Məhkəmə qərarları › İş №2-1(103)-1673/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1673/2022

26.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1673/2022 26.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil1 və üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı “sərəncamların iddiaçıya aid hissədə etibarsız hesab olunması tələbinə dair» inzibati iş üzrə “iş üzrə icraatın dayandırılması barədə” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-236/2022 saylı 01.02.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı “Bakı şəhər İcra Hakimiyyəti başçısının 21.10.2016-ci il tarixli 426 saylı, 29.12.2017-ci il tarixli 666 saylı və 01.08.2019cu il tarixli 249 saylı sərəncamlarının İddiaçı məxsus olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2270-77-ci məhəllədə yerləşən 0,16 ha torpaq sahəsinə aid olan hissədə etibarsız hesab edilməsi barədə” iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddianın əsaslarına görə 2019-cu ilin sonlarında təsadüf nəticəsində əldə etdiyi sənədlər vasitəsilə müəyyən etmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısının 21 oktyabr 2016-ci il tarixli 426 nömrəli Sərəncamı ilə avtomobil dayanacağının təşkili və avtodiaqnostika mərkəzinin tikintisinin layihələndirilməsi üçün "xxxx"MMC-nin ıstifadəsinə Bakı şəhəri Nizami rayonu, Babək prospekti 2270-77 ci məhəllədə yerləşən 0,18 ha torpaq sahəsi verilmişdir. Həmin sərənjamla iddiaçıya məxsus olan Bakı şəhəri Nizami payonu, Babək prospekti 2270-77 –ci məhəllədə yerləşən 0,16 ha torpaq sahəsinin şərq hissəsinəqanunsuz müdaxilə olunmuşdur. Cavabdehin 29.12.2017-ci il tarixli 666 saylı digər sərəncamı ilə "xxxx" MMC-nin, 01.08.2019-cu il tarixli 249 nömrəli sərəncamı ilə isə "xxxx"MMC-nin adına rəsmiləşdirilmişdir. Üçüncü şəxs "xxxx"MMC-yə bir neçə dövlət orqanları tərəfindən verilmiş müxtəlif icazə sənədləri, plan və ölçülərdən açıq aşkar bəlli olur ki, iddiaçının qanuni sahibliyində olan torpaq sahəsinə müdaxilə etməklə, onun mülkiyyət hüququnu köbud surətdə pozur. Beləliklə də iddiaçının mülkiyyət hüquqları əldə olunmuş rəsmi sənədlərlə 2014-cü ildə Bakı şəhəri Nizami payonu, Babək prospekti 2270- 77 –ci məhəllədə yerləşöən 0,16 ha torpaq sahəsinə AR ƏMDK DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qeydiyyata alındığı halda, 2016-ci ildə cavabdeh (BŞİH başçısı) tərəfindən mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi qanunsuz olaraq digər hüquqi şəxsin istifadəsinə verilmişdir. İş üzrə üçüncü şəxs "xxxx" MMC məhkəməyə vəsatətlə müraciət edərək icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, "xxxx" MMC iddiaçı qismində cavabdehlər X4 və digərlərinə qarşı Bakı şəhəri. Nizami rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək: - «Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270- 77-ci məhəllədə yerləşən 0.16 ha torpaq sahəsinə dair X6 adına verilən əsası göstərilməyən Hüquqların qabaqcadan qeydiyyatı barədə 13.12.2013-cü il tarixli arayışın və onunla AR ƏMDK Yanında DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsi arasında bağlanan 02.04.2014-cü il tarixli torpağın alqı-satqı müqaviləsinin və ona əsasən verilən 30.05.2014-cü il tarixli çıxarışın; - X10 ilə cavabdeh Mustafayeva. İradə Qurban qızı arasında bağlanmış 01.07.2014cü il tarixli alqı-satqı müqviləsinin və ona əsasən verilən 05.07.2014-cü il tarixli çıxarışın; - X5 ilə cavabdeh X4 arasında bağlanmış 09.10.2019-cu il tarixli bağışlanma müqaviləsinin və, ona əsasən verilən 09.10.2019-cu il tarixli çıxarışın - ləğv edilməsi və qanuni əsaslarla MMC-yə məxsus 0.16 ha torpaq sahəsini onlar tərəfindən azad edərək istifadəçiyə təhvil verilməsi barədə” qətnamə çıxarılmasını xahiş etmişdir. Üçüncü şəxs hesab edir ki, hazırkı icraatda olan iddia ərizəsinə baxılması Nizami rayon Məhkəməsində baxılan “alqı- satqı, bağışlanma müqavilələrinin və çıxarışların ləğv edilməsi ilə əlaqədar iddia ərizəsinin nəticəsindən asılıdır. Çünki, həmin sənədlərin qanuni olub-olmaması həll edilməyincə "sərəncamların ləğvinə dair işin obyektiv baxılması mümkün deyil...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-236/2022 saylı 01.02.2022-ci il tarixli qərardadı ilə Hazırkı iş üzrə icraat, iddiaçı "xxxx" MMC-nin cavabdeh X10, X5, İddiaçı, “X11 “MMC, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi, Bakı şəhər İcra Hakimiyyətinə qarşı müqavilələrin ləğv edilməsi tələbinə dair Nizami rayon məhkəməsinin 2(007)-3408/2021 saylı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilən əsaslara görə qərardad tamamilə əsassızdır. Belə ki, məhkəmə bu qənaətə gələrkən, Nizami rayon Məhkəməsində olan işin icraatda olubolmamasını araşdırmamışdır. Apellyasiya şikayəti üzrə müddət buraxılmamış hesab edilmiş, şikayət İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını, üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi isə onunla razılaşmamış və birinci instansiya məhkəməsinin qərardadının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakılara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş, hazırkı iş üzrə üçüncü şəxs "xxxx" MMC-nin Bakı şəhəri Nizami rayon Məhkəməsində cavabdehlər X4 və qeyrilərinə qarşı qaldırdığı iddia ərizəsindən və Nizami Rayon Məhkəməsinin 2(007)3408/2021 saylı 30.07.2021-ci il tarixli qərardadına əsasən müəyyən olunur ki, həmin qərardala iddia ərizəsi məhkəmənin icraata qəbul edilmişdir. "xxxx" MMC-nin həmin iddia ərizəsində irəli sürdüyü iddia tələblərindən görünür ki, hazırkı iş üzrə də mübahisənin obyekti olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllədə yerləşən 0.16 ha torpaq sahəsinə dair X10 ilə X5 arasında bağlanmış 01.07.2014- cü il tarixli alqı-satqı müqviləsinin və ona əsasən verilən 05.07.2014-cü il tarixli çıxarışın, daha sonra, bu sonuncu ilə X4 (hazırkı iddiaçı) arasında bağlanmış 09.10.2019-cu il tarixli bağışlanma müqaviləsinin və ona əsasən verilən 09.10.2019-cu il tarixli çıxarışın - ləğv edilməsi və MMC-yə məxsus 0.16 ha torpaq sahəsinin onlar tərəfindən azad edərək istifadəçiyə təhvil verilməsi barədə” qətnamə çıxarılmasını tələb olunmuşdur. X1 da məhz, hazırıkı iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, sözügedən 01.07.2014- cü il tarixli alqı-satqı müqviləsinə əsasən anası X3 adına, daha sonra isə 09.10.2019-cu il tarixdə bağlanmış bağışlama müqaviləsinə əsasən İddiaçı adına reyestrdə rəsmiləşdirilən - Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270- 77-ci məhəllədə yerləşən 0.16 ha torpaq sahəsinin bir (şərq) hissəsinə Bakı şəhər İcra Hakimiyyətinin başçısının “avtomobil dayanacağının təşkili və avtodiaqnostika mərkəzinin tikintisinin layihələndirilməsi üçün həmin ünvanda 0,18 ha torpaq sahəsinin "xxxx"MMCnin ıstifadəsinə verilməsi barədə 21 oktyabr 2016-ci il tarixli 426 nömrəli Sərəncamı ilə müdaxilə olunduğu mübahisələndirilərək həmin sərəncamın ona aid hissədə ləğv olunması tələb edilir. Belə olan halda, Nizami rayon Məhkəməsində baxılan mülki iş üzrə iddia təmin ediləcəyi və sözügedən alqı-satqı və bağışlama müqavilələri və onlara əsasən verilmiş çıxarışlar ləğv oluncağı təqdirdə, hazırkı iş üzrə İddiaçı, mübahisələndirilən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270- 77-ci məhəllədə yerləşən 0.16 ha torpaq sahəsi onun mülkiyyətindən çıxmış olur və onun həmin 0,16 ha torpaq sahəsinin şərq hissəsinə cavabdeh orqanın sərəncamları ilə müdaxilə olunması əsası ilə hazırkı mübahisələndirmə haqqında iddianı qaldırmaqda subyektiv hüququ aradan qalxmış olur və bu hal iddianın mümkünlüyünü tamamilə uğursuz edir. Göründüyü kimi, hazırkı inzibati mübahisənin taleyi birmənalı olaraq, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan – “iddiaçı "xxxx"MMC-nin cavabdeh X10, X5, İddiaçı, “X11 “MMC, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi, Bakı şəhər İcra Hakimiyyətinə qarşı alqı-satqı müqavilələrin və çıxarışın ləğv edilməsi tələbinə dair” mülki işin nəticəsindən asılıdır. İPM-in 7.2-ci maddəsinin tələbinə görə isə inzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. Məhkəmə kollegiyası işin qeyd olunan faktiki hallarını və prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qərardadı ilə iş üzrə icraatın dayandırılmasını düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin, məhkəmə tərəfindən iş üzrə araşdırma aparılmadığını vurğulamaqla, əsassız qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-236/2022 saylı 01.02.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 80, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-236/2022 saylı 01.02.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Həmid Həmidov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar