Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1674/2021 06.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Bəktaşi Səadət İnayət qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Həsənova Səriyyə Hüseyn qızının katibliyi ilə, İddiaçı, İddiaçının vəkili X6, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hüququn vəfat etmiş şəxsə məxsus olması haqqında arayışın verilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 25.02.2021-ci il tarixli, 2-1(112)- 296/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 25.02.2021-ci il tarixli, 2-1(112)-296/2021 saylı qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri,Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən 0,12 ha sahəsi olan 262 K saylı bağ sahəsinə dair hüququn iddiaçının mərhum babası X15 məxsus olması barədə arayışın İddiaçı verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmuşdur (hakim M.Hacıbəyova). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri,Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən 0,12 ha sahəsi olan 262 K saylı bağ sahəsinə dair hüququn mərhum babası X15 məxsus olması barədə arayışın iddiaçıya verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən 262k saylı bağ massivi babası X15 Bakı şəhər İK-nin 6/387 saylı 21 may 1991-ci il tarixdə verilmişdir.Bir müddət həmin sahədən istifadə etmişdir. Lakin sonradan babasının xəstəliyi ilə əlaqədar olaraq uzun müddət ərazidən istifadə etməmişdir.Bağa sənəd almaq üçün cavabdehə müraciət etdikdə İdarədən iddiaçının babasına məxsus olmuş bağ sahəsinin başqa şəxs tərəfindən hasarlanması barədə məlumat verilmişdir. Bu səbəbdən də həmin torpaq sahəsinə sənəd verməkdən imtina edilmişdir. İddiaçının babası X18 bütün əmlakı iddiaçıya vəsiyyət etmişdir. İş üzrə Bakı İnzibat Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, iddiaçı müvafiq bağ sahəsinə dair mərhum X14 adına reyestrdən çıxarış və plan ölçünün verilməsi ilə bağlı 11.06.2019-cu il tarixdə İdarəyə müraciət etmişdir. aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, sözügedən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, “262k” saylı bağın ərazisi naturada göstərilən ərazinin cənub-qərbində yerləşir. Bundan başqa bağ sahəsinin ölçüsü 1200 kvm olsa da naturada göstərilən ərazinin faktiki ölçüsü 700,0 kvm təşkil edir. Həmçinin göstərilən sahə faktiki olaraq digər fiziki şəx tərəfindən hasarlanaraq istifadə edilməməkdədir. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı və onun vəkili X11 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxnılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İş materiallarında olan: Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin Pirşağı bağlar sahəsindəki 218 nömrəli kooperativi tərəfindən X14 adına verilimiş b/s nömrəli orderinə əsasən, Bakı şəhər icraiyyə komitəsinin 21 may 1991- ci il tarixli, 6/387 nömrəli qərarına əsasən, ona Pirşağı bağlar sahəsində 218 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 262 k nömrəli bağ ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən iddiaçıya verilən Xalq deputatları Sovetinin icraiyyə komisinin 6\387 nömrəli 21 may 1991-ci il tarixli qərarından arxiv çıxarışına əsasən, Azərbaycan SSR Nazirlər Sovetinin 195 nömrəli,02 iyun 1988-ci il qərarına əsasən Bakı şəhər Sovetinin 6/333 nömrəli, 14 iyun 1988-ci il tarixli qərarı ilə: 2.3. Fəaliyyət göstərən bağ tikinti kooperativlərin tərkibində vətəndaşlara bağ sahələrinin ayrılması qərara alınmışdır: 2.3.9. Seyidov Həsənə- 218 nömrəli BTK-dan Pirşağı massivində. “Ölüm haqqında şəhadətnamə”yə əsasən X18 08 iyun 1999-cu ildə vəfat etmişdir. Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, 09 dekabr 1999-cu il tarixində Bakı şəhəri 41-ci dövlət notariat kontorunun dövlət notariusu R.Ş.Rzayev təsdiq etmişdir ki, Bakı şəhəri,5-ci dövlət notariat tərəfindən 06 yanvar 1999cu ildə təsdiq edilən və İ K/K-4 nömrəli reyerstrdə qeyd olunan vəsiyyətnaməyə əsasən 08 iyun 1999-cu ildə ölmüş X18 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi Bakı şəhəri,Yeni Günəşli qəsəbəsi, “A” və “B” yaşayış sahəsi,ev 131 mənzil 7-də yaşayan X3r. Həmin şəhadətnamənin verildiyi vərəsəlik əmlakı aşagıdakılardan ibarətdir: Bakı şəhəri, Qarayev küçəsi, ev 22, mənzil 84-də yerləşən şəxsi mənzil. X4 verilmiş 040290 nömrəli qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, Səbail rayonu, Qarayev küçəsi 22 saylı evin 73,0 yaşayış sahəsindən ibarət 4 otaqlı 84 saylı mənzil X1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ünvan ünvanlanmış 216 nömrəli, 11 iyun 2019-cu il tarixli məktubuna əsasən, X14 vəfat etməsi ilə əlaqədar vərəsəsi İddiaçı ərizəsi əsasında 21 iyul 1999-cu il tarixdə vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Məktubda miras qalmış Bakı şəhəri, Sabunçu rayonu,Pirşağı bağlar sahəsində 218 saylı BTK-nın nəzdində yerləşən 0,12 hektar torpaq sahəsinə və 262 k saylı bağa dair Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış veriməsi xahiş edilmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış 08.05.2019-cu il tarixli, **********62 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanında yerləşən 262 k saylı bağ sahəsinin koordinatlarının müəyyənləşdirilməsi barədə ********** nömrəli 25.04.2019-cu il tarixli ərizəyə baxılmış, göstərilən bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə aşkar olunmadığından bağ sahəsinin koordinatlarını və sərhədlərini təyin etmək mümkün olmamışdır. Cavabdehin 02.07.2019-cu il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivi ünvanında yerləşən 262 K saylı bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil edilməsi, 262 k saylı bağ sxematik xəritəyə əsasən göstərilən sahənin cənub qərbində yerləşməsi əsası ilə X12 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivi ünvanında yerləşən 262 K saylı bağ sahəsi üzərində hüquqların qeydə alınmasından imtina edilmişdir. Cavabdehin iddiaçıya ünvanladığı 23.07.2019-cu il tarixli, **********55 nömrəli məktubuna əsasən, X12 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivi ünvanında yerləşən 262 K saylı bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil edir, belə ki göstərilən sahə 262 k saylı bağ sxematik xəritəyə əsasən göstərilən sahənin cənub qərbində yerləşir. Bundan əlavə kənardan göstərilən sahə sənədlə 1200 kv.m olsa da, faktiki 700,0 kv.m təşkil edir. Cavabdehin məhkəmənin sorğusuna əsasən 14.02.2020-ci il tarixli, **********08 nömrəli məktubunda məhkəməyə bildirilmişdir ki, 218 saylı bağ tikinti kooperativinin nəzdində Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 262k saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar olunmamışdır. Sorğu ilə əlaqədar olaraq, 218 saylı bağ tikinti kooperativinin nəzdində Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 262k saylı bağ sahəsinə dair sənədin təsdiq edilmiş surəti göndərilmişdir.(X5 adına olan b/s nömrəli orderin təsdiq edilmiş surəti əlavə edilmişdir.) Məhkəmənin 18 noyabr 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən 218 nömrəli BTK-nın nəzdində olan 262 k nömrəli bağın yerləşdiyi torpaq sahəsinin koordinatları, konfiqurasiyası, faktiki ölçüləri, faktiki vəziyyəti(istifadə olunur və ya boş sahəsi olması) müəyyən edilməsi üçün məhkəmə yerquruluşu və kadastr ekspertizası təyin edilmişdir. “X8” MMC-nin tikinti-texniki eksperti, ali texniki təhsilli Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizazı Mərkəzində aparıcı ekspert vəzifəsində işləmiş və 1 dərəcəli ədliyyə quluqçusu rütbəsində olmuş, 1998-ci ildən ekspert iş stajına malik olan X9 və Mərkəzin yerquruluşu mühəndisi, ali texniki təhsilli1994-cü ildən iş stajına malik olan X10 tərəfindən aparılmış ekspertizanın nəticəsində tərtib edilmiş ekspert rəyinə əsasən, təqdim edilmiş sənədlərə və baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə görə, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivindəyerləşən 218 nömrəli BTK-nın nəzdində olan 262 k nömrəli bağın yerləşdiyi torpaq sahəsinin mövcud vəziyyəti, o cümlədən faktiki ölçüləri, konfiqurasiyası və koordinatları müəyyən edilərək, naturada 262 k nömrəli bağ torpaq sahəsinin metal torla sərhədə alındığı, orada hər hansı tikinti işlərinin aparılmadığı və bağ torpaq sahəsinin müvafiq sənəddə göstərilən 0,12 ha ölçüyə uyğun olduğu müəyyən edilir. Həmin bağ torpaq sahəsinin döngə nöqtələrinin koordinatları rəyin tədqiqat hissəsində və rəyə əlavə edilmiş sxemdə göstərilmişdir. Birinci instansiya məhkəməsi yuxarıda sadalanan sənədlərdən, verilən izahatlardan müəyyən etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən 218 nömrəli kooperativin 262k saylı bağ sahəsi iddiaçının babası X15 Bakı şəhər icraiyyə komitəsinin qərarı ilə ayrılmışdır, yəni bağ sahəsi iddiaçının babasının istifadəsinə qanuni əsaslarla ayrılmışdır və o, həmin əmlak üzərində qanunvericiliyə əsasən mülkiyyət hüququ əldə etmişdir, lakin həmin hüququ rəsmiləşdirmək üçün müraciət etməmişdir. X14 23 iyun 1999-cu ildə vəfatı ilə əlaqədar vərəsəsi İddiaçı ərizəsi əsasında vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur, X12 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən 218 nömrəli kooperativin 262k saylı bağ sahəsinə dair hüquqmüəyyənedici sənədin - çıxarışın verilməsi xahiş edilsə də cavabden tərəfindən müraciət təmin edilməmişdir, imtina onunla əsaslandırılmışdır ki, bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil edir, belə ki göstərilən sahə 262 k saylı bağ sxematik xəritəyə əsasən göstərilən sahənin cənub qərbində yerləşir, kənardan göstərilən sahə sənədlə 1200 kv.m olsa da, faktiki 700,0 kv.m təşkil edir. Odur ki, iddiaçı hazırki iddia ilə məhəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı hesab etmişdir: “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanısahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 6-cı bəndinə görə bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:..139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər;.. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasinin Qanununun 8.0-ci maddəsində deyilir: Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:..8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” təlimatın 7.2-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Həmin təlimatın 7.1-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. İddiaçının babası vəfat edənə qədər qanuni əsaslarla mübahisəli bağın torpaq sahəsi üzərində mülkiyyət hüququnu əldə etdiyi, lakin həmin hüququ təsdiq edən çıxarış almadan öldüyi üçün yuxarıda qeyd edilən normalara əsasən qanun üzrə vərəsə olan iddiaçının qanunvericiliyə əsasən qeyd edilən bağ sahəsinin üzərində vəfat etmiş babası X14 adına çıxarış tərtib edilərək verilməsini cavabdehdən tələb etmək hüququ mövcuddur. Cavabdehin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişində göstərdiyi- bağın bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil edilməsi, kənardan baxış nəticəsində sahənin faktiki 700,0 kv.m təşkil edilməsi barədə birldirdiklərinə gəldikdə isə məhkəmə qeyd edir ki, məhkəmə yerqurluşu və kadastr ekspertizası üzrə ekspert rəyində cavabdehin göstərdiyi hallar öz təsdiqini tapmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İş materiallarından göründüyü kimi cavabdehin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinasında göstərilən əsasların heç biri də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində göstərilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir və belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək düzgün nəticəyə gəlmişdir, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 25.02.2021-ci il tarixli, 2-1(112)-296/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Səadət Bəktaşi Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-1674/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1674/2021
06.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver