Məhkəmə qərarları › İş №2-1(103)-1677/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1677/2024

17.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1677/2024 17.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: «qərarın ləğv edilməsi») Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4277/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdehin xx.xx.2020-ci il tarixli-**********137922 nömrəli qərarına əsasən iddiaçının vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmiş və yoxlama xx.xx.2021-ci il tarixli **********138368 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir.

2. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********150747 nömrəli qərarı ilə iddiaçıya cəmi 1.377.405,41 manat əlavə vergi hesablanmış, 756.952,48 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin xx.xx.2021-ci il tarixli, **********150747 saylı qərarının ləğv edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “BƏRPA-TİKİNTİ" MMC aidiyyəti üzrə vergi orqanlarında əlavə dəyər vergisinin ödəyicisi kimi xx.xx.2004-cü il tarixdə qeydiyyatdan keçmiş və ********** saylı VÖEN almışdır. “BƏRPA-TİKİNTİ" MMC faktiki olaraq digər qruplara daxil edilməyən ixtisaslaşdırılmış tikinti işləri ilə məşğul olmuşdur, heç bir mövcud qanunvericilik və qadağan olunmuş fəaliyyəti yoxdur. İddiaçı MMC-də 2004-cü ildən hal-hazırkı vaxta kimi MMC-in sahibkarlıq fəaliyyəti dövründə bir neçə dəfə səyyar vergi yoxlaması aparılmış və heç bir vergilərin ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. Sonuncu səyyar vergi yoxlaması iyun 2017 - may 2020-ci illəri əhatə etmişdir. Vergi yoxlaması təqdim olunmuş ilkin mühasibat sənədləri, memorialorderlər, baş kitab, dövriyyə cədvəlləri və vergilərin hesablanması üçün zəruri sənədlər əsasında aparılmışdır. Yoxlama zamanı müəssisənin faktiki rekvizitləri ilə vergi orqanlarında olan uçot məlumatlarında olan rekvizitlər arasında kənarlaşma aşkar edilməmişdir. Lakin xx.xx.2021-ci il tarixdə № **********138368 saylı səyyar vergi yoxlaması aktı əsasında xx.xx.2021-ci il tarixli № **********150747 saylı Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar çıxarılmışdır. Yoxlama dövrünə 2019-cu il üçün 591.585,35 AZN (beş yüz doxsan bir min beş yüz səksən beş manat, 35 q.) mənfəət vergisi və 2019-2020-ci illər üçün 129.219 AZN (yüz iyirini doqquz min iki yüz on doqquz manat, 00 q.) əlavə dəyər vergisi, 2019-2020-ci illərə 329.157,36 AZN (üç yüz iyirmi doqquz min yüz əlli yeddi manat, 36 q) ödəmə mənbəyində tutulan vergi, 2020-ci il üçün 450.467,91 AZN (dörd yüz əlli min dörd yüz altmış yeddi manat, 91 q) muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi üzrə, ümumilikdə 1.510.526,93 AZN (bir milyon beş yüz on min beş yüz iyirmi altı manat, 93 q.) və bütün bunlara müvafiq 756.952,48 AZN (yeddi yüz əlli altı min doqquz yüz əlli iki manat, 48 q.) maliyyə sanksiyası hesablanmışdır.Müəssisənin mühasibat sənədlərini vergi qanunvericiliyinə müvafiq olaraq araşdırıb nəzərdən keçirsək, vergiyə cəlb edilməli olan məbləğin reallığa uyğun olmadığı görsənir. Vergilər hesablanarkən vergitutma bazası, yəni vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyət göstəriciləri düzgün araşdırılmamış, faktiki göstəriciləri hansı tarixdə müəyyən olunmuş hesab edilməsi düzgün qiymətləndirilməmişdir. Müəssisəyə əlavə hesablanmış vergilərin əsasını təşkil edən vergitutma obyekti və qaydaları səyyar vergi yoxlaması ilə düzgün müəyyən edilmədiyindən müəssisəyə yoxlama aktı ilə əlavə vergilər vergi qanunvericiliyinə uyğun olmayaraq, qeyri-obyektiv, reallıqdan uzaq olaraq hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı müəssisənin fəaliyyəti ilə əlaqədar və götürdüyü digər vergi öhdəlikləri üzrə vergiləri azaldılması müəyyən edilməmişdir, çünki bu faktlar heç olmamışdır. "BƏRPA-TİKİNTİ'' MMC-də iyun 2017- may 2020-ci il tarixədək dövrü əhatə edən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparılmış və yoxlamanın nəticələri xx.xx.2021-ci il tarixli **********138368 saylı səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Həmin səyyar vergi yoxlaması aktı qanunvericiliyin tələbləri kobud sürətdə pozulmaqla tərtib edildiyindən həmin aktı imzalamaqdan imtina edilmişdir. Bütün bunlar göstərir ki, vergi ödəyicisi "xxxx" MMCyə qarşı qərəzli mövqe tutulmuş, ona qarşı ədalətsiz və qeyri-qanuni vergilər hesablanmışdır. Heç bir analoji vergi ödəyicisinə və əlaqəli məlumatlara istinad edilməmişdir. Səyyar vergi yoxlaması aktından göründüyü kimi əlavə vergilərin hansı mənbəyə istinadən hesablanması öz əksini tapmamışdır. Yoxlamanın aparılma müddətinə da nəzər salsaq bunun prosessual qanun pozuntusu ilə aparılması halı mövcuddur, yəni göründüyü kimi 13 ay ərzində səyyar vergi yoxlaması aparılmışdır. Səyyar vergi yoxlamasının iddiaçının məntiqinə əsasən hesablamaları guya elektron fayllarda olan məlumatlarla aparılmışdır. Bu məlumatlardan iddiaçının xəbəri olmamışdır. Belə ki, bütün sənədlər vergi orqanına təqdim olunmuşdur. Əgər təqdim olunmazdırsa, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən akt tərtib olunmalıdır. Belə akt isə tərtib olunmamışdır.

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsində təsbit edilmiş 30 gün olan inzibati aktın mübahisələndirməsi müddətini ötürmüşdür. İnzibati Prosessual Məcəllənin 35-ci maddəsinin tələblərinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Vergi orqanının xx.xx.2020-ci il tarixli-**********137922 nömrəli qərarına əsasən İddiaçı MMC-nin vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmiş və yoxlama xx.xx.2021-ci il tarixli **********138368 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Vergi ödəyicisinin səyyar vergi yoxlaması aktını imzalamaqdan imtina etdiyini nəzərə alaraq, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 08 iyul 2020-ci il tarixli **********653500 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə yoxlama materialları baxılmaq və müvafiq rəyin verilməsi üçün Vergi auditi baş idarəsinə göndərilmişdir. Vergi auditi baş idarəsi Hüquq baş idarəsi ilə birgə xx.xx.2021-ci il tarixli **********493100 nömrəli İddiaçı MMC-də aparılan səyyar vergi yoxlamasının nəticələri barədə tərtib edilmiş yoxlama materiallarına dair” rəy hazırlamış və həmin rəyə əsasən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2021-ci il tarixdə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********150747 nömrəli Qərar qəbul etmişdir. Həmin qərar xx.xx.2021-ci il tarixində vergi ödəyicisinə təqdim olunmuş, vergi ödəyicisi qərarla tanış olmuş, lakin onu imzalamaqdan imtina etmişdir. Vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar bildirilmişdir ki, vergi ödəyicisi yoxlanılan dövr ərzində Bakı şəhərinin Yasamal, Nəsimi rayonlarında yerləşən müxtəlif binaların fasad və həyətlərində təmir-tikinti işləri ilə məşğul olmuş, Qazax rayonu ərazisində isə yeni hərbi hissə kompleksinin əsaslı tikintisini həyata keçirmişdir.Mənfəət vergisi üzrə: 2017 və 2018-ci illər üzrə vergi ödəyici mənfəət vergi üzrə bəyannamə təqdim etməmişdir. 2019-cu ildə vergi ödəyicisinin gəlirləri 0,0 manat, ümumi gəlirdən çıxılmalar 498 765,62 manat, çıxılmalardan sonra ümumi gəlir - 498 756,62 manat, xərcləri isə 3 220 721,64 manat (Əmək haqqı xərcləri- 8200 manat, Sosial sığorta haqları 1845 manat, Bank xidməti üzrə xərclər- 254 231,23 manat, Borca görə faizlər- 2 954 789,54 manat, Digər xərclər- 1655,87 manat) olmuş, nəticədə 2019-cu ili vergi ödəyicisi 3 719 478,26 manat zərərlə başa vurması ilə bağlı bəyannamə təqdim etmişdir. Vergi ödəyicisinin 2019-cu il üzrə gəliri təqdim etdiyi elektron qaimə fakturalarına əsasən 17 747 560,6 manat götürülmüşdür. Vergi ödəyicisi yoxlamaya gəlirin əldə edilməsi ilə bağlı xərcləri təsdiq edən heç bir sənəd təqdim etməmişdir. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada xərcləri (gəlirlərin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin birbaşa vəzifələrinə aid edilmişdir. Qeyd olunanları nəzərə alaraq mənfəət vergisi Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli "Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarının təsdiq edilməsi barədə" Qərarına əsasən hesablanmışdır. Bununla da cəmiyyətin 2019-ci illər üzrə mənfəəti 2 957 926,77 manat, mənfəət vergisinin isə 591 585,35 (2 957 926,77*20%= 591 585,35) manat olduğu müəyyən edilmişdir. Beləliklə, azaldılmış 591 585,35 manat vergi məbləğinə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 295 792,68 manat maliyyə sanksiyası hesablanmışdır.Əlavə dəyər vergisi üzrə: Yoxlama dövrü ərzində vergi ödəyicisi tərəfindən bəyan edilmiş ƏDV-siz dövriyyə 25 531 649,7 manat, ƏDV məbləği 4 595 696,9 manat, əvəzləşdirilən ƏDV 3 053 182,9 (idxalda ödənilən ƏDV məbləği nəzərə alınmaqla), nəticədə dövlət büdcəsinə hesablanan ƏDV məbləği 1 542 511 manat olmuşdur. Aparılmış səyyar vergi yoxlaması nəticəsində vergi ödəyicisinin ƏDV-siz dövriyyəsinin 25 131 370,9 manat, ƏDV məbləğinin 4 523 646,8 manat, əvəzləşdirilən ƏDV məbləğinin 2 985 036,1 manat (idxalda ödənilən ƏDV nəzərə alınmaqla), nəticədə dövlət büdcəsinə çatası ƏDV məbləğinin 1 538 610,7 manat olduğu müəyyən edildi. Belə ki, 3 902,46 manat artıq hesablama müəyyən edilmiş, vergi tutulan əməliyyatın vaxtının müəyyən edilməsi ilə əlaqədar Vergi Məcəlləsinin 166-cı maddəsinin tələbləri nəzərə alınmaqla 64 609,53 manat maliyyə sanksiyası hesablanmışdır. Bundan başqa, vergi ödəyicisi 2019-cu il avqust ayında əldə etdiyi tütün və alkoqollu malları satışında əks etdirmədiyi, həmçinin yoxlama dövrünün sonunda bu mallar anbarında mövcud olmadığına görə (Vergi orqanına təqdim etdiyi izahata əsasən) Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən 350000 manat məbləğində mallara ƏDV hesablanmış və bu məbləğ Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən səyyar vergi yoxlaması ilə əhatə edilən sonuncu hesabat dövrünə, yəni 2020-ci ilin may ayına aid edilmişdir. Ödəmə mənbəyində tutulan vergi üzrə: Yoxlanılan dövr ərzində vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan Çinin Xalq Respublikasının Honkonq şəhərində təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə əldə edilmiş mallara görə 2019cu ilin 4-cü rübü üzrə 177 256,62 manat, 2020-ci ilin 1-rübü üzrə isə 662 349,19 manat ödəniş həyata keçirildiyi üçün həmin məbləğlərə Vergi Məcəlləsinin 13.2.16.14-1 və 125.1.9-cu maddəsinə əsasən müvafiq olaraq 2019-cu ilin 4-cü rübü üzrə 17 725,66 manat, 2020-ci ilin 1- rübü üzrə isə 66234,92 manat ödəmə mənbəyində vergi, azaldılmış məbləğlərə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 8862,83 manat və 33117,46 manat maliyyə sanksiyaları hesablanmışdır. Bundan başqa, tikinti sahəsində görülmüş tikinti-quraşdırma işlərinin həcmi, bu işlərin yerinə yetirilməsinə sərf olunan işçi qüvvəsinin (əmək tutumunun) müəyyənləşdirilməsi zərurəti yarandığından Vergi Məcəlləsinin 23 və 45-ci maddələrinə əsasən Vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********142835 nömrəli Qərar əsasında mütəxəssis dəvət edilmişdir. Mütəxəssis kimi "xxxx" MMC-nin mütəxəssisi X4 dəvət olunmuş və "xxxx" tərəfindən xx.xx.2021-ci il tarixində MB 13/1310 nömrəli rəy vergi orqanına təqdim olunmuşdur. Təqdim olunmuş rəy əsasında Vergi Məcəlləsinin 92,150 və 101.1-3-cü maddələrinə əsasən vergi orqanlarında uçotda olmayan fiziki şəxslərin gördüyü işlərə görə 245.196,78 manat ödəmə mənbəyində tutulan vergi, azaldılmış vergi məbləğinə isə 122.598,39 manat maliyyə sanksiyası hesablanmışdır. Məcburi dövlət sosial sığorta haqları üzrə: 2019-cu ilin 4-cü rübü üzrə məcburi dövlət sosial sığorta haqqı bəyannaməsi vergi orqanına təqdim edilməmiş və vergi ödəyicisi tərəfindən əldə olunan sənədlər əsasında "Sosial sığorta haqqında" Qanunun 14.5.2-ci maddəsinə əsasən 2019-cu ilin 4-cü rübü üzrə 10 097,25 manat məbləğ vergi uçot bazasına işləndi. 2019-cu ilin 4-cü rübü üzrə 10 097,25 manat azaldılmış məcburi dövlət sosial sığorta haqqı məbləğinə 5048,63 manat maliyyə sanksiyası hesablanmışdır. Bundan başqa, 2020-ci ilin 1-ci rübü üzrə məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı barədə bəyannamələr vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilməmişdir. Vergi ödəyicisindən əldə olunan sənədlər əsasında həmin dövr üzrə "Sosial sığorta haqqında" Qanunun 14.5.2-ci maddəsinə əsasən 12616,53 manat məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sosial sığorta haqqı vergi uçot bazasına işləndi. 2020-ci ilin 1-ci rübü üzrə azaldılmış 12 616,53 manat məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı məbləğinə 6308,27 manat maliyyə sanksiyası hesablanmışdır. Bundan başqa, tikinti sahəsində görülmüş tikintiquraşdırma işlərinin həcmi, bu işlərin yerinə yetirilməsinə sərf olunan işçi qüvvəsinin (əmək tutumunun) müəyyənləşdirilməsi zərurəti yarandığından Vergi Məcəlləsinin 23 və 45-ci maddələrinə əsasən Vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********142835 nömrəli Qərar əsasında mütəxəssis dəvət edilmişdir. Təqdim olunmuş mütəxəssis rəyi əsasında vergi ödəyicisinin vergi orqanlarında uçotda olmayan fiziki şəxslərin gördüyü işlərə "Sosial sığorta haqqında" Qanunun 14.5.2-ci maddəsinə əsasən 437 851,39 manat məcburi dövlət sosial sığorta haqqı məbləği hesablanmış, azaldılmış həmin məbləğə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 218 925,69 manat maliyyə sanksiyası hesablanmışdır.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4277/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdehin xx.xx.2021-ci il tarixli **********150747 nömrəli qərarı 591.585,35 manat məbləğində mənfəət vergisinin, 83.960,58 manat məbləğində ödəmə mənbəyində tutulan verginin və 10.097,25 manat məbləğində MDSS (muzdla işləyənləri işə götürən sığorta edənlər) və bu hesablamalara tətbiq edilmiş maliyyə sanksiyaları hissələri istisna olmaqla qalan hissədə ləğv edilmişdir.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/4126 №-li xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, səyyar vergi yoxlaması ilə hesablanmış ƏDV-nin, ÖMV-nin (83960,58 manat məbləğ istisna olmaqla), muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının düzgünlüyü müəyyən olunmadı. Ekspert rəyinin ƏDV ilə bağlı tədqiqat prosesinin təsviri hissəsində göstərilmişdir ki, səyyar vergi yoxlaması zamanı inventarizasiya aparılmadan, baxış keçirilmədən mal qalığına görə vergi ödəyicisinə ƏDV hesablanmışdır. Halbuki mal qalığının müəyyən edilməsi zamanı inventarizasiya aparılmalı və baxış keçirilməli idi. Həmçinin rəydə qeyd edilmişdir ki, təqdim edilmiş iş materiallarında olan sənədlərə əsasən vergi ödəyicisi tərəfindən vergi tutulan əməliyyatların vaxtının Vergi Məcəlləsinin 166-cı maddəsinə zidd aparılması müəyyən edilmədi. Ekspert rəyinin muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının və ödəmə mənbəyində vergi ilə bağlı (83960,58 manat məbləğ istisna olmaqla) tədqiqat prosesinin təsviri hissəsində göstərilmişdir ki, müəssisə tərəfindən VÖEN təqdim etməyən fiziki şəxslərə göstərdiyi xidmətə görə haqq ödənilməsi barədə hər hansı ödəniş sənədi və onlarla bağlanmış müqavilə iş materiallarında mövcud deyil. Həmçinin Vergi Məcəlləsində ödəmə mənbəyində verginin səyyar vergi yoxlaması aktında göstərilən üsulla hesablanması nəzərdə tutulmamışdır. Məhkəmə səyyar vergi yoxlaması ilə hesablanmış 591585,35 manat məbləğində mənfəət vergisinin, Vergi Məcəlləsinin 13.2.16.14-1-ci və 125.1.9-cu maddələrinə əsasən hesablanmış 83960,58 manat məbləğində ödəmə mənbəyində tutulan verginin və 10097,25 manat məbləğində MDSS- muzdla işləyənləri işə götürən sığorta edənlər üzrə hesablamanın silinməsi hissəsində iddiaçı tərəfindən təqdim edilmiş dəlillərin yetərli olmadığı, bu hissədə hesablanmış əlavə məbləğlərin ləğv edilməsi üçün əsasın müəyyən edilmədiyi qənaətinə gəlmişdir.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin olunmamasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsində birinci icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1968/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022- ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

c) Kassasiya instansiya məhkəməsində icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2460/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-1968/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməsi, iş iddianın təmin edilən hissəsinə münasibətdə təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, şikayət qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

ç) Apellyasiya instansiya məhkəməsində ikinci icraat

d) Apellyasiya şikayətinin dəlilləri

13. Təkrar apellyasiya baxışı zamanı apellyasiya şikayətinə əlavə verilməmiş və əvvəlki apellyasiya baxışında verilmiş apellyasiya şikayəti isə iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır.

e) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

ə) Proses iştirakçılarının izahatları

15. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

16. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

18. Vergi Məcəlləsinin: 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 39.2-ci maddəsinə əsasən vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. 39.6-cı maddəsinə əsasən bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. 39.7-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən vergi yoxlaması aktı üzrə yazılı izahatlar və ya etirazlar təqdim edildikdə, yoxlamanın materialları vergi ödəyicisinin vəzifəli şəxslərinin və ya fərdi sahibkarın və (və ya) onların nümayəndələrinin iştirakı ilə baxılır. Vergi orqanı vergi yoxlamasının materiallarına baxılmanın yeri və vaxtı haqqında vergi ödəyicisinə əvvəlcədən məlumat verir. Vergi ödəyicisi ona əvvəlcədən məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb olmadan gəlməyibsə, yoxlamanın materiallarına, vergi ödəyicisi tərəfindən təqdim edilən etirazlara, izahatlara, digər sənəd və materiallara onun iştirakı olmadan baxılır. 58.1-ci maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 166.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. 128-ci maddəsinə əsasən rezident güzəştli vergi tutulan ölkədə və ya ərazidə gəlir əldə edən qeyri-rezidentin nizamnamə fondunun 20 faizindən çoxuna bilavasitə və ya dolayısı ilə sahibdirsə, yaxud öz növbəsində onun səsvermə hüququ verən səhmlərinin 20 faizindən çoxunun sahibidirsə, rezidentin həmin gəliri onun vergi tutulan gəlirinə daxil edilir. Güzəştli vergi tutulan xarici ölkə və ya ərazi dedikdə, vergi dərəcəsi bu Məcəllədə müəyyən edilmiş dərəcədən 2 dəfə və ya daha çox aşağı olan və (və ya) maliyyə məlumatını, yaxud əmlakın faktiki sahibi və ya gəlir (mənfəət) götürən barədə sirri qorumaq imkanı verilmiş şirkətlər haqqında məlumatın məxfiliyinə dair qanunun mövcud olduğu ölkə və ya ərazi başa düşülür. Güzəştli vergi tutulan ölkələrin və ya ərazilərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

19. “Sosial sığorta haqqında” Qanunun: 9-cu maddəsinə görə sığortaçının hüquqları aşağıdakılardır: müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) məcburi dövlət sosial sığorta haqları üzrə məlumat və hesabatlar almaq; ...... Maddə 14. Məcburi dövlət sosial sığorta haqqı 14.3 bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: - 14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; - 14.3.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi.: .......

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayətində qərar iddianın təmin olunmuş hissəsində mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı həmin hissədə yoxlanılır.

22. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.(İPM-in 82-ci maddəsi)

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir.

24. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır.

25. Belə ki, işin hallarına görə Vergi orqanının xx.xx.2020-ci il tarixli-**********137922 nömrəli qərarına əsasən İddiaçı MMC-nin vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmiş və yoxlama xx.xx.2021-ci il tarixli **********138368 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir.

26. Vergi ödəyicisinin səyyar vergi yoxlaması aktını imzalamaqdan imtina etdiyini nəzərə alaraq, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 08 iyul 2020-ci il tarixli **********653500 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə yoxlama materialları baxılmaq və müvafiq rəyin verilməsi üçün Vergi auditi baş idarəsinə göndərilmişdir.

27. Vergi auditi baş idarəsi Hüquq baş idarəsi ilə birgə xx.xx.2021-ci il tarixli **********493100 nömrəli İddiaçı MMC-də aparılan səyyar vergi yoxlamasının nəticələri barədə tərtib edilmiş yoxlama materiallarına dair” rəy hazırlamış və həmin rəyə əsasən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2021-ci il tarixdə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********150747 nömrəli Qərar qəbul etmişdir.

28. .Məhkəmə Kollegiyası qeyd edir ki, mübahisələndirilən Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4277/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdehin xx.xx.2021-ci il tarixli **********150747 nömrəli qərarı 591.585,35 manat məbləğində mənfəət vergisinin, 83.960,58 manat məbləğində ödəmə mənbəyində tutulan verginin və 10.097,25 manat məbləğində MDSS (muzdla işləyənləri işə götürən sığorta edənlər) və bu hesablamalara tətbiq edilmiş maliyyə sanksiyaları hissələri istisna olmaqla qalan hissədə ləğv edilmişdir.Odur ki, apellyasiya baxışının predmetinə 591.585,35 manat məbləğində mənfəət vergisinin, 83.960,58 manat məbləğində ödəmə mənbəyində tutulan verginin və 10.097,25 manat məbləğində MDSS (muzdla işləyənləri işə götürən sığorta edənlər) və bu hesablamalara tətbiq edilmiş maliyyə sanksiyalarının düzgünlüyünün yoxlanılması daxil deyildir.

29. Əlavə dəyər vergisi üzrə məhkəmə Kollegiyası aşğıdakıları qeyd edir:

30. Yoxlama dövrü ərzində vergi ödəyicisi tərəfindən bəyan edilmiş ƏDV-siz dövriyyə 25 531 649,7 manat, ƏDV məbləği 4 595 696,9 manat, əvəzləşdirilən ƏDV 3 053 182,9 (idxalda ödənilən ƏDV məbləği nəzərə alınmaqla), nəticədə dövlət büdcəsinə hesablanan ƏDV məbləği 1 542 511 manat olmuşdur. Aparılmış səyyar vergi yoxlaması nəticəsində vergi ödəyicisinin ƏDV-siz dövriyyəsinin 25 131 370,9 manat, ƏDV məbləğinin 4 523 646,8 manat, əvəzləşdirilən ƏDV məbləğinin 2 985 036,1 manat (idxalda ödənilən ƏDV nəzərə alınmaqla), nəticədə dövlət büdcəsinə çatası ƏDV məbləğinin 1 538 610,7 manat olduğu müəyyən edilmişdir.

31. 3 902,46 manat artıq hesablama müəyyən edilmiş, vergi tutulan əməliyyatın vaxtının müəyyən edilməsi ilə əlaqədar Vergi Məcəlləsinin 166-cı maddəsinin tələbləri nəzərə alınmaqla 64 609,53 manat maliyyə sanksiyası hesablanmışdır. Belə ki, Vergi Məcəlləsinin 166.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır.

32. Bundan başqa, vergi ödəyicisi 2019-cu il avqust ayında əldə etdiyi tütün və alkoqollu malları satışında əks etdirmədiyi, həmçinin yoxlama dövrünün sonunda bu mallar anbarında mövcud olmadığına görə (Vergi orqanına təqdim etdiyi izahata əsasən) Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən 350000 manat məbləğində mallara ƏDV hesablanmış və bu məbləğ Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən səyyar vergi yoxlaması ilə əhatə edilən sonuncu hesabat dövrünə, yəni 2020-ci ilin may ayına aid edilmişdir.

33. Məhkəmə Kollegiyası qeyd edir ki, göründüyü kimi, vergi ödəyicisi 2019-cu il avqust ayında əldə etdiyi tütün və alkoqollu malları satışında əks etdirməmiş, həmçinin, mal qalığının olmadığını da vergi orqanına təqdim etdiyi izahatda göstərmişdir.

34. İddiaçı isə bu arqumentləri təkzib edəcək dəlil irəli sürmür.

35. Bundan başqa, tikinti sahəsində görülmüş tikinti-quraşdırma işlərinin həcmi, bu işlərin yerinə yetirilməsinə sərf olunan işçi qüvvəsinin (əmək tutumunun) müəyyənləşdirilməsi zərurəti yarandığından Vergi Məcəlləsinin 23 və 45-ci maddələrinə əsasən Vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********142835 nömrəli Qərar əsasında mütəxəssis dəvət edilmişdir.

36. Təqdim olunmuş mütəxəssis rəyi əsasında Vergi Məcəlləsinin 92,150 və 101.1-3-cü maddələrinə əsasən vergi orqanlarında uçotda olmayan fiziki şəxslərin gördüyü işlərə görə 245.196,78 manat ödəmə mənbəyində tutulan vergi, azaldılmış vergi məbləğinə isə 122.598,39 manat maliyyə sanksiyası hesablanmışdır.

37. Həmçinin, 2020-ci ilin 1-ci rübü üzrə məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sosial sığorta haqqı barədə bəyannamə vergi ödəyicisi tərəfindən təqdim olunmamışdır.

38. Beləliklə, Vergi ödəyicisindən əldə olunan sənədlər əsasında həmin dövr üzrə "Sosial sığorta haqqında" Qanunun 14.5.2-ci maddəsinə əsasən 12616,53 manat məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sosial sığorta haqqı vergi uçot bazasına işlənilmişdir.2020-ci ilin 1-ci rübü üzrə azaldılmış 12 616,53 manat məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı məbləğinə 6308,27 manat maliyyə sanksiyası hesablanmışdır.

39. Həmçinin, təqdim olunmuş mütəxəssis rəyi əsasında vergi ödəyicisinin vergi orqanlarında uçotda olmayan fiziki şəxslərin gördüyü işlərə "Sosial sığorta haqqında" Qanunun 14.5.2-ci maddəsinə əsasən 437 851,39 manat məcburi dövlət sosial sığorta haqqı məbləği hesablanmış, azaldılmış həmin məbləğə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 218 925,69 manat maliyyə sanksiyası hesablanmışdır.

40. Hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-2460/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “....35. Cavabdeh haqlı olaraq qeyd edir ki, məhkəmə səyyar vergi yoxlaması zamanı tərtib edilmiş rəyə şübhə ilə yanaşırdısa, "xxxx" MMC tərəfindən görülmüş işlərin tərkibində olan işçi sərfiyatının müəyyən edilməsi istiqamətində araşdırma apara bilərdi, çünki bu həcmdə işlərin görülməsi üçün hər bir halda iddiaçı tərəfindən müvafiq işçi qüvvəsi cəlb edilmişdir. Cavabdeh tərəfindən təqdim edilən dəlillər əsaslandırılmadan rədd edilmişdir....36. Məhkəmə kollegiyası bununla bağlı əlavə olaraq qeyd edir ki, yerinə yetirilmiş işlərin qəbulu aktlarında (Forma 2) görülmüş işlərlə bağlı məlumatların özünün mübahisə predmeti olduğuna dair işdə məlumat yoxdur. Başqa sözlə, əgər yerinə yetirilmiş işlərin qəbulu aktlarında görülmüş işlərin həcmi və tərkibi barədə məlumatları müqavilə tərəfləri mübahisələndirməmiş, vergi orqanı da öz növbəsində həmin məlumatların mötəbərliyini qəbul etmişdir, lakin həmin həcmdə işlərin görülməsinə sərf olunmuş əmək tutumunun həcmi və bundan irəli gələn vergi öhdəliyinin məbləği mübahisəlidirsə, məhkəmənin araşdırması da məhz həmin halların müəyyən edilməsinə yönəlməli, ekspert və mütəxəssis rəyləri işdəki digər sübutlarla, habelə apellyasiya instansiyası məhkəməsində əldə edilmiş digər sübutlarla birgə araşdırılmalı və qiymətləndirilməli idi....37. Bundan başqa, cavabdehin təkrarlanan digər dəlili ondan ibarətdir ki, məhkəmə kollegiyası məsuliyyət qərarı ilə Vergi Məcəlləsinin 57.1 və 58.6-cı maddələri üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ləğvi əsasları barədə heç bir məlumat vermədiyi halda, birinci instansiya məhkəməsinin qərarını o hissələrdə də dəyişdirilmədən saxlamış, Vergi Məcəlləsinin 57.1 və 58.6-cı maddələri üzrə tətbiq edilmiş maliyyə sanksiyaları əsassız olaraq ləğv edilmişdir. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarını inzibati mübahisə üzrə tətbiq etməli olduğu halda, tətbiq etməmişdir....38. Apellyasiya instansiyası məhkəməsi mal qalığına görə ƏDV hesablaması ilə bağlı işin hallarını tam və hərtərəfli araşdırmamış, apellyasiya şikayətinin həmin hallarla bağlı dəlillərinə münasibət bildirməmişdir. ....42. Cavabdeh qeyd edir ki, ekspert ödəmə mənbəyində tutulan vergi üzrə rəyini onunla əsaslandırmışdır ki, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətə görə haqq ödənilməsi barədə hər hansı bir rəsmi məlumat iş materiallarında mövcud deyildir. Ekspertin həmin mülahizəsi məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının nəticəsi ola bilməzdi. Ekspert yalnız ona təqdim olunmuş sənədlər əsasında onun qarşısında qoyulmuş suala cavab olaraq hesablanmalı vergilərin məbləğini müəyyən etməli idi. Ekspert əgər hesab edirdisə ki, Vergi Məcəlləsinin 150.1.7-ci maddəsində nəzərdə tutulan ödəmə mənbəyində tutulan vergi məbləği yalnız VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətə görə haqq ödənilməsi barədə rəsmi sənəd olduğu halda hesablana bilərdi, bu halda, həmin sənədlərin iş materialında olmaması əsası ilə həmin hissədə rəy verməkdən imtina edə və ya həmin hissədə rəy verilməməsinin mümkünsüzlüyünü qeyd edə bilərdi....”

41. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2460/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarındakı hüquqi mövqeyə uyğun olaraq məhkəmə Kollegiyasının 04 iyun 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur:

42. -Cavabdehin xx.xx.2020-ci il tarixli-**********137922 nömrəli qərarına əsasən iddiaçının vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə təyin edilmiş növbəti səyyar vergi yoxlamasının əhatə etdiyi xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə yerinə yetirilmiş işlərin qəbulu aktlarında (Forma 2) görülmüş işlərin ("xxxx" MMCnin tikinti-quraşdırma sahəsində gördüyü işlər) həcmi və tərkibi nəzərə alınmaqla: 1.Həmin həcmdə işlərin görülməsinə sərf olunmuş əmək tutumunun həcmi müəyyən edilsin? 2.Birinci sual üzrə əmək tutumunun həcmi müəyyən edilməklə bundan irəli gələn sosial ödənişlər və vergi öhdəliyinin məbləği müəyyən edilsin ?. Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

43. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyi məhkəməyə daxil olmuşdur.

44. Məhkəmə Kollegiyası ekspert rəyi ilə bağlı aşağıdakıları bildirir.Ekspert qeyd edir ki, - Birinci sual üzrə: Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, iş materiallarında olan xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə yerinə yetirilmiş işlərin qəbul aktları (Forma 2) araşdırılaraq müəyyən edildi ki, həmin səndlərdə görülən işlərin həcmi ümumilikdə göstərilmişdir.Yəni görülmüş işlər üzrə işçi qüvvəsinin (işçi sayı) sayı və həmin işçilərin ayrı-ayrılıqda gördüyü iş həcmi və s. öz əksini tapmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən bildirilir ki, müəssisə tərəfindən yerinə yetirilmiş işlərin qəbul aktlarında (Forma2) görülmüş işlərin həcmi və tərkibi nəzərə alınmaqla həmin həcmdə işlərin görülməsinə sərf olunmuş əmək tutumunun həcmini müəyyən etmək mümkün olmadı. -ikinci sual üzrə: Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, 1-ci sualın tədqiqi hissəsində göstərilən səbəblərdən, yəni işlərin görülməsinə sərf olunmuş əmək tutumunun həcmi müəyyən edilmədiyindən bundan irəli gələn sosial ödənişlər və vergi öhdəliyinin məbləğini müəyyən etmək mümkün olmadı.

45. Qeyd edilməlidir ki, tikinti sahəsində görülmüş tikinti-quraşdırma işlərinin həcmi, bu işlərin yerinə yetirilməsinə sərf olunan işçi qüvvəsinin (əmək tutumunun) müəyyənləşdirilməsi zərurəti yarandığından Vergi Məcəlləsinin 23 və 45-ci maddələrinə əsasən, vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********142835 nömrəli Qərar əsasında mütəxəssis dəvət edilmişdir. Mütəxəssis kimi "xxxx" MMC-nin mütəxəssisi X4 dəvət olunmuş və "xxxx" tərəfindən xx.xx.2021- ci il tarixində MB 13/1310 nömrəli rəy verqi orqanına təqdim olunmuşdur.

46. Mütəxəssis tərəfindən rəy iddiaçı tərəfindən təmir-tikinti işlərinin müəyyən dövr üzrə yerinə yetirilmiş işlərin qəbulu aktları (Forma 2} əsasında tərtib edilmişdir.

47. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin sifarişi ilə İddiaçı MMC (VÖEN **********) tərəfindən tikinti sahəsində (dövrdə) yerinə yetirilmiş təmir-quraşdırma işlərinin həcmi, bu işlərin yerinə yetirilməsinə sərf olunan işçi qüvvəsinin müəyyən edilməsi sualı qoyulmuşdur.

48. Bu sualın həlli üçün mütəxəssis “MMC”.tərəfindən aparılan təmir-tikinti işləri barədə tərtib edilmiş Forma 2 aktlarını araşdıraraq hər bir ünvanda görülmüş işlərin adı, Əmək tutumu, manatla (ƏDV-siz) müəyyənləşdirilmişdir.Yekun-1.799 930,55 manat.

49. Nəzərə almaq lazımdır ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, iddiaçı "xxxx" MMC sifarişçi "xxxx" MMC üçün müxtəlif ərazilərdə yenidənqurma, bərpa və abadlıq işlərinin yerinə yetirilməsini öhdəsinə götürmüş, "xxxx" MMC isə müvafiq işlərin müqabilində iddiaçıya “İşlərə dair Təhvil-təslim aktları” (Forma 2) əsasında müəyyən edilən muzd ödəyir.

50. Təqdim edilmiş “Yerinə yetirilmiş tikinti, təmir və bərpa işlərinin qəbul akt”-larına əsasən, ünvan 1 ünvanında yerləşən binanın fasad və həyətində aparılan təmir-bərpa işləri üzrə ümumilikdə ƏDV-siz 57821,46 manat dəyərində, ünvan 2 ünvanında yerləşən binanın fasad və həyətində aparılan təmir-bərpa işləri üzrə ƏDV-siz 35762,27 manat dəyərində, Bakı şəh., Yasamal ray., Nizami küç. 43 və Z.Palan 8-10 küçələrin kəsişməsində yerləşən binanın fasad və həyətində aparılan təmir- bərpa işləri üzrə ƏDV-siz 96814,44 manat dəyərində, Bakı şəh., Yasamal ray., Z.Palan 12 və S.Tağızadə 74 küçələrin kəsişməsində yerləşən binanın fasad və həyətində aparılan təmir- bərpa işləri üzrə ƏDV-siz 50878,91 manat dəyərində, Bakı şəh., Yasamal ray., Nizami küç. 42 Z.Palan 5 və N.Rəfibəyli 29 küçələrin kəsişməsində yerləşən binanın fasad və həyətində aparılan təmir-bərpa işləri üzrə ƏDV-siz 446913,19 manat dəyərində, Bakı şəh., Yasamal ray., Nizami küç.39 ünvanında yerləşən binanın fasad və həyətində aparılan təmir-bərpa işləri üzrə ƏDV-siz 4483,02 manat dəyərində, ünvan 4 ünvanında yerləşən binanın fasad və həyətində aparılan təmir-bərpa işləri üzrə ƏDVsiz 38662,4 manat dəyərində, Bakı şəh., Nəsimi ray., Azadlıq pr. 63-69 və Ş.Əzizbəyov küç., 156 küçələrin kəsişməsində yerləşən binanın fasad və həyətində aparılan təmirbərpa işləri üzrə ƏDV-siz 255765,41 manat dəyərində, Bakı şəh., Nəsimi ray., Azadlıq pr. 50-58 və Ş.Əzizbəyov küç. küçələrin kəsişməsində yerləşən binanın fasad və həyətində aparılan təmir-bərpa işləri üzrə ƏDV-siz 203572,74 manat dəyərində, “Yerinə yetirilmiş əsaslı tikinti işlərinin qəbul” aktlarına əsasən Qazax ray. Ərazisində yeni hərbi hissə kompleksinin əsaslı tikintisi üzrə ƏDV-siz 8691408,52 manat dəyərində iddiaçı tərəfindən işlər görülmüşdür.

51. Mütəxəssis tərəfindən də müvafiq təhlil və araşdırma aparılaraq qeyd edilən işlərin əmək tutumu müəyyən edilmişdir.

52. Məhkəmə Kollegiyası vurğulayır ki, aydın məsələdir ki, "xxxx" MMC tərəfindən işlərin görülməsi üçün hər bir halda iddiaçı tərəfindən müvafiq işçi qüvvəsi cəlb edilmişdir. Buna baxmayaraq, vergi ödəyicisi tərəfindən müvafiq bəyannamələr təqdim edilməmişdir.

53. Birinci instansiya məhkəməsi bildirmişdir ki, mütəxəssis tərəfindən verilmiş rəy yalnız o halda mötəbər hesab edilə bilərdi ki, həmin məlumatlar rəsmi və ya əlaqəli məlumatlarla məcmu halında təsdiq edilmiş olardı. Məsələn, səyyar vergi yoxlaması aktında qeyd olunan iddiaçıya xidmət göstərmiş şəxslərlə bağlanmış müqavilə, həmin şəxslərlə əlaqədar hər hansı rəsmi sənəd, məlumat yoxlama materiallarına əlavə edilmiş olardı.

54. Bununla bağlı məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçıdan bütün müvafiq sənədlər tələb edilmiş, lakin iddiaçı tərəfindən sənədlər tam şəkildə təqdim edilməmişdir. Hətta sənədlərin, götürülməsi barədə iddia ərizəsi ilə də cavabdeh tərəfindən məhkəməyə müraciət edilmişdir. Yəni, müvafiq sənədlərin mövcud olmaması məhz vergi ödəyicisi tərəfindən mühasibat uçotunun qanunamüvafiq qaydada aparmaması, sənədlərin təqdim edilməməsi olmuşdur.

55. Həmçinin, vergi ödəyicisinə bəyannamələrin vaxtında təqdim edilməməsinə görə ümumilikdə 1360 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

56. Forma 2-lərə uyğun olaraq "xxxx" tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli MB 13/1310 nömrəli rəydə əmək tutumu müəyyən edilmişdir (əmək tutumu-1.799.930,55). Vergi orqanlarında uçotda olmayan fiziki şəxslərin gördüyü işlərə görə 245.196,78 (1.751.405,57 nəzərə alınan əmək tutumux14%) manat ödəmə mənbəyində tutulan vergi, azaldılmış vergi məbləğinə isə 122.598,39 (245.196,78x20%) manat maliyyə sanksiyası hesablanmışdır.

57. Vergi orqanı tərəfindən əmək tutumu 1.751.405,57 manat müəyyən edilmişdir (7.799.930,55 mütəxəssis rəyi - 48.525,0 Vergi ödəyicisi tərəfindən təqdim edilən məlumat).

58. Sosial sığorta haqqında qanunun 14.5.2-ci maddəsinə əsasən, 437.851,39 (1.751.405,57 nəzərə alınan əmək tutumu*25%) manat məcburi dövlət sosial sığorta haqqı məbləği hesablanmış, azaldılmış həmin məbləğə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən (218.925,69x50%) manat maliyyə sanksiyası hesablanmışdır.

59. Məhkəmə Kollegiyası onu da xüsusi olaraq diqqətə çəkir ki, iş materiallarından görünür ki, (2-ci cild, səh-95-97) 3T03?2022-ci il tarixində iddiaçı Bərpa - Tikinti” MMC xüsusilə külli miqdar təşkil edən vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma faktı üzrə AR İqtisadiyyat Nazirliyi yannda Dövlət Vergi Xidmətinin Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və Təhqiqat idarəsində Azərbaycan Respubliksaı Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə cinayət işi başlanılmıdşır. Həmin cinayət işi üzrə ekspertiza təyin edilmişdir və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli, 9/78 saylı rəy verilmiş, həmin rəyə əsasən iddiaçının ümumilikdə 1.043.040,5 manat məbləğində vergidən yayınma faktı öz təsdiqini tapmışdır.

60. Məhkəmə Kollegiyası hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2460/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında qeyd olunanlara əsasən təkrar apellyasiya baxışı zamanı təyin olunmuş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyini digər yuxarıda sadalanan sübutlarla yanaşı qiymətləndirərək (İPM-in 1.2-ci və MPM-in 88-ci maddəsinə əsasən) onu da qeyd edir ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 10/4915-9/4836 nömrəli rəy iş üzrə mötəbər sübut kimi qiymətləndirilmir.

61. Belə ki, Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

62. İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

63. Məhkəmə Kollegiyası iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, İPM-in 14.1-ci maddəsinin tələbləri baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu iddianın təmin olunmuş hissəsində də sübut etdiyindən, iddiaçının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğvi” tələbinə dair iddiasının qismən təmin еdilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamışdır.

64. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın mübahisələndirilən hissədə ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.

65. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4277/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı qisməniddianın təmin olunmuş hissəsində ləğv edilməli və həmin hissədə iddiaçının iddia tələbi rədd olunmalıdır.

66. Həmçinin, Azərbaycan Respublikası İPM-nin 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

67. Odur ki, Ekspertiza tədqiqatının dəyəri 145,0 (bir yüz qırx beş) manat məbləğində prosessual xərc iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X1 Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir.

68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4277/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı qismən-iddianın təmin olunmuş hissəsində ləğv edilsin. Həmin hissədə iddia rədd olunsun. Ekspertiza tədqiqatının dəyəri 145,0 (bir yüz qırx beş) manat məbləğində prosessual xərc iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X1 Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar