazırki iş üzrə müəyyən olunmuşdur. Digər tərəfdən, cavabdeh orqanının istinad etdiyi testin mötəbərliyini şübhə altına alacaq hər hansı sübut iddiaçı tərəfindən təqdim edilməmişdir.

68. İddiaçının xx.xx.2023- cü il tarixdə analizləri verərək hərbi uçuş komissiyasından keçməsi dəlilinə münasibdətdə məhkəmə kollegiyası bildirir ki, bu hal iddiaçının narkotik vasitə istifadəçisi olmadığını sübuta yetirmir.

69. Apellyasiya şikayətində qeyd olunmuş ziddiyyətlərin aradan qaldırılması məqsədilə məhkəmə kollegiyasının iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X6” X12 eksperti-kimyaçı Cəmalə Kosayeva və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 məhkəmə tibb ekspertikimyaçı X5 iştirakları təmin edilmişdir.

70. Onlar məhkəmə iclasında qeyd etmişdirlər ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspetiza və X6”nin xx.xx.2024-cü il tarixli 179/K saylı məhkəməkimyəvi rəydə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi”nin xx.xx.2024-cü il 464 N-li və həmçinin Sağlamlıq vəziyyətinin müayinə edilməsi haqqında 3/24 saylı aktlarda (6 Nli Qoşma) əks olunan nəticələr arasında yaranmış ziddiyyət mayor İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7”nin kimya bölməsində ilkin qan və sidik nümunələrinin götürülmə tarixindən (xx.xx.2023- cü il) “Respublika Narkoloji Mərkəzi”ndə sidik nümunəsinin götürülmə tarixinədək (xx.xx.2024-cü il) keçən uzun müddət - 83 gün müddətində şəxsin orqanizmində gedən fizioloji proseslər nəticəsində qəbul edilmiş narkotik vasitələrin, psixotrop, güclü təsiredici maddələrin və eləcə də, dərman maddələrinin metabolizmə uğraması, parçalanması və son nəticədə orqanizmindən xaric olunması ilə əlaqəlidir.

71. Belə ki, narkotik vasitələrin və psixotrop maddələrin insan orqanizmindən xaric olma müddəti bir çox amillərdən: insanın yaşından, çəkisindən, piy qatından, fiziki hərəkətindən, istifadə edilən narkotik vasitənin və psixotrop maddənin orqanizm tərəfindən absorbsiya sürətindən, paylanmasından, metabolizmindən və onun xaric edilməsindən və s. asılıdır. Ən başlıca faktor isə şəxsin nə qədər uzun müddət ərzində narkotik vasitədən və psixotrop maddədən istifadə etməsidir. Kannabinoid istifadə edilən zaman bir neçə dəqiqə ərzində qana sorulur. 5-30 dəqiqədən sonra onun qanda miqdarı maksimuma çatır. Aktiv metabolizm və toxumalara paylanma (qaraciyərdə və digər toxumalarda ehtiyat halında toplanması) səbəbindən onun miqdarı qanda sürətlə azalır. Kannabinoidlərin daxilə qəbulu zamanı qanda miqdarı yavaş-yavaş artır və 1.5-3 saatdan sonra maksimuma çatır. Kannabinoidlər lipidlərdə (piylərdə) çox yaxşı həll olur və buna görə də beyində, piy toxumasında, qaraciyərdə, sümük iliyində və böyrəklərdə toplanır və uzun müddətli istifadə zamanı istifadəçinin orqanizminin fərdi xüsusiyyətlərindən asılı olaraq kannabinoidlərin metabolitləri 15-30 gün müddətində qanda aşkar oluna bilər. Kannabinoidlərin metabolitlərinin analizi məqsədilə sidikdə aparılan kimyəvi-toksikoloji tədqiqatın ilkin mərhələsi hesab edilən immunkimyəvi üsul ilə müayinə zamanı xroniki istifadəçilərdə son qəbuldan sonra 45-77 gün müddətində, epizodik istifadədə isə 29 gün müddətində aşkar edilə bilər. Həmçinin bildirilmişdir ki, nümunələr xüsusi qalbaşdırmalarda yerindəcə şəxsdən götürülmüş və hər hansı kənar müdaxilə olunmamışdır.

72. Bundan başqa iddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, iddia tələbinin əsaslarından biri kimi, İddiaçı qarşı N saylı hərbi hissə komandirinin qərəzli yanaşması nəticəsində belə bir əmrin verilməsi olmuşdur. Bu hal iddiaçıya qarşı yuxarı komandanlıq qarşısında hərbi hissə komandiri Rəşad Nadirov tərəfindən verilən təqdimatdanda aşkar surətdə görünür.

73. Bununla bağlı Kollegiya bildirir ki, iş materiallarından göründüyü kimi iddiaçı yalnız Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspetiza və X6”nin xx.xx.2024-cü il tarixli 179/K saylı məhkəmə-kimyəvi rəyə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxıla bilərdi. Lakin yuxarı komandanlıq iddiaçını dəfələrlə ekspertizaya göndərmiş, işin hallarını tam ətraflı araşdırmağa çalışmışdır. Bu fakt özü-özlüyündə apellyasiya şikayətinin qərəzli yanaşma ilə bağlı dəlillərini təkzib edir.

74. Həmçinin, Kollegiya qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1672/2025 nömrəli, xx.xx.2025-ci il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X6” PHŞ tərəfindən bildirilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin insan orqanizmindən xaric olma müddəti bir çox amillərdən: insanın yaşından, çəkisindən, piy qatından, fiziki hərəkətindən, istifadə edilən narkotik vasitənin və psixotrop maddənin orqanizm tərəfindən absorbsiya sürətindən, paylanmasından, metabolizmindən və onun xaric edilməsindən və s. asılıdır. Ən başlıca faktor isə şəxsin nə qədər uzun müddət ərzində narkotik vasitədən və psixotrop maddədən istifadə etməsidir. Kannabinoid istifadə edilən zaman bir neçə dəqiqə ərzində qana sorulur. 5-30 dəqiqədən sonra onun qanda miqdarı maksimuma çatır. Aktiv metabolizm və toxumalara paylanma (qaraciyərdə və digər toxumalarda ehtiyat halında toplanması) səbəbindən onun miqdarı qanda sürətlə azalır. Kannabinoidlərin daxilə qəbulu zamanı qanda miqdarı yavaş-yavaş artır və 1.5-3 saatdan sonra maksimuma çatır. Kannabinoidlər lipidlərdə (piylərdə) çox yaxşı həll olur və buna görə də beyində, piy toxumasında, qaraciyərdə, sümük iliyində və böyrəklərdə toplanır və uzun müddətli istifadə zamanı istifadəçinin orqanizminin fərdi xüsusiyyətlərindən asılı olaraq kannabinoidlərin metabolitləri 15-30 gün müddətində qanda aşkar oluna bilər. Kannabinoidlərin metabolitlərinin analizi məqsədilə sidikdə aparılan kimyəvi-toksikoloji tədqiqatın ilkin mərhələsi hesab edilən immunkimyəvi üsul ilə müayinə zamanı xroniki istifadəçilərdə son qəbuldan sonra 45-77 gün müddətində, epizodik istifadədə isə 29 gün müddətində aşkar edilə bilər. Azərbaycan Respublikası Müdafiə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7”nin kimya bölməsində mayor İddiaçı qan və sidik nümunələrinin götürülmə tarixindən (xx.xx.2023-cü il) 83 gün sonra, yəni xx.xx.2024cü il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X18 İddiaçı “Narkotik sərxoşluq vəziyyətinin Narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında” 464 N-li akt tərtib edilərək götürülmüş sidik nümunəsində immunkimyəvi üsula əsaslanan ekspress test vasitəsi ilə müayinə zamanı COC(-) mənfi, BZO(-) mənfi, AMP(-) mənfi, THC(-) mənfi, OPİ(-) mənfi, MDMA(-) mənfi, MOP(-) mənfi, TML(-) mənfi, BAR(-) mənfi, MET(-) mənfi, PGB(-) mənfi aşkar edilməyib (Akt N464, xx.xx.2024). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspetiza və X6”nin xx.xx.2024-cü il tarixli 179/K saylı məhkəmə-kimyəvi rəydə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi”nin xx.xx.2024-cü il 464 N-li və həmçinin Sağlamlıq vəziyyətinin müayinə edilməsi haqqında 3/24 saylı aktlarda (6 Nli Qoşma) əks olunan nəticələr arasında yaranmış ziddiyyət mayor İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7”nin kimya bölməsində ilkin qan və sidik nümunələrinin götürülmə tarixindən (xx.xx.2023- cü il) “Respublika Narkoloji Mərkəzi”ndə sidik nümunəsinin götürülmə tarixinədək (xx.xx.2024-cü il) keçən uzun müddət - 83 gün müddətində şəxsin orqanizmində gedən fizioloji proseslər nəticəsində qəbul edilmiş narkotik vasitələrin, psixotrop, güclü təsiredici maddələrin və eləcə də, dərman maddələrinin metabolizmə uğraması, parçalanması və son nəticədə orqanizmindən xaric olunması ilə əlaqəlidir.

75. Həmçinin, apellyasiya şikayətinin dəlili olan “iddiaçının əməlində cinayət və inzibati xəta tərkibi olmadığı üçün narkotik istifadəçi olmamasını sübuta yetirilməsi” ilə bağlı Kollegiya qeyd edir ki, cinayət qanunvericliyində narkotik maddədən istifadə edən şəxslər üçün cinayət məsuliyyəti nəzərdə tutulmamışdır və iddiaçı barədə də cinayət məsuliyyəti Cinayət Məcəlləsinin 234-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə cinayət işi başlanmış və CPM-in 39.1.2-ci maddəsi ilə (əməldə cinayət tərkibi olmadıqda) xitam verilmişdir. CM-in 234-cü maddəsindən də göründüyü kimi hipotezada narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma müəyyən olunur, istifadə qeyd edilməmişdir. Göstərilən hallar da onun narkotik maddəsi istifadə etmədiyini istisna etmir. İnzibati xəta ilə bağlı məsələlərə gəldikdə isə Kollegiya qeyd edir ki, bu hal da onun narkotik maddə istifadə etmədiyinə dəlalət etmir . Belə ki, hərmi məhkəmənin qərarından da göründüyü kimi, iddiaçı barədə başlanmış inzibati xəta icraatı İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsi ilə, yəni bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatma əsası ilə xitam verilmişdir.

76. İddiaçı tərəfin “ondan 21 noyabr 2023-cü il tarixində nümunə götürüldükdən sonra müvafiq kitabda uçuşa yararlı qeydinin aparılaraq 22 noyabr 2023-cü il tarixində uçuşa buraxılması ilə bağlı” apellyasiya məhkəməsində xx.xx.2025-ci il tarixli məhkəmə iclası zamanı gətirdiyi dəlil ilə bağlı Kollegiya qeyd edir ki, həmin hal da iddiaçının narkotik maddədən istifadə etmədiyini sübuta yetirmir. Belə ki, göstərilənlər yalnız iddiaçının işlədiyi qurumun məsul vəzifəli şəxsləri tərəfindən ekspert rəyinin cavabları gözlənilmədən onu uçuşa buraxmaqla uçuş təhlükəsizliyinə real təhlükə yaratmışdır ki, bu da həmin vəzifəli şəxslərin xidməti vəzifələrini lazımi qaydada icra etmədiklərini müəyyən etməyə əsas verir. Qeyd olunan hallar onların məsuliyyət dairəsinə aid olmaqla, yol verilmiş intizam pozuntusu və mümkün hüquqi məsuliyyət məsələlərinin araşdırılması üçün hüquqi əsas yaradır.

77. Beləliklə, göstərilənlərdən aydın olur ki, iddiaçıya barəsində cavabdehin təşəbbüsü ilə aparılmış narkotestin nəticəsinin təqdim edilməsi, onun alınmış nəticəyə dair münasibətinin öyrənilməsi, iddiaçıya narkotik vasitələrdən istifadəyə görə ehtiyata buraxılacağı barədə məlumat verilməsi, onunla bu barədə söhbət aparılması, iddiaçıya narkotik vasitələrdən istifadə etməməsi barədə sübutların təqdim edilməsinə şərait yaradılması, başqa sözlə, inzibati icraatın düzgün aparılması hazırki iş üzrə müəyyən olunmuşdur. Digər tərəfdən, cavabdeh orqanının istinad etdiyi testin mötəbərliliyini şübhə altına alacaq hər hansı sübut iddiaçı tərəfindən təqdim edilməmişdir.

78. Analoji işlər üzrə oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1333/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və 2-1(102)-2647/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarınlarında da öz əksini tapmışdır.

79. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9112/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

80. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9112/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar