Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1679/2020 21.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədovdan və Elmira Eyvaz qızı Nağıyevadan ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 2- 1(112)-4712/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarındaniddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-72/1 saylı xx.xx.2020-cu il tarixli qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qərarının ləğv edilməsi, onun xx.xx.2020-ci il tarixli “qaçqın statusu verilməsi haqqında" vəsatətinin təmin edilərək ona qaçqın statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Sonradan İddiaçı nümayəndəsi Vəkil oglu iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İQ-72/1 saylı xx.xx.2020-ci il tarixli qərarın qanunsuz hesab edilməsi, İddiaçı qaçqın statusu verilməsi barədə vəsatətin təmin edilərək iddiaçıya qaçqın statusunun verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2019-cu il tarixdə Azərbaycana gəlmiş, xx.xx.2020-ci il tarixdə sığınacaq vəsatəti ilə müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti onun vəsatətini 15-2020 saylı iş nömrəsi ilə qeydiyyata alıb, onunla müsahibə aparılmışdır. O, müsahibə zamanı bildirmişdi ki, Əfqanistanda anadan olmuş, milliyyətcə puştu, dini etiqadına görə müsəlman (süni)-dir, 16 yaşdan əmək fəaliyyəti ilə məşğuldur, anası Kobra və qardaşı Asmatullahla Azərbaycanda yaşayırlar. Əmisi talib olduğundan, öz ölkələrində taliblər onu qadın olaraq dövlət işində işləməsinə ğörə ittiham etdikləri üçün Əfqanistanda yaşamaqdan ehtiyat edərək təqiblərdən xilas olunmaq üçün Azərbaycana gəlmişdir və geri qayıtmaq istəmir. xx.xx.2020-ci ildə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-72/1 saylı qərarı ilə onun sığınacaq vəsatəti rədd edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti qərarını onunla əsaslandırmışdır ki, onun sığınacaq üçün əsasları mövcud deyil. Qərar qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti işin mühüm faktlarını müəyyən etməmiş və iş üzrə mühüm faktların möhtəbərliyini qiymətləndirməmişdir. Belə ki, iş üzrə mühüm fakt onun qadın olmaqla dövlət işində əmək fəaliyyəti ilə məşğul olduğu üçün hökumət əleyhinə olan qüvvələr hesab olunan taliblər tərəfindən təqib olunmasıdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti onun əsaslı təqib qorxusunun, yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmamış və şablon ifadələrdən istifadə etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4712/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qərarı qanuni və əsaslı deyil. Qanunilik dedikdə, inzibati aktın maddi və prosessual hüquq normalarına uyğunluğu; əsaslılıq dedikdə, inzibati aktın gəldiyi nəticənin iş materialları ilə təsdiqlənməsi başa düşülür. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti işin mühüm faktlarını müəyyən etməmiş və iş üzrə mühüm faktların mötəbərliyini qiymətləndirməmişdir. Belə ki, iş üzrə mühüm fakt ərizəçinin qadın olmaqla dövlət işində əmək fəaliyyəti ilə məşqul olduğu üçün hökümət əleyhinə olan qüvvələr heab olunan taliblər tərəfindən təqib olunmasıdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti ərizəçinin əsaslı təqib qorxusunun yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmamış və şablon ifadələrdən istifadə etmişdir. Qaçqın statusu verilməsi iki mərhələli yoxlamadan ibarətdir: 1ci mərhələ, işin mühüm faktlarının müəyyən edilməsi və bu faktların mötəbərliyinin qiymətləndirilməsi; 2-ci mərhələ, əsaslı təqib qorxusunun və real riskin qiymətləndirilməsi. Mühüm faktların müəyyən edilməsi mərhələsində iddiaçının izahatlarına əsasən iş üzrə mühüm faktlar müəyyən edilməli və həmin faktların mötəbərliyi qiymətləndirilməlidir. Əsaslı təqib qorxusunun qiymətləndirilməsi mərhələsində isə müəyyən edilmiş mühüm faktların işığında iddiaçıya münasibətdə əsaslı təqib qorxusunun və real riskin olub-olmadığını yoxlanılmalıdır. İş üzrə mühüm fakt ərizəçinin qadın olaraq dövlət işində əmək fəaliyyəti ilə məşqul olduğu üçün taliblər tərəfindən təqib olunmasıdır. İş üzrə mühüm faktlara dair ərizəçinin təqdim etdiyi sübut onun inzibati icraatda verdiyi izahatlarıdır. Ərizəçinin izahatlarının mötəbərliyini qiymətləndirərkən də yuxarıda qeyd edilən amillər nəzərə alınmalıdır. Müsahibədən görünür ki, ərizəçi işin mühüm faktları, yəni onun təqibə məruz qalmasını təsdiq edən xüsusatlar barədə müfəssəl izahatlar vermiş və həmin izahatlar ərizəçinin işinin hallarına münasibətdə spesifıkdir. Eləcə də həmin izahatlar bir-biri ilə ziddiyyət təşkil etmir. Ərizəçinin izahatları ona verilən suallar çərçivəsində olmuş və ona verilməyən sualları əhatə etməmişdir. Ərizəçinin izahatları müfəssəldir, spesifıkdir və ziddiyətli deyildir. Buna görə də həmin izahatlar daxili mötəbərlik tələbini ödəyir. Ərizəçinin qadın olmaqla dövlət işində əmək fəaliyyəti ilə məşqul olduğu üçün anti hökümət qüvvələri olan taliblər tərəfindən təqib edilməsidir. Mənşə Ölkəsi barədə ictimaiyyətə açıq olan məlumatlara əsasən “qadınların və qızların hərəkət azadlığının məhdudlaşdırılması, dövlət idarəçiliyində qeyri-bərabər iştirak, adınların sosial, dövlət işində işləyən qadınların ciddi problemlərlə qarşılaşması və ədalət məhkəməsinə çıxış etməkdə məhdudiyyətlət müşahidə edir. Ərizəçinin izahatı MÖM-lə təsdiq edilir. Başqa sözlə, ərizəçinin izahatında qeyd etdiyi xüsusatların mənşə ölkəsində baş verə bilən olduğu müəyyən edilir. Buna görə də ərizəçinin izahatı xarici mötəbərliyin tələbatını da ödəyir. Ərizəçinin izahatları mötəbərliyin daxili (müfəssəlik və ardıcıllıq) və xarici (MÖM-lə uyğunluq) amillərinin tələbatlarını ödəyir. Buna görə də onun izahatları inandırıcılıq keyfiyyətinə malikdir. Ərizəçinin izahatları mötəbər sayılmalıdır. Ərizəçi qeyri-rəsmi qurumlar tərəfindən təqib edilir. Əfqanistanın rəsmi qurumları onu qorumaq iqtidarında və niyyətində deyil. Dövlət işində əmək fəaliyyəti ilə məşqul olan qadınlar adekvat müdafiə ilə təmin edilmirlər. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçının nümayəndəsi və vəkili hazırki işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qaçqın Statusunun verilməsi İdarəsinin MŞ-441-2019 saylı xx.xx.2020-ci il tarixli arayış-müvəqqəti şəhadətnaməsindən görünür ki, xx.xx.1993-cü ildə anadan olmuş Əfqanıstan İslam Respublikasının vətəndaşı İddiaçı qaçqın statusu almaq üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə xx.xx.2019-cu il tarixdə ərizə ilə müraciət etmiş və adına 15- 2020 saylı şəxsi iş açılmışdır. Bu sənəd Azərbaycan Respublikası Prezidentinin 419 saylı xx.xx.2000-ci il Fərmanı ilə təsdiq edilmiş “Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü bəndinə əsasən xx.xx.2020-ci il tarixədək etibarlıdır və Qaydanın 5-ci bəndinə əsasən iddiaçının şəxsiyyətini təsdiq edən sənəddir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-72/1 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı qaçqın statusu verilməsindən imtina edilmişdir. Belə ki, Dövlət Miqrasiya Xidmətinin İQ-72/1 saylı xx.xx.2020-ci il tarixli Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarından görünür ki, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində göstərilən “qaçqın” anlayışının tələblərinə cavab vermədiyindən, həmçinin onunla aparılmış müsahibənin nəticələrinə əsasən əsaalandırılmiş təqib qorxusuna uyğun gəlmədiyindən, ona qaçqın statusunun verilməsindən imtina edilməsi qərara alınmışdır. İmtinadan sonra iddiaçı yenidən qərarın ləğv edilməsi barədə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə inzibati şikayət etmiş, lakin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 123 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə şikayət təmin edilməmişdir. Bununla bağlı iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddiaçının iddiasının rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Belə ki, işin faktiki hallarından görünür ki, xx.xx.1993-cü il təvəllüdlü milliyətcə puştu, dini etiqadına görə islam (sünni-hənəfi) Əfqanıstan İslam Respublikası vətəndaşı İddiaçı xx.xx.2019-cu ildə Azərbaycan Respublikasına gəlmiş, xx.xx.2019-cu ildə sığınacaq vəsatəti ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına 15-2020 saylı saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. İddiaçı müsahibə zamanı ali təhsilli oldugunu, müxtəlif işlər dəyişdiyini, xüsusi bir peşəsinin olmadığını, subay olduğunu, iki qadaşının olduğunu, Azərbaycan Respublikasına onunla birlikdə anası Kobra Mohammadin və qardaşı Esmatullahın gəldiyini, anasının xəstə olduğunu, xx.xx.2019-cu il tarixdə vətəndaşı olduğu ölkədən qanuni qaydada çıxdığını, xx.xx.2019-cu il tarixdə Azərbaycana təyyarə ilə qanuni yolla gəldiyini, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, X.Məmmədov küçəsi, ev 2944, mənzil 105-də qeydiyyata alındıgını, sonradan qaçqın statusu almaq üçün müraciət etdiyini, “Əfqanıstanı niyə tərk etmisiniz?” sualına “Əfqanıstanda bizim həmkəndlilərimizin çoxu talibdirlər, yəni orada yaşayanlar ya taliblərə qoşulmağa, ya da o bölgədən çıxmağa məcburdurlar, atam da ailədə böyük oğul idi, o vaxt taliblər tələb edirdilər ki, böyümüş oğlan uşaqları onların sıralarına qoşulsunlar, deyirdilər ki, hamınızın cihadda payı olmalıdır, atam və onun qardaşları da o vaxt bölgəni tərk etmişdi, oradakı malımızı, torpaqlarımızı himayə etmək üçün bir əmim qalmışdı, o da taliblərlə əlbir idi, bizim kəndlərimiz olan taliblər bizi təhdid edirdilər, deyirdilər ki, qız uşağı işləməməlidir, islamda qadının ayağı evdən çölə dəyməməlidir, mən Ettesalat şirkətində gizli işləyirdim, lakin xəbər tutanda pis reaksiya vermişdirlər, sonra öz şirkətimi də yaradanda gizli yaratdım, lakin onlar bu şirkətdən də xəbər tutdular, qardaşlarım da onların xəbərdarlığından sonra işdən çıxmışdılar, lakin taliblər qardaşlarıma deyirdilər ki, siz bizə qoşulmalısınız, biz əmim rəhmətə getdiyi üçün bir dəfə kəndimizə getdik, həmin vaxt taliblər bütün kəndi bombalamışdı, qardaşıma demişdilər ki, siz indi hüzürə gəlmisiniz deyə heç nə demirik, kəndimizdə qatı taliblər var, Mohəyeddin adlı bir talib başçısı var, çox qəddar adamdır, “Siz kəndinizə bütün ailə üzvlərinizlə getmişdiniz?” sualına “Kiçik qardaşım bizdən ayrı yaşadığı üçün ondan başqa aililəlikcə kəndə getmişdik, qardaşım Nesarəhməd gizli yaşayırdı, öz vilayətimizdə isə heç yerə gedə bilmirdik, atam əmimim ölümündən sonra Kabildə qalmış”, “Siz hansı tarixdə kəndinizə getmişdiniz?” sualına “2019-cu ilin hoot, yəni mart, fevral ayında kəndə getmişdik”, “Atanız ölkəni tərk etməyinizə razı deyildi?” “Məcburən razı oldu”, “Şəxsən sizi nə vaxtsa təhdid ediblərmi sualına?” sualına “Bəli”, “Kim sizi təhdid etmişdi?” sualına “Atama demişdilər ki, qızın gərək işləməyi buraxsın, evdən çölə ayağını qoymasın”, “Bunu atanıza kim demişdi?” sualına “Taliblərlə əlaqəsi olan və Kabildən hənd gedib-gələn biri”, “Onun adı nə idi?” sualına “Adını bilmirəm, lakin kənddə ona komandan Moheyeddin deyirlər”, “Ailə üzvlərinizdən kimləri təhdid ediblər?” sualına “Qardaşlarım Əsmətullah və Nesarəhmədi”, “Valideynləriniz təhdid olunurdumu?” sualına “Xeyr, çünki onlar dövlət işində işləmirdilər. Əvvəllər biz uşaq olarkən atamı təhdid ediblər, lakin buraxıblar, o zaman biz Heratda idik”, “Atanızı siz Heratda olarkən təhdid etdilər?” sualına “Xeyr, əslində onu o vaxt təhdid etmədilər, atama dedilər ki, uşaqların böyüyür, gərək onları verəsən bizə qoşulsunlar”, “Əfqanıstanı tərk etməyinizin hər hansı bir başqa səbəbi də varmı?” sualına, “Xeyr, başqa səbəbi yoxdur”, “Əfqanıstana qayıtmaq istəyirsinizmi?” sualına “Əgər sakitlik olsa bəli, istəyərdim vətənimə qayıdım, şirkətimi qurarkən böyük arzularım vardı”, “Əgər Əfqanıstana qayıtsanız həyatınız üçün hansı təhlükə ola bilər?” sualına “Hal-hazırda ölüm təhdidi vardır”, “Bizim təşkilatdan xahişiniz nədir?” sualına “ Mən Sizdən xahiş edirəm ki, ölkəmdə vəziyyət düzələnə qədər burda yaşamağımıza icazə verəsiniz” və hazırkı iddia ərizəsində göstərilən halları əsas gətirərək ona qaçqın statusunun verilməsini xahiş etmişdir. Cavabdeh orqanın İQ-72/1 saylı xx.xx.2020-cu il tarixli qərarı ilə İddiaçı qaçqın statusu verilməsindən imtina edilmiş, iddiaçının inzibati şikayəti isə Xidmətin 123 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə təmin olunmamışdır. Cavabdeh Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş qərarlar onunla əsaslandırılmışdı ki, iddiaçının vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətlərinə, milliyyətlərinə və dini baxışlarına görə təqib olunmadığı, iddiaçının vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmadığı müəyyən edilmişdir. İddiaçı qaçqın statusu alınması üçün əsas gətirdiyi hallar ehtimal üzərində qurulmuş və hər hansı bir mötəbər sübut Xidmətə təqdim olunmamışdır. İddiaçı ilə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ona qaçqın statusu verilməmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 10-cu maddəsinin birinci hissəsinə görə qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər; ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qanunun 12-ci maddəsinin birinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsinin birinci hissəsinə görə şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”na əsasən “Qaçqın” statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "Qaçqın” statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Həmin Qaydanın 13-cü bəndinə əsasən şəxsə "Qaçqın" statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti "Qaçqın" statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə və Daxili İşlər Nazirliyinə beş gün müddətində yazılı bildiriş göndərir. Həmin “Qayda”nın 7-9-cu bəndlərinə əsasən “Qaçqın” statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Müsahibə zamanı şəxs “Qaçqın” statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona “Qaçqın” statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. “Qaçqın” statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya “Qaçqın” statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq “Qaçqın” statusu verməkdən imtina edilir. Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyası və onun 1967-ci il tarixli Protokolu altmış ildir ki, qaçqınların beynəlxalq himayəsi rejiminin təməlini təşkil edən əsas sənəd rolunu oynayırlar. 1950-ci ildə X1 Ali Komissarlığı təsis ediləndən və 1951-ci il Konvensiyası qəbul olunandan bəri ölkə sərhədlərini keçərək didərgin düşmüş şəxslər üçün beynəlxalq himayənin təmin edilməsi olduqca mürəkkəb qlobal vəzifə olaraq qalır. Konvensiyanın 1-ci maddəsinə görə “Bu Konvensiyanın məqsədləri üçün “qaçqın” anlayışı: irqinə, dininə, milliyyətinə, konkret sosial qrupa mənsubluğuna və ya siyasi rəyinə görə təqib ediləcəyinə dair əsaslı qorxunun olması səbəbindən vətəndaşı olduğu ölkədən kənarda olan və həmin qorxunun ucbatından bu ölkənin müdafiəsindən yararlanmaq istəməyən, yaxud vətəndaşlığı olmayan və yuxarıdakı səbəblərlə bağlı hadisələr nəticəsində adətən əvvəllər yaşadığı ölkədən kənarda olan və ya həmin səbəblərlə bağlı qorxu ucbatından oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən istənilən şəxsə şamil olunur.” İddiaçı Əfqanıstana qayıtdıgı təqdirdə Avropa Konvensiyasının 3-cü maddəsinə zidd olan rəftarın baş verəcəyinə dair real riskin mövcud olduğunu düşünmək üçün əsaslı səbəblərin oldugunu göstərmir. Bunların olub-olmadığını müəyyən edərkən Məhkəmə ona təqdim edilmiş, yaxud da öz təşəbbüsü ilə əldə etdiyi bütün materialları əsas kimi götürür (bax: H.L.R. Fransaya qarşı iş üzrə yuxarıda adı çəkilən qərar, b. 37; və X2rşı, ərizə N 45276/99, b. 60, AİHM 2001-İİ). Bu işlərdə real riskin mövcudluğunun Məhkəmə tərəfindən araşdırılması ciddi şəkildə aparılır (Çahalın işi üzrə qərar, b. 96). Barəsində şikayət edilən tədbir həyata keçiriləcəyi təqdirdə iddiaçının 3-cü maddəyə zidd rəftara məruz qalacağına dair real riskin mövcud olduğunu düşünmək üçün əsaslı səbəblər olduğunu sübut etməyə qadir olan sübutların təqdim edilməsi prinsipcə iddiaçının öhdəsinə düşür (bax: N. Finlandiyaya qarşı, ərizə N 38885/02, b. 167, xx xxxx 2005). Bu cür sübut təqdim edildikdə onunla bağlı hər hansı şübhələri dağıtmaq isə hökumətin öhdəsinə düşür. Qəddar rəftar riskinin olub-olmadığını müəyyən etmək üçün Məhkəmə iddiaçını onu qəbul edəcək ölkəyə göndərməyin öncədən görülə bilən nəticələrini araşdırır və bu zaman oradakı ümumi situasiyanı və iddiaçının şəxsi vəziyyətini nəzərə alır (bax: Vilvaraca və başqalarının işi üzrə yuxarıda adı çəkilən qərar, b. 108, yekun hissə). Hazırkı işdə iddiaçı ölkəsini tərk etməsini qadın olduğu üçün dövlət işndə əmək fəaliyyəti ilə məşğul olduğu üçün Əfqanıstanda qarşılaşdığı təhdidlərlə əlaqələndirmiş, lakin özünün hər hansı cinayət təqibinə məruz qalmasını (polisdə saxlanılma, tavandan asma, zorlama ilə hədələmə, elektroşokun tətbiqi, başını suya salınması, döymə və bəndəni siqaretlə yandırma – bütün bunlar, şübhəsiz ki, 3-cü maddənin tələb etdiyi qəddarlıq səviyyəsinə çatan cəza praktikalarıdır, işgəncə və qəddar rəftar iddialarının səlahiyyətli orqanlar tərəfindən araşdırılmaması, şikayətlərinə baxmaqdan imtina edilməsi və məcburiyyət altında ittiham hökmlərini təmin etmək üçün alınmış etiraflardan istifadə edilməsi) təsdiq edən hər hansı subutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa iddiaçının istinad etdiyi ümumi narahatçılıq özü-özlüyündə qaçqın statusunun verilməsi üçün əsas təşkil etmir. Həmçinin iddiaçının vətəndaşlığı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmadığı, vətəndaşlığı olduğu ölkədə dövlət orqanları tərəfindən də təqibə məruz qalmadığı müəyyən olunur. Buna görə də inzibati orqan tərəfindən iddiaçıya qaçqın statusunun verilməsi ilə bağlı onun irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusunun mövcudluğu halı aşkar olunmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Əfqanıstan İslam Respublikasına qayıdacağı təqdirdə Konvensiyanın 3-cü maddəsinə zidd olan rəftara məruz qala biləcəyinə dair real riskin mövcud olması iş materialları əsasında sübut olunmur. Beləliklə, iddiaçınin vəsatəti onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, ona qaçqın statusu verilməsindən cavabdeh inzibati orqanın imtina etməsi qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmur. Həmçinin, cavabdehin iddiaçı ilə apardığı müsahibə zamanı və digər sənədlərlə müəyyən edilmişdi ki, iddiaçı vətəndaşı olduğu ölkədə dövlət orqanları və digər şəxslər tərəfindən təqibə məruz qalmamış, siyasi əqidəsinə, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. Ona görə də iddiaçının bildirdikləri ona qaçqın statusunun verilməsinə əsas kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası İnzibati prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş faktiki hallara yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verərək belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın imtinası Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nıntələblərinə uyğun olduğundan iddia tələbi əsassızdır və birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq rədd edilmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillərin bir qismi formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bir qismi isə bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4712/2020 saylı xx xxxxxx 2020-ci il tarixli dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Vidadi Məmmədov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1679/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1679/2020
21.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver