Məhkəmə qərarları › İş №2-1(103)-1678/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1678/2020

07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1678/2020 07.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bölgü sxemin tərtib edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bölgü sxeminin tərtib edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4836/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bölgü sxeminin tərtib edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4836/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4836/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi və iddianın mümkün sayılması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdı ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuşdur. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək bildirmişdi ki, birinci instansiya məhkəməsi sərt karantin rejiminin mövcud olduğu dövrdə məhkəmə iclası təyin etmiş, o, həmin vaxt qeyd olunan rejimlə bağlı iştirakını təmin edə bilməmiş, buna baxmayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmədiyi halda məhkəmə onun iştirakı olmadan iddiasını qeyrimümkün saymışdır. Buna görə də iddiaçı məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulduğunu qeyd edərək şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək iddiasının mümkün sayılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından görünür ki, iddiaçı cavabdeh orqana qarşı “bölgü sxeminin tərtib edilməsi” barədə iddia ilə məhkəməyə müraciət etmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının hazırki tələblə bağlı cavabdeh orqana müraciət etməməsinə əsaslanaraq iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə prosessual hüquq normalarının pozulması səbəbindən düzgün olmamışdır. Belə ki, iş materiallarından görünür ki, məhkəmə iddiaçının iddiası ilə bağlı xx.xx.2020-ci il tarixə şifahi məhkəmə baxışı təyin etmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasında iddiaçı iştirakını təmin etməmiş və işə onun iştirakı olmadan baxılmasına yazılı münasibətini məhkəməyə bildirməmişdir. Buna baxmayaraq məhkəmə işə şifahi məhkəmə baxışı qaydasında iddiaçının iştirakı olmadan baxmış və iddianı qeyrimümkün saymışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər (16.1, 16.2, 16.3). Göründüyü kimi, qanunvericilikdə şifahi məhkəmə baxışının tərəflərin dinlənilmək hüququnun təmin edilməsi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hazırki işdə isə birinci instansiya məhkəməsi şifahi məhkəmə baxışını nəinki tərəflərin, o cümlədən iddiaçının iştirakının və dinlənilmə hüququnun təmin edilməməsi ilə həyata keçirmiş, həmçinin məhkəmə baxışının təyin olunduğu tarixin, yəni xx.xx.2020-ci il tarixinin ölkə ərazisində koronovirus infeksiyasına (COVİD-19) qarşı mübarizənin təşkil edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq edilmiş karantin rejimi dövrünə təsadüf etdiyini də nəzərə almamışdır. Halbuki Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli məlumatında göstərilmişdi ki, xüsusi karantin rejiminin sərtləşdirildiyi 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun inzibati ərazisində fəaliyyət göstərən məhkəmələr üzrə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadəsi davam etdirilsin. Belə olan halda birinci instansiya məhkəməsi xx.xx.2020-ci il tarixə təyin etdiyi şifahi məhkəmə baxışının keçirilməsinin mümkünlüyünü Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən mövqeyinə uyğun olaraq, İPM-nin 16.2-ci maddəsinə əsasən iddiaçının şifahi məhkəmə baxışının keçirilməsinə razı olmadığı, belə ki, belə razılıqla bağlı hər hansı məktubun məhkəməyə daxil olmadığı baxımından yoxlamalı idi. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işə şifahi məhkəmə baxışı qaydasında baxmaqda haqlı olmamışdır, buna görə də 2-1(112)- 4836/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardad ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməli və bununla da apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4836/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar