Məhkəmə qərarları › İş №2-1(103)-1674/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1674/2022

06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1674/2022 06.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-391/2022 saylı, 08 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 01 iyul 2019-cu il tarixdə 57 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, əmək pensiyası hüququ yarandığı vaxtdan bugünədək ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-391/2022 saylı, 08 fevral 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 07.05.2021-ci il tarixinə 43400 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 30945,23 manat təşkil edir. 01.07.2017-ci il tarixindən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün üç şərt vacibdir: 1) qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) ümumi və xüsusi iş stajının olması; 3) fərdi hesabın sığorta hissəsindən qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Məhkəmə iclasında iddiaçı tərəf apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Kollegiya işə çağırılan tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Kəlbəcər rayonunda doğulmuşdur. - M.Əzizbəyov adına X7 ordenli Azərbaycan Neft Kimya insitutu tərəfindən verilmiş ИB seriyalı 022874 saylı diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1979-cu ildə M.Əzizbəyov adına X7 ordenli Azərbaycan Neft Kimya insitutuna daxil olmuş və 15.06.1984-cü ildə hidrogeologiya və mühəndis geologiya ixtisası üzrə tam kursu bitirmişdir. - İddiaçıya məxsus ИТ-İ seriyalı ******* saylı əmək kitabçasının surətindən və tərcüməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 01.10.1984-cü ildə Neftçala hidrogeoloji kəşfiyyat partiyasına texnik-hidrogeoloq təyin edilmiş, 01.07.1986-cı ildə həmin partiyanın hidrogeoloqu keçirilmiş, 01.05.1987-ci ildə Kür ətrafı hidrogeoloji kəşfiyyat partiyasına hidrogeoloq təyin edilmiş, 01.11.1987-ci ildə ikinci kateqoriyalı geoloq təyin edilmiş, 03.06.1991-ci ildə Dərin qazma üçün ekspedisiyasının Kür ətrafı partiyasının rəisi vəzifəsinə təyin edilmiş, 02.01.1997-ci ildə 1997-ci ilin yanvar ayına olan struktura əsasən Mişovdağ sahəsinə ştat cədvəlinə uyğun maaşla növbə rəisi keçirilmiş, 17.12.2001-ci ildə işdən azad olunmuş, 14.06.2002-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X6 meşə zolaqlarının suvarılması üçün istismar kəşfiyyat quyularının qazılması sahəsinin rəisi təyin edilmiş, 01.05.2007-ci ildə Milli Kəşfiyyat Buruq X5 suların tədqiqi dəstəsinin (Goranboy) rəisi (14-cü dərəcə ilə) vəzifəsinə təyin edilmiş, 14.08.2008ci ildə X6 ləğvi ilə əlaqədar işdən azad olunmuş, 08.09.2008-ci ildə X3 Azərbaycanın Termal suları partiyasına İ kateqoriya hidrogeoloq vəzifəsinə işə qəbul edilmiş, 08.09.2008-ci və 05.01.2009-cu illərdə çöl işlərinə ezam olunmuş, 04.03.2010-cu ildə işdən azad olunmuş, 04.03.2010-cu ildə Xidmətin Kompleks Hidrogeologiya və X1 Azərbaycan termal suları partiyasına 11-ci dərəcə ilə İ kateqoriyalı hidrogeoloq vəzifəsinə təyin edilmiş, 05.03.2010-cu ildə həmin partiyada dəstə rəisi vəzifəsinə (müvəqqəti olaraq) təyin edilmiş, 15.04.2010-cu ildə həmin partiyada 14-cü dərəcə ilə dəstə rəisi vəzifəsinə təsdiq edilmiş, 02.04.2012-ci ildə Ekspedisiyanın Yeraltı suların axtarışı partiyasının Lerik dəstəsinin rəisi (14-cü dərəcə ilə) vəzifəsinə təyin edilmiş, 12.07.2019-cu ildə müəssisə ləğv edildiyinə görə işdən azad olunmuş, 15.07.2019-cu ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Kompleks monitorinq və hidrogeoloji tədqiqatlar idarəsinin dəstə rəisi (15-ci dərəcə ilə) vəzifəsinə təyin edilmişdir. İşdə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət İnformasiya-Arxiv Fondu tərəfindən verilmiş 04.03.2019-cu il tarixli 23/İ-007 saylı arayışdan görünür ki, İddiaçı 01 oktyabr 1984-cü ildə Azərbaycan SSR Geologiya İdarəsinin Sənaye və termal suların axtarışı və kəşfiyyatı ekspedisiyasının Neftçala hidrogeoloji partiyasına texnik-hidrogeoloq kimi işə qəbul edilmişdir (əmr № 587k 01.10.1984-cü il), 01 iyul 1986-cı ildə həmin partiyada hidrogeoloq keçirilmişdir (əmr № 76k 01.07.1986-cı il), 01 may 1987-ci ildə ekspedisiyanın Prikurinsk hidrogeoloji partiyasına hidrogeoloq keçirilmişdir (əmr № 40k 01.05.1987-ci il), 01 noyabr 1987-ci ildə həmin partiyada 2-ci dərəcəli geoloq keçirilmişdir (əmr № 263k 03.11.1987-ci il), 03 iyun 1991-ci ildə Prikurinsk partiyasının rəisi təyin edilmişdir (əmr № 114k 06.06.1991 -ci il), 02 yanvar 1997-ci ildə Mişovdağ sahəsinə növbə rəisi keçirilmişdir (əmr № 2k 02.01.1997-ci il), 17 dekabr 2001-ci ildə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “a” bəndinə uyğun olaraq işdən azad edilmişdir. (əmr № 24 17.12.2001-ci il), 14 iyun 2002-ci il tarixində X6 meşə zolaqlarının suvarılması üçün istismar kəşfiyyat quyularının qazılması sahəsinin rəisi təyin edilmişdir (əmr № 1570k 14.06.2002-ci il), 01 may 2007-ci ildə Buruq X5 suların tədqiqi dəstəsinin rəisi təyin edilmişdir (əmr № 53k 30.04.2007-ci il), 14 avqust 2008-ci ildə müəssisənin ləğvi ilə əlaqədar Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “a” bəndinə uyğun olaraq işdən azad edilmişdir. (əmr № 476/ü 14.08.2008-ci il). Qeyd: İddiaçı 01.09.2004-cü il tarixdən (əmr № 7k 30.08.2004-cü il) və 13.07.2006-cı il tarixdən (əmr № 7k 17.07.2006-cı) ödənişsiz məzuniyyətdə olmuşdur. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 15.07.2021-ci il tarixli, **********2 saylı imtina məktubundan görünür ki, iddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə müraciətinə baxılmış və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci, 9.1-ci və 9.8-ci maddələrinə istinad olunaraq bildirilmişdir ki, təqdim etdiyi sənədlərdən göründüyü kimi fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 37440,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 31606,49 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. - Kompleks Hidrogeologiya və X2 tərəfindən verilmiş 26.02.2019-cu il tarixli, 04 saylı arayışdan görünür ki, İddiaçı 2010-2018-ci illərdə 895 gün çöl işlərində olmuşdur. - X4 tərəfindən verilmiş 29.08.2019-cu il tarixli 18 saylı arayışından görünür ki, İddiaçı 2008-2009-cu illərdə 230 gün çöl işlərində olmuşdur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Hazırki işdən görünür ki, iddiaçı ona 57 yaşının tamam olduğu 01.07.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini tələb edir. 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Qaydaların 3.2.1-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə müəyyən edilir. Qaydaların 3.6-cı bəndinə görə qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. “Qaydalar”ın 4.1.10-cu bəndinə görə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən şəxsə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün lazım olan əmək stajı 01.01.2006-cı il tarixə qədər toplanmış olduqda, pensiya təyin edilməsi əvələr qüvvədə olmuş qanunvericiliklə yəni, “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna uyğun təyin edilməlidir. Sadalanan normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 55 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 25 illik ümumi və 12,5 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 57 yaşdan təyin edilir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün 2 əsas şərt: 1) 57 yaşının tamam olması; 2) 01.01.2006-cı il tarixə 25 illik ümumi və 12,6 illik xüsusi iş stajının toplanması. İşdən aydındır ki, iddiaçı xx.xx.1962-ci ildə anadan olub və 57 yaşının tamam olduğu 01.07.2019-cu il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. İnzibati orqana müraciət etdiyi tarixdə isə 57 yaşı tamam olmuşdur. Həmçinin iş materiallarından müəyyən edilir ki, 01.01.2006-cı il tarixə iddiaçının 25 ildən çox ümumi stajı və 12,6 ildən çox güzəştli şərtlərlə iş stajı vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən isə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir; 1.5. Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, əmək kitabçalarının hazırlanması, verilməsi, doldurulması və saxlanması qaydası Azərbaycan Respublikası qanunvericiliyi və bu Əsasnamə ilə tənzimlənir. 1992-ci ildən 01.01.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; Əmək kitabçasına əsasən, 01.01.2006-cı il tarixə təhsil illəri də daxil edilməklə, iddiaçının ümumilikdə 25 il 07 ay 23 gün ümumi stajı mövcuddur, ((31.07.1984 – 01.09.1979 = 4 il 10 ay 30 gün) + (17.12.2001 – 01.10.1984 = 17 il 02 ay 16 gün) + (01.01.2006 – 14.06.2002 = 3 il 06 ay 17 gün)) = 25 il 07 ay 23 gün)) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4 və 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İş materiallarında olan: - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən verilmiş 19.02.2021-ci il tarixli 18/İ-026 saylı arayışından görünür ki, İddiaçı 01 oktyabr 1984-cü ildə Azərbaycan SSR Geologiya İdarəsinin Sənaye və termal suların axtarışı və kəşfiyyatı ekspedisiyasının Neftçala hidrogeoloji partiyasına texnik-hidrogeoloq kimi işə qəbul edilmişdir (əmr № 587k 01.10.1984-cü il); 01 iyul 1986-cı ildə həmin partiyada hidrogeoloq keçirilmişdir (əmr № 76k 01,07.1986-cı il); 01 may 1987-ci ildə ekspedisiyanın Prikurinsk hidrogeoloji partiyasına hidrogeoloq keçirilmişdir (əmr № 40k 01.05.1987-ci il); 01 noyabr 1987-ci ildə həmin partiyada 2-ci dərəcəli geoloq keçirilmişdir (əmr № 263k 03.11.1987-ci il); 03 iyun 1991-ci ildə Prikurinsk partiyasının rəisi təyin edilmişdir (əmr № 114k 06.06.1991-ci il); 02 yanvar 1997-ci ildə Mişovdağ sahəsinə növbə rəisi keçirilmişdir (əmr № 2k 02.01.1997-ci il); 17 dekabr 2001- ci ildə Azərbaycan Respublikası ƏM-nin 70ci maddəsinin “a” bəndinə uyğun olaraq işdən azad edilmişdir. (əmr № 24 17.12.2001-ci il); 14 iyun 2002-ci il tarixində X6 meşə zolaqlarının suvarılması üçün istismar kəşfiyyat quyularının qazılması sahəsinin rəisi təyin edilmişdir (əmr № 1570k 14.06.2002-ci il); 01 may 2007-ci ildə Buruq X5 suların tədqiqi dəstəsinin rəisi təyin edilmişdir (əmr № 53k 30.04.2007-ci il); 14 avqust 2008-ci ildə müəssisənin ləğvi ilə əlaqədar Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “a” bəndinə uyğun olaraq işdən azad edilmişdir. (əmr № 476/ü 14.08.2008-ci il). Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, vəzifələrinin və göstərişlərinin siyahısının” - 1- Dağ mədən işləri, 1-3 Geoloji Kəşfiyyat işləri (yerüstü) bəndinə görə (səh. 14) pensiyalar təyin edilməsinə aiddir. - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən verilmiş 08.06.2021-ci il tarixli 18/İ-096 saylı arayışından görünür ki, İddiaçı 01 oktyabr 1984-cü ildə Azərbaycan SSR Geologiya İdarəsinin Sənaye və termal suların axtarışı və kəşfiyyatı ekspedisiyasının Neftçala hidrogeoloji partiyasına texnik- hidrogeoloq kimi işə qəbul edilmişdir (əmr NQ587k 01.10.1984-cü il) - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12N°li qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, vəzifələrinin və göstərişlərinin siyahısının” - 1- Dağ mədən işləri, 1-3 Geoloji Kəşfiyyat işləri (yerüstü) bəndinə görə (səh. 14) pensiyalar təyin edilməsinə aiddir. 01 iyul 1986-cı ildə həmin partiyada hidrogeoloq keçirilmişdir (əmr Nq76k 01.07.1986-cı il) - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12Nsli qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, vəzifələrinin və göstərişlərinin siyahısının” - 1- Dağ mədən işləri, 1-3 Geoloji Kəşfiyyat işləri (yerüstü) bəndinə görə (səh. 14) pensiyalar təyin edilməsinə aiddir. 01 may 1987-ci ildə Ekspedisiyanın Prikurinsk hidrogeoloji partiyasına hidrogeoloq keçirilmişdir (əmr Ns40k 01.05.1987-ci il) - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12Nsli qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, vəzifələrinin və göstərişlərinin siyahısının” - 1- Dağ mədən işləri, 1-3 Geoloji Kəşfiyyat işləri (yerüstü) bəndinə görə (səh. 14) pensiyalar təyin edilməsinə aiddir. 01 noyabr 1987-ci ildə həmin partiyada 2-ci dərəcəli geoloq keçirilmişdir, (əmr N°263k 03.11.1987-ci il) - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12N°li qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, vəzifələrinin və göstərişlərinin siyahısının” - 1- Dağ mədən işləri, 1-3 Geoloji Kəşfiyyat işləri (yerüstü) bəndinə görə (səh. 14) pensiyalar təyin edilməsinə aiddir. 03 iyun 1991 -ci ildə Prikurinsk partiyasının rəisi təyin edilmişdir, (əmr N°114k 06.06.1991 ci il) - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 1 2Nqİİ qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, vəzifələrinin və göstərişlərinin siyahısının” - 1- Dağ mədən işləri, 1-3 Geoloji Kəşfiyyat işləri (yerüstü) bəndinə görə (səh. 14) pensiyalar təyin edilməsinə aiddir. 02 yanvar 1997-ci ildə Mişovdağ sahəsinə növbə rəisi keçirilmişdir. (əmrN°2k 02.01.1997-ci il) - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12N°li qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, vəzifələrinin və göstərişlərinin siyahısının” - 1- Dağ mədən işləri, 1-3 Geoloji Kəşfiyyat işləri (yerüstü) bəndinə görə (səh. 14) pensiyalar təyin edilməsinə aiddir. 17 dekabr 2001-ci ildə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “a” bəndinə uyğun olaraq işdən azad edilmişdir. (əmrN°24 17.12.2001-ci il) 14 iyun 2002-ci il tarixində X6 meşə zolaqlarının suvarılması üçün istismar kəşfiyyat quyularının qazılması sahəsinin rəisi təyin edilmişdir. (əmrN°1570k 14.06.2002-ci il) - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12N°li qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, vəzifələrinin və göstərişlərinin siyahısının” - 1- Dağ mədən işləri, 1- 3 Geoloji Kəşfiyyat işləri (yerüstü) bəndinə görə (səh. 14) pensiyalar təyin edilməsinə aiddir. 01 may 2007-ci ildə Buruq X5 suların tədqiqi dəstəsinin rəisi təyin edilmişdir. (əmrN°53k 30.04.2007-ci il) - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12NQİİ qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, vəzifələrinin və göstərişlərinin siyahısının” - 1- Dağ mədən işləri, 1-3 Geoloji Kəşfiyyat işləri (yerüstü) bəndinə görə (səh. 14) pensiyalar təyin edilməsinə aiddir. 14 avqust 2008-ci ildə müəssisənin ləğvi ilə əlaqədar Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “a” bəndinə uyğun olaraq işdən azad edilmişdir. (əmrN°476/ü 14.08.2008-ci il). Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12Nsli qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, vəzifələrinin və göstərişlərinin siyahısının” - 1- Dağ mədən işləri, 1-3 Geoloji Kəşfiyyat işləri (yerüstü) bəndinə görə (səh. 14) pensiyalar təyin edilməsinə aiddir. - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən verilmiş 26.08.2021-ci il tarixli 18/337 saylı arayışından görünür ki, İddiaçı 01 oktyabr 1984-cü ildə Azərbaycan SSR Geologiya İdarəsinin Sənaye və termal suların axtarışı və kəşfiyyatı ekspedisiyasının Neftçala hidrogeoloji partiyasına texnik-hidrogeoloq kimi işə qəbul edilmişdir (əmr N°587k 01.10.1984-cü il) - “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-ci il 21 iyun tarixli 320Neli qərarının 1 nömrəli əlavəsinin 2 nömrəli siyahısındakı koda 2010100b— 20612 (hidrogeoloqlar, sahə hidrogeoloqları) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir. 01 iyul 1986-cı ildə həmin partiyada hidrogeoloq keçirilmişdir (əmr N°76k 01.07.1986-cı il) - “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-ci il 21 iyun tarixli 320N°li qərarının 1 nömrəli əlavəsinin 2 nömrəli siyahısındakı koda 2010100b—20612 (hidrogeoloqlar, sahə hidrogeoloqları) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir. 01 may 1987-ci ildə Ekspedisiyanın Prikurinsk hidrogeoloji partiyasına hidrogeoloq keçirilmişdir (əmr Ne40k 01.05.1987-ci il) - “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-ci il 21 iyun tarixli 320N°li qərarının 1 nömrəli əlavəsinin 2 nömrəli siyahısındakı koda 2010100b—20612 (hidrogeoloqlar, sahə hidrogeoloqları) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir. 01 noyabr 1987-ci ildə həmin partiyada 2-ci dərəcəli geoloq keçirilmişdir, (əmr N°263k 03.11.1987-ci il) - “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-ci il 21 iyun tarixli 320N°li qərarının 1 nömrəli əlavəsinin 2 nömrəli siyahısındakı koda 2010100b—20591 (geoloqlar, sahə geoloqları) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir. 03 iyun 1991-ci ildə Prikurinsk partiyasının rəisi təyin edilmişdir, (əmr N°114k 06.06.1991 -ci il) - “Güzəştli şərtlərlə vasa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-ci il 21 iyun tarixli 320Nsli qərarının 1 nömrəli əlavəsinin 2 nömrəli siyahısındakı koda 2010100b—24097 (sahə rəisləri, onların müavinləri (köməkçiləri)) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir. 02 yanvar 1997-ci ildə Mişovdağ sahəsinə növbə rəisi keçirilmişdir. (əmrNQ2k 02.01.1997-ci il) - “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-ci il 21 iyun tarixli 320N°li qərarının 1 nömrəli əlavəsinin 2 nömrəli siyahısındakı koda 2010100b—24043 (növbə rəisləri) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir. 17 dekabr 2001-ci ildə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “a” bəndinə uyğun olaraq işdən azad edilmişdir. (əmr N°24 17.12.2001-ci il) 14 iyun 2002-ci il tarixində X6 meşə zolaqlarının suvarılması üçün istismar kəşfiyyat quyularının qazılması sahəsinin rəisi təyin edilmişdir. (əmrN°1570k 14.06.2002-ci il) - “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-ci il 21 iyun tarixli 320N°li qərarının 1 nömrəli əlavəsinin 2 nömrəli siyahısındakı koda 2010100b—24097 (sahə rəisləri, onların müavinləri (köməkçiləri) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir. 01 may 2007-ci ildə Buruq X5 suların tədqiqi dəstəsinin rəisi təyin edilmişdir. (əmrNe53k 30.04.2007-ci il) - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12N°li qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, vəzifələrinin və göstərişlərinin siyahısının” - 1- Dağ mədən işləri, 1-3 Geoloji Kəşfiyyat işləri (yerüstü) bəndinə görə (səh. 14) pensiyalar təyin edilməsinə aiddir. 14 avqust 2008-ci ildə müəssisənin ləğvi ilə əlaqədar Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “a” bəndinə uyğun olaraq işdən azad edilmişdir. (əmrN°476/ü 14.08.2008-ci il). Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007- ci il 23 yanvar tarixli 12Nfili qərannın "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, vəzifələrinin və göstərişlərinin siyahısının” - 1- Dağ mədən işləri, 1- 3 Geoloji Kəşfiyyat işləri (yerüstü) bəndinə görə (səh. 14) pensiyalar təyin edilməsinə aiddir. - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən təqdim edilmiş X6 30.08.2004-cü il tarixli 710 saylı, 31.01.2005-ci il tarixli 2 saylı, 17.07.2006-cı il tarixli 70 saylı və 02.02.2007-ci il tarixli 01 saylı əmrlərinin surətlərindən görünür ki, İddiaçı 01.09.2004-cü il tarixdən 01.02.2005-ci il tarixədək və 13.07.2006-cı il tarixdən 02.02.2007-ci il tarixədək ödənişsiz məzuniyyətə buraxılmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İddiaçı əmək şəraiti zərərli və ağır olan işlərdə - hidrogeoloq, geoloq, sahə rəisi və növbə rəisi vəzifələrində (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin» 2 nömrəli siyahısının İ bölməsində - şifrələr: 2010100b—20612, 2010100b—20591, 2010100b—24097, 2010100b—24043) 22 il 03 ay (01.01.2006 – 01.10.1984 = 22 il 03 ay) işləməsi məhkəmə araşdırması ilə öz təsdiqini tapır. Cavabdeh orqan apelyasiya şikaytində iddiaçının ümumi və xüusis iş stajını mübahisələndirməmiş, lakin “Əmək pensiyaları haqqında” qanunun 9.1-ci maddəsinə istinad edrək, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının yetrəli olmamasını qeyd etmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün zəruri olan ümumi və xüsusi əmək stajı 01.01.2006-cı il tarixədək mövcuddur. Odur ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı zamanı “Əmək pensiyaları haqqında” qanunun 9.1-ci maddəsi deyil, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin “b” bəndinin müddəaları tətbiq edilməli və güzəştli şərtlərlə pensiya təyinatı zamanı pensiya təyin edilən tarixə yalnız iki meyarın mövcudluğu nəzərə alınmalıdır: staj (25 il iş stajı, bu müddətin azı 12 il 06 ayını ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləmişdir) və yaş (57 yaş). Çünki həmin maddənin pensiya kapitalının tələbi ilə bağlı tətbiqini Qanunun 9.8-ci maddəsi istisna edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində bu Qanun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərdən bəhs edilir. Sözügedən maddədə əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun yaş və stajla bağlı müddəalarının tətbiqi nəzərdə tutulmuşdur. Bəhs edilən normanın iddiaçıya münasibətdə tətbiq edilməsi onu ehtiva edir ki, iddiaçıya yaşı və (ümumi və xüsusi) stajı olduğu halda pensiya təyin edilməsi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi də “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinin müddəalarına uyğun hüquqi qiymətləndirmə aparmış və iddiaçıya 57 yaşının tamam olduğu 01.07.2019cu il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməli olması nəticəsinə gəlmişdir. Yuxarıda sadalanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirilmiş və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 08 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-391/2022 saylı, 08 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar