Məhkəmə qərarları › İş №2-1(103)-1673/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1673/2025

10.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1673/2025 10.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi Qeydiyyat və X4rşı iş üzrə QƏRARDADİ (Açar sözlər: “iddianın mümkünlük şərti; eyni tələb”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 (sədrlik edən və məruzəçi), X14 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və üçüncü şəxs X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi Qeydiyyat və X4rşı “qeydiyyatın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-16469/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi Qeydiyyat və X4rşı, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi və Bakı şəhəri Nəsimi rayonu 59 saylı Mənzil İstismar Sahəsinin üçüncü şəxs qismində göstərilməklə, xx.xx.2010-cu il tarixdə X5 qeydə alınmasında əsas olan sənədlərin və məlumatların həqiqətə uyğun olmadığı və qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxslərin hərəkətlərin qanunsuz hesab edilməsi həmin qeydiyyatın ləğv edilərək ilkin vəziyyətə qaytarılması, yəni Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə, ev 46 kimi qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X7 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46/48 saylı evdə iddiaçı və digər qardaş və bacıları uzun müddət qeydiyyatda olmaqla yaşamışlar. Mənim qardaşım X10 ilə ailə həyatı qurduqdan sonra 1987-ci ildə atama məxsus evin 2-ci mərtəbəsinə gəlin köçmüşdür.. 2009-cu il tarixdə İradə Yusifova qardaşım Qafar Yusifova qarşı həmin evə istifadə hüququnun tanınması tələbinə dair iddia qaldırmış 2009-cu il tarixdə 05 noyabr tarixdə iddia tələbi təmin edilmiş beləliklə 48 saylı evə istifadə hüququ tanınmışdır. Həmin qətnamədən atası və qardaşı apellyasiya şikayət vermiş, beləliklə nəticədə Nəsimi Rayon məhkəməsinin 2(006)-3036/2009 saylı qətnaməsi ləğv olunub, Yusifova İradənin iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən Ali Məhkəməyə şikayət verilmiş və məhkəmə qətnaməni qüvvədə saxlamışdır. 03 mart 2010- cu ildə Nəsimi rayon məhkəməsinin hakimi İlqar Dəmirov tərəfindən qərardad qəbul edilmişdir. Orda qeyd olunmuşdur ki, X12 Bakı şəhəri Nəsimi rayonu, M.Əlizadə 46/48 saylı evə qeydiyyata alınması ilə bağlı səlahiyyətli orqanlara müraviət etmədən məhkəmə qaydasında baxılmalı olmayan Nəsimi rayon polis idarəsinin Qeydiyyat və X13nin səlahiyyətlərinə aid məsələ ilə bağlı iddia qaldırmışdır. Azərbaycan Respublikasının MPM XX fəslin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyilsə hakim iş üzrə xitam verir. 2010-cu ilin avqust ayında qardaşım X15 İradənin nikahı pozulmuşdur. Nikah pozulduqdan sonra iradə Yusifova qardaşı Qafarla birgə nikah dövründə aldıqları Nəsimi rayonu, M.Əlizadə küçəsi, 40 saylı evdə yaşamışlar. Daha sonra İradə Yusifova mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmiş və iddiası təmin edilib, onun xeyrinə qətnamə qəbul edilmiş və mənzilə köçürülmüşdür. İradə Yusifova mənzilə köçürülməyə dair məhkəmə qətnaməsini əsas götürərək, qətnamə qanuni qüvvəyə minməmiş Nəsimi Rayon "Mənzil İstismar Sahəsindən" saxta arayış alaraq Nəsimi Rayon Polis idarəsinin şəxsiyyət və qeydiyyat şöbəsində işləyən adı iddiaçıya məlum olmayan vəzifəli şəxsi ilə əlbir olub qanunsuzluq edərək atasına məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46/48 saylı evə özoğlu Yusifov Əliəkbər ilə birlikdə, xx.xx.2010 noyabr tarixində qanunsuz qeydiyyata düşmüşdür. Mənzilə köçürülmə barədə məhkəmə qətnaməsi həmin evə qeydiyyata alınmaq üçün əsas deyildir. Evə qeydiyyata alınmaq üçün həmin evin sahibinin rəsmi icazəsi lazımdır, lakin İradə Yusifovaya belə icazə verilməmişdir. (MM 180-lci maddə) İradə Yusifovanın qanunsuz qeydiyyata düşməsi faktının araşdırılması, hüquqi qiymət verərək onun barəsində cinayət işinin başlanılması üçün Nəsimi Rayon Prokurorluğuna ünvanladığı ərizəyə baxılaraq Nəsimi Rayon Prokurorluğu tərəfindən xx.xx.2023-cü il tarixdə "Cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir. Həmin qərara görə İradə Yusifovanın və oğlu Yusifov Ələkbərin qeyd olunan ünvana saxta sənədlər əsasında qeydiyyata düşməsi müəyyən olunmuş, lakin CM-nin 75.1.1- ci maddəsinin tələblərinə görə cinayətin törədildiyi vaxtdan 2 il keçdiyi üçün cinayət işinin başlanmasından imtina edilmişdir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat" haqqında qanunun 5-ci maddəsində qeydiyyata düşməyin əsasları göstərilmişdir. Həmin maddədə göstərilən əsaslardan heç birini İradə Yusifovaya şamil edib onu atasına məxsus olan evə qeydiyyata salmaq mümkün deyildir. Həmin maddədə mənzilə köçürülmə barədə qətnamənin olması qeydiyyata alınmaq üçün əsaslardan biri kimi nəzərdə tutulmamışdır. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat" haqqinda Qanunun 9-cu maddəsində şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları göstərilmişdir. Həmin qanunun 9-cu maddəsinin 6-cı hissəsinə əsasən qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə şəxs məhkəmənin qanuni qüyvəyə minmiş qərarı əsasında qeydiyyatdan çıxarılmalıdır. X8 özbaşına tikili olan ünvan 3 ünvanında olan fərdi yaşayış evinə qanunsuz olaraq qeydiyyata düşmüş, daha sonra isə "mənzilə köçürülmə" tələbinə dair iddiası təmin olunmuş və mənzilə köçürülmüş, fərdi yaşayış evinin 2/1 hissəsini zəbt etmişdir. Köçürüldüyü mənzil ərinə məxsus olmamış , birgə nikah dövründə əldə edilməmişdir. Mübahisəli fərdi yaşayışa evi qaynatasına məxsus olmuşdur.Daha sonra isə isə "mənzildən istifadəyə maneçiliyin aradn qaldırılmasına dair "əsassız iddia ilə məhkəməyə müraciət etmiş ,iddia təmin olunmuş, X8 ünvan 3 ünvanında olan fərdi yaşayış evini faktiki olaraq tam ələ keçirmiş, özünü oranın tam sahibi kimi aparmaqla halhazırda da orada yaşamır.Bundan başqa X8 ünvan 3 ünvanında olan fərdi yaşayış evinə qanunsuz qeydiyyata düşməklə qeydiyyatda olan yeganə şəxs kimi hüquqi cəhətdən də fərdi yaşayış evini tam ələ keçirmişdir. X10 qanunsuz və əsasız olaraq atama məxsus mənzilə qeydiyyata düşmüşdür. Bildirmişdir ki, mən məhkəmə qətnaməsi ilə qeydiyyata düşmüşəm. Halbuki 2009-cu ildən 2011-ci ilə kimi keçirilən məhkəmə prosesslərində qeyd edilmişdir ki, məhkəmə qeydiyyat işinə baxılmır. Bakı İnzibati Məhkəməi tərəfindən verilmiş xx.xx.2023 saylı sorğu əsasında X10 və mənim fərdi uçot kartoçkalarımın surətləri məhkəməyə təqdim olunmuşdur. Həmin kartoçkalarada qeydiyyatla bağlı məsələlər öz əksini tapmışdır. Qeydiyyat məsələsinə yerli polis idarəsinin pasport şöbəsi baxır. Məhkəmənin gedişatı dövrü ərizində xx.xx.2010-cu il tarixdə Yusifova İradə ilkin şəxsiyyət vəsiqəsində 46 ünvanı olduğu halda həmin tarixdə güya şəxsiyyət vəsiqəsini ititb 59 saylı MKİS-dən qanunsuz yollarla almış olduğu arayışı alıb Nəsimi royon Polis İdarəsinə təqdim etməklə yeni şəxsiyyət vəsiqəsi alıb. Polis idarəsində hər hansı bir araşdırma aparmadan (həmin şöbənin əməkdaşı Azər) qeydiyyata salmışdır. Həhkəmə prosesslərində Yusifova İradə saxta şəxsiyyət vəsiqəsini hər hansı bir məhkəməyə təqdim etməmişdir. (Sübut kimi məhkəmə iclas protokolları.) Yenədə müddət bitmədən həmin ilin xx.xx.2010-cu il tarixdə yenidən saxta arayışla və saxta imza ilə yeni şəxsiyyət vəsiqəsi almışdır. Bunuda hər hansı bir məhkəməyə təqdim etməmişdir. Məhkəməyə yenə də 2002-ci ildə almış AZE 00426647 seriyalı əsl şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Yenidən xx.xx.2011-ci il tarixdə üçüncü dəfə qanunsuz arayış və saxta imza ilə yeni şəxsiyyət vəsiqəsi əldə etmişdir. Bu şəxsiyyət vəsiqəsinidə hər hansı bir məhkəməyə təqdim etməmişdir. Yenidən 2020-ci il tarixdə sonuncu şəxsiyyət vəsiqəsini almışdır. Göründüyü kimi son 10 il ərizində şəxsiyyət vəsiqələrini dörd dəfə dəyişmiş və polis orqanları bu hala göz yumub ona hər hansı bir əsas gətirmədən şəxsiyyət vəsiqələri təqdim etmişlər. Müraciətim əsasında Nəsimi rayon polis İdarəsi Yusifova İradəni qeydiyyatdan çıxarılması üçün Nəsimi rayon Məhkəməsinə qeydiyyatın etibarsız hesab edilməsi tələbinə dair iddia qaldırmışdır. Məhkəmə aidiyyəti üzrə Bakı İnzibati məhkəməsinə müraciət edilməsi üçün iddia ərizəsini geri qaytarmışdır. Apellyasiya Məhkəməsidə bu işə inzibati qaydada baxılmalı olduğundan həmin qərardadı qüvvədə saxlamışdır. ünvan 4 ünvanları eyni mənzildir. ünvan 5eyd edilir ki, mənim M.Əlizadə küçəsi 48 Yusifova İradənin pasport qeydiyyatında olan 46/48 ünvanları eyni ünvanlardır. 59 saylı MKİS-nin 02 saylı, xx.xx.2024 saylı arayışında qeyd edilir ki, 46/48 və 48 ünvanları mərhum X6 adına olmuş ümumi həyət tipli yaşayış evidir.MKİS-də olan sənədlərə əsasən Forma В və Forma A kartlarında 46/48 yazılmalıdır. Forma В kartında 46, 48 46/48 ünvanları şəxsiyyət vəsiqələrində qeyd olunmuş və 14 nəfərin həmin ünvanda qeydiyyatda olması müəyyən edilmişdir. Şəxsiyyət vəsiqələrində 46,48, 46/48 kimi qeyd olunsa da bu ünvandan heç kim qeydiyyatdan çıxmamışdır. Yusifova İradənin qeydiyyata düşməsi barədə hər hansı bir məhkəmə qərarı yoxdur. Ancaq mənzilə köçürülmə haqqında qətnaməsi mövcuddur. Mənzilə köçürülmə qətnaməsinin olması Yaşayış yeri və olduğu yerhaqqında qanuna əsasən qeydiyyata düşməsi üçün əsas deyildir. xx.xx.2011-ci il tarixdə ali Məhkəmənin qərarı ilə köçürülmə təmin edilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat" haqqinda Qanunun 9-cu maddəsində şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları göstərilmişdir. Həmin qanunun 9cu maddəsinin 6-cı hissəsinə əsasən qeydiyyata alınma üçün əsasolmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə şəxs məhkəmənin qanuni qüyvəyə minmiş qərarı əsasında qeydiyyatdan çıxarılmalıdır. Qeyd etdiyi məsələ ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi,Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət etmişəm və inzibati orqan tərəfindən müraciətimə xx.xx.2024- cü il tarixli imtina verilərək müraciətimə inzibati məhkəmə icraatında baxıla biləcəyi izah edilmişdir.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-16469/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.

4. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Məhkəmə ilkin olaraq qeyd edir ki, iddia düzgün cavabdehə qarşı qaldırılmamışdır və iddia tələbi formal tələblərə uyğun deyil. Belə ki, iddiaçının hazırki iddianı qaldırmaqda məqsədi üçüncü şəxsin Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46/48 saylı evə olan qeydiyyatının ləğv edilməsidir. Ləğv edilmənin əsası kimi qeydə alınma zamanı vəzifəli şəxslərin hərəkətlərinin qanunsuzluğunu iddia edir və iddiaçının qeydiyyatının ləğv edildikdən sonra əvvəlki vəziyyətə qaytarılmasını, yəni, Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə, ev 46 kimi qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Göründüyü kimi, iddiaçının arzuladığı nəticə üçüncü şəxsin qeydiyyatının ləğv edilməsidir Cavabdeh qismində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi Qeydiyyat və X13 göstərilmiş, iddiaçıya cavabdehin əsl cavabdeh Bakı şəhər Nəsimi Rayon Polis İdarəsi ilə əvəz edilməsi barədə ərizənin təqdim edilməsi təklif edilsə də, iddiaçı cavabdehin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə həmçinin nəzərə alır ki, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqi yardımın göstərilməsi, eləcə də cavabdehin əsl cavabdeh Bakı şəhər Nəsimi Rayon Polis İdarəsi ilə əvəz edilməsi iddianın mümkünsüzlüyünü aradan qaldırmayacaqdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, eyni predmet barəsində eyni tərəflər arasında məhkəmə mübahisəsi olmuş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8340/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən iddiaçı İddiaçı cavabdeh Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinə (üçüncü şəxslər X10 və X2) qarşı “qeydiyyatdan çıxarılma” barədə iddia tələbi təmin edilməmişdir. Həmin qərarda qeydə alınma səbəbləri və əsasları ətraflı tədqiq edilmiş və məhkəmə tərəfindən qiymət verilərək üçüncü şəxsin sözügedən ünvanda qeydiyyatının ləğv edilməsi üçün əsasların olmadığı müəyyən edilmişdir. Qərar qanuni qüvvəsini almışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı ilə Bakı şəhər Nəsimi Rayon Polis İdarəsi arasında eyni predmetlə bağlı iddia üzrə yekun məhkəmə aktı olduğuna görə hazırki iddia mümkün sayılmamalıdır.

5. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 16469/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil etməklə onunla əsaslandırılmışdır ki, Məhkəmə qərardad qəbul edən zaman aşağıda qeyd etdiyim halları nəzərə almamışdır. X1 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46/48 saylı evdə iddiaçı və digər qardaş və bacıları uzun müddət qeydiyyatda olmaqla yaşamışlar. Mənim qardaşım X10 ilə ailə həyatı qurduqdan sonra 1987-ci ildə atama məxsus evin 2-ci mərtəbəsinə gəlin köçmüşdür.. 2009-cu il tarixdə İradə Yusifova qardaşım Qafar Yusifovaqarşı həmin evə istifadə hüququnun tanınması tələbinə dair iddia qaldırmış 2009-cu il tarixdə 05 noyabr tarixdə iddia tələbi təmin edilmiş beləliklə 48 saylı evə istifadə hüququ tanınmışdır. Həmin qətnamədən atam və qardaşım şikayət vermiş beləliklə nəticədə Nəsimi rayon məhkəməsinin 2(006)-3036/2009 saylı qətnaməsi ləğv olunub Yusifova İradənin iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədənAli Məhkəməyə şikayət verilmiş və məhkəmə qətnaməni qüvvədə saxlamışdır. Atam və qeydiyyata alınması tələbi barədə iddia qaldırmış və Bakı Apellyasiya Məhkəməsininxx.xx.2010-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Ali Məhkəmə də həmin qətnaməni qüvvədə saxlamışdır. Həmin qərarqəbul edilənədək İradəYusifova qardaşı Qafar Yusifovdan artıq 2010-cu ilin avqust ayında nikahı pozulmuşdur. Nikah pozulduqdan sonra iradə Yusifova qardaşı Qafarla birgə nikah dövründə aldıqları Nəsimi rayonu, M.Əlizadə küçəsi, 40 saylı evdə yaşamışlar. Daha sonra İradə Yusifova mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmiş və iddiası təmin edilib onun xeyrinə qərarqəbul edilmiş və mənzilə köçürülmüşdür. İradə Yusifova mənzilə köçürülməyə dair məhkəmə qətnaməsini əsas götürərək, qərarqanuni qüvvəyə minməmiş' Nəsimi Rayon "Mənzil İstismarSahəsindən” saxta arayış alaraq Nəsimi Rayon Polis idarəsinin pasport vəqeydiyyat idarəsinin adı iddiaçıya məlum olmayan vəzifəli şəxsi ilə əlbir olub qanunsuzluq edərək atasına məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46/48 saylı evə öz oğlu Yusifov Əliəkbər ilə birlikdə, xx.xx.2010 noyabr tarixində qanunsuz qeydiyyata düşmüşdür. Mənzilə köçürülmə barədə məhkəmə qətnaməsi həmin evə qeydiyyata alınmaq üçün əsas deyildir. Evə qeydiyyata alınmaq üçün həmin evin sahibinin rəsmi icazəsi lazımdır, lakin İradə Yusifovaya belə icazə verilməmişdir. İradə Yusifovanın qanunsuz qeydiyyata düşməsi faktının araşdırılması, hüquqi qiymət verərək onun barəsində cinayət işinin başlanılması üçün Nəsimi Rayon Prokurorluğuna ünvanladığı ərizəyəbaxılaraq Nəsimi Rayon Prokurorluğu tərəfindən xx.xx.2023-cü il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir. Həmin qərara görə İradə Yusifovanın və oğlu Yusifov Ələkbərin qeyd olunan ünvana saxta sənədlər əsasında qeydiyyata düşməsi müəyyən olunmuş, lakin CM-nin 75.1.1-ci maddəsinin tələblərinə görə cinayətin törədildiyi vaxtdan 2 il keçdiyi üçün cinayət işinin başlanmasından imtina edilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında qanunun 5-ci maddəsində qeydiyyata düşməyin əsasları göstərilmişdir. Həmin maddədə göstərilən əsaslardan heç birini İradə Yusifovaya şamil edib onu atasına məxsus olan evə qeydiyyata salmaq mümkün deyildir. Həmin maddədə mənzilə köçürülmə barədə qətnamənin olması qeydiyyata alınmaq üçün əsaslardan biri kimi nəzərdə tutulmamışdır. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat" haqqinda Qanunun 9-cu maddəsində şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları göstərilmişdir. Həmin qanunun 9-cu maddəsinin 6-cı hissəsinə əsasən qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə şəxs məhkəmənin qanuni qüyvəyə minmiş qərarı əsasında qeydiyyatdan çıxarılmalıdır. Məhkəmə qərardadı qəbul edilməsi zamanı bu qeyd edilən hallarla bağlı sübutların toplanmasıməsələsində zəruri köməklik göstərməmişdir Qeyd olunan maddəyə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəməyə etiraz ərizəsində üçünçü şəxs qeyd etmişdir ki güya mən məzmunu eyni əsasdan, predmetdən, tələbdən ibarət olan çoxsaylı iddiaları ilə fasiləsiz olaraq məhkəməyə müraciət etmək hüququndan sui-istifadə edərək, ciddi hüquqi əsası olmayan, artıq bir neçə instansiya məhkəmələri tərəfindən hüquqi qiymət verilmiş halları təkrartəkrar mübahisələndirilməklə maraqlı şəxs kimi bizi narahat etməklə yanaşı, şikayət hüququnun məqsədlərinə aşkar zidd olan mövqe nümayiş etdirir. Artıq uzun illərdir ki, mübahisə edilən ünvanda yerləşən evin dörd ətrafı yeni çoxmərtəbəli binalarla əhatə olunduğu halda mənim lüzumsuz şikayətləri əsasında yaşadığı mənzilin pilot layihə çərçivəsinsə inşaat şirkəti tərəfindən alınması dayandırılmışdır. Güya mən Məhkəməni aldatmaq məqsədi ilə bilərəkdən həqiqi olmayan faktlarla əsaslandırılan şikayətlər təqdim etməklə yanaşı, məhkəməyə təqdim edilən Mənzil İstismar sahəsindənalman saxta, təhrif olunmuş faktlara əsaslanan sənədlərlə müraciət edərək qeyri-səmimi, təxribatçı mövqe sərgiləyir. Bununla da o ədalət mühakiməsinin effektivliyinə zərər vurmaqla, məhkəmə resursların əsassız şəkildə israf olunmasına səbəb olmaqla dövlət adından çıxarılan məhkəmə qərarları üzərində ictimai etimadın azalmasına, şikayət etmək hüququndan yanlış məqsədlərlə manipulyasiya edə biləcəyi təəssüratı yaradır. Halbuki X8 özbaşına tikili olan ünvan 3 ünvanında olan fərdi yaşayış evinə qanunsuz olaraq qeydiyyata düşmüş, daha sonra isə “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin olunmuş və mənzilə köçürülmüş, fərdi yaşayış evinin 2/1 hissəsini zəbt etmişdir. Köçürüldüyü mənzil ərinə məxsus olmamış , birgə nikah dövründə əldə edilməmişdir. Mübahisəli fərdi yaşayışa evi qaynatasına məxsus olmuşdur.Daha sonra isə isə “ mənzildən istifadəyə maneçiliyin aradn qaldırılmasına dair “ əsassız iddia ilə məhkəməyə müraciət etmiş ,iddia təmin olunmuş , X8 ünvan 7 ünvanında olan fərdi yaşayış evini faktiki olaraq tam ələ keçirmiş , özünü oranın tam sahibi kimi aparmaqla halhazırda da orada yaşamır.Bundan başqa X8 Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi,ev 46/48 ünvanında olan fərdi yaşayış evinə qanunsuz qeydiyyata düşməklə qeydiyyatda olan yeganə şəxs kimi hüquqi cəhətdən də fərdi yaşayış evini tam ələ keçirmişdir. X10 qanunsuz və əsasız olaraq atama məxsus mənzilə qeydiyyata düşmüşdür. Bildirmişdir ki, mən məhkəmə qətnaməsi ilə qeydiyyata düşüb. Hal bu ki məhkəmə 2009-cu ildən 2011-ci ilə kimi keçirilən məhkəmə prosesslərində qeyd etmişdir ki, məhkəmə qeydiyyat işinə baxılmır. Bakı İnzibati Məhkəməi tərəfindən verilmiş xx.xx.2023 saylı sorğu əsasında X10 və mənim fərdi uçot kartoçkalarımın surətləri alınıb. Həmin kartoçkalarada qeydiyyatla bağlı məsələlər öz əksini tapmışdır. Qeydiyyat məsələsinə yerli polis idarəsinin pasport şöbəsi baxır. Məhkəmənin gedişatı dövrü ərizində xx.xx.2010-cu il tarixdə ilkin şəxsiyyət vəsiqəsində 46 ünvanı olduğu halda həmin tarixdə güya şəxsiyyət vəsiqəsini ititb 59 saylı MKİS-dən qanunsuz yollarla almış olduğu arayışı alıb Nəsimi rayon Polis İdarəsinə təqdim etməklə yeni şəxsiyyət vəsiqəsi alıb. Polis idarəsində hər hansı bir araşdırma aparmadan (həmin şöbənin əməkdaşı Azər) qeydiyyata salmışdır. Həhkəmə prosesslərində Yusifova İradə saxta şəxsiyyətvəsiqəsini hər hansı bir məhkəməyə təQdim etməmişdir. (Sübut kimi məhkəmə iclas protokolları.) Yenədə müddət bitmədən həmin ilin xx.xx.2010-cu il tarixdə yenidən saxta arayışla və saxta imza ilə yeni şəxsiyyət vəsiqəsi almışdır. Bunuda hər hansı bir məhkəməyə təqdim etməmişdir. Məhkəməyə yenə də 2002-ci ildə almış AZE 00426647 seriyalı şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Yenidən xx.xx.2011-ci il tarixdə üçüncü dəfə qanunsuz arayış və saxta imza ilə yeni şəxsiyyət vəsiqəsi əldə etmişdir. Bu şəxsiyyət vəsiqəsinidə hər hansı bir məhkəməyə təqdim etməmişdir. Yenidən 2020-ci il tarixdə sonuncu şəxsiyyət vəsiqəsini almışdır. Göründüyü kimi son 10 il ərizində şəxsiyyət vəsiqələrini dörd dəfə dəyişmiş və polis orqanları bu hala göz yumub ona hər hansı bir əsas gətirmədən şəxsiyyət vəsiqələri təqdim etmişlər. Müraciətim əsasında Nəsimi rayon polis İdarəsi Yusifova İradəni qeydiyyatdan çıxarılması üçün Nəsimi rayon Məhkəməsinə qeydiyyatın etibarsız hesab edilməsi tələbinə dair iddia qaldırmışdır. Məhkəmə aidiyyəti üzrə Bakı İnzibati məhkəməsinəmüraciət edilməsi üçün iddia ərizəsini geri qaytarmışdır. Apellyasiya Məhkəməsidə bu işə inzibati qaydada baxılmalı olduğundan həmin qərardadı qüvvədə saxlamışdır. Onuda qeyd edim ki, ünvan 4 ünvanları eyni mənzildir. ünvan 9 qeyd edilir ki, mənim M.Əlizadə küçəsi 48 Yusifova İradənin pasport qeydiyyatında olan 46/48 ünvanları eyni ünvanlardır. 5 9 saylı MKİS-nin 02 saylı, xx.xx.2024 saylı arayışında qeyd edilir ki, 46/48 və 48 ünvanları mərhum X6 adına olmuş ümumi həyət tipli yaşayış evidir.MKİS-də olan sənədlərə əsasən Forma B və Forma Akartlarında 46/48 yazılmalıdır. Forma B kartında 46, 48 46/48 ünvanları şəxsiyyətvəsiqəLərində qeyd olunmuş və 14 nəfərin həmin ünvanda qeydiyyatda olması müəyyən edilmişdir. Yusifova İradənin qeydiyyata düşməsi barədə hər hansı bir məhkəmə qərarı yoxdur. Ancaq mənzilə köcürülmə haqqında qətnaməsi mövcuddur. Mənzilə köcürülmə qətnaməsinin olması Yaşayış yeri və olduğu yerhaqqında qanuna əsasən qeydiyyata düşməsi üçün əsas deyildir. xx.xx.2011-ci il tarixdə ali Məhkəmənin qərarı ilə köcürülmə təmin edilmişdir. Onuda qeyd edim ki, ünvan 4 ünvanları eyni mənzildir. ünvan 9 qeyd edilir ki, mənim M.Əlizadə küçəsi 48 Yusifova İradənin pasport qeydiyyatında olan 46/48 ünvanları eyni ünvanlardır. 5 9 saylı MKİS-nin 02 saylı, xx.xx.2024 saylı arayışında qeyd edilir ki, 46/48 və 48 ünvanları mərhum X6 adına olmuş ümumi həyət tipli yaşayış evidir.MKİS-də olan sənədlərə əsasən Forma B və Forma Akartlarında 46/48 yazılmalıdır. Forma B kartında 46, 48 46/48 ünvanları şəxsiyyətvəsiqəLərində qeyd olunmuş və 14 nəfərin həmin ünvanda qeydiyyatda olması müəyyən edilmişdir. Yuxarıda qeyd etdiyim ki, ünvan 10 ünvanları ilə bağlı uçot qeydiyyatında olan qanunsuzluqlara görə iddia qaldırmışam. Həmin qeydlərin ləğv edilməsini tələb etmişəm. Kiminsə və ya kimlərinsə qeydiyyatdan çıxarılması ilə bağlı iddia qaldırmamışam. Göründüyü kimi məhkəmə cavabdeh tərəfindən verilmiş halları və sübutları əsas götürüb. Məhkəmə Nəsimi rayon Polis İdarəsinin Qeydiyyat şöbəsinin qanunsuzluqlarını əsas götürməmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı yazılı etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən: Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbacyan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarə tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən: Bir Mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-88/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilir ki, məhkəmə araşdırmaları nəticəsində müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarətdir olmuşdur ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, ev 48, cavabdeh X8 isə ünvan 11 ünvanda qeydiyyatda olmaqla yaşayırlar. Cavabdehin qeydiyyatda yaşadığl ünvanda yerləşən 46/48 nömrəli ev özbaşına tikilidir. Belə ki, həmin ev barəsində daşınmaz əmlakın dövlət reyestrində hər hansı qeydiyyat məlumatları aşkar edilməmişdir. İddia tələbi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tələb əsassızdır. Belə ki, aparılan məhkəmə araşdırmaları zamanı və ekspert tədqiqatları nəticəsində müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin qeydiyyatda olmaqla yaşadıqları evlər arasında 52 metr məsafə vardır və hazırki mübahisənin predmetini təşkil edən qapı iddiaçının hüquqlarına və qanunla qorunan mənafelərinə toxunmur. Qeyd olunan qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2 (103)-5610/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə dəyişdirilməyərək qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 (102)- 963/2023 saylı, xx.xx.2024-cü il tarixli Qərarı ilə Apellyasiya Məhkəməsinin 2 (103)-5610 saylı qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi RPİ-yə qarşı “iddiaçının yaşayış yerinin şəxsiyyət vəsiqəsində dəyişdirilməsi” tələbi irəli sürərək ünvanının M.Əlizadə 48 deyil, M.Əlizadə 46/48 kimi qeyd edilməsini istəmişdir. Bakı İnzibati Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2-1(112)- 9989/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. Yuxarı instansiya Məhkəmələri tərəfindən həmin qərar qüvvəsində saxlanılmışdır. Göründüyü kimi mübahisəli evin İddiaçı sahibliyində olması iddiası qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə təkzib edilmiş, öz təsdiqini tapmamışdır. İddiaçı həmçinin Məhkəmə tərəfindən İPM-nin 12.2-ci maddəsinin tələblərinin pozulması qənaətindədir. Lakin yuxarıda təqdim edilən qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə İddiaçı M.Əlizadə 46/48 ünvana heç bir aidiyyatı olmadığı sübut edilmişdir. Bu səbəbdən həmin halların, sübutların toplanması və ya araşdırılmaması mövqeyi iddiaçının şəxsi mövqeyi olub işin hallarına uyğun gəlməyir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli Qərarı ilə müəyyən edilir ki, MPM-nin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. İddiaçı İPM-nin 13-cü maddəsinin tələblərinin məhkəmə tərəfindən riayət olunmaması qənaətindədir. Belə qənaətə gəlməsini iddiaçı belə əsaslandırır ki, əvvəllər çox saylı iddialarda o iddia tələbini İradə Yusifovanın M.Əlizadə 46/48 ünvandan “qeydiyyatdan çıxarılma”şəklində qoymuş, hazırki iddiasında İradə Yusifovanın M.Əlizadə 46/48 ünvana “qeydin” ləğvi kimi qoysada məhkəmə “qeydin” ləğvini “qeydiyyatdan çıxarılma” ilə eyni götürmüşdür. Məhz bu hala əsaslanıb yekun qərar qəbul etmiş, bununla da iddia tələbini təmin etməmişdir. İddiaçının mövqeyinə görə M.Əlizadə 46/48 ünvandan qeydiyyatdan çıxarılma tələbi müxtəlif tələblər olub məhkəmə tərəfindən nəzərə alınmamışdır. Hesab edirəm ki, qeydin ləğvi nəticə etibarı ilə vətəndaşa bu və ya digər ünvandan paspoıt qeydiyyatından çıxarılma ilə nəticələnəcək. Bu baxımdan iddiaçının “söz oyunu” ilə manipulyasiya etməsi həm hüquqi, həm də ki, dilçilik baxımından eyni olub iddiaçının əldə etmək istədiyi nəticəyə yönəlmişdir. Məsələyə, iddiaçının başa düşməsi üçün obrazlı, bədii çalarla yanaşsaq, bir şəxsin “kor edilməsi” ilə “gözlərinin çıxarılması” anlayışının nəticə etibarı iə heç bir fərqi yoxdur. Təkrarlıqda olsa bir daha qeyd etməyi zəruri hesab edirəm ki, İddiaçı eyni əsasdan, eyni predmetdən, eyni tələbdən ibarət olan çoxsaylı iddiaları ilə fasiləsiz olaraq məhkəməyə müraciət etmək hüququndan sui-istifadə edərək, ciddi hüquqi əsası olmayan, artıq bir neçə instansiya məhkəmələri tərəfindən hüquqi qiymət verilmiş halları təkrar-təkrar mübahisələndirməklə maraqlı şəxs kimi bizi narahat etməklə yanaşı, şikayət hüququnun məqsədlərinə aşkar zidd olan mövqe nümayiş etdirir. Aıtıq uzun illərdir ki, mübahisə edilən ünvanda yerləşən evin dörd ətraflı yeni çoxmərtəbəli binalarla əhatə olunduğu halda, lüzumsuz şikayətləri əsasında mənim yaşadığım mənzilin pilot layihə çərçivəsində inşaat şirkəti tərəfindən alınması dayandırılmışdır. İddiaçı məhkəməni aldatmaq məqsədi ilə həqiqi olmayan faktlara əsaslandırılan şikayətlər təqdim etməklə yanaşı, məhkəməyə MİS-dən alman saxta, təhrif olunmuş faktlara əsaslanan sənədlərlə müraciət edərək qeyri-səmimi təxribatçı mövqe sərgiləyir. Bununla da o, ədalat mühakiməsinin effektivliyinə zərər vurmaqla, məhkəmə resurslarını əsassız şəkildə israf olunmasına səbəb olmaqla dövlət adından çıxarılan məhkəmə qərarları üzərində ictimai etimadın yalnış məqsədlərlə manipulyasiya edə biləcəyi təəssüratı yaradır. Həmin Məhkəmə çəkişmələrinin bir neçəsini qeyd etməyi zəruri hesab edirəm İddiaçı cavabdeh Nəsimi RPİ-nə qarşı: 1) Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5165/2021 saylı, xx.xx.2021 -ci il tarixli qərardadı. 2) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 2219/2021 saylı xx.xx.2021 -ci il tarixli qərardadı, 3)Bakı İnzibati Məhkəməsinin 2-1(112)-l5709/23 saylı, xx.xx.2023-cü il tarixli Qərardadı, 4)Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1668/2023 saylı,xx.xx.2024-cü il tarixli qərardadı, 5)Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8340/2024 saylı, xx.xx.2024-cü il tarixli, 6)Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3192/2024 saylı. xx.xx.2024-cü il tarixli Qərarı, 7)Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9989/2021 saylı xx.xx.2021 -ci il tarixli Qərarı, 8) Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2544/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı. İddiaçı apellyasiya şikayətində onun M.Əlizadə 46/48 ünvana subyektiv hüququnun mövcud olduğuna və subyektiv hüququnun olması ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin 2 (103)-1668/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnamə qəbul edildiyini bildirir. Qeyd olunan qətnamə ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15709/23 saylı, 22 dekabr 2023-cü il tarixli qərardadı ləğv edilərək iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Lakin Bakı İnzibati Məhkəməsi 2-1(112)-8340/2024 saylı, xx.xx.2024-cü il tarxli Qərarı ilə İddiaçı iddia tələbi təmin edilməmiş, həmin qərar Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3192/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Göründüyü kimi İddiaçı bu halda da məhkəməni aldatmağa cəhd göstərərk özünə sərf etməyən halların üstündən sükutla keçməyi üstün tutmuşdur. Beləliklə İddiaçı əsassız, qərəzli, mənfəət əldə etməyə köklənmiş fasiləsiz müraciət etmək hüququndan istifadə etməklə ədalət mühakiməsinin effektivliyinə zərər vurmaqla, məhkəmə resurslarının əsassız şəkildə israf olunmasına səbəb olmaqla dövlət adından çıxarılan məhkəmə qərarlar üzərində ictimai etimadın azalmasına, şikayət etmək hüququndan tamah məqsədi ilə manupulyasiya etməsi, məhkəmə qərarının məzmununun özünə uyğun şəkildə təhrif etməsi bir daha təsdiqini tapır. Yuxarıda şərh olunan halları diqqətinizə çatdırmaqla apellyasiya şikayətini təmin etməmənizi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-16469 saylı, xx.xx.2024- cü il tarixli qərardadını qüvvəsində saxlamağınızı xahiş edirəm.

d) Prosses iştirakçılarının izahatları

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X10 apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarı:

1.1. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. 15.4. İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 2.1. məhz inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddə 32.1. mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 38.3. İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Maddə 68.1 Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1 İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1.İnzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2.İnzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

12. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.

14. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

15. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hüquqi marağı xx.xx.2010-cu il tarixdə X5 qeydə alınmasında əsas olan sənədlərin və məlumatların həqiqətə uyğun olmadığı və qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxslərin hərəkətlərin qanunsuz hesab edilməsi həmin qeydiyyatın ləğv edilərək ilkin vəziyyətə qaytarılması, yəni Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə, ev 46 kimi qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.

16. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələbləri düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

17. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

18. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

19. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

20. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətini araşdıraraq qeyd edir ki, yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.

21. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

22. Gəlmiş olduğu nəticə ilə bağlı məhkəmə kollegiyası bildirir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

23. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8340/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən iddiaçı İddiaçı cavabdeh Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinə (üçüncü şəxslər X10 və X2) qarşı “qeydiyyatdan çıxarılma” barədə iddia tələbi təmin edilməmişdir. Həmin qərarda qeydə alınma səbəbləri və əsasları ətraflı tədqiq edilmiş və məhkəmə tərəfindən qiymət verilərək üçüncü şəxsin sözügedən ünvanda qeydiyyatının ləğv edilməsi üçün əsasların olmadığı müəyyən edilmişdir. Qərar qanuni qüvvəsini almışdır.

24. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, istər əvvəlki işdə, istərsə də hazırda baxılan işdə mübahisə predmeti eyni olmuş, yəni hər iki iş üzrə də iddiaçının tələbi qeydiyyatdan çıxarılma ilə bağlı olmuşdur. İddianın mahiyyəti də, obyekti də bütün hallarda dəyişməzdir.

25. Eləcə də, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 13 may 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin, həmin Məcəllənin 1.3cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquqi varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

26. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzib edilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı).

27. Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir.

28. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, işin bu vəziyyəti hazırkı iş üzrə iddianın mümkün sayılmamasını şərtləndirir və bu gəlinən nəticə İPM-in 78-ci maddəsinin tələbinə uyğun olmuşdur.

29. İPM-nin 78-ci maddəsində mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburiliyini müəyyən edən qayda, mənasına görə eyni tərəflər arasında olan iş üzrə qanuni qüvvəyə minmiş qərarla müəyyən edilmiş faktların həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilmədiyini ehtiva edir. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir.

30. Ümumiyyətlə, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir.

31. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbi üzrə məhkəmənin icraatında iş olduğu və inzibati məhkəmə icraatı qaydasında həmin tələbə hüquqi qiymət verildiyi halda, hazırkı iddiaya mahiyyəti üzrə baxılıb, məhkəmə qərarı qəbul edilməsi “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli, 5 saylı qərarının 15.4, 15.5, 15.6-cı bəndlərinə ziddir.

32. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-16469/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-16469/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan Kassasiya şikayəti məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar